Aqil Məmmədov Qarabağ əlilləri, veteranlarla görüşdü - FotoAqil Məmmədov bu dəfə Aşıq Şəmşir Mədəniyyət Ocağı ictimai birliyində Qarabağ əlilləri, veteranları ilə görüşü olub.

Görüşdə Aqil Məmmədov Qarabağ əlillərini, veteranlarını salamlayaraq bildirib ki, Qarabağ əlilləri və veteranları hər zaman diqqət mərkəzində olub , onlara hörmət və ehtiramla yanaşılıb.O bildirib ki, hər bir Azərbaycan vətəndaşı sizlərə hörmətlə yanaşmalıdır. Çünki sizlər bu haqqı qanınızla, canınızla, torpaqlarımızın yağı düşməndən müdafiəsi zamanı göstərdiyiniz qəhrəmanlıqla qazanmısınız.. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açan Aqil Məmmədov bildirib ki, bu qəbildən olan bütün vətəndaşlarımız hərtərəfli dövlətin qayğısıyla əhatə olunmuşdur.

Qarşıdan 9 fevral 2020-ci il tarixində ölkəmizdə növbəti parlament seçkilərinin gəlişini vurğulayan Aqil Məmmədov təbliğat və təşviqat kampaniyası çərçivəsində şəhid ailələri ilə görüşdüyünü və onlardan xeyir-dua aldığını qeyd edərək tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, əgər seçiciləri ona etimad göstərib millət vəkili seçəllərsə Qarabağ əlillərinin və veteranlarının, şəhid ailələrinin, Çernobıl əlillərinin, ümumiyyətlə, bu kateqoriyadan olan insanları daim diqqətində saxlayacaq, qarşıya çıxacaq problemlərinin həlli üçün əlindən gələni əsirgəməyəcəkdir.

Təbirdə çıxış edən Qarabağ əlilləri və veteranlar görüşdən məmnunluq hissi duyduqlarını, onlara göstərilən diqqətə görə hər zaman Ölkə Prezidentinin ətrafında sıx birləşdiklərini və onun sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədinə yekdilliklə səs verəcəklərini bildiriblər və bütün kəlbəcərliləri Aqil Məmmədova səs verməyə çağırıblar.
Aqil Məmmədov Qarabağ əlilləri, veteranlarla görüşdü - Foto
Aqil Məmmədov Qarabağ əlilləri, veteranlarla görüşdü - Foto
Aqil Məmmədov Qarabağ əlilləri, veteranlarla görüşdü - Foto
Aqil Məmmədov Qarabağ əlilləri, veteranlarla görüşdü - Foto
Mirzə Xəzər dünyasını dəyişdi
Azərbaycanlı jurnalist, publisist-naşir Mirzə Xəzər yanvarın 31-də Münhendə dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, jurnalistin ölümü haqda “Azadlıq qəzeti”nin Facebook səhifəsində yazılıb.

Qeyd edək ki, Mirzə Xəzər 1987-ci ildən Almaniyanın Münhen şəhərində yaşayır. O, 1990-cı il 20 Yanvar faciəsi zamanı Azərbaycanı informasiya blokadasından xilas edərək həqiqətləri bütün dünyaya çatdırıb.

Mirzə Xəzər 1987-2003-cü illərdə “Azadlıq Radiosu”nun Azərbaycan redaksiyasının direktoru vəzifəsində işləyib.

Allah rəhmət eləsin!
Siyəzənlilər YAP-ın namizədini coşqu ilə qarşılayıblar - FOTOLARYeni Azərbaycan Partiyasının (YAP) 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədi Sadiq Qurbanov təbliğat, təşviqat kampaniyasını davam etdirir. Namizəd Gənclər Günü münasibətilə Siyəzən rayonu Gənclik qəsəbəsinin sakinləri ilə görüşə gedib.

Avrasiya.net xəbər verir ki, həmişə olduğu kimi bu dəfə də siyəzənlilər S.Qurbanovu böyük coşqu və mehribanlıqla qarşılayıblar.

YAP-ın namizədi seçki platrofması və deputat seçiləcəyi təqdirdə görəcəyi işlərdən bəhs edib. Daha sonra namizəd seçicilərin suallarını cavablandırıb.

