Ermənistan ordusu Naxçıvanla sərhəddə İTKİ VERDİ: 3 ölü, 1 yaralıErmənistan ordusu Syunik vilayətində (Zəngəzur) itki verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbərt verir ki, Naxçıvanla sərhəddə müqavilə əsasında xidmət keçən 4 hərbçi qar uçqununa düşüb.

Nəticədə əsgər Karapet Nazaryan (1991-ci il), kiçik çavuş Tiqran Arzumanyan (1994-cü il) və kiçik çavuş Nver Şahbazyan (1995-ci il) ölüb.

Əsgər Hamlet Mirzoyan (1998-ci il) isə xəsarət alaraq uçqundan çıxa bilib. Faktla bağlı araşdırmalar başlanılıb.
Metroda 1 nəfər özünü qatarın altına atdıBakı Metropolitenində qatarların hərəkətində yubanma olub.

Axar.az xəbər verir ki, "Yaşıl xət"lə hərəkət edən qatar hərəkət qrafiki üzrə 15 dəqiqə gecikib. Saat 20:48-də “İnşaatçılar” metrosunda dayanan qatar bir neçə dəqiqə yubanmadan sonra yola düşüb.

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Report-a açıqlamasında bildirib ki, metroda yubanma "Nəriman Nərimanov" stansiyasında sərnişinin özünü stansiya yoluna atması ilə əlaqədardır.

"Maşinist hadisəyə çevik reaksiya verib. Gərginlik kəsilib və sərnişin stansiya yolundan çıxarılıb. Ümumilikdə xəttə 10 dəqiqəlik yubanmaya yol verilib", - deyə o bildirib.
Ramil Kərimli bütün rayonun dəstəyini qazandı32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizəd Ramil Kərimli bütün rayonun dəstəyini qazandı.

Seçkilər uğrunda yarış başa çatmaq üzrədir.

R.Kərimli 21 günlük təbliğat, təşviqat prosesinin nəticəsi barədə deyib: "Nəticə çıxarmağın vaxtı gəldi. Çox gərgin bir dövr keçdik. Bu yolda çox sınaq və çətinliklərlə üzləşdim. Bir çox şey öyrəndim və xeyli nəticə çıxardım. Ətrafımda özəl insanlar yığıldı. Mənə nəinki bilik və bacarıqlarını, həm də qələbəmə inanaraq ürəyini verən insanlardan ibarət vəfalı bir komanda. Gördüyümüz işin əhəmiyyətini dərk edərək platformanın ətrafında birləşdik. Bunun mahiyyətini bir sözlə belə ifadə etmək olar: hamının səsinin eşidilməsinə imkan yaradan bir vasitə yaratmaq.

Bu dövrdə mənim komandam 24/7 rejimində çalışdı ki, seçki günü seçicilər Milli Məclisdə hansı namizədi görmək istədiklərinə qərar verə bilsinlər. Yarışlar qısa olsa da, hər mərhələdə sizi daha yaxından tanımaq və Ramil Kərimlinin kim olduğunu göstərmək üçün bir çox əlamətdar tədbirlər keçirə bildik. Digər namizədlər də dəstək və yardım göstərərək, namizədliklərini geri götürərək enerjimizi və ümumi qələbəmiz naminə platformamıza qatıldılar.

Bu gün mən seçki kampaniysının son gününü seçicilərlə görüşməklə keçirirəm. Səhnədə yanımda dayanan insanlar bütün seçki kampaniyası boyunca mənimlə çiyin-çiyinə çalışıblar. Bu insanlar mənim platformama inanan və onu gələcəkdə həyata keçirə bilən şəxslərdir. Mənə kömək edən hər kəsə, məni dəstəkləyən və inanan hər kəsə təşəkkür edirəm. Məqsədim həmvətənlərimin, ölkələri ilə fəxr edən azərbaycanlıların xoşbəxt və firavan yaşayacaqları bir Azərbaycan qurmaqdır".
Emin Əliyevdən hamıya TƏŞƏKKÜR - VİDEO125 saylı Zəngilan-Qaubadlı Seçki dairəsindən deputatlığa namizəd Emin Əliyev son təbliğat, təşviqat günündə zəngilanlı və qubadlılara, həmçinin bu prosesin həyata keçirilməsində ona yardım edənlərə, bu yolda onunla birgə addımlayan hər kəsə, elə dairədən olan digər namizədlərə təşəkkürünü bildirib.

Ətraflı videoda:
Bakı Prokurorluğu müdirin intiharı barədə məlumat yaydıBakı şəhər Prokurorluğu bu gün Yasamal rayonunda aptek müdirinin intihar etməsi hadisəsi ilə bağlı məlumat yayıb.

Avrasiya.net-ə daxil olan açıqlamada deyilir:

"Fevralın 7-də paytaxt sakini 1971-ci il təvəllüdlü Sənan Həsənovun müqavilə əsasında işlətdiyi Yasamal rayonu, H.Cavid prospekti, 19 saylı ünvanda yerləşən aptekdə özünü naqillə asaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, məhkəmə-tibb ekspertizası təyin edilib".iharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınmışdır.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xəstəni döyüb öldürən "cinçıxaranlar"a hökm oxunduTətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etməklə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olmaqda təqsirləndirilən Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribovun cinayət işi məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Əfqan Tarverdiyev, Sahib Xəlilov, Vüsal İbrahimov, Cəmil Qayıbov və Aprel Xəlilovun hər birinə 9 il 6 ay, Füzuli Qəribova isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, ötən ilin noyabrında Şabran rayonunda kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib.

