Aqil Məmmədov Bakı şəhərində gənclərlə görüşdü - Foto123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Aqil Məmmədov Bakı şəhərində yerləşən Aşıq Şəmşir Mədəniyyət ocağı ictimai birliyində gənc seçicilərlə görüş keçirib.

Görüşdə çıxış edən deputatlığa namizəd Aqil Məmmədov xalqımızın, ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda apardığı mübarizədən, 90-cı illərin əvvələrində ölkəmizin üzləşdiyi ağır, çətin günlərdən, müstəqilliyimizin və dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qaldığımızı bildirərək, Yeni Azərbaycan Partiyasının qurucusu və eləcədə müstəqil Azərbaycanın memarı Ulu Öndərimiz Heydər Əliyevin xalqımızı bu bəladan qutardığını, xilaskarlıq misyasını uğurla yerinə yetirdiyini qeyd etmişdir. O vurğulamışdır ki, bu gün məcburi köçkün gəncləri siyasi proseslərdə daha fəal iştirak etməlidir.Çünki məcburi köçkünlər şəriştəsiz, bacarıqsız insanların ölkəmizdə rəhbərliyi dövründə baş verən anarxiya və xaosun nəticəsi olaraq öz yurd yuvalarından didərgin düşmüşdür.

2003-cü ildə ölkə prezidenti seçilən cənab İlham Əliyevin son 16 ildə dövlətçiliyimiz qarşısındakı tarixi töhfələri və ölkəmizin əldə etdiyi əhəmiyyətli uğurlardan söz açan namizəd ölkəmizdə gənclərə xüsusi diqqət və qayğının göstərildiyini ölkə rəhbəri Cənab Prezident İlham Əliyev tərəfindən gənclərlə bağlı imzaladığı dövlət proqramlarının təsdiq edilməsini diqqətə çatdıraraq ölkə rəhbərinin gənclərə güvəndiyini və onalara etimad göstərdiyini bildirmişdir.

Tədbirdə çıxış edən Aşıq Şəmşir Mədəniyyət ocağı ictimai birliyinin sədir müavini Həbib Misirov, Bakı Dövlət Universitetinin dossenti, şair Ələmdar Cabbarlı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Samir Əhmədov və digərləri öz çıxışlarında gənclərimizi anti-azərbaycan və anti-milli qüvvələrin məkrli planlarına qarşı iradə nümayiş etdirməyə və dövlətçiliyimizin güclənməsi naminə cənab prezidentimizlə birgə olmağa çağıraraq seçkilərdə fəal iştirak edib Yeni Azərbaycan Partiyasının namizədi Aqil Məmmədova səs verməyə çağırıblar.Onlar bildiriblər ki, Yeni Azərbaycan Partiyasının namizədi Aqil Məmmədov həqiqətəndə kəlbəcərliləri Milli Məclisdə layiqincə təmisil edə biləcək layiqli namizəddir.

Aqil Məmmədov seçkilərdə gənclərin ona etimad göstərdikləri təqdirdə daim onların yanında olacağını, onları narahat edən problemlərin həlli istiqamətində bütün səylərini əsirgəməyəcəyini bildirmişdir

Səmimi şəraitdə keçən görüşdə çıxış edən gənclər cənab prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasi xətti yüksək qiymətləndirdiklərini və hər zaman dövlətçiliyimizin yanında olduqlarını vurğulayaraq seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi Aqil Məmmədova qarşıdan gələn parlament seçkilərində səs verəcəklərini bəyan etdilər.
Aqil Məmmədov Bakı şəhərində gənclərlə görüşdü - Foto
Aqil Məmmədov Bakı şəhərində gənclərlə görüşdü - Foto
"Çaqqal susmur"Niyaməddin Orduxanlı: ”Mən hökümətin namizədi olsaydım Aslan İsmayılov mənim yanımda dayanardı, Natiq Cəfərovun yanında yox. Bu zaman mənim yanımda durub Natiqi söyməyə, aşağılamağa cəhd edərdi. Aslan İsmayılovun İlqar Məmmədovu 2019-cu ilin avqust ayında təhqir etdiyi linkini bu yazının altına qoyuram, özünüz baxın. Görünür bu səbəbdəndir ki, İlqar Məmmədov Bakıda ola-ola Natiqin görüşünə qatılmayıb.”

