Akıllı ol Aklını alırızDünya Türk Birliği'nden sert açıklama: Akıllı ol Aklını alırız. O elini kırarız !!!

Dünya Türk Birliği Kurucular Kurulu Genel Başkanı Murat ÇOBANOĞLU yaptığı açıklamada; AP'de Türk bayrağını yırtan ırkçı Yunan milletvekili Ioannis Lagos'a tepki göstererek, "Avrupa'nın şımarık, ırkçı çocukları hadlerini bilsin.

Avrupa, ırkçılığa artık 'dur' demeli."Had bilmeyenlere tarihte neler yaptığımızı yeniden hatırlatır, ayaklarını denk almalarını provakatif eylemlerden uzak kalmalarını tavsiye ederiz. Şehit kanlarımızın oluşturduğu bayrağımızı yırtan kim olursa olsun nüvanı ne olursa olsun elini kırarız. Biz bu bayrak uğruna hiç kurşun sıkmadan şehadete koşan onbeşlilerin bizlere emaneti olan vatanımıza ve onların kanı ile oluşan bayrağımıza dil uzatanın dilini keseriz el uzatanın elini ayak uzatanın ayağını saygısızlık yapanın kafasını kırarız. ifadesini kullandı.
Fatimə bu evdə öldürülüb - Qonşular deyir ki... - VideoYanvarın 29-u səhər saatlarında Masallının Həsənli kənd sakini, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın öldürülməsi haqda yeni məlumatlar üzə çıxıb.

Avrasiya.net xəbər verir ki, aydın olub ki, Fatimə Qəmbərova həyat yoldaşı İman Məmmədov, qayınata, qaynana və 5 yaşlı baldızı ilə bir evdə qalırmış.

Qonşuları deyib ki, yanvarın 10-da toyları olub. Onların ailəsində mübahisələr baş verməyib.

Ailə yaxınlarından aldığımız ilkin məlumatlara görə, hadisənin baş verdiyi günün səhəri, saat 8 radələrində ailə üzvləri ilə birgə evdən çıxan Fatimə qayınanasını Bakıya yola salıb, qayınata da işə gedib. Fatimə, İman və 5 yaşlı baldızı yenidən evə qayıdıb və güman olunur ki, yatıblar. Saat 10:30-da yuxudan duran İman Fatimənin ağzından köpük gəldiyini görüb və aidiyyəti üzrə məlumat verib. Mərhumun ölümünə səbəb kimi səhhətində olan problem göstərilib. Ancaq gəlinin qohumları bunları təkzib edib.

Lakin məhkəmə-tibbi ekspertin iştirakı ilə Fatimə Qəmbərovanın meyitinə baxış zamanı mərhumun boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilib. Mərhumun ölümünə səbəb boyununun sıxılması nəticəsində yaranmış tənəffüs çatışmazlığı olub. Polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Məlum olub ki, Fatimə Qəmbərovanı 2 həftə əvvəl evləndiyi 19 yaşlı Xoşçobanlı kənd sakini İman Məmmədov yaşadıqları evdə yaranmış mübahisə zamanı əlləri ilə boğub. O, sonradan bunu etiraf edib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam edir. Artıq İman Məmmədov haqqında həbs qətimkan tədbiri seçilib.

Xezerxeber.az-in mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik
Azərbaycan millisi Rusiya üzərində qələbə qazandıBu gün futzal üzrə Azərbaycan milli komandası DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Avrasiya.net xəbər verir ki, Rusiya yığması ilə qarşılaşan komanda qələbə qazanıb - 4:3.

Millimizin heyətində Everton Kardosonun dubl etdiyi görüşdə digər qolları Rafael Vilela və İsa Atayev vurub. Azərbaycan milli komandası qrupda son oyununu fevralın 1-də, saat 20:00-da Slovakiya yığmasına qarşı keçirəcək.
Sadiq Qurbanov təbliğatı ilə “Yerli deyil” düçüncəsini alt-üst etdiO, seçicilərinə əlçatmaz millət vəkili olmayacaq

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci il fevralın 9-a təyin olunan növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərini hələ müəyyənləşdirməzdən öncə Şabran və Siyəzəndə müxtəlif fikirlər, suallar yaranırdı – YAP-ın bu dəfə rayondan namizədi kim olacaq.