Qəsəbə ağsaqqallarından Ruhumla kişi, Eldar kişi, Məhərrəm kişi öz xeyir-duasını verərək bu yolda Yeni Azərbaycan Partiyasının vahid namizədinə uğurlar arzulayıblar.

Elə həmin gün S.Qurbanov Siyəzən rayonu M.Ə.Sabir, Ə.Vahid və A.Qaradağlı küçələrinin sakinləri ilə görüş olub. Bu görüş də səmimi söhbət əsnasında keçib, seçicilər problemlərini, istək və təkliflərini S.Qurbanovun nəzərinə çatdırıblar. S.Qurbanov buradan da ağsaqqalların xeyir-duasını alıb və hamı yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.
Siyəzənlilər YAP-ın namizədini coşqu ilə qarşılayıblar - FOTOLAR
Siyəzənlilər YAP-ın namizədini coşqu ilə qarşılayıblar - FOTOLAR
Siyəzənlilər YAP-ın namizədini coşqu ilə qarşılayıblar - FOTOLAR
Siyəzənlilər YAP-ın namizədini coşqu ilə qarşılayıblar - FOTOLAR
Siyəzənlilər YAP-ın namizədini coşqu ilə qarşılayıblar - FOTOLAR
Siyəzənlilər YAP-ın namizədini coşqu ilə qarşılayıblar - FOTOLAR
Siyəzənlilər YAP-ın namizədini coşqu ilə qarşılayıblar - FOTOLAR
Siyəzənlilər YAP-ın namizədini coşqu ilə qarşılayıblar - FOTOLAR
Siyəzənlilər YAP-ın namizədini coşqu ilə qarşılayıblar - FOTOLAR
"Azərbaycan gəncliyi çox sferalı inkişaf yolundadır"Aqil Acalov
Avrasiya Kombat Ciu-Citsu Federasiyası və
Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyin prezidenti


Nitqlərinin birində "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir.

Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik" deyən ulu öndər Heydər Əliyev 1997-ci il fevralın 1-də 2 fevral tarixinin Azərbaycanda gənclər günü elan edilməsi barədə sərəncam imzalamışdır.

Bu ulu öndərin Azərbaycan gəncliyinə göstərdiyi xüsusi qayğı və diqqətdən irəli gələn addım idi. Heydər Əliyevin təşəbbüsü ilə cəmiyyətimizdə gənc nəslin inkişafı üçün əməli addımlar atılmış, gənclərin yüksək təhsil alması, dövlət idarəçiliyində təmsilçiliyi, bütövlükdə cəmiyyətdə layiqli yer tutması üçün lazımi tədbirlər həyata keçirilmişdir.

Ulu öndərin əsasını qoyduğu gənclər siyasətinin uğurlu davamı olaraq bu gün ölkə başçısı İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən dövrün tələblərinə uyğun daha təkmil və geniş spektrli inkişaf siyasəti gənc nəslin inkişafına öz töhfəsini verməkdədir. Müstəqil dövlət quruculuğu prosesinin əsas prioritet məsələsini gənclərlə bağlı siyasətin yeni şəraitə və reallıqlara uyğun həyata keçirilməsi təşkil edir.
"Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir".

Bu gün dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilən gənclər siyasətinin uğurlu inkişaf planları əsasında ölkəmizdə və dünyada baş tutan tədbirlər dövlət başçısının gəncliyin hərtərəfli inkişafına xüsusi diqqət və qayğısının əsas göstəricisidir. Gənclərlə düzgün iş strategiyasının qurulması və bu istiqamətdə strategiyaya uyğun qarşıya qoyulmuş vəzifələrin dolğun şəkildə yerinə yetirilməsi nəticəsində bugün Azərbaycan gəncliyi çox sferalı inkişaf yolundadır və ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir. Həmçinin idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur.
Və bu gün İlham Əliyevin apardığı uğurlu siyasətin birbaşa vətəndaşın sosial rifahına yönəldiyi göz önündə olduğu üçün bütün bu irəliləyişlərdən ilhamlanan Azərbaycan gəncliyi ölkə başçısının ətrafında sıx birləşmişdir.
Saakaşvilidən şok: Ukrayna 5 yerə bölünəcək
Ukrayna 5 hissəyə bölünəcək.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili mətbuata açıqlamasında deyib.

