Namizədlərdən biri Aqil Məmmədovun xeyrinə geri çəkiləcək - Eksklüziv
MSK-nın rəsmi açıqlamasına görə, bu günədək 237 nəfər deputatlığa namizədliyini geri götürüb.

Saytımıza daxil olan məlumata görə, bu yaxınlarda 123 saylı Kəlbəcər seçki dairəsindən hələlik adı açıqlanmayan şəxs namizədliyini deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Məmmədov Aqil Sadıq oğlunun xeyrinə geri götürəcək.

Qeyd olunur ki, həmin namizəd daim YAP-ı dəstəkləyib. Elə bu səbəbdən də geri çəkilərək YAP-ın namizədini dəstəkləyəcək və bütün seçicilərini YAP-ın namizədinə səs verməyə dəvət edəcək.

Artıq qərar qətidir, yaxın günlərdə geri çəkiləcək şəxs ərizə ilə DSK-ya müraciət edəcək.
Bakıda bank əməkdaşı iş yerində ölüb
Bakıda bankda ölüm hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə "AtaBank"ın Nəsimi rayonunda yerləşən baş ofisində qeydə alınıb.

Bankın əməkdaşı Ramilə Heydərova çalışdığı yerdə vəfat edib.

Hazırda R.Heydərovanın ölüm səbəbləri araşdırılır.
Azay Quliyev seçicilərin müraciətlərini dinlədi - FOTOLARAzay Quliyev 8-ci mikrorayon İbrahimpaşa Dadaşov küçəsinin sakinləri ilə görüşüb

Avrasiya.net xəbər verir ki, bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev 8-ci mikrorayondakı İbrahimpaşa Dadaşov küçəsi 72 və 74 saylı binaların sakinləri ilə görüş keçirib. Əlverişsiz hava şəraitinə baxmayaraq seçicilər görüşdə iştiraka böyük maraq göstəriblər. Görüşdə Azay Quliyevin son 4 illik deputatlıq fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Azay Quliyev çıxış edərək ilk dəfə Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsində tətbiq olunan seçicilərin elektron kabinetinin (e-kabinet) əhəmiyyəti və üstünlükləri haqqında ətraflı məlumat verib.

Daha sonra seçicilərin müraciətlərini dinləyən Azay Quliyev onların həlli üçün müvafiq addımlar atacağını və əlaqədar qurumlar qarşısında məsələ qaldıracağını deyib.
Azay Quliyev seçicilərin müraciətlərini dinlədi - FOTOLAR
Azay Quliyev seçicilərin müraciətlərini dinlədi - FOTOLAR
Fərman Salmanlı Hökməlidə seçiciləri ilə görüşüb50 saylı Abşeron-Qobustan seçki dairəsindən millət vəkilliyinə namizəd olan Fərman Salmanlı Hökməli qəsəbəsində seçiciləri ilə görüşüb.

Fərman Salmanlı seçki platforması və deputat seçiləcəyi təqdirdə görəcəyi işlər barədə ətraflı məlumat verib. Ölkə başçısı İlham Əliyev cənablarının apardığı islahatlardan danışan Fərman Salmanlı gənclərin inkişafına verilən önəmdən bəhs edib. O qeyd edib ki, son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsi, gənclərin cəsarətlə irəliyə çəkilməsi məhz bu faktın göstəricisidir. Daha sonra namizəd seçicilərin suallarını cavablandırıb.
Fərman Salmanlı Hökməlidə seçiciləri ilə görüşüb
Fərman Salmanlı Hökməlidə seçiciləri ilə görüşüb
Xırdalanda məktəbliləri vuran sürücü tutulubAzyaşlıların zərər çəkdiyi yol nəqliyyat hadisəsini törətmiş sürücü tutulub.

Baş Prokurorluqdan verilən məlumata görə, Abşeron rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində azyaşlıların zərər çəkdiyi yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü tutularaq istintaqa cəlb edilib.

Belə ki, yanvarın 23-də saat 14 radələrində Xırdalan şəhəri ərazisində Cəmil Bəylərovun idarə etdiyi Mercedes-Benz markalı, 99-KR-546 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək səki ilə hərəkət edən piyadalar - 2005-ci il təvəllüdlü Asu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı vurub onlara bədən xəsarətləri yetirməsi faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin C.Bəylərov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
İstintaq sirridir, bunu açıqlamırlar - Nərminin ailəsiTovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra öldürülüb yandırılan 10 yaşlı Nərmin Quliyeva ilə bağlı aparılan istintaqla əlaqədar Baş Prokurorun birinci müavini Rüstəm Usubov sözügedən rayonda Nərminin ailəsi ilə görüşüb.

