1374 namizəd mübarizə aparırAzərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində hazırda qeydiyyata alınmış 1374 namizəd mübarizə aparır.

Avrasiya.net-in məlumatna görə, artıq 263 nəfər öz namizədliyini geri götürüb. Ümumlikdə parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət etmişdir. Onların bir hissəsi seçki prosesinin müxtəlif mərhələlərində öz namizədliklərini geri götürüb.
Tehranı "Azərbaycan-Türkiyə" şüarları bürüdü - VideoTehranın Azadi stadionunda bu şəhərin “Perspolis” və Güney Azərbaycanın “Traktor” komandaları arasında görüşdə Türkiyəyə dəstək mesajları səsləndirilib.

Axar.az xəbər verir ki, “Traktor” tərəfdarları görüş zamanı “Azərbaycan var olsun – Türkiyə, başın sağolsun” şüarı səsləndirərək, cümə günü Elazığ şəhərində baş verən dağıdıcı zəlzələ ilə bağlı qardaş ölkəyə başsağlığı veriblər.

Qeyd edək ki, gərgin keçən görüş rəqibin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Kral ailəsindən şok: Qurandan peyğəmbərin adını çıxartdı!Səudiyyə Ərəbistanının kral ailəsi müsəlmanların müqəddəs kitabı Qurani Kərimi təhrif edib.

Bu barədə "Yeni Şəfəq" qəzeti məlumat yayıb.

"Səudiyyəyə məxsus Kral Fəhd Akademiyası tərəfindən nəşr edilən Quranın bəzi hissələrindən Məhəmməd peyğəmbərin adı çıxarılıb", - məlumatda bildirilib.

Bununla yanaşı, sözügedən nəşrdə 300-dən çox səhvə yol verildiyi qeyd edilib.
Abbas Trampın zənginə cavab vermədiFələstin Prezidenti Mahmud Abbas ABŞ lideri Donald Trampın telefon zəngini qəbul etməyib.

Axar.az xəbər verir ki, bu barədə Fələstin hökuməti məlumat yayıb.

Telefon zənginin hansı səbəbdən cavablandırılmadığı açıqlanmayıb.

Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp “Əsrin müqaviləsi”ni İsrail Baş naziri Benyamin Netanyahu ilə 28 yanvarda planlaşdırılan görüşündən əvvəl açıqlayacağını bəyan edib.
“SÖZDƏN-ƏMƏLƏ” - Təbliğat kampaniyasının arxada qalan 10 günü
Şahin Seyidzadə
50 saylı Abşeron-Qobustan dairəsindən deputatlığa namizəd


Təşviqat kampaniyamızın başlamasından 10 gün keçdi. Kampaniyamız çərçivəsində bir çox görüşlər keçirdik, öz fikirlərimizi bölüşdük və seçicilərimizin fikirlərini dinlədik.

İlkin təhlillər göstərir ki:

1. Seçicilər üçün görüş zamanı namizədin çox danışması yox, insanları dinləməsi daha vacibdir. Onlar ürəklərini boşaltmaq istəyirlər. Seçicilər üçün mənim bir namizəd kimi baxışlarımı dinləməklə yanaşı, onların öz baxışlarını səsləndirməsi də önəmlidir.
“SÖZDƏN-ƏMƏLƏ” - Təbliğat kampaniyasının arxada qalan 10 günü
2. Görüşdüyüm bütün insanlar yüksək vətənpərvərlik duyğuları nümayiş etdirirlər. Səsləndirilən fikirlərdən çox az hissəsi şəxsi problemləri əks etdirirdi. Kimisi öz küçəsini, məhləsini, kimisi kəndini, qəsəbəsini, şəhərini, rayonunu, kimisi də ölkəni fikirləşir. Qürurvericidir ki, insanlarımız hər bir halda çox vətənpərvərdir.

3. Əhalinin böyük bir hissəsi millət vəkilinin əsas səlahiyyəti və rolunu daha aydın dərk edir və anlayır ki, millət vəkili asfalt, qaz, kanalizasiya problemləri birbaşa həll edə bilməz. İnsanlarımız maariflənir və namizədlə görüşlərə artıq daha şüurlu yanaşırlar.