Saakaşvili Prezidenti Vladimir Zelenski administrasiyasının siyasətini uğursuz adlandırıb. Bundan başqa bildirib ki, bu siyasət ölkəni iqtisadi böhrana aparır:

“Nəticədə isə Ukrayna daha 5 Ukraynaya çevriləcək. Bu böyük böhran ölkənin dağılması ilə nəticələnəcək”.
Azay Quliyevin Seçki qərargahı yaşıllaşdırma aksiyası keçiribAzay Quliyevin seçki qərargahı Gənclər günündə "Yaşıl Binəqədi" adlı ağacəkmə aksiyası keçirib

Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin seçki qərargahı 2 Fevral Azərbaycan gəncləri günü münasibəti ilə yaşıllaşdırma aksiyası keçirib.
Azay Quliyevin Seçki qərargahı yaşıllaşdırma aksiyası keçirib
Binəqədi rayonunun 7-ci mikrorayonunda, Dərnəgül metrosu ətrafında keçirilən aksiyada iştirak edən Azay Quliyev gəncləri təbrik edərək onları Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsi adlandırıb. Azay Quliyev 2 Fevral tarixinin Azərbaycan gəncləri günü kimi elan olunmasını ümummili lider Heydər Əliyevin ölkə gənclərinə verdiyi yüksək dəyər kimi qiymətləndirib. Ətraf mühitin qorunmasının və Binəqədidə yaşıllıq zonalarının genişləndirilməsinin vacib olduğunu deyən Azay Quliyev ölkəmizdə bu istiqamətdə aparılan işlərdə gənclərin və könüllülərin xüsusi fəallıqları ilə seçilməsinin sevindirici olduğunu vurğulayıb.
Azay Quliyevin Seçki qərargahı yaşıllaşdırma aksiyası keçirib
Azay Quliyev deyib ki, bu gün, 2 fevral tarixində bizim ağacəkmə kampaniyası keçirməyimiz həm gəncliyin ruhuna, həm də könüllülülüyün fəlsəfəsinə tam uyğundur. 2020-ci ilin "Könüllülər ili" olduğunu xatırladan Azay Quliyev yaşıllaşdırma işinin 9 fevraldan sonra da davam etdiriləcəyini bildirib.

Daha sonra Azay Quliyev, seçki qərargahının könüllüləri və rayon gəncləri ərazidə xeyli sayda ağac əkiblər.
Azay Quliyevin Seçki qərargahı yaşıllaşdırma aksiyası keçirib
Azay Quliyevin Seçki qərargahı yaşıllaşdırma aksiyası keçirib

Sondan başlamaq istəyirəm, 125-ci dairədən - Turab Rzayevin təhliliTurab Rzayev
Siyasi analitik


Heç vaxt ağlıma gəlməzdi ki, Azərbaycanda bu cür möhtəşəm seçki təbliğatı kampaniyaları aparıla bilər. Demək ki, olurmuş, sadəcə siyasi iradə lazım idi və Ölkə başçısı da bu iradəni ortaya qoydu. Hər birimiz bilirdik ki, xalqımızın yaradıcılıq istedadı var, bundan başqa bu xalq dünyanın ən mübariz xalqlarından biri hesab edilib beynəlxalq təşkilatlar tərəfindən.

Seçki prosesində iştirak etməsəm də kənardan bir çox dairələr üzrə aparılan təbliğat kampaniyalarını müşahidə edirəm və müəyyən təhlillər aparıram. Bakı və mərkəzi şəhərlərimizdə həyata keçirilən tədbirlər, təbliğat-təşviqat işləri anlaşılandır. Burada imkanlar daha genişdir və əsasən resurslar “əl altındadır, əlçatandır”. Hətta rayonlarımızda da aparılan təbliğat-təşviqat işləri də fəallığı ilə seçilən zaman bunu da başa düşmək olur. Çünki seçicilər kompakt halda yaşayırlar və onlarla ünsiyyət saxlamaq kifayət qədər asandır. Sadəcə düzgün kampaniya aparmaq lazımdır ki, seçilə biləsən. Mənim diqqətimi isə məcburi köçkün rayonlarından olan namizədlərin kampaniyaları daha çox çəkdi. Burada vəziyyət çox çətindir. Seçicilər ümumi ölkə üzrə yayılmış vəziyyətdədir, yeni yaşayış məskənlərində seçki məntəqələri yoxdur, bu rayonların gözdən-könüldən uzaq olmasından məharətlə istifadə edən yerli icra hakimiyyət orqanları, millət vəkilləri də insanlarla daha az ünsiyyət saxlayır və demək olar ki, tam etinasızlıq nümayiş etdirir. Cənab Prezidentin sözü ilə desək, deputat seçilir və sonra da gedir öz işləri ilə məşğul olur, xalq yaddan çıxır. Bu isə nəticədə seçicilərdə ümidsizlik yaradır.

