Əsədə şok: 1532 hərbçisi öldürüldü2019-cu ilin dekabrından 2020-ci ilin yanvar ayına qədər Suriya ordusu olduqca ağır itkilər verib.

Axar.az xəbər verir ki, bu barədə Suriyada fəaliyyət göstərən “Təhrir əş-Şam” qüvvələrinə məxsus İBA agentliyi məlumat yayıb.

Agentliyin məlumatlara görə, Bəşər Əsəd qüvvələri ən çox itkini 19 dekabr 2019-cu il - 2 fevral 2020-ci il tarixləri arasında verib. Bildirilib ki, bu tarixlərdə Əsəd qüvvələri və şiə milislərinin 1532 (148-i zabit), Rusiyanın isə 13 hərbçisi öldürülüb, yüzlərlə yaralı var.

Bundan başqa 45 zirehli texnika (28 ədəd tank, 14 ədəd PDM, 1 ədəd 57 mm-lik top, 1 ədəd raket qurğusu, 1 ədəd “Şilka”), 45 hərbi maşın (34 ədəd yük maşını və pikap, 5 ədəd 14.5 mm pulemyot daşıyan pikap, 6 ədəd 23 mm pulemyot daşıyan pikap), 13 ədəd idarəolunan tank əleyhinə raket qurğusu məhv edilib.

Döyüşlər zamanı 7 ədəd tank, 2 ədəd PDM, 9 ədəd PUA vurulub. Suriya ordusuna məxsus 8 tank, 6 PDM, 1 hərbi yük maşını, 3 idarəolunan tank əleyhinə raket qurğusu, 3 ədəd 14.5 mm çaplı pulemyot, 3 “Şilka”, 4 pikap və müxtəlif silahlar ələ keçirilib.
İradə Polad seçicilərilə görüşüb - FOTOLAR + VİDEO58 saylı Hacıqabul-Kürdəmir Seçki dairəsindən deputatlığa namizəd olan Nəsirova İradə Polad qızı (İradə Polad) Seçki qərargahının üzvləri ilə birlikdə görüşlərini uğurla davam etdirir.

O, bu dəfə Hacıqabulun Muğan kəndində seçicilərlə görüşüb. İ.Poladı alqışlarla qarşılayan seçicilər ona öz problemlərindən və kənddə yaranan çətinliklərdən danışıblar. İ.Polad hər bir seçicini diqqətlə dinlədikdən sonra özündə lazımi qeydlər aparıb və problemlərin həll edilməsi istiqamətində çalışacağını bildirib.

Daha sonra namizəd seçki platformasından bəh sedib. Görüşün sonunda seçicilərin sualları cavablandırılıb. Seçicilər fevralın 9-da- seçki günündə İ.Polada səs verəcəklərini bildiriblər.
İradə Polad seçicilərilə görüşüb - FOTOLAR + VİDEO
İradə Polad seçicilərilə görüşüb - FOTOLAR + VİDEO
Aqil Məmmədov seçiciləri ilə görüşdü - Göygöl və Samuxda123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Məmmədov Aqil Sadiq oğlu növbəti təbliğat kompaniyasını Göygöl və Samux rayon ərazisində davam etdirmişdir. Göygöl rayon Üçtəpə kəndində və Samux rayon Qarayeri kəndində baş tutan görüşdə iştirak edən kənd sakinləri Yeni Azərbaycan Partiyasının namizədinin təbliğat kompaniyasına böyük həvəslə qatılmışdır. Görüşdə çıxış edən Aqil Məmmədov bir daha vurğulayıb ki, seçkilərə Yeni Azərbaycan Partiyası Daha güclü Azərbaycan naminə şüarı ilə qoşulub.

