Koronavirusa qarşı vaksin hazırlandı
Honkonqun tədqiqatçılar qrupu koronavirusa qarşı vaksin hazırlayıb.

Axar.az xarici mediaya istinadən xəbər verir ki, vaksinlər ilk növbədə heyvanlar üzərində yoxlanılacaq və bunun üçün uzun müddət lazım gələcək.

Belə ki, heyvanlar üzərində sınaq aylarla, insanlar üzərində kliniki sınaqlar isə azı bir il vaxt apara bilər.
Aqil Məmmədov Tərtər və Bərdədə seçicilərilə görüşüb123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Məmmədov Aqil Sadiq oğlu növbəti təbliğat kampaniyasını Tərtər və Bərdə rayon ərazisində davam etdirmişdir.
Aqil Məmmədov Tərtər və Bərdədə seçicilərilə görüşüb
Seçicilərin yüksək gəlişi ilə baş tutmuş hər iki görüş öz möhtəşəmliyi ilə seçilmişdir. Yeni Azərbaycan Partiyasının namizədinin təbliğat kompaniyası görüşün keçirildiyi ərazidə məskunlaşan rayon sakinlərinin diqqət mərkəzində olmuş, sakinlər Yeni Azərbaycan Partiyasının namizədinin təbliğat kompaniyasına böyük həvəslə qatılmışdır.

Görüşdə çıxış edən Aqil Məmmədov bir daha vurğulayıb ki, seçkilərə Yeni Azərbaycan Partiyası daha güclü Azərbaycan naminə şüarı ilə qoşulub. Yeni Azərbaycan Partiyasının ölkəmizdə ki, mövqeyindən və rolundan söz açan Aqil Məmmədov partiyanın sədri ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha da inkişaf etdiyini bildirərək nəyin ki, regionda, dünyada hörmət və nüfuz sahibi olan bir ölkəyə çevrildiyini qeyd etmişdir.
Aqil Məmmədov Tərtər və Bərdədə seçicilərilə görüşüb
Bu seçkilərin ölkəmizdə mühüm siyasi bir hadisə olduğunu bir daha söyləyən Aqil Məmmədov seçkilərin şəfaf və demokratik keçməsi üçün hər bir seçicini seçki qutusu başına səsləyərək, hər bir kəlbəcərlinin seçkilərdə fəal iştirak etməyə çağırıb.O bildirib ki, seçiciləri əgər ona etimad göstərib səs verib millət vəkili seçəllərsə kəlbəcərlilərin Milli Məclisdə haqq səsi olacaq, daima onların yanında olub onları narahat edən problemlərin həllinə çalışacaqdır.

Görüşdə iştirak edən sakinlər çıxış edərək, parlament seçkilərində fəal iştirak edəcəklərini, birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini söz verdilər.
Aqil Məmmədov Tərtər və Bərdədə seçicilərilə görüşüb
Aqil Məmmədov Tərtər və Bərdədə seçicilərilə görüşüb
Deputatlığa namizəd Süleyman İsmayılbəyli:” Cənab Prezidentin çağırışlarının dəstəkləyicisi olacam”48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd Süleyman İsmayılbəyli feysbuk dostlarına çağırış edib: “Əziz dostlar. Artıq seçki prosesinin mühüm bir dövrüdür. Bu müddət ərzində mənə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Çoxları haqlı və ya haqsız olaraq seçkilərə qatılmağıma irad bildirir. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Ancaq buradan bir məsələni qeyd etmək istəyirəm ki, mən Cənab Prezidentin yeni formalaşacaq qanunverici orqanla bağlı fikirləri, eləcə də dövlət başçısının bu istiqamətdəki çağırışlarına dəstək olaraq seçki prosesinə qoşulmuşam. Bundan sonra da bir Azərbaycan vətəndaşı, mətbuat nümayəndəsi olaraq Cənab Prezidentin daxili və xarici siyasətinin fəal təbliğatçısı, Onun çağırışlarının dəstəkləyicisi olacam. Ona görə də yola davam.”
Azay Quliyevin seçicilərlə daha bir uğurlu görüşü - FOTOLAR8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün İbrahimpaşa Dadaşov və Nizami Nərimanov küçələrinin sakinləri ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, Azay Quliyev ötən 4 il ərzində seçiciləri ilə müntəzəm şəkildə aylıq fərdi və kollektiv görüşlər keçirdiyini və onları narahat edən problemlərlə bağlı dəfərlə Milli Məclisdə məsələ qaldırdığını bildirib.

