Aqil Məmmədov İsmayıllı və Şəkidə görüşlər keçirib123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Məmmədov Aqil Sadiq oğlu növbəti təbliğat kampaniyasını İsmayıllı və Şəki rayon ərazisində davam etdirib.

Havanın soyuq və yağıntılı olmasına baxmayaraq, görüşün keçirildiyi ərazidə məskunlaşan rayon sakinləri Yeni Azərbaycan Partiyasının namizədinin təbliğat kampaniyasına böyük həvəslə qatılıb.
Aqil Məmmədov İsmayıllı və Şəkidə görüşlər keçirib
Görüşdə çıxış edən Aqil Məmmədov bir daha vurğulayıb ki, seçkilərə Yeni Azərbaycan Partiyası "Daha güclü Azərbaycan" naminə şüarı ilə qoşulub. Yeni Azərbaycan Partiyasının ölkəmizd ki, mövqeyindən və rolundan söz açan Aqil Məmmədov partiyanın sədri, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha da inkişaf etdiyini bildirərək nəyi ki, regionda, dünyada hörmət və nüfuz sahibi olan bir ölkəyə çevrildiyini qeyd edib.
Aqil Məmmədov İsmayıllı və Şəkidə görüşlər keçirib
Bu seçkilərin ölkəmizdə mühüm siyasi bir hadisə olduğunu bir daha söyləyən Aqil Məmmədov seçkilərin şəfaf və demokratik keçməsi üçün hər bir seçicini sandıq başına səsləyərək, seçkilərdə fəal iştirak etməyə çağırıb. O, bildirib ki, seçiciləri əgər ona etimad göstərib səs verib millət vəkili seçəllərsə, kəlbəcərlilərin Milli Məclisdə haqq səsi olacaq, daima onların yanında olub, onları narahat edən problemlərin həllinə çalışacaqdır.

Görüşdə iştirak edən sakinlər çıxış edərək, parlament seçkilərində fəal iştirak edəcəklərini, birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini söz veriblər.
Aqil Məmmədov İsmayıllı və Şəkidə görüşlər keçirib
Aqil Məmmədov İsmayıllı və Şəkidə görüşlər keçirib
Aqil Məmmədov İsmayıllı və Şəkidə görüşlər keçirib
Aqil Məmmədov İsmayıllı və Şəkidə görüşlər keçirib
Aqil Məmmədov İsmayıllı və Şəkidə görüşlər keçirib
Keçmiş deputat "Şah İsmayıl" şirkətini yaratdı
Keçmiş deputat Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılova məxsus daha bir şirkət üzə çıxıb.

Avrasiya.net Ekonyus-a istinadən xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Məlum olub ki, qardaşların "Dərhal" MTK-dan savayı, "Şah İsmayıl" MTK adlı tikinti şirkətləri də var imiş. Şirkətin qanuni təmsilçisi Elşən Cəbrayılovdur.

Qeyd edək ki, ötən il Rafael Cəbrayılovun deputat mandatını girov qoyaraq borc götürdüyü məlum olunmuşdu. Bu xəbər təsdiqlənəndən sonra o, istefa verməyə məcbur olmuşdu.
Keçmiş deputat "Şah İsmayıl" şirkətini yaratdı
Azər Əsədov bölgədə izdihamlı görüşlər keçirib
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputatlığa namizəd Azər Əsədovun seçicilər ilə görüşləri davam etməkdədir.

Hər yerdə isti münasibətlə qarşılanan namizəd, öz gələcək planları və seçiləndən sonra deputat kimi Milli Məclisdə görəcəyi işlər barədə sakinlərə məlumatlar verib.

Azər Əsədov çıxışında rayonun və burda yaşayan vətəndaşların problemlərini maraqlanaraq, xalqın etimadını qazanacağı halda bu problemlərin həllində yaxından iştirak edəcəyinə söz vermişdir.

Seçicilər də öz növbəsində Azər Əsədovu sona qədər dəstəklədiklərini bildirmişlər.
Azər Əsədov bölgədə izdihamlı görüşlər keçirib
Azər Əsədov bölgədə izdihamlı görüşlər keçirib
Azər Əsədov bölgədə izdihamlı görüşlər keçirib
Rəşad Mahmudov Pəlikəş kəndində seçicilərlə görüşüb77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru Rəşad Mahmudov seçicilərlə növbəti görüşünü rayonun ən ucqar dağlıq ərazisi, füsunkar təbiəti olan Pəlikəş kəndində keçirib.

