Ərəb ölkəsi Trampın sülh planını dəstəklədi
Bəhreyn ABŞ Prezidenti Donald Trampın "Əsrin müqaviləsi" planına dəstək olub.

Axar.az xəbər verir ki, bu barədə Bəhreyn Xarici İşlər Nazirliyi məlumat yayıb.

"ABŞ-ın bölgədəki sülh prosesi üçün göstərdiyi səylər təqdirə layiqdir və Trampın açıqladığı plan bu prosesi sürətləndirəcək. Müstəqil Fələstin dövlətinin qurulmasını və tərəflər arasında razılaşma yolu ilə bölgədə sülhün və təhlükəsizliyin bərqərar olmasını istəyirik", - XİN qeyd edib.
Xəyalə Əhmədova Cəyirlidə seçicilərlə ilə görüşdü - VİDEO
Xəyalə Əhmədova təkrarsız təşviqat kompaniyasını uğurla davam etdirilir. Bərdədə seçicilərlə mütəmadi görüşlər keçirilir, onları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılır.

Bu gün Bərdə rayonunun Cəyirli kəndində sakinlərlə görüş keçirildi. Cəyirli seçiciləri əslən bərdəli olan Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı və 9 fevral seçkilərində məhz ona-həmyerliləri Xəyalə Əhmədovaya səs verəcəklərini söylədilər. Onlar Xəyalə Əhmədovanı diqqətlə dinləyərək ona böyük etimad göstəriblər.

Görüş zamanı Xəyalə Əhmədova kənddə yerləşən 20 yanvar abidəsini də ziyarət etdi.

Qeyd edək ki, Xəyalə Əhmədova 93 saylı Bərdə Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
Bu ölkə də Çinə bütün reysləri ləğv etdi
“Avstriya Hava Yolları” şirkəti (AUA) fevralın 9-dək Çinə olan bütün aviareysləri ləğv edib.

Axar.az xəbər verir ki, AUA tərkibində olduğu “Lufthansa” konserni ilə birlikdə koronavirusla əlaqədar belə bir qərar qəbul etmək məcburiyyətində qalıb.

Hazırda Şanxay və Pekin reysləri üzrə səfərdə olan təyyarələr Vyanaya geri qayıtdıqdan sonra Çinə uçuşlar təxirə salınacaq.
Aqil Məmmədov Qəbələ və Oğuzda izdihamlı görüşlər keçirib
123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Məmmədov Aqil Sadiq oğlu növbəti təbliğat kampaniyasını Oğuz və Qəbələdə seçicilərlə görüşünü davam etdirib.
Aqil Məmmədov Qəbələ və Oğuzda izdihamlı görüşlər keçirib
Hər iki görüş izdihamla müşayət olunub.

Namizəd Oğuzun Calud, Qəbələnin isə Zarağan kəndində məcburi köçkünlər üçün salınan məhəllədə seçicilərlə görüşüb.
Aqil Məmmədov Qəbələ və Oğuzda izdihamlı görüşlər keçirib
Seçicilər YAP-ın namizədini alqışlarla qarşılayıblar. Bu da əhalinin hakim partiyaya olan inam və etibarını bir göstəricisidir.

Görüşdə çıxış edən Aqil Məmmədov bir daha vurğulayıb ki, seçkilərə Yeni Azərbaycan Partiyası "Daha güclü Azərbaycan" naminə şüarı ilə qoşulub.
Aqil Məmmədov Qəbələ və Oğuzda izdihamlı görüşlər keçirib
Bu seçkilərin ölkəmizdə mühüm siyasi bir hadisə olduğunu söyləyən Aqil Məmmədov seçkilərin şəfaf və demokratik keçməsi üçün hər bir seçicinin fəal iştirak etməsini, səsvermə günü seçki məntəqələrinə gedərək vətənini, xalqını, millətini sevən namizədə səs verməyə çağırıb.
Aqil Məmmədov Qəbələ və Oğuzda izdihamlı görüşlər keçirib
Daha sonra A. Məmmədov Seçki platformasından danışıb. Bildirib ki, əgər seçiciləri seçkilərdə ona etimad göstərib millət vəkili seçərlərsə, kəlbəcərlilərin parlamentdə haqq səsi olacağını, daima onların yanında olub onlar üçün çalışacağını, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosila rifahının yüksəldilməsi, ölkəmizin inkişafı üçün var gücü ilə xidmət edəcək.
Aqil Məmmədov Qəbələ və Oğuzda izdihamlı görüşlər keçirib
Görüşdə iştirak edən sakinlər çıxış edərək, Parlament seçkilərində fəal iştirak edəcəklərini, birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini söz verdilər. Onlar bildiriblər ki, parlamentdə A. Məmmədov kimi qətiyyətli, vətənpərvər bir vəkillərini görmək istəyirlər.
Aqil Məmmədov Qəbələ və Oğuzda izdihamlı görüşlər keçirib
Aqil Məmmədov Qəbələ və Oğuzda izdihamlı görüşlər keçirib
Aqil Məmmədov Qəbələ və Oğuzda izdihamlı görüşlər keçirib
Aqil Məmmədov Qəbələ və Oğuzda izdihamlı görüşlər keçirib
Aqil Məmmədov Qəbələ və Oğuzda izdihamlı görüşlər keçirib
Aqil Məmmədov Qəbələ və Oğuzda izdihamlı görüşlər keçirib
"İslahatlar dərinləşdirilməlidir"
Qüdrət Həsənquliyev seçicilərlə növbəti məhəllə görüşünü keçirib

