Türkiyədə daha bir güclü zəlzələ: 29 ölən, 1466 yaralı var...
Türkiyənin Elazığ və Malatya şəhərində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 19-a çatıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində 772 (Malatya - 221, Elazığ - 551) nəfər xəsarət alıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, fəlakət bölgəsinə Türkiyənin 28 əyalətindən 493 xilasedici qrup cəlb edilib.

Mobil operatorlar Elazığ və Malatyada pulsuz fəaliyyət göstərir.

***

Elazığ və Malatya şəhərlərində ölənlərin sayı 20-yə, yaralananların sayı isə 1015-ə çatıb.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ vilayətinin Sivricə ilçəsində yerli vaxtla 20:55-də 6,8 bal gücündə zəlzələ baş verib.

Daha sonra isə Elazığda 5,4 bal və 5,1 bal gücündə daha iki zəlzələ qeydə alınıb.

Zəlzələ Türkiyənin bir çox şəhərlərində və İraqın şimalında da hiss edilib.

***

Bu dəqiqələrdə Türkiyənin Elazığ şəhərində 4.3 bal gücündə daha bir zəlzələ olub.

***

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı son məlumata əsasən, zəlzələ nəticəsində ölənlərin sayı 21-ə, yaralıların sayı isə 1030-a çatıb.

***

Rəsmi qurumlar zəlzələdə 22 nəfərin öldüyünü açıqlayıb. Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub, 1031 nəfər yaralanıb.

***

Türkiyənin Elazığ şəhərində 5.1 bal gücündə növbəti afterşok qeydə alınıb.

Bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb.

Afterşokların yerli saatla 19:30-da, yerin 7.2 km dərinliyində qeydə alındığı bildirilib.

***

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 29 nəfərə, yaralıların sayı isə 1466 nəfərə çatıb.

***

Türkiyənin Manisa şəhərində daha bir zəlzələ olub.

Manisanın Akhisar rayonunda Türkiyə vaxtı ilə saat 20.49 radələrində zəlzələ baş verib.

Qəndilli Rəsədxanası zəlzələnin 4.2 bal gücündə olduğunu bildirib.
"Bu, niyə çıxıb getmir, qolundakı saatı satsa..." - Jurnalistlər İmamverdi  İsmayılovu "topa tutdular" - FOTOLAR
125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd İmamverdi İsmayılov sosial şəbəkədə tanınmış jurnalistlərin böyük qınağı ilə üzləşib.

Mia.az xəbər verir ki, jurnalistlərdən biri onun fotosunu paylaşaraq "Dəyərli ziyalı" yazıb.

Bu isə xeyli tanınmış jurnalistlərin narazılığına səbəb olub.

Məsələn, jurnalist Rəşad Süleymanov şərh bölməsinə yarıgerçək, yarızarafat replika atıb ki, deputat "qolundakı saatı satsa, bütün rəqiblərinin dəstəyini qazana bilər".

"Xəzər TV-də yayımlanan "Səni Axtarıram" verilişinin aparıcısı Xoşqədəm Baxşəliyeva isə deputatın eyni dairədən təkrar-təkrar seçilməsinə işarə vuraraq, belə yazıb: "Təklif edirəm ki, birdəfəlik seçilsin, hər 5 ildən bir əziyyət çəkməsin".

İlqar Əlifoğlu isə Xoşqədəm xanıma dəstək verib: "Gözəl təklifdir, alqışlar!".

Jurnalist İntiqam Valehoğlu isə həmkarının "Dəyərli ziyalı" təqdimatına elə belə sual verib: "Ciddisən?".

İlqar Rəsul isə statusa belə şərh yazıb: "Haqqında bildiyim odur ki, seçki ərəfəsi jurnalistlərə qonaqlıq-filan söz verir, xahişlər edir. Mənə də bir dəfə bunun xahişini etmişdilər (fikir vermədim əlbəttə).

Telejurnalist Məhsəti Şərif isə "Dəyərini bilmirəm, amma seçildiyi yerə bir qəpiklik dəyəri olmayıb", - deyə yazıb.

Sonra xeyli jurnalist və izləyici deputatın əleyhinə replikalar atıblar.

Daha sonra Xoşqədəm Baxşəliyeva yenidən statusa şərh yazıb: "Bunlar niyə çıxıb getmir? Ayıb deyil? O bölgədə başqa biri yoxdurr????".