Müşahidələrim də bunu sübut edir. Demək olar, istisnasız olaraq bütün namizədlər seçicilərin seçkilərə ümidinin olmadığından, seçici fəallığının azlığından şikayət edir. Bu isə yenə də potensiallı gənclərin kənarda qalmasına, insanların seçdiyi şəxsin deyil, başqa kimlərinsə qutudan çıxardığı şəxslərin deputat olmasına səbəb olur. Xalq da vəziyyətə görə ölkə rəhbərliyindən narazılıq etməyə başlayır. Hansı ki, yuxarıda da qeyd etdiyim kimi siyasi iradə ölkə rəhbərliyinin də yeniliyin, gəncləşmənin tam tərəfdarı olduğunu sübut edir.

Bəlkə də gecdir, artıq seçkilərə bir neçə gün qalıb və mən çatdırıb 125 seçki dairəsinin hər birini təhlil etməyə imkanım, vaxtım olmayacaq. Mən elə sondan başlamaq istəyirəm, 125-ci dairədən. Həm burada YAP 25 ildir ki, millət vəkilini və millət vəkilliyinə namizədini dəyişmir, həm də bu dəfə deyəsən onun çox ciddi rəqibləri var. YAP namizədi İmamverdi İsmayılovun bir çox görüşlərdə çəkilmiş video və fotolarına nəzər yetirdikdə onun əvvəlki kimi arxayın, təmkinli, bəzən isə özündənrazı halını müşahidə etmək olmur. Növbədənkənar seçki elan edilən kimi 31 nəfər bu marafona qoşuldu, lakin onlardan 16-sı qeydə alınmış namizəd oldu. Hal-hazırda isə MSK-nın rəsmi səhifəsindən müşahidə etdiyimiz kimi geriyə 14 namizəd qalıb. 2 nəfər namizədliyini geri götürüb. Mən burada 14 namizədin hər birini təhlil etmək niyyətində deyiləm, çünki, bu çox uzun bir yazı olar və bu yazını heç kəs oxumaz.

Hal-hazırda 125-ci seçki dairəsindən namizədlər bunlardır: İmamverdi İsmayılov (YAP-ın namizədidir, 62 yaşı var), Faiq Kərimov (bitərəf namizəddir, 66 yaşı var), Emin Əliyev (bitərəf namizəddir, 39 yaşı var), Afət Telmanqızı (bitərəf namizəddir, 45 yaşı var), Qara Məmmədov (bitərəf namizəddir, 61 yaşı var), Anar Əsədli (bitərəf namizəddir, 41 yaşı var), Emin Həsənov (bitərəf namizəddir, 30 yaşı var), Aynur Abdullayeva (bitərəf namizəddir, 39 yaşı var), Nazim Azadoğlu (Müsavat Partiyasının namizədidir, 55 yaşı var), Xəqan Hümmətzadə (bitərəf namizəddir, 29 yaşı var), Baxşəli Əliyev (bitərəf namizəddir, 62 yaşı var), Əlsahib Hüseynov (Demokratik Azərbaycan Dünyası Partiyasının namizədidir, 50 yaşı var), Samir İbadov (bitərəf namizəddir, 39 yaşı var), Elvin Mahmudov (bitərəf namizəddir, 34 yaşı var).