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizədliyi irəli sürülən “Real” partiyasının deputatlığa namizədi Natiq Cəfərovun müdafiəçisi vəkil Aslan İsmayılov keçirilən görüşdə həmin dairədən deputatlığa namizəd BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının ünvanina ittihamlar irəli sürüb.

Bununla bağlı partiyanın mətbuat xidmətinə açıqlama verən N.Orduxanlı bildirib ki, bir müddət öncə “Real” partiyasının sədri İlqar Məmmədovu təhqir edən və aşağlayıcı ittihamlara imza atan Aslan ismayılov bu gün İlqar Məmmədovun müavini olan Natiq Cəfərovu müdafiə edir:” 2019-cu ilin avqust ayında Aslan İsmayılov İlqar Məmmədovu ən ağır formada təhqir edən və onu “Real”-ın sədrliyindən uzaqlaşdırılmasının vacıb odluğunu bildirən Aslan İsmayılov , xalq arasında “çaqqal” ləqəbi ilə tanınan şəxs növbəti dəfə yenə də mənim və Qüdrət bəyin haqqında yaşından utanmayaraq ağzına gələni danışıb. Bu adamı biz başa sala bilmədik ki, başqalarını təhqir etmə, əgər hansısa bir tənqidi fikrin varsa, bunu etik çərçivədə bildir. Amma tərbiyəsiz, həyasız olduğuna görə bu adama heç cür təsir etmək mümkün deyil.

Mən tam məsuliyyətimlə bildirirəm ki, əgər hökümətin orada namizədi olmuş olsaydım, tam əminliklə deyirəm -Aslan İsmayılov mənim yanımda dayanardı, Natiq Cəfərovun yanında yox. Bu zaman mənim yanımda durub Natiqi söyməyə, aşağılamağa cəhd edərdi. Amma dərhal onun ağzının üstündən vurub , buna imkan verməzdim ki, mənim rəqib haqqında belə hörmətsiz , təhqiramız danışsın. Əlbəttə rəqibi tənqid də etmək olar, ancaq onu təhqir etmək olmaz və bu, yolverilməzdir. Necə ki, mən bu günə qədər heç bir rəqibimin əleyhinə bir cümlə belə işlətməmişəm. Aslan İsmayılovun İlqar Məmmədovu 2019-cu ilin avqust ayında təhqir etdiyi linki bu yazının altına qoyuram, özünüz baxın. Görünür bu səbəbdəndir ki, İlqar Məmmədov Bakıda ola-ola Natiqin görüşünə qatılmayıb. Sonda onu da deyim ki, seçicilərimlə görüşümdə heç zaman imkan verməzdim ki, mənim sədrimi təhqir edən, aşağılayan birisi gəlib, görüşümdə yuxarı başda otursun. Mənim görüşümdə yuxarı başda hər zaman BAXCP sədri Qüdrət Həsənquliyev oturub!

P.S. Aslanın İlqar Məmmədovu təhqir etməsini və İlqar Məmmədov fevralın 2-də Bakıda olduğu halda Natiqin görüşünə qatılmadığı linkə özünüz baxın...”
"Çaqqal susmur"
"Çaqqal susmur"
Fərid Məmmədov Hacıbədəlli və Pərioğullar kəndlərində seçicilərlə görüş keçirib82 saylı Ağcabədi seçki dairəsindən deputatlığa qeydə alınmış namizəd Fərid Murad oğlu Məmmədov seçicilərlə görüşlərini davam etdirir.

O Ağcabədi rayonunun Hacıbədəlli və Pərioğullar kənd sakinləri ilə görüş kemirib. Kənd sakinləri Deputatlığa namizəd Fərid Məmmədova səs verəcəklərini və ona inandıqlarını bildiriblər.

Fərid Məmmədov da öz növbəsində seçiləcəyi təqdirdə Ona olan etimadı doğruldacağına söz verib. Ağcabədililəri Milli Məclisdə layiqincə təmsil edəcəyinə söz verən Fərid Məmmədov daim sakinlərin yanında olacağını vurğulayıb. Deputatlığa namizəd seçki platforması haqqında seçicilərinə məlumat verib. Bundan başqa seçiciləri narahat edən məsələlər barədə onların fikirlərini alıb. O, rayonda həyata keçirilməsi vacib əhəmiyyət daşıyan məsələlərdən danışıb.

