İsgəndər Həmidov komadadır
"Artıq xeyli vaxtdır dəyərli dostumuz, Milli-azadlıq hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin öncüllərindən biri, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov kritik durumdadır".

Avrasiya.net xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlama verib.

Adil Qeybulla daha sonra bildirib ki, bu ilin 24 yanvarında, təxminən saat 17.00 radələrində bayır gəzintisi zamanı İsgəndər bəyin halı qəflətən pisləşmiş, huşunu itirib yıxılıb: "Yanındakı qohumu Kamran Şərifov mənə dərhal zəng vurub bu barədə bildirdi, qərarlaşdıq ki, onu tez xəstəxanaya çatdırsın. 20 dəqiqə müddətində İsgəndər bəyi «City Hospital»a çatdırdılar. Kamran bəy mənə bildirdi ki, huşu gedəndən təxminən 5-7 dəq sonra özünə gəldi və qusmağa başladı və yenidən huşsuz vəziyyətə düşdü. Xatırladım ki, daxil olmazdan 5 gün öncə ciddi soyuqdəymə (kəskin respirator xəstəlik) diaqnozu ilə «City» Hospitalda 3 gün intensiv müalicə almışdı, vəziyyəti nisbətən yaxşılaşmışdı.
Klinikaya dxil olarkən huşsuz vəziyyətdə idi, dəri və selik qişaları kəskin avazımışdı, əl-ayaqları soyuq idi, qıcıqlara reaksiyası zəif idi, tənəffüsü səthi, xırıltılı idi.

Dərhal reanimasiya tədbirlərinə başladıq. Xəstəyə venoz kateter qoyuldu, monitora qoşuldu: nəbzi tezləşmiş və zəifləmişdi, dəq 120 vurğu/dəqiqə idi, Arterial təzyiqi ~110/60 idi, saturasiya pO2 = 55-60% idi. Qan təhlili leykositlərin kəskin artımını (30x103/µL) göstərdi.
Xəstəyə intensiv infuzion müalicə tədbirləri aparıldı, bronxlar sanasiya olundu, bundan sonra huşu qismən bərpa olunan kimi psixo-motor oyanıqlıq müşahidə olundu. Vəziyyəti stabilləşdirmək və saturasiyanı təmin etmək üçün xəstə süni tənəffüsə köçürüldü.

İlkin olaraq xəstəyə «Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Beyin qan dövranının pozulması. İkitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik. Septik şok» diaqnozu qoyuldu.

Sonrakı müayinə və müalicə tədbirləri üçün bir neçə saatdan sonra xəstənin Mərkəzi klinik xəstəxanaya (MKX) köçürülməsi qərara alındı. Aparılan sonrakı müayinələr (Baş beynin MRT-si, Baş beyin, döş qəfəsi, qarın və çanaq boşluğu orqanlarının kompyüter tomoqrafiyası) nəticəsində xəstədə beyində qanama, işemik insult, ikitərəfli virus pnevmoniyası, kreatinin yüksəlməsi müəyyən edilmişdir.

Son klinik diaqnoz: «Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Beyin qan dövranının pozulması. İkitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik. Septik şok. Baş beynin sağ hissəsində arxa birləşdirici arteriyada 6x4.5 mm ölçülərdə kisəvarı anevrizma. Anevrizmanın (subaraxnoid) qanaması. Sağ beyin yarımkürəsində gickah-alın-təpə nahiyələrində geniş yarımkəskin işemik insult sahələri. Xroniki böyrək çatmazlığı».

Hazırda İsgəndər Həmodovun müalicəsi MKX-in reanimasiya şöbəsində intensiv şəkildə davam etdirilir. O komadadır, vəziyyəti ağırdır, süni ventilyasiya aparatına qoşulub.


Türkiyədəki müalicə həkimləri ilə intensiv danışıqlar gedir.


Allah şəfa versin! Dualarımızı əsirgəməyək".
Türk ordusu şəhidlərin qisasını aldı: 76 ölüİdlibdə Suriya hökumət qüvvələriylə toqquşma nəticəsində Türkiyənin 4 əsgəri şəhid olub, 9-u isə yaralanıb.

Axar.az xəbər verir ki, bu məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu vurğulanıb.

Qeyd edək ki, bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə situasiyanın normallaşmayacağı halda Ankaranın sakit qalmayacağını bildirmişdi.

***

Suriyada 76 rejim əsgəri zərərsizləşdirilib.