Bu qədər namizədin olması kənardan rəqabətin çox gərgin gedəcəyi təəssüratını yaratsa da prosesi daha çox içəridən müşahidə və təhlil etdikcə başqa mənzərə yaranır. Eyni zamanda da bəzi “ştatnı namizədlər” də məğlub olmağa öyrəşərək yenə də şanslarını sınağa çəkiblər. Reallıqda ortalıqda İmamverdi İsmayılov, Emin Əliyev, Afət Telmanqızı, Anar Əsədli daha çox aktivdirlər. Bu dairədə mən Faiq Kərimovu, Qara Məmmədovu, Baxşəli Əliyevi heç anlaya bilmirəm. Faiq Kərimov dövlət adamıdır, yaşı 70-ə çatır, kampaniyasını da çox köhnə qaydalarda aparır, belə deyək ki, cavanlarla ayaqlaşa bilmir. Prezidentin “Parlament gəncləşsin!” çağırışını qulaqardına vurub! Hələ bir cavanları da ittiham edir ki, onlar bir işə yaramazlar, cavan və təcrübəsizdirlər. Milli Məclisdə yaşlılar oturmalıymış. Kampaniyasında da ancaq yaşlı bir dəstə qadın və kişi ilə şəkil çəkdirib sosial şəbəkələrdə paylaşmaqla təbliğat işi aparır. Məncə Faiq Kərimovun şansı heç yoxdur. Qara Məmmədovun da yaşı 61-dir. Deyilə bilər ki, bu adam mövcud deputatdan bir yaş cavandır. Amma və lakin bu adam artıq neçə seçkilərdir ki, meydana çıxır, Milli Məclisə seçkilərdə iştirak edir, məğlub olur, gedir vəkilliklə məşğul olur. Yaxşı hüquqşünas ola bilər, bunu bilmirəm. Amma zəif namizəddir məncə. Hətta deyirlər ki, bu adam səslərin parçalanmasından başqa bir işə yaramır. Məncə bu adam da ölkə başçısının çağırışını eşitmək istəmir. Müəyyən qədər səs yığmaq imkanı var, lakin ayaqlaşa bilmir 21-ci əsrin trendləri ilə. Kampaniyası isə demək olar ki gözə dəymir, sadəcə bir neçə görüşlər keçirmişdir. Bu görüşləri də daha çox vəkillik bürosunda keçirdir, yəni ki, seçicilərin ayağına getmək əvəzinə onları ayağına gətirir. Bu isə yaxşı hal kimi dəyərəndirilə bilməz. Məncə bu dəfə də Qara Məmmədov üçün seçkinin nəticələri sürpriz olmayacaq. Onun özü də bunu yaxşı bilir deyəsən. Çünki aktiv deyil, hətta ondan 5 yaş böyük olan Faiq Kərimov ondan daha aktivdir.
Baxşəli Əliyev isə ümumiyyətlə ortalıqda yoxdur. Şəxsən mən onun haqqında heç nə eşitmədim, görmədim iki şeydən başqa, onları da yuxarıda qeyd etmişəm.

Keçək YAP-ın namizədinə. İmamverdi İsmayılov hal-hazırda favoritdir. Onunla bağlı yazılanlar-deyilənlər və göstərilənlər nə olursa olsun 25 illik deputatlıq stajı, rayonda administrativ gücü, arxasında hakim partiyanın geniş təbliğat mexanizminin işləməsi onu güclü rəqib edir. Amma açıq yazmaq lazımdırsa onun da bu yarışı gözəl bir formada cavanlara buraxması çox yaxşı bir ənənənin əsasını qoyardı və olduqca yaxşı bir hörmət qazanardı. Bəlkə də uyğun müqayisə deyil, lakin Xaçmazın icra başçısı olmuş Şəmsəddin Xanbabayev kimi gedə bilərdi və bu dairədə nüfuzunu daha da çox itirməzdi.