Namizəd qeyd edib ki, var olduğu tarix boyu yolu və işığı olmayan Şəvqo, Dolu, Diqo, Avyarud, Sibiyyət kəndlərimizə elektrik xətti çəkilmiş, yollar salınıb və bu işlər davam etməkdədir.

Geniş müzakirələrin və qarşılıqlı fikir mübadiləsi ilə davam edən görüşün sonunda seçicilər bir daha namizədə səs verəcəklərini bildiriblər.
Rəşad Mahmudov Pəlikəş kəndində seçicilərlə görüşüb
Rəşad Mahmudov Pəlikəş kəndində seçicilərlə görüşüb
Rəşad Mahmudov Pəlikəş kəndində seçicilərlə görüşüb
Siyəzən rayonunda Gənclər günü qeyd olunub - Fotolar2 fevral “Azərbaycan Gəncləri günü” münasibəti ilə tədbir keçirilib.

Fevralın 1-də Gənclər Mərkəzində Siyəzən Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral “Azərbaycan Gəncləri günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq Ümummilli liderin xatirəsini yad ediblər.
Siyəzən rayonunda Gənclər günü qeyd olunub - Fotolar
Daha sonra dəyirmi masa ətrafında davam etdirilən tədbiri Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov giriş sözü ilə açaraq geniş hesabat məruzəsi ilə çıxış edib. 70-ə yaxın fəal gəncin iştirak etdiyi tədbirdə YAP Siyəzən Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Nəcəf Kazımov, ATU-nun I kurs tələbəsi, Prezident təqaüdçüsü Samilə Qədəşova, sərbəst güləş üzrə Dünya və Avropa çempionu, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının bürün medalçısı Şahanə Nəzərova və şəhər 4 saylı tam orta məktəbin müəllimi Bəşarə Əliyeva çıxış edərək dövlət gənclər siyasəti haqqında ətraflı məlumat veriblər.
Siyəzən rayonunda Gənclər günü qeyd olunub - Fotolar
Sonda yekun sözlə çıxış edən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzovun təbrikini tədbir iştirakçılarının nəzərinə çatdırıb və qeyd edib ki, gənclərin respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir.
Siyəzən rayonunda Gənclər günü qeyd olunub - Fotolar
Tədbirin sonunda dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdikləri səmərəli fəaliyyətə və müxtəlif sahələrdə qazandığı uğurlara görə bir qrup gənc idarə tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. Tədbirdə həmçinin “Azərbaycan Gəncləri günü”ndən bəhs edən film nümayiş etdirilib.
Siyəzən rayonunda Gənclər günü qeyd olunub - Fotolar
Siyəzən rayonunda Gənclər günü qeyd olunub - Fotolar
Siyəzən rayonunda Gənclər günü qeyd olunub - Fotolar
Siyəzən rayonunda Gənclər günü qeyd olunub - Fotolar
Siyəzən rayonunda Gənclər günü qeyd olunub - Fotolar
Siyəzən rayonunda Gənclər günü qeyd olunub - Fotolar
Siyəzən rayonunda Gənclər günü qeyd olunub - Fotolar
Siyəzən rayonunda Gənclər günü qeyd olunub - Fotolar
Siyəzən rayonunda Gənclər günü qeyd olunub - Fotolar
Siyəzən rayonunda Gənclər günü qeyd olunub - Fotolar
YAP-ın namizədi Şabranın kəndlərində olub - FOTOLARBu gün qeyri iş günü olmasına baxmayaraq YAP-ın deputatlığa namizədi Sadiq Qurbanov növbəti görüşünü seçicilərlə Şabran rayon kəndlərində keçirib.

Avrasiya.net xəbər verir ki, rayonun Şahnəzərli, Aygünlü və Mollakamallı kəndlərində keçirilən görüşlərdə ağsaqqalları Əhməd kişi, Bayram kişi, Nürəddin kişi, Adil kişi S.Qurbanova öz xeyr-dualarını veriblər və 9 fevral, seçki günündə YAP-ın namizədinə səs verəcəklərini qeyd ediblər.

Daha sonra havanın yağışlı olmasına baxmayaraq S. Qurbanov Şabran rayonunun Rəhimli, Borbor və Maytablı kəndlərinin sakinləri ilə görüşə gedib.

Burada da kəndin ağsaqqal və ağbirçəkləri - Zakir kişi, Rafiq müəllim, Gülsüm nənə öz xeyir-dualarını verərək prezidentimiz İlham Əliyevdən və Birinci vitse prezident Mehriban xanım Əliyevadan razılıqlarını bildiriblər.