Azay Quliyev çıxışında ona edilən müraciətlərin böyük bir qisminin müsbət həllini tapdığını vurğulayıb.

O, seçicilərin müraciətlərinin daha operativ və səmərəli həlli üçün ilk dəfə olaraq Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin istifadə etdiyi elektron kabinet yaratdığını deyib.

Görüşdə seçicilərin qaldırdığı məsələləri seçki qərargahının könüllüləri qeydə alaraq seçicilərin elektron kabinetinə (e-kabinet) daxil edib. Azay Quliyev seçiciləri narahat edən problemlərin həlli istıqamətində müvafiq addımların atılacağını bildirib.

Daha sonra Azay Quliyev seçicilərin ağacların kəsilməsindən şikayət etdikləri Nizami Nərimanov küçəsinə baxış keçirib. Azay Quliyev müvafiq qurumlarla bu məsələni müzakirə edərək ağacların qanunsuz kəsilməsinin qarşısının alınacağını deyib.
Azay Quliyevin seçicilərlə daha bir uğurlu görüşü - FOTOLAR
Azay Quliyevin seçicilərlə daha bir uğurlu görüşü - FOTOLAR
Azay Quliyevin seçicilərlə daha bir uğurlu görüşü - FOTOLAR
İsrail mediasından şok: Türkiyənin kəşfiyyat rəhbərini öldürün!İsraildə çapdan çıxan “Makor Rişon” qəzeti Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanı İraqda öldürülən İran generalı, Qüds Qüvvələrinin komandanı Qasım Süleymaniyə bənzədərək hədəf göstərib.

Axar.az xəbər verir ki, “Sultan və Süleymani” başlıqlı məqalədə şok iddialar yer alıb.

Belə ki, Fidanın Süleymani kimi İraq və Suriyada vəkalət savaşı apardığını bildirilib:

“Fidan Süleymaniyə çox bənzəyir. Fidan Süleymaninin əkizidir. Hazırda Süleymani yerin üç arşın altında yatdığına görə, indi də Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidanın planlarına diqqət etmək lazımdır”.

Qeyd edək ki, sözügedən qəzet İsraildə radikal sağ təmayüllü qəzetlərdən sayılır.
Murad Cəfərov seçicilərilə izdihamlı görüşlər keçirib - FOTOLAR2020-ci il 25 yanvar tarixində Lənkəran şəhər mədəniyyət mərkəzində 73 saylı Lənkəran şəhər seçki dairəsindən Milli Məclisin üzvlüyünə namizəd Murad Cəfərovun həmin seçki dairəsində yaşayan seçicilərlə görüşü olmuşdur.

