Türk ordusu Əsəd rejimini vurdu: 101 ölü var
16:50

Suriyanın İdlib bölgəsində Türkiyə Silahlı Qüvvələrinin 5 əsgəri şəhid olub, 5 nəfər isə yaralanıb.

Report xəbər verir ki, məsələ ilə bağlı Milli Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama verib:

“İdlibdə qırğının qarşısını almaq, sərhəd təhlükəsizliyimizi təmin etmək, miqrasiya və insanlıq dəhşətini əngəlləmək məqsədilə bölgəyə göndərilən əsgərlərimizə rejim tərəfindən fevralın 10-u atılan top atəşi nəticəsində 5 qəhrəman silahdaşımız şəhid olub, 5 silahdaşımız isə yaralanıb”.

***

Türkiyə ordusu ilə Suriyanın rejim ordusu arasında növbəti gərginlik yaşanıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, türk ordusunun hücumu nəticəsində Əsəd ordusunun 101 əsgəri öldürülüb, 3 tank, 2 zirehli texnika və 1 helikopteri məhv edilib.
Bakıda İranın milli bayramı qeyd edildi
İranın milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib.

Avrasiya.net xəbər verir ki, tədbiri giriş sözü ilə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə açıb.

Səfirin çıxışını olduğu kimi təqdim edirik:

Allahı adı ilə

Azərbaycan Respublikası baş nazirinin müavini,
çox hörmətli cənab Şahin Mustafayev!

Möhtərəm qonaqlar, xanımlar və canablar!

İran İslam Respublikasının Milli Bayramını qeyd etmək üçün bizə qoşulduğunuza görə hamınıza səmim-qəlbdən təşəkkür edirəm. İranda İslam inqilabının qələbə çalmağından illər ötür və böyük iftixar hissi ilə inqilabın 41-ci ildönümü tədbirində Siz əziz qonaqlara ev sahibliyi edirəm.

Azadlıq və istiqlaliyyət böyük İran xalqının inqilab yolu ilə əldə etdiyi çox qiymətli dəyərlərdir. Bu gün biz fəxr edirik ki, milli qərarların qəbul edilməsində heç bir xarici qüvvədən asılı deyilik. Bizim qüdrətimiz öz daxilimizdən qaynaqlanıb və İran öz təhlükəsizliyini və sabitliyini qorumaq üçün yalnız böyük güclərin mənafeyini təmin edən heç bir hərbi və təhlükəsizlik blokuna qoşulmağa möhtac deyil. İnqilabın heyranedici nailiyyətləri nəinki siyasi sahələrdə, eləcə də iqtisadi, sənaye, kənd təsərrüfatı, mədəniyyət, incənət, elm və hərbi-müdafiə sahələrində də diqqət çəkir.

Əziz qonaqlar!

Onilliklər ərzində ABŞ tərəfindən tətbiq edilən zalım və ədalətsiz sanksiyalar İranı diz çökdürə bilməmişdir. Bu gün İran islam Respublikası regional və beynəlxalq səviyyədə öz nüfuzunu artıraraq qalibcəsinə və qürurla ayaqda durur. Bütün bu sanksiyalara rəğmən bir çox kənd təsərrüfatı məhsullarının istehsalında özünü təmin etmə, nüvə elmi, tibb, nano-texnologiya, hərbi təchizatların və silahların istehsalı sahələrində böyük uğurların əldə edilməsi İran xalqının dünya imperializminə qarşı 41 illik müqavimətinin nəticəsidir.

Xanımlar və cənablar!

İran İslam Respublikası bütün qonşularla yaxşı münasibətlərə malik olmaq istəyir, Azərbaycan Respublikasına gəldikdə isə biz mümkün olan ən yüksək əlaqələri arzu edirik. Birgə dini, mədəni və tarixi bağları nəzərə alaraq İran islam Respublikası ilə Azərbaycan Respublikasının qardaşlığı və dostluğu əbədidir. Prezident Həsən Ruhani və Prezident İlham Əliyev arasında olan çox isti münasibətlər iki ölkə arasında əməkdaşlığın möhkəm dayağıdır.

