İradə Polad Hacıqabulda ağsaqqallar, ziyalılar və qazilərlə görüşüb58 saylı Hacıqabul-Kürdəmir Seçki dairəsindən deputatlığa namizəd olan Nəsirova İradə Polad qızı (İradə Polad) Seçki qərargahının üzvləri ilə birlikdə növbəti görüşünü Hacıqabulda ağsaqqallar və qazilərin iştirakı ilə keçirib.

İ.Poladın Seçki qərargahından verilən məlumata görə, görüşdə rayonun ağsaqqalları, qazilər, tanınmış ziyalılar, şəhid ailələrinin üzvləri iştirak ediblər.
İradə Polad Hacıqabulda ağsaqqallar, ziyalılar və qazilərlə görüşüb
Rayon ağsaqqalları İ. Polada öz xeyir-dualarını verərək ona uğurlar arzulayıblar.

İ. Polad səmimi görüşə görə, onlara təşəkkürünü bildirməklə yanaşı, həmişə ağsaqqal, ağbirçək sözünün dəyərinə, çəkisinə hörmət etdiyini bildirib. O, qeyd edib ki, bu gün gənclərimizin vətənpərvər ruhunda böyüməsində ağsaqqal nəsihəti, ağsaqqal sözü, fikri böyük rol oynayır. Ona görə də bir namizəd kimi ağsaqqal, ağbirçək fikri, səsi onun üçün önəm kəsb edir.
İradə Polad Hacıqabulda ağsaqqallar, ziyalılar və qazilərlə görüşüb
Daha sonra namizəd seçki platformasından danışıb. Görüş iştirakçılarının problemləri dinlənilib və onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb.
İradə Polad Hacıqabulda ağsaqqallar, ziyalılar və qazilərlə görüşüb
İradə Polad Hacıqabulda ağsaqqallar, ziyalılar və qazilərlə görüşüb
İradə Polad Hacıqabulda ağsaqqallar, ziyalılar və qazilərlə görüşüb
Bakıda yataqxana yandı - Jurnalistlər təxribata əl atdıYanvarın 26-da saat 11 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Fətəliyev 78 ünvanında yerləşən köhnə poliklinika binasının ikinci mərtəbəsində yanğın baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən dərhal söndürülüb.

Axar.az xəbər verir ki, yanğın baş verdikdən dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin köməkçisi, miqrasiya, məşğulluq, status və sosial təminat şöbəsinin müdiri və komitənin yerli nümayəndəliyi və Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb, dəymiş zərər araşdırılıb.

Komitədən verilən məlumata görə, qeyd edilən ünvanda, əsasən Cəbrayıl rayonundan 40 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Hadisə nəticəsində üç mətbəx, yanğının söndürülməsi zamanı isə dəhlizin tavanına ziyan dəyib. Mətbəxinə ziyan dəymiş üç ailə ilə aparılan söhbət nəticəsində onlara kirayə mənzildə yerləşmək təklif olunub. İki ailə təklifi qəbul edib.

Təəssüflə qeyd edirik ki, məcburi köçkünlərlə komitənin əməkdaşlarının apardığı söhbətdən sonra özünü “Azad söz" adlı sosial şəbəkə üzərindən fəaliyyət göstərən media təmsilçisi kimi təqdim edən Fatimə Mövlamlı və Əvəz adlı şəxslər hadisə yerinə gələrək məcburi köçkünləri hüquqa uyğun olmayan hərəkətlər etməyə, yolu bağlamağa və aksiya keçirməyə çağırıb. Dövlət Komitəsi KİV nümayəndələrinin bu cür qeyri-obyektiv hərəkətlərini qınayır və onları diqqətli olmağa çağırır.
Araz Hüseynov namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü - FOTO8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd Araz Hüseynov namizədliyini Azay Quliyevin xeyrinə geri götürüb.

Avrasiya.net xəbər verir ki, bunula əlaqədər A.Hüseynov özünün feysbuk səhifəsində bəyanat yayıb.

Bəyanatda deyilir:

"Hörmətli seçicilər,

Parlament seçkilərində zəfər qazanmaq məqsədilə yanvar ayı ərzində çox çalışdıq, imzaların toplanması ərəfəsində sizlərlə şəxsən görüşdüm. Desəm ki, bunun nəticəsində çoxunuzla dostlaşa bildim, heç də yanılmaram. Gördüyüm işlərə baxmayaraq, mən hər zaman vəziyyəti real qiymətləndirdiyimdən gəldiyim qənaət barədə sizə məlumat vermək istərdim.

