Seçki məntəqəsində mübahisədən sonra ölən müşahidəçi namizədin qohumu olubSeçki məntəqəsində mübahisədən sonra ölən müşahidəçi namizədin qohumu olub"101 saylı Göygöl-Daşkəsən seçki dairəsində ölən müşahidəçi Sübhan Hacıyev deputatlığa namizəd Mövsüm Aslanovun yaxın qohumu və vəkili olub".

Bu barədə Modern.az-a jurnalist Aida Eyvazlı məlumat verib.

A.Eyvazlı bildirib ki, seçki mübarizəsini hələlik yarıda dayandırıblar:

"Göygöl rayonunun Mollacəlilli kəndində yerləşən 38 saylı seçki məntəqəsində bülletenlərin sayılma prosesində Sübhan Hacıyev ürək çatışmazlığından vəfat etdi. Ona görə bütün seçki məntəqələrindən müşahidəçilərimizi təcili geri çağırdıq. Bizdə olan məlumata görə, seçki məntəqəsinin əməkdaşları ilə mübahisə zəminində Sübhan Hacıyevin səhhətində ağırlaşma baş verib və bundan bir neçə dəqiqə sonra o həyatını itirib. Hazırda dövlət və hüquq mühafizə orqanları ilə birgə faktların araşdırılması ilə məşğuluq. Bu məsələnin araşdırılması üçün əlimizdən gələni sonuna qədər edəcəyik".

"Allah Sübhan Hacıyevə rəhmət eləsin. Onun yaxınlarına və qohumlarına baş sağlığı veririrk. Bəzən heç bir mübarizə bir insan ömrünə dəyməzmiş",- deyə jurnalist qeyd edib.
ABŞ-dan Azərbaycandakı seçki ilə bağlı - AçıqlamaABŞ ictimaiyyət nümayəndələrinin müşahidə komissiyası növbədənkənar parlament seçkiləri ilə bağlı müşahidələrini açıqlayıb.

Axar.az xəbər verir ki, komissiya üzvü, Kaliforniyadan olan Miç Sovermen ilk dəfə Bakıda olduğunu açıqlayıb:

“Burda olmaqdan çox məmnunuq. İnkişafda olan gənc ölkənizi ziyarətdən şadıq. Bir sıra seçki məntəqəsində olduq və prosesi müşahidə etdik. Gənclərin seçkilərdə iştirakı olduqca ümidvericidir".

Hüquqşünas Martin Kruminq isə 5-ci dəfə Bakıda olduğunu bildirib:

“Deyə bilərəm ki, sizin seçkiləri müşahidə etməkdən çox şadam. Azərbaycan demokratiya üçün mübarizə aparır. İbtidai sinif müəllimlərindən biri bizi ayrı bir otağa apararaq çay, su, qəhvə təklif etdi. Bu, xatırlayacağım bir an oldu. Bu qonaqpərvərliyi ABŞ-da görə bilmərsiz. Bəzi ameriklılar Azərbaycanı tanımadıqlarını deyir. Səfər etdiyimiz məkannların fotolarını və məlumatları çatdıraraq onlara Bakıya səfərr etmək üçün yaxşı səbəb veririk".

Rafael Noktalov seçkidə iştirakdan dolayı şad olduğunu açıqlayıb:

“Üçüncü dəfədir ki, Bakıdayam. Hər gəldiyimdə Azərbaycanın necə dəyişdiyinin şahidi oluram. Vətəndaşların seçkidə iştirakdan necə şad olduğunu görürəm. Qubada seçki məntəqəsində oldum. Hava soyuq olsa da insanlar seçkidə çox fəal idi. Vətəndaş hüquqları inkişafının da şahidi oldum”
Seçki məntəqəsində faciə - Müşahidəçinin ürəyi dayandıAzərbaycanda müşahidəçi seçkidən sonra məntəqədə vəfat edib.

Avrasiya.net "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə bu gün saat 19:45 radələrində Göygöl rayonu, Mollacəlilli kəndində yerləşən məntəqədə baş verib.