4. Dövlətimiz bir institut kimi inkişaf edir. Sözsüz ki, problemlər var və inkişafın bütün mərhələlərində də olacaq. Bir problem həll olunduqdan sonra digər problemin həlli aktuallaşır. İnsanlarımız ölkədə gedən islahatları çox aydın şəkildə görür və qiymətləndirir. Problemlərlə yanaşı, ölkəmizdə olan müsbət dəyişiklikləri də qeyd edirlər.
“SÖZDƏN-ƏMƏLƏ” - Təbliğat kampaniyasının arxada qalan 10 günü
5. Seçicilərimiz öz hüquqlarını tələb etdikdə, hər hansı bir məsələni səsləndirdikdə, qeyd olunan məsələnin həlli yolları barədə zəngin məlumata, biliyə malik olmasalar da, bu haqda yeni məlumatlar əldə etməyə, çıxış yollarını dinləməyə açıqdırlar. Artıq seçicilər “balığı hazır əldə etməyi yox, tutmağı öyrənməyə” hazırdırlar.

6. İnsanlar millət vəkili ilə daima ünsiyyətdə olmaq istəyirlər! Çoxları deyir ki, “gəlirsiniz, görüşürsünüz, vədlər verirsiniz, sonra 5 il ərzində çox az görünürsünüz”. Bütün seçicilərə öz mobil telefon nömrəmi verirəm. Bütün təbliğat materiallarında da qeyd olunub. Zəng vururlar və təəccüblənirlər ki, özüm cavab verirəm.

7. Və nəhayət, insanlar cənab Prezident tərəfindən aparılan islahatları, “proses əsaslı menecment”-dən “nəticə yönümlü menecment”-ə keçidi gördüyü üçün sadəcə sözlərə, vədlərə inanmırlar. Yalnış gözləntilər yaratmaq, vədlər vermək artıq aktual deyil. Bütün səsləndirilən problem, sual və təklifləri qeyd edirəm. Bəzi hallarda məlumatım, biliyim olan sualları dərhal cavablandırır, bəzi hallardan isə araşdırmaq və aydınlaşdırmaq üçün zaman istəyirəm. “Hər şey yaxşı olacaq” yanaşması artıq aktuallığını itirir. Seçicilər səmimi münasibət və praktiki əməllər görmək istəyirlər. Dediyimiz kimi, “SÖZDƏN-ƏMƏLƏ”!
“SÖZDƏN-ƏMƏLƏ” - Təbliğat kampaniyasının arxada qalan 10 günü
“SÖZDƏN-ƏMƏLƏ” - Təbliğat kampaniyasının arxada qalan 10 günü
“SÖZDƏN-ƏMƏLƏ” - Təbliğat kampaniyasının arxada qalan 10 günü
“SÖZDƏN-ƏMƏLƏ” - Təbliğat kampaniyasının arxada qalan 10 günü
“SÖZDƏN-ƏMƏLƏ” - Təbliğat kampaniyasının arxada qalan 10 günü
“SÖZDƏN-ƏMƏLƏ” - Təbliğat kampaniyasının arxada qalan 10 günü
“SÖZDƏN-ƏMƏLƏ” - Təbliğat kampaniyasının arxada qalan 10 günü
“SÖZDƏN-ƏMƏLƏ” - Təbliğat kampaniyasının arxada qalan 10 günü
“SÖZDƏN-ƏMƏLƏ” - Təbliğat kampaniyasının arxada qalan 10 günü
“SÖZDƏN-ƏMƏLƏ” - Təbliğat kampaniyasının arxada qalan 10 günü
“SÖZDƏN-ƏMƏLƏ” - Təbliğat kampaniyasının arxada qalan 10 günü
“SÖZDƏN-ƏMƏLƏ” - Təbliğat kampaniyasının arxada qalan 10 günü
Bakıda daha bir məmur saxlanıldı - külli miqdarda vəsaiti mənimsəyib
"Lifttəmir" İstehsalat Birliyində (İB) olan yeyinti faktları ilə bağlı daha bir nəfərə cinayət işi başlanıb.