Yeni Azərbaycan Partiyasının ölkəmizdə ki, mövqeyindən və rolundan söz açan Aqil Məmmədov Partiyanın sədri Ölkə Başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha da inkişaf etdiyini bildirərək nəyin ki, regionda dünyada hörmət və nüfuz sahibi olan bir ölkəyə çevrildiyini qeyd etmişdir.Bu seçkilərin ölkəmizdə mühüm siyasi bir hadisə olduğunu bir daha söyləyən Aqil Məmmədov seçkilərin şəfaf və demokratik keçməsi üçün hər bir seçicini sandıq başına səsləyərək, hər bir kəlbəcərlinin seçkilərdə fəal iştirak etməyə çağırıb.O bildirib ki, seçiciləri əgər ona etimad göstərib səs verib Millət Vəkili seçəllərsə kəlbəcərlilərin Milli Məclisdə haqq səsi olacaq, daima onların yanında olub onları narahat edən problemlərin həllinə çalışacaqdır.Görüşdə iştirak edən sakinlər çıxış edərək, Parlament seçkilərində fəal iştirak edəcəklərini, birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərinə söz verdilər.
Aqil Məmmədov seçiciləri ilə görüşdü - Göygöl və Samuxda
Aqil Məmmədov seçiciləri ilə görüşdü - Göygöl və Samuxda
Aqil Məmmədov seçiciləri ilə görüşdü - Göygöl və Samuxda
Sadiq Qurbanov görüşlərini uğurla davam etdirir - FOTOLARYeni Azərbaycan Partiyasının (YAP) 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədi Sadiq Qurbanov görüşlərini uğurla davam etdirir.

S.Qurbanov bu gün Şabran rayonunda ölkənin ictimai siyasi həyatında ən mühüm rola malik olan müəllimlərlə görüşüb. S.Qurbanov özü haqqında qısa məlumat verdikdən sonra təmsil olduğu partiyanın fəaliyyətindən, Azərbaycan siyasi arenasında tutduğu mövqeyindən, eyni zamanda xalqın bu partiyaya inam və etibarından bəhs edib. Daha sonra seçki platforması barədə danışıb.

Həmişə oluğu kimi bu dəfə də S.Qurbanovun seçicilərlə səmimi görüşü keçirilib. Şabranın pedaqoji kollektivi S.Qurbanovla görüşdən məmnun qaldıqlarını vurğulayıblar.

Görüşdə çıxış edən ziyalılar hər zaman olduğu kimi dövlətin siyasi kursunu, mövqeyini bəyənərək hakim YAP-ın namizədinə 9 fevralda səs verəcəklərini bildiriblər.

S.Qurbanov daha bir görüşünü Şabran rayonun Sincanboyad və Padar kəndlərinin sakinləri ilə keçirib. Hərbir kənddə keçirdiyigörüşlərdəolduğu kimi burada da ağsaqqal xeyir-duasını alan YAP-ın namizədi onlara öz seçki platformasını, planlarını açıqlayandan sonra yerli sakinləri dinləyib, onların yaşadığı problemləri qeydə alıb.

Bu günün sonuncu görüşü Azərxalça ASC Şabran filialının toxucuları ilə olub. Namizəd fabrikdə toxuculara yaradılan şəraitlə tanış olub. Toxucu dəzgahları arasını gəzərək onların iş prosesini izləyib.

Kollektivin suallarını cavablandıran S.Qurbanov seçiciləri narahat edən problemləri bir-bir qeyd edib və nəzarətdə saxlayacağını bildirib. Toxucular Sadiq müəllimə təşəkkür edib, onların qayğılarına şərik olduğu üçün minnətdarlıqlarını ifadə ediblər və onu da qeyd ediblər ki, belə bir namizədə səs verməyə bilməzlər.
Sadiq Qurbanov görüşlərini uğurla davam etdirir - FOTOLAR
Sadiq Qurbanov görüşlərini uğurla davam etdirir - FOTOLAR
Sadiq Qurbanov görüşlərini uğurla davam etdirir - FOTOLAR
Sadiq Qurbanov görüşlərini uğurla davam etdirir - FOTOLAR
Sadiq Qurbanov görüşlərini uğurla davam etdirir - FOTOLAR
Sadiq Qurbanov görüşlərini uğurla davam etdirir - FOTOLAR
Sadiq Qurbanov görüşlərini uğurla davam etdirir - FOTOLAR
Sadiq Qurbanov görüşlərini uğurla davam etdirir - FOTOLAR
Sadiq Qurbanov görüşlərini uğurla davam etdirir - FOTOLAR
Sadiq Qurbanov görüşlərini uğurla davam etdirir - FOTOLAR
Ramil Kərimlidən seçicilərə müraciət
“Qonşularınızı, dostlarınızı, qohumlarınızı seçkilər barədə məlumatlandırın”