Bu barədə məlumatı Türkiyə Milli Müdafiə naziri Hulusi Akar bildirib.

Soçi və Astanada təyin olunan razılaşmalar çərçivəsində başladılan prosesin davam etdiyini söyləyən Akar dəfələrlə atəşkəsin elan olunduğunu, ancaq hər dəfə atəşkəs rejiminin pozulduğunu vurğulayıb.

Qeyd edək ki, bundan öncə Ərdoğan türk ordusunun endirdiyi 46 aviazərbə nəticəsində 35 rejim əsgərinin məhv edildiyini açıqlamışdı.
Gürcüstanda komandir azərbaycanlı əsgəri döydü - AraşdırmaGürcüstanda hərbi xidmətdə olan miliyyətcə azərbaycanlı olan əsgər komandiri tərəfindən döyülüb.

Report xəbər verir ki, insident fevralın 1-də baş verib.

Hadisəyə səbəb komandirin əsgərə irad bildirməsi olub. Daha sonra əsgərə qarşı fiziki zorakılığa yol verilib.

Əsgərin ağır travma almadığı bildirilir.

Gürcüstanın yerli “Mtavari arxi” televiziya kanalının yaydığı məlumata əsasən, döyülən əsgər Marneuli rayonundan hərbi xidmətə çağırılan Yusif Keçəlovdur. Kanal iddia edir ki, əsgəri beş nəfər döyüb və hadisədən sonra o, xəstəxanaya yerləşdirilib.

Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib ki, əsgərə qarşı fiziki zorakılıq faktı üzrə araşdırma başlayıb. Araşdırmanı nazirliyin Hərbi polis departamenti aparır.

Qurumdan bildirilib ki, günahkarlara qarşı qanunla nəzərdə tutulan bütün tədbirlər həyata keçiriləcək.
Deputatlığa namizəd Türkiyənin apardığı savaşa "Əsgər salam"ı verib50-saylı Abşeron-Qobustan seçki darisindən deputatlığa namizəd Fərman Salmanlının Qobustanın Poladlı kəndində seçicilərlə görüşü baş tutub.

Görüşdə seçki platformasını sakinlərin diqqətinə çatdırdıqdan sonra, F.Salmanlı fürsətdən istifadə edib qardaş Türkiyənin Çində olan azərbaycanlı tələbələri təxliyyə etməsinin qardaşlığımızın nümunəsi olduğunu bildirib.

Eyni zamanda F.Salmanlı sakini olduğu Abşeron rayon Hökməli qəsəbəsində 1918-ci il ermənilərin törətdiyi soyqırımdan bizləri Qafqaz-İslam ordusunun xilas etdiyini söyləyərək qardaş Türkiyəyə təşəkkür əlaməti kimi Türkiyənin hal-hazırda apardığı savaşa "əsgər salamı" verməklə öz dəstəyini və vəfa borcumuzu bəyan edib.
Deputatlığa namizəd Türkiyənin apardığı savaşa "Əsgər salam"ı verib
İndidən seçicilərinin arasında olan gələcək deputatYeni Azərbaycan Partiyasının (YAP) 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədi Sadiq Qurbanov təbliğat, təşviqat kampaniyası çərçivəsində bu gün Siyəzər Broyler fabrikinin və Siyəzən rayonu neft və qaz sənayesi işçiləri ilə görüşüb.

Avrasiya.net Siyəzən rayonundakı mənbələrə istinadən xəbər verir ki, hər iki görüşdə izdiham yaşanıb. Başlıca səbəblərdən biri seçicilərin dairədən deputatlığa yeni namizədi görmək olub. Digər səbəblərdən biri də S.Qurbanovun Siyəzəndə keçirdiyi görüşlərdə iştirak edən seçicilərin görüşdən sonra əhali arasında onun haqqında müsbət fikirlər söyləmələridir.

Hər iki müəssisənin kollektivi S.Qurbanovu mehribanlıqla qarşılayıblar.

Deputatlığa namizədlə seçicilər arasında səmimi bir söhbət aparılıb. S.Qurbanov YAP-ın seçki strategiyasından, platformasından, üzv olduğu partiyanın dövlət və dövlətçiliyimizin qorunmasındakı, hakim partiyanın sədri cənab Prezidentimiz İ.Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətindəki xidmətlərindən söz açıb. S.Qurbanov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasi kursun mərkəzində Azərbaycan vətəndaşı durur: "Bu siyasətin əsas istiqamətlərindən biri əhalinin sosial rifah halının durmadan daha da yaxşılaşdırılmasına nail olmaqdır".

