Xəyalə Əhmədova Divanlı kəndində seçicilərlə görüşdü - VİDEONamizədlərin təşviqat kampaniyası ilə əlaqədar olaraq Bərdə rayonunun Divanlı kənd seçiciləri namizəd Xəyalə Əhmədovanı ruh yüksəkliyi ilə qarşılayıblar.

Divanlı camaatı Xəyalə Əhmədovaya son dərəcə güvəndiklərini, inandıqlarını söyləyərək fevralın 9 da yekdilliklə öz layiqli namizədlərinə səs verəcəklərini bildiriblər.
İradə Polad kəndlərdə seçicilərilə görüşüb - FOTOLAR58 saylı Hacıqabul-Kürdəmir Seçki dairəsindən deputatlığa namizəd olan Nəsirova İradə Polad qızı (İradə Polad) Seçki qərargahının üzvləri ilə birlikdə növbəti görüşünü Kürdəmir və Hacıqabulun kəndlərində keçirib.

Namizəd əvvəlcə Kürdəmirin Sınıslı, Ərşəli, Carisəyribənd kəndlərində seçicilərlə görüşüb. Seçicilər namizədi yüksək əhval-ruhiyyə ilə qarşılayıblar. Gənclər öz problemlərini İ.Poladla bölüşüblər və parlamentdə yeni millət vəkillərini görmək istədiklərini namizədin diqqətinə çatdırıblar. İ.Polad hər bir namizədi ayrı-ayrılıqda dinlədikdən sonra onların istək və arzularının yerinə yetirməkdə dəstək olacağını qeyd edib.

İ.Polad daha sonra Hacıqabulun Rəçpər və Qubalıbaloğlan kəndində seçicilərlə görüşüb. Öncə şəhid ailələrinə baş çəkən İ.Polad bunu namizəd kimi özünə borc bildiyini qeyd edib. O, bildirib ki, vətən uğrunda canını fəda verən şəhidlərimizin xatirəsi həmişə əziz tutulub, onların ailələrinə hörmət və ehtiram hər zaman olunmalıdır.

Daha İ.Polad şəhid ailələrinin suallarını dinləyib, deputat seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb.
İradə Polad kəndlərdə seçicilərilə görüşüb - FOTOLAR
İradə Polad kəndlərdə seçicilərilə görüşüb - FOTOLAR
İradə Polad kəndlərdə seçicilərilə görüşüb - FOTOLAR
İradə Polad kəndlərdə seçicilərilə görüşüb - FOTOLAR
İradə Polad kəndlərdə seçicilərilə görüşüb - FOTOLAR
İradə Polad kəndlərdə seçicilərilə görüşüb - FOTOLAR
İradə Polad kəndlərdə seçicilərilə görüşüb - FOTOLAR
Şəmkirdə dəhşətli qəza: ölənlər varŞəmkir rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Üçtəpə kəndindən keçən hissəsində qeydə alınıb. 2 avtomobil toqquşub.

Qəza nəticəsində 3 nəfər dünyasını dəyişib. Ölənlərdən 2-si qardaş olub.
Səməd Vəkilovun qaldırdığı məsələyə icra başçısından müsbət reaksiyaBu gün Sabunçu Rayon İcra Hakimiyyətrinin başçısı Adil Vəliyev Maştağa Mədəniyyət Mərkəzində sakinlərlə görüş keçirib.

Axar.az xəbər verir ki, görüşdə 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan şəxslər də iştirak ediblər.

Deputatlığa namizəd, tanınmış hüquqşünas Səməd Vəkilov Maştağa qəsəbəsinin yollarının təmir edilməsinin bəzi deputatlığa namizədlərin adına çıxılması məsələsinə aydınlıq gətirməsini icra başçısında xahiş edib.

İcra başçısı namizədlərin bu tipli özünütəbliğinə qəti etirazını bildirib:

“Yollar cənab Prezident İlham Əliyevin tapşırığı əsasında təmir edilir. Heç kim qəsəbə ərazisində cənab Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən təmir işlərini öz adına çıxa bilməz! Belə ucuz reklam heç kimə başucalığı gətirmir”.