“Mən komandamla hər gün Suraxanı rayonunun sakinləri ilə görüşlər keçiririk və belə bir hal diqqətimi çəkir...
İnsanların çoxu ümumiyyətlə parlament seçkilərinin keçirilməsindən xəbərsizdirlər. Əgər kəndlərimizin mərkəzində bizim reklamlarımız sayəsində insanların bundan bundan xəbəri varsa, kənarlarda vəziyyət tam fərqlidir”. Bu fikirləri Suraxanı 32 ci seçki dairəsindən deputatlığa namizəd Ramil Kərimli səsləndirib. Deputatlığa namizəd bildirib ki, komandamın üzvləri evlərə baş çəkir, səsvermənin vacibliyindən, hər səsin vacib olmasından danışırlar: “Lakin vəziyyət çox ləng dəyişir.
Ramil Kərimlidən seçicilərə müraciət
Sizdən xahiş edirəm, ölkəmizin gələcəyinə biganə deyilsinizsə, qonşularınızı, dostlarınızı, qohumlarınızı qarşıdan gələn seçkilər barədə məlumatlandırın və fevralın 9-da gəlin və maraqlarınızı parlamentdə təmsil etməyə layiq bildiyiniz birinə səs verin.
Ramil Kərimlidən seçicilərə müraciət
Seçicilərlə görüşlərimizi davam etdiririk, axşam görüşləri hər gün saat 18: 00-da və 19: 45-də keçirilir. Şəxsən görüşmək istəyirsinizsə, suallarınızı vermək istəyirsinizsə, gəlin, laqeyd qalmayın. Görüş yerlərini qərargahda tapa bilərsiniz +994 552 59 45 65”.
Ramil Kərimlidən seçicilərə müraciət
Rusiyada Azərbaycan pomidorunun qiyməti 19 manata çatdıRusiyanın Çinlə sərhədi bağlaması bu ölkədə tərəvəzlərin qiymətlərini iki dəfəyədək artırıb.

Virtualaz.org "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, Rusiya bazarlarında xiyarın kiloqramı 400 rubla çatıb. Çindən yayılan ölümcül virus pomidorun da qiymətini xeyli şişirdib. Hazırda Azərbaycandan gətirilən bu tərəvəzin kiloqramı 700 rubl (təxminən 19 manat) təşkil edir.

Rusiya mətbuatının yazdığına görə, hələlik Vladivostoka təyyarə ilə Azərbaycandan tərəvəz gətirilir. Bu həftə Türkiyə pomidorunun da bazara daxil olması gözlənilir. Ehtimal olunur ki, bundan sonra qiymət bir qədər aşağı enə bilər.
Ülvi Quliyev seçiciləri ilə görüşlərini davam etdirir - FOTOLARMilli Məclis seçkilərinə 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyev Şərifzadə küçəsində seçicilərlə görüş keçirib.İzdihamlı keçən görüşdə Yasamal rayon Ağsaqqalar Şurasının sədri Cavanşir Qurbanov, rayon ağsaqqalları,rayonun hörmətli ziyalıları, şəhid ailəsi, idman ictimaiyyətinin nümayəndələri,həmçinin gənc seçicilər iştirak ediblər.

Avrasiya.net xəbər verir ki, görüşü açıq elan edən Xalq artisti Nürəddin Mehdixanlı Ülvi Quliyevin insani keyfiyyətlərindən,onun insanlara diqqətindən,seçicilərinə olan rəğbətindən bəhs edib. Professor,kulturoloq Fuad Məmmədov isə öz növbəsində Ü.Quliyevin intellektual baxışından,gənc nəslə dəstəyindən,sağlam gənclərin yetişməsində Ülvi Quliyevin rolundan danışıb. Professor bu məsuliyyətli vəzifədə namizədə uğurlar diləyib.