Bu barədə Axar.az-a açıqlamasında Nərmin Quliyevanın bibisi Elnarə İsmayılova danışıb. O bildirib ki, istintaq sirri olduğu üçün ailəyə yeni məlumat verilməyib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib. İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Mətbuat Şurasının qara siyahısı ləğv olunduAzərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib.

Şuradan Avrasiya.net-ə bildirilib ki, toplantını açan MŞ sədri Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

İlk olaraq MŞ-nin 2020-ci il üçün iş planı müzakirə edilib. Planda Şuranın Nizamnamə tələblərinə uyğun olaraq həyata keçirəcəyi fəaliyyətin konkret məqamları əksini tapıb. Bunlar başlıca olaraq komissiyaların və İdarə Heyətinin iclaslarının keçirilməsindən ibarətdir. Eyni zamanda təqvimdəki əlamətdar günlərlə bağlı toplantıların təşkili də planda əsas yer tutub. İH üzvləri milli mətbuatımızın 145 illik yubileyinə hazırlıq məsələləri üzərində də dayanıblar. Bildirilib ki, mövcud istiqamətdə ayrıca fəaliyyət planının hazırlanmasına ehtiyac var. Həmin plana nəinki ölkəmizdə, habelə mətbuat tariximiz baxımından mühüm əhəmiyyət daşıyan xarici ölkələrdə tədbirlərin təşkili barədə müddəaların əlavə edilməsi məqbul qiymətləndirilib. Müzakirələrdən sonra MŞ-nin 2020-ci il üçün iş planı təsdiqlənib.

İclasda MŞ sədri Əflatun Amaşov tərəfindən İH üzvlərinə Şuranın 2019-cu ildəki fəaliyyətinin ayrı-ayrı tərəfləri barədə də məlumat verilib. Şura sədri bildirib ki, hesabat cəmiyyətə açıqlanıb. İH üzvləri verilən məlumatı məqbul qiymətləndiriblər. Onlar prosedur qaydalara uyğun olaraq reallaşdırılacaq fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflərini də səsləndiriblər.

İclasda MŞ-nin “qara siyahı”sı ilə bağlı məsələ də müzakirə edilib. Bildirilib ki, “qara siyahı”nın tətbiq edilməsi jurnalistikadan sui-istifadə hallarına qarşı tutarlı ictimai qınaq tədbiridir. Orada yer alan kütləvi informasiya vasitələrinin işində peşə prinsiplərinə zidd hallar olub. “Qara siyahı”nın cəmiyyətdə doğurduğu effekt isə onu deməyə əsas verir ki, Şuranın bu tədbiri lazımlı idi.

İH üzvləri eyni zamanda onu da nəzərə alıblar ki, məlum siyahıda yer alan KİV-lərin əksər hissəsi çap mediasıdır və onlar hazırda ya fəaliyyətlərini davam etdirmir, ya da barələrində şikayətlər daxil olmur. Elə media qurumları da var ki, həmin siyahıdan çıxmaq üçün Şuraya müraciətlər ünvanlayıblar və bu məqama həssas yanaşılmalıdır. Həssas yanaşılmalı məqamlardan biri də MŞ-nin missiyası ilə bağlıdır. Bu missiya media orqanlarının həm işlərinə məsuliyyətlə yanaşmalarını təmin etməyə, həm də yol verdikləri nöqsanlardan nəticə çıxararaq fəaliyyətlərinə davam etmələrinə şərait yaratmağa, reabilitasiya imkanlarının dəyərləndirilməsinə köklənib. Belə bir istək MŞ-yə ünvanlanmış müraciətlərdə əksini tapıb. Şuranın müxtəlif KİV-lərlə əlaqədar araşdırmaları da onların işlərində dönüş yaratdıqlarını deməyə əsas verir. Buna görə də “qara siyahı”dakı media orqanlarının adlarının həmin siyahıdan çıxarılmasına ehtiyac yaranıb. Məsələ müzakirə edildikdən sonra qəbul edilib.