Avrasiya.net APA-ya istinadən məlumatına görə, İstehsalat Birliyində aparılan yoxlamalar zamanı həmin müəssisədə müxtəlif vəzifələrdə çalışmış Hüseynov Əhməd Nəsrəddin oğlunun külli miqdarda vəsaiti mənimsədiyini ortaya çıxıb.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Ə. Hüseynov barəsində aparılan cinayət işinin ibtidai istintaqı başa çatıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.



Qeyd edək ki, bundan əvvəl də “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanov barəsində cinayət işi məhkəməyə göndərilmişdi. Hazırda onun barəsində olan cinayət işinə məhkəmədə baxılır.
Vilayət Eyvazov yol polisinin rəisini işdən çıxardı
Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polis (DYP) bölməsinin rəisi Ramin Bağırov vəzifəsindən azad edilib.

Avrasiya.net "Report"a istinadən məlumat verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, R.Bağırov işdən çıxarılıb.



Hələlik onun yerinə təyinat yoxdur.



Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı "Report"a təsdiqləyib.
Avtomobillər geri çağırılır - Azərbaycanda isə dillerlər bu informasiyanı gizlədirlər
Bir neçə gün əvvəl “Toyota Motor” şirkətinin Rusiyada “Highlander”, “Land Cruiser Prado”, “RAV4” və “Lexus” RX200T, RX350, RX450H modellərində ön şüşə yuyucusunun forsunkalarında aşkarlanan problemlərlə bağlı avtomobillər geri çağırılıb. Təkcə Rusiyadakı kampaniya çərçivəsində 80,6 min avtomobil geri çağırılıb.

Digər geri çağırılma ABŞ bazarında istismar olan "Corolla" (2011-2019-cu illər), "Matrix" (2011-2013-cü illər), "Avalon" (2012-2018-ci illər) və "Avalon Hybrid" (2013-2018-ci illər) modellərinə şamil olunur ki, məhz bu modellərdə qəza zamanı təhlükəsizlik yastıqlarının açılmaması ilə bağlı elektron nasazlıq aşkarlanıb. Kampaniya çərçivəsində ABŞ-da 2,9 milyon avtomobil, ümumiyyətlə isə, "Toyota Motor" bütün dünya üzrə 3,4 milyon avtomobili geri çağırıb.

Müxtəlif illərdə “Mercedes-Benz”, “Tayota”, “Volksvagen”, “Porşe”, “Honda” kimi şirkətlərin də müəyyən səbəblərdən geri çağrılma kampaniyası elan etdiyi məlumdur. Amma maraqlıdır ki, Azərbaycanda rəsmi dillerlər tərəfindən belə elanların verildiyi müşahidə edilməyib.

Bu barədə Modern.az-a danışan ekspert Ramil Osmanlı bildirib ki, geri çağırılma rəsmi dillerlər tərəfindən həyata keçirilir:

“Azərbaycandakı rəsmi dillerlər isə bu sahədə olduqca passivdirlər. Bu da ondan irəli gəlir ki, həmin markaların ölkəyə idxalında çox kəskin qiymət dəyişikliyi baş verir. Onların geri çağırılması zamanı itkilər böyük olduğundan bir çox hallarda rəsmi dillerlər bu barədə informasiyanı nəqliyyat alanlardan gizlədirlər”.

Ekspertin sözlərinə görə, bütövlükdə hansısa şirkət müəyyən illər arasında istehsal etdiyi konkret marka ilə bağlı elan verirsə ki, istehsalla bağlı defekt var, bu artıq istənilən ölkəyə idxal olunan nəqliyyat vasitələrinə aiddir, o cümlədən də bizim ölkəmizə idxal olunanlara:



“Şirkət elan edirsə ki, problem var, “Bizə idxal olunan partiyada deffekt yoxdur”, deyə bir şey yoxdur”.