Daha sonra seçicilər, rayonun bəzi kəndlərindəki sosial problemlərdən, hətta özlərinin məişət problemlərdən bəhs ediblər.

S.Qurbanov hər bir seçicini diqqətlə dinləyib və özündə lazımi qeydlər aparıb.

Hər iki tədbirdə iştirak edən seçicilər redaksiyamıza S.Qurbanovun onlarla səmimi və bu vaxtadək belə deputatlığa namizədlə ünsiyyətdə olmadıqlarını bildiriblər.
İndidən seçicilərinin arasında olan gələcək deputat
Siyəzənneft NQÇ-nin Mərkəzi Mühəndis Terxnoloji Xidmətinin rəis müavini, YAP üzvü Xəyyam Abbasov bildirib ki, yeni namizədlə belə bir səmimi görüş gözləmirdilər: "Elə zənn edirdik ki, yeni namizəd də əvvəlki deputat kimi bizimlə yuxarıdan danışacaq, özünü çəkəcək... Amma Sadiq Qurbanovun bizimlə davranışı, natiqlik qabiliyyəti, məntiqli ifadələri, əsas da sadəliyi ona qarşı fikirlərimizi dəyişdi".

X.Abbasov onu da vurğuladı ki, neftçilərlə görüş rayon Mədəniyyət sarayında oldu: "Zal dolu idi, çoxumuz ayaqüstə dayanmışdıq. Sadiq müəllim hər birimizin fikirlərini dinlədi. Rayon kəndlərinə qaz və suyun çəkilməsinə qədər səslənən problemlərin həllində dəstək olacağını bildirdi. Gələcəkdə görəcəyi işlərlə bağlı bizi məlumatlandırdı. Sadiq müəllim bizim aramızdaydı, çıxış etmək üçün tribunaya qalxmadı. Elə aramızda söhbət apardıq. Bu onun böyüklüyü idi. Sadəliyi və səmimiliyi ilə neftçilərin hamısını təəccübləndirdi, həm də bizdə özünə qarşı bir inam, etibar yaratdı. İlk görüşdə davranışıyla, insanlığı və böyüklüyü ilə 300-400 neftçinin rəğbətini qazana bilibsə, o, bizim parlamentdə vəkilimiz olmalıdır".

X.Abbasov bütün neftçilərin adından hamılıqla YAP-ın namizədinə səs verəcəyini qətiyyətlə bildirdi.
İndidən seçicilərinin arasında olan gələcək deputat
İndidən seçicilərinin arasında olan gələcək deputat
İndidən seçicilərinin arasında olan gələcək deputat
İndidən seçicilərinin arasında olan gələcək deputat
İndidən seçicilərinin arasında olan gələcək deputat
Kəlbəcər ruhumun məskənidir!Azərbaycan onun ürəyidirsə Kəlbəcər bir parçasıdır. Kəlbəcərdə dünyaya göz açsa da, bu gün gözləri yoldadır, həsrətdədir, ürəyi qübar bağlayıb. 27 ildir üzü gülmür, axı necə gülsün? Cənnətməkana həsrətdir, düşmən tapdağındadır yurdu. Yurd həsrəti, yurd harayından yoğrulub, hər bir fikri, hər bir sözü...

Elindən, obasından didərgin düşən, qəlbi qan ağlayan Aqil Məmmədov Kəlbəcərə hər yaz gələndə qəlbində yaşatdığı həsrətini içində çəkir. Onu biruzə vermir, için-için ağlayır, Kəlbəcər həsrəti onun qəlbini didib, parçalayır. Hər dəfə doğma yurdunun yaz ətirli meşələrini qarış-qarış gəzmək, yaşıl yamacların bəzəyi olan gül-çiçəyin ətrini ciyərlərinə çəkmək, buz bulaqlarından yanan ürəyini səpmək istəyi onu içdən sarsıdır.
Onun hər bir sözünün başı, qan sızlayan yarası düşmən tapdağı altında inləyən Kəlbəcərdir.

