Türk ordusundan Əsədə ağır zərbə: 51 əsgər öldürüldü
İdlibdə Türkiyə Silahlı Qüvvələri ilə Suriya ordusu arasında baş verən toqquşmalarda 51 rejim əsgəri öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Tvitter səhifəsində məlumat paylaşılıb.

Açıqlamada həmçinin 2 tank, 1 havadan müdafiə qurğusu və 1 silah anbarının məhv edildiyi, 1 tankın isə ələ keçirildiyi bildirilib.
Uşaqlarını atıb Bakıya gəldi, intim əlaqə üçün qardaşı ilə “görüşə” getdi, sonra... - Azərbaycanda DƏHŞƏTLİ OLAY
Bakıda bacısını qətlə yetirməkdə ittiham olunan Lerik rayonunun Cəngəmiran kəndində anadan olmuş Eldar Kamalovun (cinayət işindəki şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Avrasiya.net Teleqraf.com-a istinadən xəbər verir ki, Eldar Kamalovun bacısı Ədilə Səmədova 2018-ci ilin sentyabrından mobil telefon vasitəsilə müxtəlif kişilərlə ünsiyyət saxlayıb.

Sonuncu 2018-ci il oktyabrın əvvəllərində azyaşlı uşaqlarını apararaq Lerik rayonunun Anbu kəndinə əri Ehtiram Səmədovun yaşadığı evə qoyub və Bakı şəhərinə geri qayıdıb.

Ədilə Səmədova ailə üzvlərinə məlum olmayan ünvanlarda yaşayıb, tanımadığı şəxslə çəkilmiş intim video-görüntüsü İnstaqram sosial şəbəkəsində yayılıb. Onun bu hərəkətləri qardaşı Eldar Kamalovun yaşadığı kənddə tanıdığı şəxslər arasında yayılıb.

Eldar Kamalov Ədilə Səmədovanın əxlaqsız həyat tərzi keçirməsi barədə söz-söhbətlər səbəbindən sonuncuya 11 oktyabr 2018-ci ildə, saat 22 radələrində istifadəsində olan mobil telefondan başqa şəxsin adından əvvəlcə "Votsap" proqramında yazıb.

Daha sonra isə zəng edib və 100 manat pul müqabilində cinsi əlaqə barədə etdiyi təklifinə razılıq alıb.

Görüşə gəldiyinə görə Ədilə Səməovanın əxlaqsız həyat tərzi keçirməsini özündə qətiləşdirib. O, namusunu qorumaq, onu və ailəsini qohumları, tanışları arasında rüsvay etməsinə görə qisas almaq məqsədi ilə bacısı Ədilə Səmədovanı qəsdən öldürmək qərarına gəlib.

Bu niyyətini həyata keçirmək üçün yaşadığı evdən bıçaq götürüb və oktyabrın 11-də, saat 23 radələrində Ədilə Səmədovanın başqa şəxsin adından 100 manat pul müqabilində intim münasibətdə olmağa getmək üçün təyin edilmiş görüş yerinə –51 nömrəli sərnişin avtobusunun sonuncu dayanacaq yeri kimi tanınan, Xətai rayonunda Naximov küçəsinə gəlib.

Bu zaman Eldar Kamalov Ədilə Səmədovanın yanında olan iki nəfər tanımadığı cavan oğlanla yanaşı gəldiyini, həmin oğlanlardan birinin bacısının qulaq hissəsinə sığal çəkdiyini görüb.

Bundan daha da hiddətlənən Eldar Kamalov gecəyarısı, saat 00.03-də Xətai rayonunda Naximov küçəsi 10/14 ünvanında yerləşən "Meyvə-tərəvəz” topdan satış adlı ərzaq malları mağazasının qarşısında bacısının üzərinə hücum çəkib.

Eldar Kamalov bacısına “öl, ölməyin məsləhətdir” deyərək bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub.

Ədilə Səmədova ayaqları ilə bıçaq zərbələrinin qarşısını almaq üçün aktiv müqavimət göstərib, qardaşının daha çox zərbə vurmasına mane olub.

Hadisə yerinə çoxsaylı insanların toplaşmasından qorxuya düşən Eldar Kamalov döyüləcəyindən ehtiyat edib və hadisə yerindən qaçıb.

Ədilə Səmədova hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Vaxtında ona ixtisaslı tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Eldar Kamalovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Kamalov Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib və ona həmin məcəllənin 62-ci (cəzadan da aşağı həddə cəza təyin etmək) maddəsi tətbiq edilib, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

İstintaq orqanı tərəfindən Eldar Kamalovun barəsində elan olunmuş Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan ittiham sübuta yetirilməyib. Həmin maddə üzrə ona bəraət verilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Eldar Kamalovun cəzasının ağırlaşdırılmasını istəyib.

Bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan iclasda apelyasiya protestinin dəlilləri araşdırılıb, sonda protestin təmin edilməməsi barədə qərar elan edilib.

Qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsini istəyib.