Biri dedi yenidən keçmiş millət vəkili ola bilər, o biri dedi, yox, nəvəsi olacaq, bir başqası isə bank müdirinin ola biləcəyini dedi, müxtəlif adlar hallandı...

Namizədlərin irəli sürülmə prosesi başlayandan əsli, nəsli Şabrandan, Siyəzəndən olanlar sənədlərini 54 saylı Şabran-Siyəzən Seçki Dairəsinə təqdim etdilər. Aralarında tanınmışlar da az deyil, əməkdar artist Elza Seyidcahan, tanınmış teleaparıcı İlkin Xəlilov... düz 18 namizəd.

Nəhayət, hamının gözlədiyi YAP ütün dairələr üzrə namizədlərini elan etdi. 54-cü dairədən Sadiq Qurbanov.
Ad, soyadı Şabran və Siyəzən əhli üçün ilk idi. Elə mənim üçün də maraqlı oldu. Siyahı açıqlanan günü rayondakı bəzi mənbələrim mənimlə əlaqə qurub, yeni namizədlərinin kimliyi ilə maraqlandılar.

Açığı, Sadiq Qurbanovla facebook-da dost olsam da elə də müntəzəm əlaqə qurmamışdım. Sadəcə YAP-ın qurucularından, vicdanı, keçmişi təmiz, şəffaf bir ziyalı olduğunu bilirdim.
Sadiq Qurbanov təbliğatı ilə “Yerli deyil” düçüncəsini alt-üst etdi
Onu da bilirdim ki, ümummili liderimizə, onun ideyalarına sədaqətlidir. S.Qurbanov hələ YAP yaradılmazdan iki il öncə, 90-cı illərin əvvəllərində – BDU-da təhsil alarkən aktiv şəkildə Heydər Əliyevin müdafiəsinə qoşulub. O, parlamentin qarşısında Heydər Əliyevin seçkidə iştirakını əngəlləmək üçün tətbiq olunmuş yaş senzi əleyhinə aksiyaların təşkilatçılarından və fəal iştirakçılarından olub. Yəni S.Qurbanov hakim partiyaya sonradan kənardan, təsadüfən düşən və ya qəbul olunanlardan deyil.

Əvvəlki deputatlarımız yerli idi, rayonlarda tanınırdılar. Məsələn, YAP-dan olan Tahir Süleymanov 20 ilə yaxın idi ki, parlamentdə siyəzənli və şabranlıları təmsil edib. Hər parlament seçkisində namizəd kimi heç seçicilərlə mütəmadi görüşməyə ehtiyac da duyulmurdu. Bir tərəfdən tanındığı, digər tərəfdən namizədlər arasında şansının üstünlüyü, təcrübəsi və s...
Sadiq Qurbanov təbliğatı ilə “Yerli deyil” düçüncəsini alt-üst etdi
Amma Naxçıvanda anadan olan, təhsili və əmək fəaliyyətini Bakıda davam etdirən, Siyəzən və Şabranla heç vaxt əlaqəsi olmayan S.Qurbanovun 22 günlük təbliğat, təşviqat kəsiyində hər iki rayonun seçiciləri tərəfindən necə qarşılana biləcəyi sualına məntiqli cavab tapa bilmirdim.

Əvvəlcə “Yerli deyil” düşüncəsinə, prinsipinə daha çox üstünlük verdim. Bizdən deyilsə, tanınmırsa, onu dəstəkləməzlər, düşündüm. Amma digər tərəfdən “20 il yerlimiz bizi parlamentdə təmsil etdi, nə qazandıq, nə verdi bizə” sualı “Bizdən deyil” prinsipinin yanlış olduğunu göstərdi.
Sadiq Qurbanov təbliğatı ilə “Yerli deyil” düçüncəsini alt-üst etdi
S.Qurbanovun tərcümeyi-halını diqqətlə nəzərdən keçirdim və Bakıdakı tanınan ziyalılardan onun haqqında müsbət fikirlər əldə etdim.
Facebookda ortaq dostlarımdan onun haqqında ancaq müsbət fikirlər eşitdim.