Müşahidəçi, 1954-cü il təvəllüdlü Gəncə sakini, Hacıyev Sübhan İsrafil oğlu ürəktutmadan məntəqədə vəfat edib.
MSK-dan açıqlama: Nəticələr hazırlanır
Hazırda seçki məntəqələrində seçkilərin nəticələrinin hazırlanması prosesi gedir".

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova deyib.

Onun sözlərinə görə, seçkilər başlayandan indiyə qədər MSK-nın “Qaynar xətti”nə informasiya və sorğu xarakterli müraciətlər daxil olub: “Onların içərisində seçki hüquqlarının pozulması ilə bağlı müraciət yoxdur. Əgər hər hansı şikayət daxil olarsa, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq baxılacaq və araşdırılacaq”.

MSK katibi bildirib ki, hazırda nəticəsi bəlli olan dairə yoxdur.
Oqtay Əsədov infarkt keçirib? - RƏSMİ
Milli Məclisin Mətbuat xidməti Oqtay Əsədovun səhhəti ilə bağlı yayılan məlumatları təkzib edib.

Mətbuat xidmətindən Publika.az-a verilən məlumatda deyilir:
"Fevralın 9-da “Turan” informasiya agentliyi xəbər verib ki, guya Milli Məclisin Sədri Oqtay Əsədov günün ikinci yarısında infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdir.

Milli Məclisin Mətbuat xidməti bildirir ki, bu xəbər həqiqətə uyğun deyil. Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur".

12 Punto 14 Punto 16 Ekzit-poll: Seçkilərin ilkin nəticələri açıqlanır - Tam siyahı/Yenilənir

Bu gün Milli Məclisə keçirilən seçkiləri izləyən “ekzit-poll” təşkilatları seçkilərini nəticələrini açıqlayır.

Axar.az siyahını təqdim edir (Yenilənmə və dəqiqləşmə olacaq):