İranla Azərbaycanın əlaqələrinin güclənməsini və inkişaf etdiyini sübut edən göstəricilər saysız-hesabsızdır. İran, Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkədir və bu fakt iki xalqın bir-birinə olan qardaşlıq sevgisinin təzahürüdür, həmçinin iki ölkənin rəsmi şəxslərinin çoxsaylı qarşılıqlı səfərləri və böyük həcmdə ticarət əlaqələri ölkələrimiz arasında olan yüksək münasibətin göstəriciləridir. Böyük sevinc hissi ilə diqqətinizə çatdırıram ki, yaxın günlərdə Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyev İran İslam Respublikasının möhtərəm prezidenti cənab Doktor Həsən Ruhaninin dəvəti ilə Tehrana səfər edəcəkdir.

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin öz tarixində ən yüksək səviyyədə olduğuna şahidlik etdiyimə görə çox şadam. İki ölkə arasında imzalanmış çoxsaylı müqavilələr, müxtəlif iqtisadi, ticarət, sənaye, kənd təsərrüfatı, təhsil və turizm sahələrdə icra olunan birgə layihələr, o cümlədən bütün region üçün böyük əhəmiyyət kəsb edən Şimal-cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi bizim iddialarımızı təsdiq edir.
Möhtərəm tədbir iştirakçıları!

Bu il İran İslam Respublikasının Milli günü onun ən böyük övladlarından birinin şəhadətinin 40-cı gününə təsadüf edir. İllərlə regionda terrorizm və onun İŞİD kimi təzahürlərinə qarşı vuruşan General Şəhid Qasim Süleymani terrorçu ABŞ dövlətinin xain hücumu nəticəsində şəhadətə çatdı. Heç də səbəbsiz deyil ki, İŞİD-in bir nömrəli düşməni bu terrorçu qrupu yaradanın əli ilə şəhid edildi. Bütün digər dəyərlər kimi azadlıq, istiqlal, sabitlik və təhlükəsizliyin öz qiyməti var və Şəhid Süleymani bu dəyərləri qorumaq üçün verdiyimiz nə birinci, nə də sonuncu şəhid deyil.

Hörmətli qonaqlar!

Fürsətdən istifadə edib bir daha hamınıza İran İslam inqilabının 41-ci ildönümü və ölkəmizin Milli günü tədbirində iştirak etdiyinizə görə minnətdarlığımı bildirirəm!

Diqqətinizə görə təşəkkür edirəm!


MSK İqbal Ağazadənin şikayətini DSK-ya göndərdi
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, iclasda Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Taleh Əliyevin fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai Üçüncü Seçki Dairəsində seçki məntəqələrində iddia edilən pozuntularla bağlı müraciətinə baxılıb.

MSK prosedura uyğun olaraq müraciətə müvafiq dairə seçki komissiyasında baxılması barədə qərar verib.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının iclasında MSK üzvü Qalib Orucov bildirib ki, sosial şəbəkələrdə Milli Məclisə seçkilərlə bağlı 60-a qədər məntəqə üzrə yayılmış 300-ə qədər videogörüntü araşdırılır.

MSK üzvü deyib ki, bu araşdırmaların bu gün axşam, ən geci sabah başa çatması nəzərdə tutulur.
Xamenei 2315 nəfər əfv etdiİranın Ali dini lideri Ayətullah Əli Xamenei 2315 məhkumun əfv edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, İran İslam İnqilabının 41-ci ildönümü münasibətilə ölkənin məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi Xameneiye əfv olunacaq məhkumların siyahısını təqdim edib.

Humanizm və insanpərvərlik prinsiplərini əsas tutan Əli Xamenei siyahıda adı göstərilən bütün məhkumların əfv olunması haqqında sərəncam imzalanıb.