İdmançılar adından çıxış edən tanınmış simalar çıxışlarında onun bir idmançı,savadlı insan kimi Milli Məclisdə məhz idman ictimaiyyətini təmsil etməsindən qürur hissi duyduqlarını,bu seçkidə də ona səslərini verəcəklərini deyiblər.
Ülvi Quliyev seçiciləri ilə görüşlərini davam etdirir - FOTOLAR
Seçicilər qarşısında hesabat xarakterli çıxış edən Ülvi Quliyev Parlamentdə 5 illik fəaliyyəti müddətində qanunvericilik və təmsilçiliklə bağlı gördüyü işlərdən danışıb. Həmçinin 2 fevral gənclər günü münasibətilə gənclərimizi təbrik edib. O,vurğulayıb ki,istər gənclərə,istərsə də yaşlı nəslə diqqət və qayğısını əsirgəmir,onların istənilən probləmlərinin həllinə biganə qalmayaraq səlahiyyəti çərçivəsində həllinə çalışır. Növbəti beş ildə də Yasamal seçicilərinin inamını qazanacağı təqdirdə parlamentdə Vətənini,millətini,seçicilərini layiqincə təmsil edəcəyini söyləyib.

Çıxış edən gənc seçici Ülviyyə Əliyeva Ülvi Quliyevin ölkə prezidenti İlham Əliyevin apardığı uğurlu gənclər siyasətinə yüksək şəkildə öz töhfəsini verdiyini, gənclərin hamisi olduğunu deyib. Şəhid ailəsi Fəxranə Seyim qızı Ülvi Quliyevin hər zaman onların sosial şəraiti ilə maraqlandığını,ən həssas məqamlarda yanlarında olduğunu, daim diqqətində saxladığını,onların haqq səsini müvafiq orqanlara çatdırdığını söyləyib.
Sonda seçicilər yekdilliklə səslərini məhz alternativsiz namizədə- Ülvi Quliyevə verəcəklərini bəyan ediblər.
Ülvi Quliyev seçiciləri ilə görüşlərini davam etdirir - FOTOLAR
İlk növbədə düşüncəmizdə dəyişikliyə nail olmalıyıq - Qüdrət HəsənquliyevQüdrət Həsənquliyev: “Problemlərin həllinə yalnız vətəndaş fəallığı və dəstəyi ilə stimullaşan, yuxarıdan aparılan islahatlar yolu ilə nail ola bilərik”

Bu gün 36 saylı Xətai dördüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Xətai rayonu, Zığ şossei 31 ünvanında yaşayan seçicilərin təşəbbüsü ilə onlarla görüş keçirib.

Görüşdə seçki platformasının əsas istiqamətlərindən söhbət açan Qüdrət Həsənquliyev problemlərin köklü həlli üçün problemlərə kompleks yanaşılmasının zəruruliyini vurğulayıb. BAXCP sədri qeyd edib ki, nə vaxta qədər deputata Mənzil İstismar Sahəsinin işçisi kimi yanaşılacaq, millət vəkilinin dövlət büdcəsinin və qanunvericilik aktlarının müzakirəsi zamanı sosial və digər problemlərin həlli üçün konkret mexanizmləri əks etdirən ideya və təkliflərlə çıxış etməsi əvəzinə ondan məhəllədaxili yolların təmiri, su, qaz, işıq və digər kommunal xidmətlərlə bağlı çatışmazlıqların aradan qaldırılması tələb ediləcək, biz arzu etdiyimiz irəliləyişə nail ola bilməyəcəyik: “İlk növbədə düşüncəmizdə dəyişikliyə nail olmalıyıq, sonra isə həyatımızda.
İlk növbədə düşüncəmizdə dəyişikliyə nail olmalıyıq - Qüdrət Həsənquliyev
Baxın, ölkə həyatının bütün sahələri bir-biri ilə zəncirvari formada bağlıdır. Pensiyaların, işsizliyə görə müavinətlərin artırılması, digər sosial problemlərin yüksək səviyyədə həlli üçün biz ilk növbədə dövlət büdcəsində ciddi artıma nail olmalıyıq. Dövlət büdcəsində ciddi artıma nail olmaq üçün isə ölkədə əlverişli invesitisiya mühiti yaratmalıyıq, sahibkarların kreditlərə çıxışını asanlaşdırmalı, faiz dərəcələrini aşağı salmalıyıq ki, yeni iş yerləri açılsın, insanlar həm işləyib həyatlarını təmin etsinlər, həm də vergi ödəsinlər. Ölkədə əlverişli investisiya mühitinin formalaşdırılması, sahibkarların iş və mülkiyyət hüquqlarının qorunması üçün isə məhkəmələrin müstəqilliyinə nail olmalıyıq. Bütün bu problemlərin həllinə yalnız vətəndaş fəallığı və dəstəyi ilə stimullaşan, yuxarıdan aparılan islahatlar yolu ilə nail ola bilərik”.