1 saylı Şərur-Sədərək seçki dairəsi

Vasif Talıbov

2 saylı Şərur seçki dairəsi

İsa Həbibbəyli

3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi

Səttar Möhbalıyev

4 saylı Naxçıvan şəhər seçki dairəsi

Eldar İbrahimov

5 saylı Şahbuz-Babək seçki dairəsi

Novruzov Siyavuş

6 saylı Culfa-Babək seçki dairəsi

Ülviyyə Həmzəyeva

7 saylı Ordubad-Culfa seçki dairəsi

Cəbi Quliyev

8 saylı Binəqədi birinci seçki dairəsi

Azay Quliyev

9 saylı Binəqədi ikinci seçki dairəsi

Kamaləddin Qafarov

10 saylı Binəqədi üçüncü seçki dairəsi

Madər Musayev

11 saylı Qaradağ seçki dairəsi

Aydın Hüseynov

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi

Natiq Cəfərov

13 saylı Xəzər-Pirallahı seçki dairəsi

Rauf Əliyev

14 saylı Xəzər seçki dairəsi

Soltan Məmmədov

15 saylı Yasamal birinci seçki dairəsi

Ülvi Quliyev – 46,2 faiz

16 saylı Yasamal ikinci seçki dairəsi

Erkin Qədirli – 43,1 fazi

17 saylı Yasamal üçüncü seçki dairəsi

Allahverdiyev Elnur – 61,1 faiz

18 saylı Nərimanov-Nizami seçki dairəsi

Rasim Musabəyov – 43,1

19 saylı Nərimanov birinci seçki dairəsi

Hikmət Babaoğlu

20 saylı Nərimanov ikinci seçki dairəsi

Əliyev Adil – 57,1 faiz

21 saylı Nəsimi birinci seçki dairəsi

İbrahimqızı Məlahət – 60,2

22 saylı Nəsimi ikinci seçki dairəsi

Asim Mollazadə - 47,2

23 saylı Nəsimi-Səbail seçki dairəsi

Ziyad Səmədzadə 43,8

24 saylı Nizami birinci seçki dairəsi

Könül Nurullayeva – 43,9

25 saylı Nizami ikinci seçki dairəsi Vəliyeva Sədaqət - 56

26 saylı Sabunçu birinci seçki dairəsi Fazil Mustafa - 40

27 saylı Sabunçu ikinci Salahzadə Əliabbas – 56 faiz

28 saylı Sabunçu üçüncü seçki dairəsi Eldar Quliyev – 40,9

29 saylı Səbail seçki dairəsi Nigar Arpadarai – 47,1

30 saylı Suraxanı birinci seçki dairəsi Fətəliyeva Sevinc – 63 faiz

31 saylı Suraxanı ikinci seçki dairəsi Etibar Əliyev – 45,1

32 saylı Suraxanı üçüncü seçki dairəsi Həsənova Afət – 58,4

33 saylı Xətai birinci seçki dairəsi Mirələmov Hüseynbala- 58,8

34 saylı Xətai ikinci seçki dairəsi Zabelin Mixail – 49,1

35 saylı Xətai üçüncü seçki dairəsi Rauf Arifoglu – 45.1

36 saylı Xətai dördüncü seçki dairəsi Qüdrət Həsənquliyev – 43,1 faiz

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi Kərimzadə Pərvin – 44.5

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi Həmzəyev Naqif – 46,1

39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi Cəfərov Müşviq -46

40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi Quliyev Musa – 43,9

41 saylı Sumqayıt birinci seçki dairəsi Hüseynova Hicran – 56,6

42 saylı Sumqayıt ikinci seçki dairəsi Mirkişili Tahir – 52,3

43 saylı Sumqayıt üçüncü seçki dairəsi Hacıyev Emin – 57

44 saylı Sumqayıt-Xızı seçki dairəsi Məmmədli Müşfiq – 50,9

45 saylı Abşeron seçki dairəsi Əsədov Oqtay - 63

46 saylı Şirvan seçki dairəsi İltizam Yusifov – 50,7

47 saylı Mingəçevir seçki dairəsi Mirzəzadə Aydın – 54,3

48 saylı Yevlax seçki dairəsi Məmmədov İlham – 56,1

49 saylı Yevlax-Mingəçevir seçki dairəsi Hüseynli Əli – 58,1

50 saylı Abşeron – Qobustan seçki dairəsi Şahin Seyidzadə - 40,9

51 saylı Qusar seçki dairəsi Badamov Azər – 55,2

52 saylı Quba seçki dairəsi Vahid Əhmədov – 46,2

53 saylı Quba-Qusar seçki dairəsi Rafailov Anatoli – 40,9

54 saylı Şabran-Siyəzən seçki dairəsi Qurbanov Sadiq – 47

55 saylı Xaçmaz şəhər seçki dairəsi Səlimov Eldəniz – 58,2

56 saylı Xaçmaz kənd seçki dairəsi Sevil Mikayılova – 43,9

57 saylı Kürdəmir seçki dairəsi Ağazadə Əminə - 55,2

58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi Rəfael Hüseynov – 48,6