Əsədli Anar çox aktivlik göstərir. Özünün də yazdığına görə təxminən 250 nəfərlik komanda ilə girişib seçkilərə. Bu qədər insanı necə toplayıb başına, bu bir sualdır. Sadəcə onu deyim ki, 9 vəkili var. Millətə vəkil olmağı planlaşdıran şəxsin özünə də 9 nəfər vəkil tutması məncə uğurlu addım sayıla bilməz. Amma kampaniyasının elementlərini bəyənməmək olmur. A.Əsədli seçicilərə konkret bir vəd verməsə də dəyişiklik vədi verir. Mesaj kifayət qədər pozitiv bir mesajdır. O bildirir ki, seçicilərin ümidi sarsılıbdır deyə onlara ümid vermək ən optimal çıxış yoludur. Amma özünün tərcümeyi-halını gizlətməsi də yaxşı deyil. Özünü hüquqşünas kimi təqdim edir, lakin tərcümeyi-halında hansı universiteti bitirdiyi qeyd edilməmişdir. Onu tanıyanlar isə sosial şəbəkələrdə onun özəl universitetlərdən birini bitirdiyini bildirmişdilər. Bundan başqa biznes fəaliyyəti dövründə də onunla bağlı xoş olmayan məlumatlara rast gəlmək mümkündür. Eyni zamanda vaxtilə İmamverdi İsmayılovun komandasında yer alan və onu ciddi-cəhdlə müdafiə edən şəxslərin A.Əsədlinin yanında olması da seçicilərdə şübhələr yaradan amildir. O bu suallara münasibət bildirsə də, qənaətimcə qanedici olmamışdır. Bütün bunlara baxmayaraq enerjili və aktiv kampaniya aparır. Hal-hazırda real namizədlərdən hesab etmək olar.

Afət Telmanqızı öz standartlarında və xanımlıq xarakterlərinə uyğun olaraq kampaniya aparır. Düşünürəm ki, ANS və REAL-da çalışması onu digər namizədlərdən daha çox tanıtmışdır zəngilanlılara. Onun da tərcümeyi-halı çox zəngin deyil. Karyerası əsasən yuxarıda qeyd edilən kanallara bağlıdır. Lakin ciddi və aktiv fəaliyyət göstərir. İnsanlarla təkbətək ünsiyyətə keçir. Siyasi təcrübəsi az olsa da məncə digərlərindən o qədər də geri qalmır. Afət xanım bir qədər gec sürət yığdı bu kampaniyada. Amma həm sosial şəbəkələrdə, həm də mətbuatda aktivliyi ələ ala bilib. Məncə ciddi rəy sorğusu aparılardısa o da real namizədlərdən olduğunu hər kəsə göstərə bilərdi. Çünki hiss edilir ki, digər rəqibləri onu bu yarışda o qədər də cidd hesab etmirlər. Lakin müşahidələrim göstərir ki, ən real şanslı namizəddir.

Emin Əliyevin tərcümeyi-halı çox zəngindir. Təhsilin bütün pillələrini oxuyub, müəllim, “paqon adamı”, dövlət işçisi kimi, özəl sektorda, sahibkarlıq fəaliyyətində uğurlar qazanıb. 3 dil bilir. Müşahidələrimə görə 3 dil bilən başqa namizədi yoxdur 125-ci dairənin. Xarici ölkələrdə oxuyub. Lakin onun da dezavantajı Bakıda doğulmasıdır. Rayon camaatı onu tanımır. Nəslinin ağsaqqalları isə müsbət mənada tanınır. Maraqlı kampaniya və gülərüzlülüyü ilə insanların hörmətini qazandığını demək olar. Onun tərcümeyi-halında diqqət çəkən məqam isə onun 10 yanvar 2020-ci ildə işlədiyi nazirlikdə işdən ayrılmasıdır?! Amma özü müsahibələrində bunun bir təzyiq nəticəsində baş vermədiyini, sadəcə öz istəyi ilə işdən ayrıldığını demişdi. Məncə o qədər də inandırıcı görsənmir. Seçiciləri ilə görüşlərdə maraqlı mesajlar ötürməyi bacarıb. Bir də şəxsi nömrəsini hər kəsə açıq elan etməsi yeni bir mesajdır. Şəxsən mən bu nömrənin onun şəxsi nömrəsi olduğunu yoxlamaq üçün ona zəng etdirmişəm və telefona özü cavab verib. Uğurlu və real namizəddir.

Həsənov Emin də gəncdir. Almaniyada ali hüquq təhsili almışdır. Hiss edilir ki, savadlı hüquqşünasdır, lakin hələ ki, insanlarla ünsiyyətdə zəifdir. Bədən dilindən hiss etmək olur ki, çox həyəcanlıdır və bildiklərini çatdırmaqda çətinlik çəkir. Lakin kampaniyasını müşahidə edərkən görünür ki, xeyli sayda insanları ətrafına toplamağı bacarıb. Bu namizəd də görüşlərdə tək iştirak edir, özünə vəkillər təyin etməyib. İş təcrübəsi isə o qədər də zəngin deyil. Nitqində də inam hiss edilmir. Amma məncə bir az da yetişməlidir. Növbəti seçkilərdə real namizəd kimi rəqabət mühiti yarada biləcək potensialdadır.

