Xalq Cümhuriyyəti nazirinin oğlundan Səməd Vəkilova dəstək: “Ona səs verin!”Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili işlər naziri, Moskva Universiteti hüquq fakültəsinin məzunu, görkəmli siyasi xadimi, hökumətin ən gənc naziri olmuş Mustafa bəy Vəkilovun Türkiyədə yaşayan oğlu Nadir Vəkiloğlu seçicilərə müraciət edərək onları 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd Samad Vekilovu dəstəkləməyə çağırıb.

Nadir Vəkiloğlu bir müddət öncə Prezident İlham Əliyev tərəfindən təltif olunub və Azərbaycanla bağlı xatirələrini də bölüşüb.

Mən Azərbaycanın ən gənc millət vəkili və Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri olmuş Mustafa bəy Vəkilovun oğluyam. Atamın Azərbaycan üçün xidmətləri barədə mətbuatda və nəşrlərdə bir çox məlumatlar var. Hələ də onun haqqında filmləri izləmək olar.

QHT.az xəbər verir ki, bu sözləri İstanbulda ilk Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının varislərinə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalının təqdim edilməsi mərasimində Nadir Vəkiloğlu bildirib.

O, deyib: “Azərbaycanın çətin zamanlarında o qərarları vermək və baş qaldırmış üsyanları basdırmaqda Mustafa bəy Vəkilovun çox böyük əməyi var. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dağıldıqdan sonra atam Türkiyəyə gəlib və fəaliyyətini burada davam etdirib. O, son nəfəsinə kimi Türkiyədə yaşayan azərbaycanlılara arxa olub. Atam vəfat edəndə mən çox balaca idim. Əfsuslar olsun ki, bu hadisələr barədə ondan məlumat ala bilmədim. Hazırda Mustafa bəy Vəkilovun adına olan medal mənə təqdim edilib. Bu çox qürurverici haldır”.
Xalq Cümhuriyyəti nazirinin oğlundan Səməd Vəkilova dəstək: “Ona səs verin!”
Xalq Cümhuriyyəti nazirinin oğlundan Səməd Vəkilova dəstək: “Ona səs verin!”
Xalq Cümhuriyyəti nazirinin oğlundan Səməd Vəkilova dəstək: “Ona səs verin!”
Aqil Məmmədov Qarabağ əlilləri və veteranlarla görüşdü - Gəncədə123 saylı Kəlbəcər rayon seçki dairəsindən deputatlığa namizəd Aqil Məmmədovun təbliğat, təşviqat görüşləri davam edir. Aqil Məmmədov bu dəfə Gəncə şəhərində Qarabağ əlilləri, veteranları ilə görüşü olub. Görüşdə Aqil Məmmədov Qarabağ əlillərini, veteranlarını salamlayaraq bildirib ki, Qarabağ əlilləri və veteranları hər zaman diqqət mərkəzində olub, onlara hörmət və ehtiramla yanaşılıb.

O bildirib ki, hər bir Azərbaycan vətəndaşı sizlərə hörmətlə yanaşmalıdır. Sizlər bu dövlət üçün canınızı və qanınızı ortaya qoymuş insanlarsınız deyən namizəd Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açaraq bildirib ki, bu qəbildən olan bütün vətəndaşlarımız hərtərəfli dövlətin qayğısıyla əhatə olunmuşdur. Qarşıdan 9 fevral 2020-ci il tarixində ölkəmizdə növbəti parlament seçkilərinin gəlişini vurğulayan Aqil Məmmədov təbliğat və təşviqat kampaniyası çərçivəsində şəhid ailələri ilə görüşdüyünü və onlardan xeyir-dua aldığını qeyd edərək tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, əgər seçiciləri ona etimad göstərib millət vəkili seçəllərsə Qarabağ əlillərinin və veteranlarının, şəhid ailələrinin, Çernobıl əlillərinin, ümumiyyətlə, bu kateqoriyadan olan insanları daim diqqətində saxlayacaq, qarşıya çıxacaq problemlərinin həlli üçün əlindən gələni əsirgəməyəcəkdir.

Təbirdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Kəlbəcər rayon şöbəsinin sədri Ramiz Əliyev , Qarabağ muharibəsi veteranı, ehtiyatda olan polkovnik Eldar Həsənov və digərləri çıxış edərək Qarabağ əlilləri və veteranlarla görüşdən məmnunluq hissi duyduqlarını, onlara göstərilən diqqətə görə hər zaman Ölkə Prezidentinin ətrafında sıx birləşdiklərini və onun sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədinə yekdilliklə səs verəcəklərini bildiriblər və bütün kəlbəcərliləri Aqil Məmmədova səs verməyə çağırıblar.
Aqil Məmmədov Qarabağ əlilləri və veteranlarla görüşdü - Gəncədə
Aqil Məmmədov Qarabağ əlilləri və veteranlarla görüşdü - Gəncədə
Aqil Məmmədov Qarabağ əlilləri və veteranlarla görüşdü - Gəncədə
Azay Quliyevin seçicilərlə daha bir möhtəşəm görüşü - FOTOLARBu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsinin seçiciləri ilə görüşüb.

Azay Quliyevin Seçki Qərargahından verilən məlumata görə, Azay Quliyevi alqışlarla qarşılayan seçicilər onun deputat fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər. Seçicilər fevralın 9-da ötən 4 ildə Milli Məclisdə onları ləyaqətlə təmsil edən Azay Quliyevə yenidən səs verəcəklərini deyiblər.

Görüşdə çıxış edən Azay Quliyev seçiciləri ilə müntəzəm şəkildə görüşdüyünü və onların müraciətlərini daima diqqətdə saxladığını bildirib. Azay Quliyev seçicilərin elektron kabinetinin (e-kabinet) əhəmiyyəti haqqında da ətraflı məlumat verib.

Seçicilər Azay Quliyevə müraciət edərək 27 saylı poliklinikanın fəaliyyətinin yenidən bərpa edilməsinə kömək etməyi istəyiblər.

Azay Quliyev seçicilərlə birlikdə poliklinikanın binasına baxış keçirib.

O, bu məsələni araşdıracağını və vətəndaşların istəyinin təmin olunması üçün müvafiq qurumlara müraciət edəcəyini deyib.

Azay Quliyev daha sonra 6-cı mikrorayon, Kazımoviski küçəsində əlilliyi olan şəxsin mənzilinə baş çəkib və onun üzləşdiyi problemin həlli ilə maraqlanıb.
Azay Quliyevin seçicilərlə daha bir möhtəşəm görüşü - FOTOLAR
Azay Quliyevin seçicilərlə daha bir möhtəşəm görüşü - FOTOLAR
Azay Quliyevin seçicilərlə daha bir möhtəşəm görüşü - FOTOLAR
Azay Quliyevin seçicilərlə daha bir möhtəşəm görüşü - FOTOLAR
Sadiq Qurbanov Siyəzənin səhiyyə işçiləri və iş adamlarıyla görüşüb - FOTOLARYeni Azərbaycan Partiyasının (YAP) 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədi Sadiq Qurbanov bu gün Siyəzən rayonunda çalışan səhiyyə işçiləri ilə görüşüb.

Namizədin bu görüşü də seçicilərlə səmimiyyət və dostluq üzərində qurulub. S.Qurbanov ölkədə aparılan köklü islahatlardan, xüsusi ilə də tibb sahəsində son illər dövlət başçısının həyata keçirdiyi siyasətdən və onun səmərəli nəticələrindən bəhs edib. Seçicilər ölkədə aparılan sosil, iqtisadi islahatları dəstəklədiklərini bəyan edərək 9 fevral 2020-ci il parlament seçkilərində yekdilliklə YAP-ın vahid namizədinə səs verəcəklərini qeyd ediblər.

Elə həmin gün S.Qurbanov Siyəzən rayonunda iş adamları ilə görüşüb. Mövcud vəziyyət və problemlər haqqında müzakirələr aparılıb.
Sadiq Qurbanov Siyəzənin səhiyyə işçiləri və iş adamlarıyla görüşüb - FOTOLAR
Sadiq Qurbanov Siyəzənin səhiyyə işçiləri və iş adamlarıyla görüşüb - FOTOLAR
Sadiq Qurbanov Siyəzənin səhiyyə işçiləri və iş adamlarıyla görüşüb - FOTOLAR
Sadiq Qurbanov Siyəzənin səhiyyə işçiləri və iş adamlarıyla görüşüb - FOTOLAR
Sumqayıt-Xızı 44 saylı seçki dairəsində Əzimağa İbrahimov liderdir44 saylı Sumqayıt-Xızı seçki dairəsindən müstəqil olaraq deputatlığa namizədliyini irəli sürmüş Əzimağa İbrahimov rəqibləri arasında liderdir

Media Araşdırma Mərkəzi və bir neçə sayt tərəfindən seçicilər arasında ötən gün kecirilən araşdırmaya görə, Əzimağa İbrahimov liderdir. Əslən Xızıdan olan Əzimağa İbrahimovun seçicilərlə olan görüşündə də, bunu görmək mümkündür.