Mia.az
Kəlbəcərlilər Aqil Məmmədovu coşğu ilə qarşıladılar - FOTO123 saylı Kəlbəcər seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd olan Məmmədov Aqil Sadıq oğlu təbliğat kampaniyasını bu gün də davam etdirib. Belə ki, o, bu gün Göygöl rayon Mixayılovka, Yeni Zod və Çaykənd kəndləri ərazisində sıx məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

Görüşdə çıxış edən Aqil Məmmədov havanın soyuq olmasına rəğmən onunla görüşə gələn, ona göstərilən xoş münasibətə görə, seçicilərinə minnətdarlığını bildirərək bu yola Yeni Azərbaycan Partiyasının digər namizədləri kimi daha güclü Azərbaycan naminə şuarı ilə çıxdığını və seçki günü bütün seçicilərini seçki məntəqələrinə gələrək layiq bildiyi namizədə səs verməyə çağırıb.O bildirib ki, seçiciləri tərəfindən əgər ona etimad göstərilərsə bütün kəlbəcərlilərin haqq səsi olacaq.

Namizəd qeyd edib ki, "Çalışacam ki, mənə etimad göstərən hər bir seçicimin yanında olum, onun problemlərini öz problemi kimi qəbul edərək Milli Məclisdə onun müdafiəçisi olacağam”.

Görüşdə iştirak edən seçicilər seçkilərdə fəal iştirak edəcəklərini və birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.
Kəlbəcərlilər Aqil Məmmədovu coşğu ilə qarşıladılar - FOTO
Kəlbəcərlilər Aqil Məmmədovu coşğu ilə qarşıladılar - FOTO
Kəlbəcərlilər Aqil Məmmədovu coşğu ilə qarşıladılar - FOTO
Bərdəlilərin böyük şansı - Xəyalə Əhmədova seçicilərlə görüşdüBƏRDƏ 93 saylı seçki dairəsindən deputatlığa namizəd Xəyalə Əhmədovanın təbliğat kampaniyası seçicilərin fəallığı sayəsində yüksək səviyyədə davam edir.

Növbəti görüş Bərdə Mədəniyyət Evində baş tutdu. Namizəd Xəyalə Əhmədovayla görüşə həm Bərdə şəhər seçiciləri, həm də yaxın kəndlərdən sakinlər gəlmişdi. Artıq bütün Bərdə və bərdəlilər "XƏYALƏ ƏHMƏDOVA" deyir!
Bərdəlilərin böyük şansı - Xəyalə Əhmədova seçicilərlə görüşdü
Bərdəlilərin böyük şansı - Xəyalə Əhmədova seçicilərlə görüşdü
Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTOLARBu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, 36 saylı Xətai dördüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Qüdrət Həsənquliyev Xətai rayonunun Kamandar Əhmədov küçəsində yerləşən qəzalı binanın sakinləri ilə görüşüb.

Qeyd edək ki, görüş seçicilərin öz təşəbbüsü ilə baş tutub.

Açıq havada keçirilən görüşdə seçicilər - Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov və digərləri çıxış edərək Qüdrət Həsənquliyevin parlamentdəki fəaliyyətini yaxından izlədiklərini, razı qaldıqlarını və onun deputatlığa namizədliyini dəstəklədiklərini bildiriblər.

Seçicilərin suallarını cavablandıran BAXCP sədri seçki platformasının əsas istiqamətlərinə diqqət çəkib, dövlət quruculuğu və hüquq siyasəti, eləcə də sosial-iqtisadi sahədə aparılması labud olan islahatlardan söz açıb, problemlərə və onların həllinə kompleks yanaşılmasının vacibliyini vurğulayıb.
Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR
Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR
Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR
Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR
Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR
Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR
Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR
Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR
“5 rayon qaytarılır, Kəlbəcərlə Laçın keçid status alır” – Paşinyandan SENSASİON AÇIQLAMALARErmənistan baş naziri Nikol Paşinyan Qafanda mətbuat konfransı keçirib.

Ermənistan KİV xəbər verir ki, o, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə toxunub. Paşinyan Serj Sarkisyan hakimiyyəti dövründə danışıqlar masasında olan sülh sazişinin detallarını bölüşüb.