Avrasiya.net xəbər verir ki, görüş saat 15:00-da başlamış və 19:00-dək davam etmişdir. Görüş çox izdihamlı olmuş və qızğın keçmişdir. Görüşdə M.Cəfərovun öz namizədliyini irəli sürdüyü seçki dairəsinin ərazilərində yaşayan vətəndaşlar iştirak etmişlər. Sözü gedən görüşdə deputatlığa namizəd Murad Cəfərovu dəstəkləmək üçün Bakı Dövlət Universitetinin kafedra müdiri, elmlər doktoru, professor Eldar Məsimov, Əməkdar incəsənət xadimi, kinoşunas, professor Aydın Kazımov, Xalq rəssamı, professor Arif Hüseynov, əslən Lənkəranlı olan, elmlər doktoru, professor Yaşar Şahverdiyev və Bakı Dövlət Universitetinin bədən tərbiyyəsi və idman kafedrasının müdiri Akif Atakişiyev kimi Azərbaycanın tanınmış ziyalıları, elm-təhsil, mədəniyyət, incəsənət xadimləri müşaiyət etmişlər.
Murad Cəfərov seçicilərilə izdihamlı görüşlər keçirib - FOTOLAR
Görüş zamanı deputatlığa namizəd Murad Cəfərov əvvəlcə seçicilərini öz seçki platforması ilə tanış etmiş, onları maraqlandıran məsələlərdən, Lənkəran bölgəsinin inkişaf perspektivlərindən danışmış, öz çıxışında bölgədə sosial durum, yeni iş yerlərinin açılması, yoxsulluğun aradan qaldırılması, lənkəranlıların maddi-rifah halının yaxşılaşdırılması məsələlərinə toxunmuş və sonra da seçicilərini narahat edən suallara ətraflı və müfəssəl cavablar vermışdır. Seçicilərin verdiyi suallar və onları maraqlandıran əsas məsələlər illərlə Lənkəranda yığılıb qalmış və öz həllini tapa bilməyən problemlər, o cümlədən məktəblərdə istilik sistemlərinin işləməməsi, şagirdlərdən müxtəlif bəhanələrlə pul yığılması, təmir vəziyyətinin uşaqların sağlamlığına təhlükə törətməsi, dövlət orqanlarının bəzi əməkdaşlarının korrupsiyaya qurşanması, seçicilərin iradəsinə yerlərdə qanunsuz təsir göstərilməsi və digər mənfi təzahürlər ətrafında olmuş və ən əsası da, bütün bu problemlərlə rayon səviyyəsində əlaqədar strukturların ilgilənmədiyi və ya onların çözülməsində aciz olduqları bildirilmiş və bunların əhali içərisində narazılıq yaratdığı göstərilmişdir.
Namizəd qeyd edilən bütün bu problemlər barəsində öz mövqeyini bildirmiş, onların həlli yolları barədə məlumat vermiş, seçicilərilə öz gələcək planlarını, Lənkəranın indisi və gələcəyi barədə fikir və düşüncələrini bölüşmüşdür.
Murad Cəfərov seçicilərilə izdihamlı görüşlər keçirib - FOTOLAR
Çox səmimi fikir mübadiləsi şəraitində keçən görüş Lənkəran camaatının Murad Cəfərov barədə pozitiv mövqeyini nümayiş etdirmişdir. Görüş əsnasında Lənkəran ictimaiyyətinin nümayəndələri dəfələrlə, təkrar-təkrar bildirmişlər ki, onlar Murad Cəfərova inanır və Murad müəllimin onların bir sıra müşkül problemlərini həll edəcəyinə böyük ümidlər bəsləyirlər. Görüş göstərdi ki, M.Cəfərovun düşünülmüş və geniş seçki platforması Lənkəran seçicilərində canlı maraq doğurmuş və lənkəranlı qəlbləri parlaq gələcəyə böyük ümidlərlə doldurmuşdur. Görüş aydın şəkildə göstərmişdir ki, Lənkəran eli böyük dəyişikliklər qarşısındadır və bu dəyişiklikləri gətirən, bu dəyişiklikləri gerçəkləşdirməyə qadir olan Murad Cəfərovu bütünlüklə dəstəkləyir. Sonda görüşü yekunlaşdıran M.Cəfərov belə görüşlərin, xüsusilə, seçkilərdən sonra tez-tez olacağını və xalqın səsinin eşidiləcəyini bildirmişdir.
Murad Cəfərov seçicilərilə izdihamlı görüşlər keçirib - FOTOLAR
Görüşdən çıxan hər kəsin üzündə bir gülüş vardı. Çöhrələrdə təbəssüm oynayırdı. Bu görüş seçicilərlə namizəd arasında tam anlaşma olduğunu və seçicilərin M.Cəfərovdan məmnunluğunu çox bariz surətdə göstərdi. Görüş sübut etdi ki, namizəd seçkilərdə qələbəyə doğru inamla addımlayır və məqsədinə çatmaq üzrədir. Bu görüş, şəksiz, Murad Cəfərovun seçki kompaniyasında ən uğurlu tədbir kimi onun platformasının təntənəsi və seçkilərdə qələbəyə doğru çox uğurlu bir addım olaraq dəyərləndirilməlidir.
Murad Cəfərov seçicilərilə izdihamlı görüşlər keçirib - FOTOLAR
Murad Cəfərov seçicilərilə izdihamlı görüşlər keçirib - FOTOLAR
Murad Cəfərov seçicilərilə izdihamlı görüşlər keçirib - FOTOLAR
Murad Cəfərov seçicilərilə izdihamlı görüşlər keçirib - FOTOLAR
Murad Cəfərov seçicilərilə izdihamlı görüşlər keçirib - FOTOLAR
Murad Cəfərov seçicilərilə izdihamlı görüşlər keçirib - FOTOLAR
Murad Cəfərov seçicilərilə izdihamlı görüşlər keçirib - FOTOLAR
Murad Cəfərov seçicilərilə izdihamlı görüşlər keçirib - FOTOLAR
Murad Cəfərov seçicilərilə izdihamlı görüşlər keçirib - FOTOLAR
Murad Cəfərov seçicilərilə izdihamlı görüşlər keçirib - FOTOLAR
Nərminin nənəsindən qızı və kürəkəninə İTTİHAM“Qatilin tezliklə öz cəzasına çatmasını istəyirəm”.