Əlsahib Hüseynov da artıq neçənci dəfədir ki, namizədliyini verir. Əsas elektoratının qubadlılılar olduğunu düşünərək kampaniyasını bunun üzərində qurur. Demək olar ki, zəngilanlılarla görüşlər keçirmir. Bu isə onun tam gücü ilə rəqabət apara bilməyəcəyini göstərir. Ə.Hüseynov həm də partiya sədridir. Lakin bu partiya populyar deyil və tərəfdarları çox azdır. Məncə bu dəfə də o uğur əldə edə bilməyəcək və artıq bundan sonra namizədliyini irəli sürmək imkanlarını birdəfəlik itirəcək.

Aynur Abdullayeva seçki kampaniyası başlayanda ümumiyyətlə aktivlik göstərmədi. Bir neçə gündən sonra sürət yığmağa başladı və müşahidələrimə görə xeyli sayda görüşlər keçirdi. Amma görüşlərdə əminlik nümayiş etdirə bilmir. Kənardan belə görsənir ki, digər rəqibləri ilə ciddi rəqabət aparmaq üçün deyil, sadəcə özünü rayon ictimaiyyəti üçün tanıtmaq üçün bu prosesə qoşulub.

Bu dairədə ən cavan namizəd Xaqan Hümmətzadədir. 29 yaşı var. O da nəsə təbliğat işinə gec qoşuldu. Məncə onunla da bağlı çox danışmağa dəymir. O da belə görsənir ki, təcrübə toplamaq üçün bu prosesdə iştirak etməyə qərar verənlərdəndir. Ona da uğurlar arzulamaq düşər bizlərə.

Bir də son olaraq Müsavat Partiyasından deputatlığa namizəd Nazim Azadoğlu adlı bir şəxs var. Əslində müxalifət partiyasının namizədi kimi digər namizədlərdən daha çevik və aktiv bir kampaniya aparmalı olduğu halda bu namizədin səs-sorağı yoxdur. Belə görsənir ki, sadəcə iştirak xatirinə iştirak edir bu seçkilərdə.

Əslində hər bir namizədi ayrı-ayrılıqda da, müqayisəli şəkildə də təhlil etmək olardı. Lakin bunun üçün gərək bir araşdırma mərkəzi çalışsın. Əsas məsələ odur ki, maraqlı kampaniyaların şahidiyik. Hər biri iddialıdır. Son düşüncəm isə bundan ibarətdir ki, əsas rəqabət İmamverdi İsmayılov, Emin Əliyev, Anar Əsədli, Afət Telmanqızı arasında gedəcəkdir.
Xoş olan hal odur ki, Qara Məmmədov və Anar Əsədli arasında gedən səsləri mövcud deputatın xeyrinə parçalamaqla bağlı qarşılıqlı ittihamları nəzərə almasaq bu günədək heç bir namizəd digəri ilə bağlı xoşagəlməz söz deməyib. Kampaniya mehriban şəkildə aparılıb. Nə deyim, ümid edirəm ki, nəticədə Zəngilan və Qubadlı seçiciləri növbəti beş illərini ləyaqətli bir şəxsə etibar edəcəklər.
Fəal gənclər ilə görüşəndə qürur hissi keçirirəm - Rəşad MahmudovXoş ömür sürmək, rahat və təhlükəsiz həyat yaşamaq o cəmiyyətlərə nəsib olur ki, onun gəncliyi sağlam düşüncəli olur.

Onun gəncliyi dövlətinin, millətinin, vətəninin, dininin və ailəsinin ondan nə tələb etdiyini aydın dərk edir, bu tələblərə əməl edir, özünü zamanın və dövrün güzgüsündə dürüst görə bilir...

Bu gün "Gənclər günü" münasibəti ilə Astara rayon gənclərinin bir qrupu ilə çox səmimi və işgüzar görüş keçirtdim. Hər dəfə fərqli platformalarda fəal gənclər ilə görüşəndə qürur hissi keçirirəm.