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sənəd Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılmasını nəzərdə tuturdu. Amma Qarabağla Ermənistan arasında dəhlizin olması da şərt kimi sazişə daxil idi. Tərəflər ATƏT yaxud BMT-nin bayrağı altında referendum yolu ilə Dağlıq Qarabağın yekun statusunun müəyyən etməli idi. Həmin referendumun nətcəsi məcburi hüquqi önəmə malik olmalı və bütün beynəlxlaq prinsiplərə riayət etməli idi”- deyə Paşinyan açıqlayıb.

Nikol Paşinyan Qarabağ ətrafındakı 5 rayondan erməni birləşmələrinin çıxmasından sonra bölgəyə beynəlxalq sülhməramlıların yerləşdirilməsini və bundan sonra azərbaycanlıların öz ev-eşiklərinə qayıtmalı olduğunu xatırladıb.

“Amma sülhməramlılar Laçın və Kəlbəcər rayonlarında yerləşməli deyildi. Kəlbəcər ATƏT-in müvəqqəti monitorinqi altında qalmalı idi. Digər müddəa Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsinə qədər keçid status almasında idi. Yayılan məlumatlarda bu sənədlərdən söhbət gedir. İndi bizi ittiham edirlər ki, biz bu irsi itirmişik”-deyə Paşinyan açıqlama verib.

O, Ermənistanın həmin sənəd əsasında danışıqlara başlamağa hazır olacağı halda dünya birliyinin buna mane olmayacağını əlavə edib.

“İndi qoy, Qarabağda “prezidentliyə” namizəd olanlar mətnin onlar üçün məqbul olub-olmamasını desinlər? Qoy, Qarabağ xalqı, Ermənistan xalqı bu mətnin onlara məqblu olduğunu desinlər? Əgər Qarabağ xalqı bu sənədlərin danışıqlar üçün əsas olduğunu düşünürlərsə, əmin edirəm ki, anındaca danışıqlar masasında olacaq”. Modern.az
Zərif: Ukrayna təyyarəsini vuran həbs edildiUkraynanın “Boinq” təyyarəsinin vurulmasına görə günahkar olan şəxs məsuliyyətə cəlb edilib.

Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

O, hazırda bu şəxsin həbsxanada olduğunu bildirib:

“İranda Ukrayna təyyarəsini səhvən vuran şəxs bu gün həbsxanadadır”.
YAP-ın 200-dən çox üzvü partiyadan çıxarıldı - SƏBƏBMilli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) 200-dən çox üzvü fərdi qaydada deputatlığa namizədliyini irəli sürüb, onların bir qismi partiyadan çıxarılıb.

Bu barədə APA-ya açıqlamasında YAP İcra katibinin müavini Siyavuş Novruzov bildirib.

S. Novruzov deyib ki, YAP Siyasi Şurası və İdarə Heyəti tərəfindən partiyanın seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edilib: “Partiyanın İdarə Heyətinin 27 dekabr 2019-cu il tarixli qərarı ilə partiya tərəfindən 125 seçki dairəsindən 123-də deputatlığa namizəd irəli sürülüb. Partiya üzvlərinə də bu qərarda tövsiyə olunurdu ki, partiyanın qərarından kənar hər hansı şəxs partiya adından namizədliyini irəli sürə bilməz. Bununla bağlı rayon təşkilatları, ilk partiya təşkilatları tərəfindən partiya üzvləri arasında geniş işlər, söhbətlər aparıldı, hər bir YAP üzvünə partiyanın qərarı çatdırıldı. YAP Nizamnaməsinin 3-cü bölməsində partiyanın təşkilati prinsipləri və üzvlük qaydalarına dair birinci maddə var. Həmin maddəyə uyğun olaraq, YAP rəhbər orqanlarının qərarı bütün aşağı partiya təşkilatları və onların üzvləri üçün məcburidir. Həmçinin həmin maddənin 3.7-ci hissəsində göstərilir ki, partiya üzvləri hər bir rəhbər orqanın qərarını yerinə yetirməyə borcludur. Bu qərarları yerinə yetirməyən şəxs partiyanın rəhbər orqanlarının qərarını yerinə yetirmədiyinə görə Nizamnamə tələblərinə uyğun olaraq partiya üzvlüyündən xaric edilir, xəbərdarlıq olunur, töhmət verilir”.