59 saylı Salyan seçki dairəsi Əhmədova Jalə - 51,5

60 saylı Salyan-Neftçala seçki dairəsi Fəzail Ağamalı – 50,2

61 saylı Neftçala seçki dairəsi Sabir Rüstəmxanlı – 38,2

62 saylı Saatlı seçki dairəsi Əziz Ələkbərli – 44

63 saylı Sabirabad birinci seçki dairəsi Cəfərov Kamal –

64 saylı Sabirabad ikinci seçki dairəsi Məmmədov Ramin 57,3

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi Əmiraslanov Əhliman 60

66 saylı Biləsuvar seçki dairəsi Məhərrəmov Bəhruz – 48,4

67 saylı Cəlilabad şəhər seçki dairəsi Həsənov Malik – 55,7

68 saylı Cəlilabad kənd seçki dairəsi Nəsirov Elman - 47

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi Fəzail İbrahimli – 53,1

70 saylı Masallı şəhər seçki dairəsi Məmmədov Məşhur – 56,9

71 saylı Masallı kənd seçki dairəsi İsgəndərov Anar – 54,8

72 saylı Yardımlı-Masallı seçki dairəsi Musa Qasımlı – 48,8

73 saylı Lənkəran şəhər seçki dairəsi Rüfət Quliyev – 58,7

74 saylı Lənkəran kənd seçki dairəsi Rəcəbli Hadı – 54,

75 saylı Lənkəran-Masallı seçki dairəsi Paşazadə Cavanşir

76 saylı Lənkəran-Astara seçki dairəsi Əsgərov Ziyafət - 59

77 saylı Astara seçki dairəsi Mahmudov Rəşad – 65,5

78 saylı Lerik seçki dairəsi Məmmədov İqbal – 44,9

79 saylı İmişli seçki dairəsi Razi Nurullayev - 49

80 saylı İmişli-Beyləqan seçki dairəsi Çingiz Qənizadə - 55.1

81 saylı Beyləqan seçki dairəsi İsmayılov Şahin – 59,8

82 saylı Ağcabədi seçki dairəsi Rzayev Tahir – 61,6

83 saylı Ağcabədi-Füzuli seçki dairəsi Aqil Abbas – 63,2

84 saylı Füzuli seçki dairəsi Vüqar Bayramov – 55,6

85 saylı Şamaxı seçki dairəsi Tamam Cəfərova – 52,1

86 saylı İsmayıllı seçki dairəsi Novruzəli Aslanov - 47

87 saylı Ağsu-İsmayıllı seçki dairəsi Tahir Kərimli – 46,2

88 saylı Göyçay seçki dairəsi Sabir Hacıyev – 48,1

89 saylı Göyçay-Ağdaş seçki dairəsi Əfəndiyev Məzahir – 55,7

90 saylı Ağdaş seçki dairəsi Osmanov Cavid - 64,1

91 saylı Ucar seçki dairəsi Həsən Ramil 52,2

92 saylı Zərdab-Ucar seçki dairəsi Jalə Əliyeva – 56,4

93 saylı Bərdə şəhər seçki dairəsi Fatma Yıldırım – 63,2

94 saylı Bərdə kənd seçki dairəsi Zahid Oruc – 56,9

95 saylı Tərtər seçki dairəsi Sahib Alıyev - 41

96 saylı Goranboy-Naftalan seçki dairəsi Məmmədov Anar – 61,3

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi Vəliyev Ağalar – 65,8

98 saylı Şəmkir şəhər seçki dairəsi Qafarova Sahibə - 63,9

99 saylı Şəmkir kənd seçki dairəsi Həsənov Nurlan - 63

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi Bayramov Kamran – 60,9

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi Mirbəşir Elşad - 45

102 saylı Samux-Şəmkir seçki dairəsi Səfərov Nizami – 62,8

103 saylı Gədəbəy seçki dairəsi Hüseynova Sevinc – 58,9

104 saylı Gədəbəy-Tovuz seçki dairəsi Arzu Nağıyev – 53,6

105 saylı Tovuz seçki dairəsi Qənirə Paşayeva – 62,1

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi Ülviyyə Ağayeva – 50,8

107 saylı Qazax seçki dairəsi Seyidov Səməd – 65,7

108 saylı Ağstafa seçki dairəsi Cəfərov Nizami - 58

109 saylı Balakən seçki dairəsi Məhəməliyev Nəsib – 62,7

110 saylı Zaqatala seçki dairəsi Elşən Musayev – 45,8

111 saylı Zaqatala-Balakən seçki dairəsi Əliyeva Kamilə - 53,3

112 saylı Qax seçki dairəsi Azər Kərimli – 51,6

113 saylı Şəki şəhər seçki dairəsi İsgəndərov vüqar 55

114 saylı Şəki kənd birinci seçki dairəsi Əli Məsimli – 46,6

115 saylı Şəki kənd ikinci seçki dairəsi Cavanşir Feyziyev – 63,4

116 saylı Qəbələ seçki dairəsi Fəttah Heydərov - 73

117 saylı Oğuz-Qəbələ seçki dairəsi Naxçıvanlı Aqiyə - 67,1

118 saylı Ağdam şəhər seçki dairəsi Bəxtiyar Əliyev - 61