Araşdırmalarla onların Şabran şəhər sakinləri - Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib və onlar şübhəli şəxslər qismində saxlanılaraq Şabran rayon polis şöbəsinə gətiriliblər.

İlkin təhqiqat zamanı saxlanılanlar törətdikləri cinayət əməllərini etiraf ediblər.

Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub.

Araşdırmalarla M.Soltanovun Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə aldığı, lakin sonuncu belə “seans” zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib. Saxlanılan şəxslər polisə verdikləri ifadələrində M.Soltanovu 2 seans "müalicə" etdiklərini, ikinci seansın 40 dəqiqə çəkdiyini bildiriblər. Onların sözlərinə görə, M.Soltanov 40 dəqiqə nar çubuğu ilə döyülməsi nəticəsində ağır bədən xəsarətləri alaraq ölüb.

Eyni zamanda keçirilən tədbirlərlə Vüsal İbrahimovun yaşadığı evə baxış zamanı oradan 1 ədəd qanunsuz olaraq saxladığı “Toz-8” markalı tüfəng aşkar edilərək götürülüb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 126.3 (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilən qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə ittiham elan edilib.
MSK daha bir nəfərin namizədliyini ləğv etdi86 saylı İsmayıllı seçki dairəsində namizədliyi qeydə alınan Şahəvələdov Məzahir Səfər oğlunun namizədliyi ləğv edilib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə edilib.

Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, həmin dairənin sədri tərəfindən Şahəvələdov Məzahir Səfər oğlunun ikili vətəndaşlığının olması ilə bağlı MSK-ya müraciət edilib: “Tərəfimizdən yoxlamalar aparılıb və müraciətin doğruluğu sübut edilib”.

Daha sonra məsələ müzakirəyə qoyulub.

Müzakirələr nəticəsində Şahəvələdov Məzahir Səfər oğlunun namizədliyi ləğv edilib.
Azərbaycanın Akşeneri- Könül QuliyevaHazırda həyata keçirilən seçki platformasında maraqlı jestlər ilə yadda qalan bir neçə namizədlər olub. Bunlardan biri də 95 saylı Tərtər seçki dairəsindən namizədliyini irəli sürmüş hüquqşünas Könül Quliyevadır. O, ilk dəfə olaraq, bu seçki marafonunda seçiciləri üçün konsert təşkil etmiş, həmçinin maraqlı jesti ilə yadda qalıbdır. Azərbaycanın milli adət-ənənələrinin simvolu olan baş örtüyünü xanımlara hədiyyə edən Könül Quliyeva səhifəsində belə fikirlər yazıdır. "Hansı xalqın həyat tərzinə nəzər salsaq, mütləq ənənəvi qadın obrazları və geyimləri ilə rastlaşırıq və şübhəsiz ki, bu geyimlərin vacib elementlərindən biri də baş yaylıqlarıdır. Bəzi qadınlar yaylıqdan başlarını örtmək üçün istifadə edir, digərləri onu çiyninə atır, bəzi hallarda isə yaylıq qumaşa çevrilərək universal şəkil alır, yəni həm başı, həm çiyinləri, həm də bədəni örtür. Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Geyimlər hətta maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətlərini əks etdirməklə yanaşı, sabit etnik əlamətlər sırasına daxildir. Məhz bu səbəbdən milli geyimlərimizə, yaylıqlarımıza çox önəm verirəm. Məni tanıyan hər kəs bunu təsdiq edər ki, hər kəsə verəcəyim ən gözəl hesab etdiyim hədiyyə yaylıqdır. Bu dəyərli hədiyyəni evlərdəki tək-tək görüşlər zamanı seçicilərimə də verdim. Və onlarla ən sonuncu qapalı görüşümüzdə isə, boynumdakı yaylığı bir yaşlı anaya hədiyyə etdim. İstədim ki, bu seçkidən o yaylıqla xatirələrinə iz buraxım...

Əsil inkişaf milli-mənəvi dəyərləri, qədim mədəniyyəti qorumaqla mümkündür. Hətta bunun dünyada xeyli nümunələri də var... Unutmayaq ki, bizim dövlətimiz də xalqımızın möhtəşəm və qədim mədəniyyəti, mənəvi və milli dəyərləri üzərindən inkişaf siyasəti yürüdür...

" Könül Quliyevanın bu hərəkətləri Türkiyədə böyük nüfuz sahibi olan İYİ Partiyasının sədri Meral Akşenerə bənzədilir. Bu da onun ictimai fikirdə Azərbaycanın Akşeneri kimi təqdim olunmasına zəmin yaratdı.
Azərbaycanın Akşeneri- Könül Quliyeva
Azərbaycanın Akşeneri- Könül Quliyeva
Azərbaycanın Akşeneri- Könül Quliyeva
Aptek müdirinin meyiti asılmış vəziyyətdə tapıldıBakıda aptek müdirinin meyiti asılmış vəziyyətdə iş yerində tapılıb.

Avrasiya.net APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən apteklərdən birində asılmış kişi meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin həmin aptekin sahibi, 1971-ci il təvəllüdlü Həsənov Sənan Əmrah oğlu olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.