Əməkdaşımız deputatlığa namizədlə görüşdə Əzimağa İbrahimovun seçkilərlə bağlı vəziyyət barədəki fikirlərini öyrənib.

"Namizədlər arasında lider sayılaraq seçkidə qalib gələcəyinizə inanırsınızmı ? "- sualına o,belə cavab verib:

Xızıda və başqa yerlərdə seçicilərlə görüşlərdə izdiham yaşandı. Mən, gənc bir vətənsevər, işgüzar və siyasi baxışları fərqli olan bir namizəd kimi, xalqın məni dəstəkləməsinə böyük ümid bəsləyirəm. Seçicilərimizin bizə dəstək olması bizi ruhlandırır. Lakin, müəyyən qüvvələrin, xüsusilə də vətəndaşlar tərəfindən adı hallanan İcra Hakimiyyəti nümayəndələrinin müdaxiləsi olmasa, mən qalib olacağıma tam əminəm.

Bundan əlavə, Əzimağa İbrahimov apardığı ictimai siyasi fəallığına və ictimaiyyətin rəğbətini qazandığına görə, Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının fəxri diplomu ilə mükafatlandırılıb.
Nərminin qətlində adı hallanan Altay danışdı - ÖzəlMənim Nərmini qətlə yetirməyimlə bağlı yayılan məlumatların hamısı əsassızdır.

Bu sözləri Axar.az-a Nərmin Quliyevanın qətli ilə bağlı yayılan səs yazısında Nərminin qatili olduğu iddia edilən Altay Ələkbərov deyib. O bildirib ki, haqqında qeyd edilən iddiaların hamısı İlkin Süleymanovun yaxınları tərəfindən ortaya atılıb:

“Səhər bu məsələyə görə şəxsən özüm prokurorluğa gedib ərizə yazdım ki, mənə şər atılır. Bu şəri də mənə İlkin Süleymanovun yaxınları atır. Mənim bu günə qədər Tovuzda heç kimlə problemim olmayıb. Gah dedilər guya əxlaqsız hərəkətlərim olub, gah da dedilər ki Nərminin atası Şərif Quliyevi heyvan oğurluğuna görə polisə şikayət etmişəm. Bunların hamısı yalandır. Mənim bu günə qədər polisə düşəcək bir işim də olmayıb. Sadəcə Nərminin meyiti yanan zaman hadisənin şahidi olmuşdum. Buna görə hüquq-mühafizə orqanlarına şahid kimi ifadəmi vermişdim. Mənim hadisə barədə ifadə verməyimi İlkinin qardaşı Bəhruz Süleymanov da gördü. Elə bildilər ki, mən İlkinə şər atmışam. Bu hadisədən sonra mənim haqqımda belə yalan məlumatlar yayıldı. 38 yaşım var, heç kimlə problemim olmayıb. Nərminin ailəsi ilə qonşu kimi münasibətim yaxşı olub, heç bir ədavətimiz də olmayıb. Xahiş edirəm, mənim haqqımda yayılan bu məlumatlara inanmayın”.

Qeyd edək ki, bu gün mətbuatda Nərmin Quliyevanın qətli ilə bağlı səs yazısı yayılıb. Səs yazısında Nərminin əsl qatilinin İlkin Süleymanov yox, Altay Ələkbərov adlı şəxs olması iddia edilib.
Ərdoğanın müşaviri qar altında qaldı, 38 nəfər öldü - ŞokTürkiyənin Van şəhəri yaxlınlığında qar uçqunu baş verib.

Axar.az xəbər verir ki, Van-Baxçasaray yolunun 33-cü kilometrliyində hərəkət edən mikroavtobusun üzərinə düşən uçqun nəticəsində 2 nəfər itkin düşüb.

İki nəfərin axtarışlarının davam etdiyi bir vaxtda ərazidə ikinci uçqun baş verib.

Türkiyə Daxili İşlər naziri Süleyman Soylu hələlik ümumilikdə 8 nəfərin həlak olduğunu, 30-dan şəxsin xilas edildiyini deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Gülşən Orxan yaralı vəziyyətdə xilas edilib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Van şöbəsinin rəhbəri Osman Uçağın da uçqun altında qaldığı bildirilir.