S.Qurbanovla bağlı yetərincə məlumat topladıqdan və qısa bir təhlil apardıqdan sonra onun ən şanslı namizəd ola biləcəyini qətiləşdirdim. Sosial səhifəmdə S.Qurbanovun Siyəzən və Şabranın gələcək deputatı ola biləcəyi fikrimi ictimailəşdirdim.

Bundan sonra hər iki rayondan yeni namizədlə bağlı çoxlu müraciətlər aldım, seçicilər üçün YAP-ın yeni siması, yeni namizədinin kim olduğunu bilmək maraqlı idi.
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Sadiq Qurbanovla bir dəfə telefon danışığımız olub. O da təbliğat, təşviqat mərhələsindən 10 gün öncə. Bir qədər fikir mübadiləsi apardıq, uğurlar arzuladım və seçicilərin səsini qazanacağına ümid etdiyimi bildirdim.
Sadiq Qurbanov təbliğatı ilə “Yerli deyil” düçüncəsini alt-üst etdi
...Namizədlərin təbliğat, təşviqat prosesinə start verildiyi gündən bu günədək S.Qurbanovun təbliğatını yaxından izlədim. Möhtəşəm, əvəzsiz, təkrarolunmaz, eyni zamanda seçki prosesinə qoşulan digər namizədlərdən fərqli bir təbliğat.

Hər iki rayonda hakim partiyaya böyük inam, etibar var. Çünki, yaradıcısı ümummilli liderimiz, ideyalarının daşıyıcısı cənab prezidentimiz İlham Əliyevin sədri olduğu bir partiya mövcuddur. Bu, S.Qurbanovun seçicilər tərəfindən rəğbətlə qarşılanmasına səbəb olan müsbət göstəricilərdən biridir. Seçicini özünə cəlb edən, çəkən digər bir amil isə namizədin təfəkkürü, natiqliyi, rəftarı, intellektidir.

S.Qurbanovun hər bir görüşü izdihamlı olub. Qışın soyuqunda S.Qurbanov hər iki rayonun ucqar kəndlərinə qədər gedib çıxa bilib. Hər bir kəndli ailəsi ilə görüşüb. İki gündə 10 ucqar kənddə görüş keçirmək hər bir namizədin işi ola bilməz.

Siyəzən və Şabran üçün YAP-ın yeni, “yerli” olmayan namizədi təşviqat prosesinin 13-cü günündə minlərlə seçici ilə ünsiyyətdə olub. Milli Qəhrəman, şəhid ailələri, ağsaqqallar, ağbirçəklər, sadə kəndçilər, gənclər ilk görüş ünvanları olub.
Sadiq Qurbanov təbliğatı ilə “Yerli deyil” düçüncəsini alt-üst etdi
S.Qurbanov bir görüşlə minlərlə insanın etibarını, səsini qazana bilibsə, o “yerli deyil” ola bilməz. Bizim – siyəzənli və şabranlılardan biri sayılıb. S.Qurbanov əhali tərəfindən qazandığı bu sevgi ilə “”Yerli deyil” düşüncəsini daşıyan digər region seçicilərinə də yanlış fikirdə olduqları mesajını vermiş oldu.

Yeri gəlmişkən, iki gün öncə Şabranda bir qrup gənclə telefon əlaqəsi qurdum. S.Qurbanovun seçki təbliğatını bəyəndiklərini söylədilər. Həmin görüşlərdə iştirak edənlər də, etməyənlər də seçki günü ona səs verəcəklərini bildirdilər. İnternet üzərindən izləsəm də, digər namizədlərin rayonda necə təbliğat apardıqlarını soruşdum. “Hərdən dar çərçivədə görüşlər keçirirlər. YAP-ın namizədi ilə müqayisədə zəifdirlər” cavabını aldım.