Eyni zamanda dövlət başçısının apardığı islahatların zəruriliyi barədə danışan F.Məmmədov xalqın bu islahatlara dəstək verməsinin vacibliyini önə çəkib.
Daha sonra sözügedən kənd sakinlərinin suallarını cavablandıran deputatlığa namizədin görüşü diskussiya şəklində davam edib.
Fərid Məmmədov Hacıbədəlli və Pərioğullar kəndlərində seçicilərlə görüş keçirib
Fərid Məmmədov Hacıbədəlli və Pərioğullar kəndlərində seçicilərlə görüş keçirib
Fərid Məmmədov Hacıbədəlli və Pərioğullar kəndlərində seçicilərlə görüş keçirib
MSK Fərəc Quliyevin səs yazısına münasibət bildirib 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə eyni dairədən digər namizəd Fərəc Quliyevlə olan söhbətinin səs yazısını yayıb.

Avrasiya.net xəbər verir ki, səs yazısında Mehman Hüseynova pul təklif olunur.

Artıq Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyev mətbuat vasitəsilə seçkilərdə rəqibi olan Mehman Hüseynovun aralarında olan söhbətlə bağlı yayımladığı səs yazısına münasibət bildirib. O, səs yazısının ona aid olduğunu, lakin montaj edildiyini deyib.

“Mehman Hüseynovdan vəkilim olması və fəal şəkildə təbliğatımı aparmasını istədiyimdə, şiş xəstəliyindən əziyyət çəkdiyini və biopsiya materialını (şişdən götürülən materialı) laboratoriyaya analizə verdiyini bildirdi. Əgər nəticələr pis olarsa (Allah şəfasın versin və günahlarından keçsin), ümumiyyətlə, seçkidən çəkiləcəyini bildirdi. Mən ona konsentrasiyanı pozma, nəticə nə olur olsun (labaratoriya nəticələri) 10-15 min manatlıq bir müalicədir. Dəstək olacağıq, dostlarını səfərbər edərik deyərək təsəlli verdim”, - F.Quliyev açıqlamasında bildirib.

Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov “Report”a açıqlamasında deyib ki, məsələ ilə bağlı MSK-ya hər hansı bir müraciət daxil olmayıb:

“MSK-ya hər hansı bir müraciət daxil olarsa, araşdırılacaq”.
Qusarda 14 yaşlı oğlan itkin düşdü - FOTOQusar rayon sakini itkin düşüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar rayonu Bədirqala kənd sakini, 14.04.2006-cı il təvəllüdlü Əmrahov Əmrah Narulla oğlu cari ilin fevral ayının 1-də axşam saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Əmrah Əmrahovun əlamətləri belədir: Boyu 155-160 sm., orta bədən quruluşlu, qısa saçlı, sağ qaşında xırda çapıq var. Azərbaycan və ləzgi dillərində sərbəst danışır.

Evdən çıxan zaman onun əynində qara idman şalvarı, qara qısa gödəkcə və qara rəngli idman papağı olub.

Şəkildə gördüyünüz yeniyetməni tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə və 023-385-28-22 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Seçicilər Azay Quliyevin qərargahında olublar - FOTO8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçki qərargahında seçiciləri ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, Azay Quliyev seçicilərin işıq, qaz, su, lift, bankomatların əlçatanlığı, pensiya yaşının çox olması, problemli kreditlər, əfv və digər məsələlərlə bağlı fərdi müraciətlərini dinləyib.

Azay Quliyev 2020-ci il yanvarın 17-dən etibarən ilk dəfə Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin ixtiyarına verilmiş e-kabinet sisteminin üstünlükləri barədə danışıb.

Azay Quliyev bildirib ki, fevralın 9-da seçicilərin etimadını qazanaraq təkrar Milli Məclisə üzv seçildikdən sonra aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə seçki kampaniyası dövründə görüş keçirdiyi məhəllələrdə bir daha olacaq və seçiciləri narahat edən problemlərin həlli üçün yerindəcə müvafiq qərarlar qəbul ediləcək.

Sonda seçicilər azayquliyev.az saytının “Seçicinin elektron kabineti” xidmətindən istifadə qaydaları və funksiyiları ilə yaxından tanış olub, könüllülərin yardımı ilə onların ərizə və şikayətləri elektron bazaya daxil edilib.
Seçicilər Azay Quliyevin qərargahında olublar - FOTO
Seçicilər Azay Quliyevin qərargahında olublar - FOTO
Seçicilər Azay Quliyevin qərargahında olublar - FOTO
Seçicilər Azay Quliyevin qərargahında olublar - FOTO
Ərəb şeyxlərindən Həbibə şok təklifYüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədova Səudiyyə Ərəbistanındakı döyüş üçün rekord məbləğ təklif edilib.