Seçki günündə YAP namizədinə qələbə arzulayıblar.

Hər bir kənddə S.Qurbanov seçicilərinin problemlərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb, deputat seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb.

Dünən isə S.Qurbanov rayonun Qələgah və Ləcədi kəndlərində seçicilərlə görüşüb.
YAP-ın namizədi Şabranın kəndlərində olub - FOTOLAR
YAP-ın namizədi Şabranın kəndlərində olub - FOTOLAR
YAP-ın namizədi Şabranın kəndlərində olub - FOTOLAR
YAP-ın namizədi Şabranın kəndlərində olub - FOTOLAR
YAP-ın namizədi Şabranın kəndlərində olub - FOTOLAR
YAP-ın namizədi Şabranın kəndlərində olub - FOTOLAR
YAP-ın namizədi Şabranın kəndlərində olub - FOTOLAR
"Namizəd" in cahil cəsarəti: Daninq-Krüger sindromu - Sənan Nəcəfovun yazısı
1996-cı ilin yaz günlərinin birində Cornell Universitetinin sosial-psixologiya üzrə professoru Devid Daninq (David Dunning) televiziyada xəbərləri izlərkən qəribə bir süjetlə rastlaşır. Xəbər 1995-ci ildə ABŞ-ın Pitsburq şəhərində eyni gündə 2 bankı yaran qəribə düşüncəli “biri” haqda idi. 120 kilo çəkisi olan, alçaq boylu Makartur Uehler soyduğu bankların təhlükəsizlik kameralarına günün günorta çağı maskasız tuş gəlmişdi.

Aydın məsələdir ki, belə qəribə düşüncəli insanı həbs etmək polsi üçün uşaq oyuncağıdır. Amma bu məsələdə professorun diqqətini cəlb edən başqa məqam idi. Məsələ bundadır ki, Makartur Ueller oğru olduğunu inkar edirdi, bu öz yerində, hansı oğru özünü günahkar bilir ki, əsas qəribəlik başqadır. İlkin dindirilmədən sonra Ueller özünü təhlükəsizlik kamerasında görəndə sözün əsl mənasında şok yaşamışdı. “A, bu necə ola bilər? Axı mən üzümə limon şirəsi sürtmüşdüm” –deyən məsum oğru deyə təəccüb edir. Bir az aydınlıq gətirək: Xatırlayırsınız məktəb vaxtı mürəkkəb qələmlə yazdıqlarımızı silmək üçün istifadə etdiyimiz limon suyunu? Hə, bax o, limon suyundan söhbət gedir. Bu fağır bəndə oğurluğa getməmişdən öncə üzünə limon suyu sürtərək, uşaq düşüncəsilə özünü inandırıb ki, onun sifəti görünməyəcək. Bunu test etmək üçün, sosial şəbəkədə tez-tez işlənən “indiki uşaqlar bilməzlər” ifadəsi olmasın, Paloroid fotoaparatı ilə limon suyu sürtülmüş simasını çəkib. Taleyin ironiyasıdırmı, bəxtsizlikdirmi bilinmir, çəkdiyi fotolarda uşaqdüşüncəli Uellerin siması ləkəli düşüb. Bu da oğurluğu maskasız, günün günorta çağı etmək üçün əsas, vəssallam.

İndi qayıdaq Professor Daninqə. Professor süjetə baxan kimi yeni elmi araşdırmaya başlamağa qərara gəlir. Əgər Ueller bankları belə səfeh planla soymağı cəhd edəcək səfehdirsə, əslində heç vaxt bir bank soyğunçusu olmayacağını anlamayacaq qədər axmaqdır. Yəni, bacarıqsızlığın hüdudu bacarıqsızlığı dərk etməyə mane olacaq həddə idi. Beləliklə, bu psixologiyada yeni xəttin açılmasının əsasını qoyurdu. Professor yetirməsi Castin Krügerlə bu yöndə araşdırmalara başlayıblar. Tələbələr arasında 2 sınaq aparılıb, nəticələri yazıb, vaxtınızı çox almaq istəmirəm. Nəticədə “Bacarıqsızdı, amma fərqində deyil. Bir insanın bacarıqsızlığının fərqində olmaması çətinlikləri, insanın özü haqqında aşırı yüksək fikirdə olmasına şərait yaradır” məzmunlu ilk məqalə 1999-cu ildə dərc edilib.