Həmçinin görüşdə iştirak edən deputatlığa digər namizəd Cəmilə Abdullayeva tərəfdarlarının təhdid və təzyiqlərə məruz qalmasından şikayətlənib. Səməd Vəkilov icra başçısından Cəmilə Abdullayevanın iddialarının araşdırılması üçün müvafiq qurumlara müraciət etməsini xahiş edib.
Aqil Məmmədov seçicilərlə görüşdü - Bölgələrdə123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Məmmədov Aqil Sadiq oğlu növbəti təbliğat kompaniyasını Mingəçevir şəhəri və Yevlax rayon ərazisində davam etdirmişdir. Hər iki görüş öz möhtəşəmliyi ilə seçilmişdir. Beləki, Yeni Azərbaycan Partiyasının namizədinin təbliğat kompaniyası seçicilərin diqqət mərkəzində olmuş böyük seçici auditoriyası toplamışdır. Seçicilərlə görüşdən öncə deputatlığa namizəd hörmətli Aqil Məmmədov rayon ərazisində məskunlaşmış şəhid ailələrini ziyarət etmiş, onların dərdlərinə bir daha şərik çıxdığını bildirərək, şəhid valideyinlərindən xeyir-dua almışdır. Daha sonra seçicilərlə kütləvi görüşlər keçirilmişdir.
Aqil Məmmədov seçicilərlə görüşdü - Bölgələrdə
Görüşdə çıxış edən Aqil Məmmədov bir daha vurğuladı ki, seçkilərə Yeni Azərbaycan Partiyası Daha güclü Azərbaycan naminə şüarı ilə qoşulub. Bu seçkilərin ölkəmizdə mühüm siyasi bir hadisə olduğunu söyləyən Aqil Məmmədov seçkilərin şəfaf və demokratik keçməsi üçün hər bir seçicini sandıq başına səsləyərək, hər bir kəlbəcərlinin seçkilərdə fəal iştirak etməyə çağırıb. O bildirib ki, əgər seçiciləri seçkilərdə ona etimad göstərib səs verib Millət Vəkili seçəllərsə kəlbəcərlilərin Milli Məclisdə haqq səsi olacağını, daima onların yanında olub onlar üçün çalışacağını,onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosila rifahının yüksəldilməsi, ölkəmizin inkişafı üçün var gücü ilə xidmət edəcəyini qeyd etmişdir. Görüşdə iştirak edən sakinlər çıxış edərək, Parlament seçkilərində fəal iştirak edəcəklərini, birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini söz verdilər.
Aqil Məmmədov seçicilərlə görüşdü - Bölgələrdə
Aqil Məmmədov seçicilərlə görüşdü - Bölgələrdə
Emin Əliyev seçki kampaniyasını uğurla davam etdirir - FOTOLARÖlkəmizdə seçki günü yaxınlaşdıqca təbliğat-təşviqat kampaniyası daha da sürətlənir və namizədlər daha intensiv olaraq seçicilərlə görüşlər keçirdir.

Sevindirici haldır ki, bu seçki prosesi həm gənclərimizi aktivləşdirdi və dövlətə xidmət baxımından onların öz töhfələrini vermələri üçün şərait yaratdı, eyni zamanda dövlətə də çox daha aydın şəkildə ölkədəki perspektivli kadrları görmək imkanı verdi. Bu prosesdə hər bir halda Azərbaycan qazanclı çıxacaq.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən millət vəkilliyinə namizədliyi irəli sürülmüş Emin Əliyev də fəal şəkildə seçki kampaniyasını aparmaqdadır.
Emin Əliyev seçki kampaniyasını uğurla davam etdirir - FOTOLAR
Belə ki, bütün ölkə üzrə yayılmış zəngilanlı və qubadlılılarla görüşlərə elə bölgələrdən (Sabirabad, Şirvan, Hacıqabul) başlayan Emin Əliyev daha sonra Novxanı kəndində və Sumqayıt şəhərində qubadlılılarla, Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən məcburi köçkün yataqxanasında, Nərimanov rayonu ərazisində olan yarımçıq xəstəxana binasında məskunlaşan məcburi köçkünlərlə həm toplu şəkildə, həm də ev-ev gəzərək görüşlər keçirmişdir. Emin Əliyevin 24 yanvar tarixində Masazır qəsəbəsində olan Zəngilan şəhərciyində təşkil edilmiş görüşünü isə xüsusi vurğulamaq lazımdır. Belə ki, həmin gün qarlı, yağışlı, boranlı, çovğunlu hava şəraitinə baxmayaraq 125 saylı DSK tərəfindən müəyyən edilmiş məkanda seçicilərlə görüşdə Emin Əliyevin “Qismət olsun Pirçivanda görüşək” şüarı alqışlar aldı və zəngilanlıları qəlbdən təsirləndirdi. Daha sonra E.Əliyev ev-ev gəzərək öz seçiciləri ilə səmimi görüşlər keçirdi, hətta bəzi sakinlər onu evlərinə dəvət edərək çay süfrəsinə qonaq etdilər. Emin Əliyev belə bir hava şəraitində və insan izdihamı əhatəsində Zəngilan polisinin əməkdaşlarına da toplanmış insanların təhlükəsizliyini təmin etdiklərinə və asayişi qoruduqlarına görə xüsusi olaraq təşəkkür etdi.
Emin Əliyev seçki kampaniyasını uğurla davam etdirir - FOTOLAR
Daha sonra o, şəhərcikdə yaşayan qohumlarıgilə keçərək onlarla da görüş keçirdi.