Bunu Cebhe.info-ya açıqlamasında Tovuzun Dondar Quşçu kəndində öldürülən və yandırılan 10 yaşlı Nərminin nənəsi Minayə İsmayılova deyib. O, qətldə şübhəli bilinərək hazırda barəsində həbs qətimkan tədbiri seçilən İlkin Süleymanovun kifayət qədər normal ailədən olduğunu deyib:

“Onlar təmiz və ziyalı ailədir. Amma yenə də ekspertizanın cavabını gözləyirik. Ən böyük istəyim qatilin düzgün müəyyən edilməsi və cəzalandırılmasıdır”.

Minayə İsmayılova Nərminin qətlindən sonra qızı və kürəkəni ilə münasibətləri kəsdiyini deyib. O, nəvəsinin ölümündə qızı və kürəkəninin də günahı olduğunu iddia edib:

“Qızım uzun müddət İlkinin yeznəsi işləyən kafedə işləyib. Dəfələrlə kürəkənim Şərifin İlkinin yeznəsi İbişlə mübahisələri düşüb. Hətta İbişi bıçaqlamaq istəyib. 3-4 ay əvvəl qızım mənə zəng etdi ki, Şərif məni öldürmək istəyir. Getdim ki, Şərif kafenin ətrafında əlində bıçaq gəzişir. Dedim nə məsələdir, qızımla nə işin var? Dedi ki, qızınla deyil, İbişlə işim var. Sonra oradan uzaqlaşdı. Şərifi polis şöbəsinə də şikayət etmişdim. Kürəkənim qızımın həmin kafedə işləməsini istəmirdi. Dəfələrlə eşitmişəm, deyirdi ki, İbişi öldürəcəyəm. Nərminin başını da elə onlar – ər-arvad yedilər. Nə qızımla, nə də kürəkənimlə münasibətim var. Gediş-gəlişimiz yoxdur. Qızım dəfələrlə məni təhqir edib. O uşağın əziyyətini mən çəkmişəm. Kafelərdə işləyə-işləyə, əlim sularda, kirayələrdə qala-qala zülmlə Nərmini böyütmüşəm. Elə saxlamışam o qızı… İndi də yanıb-tökülürəm. O uşağa heyfim gəlir, balam yazıq oldu. Deyirəm ki, niyə o günə qoydunuz o uşagı? Nərmin qızımın qayınanasının evindən çıxmayıb. O uşağın ölümünə görə onları danışdırmıram, evimə də buraxan deyiləm. Qızım evində otursaydı, Nərmin belə olmazdı. Hər gün əri ilə işləməyin üstündə dava idi. Hələ indi də iş davası edir. Uşağı ölüb, iş və ev davası edir. Sən niyə Bakıdan ev istəyirsən? Mənim uşağım olmayandan sonra evim heç olmasın. Neynirəm, uşaqsız o evi? Qızım da olsa, sözün düzünü, ümumiyyətlə, kimin nəyi varsa, üzünə deyirəm”.