Prokurorun kasasiya protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclasda prokurorun kasasiya protesti üzrə qərar elan edilib.

Məhkəmə prokurorun protestini təmin edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

İş materialları araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Bu dəfə şikayət hakim Elmar Rəhimovun sədrlik etdiyi kollegiyada araşdırma başlanıb.

Apelyasiya protestinin dəlilləri araşdırılıb və sonda qərar elan edilib. Prokurorun protesti təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, Eldar Kamalovun cəzası ağırlaşdırılıb.
Mehman Fərəc Quliyevə qalib gəldi, amma…
31 saylı Suraxanı seçki dairəsində maraqlı nəticə qeydə alınıb.

Axar.az xəbər verir ki, deputatlığa namizəd olan bloger Mehman Hüseynov 2049 səs, keçmiş deputat Fərəc Quliyev isə 751 səs toplayıb.

Qeyd edək ki, Mehman Hüseynov bundan öncə Fərəc Quliyevin ona rüşvət təklif etməsi ilə bağlı MSK-ya müraciət ünvanlamışdı. MSK isə F.Quliyevə xəbərdarlıq etmişdi.

Bu dairədən 41.4 faiz səslə Etibar Əliyev deputat seçilib.

İran şəhərlərində yürüş keçirilir: Raketlər meydana çıxarıldı
İranda 1979-cu il İslam İnqilabının 41 illiyi ilə əlaqədar kütləvi yürüş keçirilir.

Axar.az xəbər verir ki, kütləvi yürüşə fevralın 1-dən start verilib. 10 gün davam edən yürüşün bu gün bitməsi nəzərdə tutulub.

Kütləvi yürüş demək olar ki, ölkənin bütün şəhərlərində, o cümlədən Tehran, Məşhəd və Təbrizdə də təşkil edilib.

Yürüş iştirakçıları İran bayraqları ilə bərabər Xomeyni və Xameneinin də portretlərini qaldırıblar.

İran hərbçiləri öz növbəsində küçələrə İran müdafiə sənayesinin son nailiyyətlərini, o cümlədən raket və bombaları da çıxarıblar.

Vladimir Putin İlham Əliyevi təbrik etdi
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Avrasiya.net xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərində qələbə qazanması münasibətilə səmimi təbriklərimi qəbul edin.

Xalq səsverməsinin yekunları Sizin başçılıq etdiyiniz partiyanın Azərbaycan vətəndaşları arasında nüfuzunun yüksək olduğunu əyani təsdiq etdi.

Ümidvaram ki, dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətləri bundan sonra da möhkəmlənəcək.

Sizə və Sizin silahdaşlarınıza yeni-yeni uğurlar, Azərbaycan xalqına isə firavanlıq və rifah arzu edirəm".
Prezident Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 11-də Heydər Əliyev Mərkəzində milli muğam sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədov ilə görüşüblər.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısı Xalq artisti Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim etdi.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Mərkəzdə nümayiş olunan sərgilərə baxdılar.
Aqil Məmmədovun möhtəşəm qələbəsindən qorxuya düşən ünsürlərNicat Ocaqlı
Kəlbəcərli aktiv gənc


Növbədənkənar parlament seçkilərinin MSK tərəfindən rəsmi elanından sonra bəzi namizədlər məğlubiyyətlərini həzm edə bilmədiklərindən, qarayaxma kampaniyalarını işə saldılar. İlk növbədə seçkilərin nəticələrinin saxtalaşdırıldığını dedilər, sonra hansısa namizədin xeyrinə saxta bülletenlərin atıldığını iddia etdilər. Beləcə müxtəlif, dəlili, sübut hətta məntiqi olmayan iddialarla çıxışlar etdilər.

123 saylı Kəlbəcər Seçki dairəsindən qalib olan Aqil Məmmədov da belə ittihamlarla üzləşdi. Daha doğrusu, həmin dairədən acı məğlubiyyətə düçar olanlar və onların yaxın ətrafı iddia etdilər ki, A.Məmmədov kəlbəcərlilərin səsini qazana bilməyib. Bu iddialarını da sosial şəbəkələr vasitəsilə saxta profillərdən ictimailəşdirdilər.

Qeyd edim ki, kəlbəcərlilər arasında 18-30 yaş arasında olan 14630 internet və ya sosial media istifadəçisi var. Onların da 7 mini aktiv ola, ya olmaya. Yəni internet istifadəçilərinin əksəriyyəti də müxalif qrupların himayəsindən çıxışlar edənlərdir. Əziz Qənbər kimi namizədlərin uğursuzluğa düçar olmasının acığı A.Məmmədovun qələbəsinin üstünə tökülməsi başa düşüləndir.