Emin Əliyevin seçicilərlə görüşü sürətlə davam edir və bu barədə mütəmadi olaraq məlumat verəcəyik.
Emin Əliyev seçki kampaniyasını uğurla davam etdirir - FOTOLAR
Emin Əliyev seçki kampaniyasını uğurla davam etdirir - FOTOLAR
Emin Əliyev seçki kampaniyasını uğurla davam etdirir - FOTOLAR
Emin Əliyev seçki kampaniyasını uğurla davam etdirir - FOTOLAR
Emin Əliyev seçki kampaniyasını uğurla davam etdirir - FOTOLAR
Emin Əliyev seçki kampaniyasını uğurla davam etdirir - FOTOLAR
Emin Əliyev seçki kampaniyasını uğurla davam etdirir - FOTOLAR
Emin Əliyev seçki kampaniyasını uğurla davam etdirir - FOTOLAR
Emin Əliyev seçki kampaniyasını uğurla davam etdirir - FOTOLAR
Avrasiya.net
 Azər Quliyev ölkəmizin tanınmış idmançıları ilə görüşdü - FOTO/VİDEOGörüşdə ikiqat Avropa çempionu, dünya çempionu, ikiqat Olimpiya mükafatçısı Rövşən Bayramov, dünya və Avropa çempionu Eldəniz Əzizli, dünya və Avropa çempionu Həsən Əliyev, Avropa çempionu, dünya mükafatçısı, İslam oyunlarının qalibi Elvin Mürsəliyev, Olimpiya mükafatçısı Emin Əhmədov və Avropa çempionu, dəfələrlə dünya mükafatçsı Rafiq Hüseynov iştirak ediblər.

Dövlət başçısının yürütdüyü gənclər siyasəti, xüsusi ilə idmana göstərilən qayğı haqda söhbət açıldı. İdmançılar Azər Quliyevin layiqli millət vəkili olacağına, seçiciləri və bütün Azərbaycan xalqını uğurla təmsil edəcəyinə inamlarını ifadə etdilər. Çempionlar bildirdilər ki, platfomada gənclərəin şəxsi inkişafı, sağlam həyatı, təhsil və tərbiyəsinə böyük önəm verilməsi təqdirəlayiqdir.