Axar.az xəbər verir ki, idmançının meneceri Əli Əbdüləziz şeyxlərin Nurməhəmmədova Floyd Meyvezerlə döyüşə görə 100 milyon dollar ödəməyə hazır olduqlarını bildirib. Nurməhəmmədov irland idmançı Konor Makqreqorla də döyüş keçirsə, 100 milyon dollar alacaq.

“Mən Səudiyyə Ərəbistanından olan bir neçə nəfərlə görüşdüm. Onlar Həbibin Səudiyyə Ərəbistanında Konorla döyüşü üçün 100 milyon dollar ödəməyə hazırdırlar. Onlar Həbiblə Meyvezer arasında Səudiyyə Ərəbistanında keçiriləcək döyüş üçün də 100 milyon dollar təklif edirlər”, - Əbdüləziz bildirib.

Qeyd edək ki, Nurməhəmmədovla Ferqüson arasında aprelin 19-də UFC turniri çərçivəsində döyüş keçiriləcək.
Polis "Lotu Quli"ni öldürmək istəyənləri həbs etdi - Əməliyyatdan ŞOK FOTOLARAzərbaycanlı kriminal avtoritet “Lotu Quli”yə (Nadir Səlifov) sui-qəsd etmək istəyən şəxslər İstanbulda saxlanılıb. Türkiyə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları İstanbulda gücrü avtoritet Quram Çixladze və onun dəstəsinə qarşı əməliyyat keçirib.

Axar.az xəbər verir ki, Rusiya mafiya qruplaşmaları arasındakı hesablaşma ilə bağlı Türkiyəyə gəldikləri və hər hansı əməliyyata hazırlaşdıqlarını müəyyən edən polis onları izləməyə başlayıb.

Yanvarın 31-də İstanbulun Kağıthane, Sarıyer və Qaziosmanpaşa rayonlarında həyata keçirilən əməliyyat nəticəsində 9 Azərbaycan, 5 Gürcüstan, 2 Ukrayna və 1 Rusiya vətəndaşı saxlanılıb. Saxlanılanların üzərindən 11 tapança, avtomat və 222 mərmi ələ keçirilib.
Polis "Lotu Quli"ni öldürmək istəyənləri həbs etdi - Əməliyyatdan ŞOK FOTOLAR
Polis "Lotu Quli"ni öldürmək istəyənləri həbs etdi - Əməliyyatdan ŞOK FOTOLAR
Xəyalə Əhmədova Qəhrəmanlı kəndində seçicilərlə görüşdü - FOTO93 saylı Bərdə seçki dairəsindən namizədliyini irəli sürən Xəyalə Əhmədova uğurlu təşviqat kompaniyasını davam etdirir.

Ötən gün namizəd Qəhrəmanlı kəndinə səfəredib və seçicilərlə şəxsən görüşərək onları maraqlandıran sualları cavablandıraraq geniş çıxış edib. Qəhrəmanlı kəndi də eyni ilə Bərdənin digər kəndləri kimi Namizəd Xəyalə Əhmədovanı hörmət və rəğbətlə qarşıladılar.

Xüsusilə kənd ağsaqqalları əslən bərdəli namizədə güvəndiklərini və kənd gənclərini məhz Xəyalə Əhmədovaya səs verməyə çağırdılar.
Xəyalə Əhmədova Qəhrəmanlı kəndində seçicilərlə görüşdü - FOTO
Xəyalə Əhmədova Qəhrəmanlı kəndində seçicilərlə görüşdü - FOTO
Xəyalə Əhmədova Qəhrəmanlı kəndində seçicilərlə görüşdü - FOTO
Ağciyər Xəstəlikləri İnstitutunda daha bir nəfər öldüAzərbaycanda daha bir nəfər kəskin ağciyər çatışmazlığından ölüb.

Avrasiya.net TƏBİB-ə istinadən xəbər verir ki, yanvarın 30-da Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilən Şəki rayon sakini, 1977-ci il təvəllüdlü xəstə bu gün vəfat edib.

Qeyd edək ki, həmin şəxsə ağciyərlərin infiltrativ vərəmi dağılma mərhələsi VMB (+), kəskin ağciyər-ürək çatışmazlığı diaqnozu qoyulub.

Qeyd edək ki, son 20 gündə İnstitutda 10-a yaxın insanın ölməsi barədə məlumatlar yayılıb.