Bu gün də bir daha gənclərimizin dövlətçiliyə sədaqətli olduğunun, əsl vətənpərvər kimi yetişdiklərinin şahidi oldum. Onların ölkədə aparılan islahatları yüksək qiymətləndirmələri, Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətləri, məntiqli düşüncələri və təklifləri mənə çox gözəl hisslər yaşatdı.

Təşəkkürlər, Azərbaycan Gəncliyi!!!
Fəal gənclər ilə görüşəndə qürur hissi keçirirəm - Rəşad Mahmudov
Fəal gənclər ilə görüşəndə qürur hissi keçirirəm - Rəşad Mahmudov
Fəal gənclər ilə görüşəndə qürur hissi keçirirəm - Rəşad Mahmudov
Fəal gənclər ilə görüşəndə qürur hissi keçirirəm - Rəşad Mahmudov
Fəal gənclər ilə görüşəndə qürur hissi keçirirəm - Rəşad Mahmudov

Rəşad Mahmudov
77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd
Türkün şanlı bayrağına bədxahlıqla uzanan əllər qırılmalıdır – Aqil Acalov
Yunan irqçi vəkil Loannis Lagosun Avropa Parlamentində türk bayrağını cırması ciddi etirazla qarşılanmalıdır.

Avrasiya.net xəbər verir ki, bunu iqtisadiyyat üzrə fəlsəfə doktoru, Avrasiya Kombat Ciu-Citsu Federasiyasinin prezidenti Aqil Acalov deyib. Onun sözlərinə görə, guya heç kimin yunanların durumu barədə müzakirə aparmamasını, ancaq köçərilər barədə danışaraq yunanların haqlarının tapdalanmasını əsas gətirərək türk bayrağını cıran Loannis Lagosun içindəki məkrliliyi üzə vuraraq murdar əlləri ilə al bayrağı cırmasının kindən, faşist münasibətdən başqa adı ola bilməz: “Bu bayraq üzərində üç böyük dəyəri - sülh dini olan İslamı, şanlı tarixə və dərin kökə sahib türkçülüyü və torpağa qarışan şəhid qanının rəmzini daşıdığı halda onu cırmaq həmin insanın ürəyindəki kinin, paxıllığın və şərəfsizliyin ən böyük nümayişi oldu! “Bir millət, iki dövlət” olaraq Türk bayrağı bizim üçün də ən az Türkiyə torpaqları üzərində yaşayan vətəndaşlar, Türkiyənin tarixinə ehtiramla yanaşan digər insanlar üçün olduğu qədər dəyərlidir! Türkün şanlı tarixinə uzanan dillər qoparılmalı, türkün şanlı bayrağına bədxahlıqla uzanan əllər qırılmalıdır. Çox sevindirici haldır ki, həm beynəlxalq hüquqa, həm də Türkiyə qanunvericiliyinə görə dövlətin əsas rəmzlərindən olan bayrağa həqarətlə bağlı cəza vermək imkanı var. Artıq Loannis Lagosla bağlı araşdırmaların başladıldığı da açıqlanıb. Ümid edirəm ki, o məkrli, iqrçi millət vəkili layiqli cəzasını alacaq”.
Qüdrət Həsənquliyev daha bir məhəllə görüşü keçirdi – Foto
36 saylı Xətai dördüncü seçki dairəsindən deputatlığa namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Xətai rayonu, Firuz Qəmbərov 3 ünvanındakı binada yaşayan seçicilərlə onların öz təşəbbüsü ilə görüş keçirib.
Qüdrət Həsənquliyev daha bir məhəllə görüşü keçirdi – Foto
Avrasiya.net xəbər verir ki, görüşdə çıxış edən BAXCP sədri Qüdrət Həsənquliyev seçicilərə seçki platformasının əsas istiqamətləri haqqında məlumat verib, ona etimad göstəriləcəyi təqdirdə görəcəyi işlərdən danışıb.

Görüşdə çıxış edən seçicilər Qüdrət Həsənquliyevin fəaliyyəti ilə yaxından tanış olduqlarını və onu dəstəklərdiklərini bildiriblər.

Görüşün sonunda BAXCP sədri seçicilərin suallarını cavablandırıb.