Bu səbəbdən də Azər Quliyevə dəstək verdiklərini bəyan etdilər.
Niyaməddin Orduxanlı seçicilərlə görüşə başlayıb
Niyaməddin Orduxanlı:" Artıq minlərə evlərin qapılarına seçi bukletim qoylub. Bu da, on minlərə insan deməkdir. 120-dən artıq ticarət obyektinə seçki plakatım vurulub. Facebook üzərindən dairənin ərazisində yaşayan on minlərlə facebook, istagram istifadəçilərinə məlumat çatdırırıq. Çox geniş seçki kampaniyası aparırıq və bunu hər kəs görür."
Niyaməddin Orduxanlı seçicilərlə görüşə başlayıb
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin deputatlığa namizədi BAXCP sədrinin müavini, QHT sədri , tanınmış politoloq Niyaməddin Orduxanlının seçicilərlə görüşü başlayıb. Bununla bağlı Moderator.az saytına açıqlama verən Orduxanlı bildirib ki, namizəd olduğu dairədə seçicilərlə çox geniş təmaslar qurulur:" 20 ildən artıq siyasətlə məşğul olmağım və ən əsası da BAXCP ldieri Qüdrət Həsənquliyevin uzun illərdi müavini olmağım mənə imkan verir ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən təblığat işini quraq. Çünki , birinci növbədə, liderim Qüdrət Həsənquliyev həm respublika səviyyəsində, həm də ölkəmizin hüdudlarından kənarda tanınmış siyasi xadimdir.
Niyaməddin Orduxanlı seçicilərlə görüşə başlayıb
Bu, mənim birinci üstünlüyümdür. Bundan başqa çox gənc yaşlarımdan böyük siyasətlə məşğul olmağım və 15 ildən artıq vətəndaş cəmiyyətində təmsil olunmağım imkan verir ki, hər bir seçimim məni yaxından tanısın. Özünüz də , araşdırma apara bilərsiniz. Biz bir partiya olaraq namizəd olduğum 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsində hər bir seçisi ilə təmas qurururq. Dairədən təmsil olunan və sosial şəbəkə istifadəçisi olan hər kəsə məlumat çatdırırıq. Bilirsiniz ki, mən sosial şəbəkələrdən, xüsusən facebookdan, instagramdan geniş istifadə edən və minlərlə izləyicisi olan siyasətçilərdən biriyəm. Hər gün facebook üzərindən ödənişli əsaslarla təmsil olunduğum dairəni seçərək oradaya yaşayan, qeydiyyatdan olan on minlərlə insanlara seçki platformamız haqqımda, özüm barədə məlumatlar çatdırırıq.
Niyaməddin Orduxanlı seçicilərlə görüşə başlayıb
Həmçinin də hər kəs bunun canli şahidi oldu ki, özümün iştirak ki, minlərə evin qapılarına seçki bukletlərim qoyldu. Bu da on minlərlə insan deməkdir. Bir ailənin 3-4 nəfər ailə üzvünü nəzərə alsaq. 120-dən artıq ticarət obyektlərinə, təbii ki, özlərinin razılığı ilə seçki plakatlarım vurulub. Mənim namizədliyimi müdafiə edən xeyli sayda maşınlar seçki plakatlarımla maşınlara vurublar . Onlar hər gün dairənin ərazisində hərəkət edirlər. Bu gün dairənin böyük bir hissəsi namizəd Niyaməddin Orduxanlı haqqında kifayət qədər məlumatı var. Seçki bukletimə şəxsi mobil nömrəmi yazmışam.
Niyaməddin Orduxanlı seçicilərlə görüşə başlayıb
Dünəndən mənə gələn xeyli sayda zənglərdən biliri ki, çox böyük rezanans yaratmışıq. Bütün bunları həm dairədə yaşayan insanlar da görür, həm də seçkiləri müşahidə edən beynəlxalq təşkilatların nümayəndələri . Bundan başqa hər gün 30 0000-lik facebook səhifəm və 10 000 instagram vasitəsi ilə, ödənişli əsaslarla on minlərlə insanlara çatdırırıq. Unutmayağın ki, bu mənim son 20 ildə 4 parlament seçkilərində iştirakımdır.
Niyaməddin Orduxanlı seçicilərlə görüşə başlayıb
Geniş seçki təcrübəmdə var. Mən bir siyasətçi olaraq uzun illərdə hər zaman Azərbaycan dövlət maraqlarını müdafiə etmişəm, Azərbaycanın əleyhinə fəaliyyət göstərən radikal siyasi qüvvələrə mübarizədə olmuşam. Düşünürəm ki, mənim siyasi tərcümüyi halım və 20 illik siyasi fəaliyyətim imkan verəcək ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin seçiciləri, məhz Qüdrət Həsənquliyevin müavini olan Niyaməddin Orduxanlını seçəcək!
Niyaməddin Orduxanlı seçicilərlə görüşə başlayıb
Niyaməddin Orduxanlı seçicilərlə görüşə başlayıb
Rəşad Mahmudov şəhid anası ilə görüşüb77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru, deputatlığa namizəd Rəşad Mahmudov Astara rayonu Səncərədi kəndində, Vətənimizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidimiz Ağayev Elman Nəsir oğlunun anası Ağayeva Zöhrə Pilağa qızını ziyarət edib. Şəhidimiz haqqında xatirələrini paylaşan Zöhrə ana, dövlətimizin şəhid ailələrinə olan xüsusi qayğısından razılığını bildirib.
Rəşad Mahmudov şəhid anası ilə görüşüb
Azay Quliyev 7-ci mikrorayonda seçicilərlə görüşdü - FOTOLAR8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün şəhid Fərman Məlikovun adını daşıyan parkda seçicilərlə görüş keçirib.

Avrasiya.net xəbər verir ki, seçicilərin müraciətlərini dinləyən Azay Quliyev onların təklifi ilə 8 binanın həyətinə baxış keçirib. Seçicilərin qaldırdığı məsələlərin hamısını seçki qərargahının könüllüləri qeydə alaraq seçicilərin elektron kabinetinə (e-kabinet) daxil edib. Azay Quliyev seçiciləri narahat edən məsələlərin həlli istıqamətində müvafiq addımların atılacağını bildirib.

Daha sonra Azay Quliyev seçicilərdən ikisinin dəvəti ilə onların mənzillərində olub və problemləri ilə maraqlanıb.

Görüşdə çıxış edən seçicilər Azay Quliyevin deputat kimi fəaliyyətini yüksək qiymətləndirdiklərini və növbəti 5 ildə də Milli Məclisdə onları təmsil etməsini istədiklərini bildiriblər.

Xatırladaq ki, 8 Saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev təbliğat-təşviqat kampaniyası başlayan gündən mütəmadi olaraq hər gün seçicilərlə fərdi və kütləvi görüşlər keçirir.
Azay Quliyev 7-ci mikrorayonda seçicilərlə görüşdü - FOTOLAR