“İslahatlara dəstək” seçicilərin Təşəbbüs Qrupunun deputatlığa namizədi Azay Quliyevin seçki qərargahında qurduğu komanda, sistemli iş və yüksək təşkilatçılıq səviyyəsini gördükdən sonra anladım ki, 9 fevral qalib gəlmək üçün təqdim etdiyim platforma və imkanlarım Azay Quliyevlə yarışmaq üçün kifayət etmir.


Bu səbəbdən mən, öz namizədliyimi Azay Quliyevin xeyrinə geri götürür və məni dəstəkləyən hamını Azay Quliyevə səs verməyə çağırıram.

Hörmətlə,
Hüseynov Araz Mahmud oğlu".
Araz Hüseynov namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü - FOTO
Rəşad Mahmudov Ovala kəndində seçicilərlə görüşüb77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru, deputatlığa namizəd Rəşad Mahmudov bu gün səhər tezdən ekspromt qərarıyla Astara rayonunun ucqar dağ kəndi olan Ovala kəndində seçicilərlə görüşə gedib.

Namizəd seçicilərin yaşayış şəraitləri ilə maraqlanıb və təmsil etdiyi Yeni Azərbaycan Partiyasının proqramı haqqında məlumat verib. İnsanların həyat şəraitlərinin daha da yaxşılaşdırılması və regionların sosial-iqtisadi inkişafının bizim üçün əsas öncəliklərdən biri olduğunu bildirib.

Namizədin sözlərinə görə, qarşılama, sözlər, arzular, səmimiyyət, bir sözlə herşey yaşadıqları məkan kimi möhtəşəm və uca idi.
Rəşad Mahmudov Ovala kəndində seçicilərlə görüşüb
Rəşad Mahmudov Ovala kəndində seçicilərlə görüşüb
Rəşad Mahmudov Ovala kəndində seçicilərlə görüşüb
İqbal Ağazadənin Naximov sakinləri ilə görüşündə yenə izdiham yaşanıb - FOTO35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə Naximov küçəsinin sakinləri ilə görüşüb.

Deputatlığa namizədin təklifi ilə Daşaltı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İ. Ağazadə məhəlli problemlərini dilə gətirərək qeyd edib ki, bizi təkcə bir məhəllənin, bir rayonun yox, bütün ölkənin problemləri narahat edir: "Mən Milli Məclisdə deyə bilmərəm ki, Naximov küçəsindəki uşaqlara uşaq pulu verilsin, təqaüdçülərin pensiyası artırılsın. Mənim dərdim bəllidir, bu ölkənin insanı normal yaşasın, normal qidalansın, sağlam olsun".
İqbal Ağazadənin Naximov sakinləri ilə görüşündə yenə izdiham yaşanıb - FOTO
Daha sonra çıxış edən İ. Ağazadə bildirdi ki, mənim heç kimlə problemim yoxdur: "deyirlər ki, İqbal Ağazadənin hökumətlə problemi var. Mən burda deyirəm, qoy hər kəs eşitsin, bu xalqın haqqını tapdayan hər kəslə mənim problemim var. Uşaqpulu verilmirsə, məhkəmələr ədalətli deyilsə, insanlardan rüşvət alınırsa, torpaqlarımız işğaldan azad edilmirsə, problemim var. Başqa mənim heç kimlə problemim yoxdur. Hökümət bu problemləri həll etsə, mənim onunla da problemim olmaz. Qoy seçici ilə problemi olanlar narahat olsun".

Qeyd edək ki, bu görüşdə də izdiham yaşandı. Sonra seçicilər İ. Ağazadəyə bildirdilər ki, mütləq seçkiyə gələcəklər və məhz ona səs verəcəklər.
İqbal Ağazadənin Naximov sakinləri ilə görüşündə yenə izdiham yaşanıb - FOTO
İqbal Ağazadənin Naximov sakinləri ilə görüşündə yenə izdiham yaşanıb - FOTO
Deputatlığa namizəddən kobud qanun pozuntuları - FOTO - VİDEODeputatlığa namizəd Eldar Quliyev rektor olduğunu gizlədib.Mərkəzi Seçki Komissiyası təcili araşdırmalara başlamalıdır.