Görüşdə iştirak edən seçicilər Qüdrət Həsənquliyevin millət vəkili və siyasətçi kimi fəaliyyətini uzun illərdir ki, yaxından izlədiklərini, onun sosial-iqtisadi, təhsil və digər istiqamətdə səsləndirdiyi fikirləri, irəli sürdüyü təşəbbüsləri bölüşdüklərini, bu səbəbdən də ona səs verəcəklərini bildiriblər. Görüşdə BAXCP sədrinin ictimai və dövlət maraqları ilə bağlı məsələlərdə hər zaman yüksək fəallıq göstərdiyi, prinsipial və obyektiv mövqe sərgilədiyi xüsusi olaraq vurğulanıb.

Daha sonra deputatlığa namizəd Qüdrət Həsənquliyev seçicilərin suallarını cavablandırıb.
İlk növbədə düşüncəmizdə dəyişikliyə nail olmalıyıq - Qüdrət Həsənquliyev
İlk növbədə düşüncəmizdə dəyişikliyə nail olmalıyıq - Qüdrət Həsənquliyev
İlk növbədə düşüncəmizdə dəyişikliyə nail olmalıyıq - Qüdrət Həsənquliyev
Azyaşlı oğlan qadını zorlamaq istəyərkən öldürüldü — Bakıda ŞOK!Azərbaycanda illər öncə baş vermiş tükürpədici qətlin şok təfərrüatı məlum olub.

Avrasiya.net metbuat.az-a istinadən xəbər verir ki, Bakıda, Nobel prospekti 7 ünvanında,yenitikilməkdə olan binanın həyətində azyaşlı oğlan uşağının meyiti tapılıb.

Meyit tapılan zaman onun paltarı çıxarılıb və üzü mazuta batıbmış.

Hadisə şahidləri dərhal polisə məlumat verib. Polis əməkdaşları araşdırma zamanı şok təfərrüatı üzə çıxarıb. Məlum olub ki, meyiti tapılan oğlan Gennadi Yusupovdur. Onun anası və anasının məşuqəsi tərəfindən öldürüldüyü məlum olub.

Şübhəli şəxs qismində uşağın anası Yelena Çaadayeva və onun məşuqəsi Aleksandr Mereşkin tutulub. Qadın istintaqa sensasion izahat verib. O, bildirib ki, yataqda yatdığı zaman oğlu Gennadi onun şalvarını çıxarmaq və onunla cinsi əlaqədə olmaq istəyib. Bunu görən ana əsəbiləşərək onu otaqdan qovub. Anasının əsəbiləşdiyi görən oğlan evdən qaçıb və bir neçə saat sonra evə gəlib.
Yelena Çaadayeva oğlunun ona təcavüz etmək istədiyini məşuqəsi Aleksandra deyib. Bu zaman Aleksandr və Yelena birlikdə azyaşlı oğlanı öldürmək qərarına gəlib.

Ana hamam xalatının remeni ilə uşağı boğub.Bu zaman Aleksandr uşaqların ayağından tutub ki, tərpənə bilməsin. Onlar birlikdə uşağı boğub öldürdükdən sonra evin içərisində olan turnikə bənzər dəmirdən asıblar. Daha sonra izi itirmək üçün meyiti binanın yaxınlığında tikilməkdə olan əraziyə atıblar.
Korona virusa yoluxmuş yaşlı cütlüyün VİDA ANLARI ÜRƏK DAĞLADI — VİDEOÇinin Vuhan şəhərində korona virusuna yoluxmuş yaşlı cütlüyün vida anları izləyənləri kövrəldib.

Korona virusunun yayıldığı Çinin Vuhan şəhərində xəstəxanaların birində çəkilmiş video qısa müddət ərzində dəfələrlə paylaşılıb. Videoda ölümcül virusa tutulmuş yaşlı cütlüyün bir-biri ilə vidalaşması əks olunub. Görüntülər ən çox yayımlanan videolar sırasında yer alıb.


olke.az