Fuad Əliyev daha iki məhəllə görüşü keçirdi – Foto 26 saylı Sabunçu birinci seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Bakıxanov qəsəbəsi, R.Qəmbərov 61 və M.Gəncəvi 14 ünvanındakı binada yaşayan seçicilərlə onların öz təşəbbüsü ilə görüş keçirib.

Görüşdə çıxış edən ALDP sədri Fuad Əliyev seçicilərə seçki platformasının əsas istiqamətləri haqqında məlumat verib, ona etimad göstəriləcəyi təqdirdə görəcəyi işlərdən danışıb.

Görüşdə çıxış edən seçicilər Fuad Əliyevin fəaliyyəti ilə yaxından tanış olduqlarını və onu dəstəklədiklərini bildiriblər.

Görüşün sonunda ALDP sədri seçicilərin suallarını cavablandırıb.
Fuad Əliyev daha iki məhəllə görüşü keçirdi – Foto
Fuad Əliyev daha iki məhəllə görüşü keçirdi – Foto
Azərbaycanda idmançı dəm qazından zəhərlənərək öldüBakıda MMA döyüş növü üzrə idmançı dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə, 22 yaşlı Arzuman Abbasov dəm qazından zəhərlənib. Zəhərlənmiş idmançının həyatını xilas etmək mümkün olmayıb.

TT Fight klubunun tələbəsi A.Abbasov MMA döyüş növü üzrə bir neçə dəfə ölkə, bir dəfə isə dünya çempionu titulunu qazanıb.
Azərbaycanlı zəvvar Məşhəddə xəsarət aldıBakıdan İran İslam Respublikasına ziyarətə gedən zəvvar xəsarət alıb.

Avrasiya.net “Report”a istinadən məlumat verir ki, hadisə Məşhəd şəhərində qeydə alınıb.

Binəqədi rayon sakini Haxıyev Xalid Qayıtmaz oğlu ziyarət zamanı ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq xəsarət alıb. Yaralı əvvəlcə Məşhəd şəhərindəki xəstəxanalardan birinə çatdırılıb və ona sağ bazu sümüyünün yerdəyişən sınığı, 12-ci fəqərənin sınığı və sol qamış sümüyünün sınığı diaqnozları qoyulub. Yaralı bundan sonra Bakıya gətirilib və paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib.
ABŞ-da dəhşətli virusa yoluxanların sayı artıbABŞ-da daha iki nəfər yeni növ koronavirusa yoluxub.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, ölkədə yeni növ koronavirusa təsdiqlənmiş yoluxma halları 11-ə çatıb.

Bildirilir ki, yoluxma halları Kaliforniya ştatının San-Benito dairəsində qeydə alınıb. Daha əvvəl 9 nəfərin yoluxduğu bildirilirdi. Son təsdiqlənmi. yoluxma halı ştatın Santa Klara dairəsində qeydə alınmışdı.

Qeyd edək ki, Çində 17,2 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 361 nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.
Türkiyə ordusuna hücum: 4 şəhid, 9 yaralıİdlibdə Suriya hökumət qüvvələriylə toqquşma nəticəsində Türkiyənin 4 əsgəri şəhid olub, 9-u isə yaralanıb.

Axar.az xəbər verir ki, bu məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu vurğulanıb.

Qeyd edək ki, bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə situasiyanın normallaşmayacağı halda Ankaranın sakit qalmayacağını bildirmişdi.
Bakıda polis qəzada öldüBakıda polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası baş verib.

Report-un xəbərinə görə, hadisə bu gün səhər saatlarında, paytaxtın H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Prado" markalı avtomobil idarətməni itirərək yol kənarında xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşını vurub.

Faktı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti təsdiqləyib.

Hadisə ilə bağlı araşdırma aparılır.
Biləsuvarda kütləvi zəhərlənmə: 4 nəfər təcili Bakıya gətirildiBiləsuvar rayonunda kütləvi zəhərlənmə olub.

Axar.az xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib.

Kənd sakini, 1958-ci il təvəllüdlü Əhmədov Adil Ələsgər oğlu, həyat yoldaşı Xasıyeva Cahanşah Məhəmməd qızı və övladları, 1991-ci il təvəllüdlü Əhmədov Amil Adil oğlu və 1997-ci il təvəllüdlü Əhmədova Sevanə Adil qızı qidadan zəhərləniblər. Ailə üzvlərinə Biləsuvar rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdikdən sonra vəziyyətləri ağır olduğu üçün Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib.

Məlumata görə, ailə üzvləri evlərində özlərinin hazırladıqları pomidor turşusundan zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.
Koronavirusun diaqnostik alətlər dəsti Azərbaycana gətirildiYeni 2019-nCoV koronavirus epidemiyasının diaqnostik alətlər dəsti Azərbaycana gətirilib.

Report-un əldə etdiyi məlumata görə, alətlər dəsti virusa yoluxan şəxslərin hospitalizasiyası üçün ayrılan xəstəxanalara paylanılacaq.

Alətlər dəstinin ölkəyə gətirilməsi işini Ümumdünya Səhiyyə Təşkilatı təşkil edib.

Qeyd edək ki, Səhiyyə naziri Oqtay Şirəliyev “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Virusa yoluxması ehtimal edilən şəxslər Elmi-tədqiqat Ağciyər xəstəlikləri institutu, 1 saylı Kliniki Tibbi Mərkəzə və 7 saylı Uşaq infeksion xəstəxanasında karantin altına alınacaq.
Bakıda koronavirusla bağlı 2 nəfər xəstəxanaya yerləşdirildiKoronavirusa yoluxma şübhəsi ilə Kiniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

Səhiyyə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, 1996-cı il təvəllüdlü Çin vətəndaşı sonuncu dəfə 19 yanvar tarixində Çində olub: "Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-ü evə buraxılacaq".

Nazirlikdən bildirilib ki, 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Çində təhsil alır: "Bakıya yanvarın 28-i gəlib. Heç bir şikayəti yoxdur, buna baxmayaraq, inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq. Xüsusi tibb müəssəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar".
İran ölənlər üçün 80 min təklif etdi, Zelenski razılaşmadı
İran Tehran yaxınlığında təyyarə qəzasında həlak olmuş ukraynalıların ailələrinə 80 min dollar təzminat təklif edib.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski yerli mediaya açıqlamasında deyib.

“Bu, çox azdır. Daha çox məbləğ üçün çalışacağıq”, - deyə Zelenski bildirib.

Qeyd edək ki, 8 yanvarda Tehrandan havaya qalxan Ukrayna təyyarəsinin SEPAH tərəfindən vurulması nəticəsində göyərtədə olan 176 nəfər həlak olub.