Kanal32.az-ın məlumatına görə, 28 saylı Sabunçu üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Eldar Quliyev Maştağada qəsəbəsinin Mədəniyyət evində Bilgəh, Nardaran, Maştağa və Zabrat qəsəbələrinin sakinləri ilə görüşü zamanı ciddi qanunpozuntularına yol verməklə bərabər dövlətin iqtisadi-sosial siyəsətini özünün fəaliyyəti kimi təqdim edib.

Belə ki,o hətta bir qədər də irəli gedərək deyib ki,depuatı olduğu kəndlərin problemlərinin həlli ilə bağlı mən şəxsən prezident qarşısında məsələ qaldırmışam və 25 milyard manat pula ayrılıb. Bəli, düz oxudunuz, 25 milayard manat…Azərbaycanın dövlət büdcəsindən çox…Özü də indi yoxa ha,düz 10-15 il bundan öncə…(Videonun 4:06-cı dəqiqəsindən 5:04-cü dəqiqəsinə diqqətlə dinləyin)

Böyük alim(?), ”qayğıkeş rektor” Eldar müəllimin “danılmaz və əvəzedilməz xidmətləri” bununla da bitməyib.Deputatlığa namizəd heç çəkinmədən dövlət proqramı çərçivəsində və dövlət vəsaiti hesabına çəkilmiş yolları, tikilmiş məktəbləri, təmir olunmuş poliklinkanı, fasiləsiz elektirik enerjisi ilə təminatın ödənilməsi üçün 60 ədəd yeni transformatorun qoyulmasını da özünün və dostu Balababa Rzayevin fəaliyyəti kimi təqdim edib.Bununla da müstəqil namizəd ölkə başçısının bilavəstiə iradəsi ilə həyata keçirilən və dövlət siyasətinin tərkib hissəsi olan işlərin üstündən xətt çəkib.Sanki bu kişi olmasaymış Sabunçu rayonunun bu kənd və qəsəbələri batıb gedəcəkmiş… …(Videonun 7:29-cu dəqiqəsindən 10:50-ci dəqiqəsinə diqqətlə dinləyin)

Seçicilərini göz görə-görə aldadan sabiq millət vəkili, hazırkı deputatlığa namizəd Eldar Quliyevin nəzərinə çatdıraq ki, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat, xərcləri 26 milyard 894 milyon 700 min manat məbləğində təsdiq edilib.
Deputatlığa namizəddən kobud qanun pozuntuları - FOTO - VİDEO
Deputatlığa namizəd Eldar Quliyev “unikal” bacarığı ilə dövləti də alda bilib. O, MSK-ya verdiyi məlumatda iş yerini və vəzifəsini gizləyib. Belə ki, Eldar Quliyev iş yeri və vəzifə kimi Azərbaycan Respublikası Milli Məcilisinin Aqrar Siyasət Komitəsinin sədr müavinliyini göstərib. Nədənsə, Koorperasiya Universitetinin rektoru olmasını gizlədib.
Deputatlığa namizəddən kobud qanun pozuntuları - FOTO - VİDEO
Movcud qanunvericiliyə görə rektorlar deputat ola bilməz. Əgər deputat olmaq istəyirsə və yaxud da deputatdırsa rektorluqdan istefa verməlidir. Ancaq hörmətli Eldar müəllimin arxasında hansı gözəgörünməz güclər dayanıbsa bu kişi qanunları heçə sayıb.Rektor kimi fəaliyyətini davam etdirən Eldar Quliyev hətta, 10 yanavr 2020-ci ildə əmr də imzalayıb.

Həmin əmrin fotosunu təqdim edirk:
Deputatlığa namizəddən kobud qanun pozuntuları - FOTO - VİDEO
Deputatlığa namizəddən kobud qanun pozuntuları - FOTO - VİDEO
Yəqin ki, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tələblərini kobud şəkildə pozan deputatlığa namizəd Eldar Quliyevlə bağlı məsləni ədalətli şəkildə araşdıracaq və müvafiq qaydada tədbir görəcək.