A.Məmmədovun seçki kampaniyasının möhtəşəmliyi 9 fevralda bütün kəlbəcərlilərinin ona səs verəcəyini əsaslandıran amillər deyildimi? Normal adam dərk etməlidir ki, illərdir Kəlbəcərin İcra başçısı olan, bütün kəlbəcərlilərini hörmətini, etimadını qazanan, ona inanan, eyni zamanda kəlbəcərliləri özünə arxa hesab edən bir şəxs mütləq qalib olmalıydı. Bu dairədən olan namizədlər arasında ən şanslısı A.Məmmədov idi ki, o da kəlbəcərlilərin səsini qazanaraq 71 faizdən çox səs toplayaraq deputat seçilib. 125 dairədən ən yüksək səs toplayan 5 namizəd var ki, onlardan biri də A.Məmmədovdur. Bundan sonra A.Məmmədova atılacaq hər hansı bir böhtan hədəfə dəyə bilməz. Çünki, o, kəlbəcərlilərin səsini, etimadını, inamını haqlı olaraq qazanıb. Növbəti beş ildə kəlbəcərlilər A.Məmmədovun arxasında dayanacaq. O da kəlbəcərlilərə verdiyi sözünün üstündə duraraq parlamentdə onların səsi olacaq.
Elza Seyidcahan seçki günü döyüldü? – DİN hərəkətə keçdiFevralın 9-u parlament seçkilərində namizədliyini 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürən əməkdar artist Elza Seyidcahan seçki günü bacısı və özünün döyülməsi ilə bağlı iddiasına DİN-dən reaksiya verilib.

Axar.az-ın sorğusuna cavab olaraq DİN mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar araşdırmaya başlanılıb.

“Bu haqda Şabran Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda bu məsələ ilə bağlı araşdırmalar aparılır”, - deyə cavabda qeyd edilib.

Azad Azərbaycan televiziyasının jurnalisti Vüqar Kamiloğlu İnstaqram hesabından Elza Seyidcahanın hazırda Azərbaycan Tibb Universitetinin xəstəxanasında müalicə alması ilə bağlı fotolar paylaşıb və bildirib ki, müğənni təcili yardım vasitəsilə ağır vəziyyətdə Şabrandan Bakıya gətirilib.

“Elza xanımın vəziyyəti elə də yaxşı deyil. Qolları qalxmır, təzyiqi çox yuxarıdır”, - deyə Kamiloğlu bildirib.

Xatırladaq ki, Elza Seyidcahan seçki günü özünün və bacısının təzyiqə məruz qalması ilə bağlı video paylaşmışdı. Video-görüntüdə onun xəsarət aldığı bildirilirdi.
Baş həkim seçkiyə görə cəzalandırıldıKürdəmir Rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Eynulla Novruzov işçilərin təcili tibbi yardım maşını ilə səsverməyə getməsinə görə cəzalandırılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Axar.az-a bildirib ki, baş həkimə şiddətli töhmət verilib.

TƏBİB-dən qeyd olunub ki, quruma dəvət olunan baş həkim izahatında hava şəraitinin soyuq olduğuna görə, işçilərin seçkiyə getmələri üçün maşın ayrılmasını xahiş etdiklərini deyib:

"İstənilən halda, bu, qanun pozuntusudur və təcili yardım maşınlarından yalnız nəzərdə tutulmuş halda istifadə edilə bilər”.

Xatırladaq ki, sosial şəbəkələrdə həmin rayonda təcili yardım atomobilləri ərazidəki 57 saylı seçki dairəsinə aid olan seçki məntəqələrinə seçici daşıdığı iddiası ilə bağlı görüntülər yayılıb.
Bakıda tanınmış biznes ledi saxlanıldıBakıda fəaliyyət göstərən “Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadə saxlanılıb.

Avrasiya.net Bakı.vs-ə istinadən xəbər verir ki, şirkət rəhbəri işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu mənimsəməkdə günahlandırılır.

M.Süleymanzadə insanları Azfen, BP və bu kimi nüfuzlu şirkətlərdə işlə təmin edəcəyinə inandıraraq pullarını mənimsəyib və komandası ilə birlikdə aradan çıxıb. Aldadılan şəxslər ofisin qapılarını bağlı görüb polisə müraciət ediblər. Dələduz şirkət sahibinin yeri elə qurbanları vasitəsilə müəyyən edilib və o, polisə təhvil verilib.

Qeyd edək ki, M.Süleymanzadə bundan əvvəl "Topstaff" və "MAcstaff" adlı şirkətlər yaradaraq dələduzluq edib. İndi isə “Mak Marin LTD” adlı şirkəti vasitəsilə insanları aldadıb, pullarını alıb.

“Mak Marin LTD” şirkəti 01.05.2019 tarixində qeydiyyata alınıb. Qanuni təmsilçi olaraq Həsənova Mətanət Zahir qızı göstərilir. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 36, mənzil 6 ünvanında qeydiyyata alınıb. Faktiki olaraq Əlyar Əliyev küçəsi 69 ünvanında fəaliyyət göstərirdi.

M.Süleymanzadə yerli mediada yetərincə tanınmış simadır. İndiyədək bir neçə mükafata layiq görülüb.