Məqalədə aydın edilir ki, insanlar müvəffəqiyyətə və məmnuniyyətə aparacaqlarını güman etdikləri strategiyanı həyata keçirə bilməyəndə ikiqat problem yaşayırlar. Birincisi, çox təhlükəli qərarlara gəlib, olduqca təhlükəli addımlar atırlar. İkincisi isə daha ciddidir, onların qeyri-adekvatlığı onları qeyri-adekvatlığından xəbərdar olmaq gücündən məhrum edir. Buna, yəni bacarıqsızlığın bacarıqsızlığı dərketmə gücünü maskalamasına, örtməsinə psixologiyada Daninq-Krüger effekti və ya Daninq-Krüger sindromu deyilir. Bu haqda internetdə Rusiya, Türkiyə, ingilisdilli digər saytlarda yetərli məlumatlar var. Maraqlananlar baxa bilərlər.

Qısa olaraq onu deyək ki, bu effektə görə, bacarıqsız insanlar nə qədər bacarıqsız olduqlarının fərqində deyillər və elə hesab edirlər ki, dahi, istedad və ağıllıdılar. Başqa bir alim 2010-cu ildə apardığı araşdırmalara əsaslanaraq yazır ki, bu effektə hər yerdə, həyatın bütün sahələrində, siyasi qərar qəbul edənlərdən valideynlərə, peşəkar işçilərdən tutmuş tələbələrə qədər rast gəlmək olar. Məqalədə qeyd olunur: “istər küçədə, istərsə də laboratoriyada insanlar onlar haqqında əslində olmayan şeylərə inanırlar. Və bu inamın səviyyəsi ağzımı açıq buraxır. İnsanların özləri haqqında söylədikləri müsbət şeylərin dərəcəsi deyil, həm də dediklərinə həqiqətən inandıqları ... Bu məni bu müşahidəyə gətirib çıxardı: etinasızsan, yetərsiz olduğunun fərqinə vara bilməzsən”.

Professor Daninq irəli sürdükləri iddianı sübut etmək məqsədilə tələbələrin iştirakı ilə bir sıra eksperimentlər həyata keçirirlər. Bütün bu araşdırmaların nəticəsi olaraq isə aşağı dərəcədə qabiliyyətli və aşağı ixtisaslı tiplərin xarakter nümunələrini ümumiləşdiriblər:

1. Onlar öz bacarıqlarını yüksək qiymətləndirir;
2. Onlar digər insanların həqiqi yüksək qabiliyyətini ədalətli şəkildə qiymətləndirmək bacarığına sahib deyillər.
3. Özlərinin bacarıqsızlıq dərəcələrini dərk etməyə qadir deyillər;
4. Bu növ insanlar öz bacarıqlarını yüksəldə bildikləri halda keçmiş bacarıqsızlığını dərk etmək xüsusiyyətinə sahib olurlar.

Devid Daninq "Özünü dərk etmək" kitabında Dunning-Kruger Effektini "gündəlik həyatın anastomoziyası" adlandırır. Anastomoziya, əsasən insult keçirən insanlarda rast gəlinən, öz xəstəliklərindən xəbərsiz olmalarına və ya bədənlərinin iflic olan hissəsinin iflic olduğuna inmadıqlarına əmin edən sinir xəstəliyidir. Daninq bir misal çəkir: “Siz, bir anosoqnotik iflicli bir xəstənin əlinin qarşısında bir qələm qoyub onu qaldırmaq istəsəniz, “yoruldum” və ya “Mənə qələm lazım deyil” sayaq cavabları alacaqsınız. Əlinin iflic olduğu üçün qələmi ələ ala bilmədiyini dərk etmir. Hətta bəzən görmə məhdudiyyətli insanlar da belə bir əngəlinin olduğunu qəbul edə bilmirlər. Əslində beynin sağ tərəfindəki “zədə” bu xəstəliyə səbəb olur. Buna bənzər bir "hemispatial neglect" (təxmini tərcüməsi, yarı məkana laqeyidlik) xəstəliyi var. Qeyd edilən beyin zədəsi xəstəliyindən əziyyət çəkənlər özlərini və ətraflarını yarı qəbul edə bilirlər. Məsələn, xəstə kişidirsə, üzünün yalnız yarısını qırxır, digər yarısını görmür. Restoranda ofisiant bir boşqab yemək gətirirsə, həmin xəstəliyin daşıyıcısı boşqada olan yeməyin yalnız yarısını yeyir və hətta yeməyin çox az olduğundan şikayətlənir. Daha konkret desək belələri ətraflarının və bədəninin yalnız əlli faizini hiss və dərk edirlər ...