Xatırladaq ki, Nərminin qətlində ittiham olunan İ.Süleymanov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başladılıb. İ.Süleymanov Tovuz Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Sabunçu Rayon Məhkəməsinin inzibati binasında onun şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib. İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Süleymanini vuran amerikalı öldürüldüİran İslam İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds" Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general Qasım Süleymaninin sui-qəsd planını hazırlayan amerikalı öldürülüb.

Publika.az xəbər verir ki, rəsmi Tehranın mətbuat orqanı kimi tanınan "Mizan"ın məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olan Maykl Dandrea adlı şəxs ötən gün Əfqanıstanda qəzaya uğrayan ABŞ təyyarəsində olub.

"Taliban" terror qruplaşması Mərkəzi Kəşfiyyat İdarəsinə aid olan təyyarənin onlar tərəfindən vurulduğunu iddia edir. Lakin bununla bağlı hər hansı dəlil yoxdur.

Qeyd edək ki, "Qaranlıq şahzadəsi" ("Dark Prince") Maykl Dandrea "Əl-Qaidə" terror təşkilatının lideri Usamə bin Ladenin də sui-qəsdini hazırlayan şəxs olub.

ABŞ-ın ən əhəmiyyətli casuslarından biri olan Dandrea 1979-cu ildə MKİ-yə qatılıb. Dandrea, İrandakı əməliyyatlarından sonra "Ayətullah Mayk" ləqəbi ilə tanınır.

Xatırladaq ki, İran İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds" Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general Qasım Süleymani 3 yanvarda Bağdad hava limanında sui-qəsdə qurban gedib.
Rusiya 7 kəşfiyyatçının adını açıqladı
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Rusiyanın təhlükəsizliyinə töhfə verən 7 kəşfiyyatçının adını açıqlayıb.

Axar.az xəbər verir ki, o, kəşfiyyatçıların hər birinin üzərindən məxfilik qrifinin götürüldüyünü bildirib.

Narışkin bu kəşfiyyatçılar sırasında Yuri Anatoleviç Şevçenko, Yevgeni İvanoviç Kim, Mixail Anatoleviç Vasenkov, Vitali Vyaçeslavoviç Netıksa, Tamara İvanoviç Netıksa, Vladimir İosifoviç Loxov və Vitali Alekseyeviç Nuykinin adının yer aldığını deyib.

O, həmin şəxslərin fəaliyyəti haqqında tezliklə geniş məlumat veriləcəyini vurğulayıb.
Paşinyan Kəlbəcərə gəldi – FOTO
Ermənistan baş naziri Nikol Paşinyan gözlənilmədən Qarabağa gəlib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, işğal altındakı Kəlbəcər rayonu ərazisində zabitlər üçün tikilmiş 32 mənzillik binanın açılışında iştirak edib.

Mərasimə onunla birlikdə, müdafiə naziri David Tonoyan da qatılıb. Mərasim Ermənistan ordusunun yaranmasının 28 illiyinə həsr olunub.

Xatırladaq ki, ermənilər Kəlbəcər və keçmiş Ağdərə rayonunun ərazisində Şaumyan rayonu adlı qondarma inzibati vahid yaradıblar.