Azəraycanın dörd bir tərəfində səpələnən hər bir kəlbəcərli Aqil Məmmədovun gözündə bir Kəlbəcərdir. Kəlbəcərindən uzaq düşsə də, daim kəlbəcərlilərin yanındadır. Onların acısı, sevinci Aqil Məmmədovun acısı, sevincidir. Kəlbəcərlilər də Aqil Məmmədova həmişə arxa durublar. Kəlbəcərin vətənpərvər oğlunun hörməti həmişə əziz tutulub. Aqil Məmmədov elinə, obasına necə bağlıdırsa, Kəlbəcərdən didərgin düşən hər bir kəlbəcərliyə elə bağlanıb. Ahıl yaşında olmasa da, Aqil Məmmədov kəlbəcərlilərin ağsaqqalı qəbul olunur.

İllər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınan, qaçqına, köçkünə çevrilən insanların dərdini hələm-hələm adamlar anlamaz. Bu, böyük dərddir, nədəsə davası, dərmanı tapılmayan dərddir. Onun da yükü adi yük deyil axı. Aqil Məmmədov yorulmadan bu yükü çəkir. Çoxundan xəbərsiz. Bunu özünə borc bilib. Buna görə heç kimdən heç nə ummur. Aqil Məmmədov bütün fəaliyyəti ilə kəlbəcərlinin nisgilini dağıtmağa cəhd göstərir. O, çoxu kimi şəxsi ambisiyalarının girovuna çevrilməyib. Onun üçün şəxsi maraqlar həmişə dövlət, vətən və dövlətçilik maraqlarından arxada qalıb. Elə bu xüsusiyyətləri, xeyriyyəçiliyi, insanlığı onu kəlbəcərlilər arasında əzəmətli, hörmətli edib.

Ümummilli lider H.Əliyevin ideyalarına sadiqlik nümayiş etdirərək YAP sıralarında inamla addımlayan Aqil Məmmədov doğma Kəlbəcərinə tezliklə qovuşacağına inanır. İnanır ki, cənab prezidentimiz, Ali Baş komandanımız İlham Əliyevin sərgilədiyi düzgün, məntiqli və qətiyyətli mövqeyi ilə işğal altında qalan torpaqlarımız tezliklə düşmən tapdağından azad ediləcək. O günü görmək, kəlbəcərlilərlə Kəlbəcərdə görüşmək, söhbətləşmək böyük arzusudur.

Nicat Ocaqlı
DİN və Baş Prokurorluqdan Qusarda ölü tapılan yeniyetmə ilə bağlı MƏLUMATFevralın 1-də itkin düşmüş Qusar rayonu Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrah Əmrahovun axtarılıb tapılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun meyiti fevralın 3-də saat 16 radələrində yaşadığı evdən təxminən 1 km kənarda fərdi təsərrüfata aid sahədə yüksək gərginlikli transformator otağında aşkar edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətlərinin Avrasiya.net-ə verilən birgə məlumatına görə, prokurorluq və polis əməkdaşları dərhal hadisə yeri və meyitə “Azərişıq” ASC-nin səlahiyyətli nümayəndələrinin, məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçirib.

İlkin məlumata görə mərhumun ölümünə səbəb elektrik cərəyanı vurması olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bakıda bankın mühafizəçisi bıçaqlandıBakıda bankın mühafizəçisini bıçaqlayan şəxs saxlanılıb.

Report-un xəbərinə görə, hadisə "MuğanBank" ASC-nin filiallarından birində qeydə alınıb.

Müştəri ilə bankın mühafizəçisi arasında avtomobilin park edilməsi üstündə mübahisə yaranıb. Daha sonra müştəri mühafizəçinin ağız nahiyəsinə bıçaqla xəsarət yetirib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü Nofəl Sərkərlini saxlayıb.

Faktı Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidməti təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.
İlham Əliyev Bülbüloğluna orden verdi - FotoFevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib.

Avrasiya.net xəbər verir ki, Polad Bülbüloğlunu yubileyi münasibətilə təbrik edən Prezident İlham Əliyev deyib:

- Hörmətli Polad müəllim, mən sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik etmək istəyirəm. Sizə baxanda adam heç deyə bilməz ki, 75 yaşına çatmısınız. Həmişə cavan, həmişə gümrah, enerjili fəaliyyət göstərirsiniz. Siz böyük sənətkar, böyük bəstəkar, böyük ifaçısınız. Siz Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə vermisiniz. Deyə bilərəm ki, Azərbaycan musiqi mədəniyyətində özünəməxsus və təkrarolunmaz iz buraxmısınız. Nəinki Azərbaycan miqyasında, hesab edirəm ki, dünya miqyasında siz ən görkəmli bəstəkarlardan birisiniz. Bunun əyani sübutu odur ki, sizin mahnılarınız yaşayır. Baxmayaraq ki, mahnıların bəziləri 40 il, 50 il bundan əvvəl yazılıb, amma bu mahnılar bu gün də sevilir. Yəni, onlar ölməz mahnılardır, Azərbaycan musiqi fondunun dəyərli nümunələridir. Bildiyiniz kimi, mən də həmişə sizin istedadınızın pərəstişkarı olmuşam və bu gün də böyük məmnuniyyətlə sizin ifanızda o ölməz mahnıları dinləyirəm. Siz nadir musiqiçilərdəsiniz ki, ancaq özünüz bəslədiyiniz mahnıları ifa edirsiniz. Bu mahnıları heç kim sizin kimi belə ürəklə, məharətlə ifa edə bilməz. Təsadüfi deyil ki, sovet dövründə siz ümumittifaq məhəbbəti qazanmısınız. Siz Sovet İttifaqının hər bir yerində böyük coşqu ilə, böyük məhəbbətlə qarşılanırdınız və sovet estrada məkanında aparıcı ulduzlardan biri idiniz.

Bu gün müstəqil Azərbaycanın mədəniyyətinin inkişafına böyük töhfə verirsiniz. Siz böyük Bülbülün ailəsində dünyaya göz açmısınız. Ailə tərbiyəsi, Azərbaycan dəyərləri üzərində verilən tərbiyə əlbəttə ki, sizə çox güclü təsir göstərmişdir. Sizdə milli ruh, milli ləyaqət və çox güclü mətanət hissi var. Mən sizi yaxından tanıyan insan kimi bunu tam məsuliyyətlə deyə bilərəm. Siz ömür boyu sənətdə, həyatda və siyasətdə atanızın adına layiq fəaliyyət göstərmisiniz. Siz fəaliyyət başlayan gündən Polad Bülbüloğlu kimi özünüzü təqdim etmisiniz, bu da böyük məsuliyyətdir. Çünki siz bu adla o böyük ailə məsuliyyətini, böyük, dahi Bülbülün fəaliyyətini öz fəaliyyətiniz vasitəsilə davam etdirirsiniz. Bu, doğrudan da böyük məsuliyyətdir və bu şərəfli missiyada siz böyük uğurlar əldə etmisiniz.

Eyni zamanda, dövlət xidmətində böyük nailiyyətləriniz olubdur, bu gün də var. Siz uzun illər Azərbaycanın Mədəniyyət naziri kimi mədəniyyətimiz üçün ən ağır illərdə böyük işlər görmüsünüz. Allaha şükür, indi Azərbaycan inkişaf edən ölkədir, maliyyə imkanlarımız da çoxdur. Amma siz Mədəniyyət Nazirliyinə rəhbərlik etdiyiniz dövrdə bizim maliyyə imkanlarımız yox idi. Əlbəttə, ölkə qarşısında o qədər böyük məsələlər dayanmışdı ki, bəzi hallarda mədəniyyətə vəsait çatmırdı. Siz bizim uzun illər ərzində əldə etdiyimiz nailiyyətləri qoruya və inkişaf etdirə bilmisiniz.

Siz uzun illərdir ki, Azərbaycanı dünyanın supergüclərindən biri olan Rusiyada ləyaqətlə təmsil edirsiniz. Bilirəm ki, Azərbaycanın maraqları sizin üçün hər şeydən üstündür. Bu illər ərzində görüşlər əsnasında, əlbəttə, bir daha əmin oldum ki, çox düzgün qərar qəbul olundu və siz Rusiyada Azərbaycanın səfiri kimi çox böyük uğurlar əldə etmisiniz. Rusiya-Azərbaycan əlaqələrinin inkişafında sizin çox böyük rolunuz var.

Yaxşı bilirsiniz ki, ulu öndər Heydər Əliyev həmişə sizə, sizin fəaliyyətinizə böyük diqqət göstərirdi. Zərifə xanım da həmişə sizə diqqət göstərirdi. Siz bizim evimizdə dəfələrlə olmusunuz və biz bir-birimizi 40 ildən çoxdur ki, tanıyırıq. Siz bizim üçün - valideynlərim və mənim üçün həmişə çox doğma adam olmusunuz. Ona görə xüsusi qeyd etməliyəm ki, bu gün - yubiley ərəfəsində sizinlə görüşmək, sizi təbrik etmək mənim üçün çox xoşdur. Sizin fəaliyyətiniz dövlət tərəfindən yüksək qiymətləndirilib. Siz Azərbaycanın bir neçə mötəbər mükafatı ilə təltif olunmusunuz. Ancaq bu mükafatların arasında ən ali mükafat, ən ali orden “Heydər Əliyev” ordenidir. Mənim Sərəncamımla siz bu gün “Heydər Əliyev” ordeni ilə təltif olunursunuz. İcazə verin, bu ordeni sizə təqdim edim.