S.Qurbanov 14 gün ərzində özünü Siyəzən və Şabran əhlinə yaxından tanıda, sevdirə bildi. Hələ arxda təbliğat prosesinin başa çatmasına 1 həftə qalıb. Düzdür, 20-21 ərzində hər iki rayonda təbliğat aparmaq, bütün seçicilərinə özünü tanıtmaq çətin prosesdir. Amma S.Qurbanovun görüşdüyü seçicilər tərəfindən rəğbətlə, böyük ehtiramla qarşılanması, üzünü görmədiyi seçicilərin onun haqqında eşidib müsbət fikirlər formalaşması, seçki günündə YAP-ın namizədinə səs verəcəklərini söyləmələri danılmaz faktlardandır. Bununla S.Qurbanov “bizdən deyil” düşüncəsini alt-üst etdi. O, millətini, xalqını, dövlətini sevən bir vətənpərvər kimi sübut etdi ki, harada olcağından asılı olmayaraq daima seçicilərinin yanında duracaq. Onlar üçün əlçatmaz millət vəkili olmayacaq.
Sadiq Qurbanov təbliğatı ilə “Yerli deyil” düçüncəsini alt-üst etdi
Hər iki rayonla sıx əlaqəli olduğumdan seçicilərin əksəriyyətində S.Qurbanova böyük inam yarandığını bilirəm. Nəhayət, siyəzənlilər və şabranlılar əsl millət vəkilinin necə olduğunu, S.Qurbanovun timsalında görə biləcəklər.

Namizədin tərcümeyi-halına yenidən diqqət yetirək:

Qurbanov Sadiq Haqverdi oğlu 1972-ci il iyul ayının 12-də Naxçıvan MR Şərur rayonunun Ələkli kəndində anadan olub. Təhsili:
1979-1989-cu illərdə Ərəbyengicə kənd orta məktəbini;
1989-1994-cü illərdə BDU-nun mexanika–riyaziyyat fakültəsini;
1997-2001-ci illərdə ikinci ixtisas üzrə BDU-nun hüquq fakültəsini;
2001-2004-cü illərdə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib.
2006-ci ildən texniki elmlər namizədidir.
2 kitabın - Əmək Məcəlləsinin Kommentariyası (2007) və Azərbaycan Respublikası Əmək Məcəlləsinin Elmi-Paktik Kommentariyası (2019) həmmüəllifi, 15-dən çox elmi məqalələrin müəllifidir.

Əmək fəaliyyəti:

1994-2000-ci illərdə BDU-nun «Nəzəri-mexanika və bütöv mühit mexanikası» kafedrasında mühəndis kimi, 2000-ci ildən hal-hazıradək ADİU-nun (UNEC) İqtisadiyyatın hüquqi tənzimlənməsi kafedrasında dosent vəzifəsində fəaliyyət göstərir.

2000-2006-ci illərdə YAP-ın Mərkəzi Aparatında İdeoloji şöbənin partiyalararası əlaqələr üzrə baş referent vəzifəsində, 2006-2010-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin sektor müdiri vəzifəsində, 2010-cu idən hal-hazıradək Az.NQSI HI RK–nın sədr müavini (Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi) vəzifəsində işləyir.

Evlidir, 3 övladı var.
Sadiq Qurbanov təbliğatı ilə “Yerli deyil” düçüncəsini alt-üst etdi
Sadiq Qurbanov təbliğatı ilə “Yerli deyil” düçüncəsini alt-üst etdi
Sadiq Qurbanov təbliğatı ilə “Yerli deyil” düçüncəsini alt-üst etdi
Cavid
Azay Quliyevin Naxçıvani küçəsinin seçiciləri ilə görüşündən VİDEO REPORTAJBu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev Ə.Naxçıvani küçəsinin sakinləri ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, Azay Quliyevi seçicilər alqışlarla qarşılayıb və son 4 ildə seçicilərə verdiyi dəstəyə görə ona təşəkkür ediblər. Azay Quliyev seçicilərin müraciətlərinin daha operativ həlli üçün ilk dəfə olaraq 2020-ci ildə Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin istifadəsi üçün elektron kabinet yaratdığını deyib və görüş iştirakçılarını e-kabinetdə qeydiyyatdan keçməyə dəvət edib.