Bu xəstəliyin təhlükəli tərəfi məsələnin fərdlərlə yekunlaşmadığındadır. Yəni, bu effektin təsiri altında olan şəxs kütlə üçün qərar vermə məqamındadırsa, lap tutaq ki, hansısa bir partiyanın, ictimai birliyin, təşkilatın, lap götürək şirkətin sahibdirsə verdiyi qərarın acı nəticələrinin sosial müstəviyə daşınması ilə təhlükəlidir. Və çox təəssüf ki, Daninq- Krüger effektinin ən çox yayıldğı sahə siyasətdir. Siyasi meydan bacarıqsız insaların, özünü tapa bilməyənlərin, yarımçıqların, natamamların özlərini belə effektlə göstərmələri üçün unikal imkandır. Eləcə də sosial media. Öz bacarıqsızlığının, istedadsızlığının fərqində olmayıb, böyük siyasi iddiada olanlar, özlərini hamıya dərs keçə biləcək, ağıl öyrədəcək gücdə təsəvvür edənlər məsuliyyət anında özlərinə, ətrafdakılara və cəmiyyətə böyük çətinliklər, problemlər yaşadırlar. Seçki prosesində hər cür insanla rastlaşdıq. Bəli, hər bir vətəndaşın seçmək-seçilmək hüququ var, bu təməl prinsipdir, razıyam. Amma bacarıqsız insanın seçici ilə görüşməkdənsə, seçici sevgisi qazanamqdansa, sivil mübarizə aparmaqdansa qarşı tərəfə şər atması, qara PR-la məşğul olması, saxta sorğu keçirib, özü haqda saxta fikir formalaşdırması, bir sözlə bütün yaramazlıqlardan, iyrəncliklərdən istifadə edərək rəqibi qaralaması qəbul olunan deyil. Seçki prosesini izlədikcə, yazılanları, yayılanları incələdikcə əmin olursan ki, bu tip insanlar hər dairədə var. Kimisi öz xəsətliyini bilir, kimisi bilmir. Bu yazını yazmaqda və dəyərli oxucuların vaxtını almaqda məqsədim sadəcə kiçik xatırlatma etmək idi. Nə qədər gec deyil, belə tanıdıqlarınız varsa həkimə, psixiatra göstərin. Fərdi qaydada dəlilik, cığallıq təhlükəli deyil, bunlar artıq kütlə ilə manipulyasiya edirlər.

Əlqərəz, mütəxəssislərin düşüncəsinə görə Daninq-Krüger effekti və ya sindromu əslində psixologiyada “üstünlük fəhmi” deyilən bir ruh halından qaynaqlanır. Təbii ki, hər kəs özünü orta dəyərdən yuxarı olduğunu düşünür. Lakin bu bir həddə qədərdi. Abır və həya deyilən mənəvi dəyər var. Amma qeyd edilən xəsətliyin simptomları açıq görünənlər başqa cür düşünürlər. Yaddan çıxarmayaq ki, dahi Şekspirin sözü ilə ifadə etsək, "Yalnız axmaqlar hər şeyi bildiklərini düşünür" deyir. Əbəs yerə deyil ki, dünyaca məşhur universitetlərdən birinin üzərində yüz illərdir bu ifadə yazılır: "özünüzü tanıyın"

Gedin özünüzü tanıyın, “sığortalanmamısınız”.
Müşviq Abdullayevin çoxmilyonluq əmlakı hərraca çıxarıldı
Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsi, “İntertorq” şirkətinin rəhbəri Müşviq Abdullayevlə əlaqəli olan bir neçə şirkətin əmlakını həbs edib.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Rusiya mətbuatı Müşviq Abdullayevin şirkətinin Sankt-Peterburqdakı ən qapalı və eyni zamanda xarizmatik pərakəndə satış yerlərindən biri olduğunu yazır. Onun varidatı barədə məlumat verilmir, lakin bəzi mənbələrdə Abdullayev milyarder kimi təqdim olunur. Belə ki, 2017-ci ildə onun ticarət şəbəkəsinin dövriyyəsi təxminən 1,5 milyard dollar təşkil edib.