Bu gün 36 saylı Xətai dördüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 1208 ünvanında yaşayan seçicilərin təşəbbüsü ilə onlarla görüş keçirib.
Görüşdə seçki platformasının əsas istiqamətlərindən söhbət açan Qüdrət Həsənquliyev problemlərin köklü həlli üçün ölkədə həyata keçirilən islahatların dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə iştirak edən seçicilər Qüdrət Həsənquliyevin millət vəkili və siyasətçi kimi fəaliyyətini uzun illərdir ki, yaxından izlədiklərini, onun sosial-iqtisadi, təhsil və digər istiqamətdə səsləndirdiyi fikirləri, irəli sürdüyü təşəbbüsləri bölüşdüklərini, bu səbəbdən də ona səs verəcəklərini bildiriblər.
"İslahatlar dərinləşdirilməlidir"
Görüşdə BAXCP sədrinin ictimai və dövlət maraqları ilə bağlı məsələlərdə hər zaman yüksək fəallıq göstərdiyi, prinsipial və obyektiv mövqe sərgilədiyi xüsusi olaraq vurğulanıb.

Daha sonra deputatlığa namizəd Qüdrət Həsənquliyev seçicilərin çoxsaylı suallarını cavablandırıb.
"İslahatlar dərinləşdirilməlidir"
"İslahatlar dərinləşdirilməlidir"
"İslahatlar dərinləşdirilməlidir"
"İslahatlar dərinləşdirilməlidir"
"İslahatlar dərinləşdirilməlidir"
Oqtay Əsədov seçicilərlə görüşə gəlmədi - Foto
Oqtay Əsədov seçicilərlə görüşə gəlmədi - Fotolar
9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən 45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizəd Oqtay Sabir oğlu Əsədovdur.

Unikal.org xəbr verir ki, seçicilərlə görüşə spiker Oqtay Əsədovun özü deyil, vəkilləri gəlib. Bu da sakinlər arasında qıcıq yaradıb.
Namizədlər birləşib, rəqiblərindən şikayət etdi
MSK-nın iclasında 109 saylı Balakən seçki dairəsi üzrə qeydə alınmış namizəd Mustafa Dibirov və digərlərinin qeydə alınmış namizəd Nəsib Məhəməliyevlə bağlı şikayətinə baxılıb.

Axar.az xəbər verir ki, məsələ barədə məlumat verən MSK-nın və Ekspert qrupunun üzvü Qabil Orucov şikayətdə 23 yanvar 2020-ci il tarixində Xəzər TV-nin “Səni axtarıram” verilişində N.Məhəməliyevin təbliğatının aparıldığının əksini tapdığını deyib:

“Müraciətdə adları keçən subyektlərdən məlumatlar alınıb, Xəzər Televiziyasına sorğu verilib. Nəsib Məhəməliyevin proqramda iştirakının olub-olmadığı soruşulub. Xəzər TV-dən verilən şifahi məlumatda 23 yanvar tarixində Nəsib Məhəməliyev və ya onun maraqlarını təmsil edən şəxslərin verilişdə iştirak etmədiyi bildirilib. Həmçinin, əldə etdiyimiz məlumatda yardım edilmiş Babayeva Yeganə Nadir qızının adının ümumiyyətlə 109 saylı Balakən seçki dairəsinin seçici siyahısında olmadığı, Binəqədi sakini olduğu bildirilib. Nəsib Məhəməliyevin özü isə bildirib ki, yalnız okyabr ayında sözügedən verilişdə bir xəstə uşağın müalicəsi üçün marafon keçirilib. Ailəsi ilə bigə marafona qoşulub və iştirak edib”.

Şikayət əsassız sayıldığından təmin edilməyib.

Şabranlı karateçilərin uğurları23-26 yanvar 2020-ci il tarixlərdə Ağdam Olimpiya İdman Kompleksində Kyokuşinkaykan Karate idman növü üzrə "20 Yanvar şəhidləri"nin xatirəsinə həsr olunan Respublika turniri keçirilib.

Keçirilən turnirdə Şabran rayon komandası uğurlu iştirak edib:

1. Quluyev Ramiz 48 kq çəki dərəcəsində - I yer (2007)
2. Kamilov Kənan 35 kq şəki dərəcəsində - I yer (2005)
3. Bayramov Elvin 65 kq çəki dərəcəsində - II yer (2003)
4. Zeynalov Səid 31 kq çəki dərəcəsində - II yer (2008)
5. Talıbov Əli 45 kq çəki dərəcəsində - III yer (2007)
6. Camalov Camal 45 kq çəki dərəcəsində - III yer (2006)
7. Zəkiyev Məhəmməd 41 kq çəki dərəcəsində - III yer (2007)