Görüşdə çıxış edən Ə.Naxçıvani küçəsinin sakinləri Azay Quliyevin deputatlıq fəaliyyətini yüksək qiymətləndirdiklərini və fevralın 9-da böyük mütəşəkilliklə yenidən ona səs verəcəklərini deyiblər.
Daha sonra Azay Quliyev seçicilərin şikayət etdikləri həyətlərə baxış keçirib. Azay Quliyev görüşdə qaldırılan məsələləri müvafiq qurumlarla nüzakirə edərək həllinə çalışacağını bildirib.
Sonda isə Azay Quliyev görüşdə iştirak edən bir qrup jurnalistin suallarını cavablandırıb.

Görüşdən hazırlanmış qısa video reportajı təqdim edirik

Azay Quliyevin Naxçıvani küçəsinin seçiciləri ilə görüşündən VİDEO REPORTAJ
Azay Quliyevin Naxçıvani küçəsinin seçiciləri ilə görüşündən VİDEO REPORTAJ
Paşinyan bunu etsə, 7 rayon qayıdacaq...Ermənistan Madrid prinsiplərinin sözlərinə bağlı qalmamalıdır.

Axar.az xəbər verir ki, bunu Qarabağ separatçılarının keçmiş "müdafiə naziri" Samvel Babayan deyib. O, məhz Paşinyanın hakimiyyətə gəlməsinin Sərkisyanın Azərbaycana işğal olunmuş torpaqları qaytarmağına mane olduğunu bildirib:

“Bu gün Ermənistandan Serjin dövründə olanlar tələb edilir. Yəni 7 rayonun - Ağdam, Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının qaytarılması və qaçqınların geri qaytarılması... Əgər Paşinyan Sərkisyanın irsi nöqteyi-nəzərincə danışıqlar prosesini davam etdirirsə, o, kapitulyasiya imzalayacaq. Digər tərəfdən əgər o, danışıqlar prosesindən imtina etsə, bu, Azərbaycan hakimiyyətiylə keçmiş razılaşmadan imtina etmək anlamına gələcək və müharibəyə gətirib çıxaracaq. Hər iki ssenari ermənilər üçün qəbuledilməzdir”.
İlham Əliyev onlara yüksək rütbə verdiAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilsin.

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilsin:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Xəlil oğlu Hüseynova

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səhət İsa oğlu Həbibbəyliyə.

3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin:

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Həsən Nəbi oğlu Eyubova

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Faiq oğlu Quliyevə.

4. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Yusuf oğlu Məmmədova tibb xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Goranboy rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Goranboy rayonunun əhalisi 30378 nəfər olan 16 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 1,19 milyon (bir milyon bir yüz doxsan min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 fevral tarixli 1320 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 fevral tarixli 1320 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 159, № 7, maddə 588, № 9, maddə 790; 2009, № 2, maddə 74; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2019, № 2, maddə 295) 1-ci hissəsindən “Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi ‒ şöbə müdiri” sözləri çıxarılsın və həmin hissədə “Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi ‒ şöbə müdiri” sözləri “Azərbaycan Respublikası Prezidentinin köməkçisi ‒ Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri” sözləri ilə, “direktoru” sözü “sədri” sözü ilə əvəz edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 5, maddə 402; 2010, № 2, maddə 80; 2017, № 7, maddələr 1334, 1337; 2019, № 8, maddə 1389 ) 2.1-2-ci bəndi ləğv edilsin.
"Var-dövlətimi artırmıramsa, o deputatlıq nəyimə lazımdır?" — Tahir Kərimlidən ŞOK AÇIQLAMA (VİDEO)87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Vəhdət Partiyasının sədri Tahir Kərimlinin seçicilərlə görüşündə maraqlı anlar yaşanıb.