Sərəncama əsasən, bir sıra məhkumlar azadlığa buraxıb, digərlərinin isə həbs müddəti azaldılıb.
İlham Əiyev seçkilərdən danışdıDoğrudan da bu seçkilər çox önəmli idi. Çünki bu seçkilər Azərbaycanda aparılan islahatlara dəstək verməlidir və seçkilərin növbədənkənar keçirilməsinin əsas məqsədi də o idi ki, vaxt itirmədən islahatlar davam etdirilsin. Çünki həm struktur islahatları aparıldı, həm hökumət, həm Prezident Administrasiyası yenidən formalaşdırıldı və əlbəttə ki, Milli Məclis bu işlərdən kənarda qala bilməzdi.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

"Ona görə əminəm ki, bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq. Çünki bizim qanunvericiliyimiz ölkəmizin artan sürətinə uyğun olmalıdır. Eyni zamanda, bizim beynəlxalq əlaqələrimiz də genişlənir və Azərbaycanın millət vəkilləri ölkəmizi bundan sonra da beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil etməlidirlər.

İndi bütövlükdə ölkəmizdə gəncləşmə siyasəti aparılır. Ancaq bu da çox düşünülmüş formada olmalıdır. Yaşlı nəslin təcrübəsi, gənclərin innovasiyaya meyilli olması, onların bilikləri, müasir proseslərə diqqətin yetirilməsi - bax, biz bu vəhdətin təşkil edilməsi üçün çalışırıq. Hesab edirəm ki, buna nail olmuşuq. Mənə verilən məlumata görə, seçkilər ölkə ərazisində çox sakit keçdi, qanunvericilik çərçivəsində, hər hansı bir narahatedici məqam olmadı. Bu seçkilərə çox böyük maraq var idi. Çünki mən xatırlamıram ki, Azərbaycanda keçirilmiş hansısa parlament seçkisində 1300-dən çox namizəd olsun. Yəni, bu, özlüyündə onu göstərir ki, seçkilər rəqabət şəraitində keçirildi və bütün namizədlərin qeydə alınması prosesində ədalətli mövqe nümayiş etdirildi. Bu qədər namizədin olması seçkilərə inamın təzahürüdür. Çünki əgər inam olmasaydı, bu adamlar bəlkə də seçkilərə qatılmazdılar. Ona görə bu seçkilərin xüsusi rolu var.

O ki qaldı, bəzi beynəlxalq müşahidə missiyalarının rəyinə, biz onların mənfi rəyinə çoxdan öyrəşmişik. Onların bəzi hallarda rəyi seçkilərdən öncə yazılır, özü də onlar tərəfindən yazılmır, başqa yerlərdə yazılır, onlara ötürülür. Biz bunu dəfələrlə müşahidə etmişik. Siz də Avropa Şurasının bizə qarşı olan mənfi münasibətini qeyd etdiniz. Bunun da son təzahürü qəbul edilmiş, yalan üzərində qurulmuş son qətnamədir. Yəni, bu qətnamənin qəbul edilməsi, əslində, parlament seçkilərinə kobudcasına müdaxilədir. Birincisi, bu qətnamə saxtadır və biz bunu qəbul etmirik. Orada bizə qarşı irəli sürülən ittihamları rədd edirik və bizə qarşı ünvanlanmış dırnaqarası tələblərin heç birini icra etməyəcəyik. Bu, bir. İkincisi, bu qətnamənin qəbul edilmə vaxtı. Parlament seçkilərinə az vaxt qalmış bu qətnamənin qəbul edilməsi Azərbaycana qarşı olan mənfi və ədalətsiz yanaşmanın təzahürüdür", - dövlət başçısı qeyd edib.
İlham Əliyev Ruhaniyə məktub göndərdiAzərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Tarixi, mədəni və dini köklərə əsaslanan, mehriban qonşuluq şəraitində inkişaf edən Azərbaycan-İran münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlarda, xüsusən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız birgə səylərimizlə xalqlarımızın rifahı naminə bundan sonra daha da möhkəmlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına daim sülh və firavanlıq diləyirəm”.
“Hər bir sumqayıtlının, xızılının deputatı olacam”Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin bütün dairələr üzrə nəticələrini bu gün açıqladı. Mübahisəli dairələrdən biri hesab olunan 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsinin də qalibi müəyyənləşib. Bu dairədən 45.8 % səslə Müşfiq Məmmədli qalib gəlib.