Tədbirlər görülməsinin təşəbbüskarı, yanvarın 23-də iflasa uğramış ticarət şəbəkəsi ilə əlaqəli şirkətlərə qarşı 7 iddia qaldıran “Sberbank”dır. Kredit təşkilatı kreditlər üzrə çoxmilyardlıq borcları tutmağı və əmlakı, eləcə də hesablardakı pulları həbs etməyi xahiş edib.

İddialar məhdud məsuliyyətli şirkətlər, “Eurobusiness”, “İnvestisiya Tikinti Şirkəti”, “Nevskaya Logistika” və “Adastra” şirkətlərinə qarşı yönəlib. SPARK açıq mənbələrinə görə, ilk üç şirkətin lideri və ya təsisçisi Müşviq Abdullayevdir.

“Sberbank”, xüsusən Sofiya küçəsindəki və Şuşaradakı torpaqları həbs etməyi xahiş edib. Məhkəmə dörd halda iddianı təmin etməkdən imtina edib, ancaq birində tələblə razılaşıb. "Mülkiyyətə, o cümlədən onlara məxsus daşınar və daşınmaz əmlaka, əmlak hüquqlarına, eləcə də banklarda və ya digər kredit təşkilatlarının hesablarında saxlanılan 1506154531,50 rubl məbləğində vəsaitlərə həbs qoyulsun",- deyə məhkəmənin qərarında qeyd olunur.

“Fontanka” “İntertorq”un rəhbəri M.Abdullayevlə əlaqə saxlayıb. O, həbs edilmiş torpaq sahələrinin satılmasına razılaşıb, ancaq əmlakın dəyərini “Sberbank”ın tələb etdiyindən yuxarı qiymətləndirib.

Nəşrin həmsöhbətləri təsdiq ediblər ki, kredit təşkilatı qiymətləndirmələri ucuzlaşdıra bilərdi, ancaq bazar aktivləri, onların sahibin dediyi qiymətə reallaşdırmağa imkan verməz.

Spar və "Semya"nın sahibi olan "İntertorq" şirkətindəki problemlər barədə payızda məlum oldu. Şəbəkənin Sankt-Peterburqdakı mağazalarının rəfləri boşalmağa başladı. Alıcılar zəruri tələbat mallarının çatışmazlığını hiss etdilər. Oktyabr ayının sonuna qədər məhkəmələrdə şirkətə qarşı təxminən 1 milyard rublluq iddialar toplandı. Sonradan borc yalnız artdı.

“İntertorq”un sahibi Müşviq Abdullayev, şirkətin borclarının yaranmasının əsas səbəblərindən biri kimi, onun həddən artıq aktiv inkişaf etməsini, yerlərdəki oğurluğu və insanlar arasında alıcılıq qabiliyyətinin azalmasını göstərib.
ABŞ Əl-Qaidənin İraq hücrəsinin rəhbərini ələ keçirdi
ABŞ hakimiyyəti Əl-Qaidənin İraqın Fəllucə şəhərindəki hücrəsinin rəhbərini saxlayıb.

Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Ədliyyə Nazirliyi yayıb.

Məlumata görə, saxlanılan Əli Yusif Əhməd ən-Nuri adlı şəxs Arizona ştatının Finiks şəhərinin sakini olub. Onun 2006-ci ildə törədilən cinayətlərə görə axtarıldığı və İraq tərəfinin müraciəti əsasında saxlanıldığı vurğulanıb.
Sabiq deputat seçicilərlə görüşə gedərkən QƏZAYA DÜŞDÜ - FOTO
Milli Məclis deputatlığına namizəd Nazim Bəydəmirli yol qəzasına düşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə N.Bəydəmirlinin özü sosial şəbəkədə məlumat yayıb.

O, Gədəbəy rayonunun İsalı kəndindən seçicilərlə görüşdən qayıdarkən rayonun Fərzalı kəndində avtomobil qəzaya düşüb:

İsalı kəndindən görüşdən qayıdarkən Fərzalı kəndində yüngül qəza keçirdik, bu səbəbdən Zamanlı, Mor-Mor, Göyəmli kəndlərindəki görüşlərimizi təxirə salmalı olduq.. Deyəsən, xalqımız demiş "göz dəydi".. Sabahdan görüşlərimiz davam etdiriləcək, bu millətin yolunda ölümə də hazır olmalıyıq..".

Qəza zamanı avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, Nazim Bəydəmirlinin deputatlığa namizədliyi 104 saylı Gədəbəy - Tovuz seçki dairəsindən qeydə alınıb. O, 2005 - 2010-cu illərdə bu dairədən Milli Məclisin deputatı olub.