YAP icra katibinin müavini qeyd edib ki, seçki kampaniyası çox ciddi aksiyadır: “Bu prosesdə partiyanın qərarları yekdilliklə yerinə yetirilməlidir. Burada gücün bir istiqamətdə qoyularaq partiyanın ümumi qələbəsinə sərf olunması lazımdır. Əlavə namizədliyini irəli sürən Azərbaycan Respublikasının vətəndaşları və YAP üzvləri var ki, vətəndaş kimi seçkidə iştirak etmək hüququndan istifadə edə bilər. Lakin onlar partiya üzvü olduqları üçün partiyanın rəhbər orqanlarının qərarlarını yerinə yetirməlidir. Bu baxımdan YAP-ın 200-dən çox üzvü namizədliyini partiyanın rəsmi şəkildə irəli sürdüyü namizədlərə alternativ olaraq irəli sürdüyü üçün rayon təşkilatları, ilk təşkilatlar, partiyanın Mərkəzi Aparatı tərəfindən onlarla söhbətlər aparıldı. Nəticə etibarilə onların böyük qismi partiyanın ümumi siyasətini əsas götürərək, eyni zamanda partiya üzvlüyü ilə bağlı Nizamnamə tələblərini dərk edərək namizədliyini geri götürdü. Bir qrup isə bu və ya digər şəkildə öz fikrində qaldı. Həmin şəxslər partiyanın ilk yerli təşkilatı, rayon təşkilatı tərəfindən partiya Nizamnaməsinin tələbinə uyğun olaraq, partiyanın rəhbər orqanlarının qərarını pozduqları üçün partiya sıralarından xaric olunublar. Bu gün üçün YAP-ı 123 seçki dairəsinin hər birində bir namizəd təmsil edir. Qalanları ilə bağlı isə Mərkəzi Seçki Komissiyasına qərarlarımızı təqdim etmişik və həmin şəxslər partiyanın adından istifadə etmək hüququndan məhrum olunublar”.
Siyəzəndə “Sənin səsin – sənin seçimin” mövzusunda gənclərlə görüş keçirilibBu gün Gənclər Mərkəzində Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 9 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkilərdə ilk dəfə səs verəcək və fəal gənclərin iştirakı ilə “Sənin səsin – sənin seçimin” mövzusunda görüş keçirilib.

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrasının təmin edilməsi, gənclər arasında seçki prosesinin və seçkilərdə iştirakın təbliği, qarşıdan gələn parlament seçkilərdə rayon gənclərinin fəallığının artırılması, səsvermə hüququndan ilk dəfə istifadə edən gənclərin məlumatlandırılması və seçkilərdə iştirakının təmin edilməsi məqsədi daşıyan tədbirdə 40-dan çox gənc iştirak edib.
Siyəzəndə “Sənin səsin – sənin seçimin” mövzusunda gənclərlə görüş keçirilib
Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov və 54 saylı Şabran-Siyəzən Dairə Seçki komissiyasının üzvü İxtiyar İsayev çıxış edərək parlament seçkilərinin əhəmiyyəti, seçkilərin keçirilməsinin qanunvericilik əsasları, səsvermə proseduru və qaydaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Daha sonra dəyirmi masa ətrafında gənclərin iştirakı ilə müzakirə aparılıb.

Tədbirdə həmçinin mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş etdirilib.
Siyəzəndə “Sənin səsin – sənin seçimin” mövzusunda gənclərlə görüş keçirilib
Siyəzəndə “Sənin səsin – sənin seçimin” mövzusunda gənclərlə görüş keçirilib
Siyəzəndə “Sənin səsin – sənin seçimin” mövzusunda gənclərlə görüş keçirilib
Azərbaycanda polis itkin düşən qıza təcavüz edib? - Polkovnik HƏR ŞEYİ AÇDIDaxili İşlər Nazirliyi Salyanda polis əməkdaşı ilə vətəndaş arasında yaranan problemlə bağlı yayılmış məlumata aydınlıq gətirib.

Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov hadisə ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Son günlər ölkə mətbuatının gündəmini zəbt etmiş "Salyan məsələsi" - polis əməkdaşı Həmzə Əzizovla vətəndaş Aytəkin Abıyeva arasında olan mübahisəyə münasibət bildirən E.Zahidov bildirib ki, hadisə Aytəkin Abıyevanın tez-tez itkin düşməsi ilə başlayıb: "Məlumat üçün bildirirəm ki, ötən il sentyabrın 17-də Salyan şəhər sakini Yaşar Abıyev Rayon Polis Şöbəsinə müraciət edərək qızı Aytəkinin evdən çıxaraq naməlum istiqamətdə getməsini bildirmiş və onun tapılması üçün polisdən kömək istəyib. Qeyd edim ki, bu artıq Aytəkinin 3-cü dəfə valideynlərindən icazəsiz evlərini tərk etməsi halı idi. Bu dəfə də polis əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə qızın yeri müəyyən edilərək saxlanılıb və RPŞ-yə gətirilib. Aytəkin RPŞ-nin həyətində atasını, anasını və qardaşını gördükdə "Siz məni yenə də tutub valideynlərimə verdiniz?"- deyərək çantasında olan bıçaqla polis əməkdaşının sağlamlığına ağır xəsarət yetirib. Bundan sonra rayon prokurorluğunda faktla bağlı cinayət işi qaldırılmış və A.Abiyeva Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmü ilə törətdiyi həmin cinayət əməlinə görə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilib".