***

Türkiyədə qar uçqunu nəticəsində ölənlərin sayı artıb.

Van valisi Məhməd Əmin Bilməz jurnalistlərə açıqlamasında uçqun nəticəsində 23 nəfərin həlak olduğunu deyib.

Ölənlərin 8-i hərbçidir.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca ölənlərinin sayının arta biləcəyini deyib.

***

Türkiyədə qar uçqununda ölənlərin sayı 38 nəfərə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Rəşad Mahmudov Ziyafət Əsgərov və təşkilat sədrləri ilə birgə 9 fevral seçkilərini müzakirə edibDeputatlığa namizəd, dünya şöhrətli kardiocərrah Rəşad Mahmudov Ziyafət Əsgərov və təşkilat sədrləri ilə birgə 9 fevral seçkilərini müzakirə edib.

Görüşdə parlament seçkilərinin tamamilə şəffaf, demokratik şəraitdə keçirilməsi istiqamətində görülən işlərdən bəhs olunub, atılması gərəkən addımlara diqqət çəkilib.

Maraqlı müzakirə şəraitində keçən görüşdə bir sıra təkliflər irəli sürülüb.

R.Mahmudov sosial şəbəkədəki hesabında sözügedən görüşdən bəhs edib, həmin görüşlə bağlı bəzi fotolar paylaşıb:

“Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatında, partiyamızın 76 saylı Lənkəran-Astara DSK üzrə namizədi Ziyafət Əsgərovla birlikdə, 125 ilk partiya təşkilatlarının sədrləri ilə görüşdük. Görüşdə 9 Fevralda keçiriləcək seçkilərin mövcud qanunvericiliyə uyğun, tam şəffaf, demokratik və sağlam rəqabət şəraitində keçməsindən ötrü görülmüş işləri və qarşıda duran vəzifələri müzakirə etdik”.
Rəşad Mahmudov Ziyafət Əsgərov və təşkilat sədrləri ilə birgə 9 fevral seçkilərini müzakirə edib
Rəşad Mahmudov Ziyafət Əsgərov və təşkilat sədrləri ilə birgə 9 fevral seçkilərini müzakirə edib
Baş Prokurorluqdan səsyazısı ilə bağlı AÇIQLAMA"Son günlər bəzi sosial şəbəkələr və ayrı-ayrı internet informasiya resurslarında Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə müxtəlif anonim informasiyalar yayılıb".

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a daxil olan məlumatda bildirilir.

"Qeyd edilən faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində tam, hərtərəfli və obyektiv istintaq-əməliyyat tədbirləri davam etdirilməklə həmin informasiyalar öyrənilir və araşdırılması təmin olunacaqdır.

İstintaq-əməliyyat qrupu tərəfindən həmin qətllə bağlı məlumatlı olan şəxslərdən +99412 440 75 25 və +99412 440 79 25 nömrəli telefonlara müraciət etmələri xahiş olunur.

Məlumat vermiş şəxslərin anonimliyi və təhlükəsizliyinə təminat verilir.

Kütləvi informasiya vasitələrinə aidiyyəti dövlət qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmələr aparılmadan istintaqın maraqlarına zidd olmaqla konfidensial informasiya hesab edilən məlumatların yayılmasına yol verməmələri bir daha tövsiyə edilir.

İstintaqın gedişatı ilə bağlı zərurət yarandıqda ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - deyə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.
MSK Fərəc Quliyevə xəbərdarlıq edibMərkəzi Seçki Komissiyası (MSK) 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi qeydə alınan Fərəc Quliyevlə bağlı şikayət baxıb.

Avrasiya.net xəbər verir ki, MSK-nın davam edən iclasında Fərəc Quliyevlə bağlı qərar verilib. Həmin dairədən qeydə alınan digər 3 namizədin şikayəti qismən təmin olunub və F.Quliyevə xəbərdarlıq edilməsi təklif edilib.

Qeyd edək ki, 31 saylı suraxanı ikinci seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Mehman Hüseynov, Etibar Əliyev və Orxan Kəngərlinin həmin dairdən qeydə alınmış digər namizəd Fərəc Quliyev ilə bağlı MSK-ya şikayət ediblər. Şikayətdə bildirilib ki, F.Quliyev öz namizədliyini geri çəkmək üçün M.Hüseynova 15 min manat pul təklif edib. F.Quliyev isə bu iddianın əsassız olduğunu bildirib.