Eldar Quliyevin və MSK-nın mövqeyini dərc etməyə hazırıq.
Türkiyədə ölənlərin sayı 38-ə çatdı
13:44

Ən son məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 35-ə çatıb.

Bunu Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay mətbuata açıqlamasında deyib.

“Həlak olanların sayı 35-dir, 45 nəfər isə dağıntılar altından xilas edilib”, - F.Oqtay bildirib.

***

Xilasedicilər Elazığda dağıntılar altından 1 nəfərin meyitini çıxarıblar.

Bununla da zəlzələ nəticəsində ölənlərin sayı 36-ya çatıb.

***

Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 38 nəfərə yüksəlib.

Bu barədə NTV telekanalı məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ nəticəsində 72 bina dağılıb, 514 binaya isə ciddi ziyan dəyib.
Professor Vüqar Məmmədov Türkiyə xalqına başsağlığı verib22 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizəd professor Vüqar Məmmədov Türkiyənin Elazığ və Malatya şəhərlərində baş verən zəlzələ ilə bağlı qardaş ölkəyə və xalqına, ölkənin Azərbaycandakı səfiri Erkan Özorala başsağlığı verib.

V.Məmmədov baş verən təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatının, yaralıların və dağıntının olmasından dərindən kədərləndirdiyini bildirib. Professor Türkiyə dövlətinin və xalqının kədərinə şərik olduğunu, qəzada həlak olanların ailələrinə, doğmalarına, bütün Türk xalqına dərin hüznlə başsağlığı verdiyini, yaralılara Allahdan şəfa dilədiyini vurğulayıb.
İraqda növbəti toqquşmalar: 30 yaralıİraqın Di-Kar əyalətinin Nəsiriyyə şəhərində təhlükəsizlik qüvvələri ilə toqquşma nəticəsində 30 nəfər aksiya iştirakçısı yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə “Əl Süməriyyə” kanalı məlumat yayıb.

Məlumata görə, yaralıların əksəriyyəti odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Qeyd edək ki, İraqda ötən ilin oktyabrından hökumətin istefası, korrupsiya və işsizliklə mübarizə, həyat şəraitinin yaxşılaşdırılması tələbilə aksiyalar keçirilir. Aksiyalar nəticəsində 600-dən çox insan ölüb, 500 minə yaxın insan yaralanıb.
Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirildi - FOTOLARBu gün 36 saylı Xətai dördüncü seçki dairəsindən deputatlığa namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirildi.

Görüşü giriş sözü ilə açan BAXCP sədrinin müavini və namizədin vəkili Elçin Mirzəbəyli onun siyasi fəaliyyəti haqqında söz açdı və Qüdrət Həsənquliyevin həm siyasətçi, həm də millət vəkili kimi hər zaman ictimai maraqlardan çıxış etdiyini vurğuladı.

Daha sonra BAXCP sədri, deputatlığa namizəd Qüdrət Həsənquliyev seçicilərə öz seçki platformasının əsas istiqamətləri haqqında danışdı, hüquq və dövlət quruculuğu, sosial-iqtisadi siyasət, elm, təhsil və digər istiqamətdə həyata keçirilməsi vacib olan islahatlara diqqət çəkdi, problemlərin həlli yolları barədə fikirlərini açıqladı.
Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirildi - FOTOLAR
Qüdrət Həsənquliyev bütün görüşlərdə olduğu kimi bu dəfə də ölkəmizin qarşısında dayanan ən böyük problemin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olduğunu qeyd etdi və bu istiqamədə ciddi irəliləyişə nail olmaq üçün peşəkar ordu quruculuğu və xarici siyasət sahəsində həyata keçirilməsi vacib olan tədbirlər haqqında danışdı.

Görüşün sonunda deputatlığa namizəd Qüdrət Həsənquliyev seçicilərin məhkəmə-hüquq, səhiyyə və digər sahələrlə bağlı suallarını cavablandırdı.

Görüşdə çıxış edən seçicilər Qüdrət Həsənquliyevin namizədliyini dəstəklədiklərini və ona səs verəcəklərini bildirdilər.
Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirildi - FOTOLAR
Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirildi - FOTOLAR
Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirildi - FOTOLAR
Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirildi - FOTOLAR
Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirildi - FOTOLAR
Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirildi - FOTOLAR
Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirildi - FOTOLAR
Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirildi - FOTOLAR