119 saylı Ağdam kənd seçki dairəsi Bəxtiyar Sadıqov – 61,7

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi Məmmədov Ceyhun – 54,1

121 saylı Laçın seçki dairəsi Abbaszadə Mahir – 54,8

122 saylı Xankəndi seçki dairəsi Tural Gəncəliyev – 56,7

123 saylı Kəlbəcər seçki dairəsi Məmmədov Aqil – 62,3

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi Məmmədov Elman – 57,1

125 saylı Zəngilan-Qubadlı seçki dairəsi İsmayılov İmamverdi - 51
Bakıda yol qəzası baş verdi - Çox sayda xəsarət alan var
Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, qəza nəticəsində 1989-cu il təvəllüdlü Əliyev Elşən Firudin oğlu, 1971-ci il təvəllüdlü Bayramov Bəhram Mütəllim oğlu, 1985-ci il təvəllüdlü Fətəlizadə Samir Miryusif oğlu, 1951-ci il təvəllüdlü Fətəliyeva Fəridə İlqar qızı və 1 yaşlı Fətəliyev Yusif Samir oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. E.Əliyevə sol ayağının əziyi, B.Bayramova döş qəfəsinin əziyi, S.Fətəlizadəyə ağır kəllə-beyin və qarının küt travması, F.Fətəliyevaya qarnın və bədənin küt travması, Y.Fətəliyevə isə kəllə-beyin travması diaqnozları qoyulub. / Report
Səsvermə başa çatdı
Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə mərhələsi başa çatıb.

Seçkilər 125 seçki dairəsi üzrə ümumilikdə 5573 seçki məntəqəsində keçirilib.

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib, onlardan 1637 nəfərin namizədliyi qeydə alınıb. Deputatlığa namizədliyi qeydə alınanlardan 321 nəfər namizədliyini geri götürüb, MSK iki nəfərin deputatlığa namizədliyini ləğv edib.

Milli Məclisdə 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə aparıb. Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadındır. Seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.

Ümumilikdə 1000 məntəqədə (bütün məntəqələrin 18%-i) veb-kameralar quraşdırılıb.

Səsəvermə günü 5 milyon 329 min 460 seçicinin məntəqələrə gələrək bu hüququndan istifadə etmək imkanı olub. Seçicilərin səsvermə hüququnu reallaşdırması üçün 5 milyon 387 min 600 ədəd bülleten çap edilib.

Parlament seçkilərini izləmək üçün 77 790 yerli, 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Seçki məntəqələri saat 19:00-da axırıncı seçici məntəqəni tərk etdikdən sonra bağlı elan olunub. Bundan sonra səslərin sayılması prosesi başlayıb.
“Namizəd olduğum dairədə hər hansı bir qanun pozuntusu qeydə alınmayıb”
“ Saat 18:00 olan məlumata görə deputatlığa namizəd olduğum 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən hər hansı bir qanun pozuntusu, maneçilik, müdaxilənin olması ilə bağlı hər hansı bir fakt qeydə alınmayıb.”

Bu fikirləri Avrasiya.net saytına BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı məlumat verib. Onun sözlərinə görə, Qaradağ rayonunda keçirilən səsvermədə normal şərait davam edir:” Özüm sübh tezdəndə partıyanın seçki qərargahındayam. Bu dəqiqələrə qədər bir fakt belə daxil olmayıb ki, hansısa qanun pozuntusu olsun. Normal şəkildə seçki proses davam edir. İnsanlar sərbəst şəkildə istədikləri namizədə səs verib gedirlər. Seçki proses davam edir.”
MSK 17:00-a olan MƏLUMATI açıqladı: Seçicilərin 44,84%-i səs verib
Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir.

Avrasiya.net xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 17:00 olan məlumatları açıqlayıb. O bildirib ki, ölkə üzrə 2 milyon 389 min 754 nəfər seçici səs verib.

Seçici fəallığı 44.84% təşkil edir. 125 dairəni əhatə edib və səsvermə 5 573 məntəqədə aparılıb. Qeyd edək ki, 5 milyon 329 461 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək. Parlament seçkilərində iştirak edəcək namizədlərin sayı isə 1314 nəfərdir.