Polis əməkdaşının qadına təcavüz etməsi məsələsinə münasibət bildirən xidmət rəhbəri bu iddiaları iftira adlandırıb: "Tamamilə əsassız və uydurma iddiadır. Qeyd etdiyim kimi prokurorluqda qaldırılmış cinayət işinin istintaqı və məhkəmə baxışı zamanı A.Abiyevanın ifadəsi və digər sübutlarla təsdiq olundu ki, onlar arasında heç bir yaxınlıq olmayıb. Yəni itkin düşən şəxsin polis əməkdaşı tərəfindən axtarılıb tapılması tam qanunamüvafiq həyata keçirilib. Birmənalı olaraq bildirirəm ki, polis kapitanı Həmzə Əzizovun DİN-in rəhbər heyətində heç bir qohumu yoxdur".

Polis polkovniki Salyan rayonun inzibati həbs olunan Salyan rayon sakini Zamin Salayevin saxlanılarkən işgəncəyə məruz qalması barədə iddialara da cavab verib: "Bu məlumat da cəmiyyətdə təxribat xarakterli yalan məlumat yaymaqda maraqlı olan müəyyən dairələrin uydurduğu növbəti əsassız iddiadır. Z.Salayev məhkəmənin qərarı ilə törətdiyi inzibati xətaya görə həbs edilib. Onun bütün prosessual hüquqları təmin edilib, o, vəkili və ailə üzvləri ilə görüşüb, eləcə də Ombudsman Aparatının əməkdaşları ona baş çəkiblər. Həmin məlumatla əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən xidməti yoxlama aparılıb, Z.Salayevin izahatı alınıb, Nazirliyin təşəbbüsü ilə o, DİN-in Hospitalına aparılaraq həkim müayinəsindən keçirilib. Ona işgəncə verilməsinə dair məlumat öz təsdiqini tapmayıb. Z.Salayevin səhhətində ciddi problem aşkarlanmayıb. Yalnız həkimlər onda çoxdan mövcud olan qarın yırtığı aşkarlayıblar və özünə bu barədə məlumat veriblər".

DİN rəsmisi adi məsələnin geniş rezonans doğurması və polisin üzərinə bu qədər basqıların olmasının səbəblərini də açıqlayıb. Polis polkovniki bildirib ki, bəzi şəxslər ölkədəki ictimai asayişi, təhlükəsizliyi pozmaq üçün bu cür iyrənc təxribatlara əl atırlar:

"Bizə artıq məlumdur ki, müəyyən şəxslər ölkədə bərqərar olmuş ictimai asayişi, ictimai təhlükəsizliyi qəsdən pozmaq üçün əllərinə düşən hər yoxlanılmamış məlumatdan istifadə etməyə cəhd edirlər. Lakin onların belə qanunsuz əməllərinin qarşısı hüquq mühafizə, o cümlədən də polis əməkdaşları tərəfindən hər dəfə qətiyyətlə alınıb və bundan sonra da alınacaqdır. Həmin pozucu qüvvələr öz çirkin arzularına və niyətlərinə heç vaxt çata bilməyəcəklər. Ona görə də onlar qərəzli olaraq eşitdikləri məlumatları təhrif edərək polisin əleyhinə istifadə etməyə çalışırlar. Elə Salyan məsələsinin də geniş rezonans doğurmasının səbəbi budur.

Hesab edirik ki, hüquq mühafizə orqanları hər dəfə belə “fake” xəbərləri aşkarlayıb məsələyə aydınlıq gətirdiyi kimi, mətbuat və sosial şəbəkə istifadəçiləri də öz növbəsində belə təhrif olunmuş və yalan məlumatların yayılmasının qarşısını almalıdır". (Trend)