Avrasiya.net unikal.org-a istinadən xəbər verir ki, görüşdə T.Kərimli deputat mandatı ilə bağlı maraqlı fikirlər səsləndirib. O, bildirib ki, mandat millət vəkilinin özü üçün gərəklidir:

"Mən neçə il məhkəmə sədri olmuşam. Düşünürdüm ki, ay Allah pensiyaya yaşım çatardı, təqaüdə çıxardım rahatlıq tapardım. Əgər mən özüm üçün çalışmıramsa, var-dövlətimi artırmıramsa o deputatlıq mənim nəyimə lazımdır?".
Moskvada təyyarə təcili eniş etdi: Sərnişin özünü partlatmaq istəyibMoskvanın Domodedova aeroportunda “S7” aviaşirkətinə məxsus sərnişin təyyarəsi təcili eniş edib.

Bu barədə BAZA “Telegram” kanalı xəbər yayıb.

İlkin məlumatlara görə, pilotlar sərnişinlərdən birinin özünü və bütün təyyarəni partlatmaq istədiyini bildirib.

Təyyarə Rusiyanın Simferopol şəhərindən Moskvaya uçurmuş.
Səməd Vəkilov rəy sorğularına liderlik edir - FOTOFAKTNövbədənkənar parlament seçkisində iştirak edən namizədlərin şansları, onların qalib gəlmək perspektivi həm də internetdə, sosial şəbəkələrdəki müxtəlif səhifə və qruplarda aparılır.

Əlbəttə namizədlərin yüksək səs almaq imkanları müxtəlif parametrə görə qiymətləndirilməkdədir. Təbii ki, bu sırada onların keçirdiyi görüşlər, təbliğat kampaniyasının təşkili və s. qeyd etmək olar.

Qeyd etdiyimiz kimi, keçirilən onlayn sorğular namizədlərin ictimai nüfuzunu göstəricisi kimi qəbul olunur. Analoji rəy sorğularından biri yetərincə tanınmış QHT.az saytının facebook səhifəsində aparılıb.

Məsələn, 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd Səməd Vəkilov və Eldar Quliyevin şansları qiymətləndirilib.

Sorğuda iştirak edənlərin 87% Səməd Vəkilovu, 13% isə Eldar Quliyevi dəstəklədiyini bildiribllər.

Səməd Vəkilov - 87%

Eldar Quliyev - 13% .

Xatırladaq ki, QHT.az saytı daha çox vətəndaş cəmiyyəti təmsilçilərinin, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təbliğ olunduğu resurs kimi tanınır. Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri fevralın 9-da keçiriləcək.
Səməd Vəkilov rəy sorğularına liderlik edir - FOTOFAKT
Səməd Vəkilov digər sorğularda da rəqiblərini üstələyir.

Bakupost.az saytının keçirdiyi sorğuda 30 yanvar 2020-ci il saat 13: 25-ə olan nəticələr aşağıdakı kimidir:


VƏKİLOV SƏMƏD MUSTAFA
1143 səs
35.7%

QULİYEV ELDAR ALLAHYAR
1062 səs
33.17%

SÜLEYMANLI AYGÜN YUNİS
505 səs
15.77%

POLADZADƏ TAHİR ƏHƏD
236 səs
7.37%

SADIQOVA MEHRİBAN İBRAHİM
94 səs
2.94%

ABDULLAYEVA CƏMİLƏ SABİR
79 səs
2.47%

HÜSEYNOVA ZƏRİFƏ HÜSEYNƏLİ
38 səs
1.19%

VƏLİYEVA SAİDƏ ƏLİMƏDƏT
37 səs
1.16%

CABAROVA XATİRƏ QILMAN
8 səs
Səməd Vəkilov rəy sorğularına liderlik edir - FOTOFAKT