Dövlətimizin başçısı “Heydər Əliyev” ordenini Polad Bülbüloğluna təqdim etdi.

Polad Bülbüloğlu: Böyük şərəfdir, çox sağ olun, cənab Prezident, minnətdaram. Çox böyük şərəfdir, çox sağ olun. Heydər Əliyevin adı bilirsiniz ki, mənim üçün çox əzizdir. Çox sağ olun, cənab Prezident, kövrəldim. Siz çox düzgün qeyd etdiniz ki, Azərbaycanın, bizim vətənimizin ən çətin vaxtında 10 il ulu öndər Heydər Əliyevlə işləmək bir nazir, ümumiyyətlə, bir xadim kimi mənim üçün çox böyük məktəb oldu. O illəri, görüşləri tez-tez yada salıram. Baxmayaraq ki, çətin idi, bizim Böyük Öndərimiz mədəniyyətə həmişə diqqətlə yanaşırdı. İnanın ki, bu günlərdə biz Filarmoniyada məşq aparırdıq, Moskvadan baş dirijorumuz gəlib. Orada mənim yadıma düşdü, danışdım, Filarmoniya təmir olunanda Ulu Öndər kreslolara qədər maraqlanırdı ki, necə olacaq, nə olacaq, hansı rəngdə olacaq, çox diqqətli idi. Çox düz buyurdunuz, hətta vəsait olmayanda şəxsən mənə, ümumiyyətlə, mədəniyyət sahəsinə, mədəniyyət adamlarına onun diqqəti hər bir vəsaitdən artıq idi. Sənət adamları bunu bilirdi ki, cənab Prezident, onlara çox böyük diqqətlə yanaşır. Siz də atanızın yolunu davam etdirərək Azərbaycan üçün çox işlər gördünüz. Mən son günlər Bakıdayam, Azərbaycandayam. Qonaqlar gəlir, inanın ki, bizim bu yeni küçələri, binaları, - qədim Bakı da saxlanılıb, - görəndə hamı Bakıya heyran olur. Bunlar hamısı Sizin, Mehriban xanımın diqqəti sayəsindədir. Mən Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Amma cənab Prezident, bu, mənim üçün çox böyük mükafatdır, çox böyük.

Prezident İlham Əliyev: Siz buna layiqsiniz.

Polad Bülbüloğlu: Siz deyən sözlər də, Vallah, tarixi sözlərdir. Bu, mənim üçün çox xoşdur. Siz bununla mənim 75 illik yubileyimə, bütün bu illər ərzində zəhmətimə böyük qiymət vermisiniz. Mənim üçün danışmaq çox çətindir. Çox sağ olun. Minnətdaram.

Prezident İlham Əliyev: Çox sağ olun.
İlk partiya təşkilatı sədrlərinin toplantısı keçirilib - PirallahıdaBu gün Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı ilk partiya təşkilatı sədrlərinin toplantısı keçirildi.

İclası giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov gündəlikdə duran məsələləri toplantı iştirakçılarının diqqətinə çatdırdı. Səsvermə yolu iclasın gündəliyi qəbul edildikdən sonra gündəlikdə duran əsas məsələ - 09 fevral 2020-ci il tarixində Milli Məclisə növbədənkənar seçkilərə hazırlıqla bağlı müzakirələr başlandı.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirdi ki, ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edib: “Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan tərəqqi yolunda əmin addımlarla irəliləyir, yeni zirvələr fəth edir”.

Çıxış edən ilk partiya təşkilatı sədrləri partiya fəallarının seçkilərə yüksək coşqu və həvəs ilə hazırlaşdıqlarını, "Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının yenidən irəli sürdüyü namizədin - Rauf Asif oğlu Əliyevin inamlı qələbə qazanacağına inandıqlarını ifadə etdilər.
İlk partiya təşkilatı sədrlərinin toplantısı keçirilib - Pirallahıda
İlk partiya təşkilatı sədrlərinin toplantısı keçirilib - Pirallahıda