M.Məmmədli qalibiyyəti ilə əlaqədar seçicilərinə müraciət ünvanlayıb. Qalib namizədin müraciətini olduğu kimi təqdim edirik:

“Hörmətli, Sumqayıt şəhəri və Xızı rayonunun sakinləri!

Sizlərin Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd olaraq mənə etimad göstərməyiniz mənim üçün böyük şərəfdir. Hər bir seçicimə dərin minnətdarlığımı bildirirəm və əmin edirəm ki, onların etimadını ən yüksək səviyyədə doğrultmağa çalışacaq, Vətənimizin, dövlətimizin yüksəlişi, tərəqqisi yolunda daha çox fəaliyyət göstərəcəyəm, hər bir Sumqayıtlının, Xızı sakininin deputatı olacağam.

Bir parlamentari kimi dövlətimizin, eləcə də Sumqayıt şəhəri və Xızı rayonunun quruculuğunda fəal iştirak edəcəyəm. Minlərlə insanın çox normal bir mübarizədə iştirak edib öz mövqelərini ifadə etməsi mühüm bir nəticədir, yekundur. Düşünürəm ki, ilk olaraq mənim üzərimdə ciddi bir vəzifədir.

Bir daha hər birinizə minnətdaram!

Böyük günlər, şanlı günlər, şən günlər yoluna düşən günlər hələ qarşımızdadır”.
Bakıda həbsxanada məhkum öldüBakıda cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verib.

Avrasiya.net-in məlumatına görə, hadisə Penitensiar Xidmətin Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan məhkum, 1973-cü il təvəllüdlü Şahverdiyev Rəhman Sərdar oğlu bu gün həbsxanada ürək çatışmazlığından ölüb.

Qeyd edək ki, R. Şahverdiyev 2017 narkotik maddələrin qanusuz dövriyyəsində təqsirli bilinərək 7 il müddətində azadlıqdan məhrum edilib.
Türkiyə 5 şəhidinin qisasını aldı - AltunOrdumuza edilən hücuma cavab verildi.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun İdlibdə rejim tərəfindən türk ordusuna olunan hücumla bağlı danışarkən deyib.

“Türk əsgərinə edilən hücuma cavab verildi və düşmən ordusunun mövqeləri aşkar edilərək, məhv edildi. Hər kəs bilsin ki, biz şəhidlərimizin qanını yerdə qoymadıq, bundan sonra da qoymayacağıq”, - Altun qeyd edib.

Qeyd edək ki, Suriyanın İdlib bölgəsində Əsəd ordusunun hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 5 əsgəri şəhid olub, 5- i isə yaralanıb.
Əsəddən türk ordusuna DƏHŞƏTLİ HÜCUM - Çox sayda ölü və yaralı varTürkiyə şəhid verib.

Publika.az xəbər verir ki, Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejimi və dəstəkçilərinin hücumuna məruz qalan Türkiyə Silahlı Qüvvələrinin 5 əsgəri həlak olub, 5-i yaralanıb.

Milli Müdafiə Nazirliyi Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən açıqlamaya görə, İdlibdə insidentlərin qarşısını almaq, sərhəd təhlükəsizliyini təmin etmək, miqrasiya və insanlıq dramının səviyyəsini minimuma endirmək üçün bölgəyə göndərilən ordu rejim tərəfindən top atəşinə məruz qalıb. Hücumlara türk ordusu tərəfindən lazımi qaydada cavab verilib.

Qeyd edək ki, bənzər hadisə 3 fevralda da yaşanmış, 8 türk əsgəri həlak olmuş, 13-ü yaralanmışdı.