İclasda o da bildirilib ki, internet informasiya resurslarının sayının sürətlə artdığı hazırkı şərait üçün yeni yanaşmalar tələb olunmaqdadır. Məsələyə münasibətdə daha adekvat mexanizmlərin seçilməsi vacibdir. Bununla bağlı təkliflər verilməsi üçün iş aparılması məqbul sayılıb
Məhkəmə Zahir Əzəmətlə bağlı qərar verdiSumqayıt Apellyasiya Məhkəməsi MSK-nın 45 saylı Abşeron seçki dairəsindən namizədliyini irəli sürmüş Rəhimov Zahirin (Zahir Əzəmət) namizədliyinin qeydə alınmaması ilə bağlı qərarını qüvvədə saxlayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Zahir Əzəmət özü məlumat yayıb.

O bildirib ki, bundan sonra Ali Məhkəməyə müraciət edəcək.

Xatırladaq ki, Dairə Seçki Komissiyası əmlak bilgilərində uyğunsuzluğu səbəb göstərərək Zahir Əzəmətin namizədliyini qeydə almaqdan imtina etmişdi.

MSK da DSK-nın qərarını qüvvədə saxlamışdı.
BAXCP sədri seçicilərlə görüşdü36 saylı Xətai dördüncü seçki dairəsindən deputatlığa namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirib. Xətai rayonunda yerləşən Hacı Zeynalabdin Tağıyev adına Toxuculuq Kombinatının klubunda baş tutan görüşdə Qüdrət Həsənquliyev seçicilərə öz platforması barədə məlumat verib.

BAXCP sədri dövlət quruculuğu, sosial və iqtisadi sahələrlə bağlı öz fikirlərini bölüşüb. Eyni zamanda islahatların önəmini vurğilayan Qüdrət Həsənqulyev təhsil, peşəkar ordu quruculuğu, özəl sektorla bağlı fikirlərini bölüşüb, Qarabağ probleminin həlli ilə bağlı düşüncələrini seçicilərin diqqətinə çatdırıb.

Qüdrət Həsənquliyev parlamentli respublika modelinə keçilməsininin, proporsional seçki sisteminin bərpa olunmasınınin, partiyaların və siyasi partiyalar blokunun parlamentdə 2/3-dən artıq yerə sahib olmaması üçün məhdudlaşdırıcı normaların qəbul edilməsinin, parlamentdə ən azı 3 siyasi partiyanın təmsil olunması üçün yeni Seçki Məcəlləsinin qəbul edilməsinin, 10 nəfər millət vəklinin fraksiya yaratmaq hüququnun tanınmasının vacibliyini vurğulayıb. BAXCP sədri həmçinin ümumi hərbi çağırış müddətinin 6 aya endirilməsinin, məhkəmə-hüquq sistemində islahatların davam etdirilməsinin, Korrupsiyaya qarşı Mübarizə Komissiyasının korrupsiyanın subyekti olmayan müstəqil şəxslərdən təşkil edilməsinin vacibliyini seçicilərin diqqətinə çatdırıb və digər məsələrlə bağlı fikirlərini bölüşüb.
BAXCP sədri seçicilərlə görüşdü
Sosial sahə ilə bağlı danışan Qüdrət Həsənquliyev bildirib ki, pensiyalar minimum əməkhaqqının 80 faizinə qədər artırılmalı və minimum 500 manata çatdırılmalıdır. İlkin mərhələdə 15 yaşadək uşaqlara 25 manat, sonrakı mərhələlərdə isə 50 və 100 manat məbləğində müavinətlərin verilməsi, müəllimlərin əməkhaqlarının ilkin mərhələdə 2 dəfə artırılması, işsizlərin minimum əməkhaqqının 80 faizi (400 manat) mislində müavinətlə təmin olunmasının önəmini qeyd edib.

İqtisadi sahə ilə bağlı danışan BAXCP sədri bütün xidmət sahələrinin, dövlət mülkiyyətində olan istehsal və emal, əksər səhiyyə və təhsil müəssisələrinin özəlləşdirilməsini, habelə SOCAR-ın bir neçə yerə bölünərək özəlləşdirilməsini, özəlləşdirmə prosesində üstünlüyün yerli şirkətlərə verilməsini, bank-maliyyə sektorunda islahatların aparılmasını, Neft Fondunun vəsaitlərinin bir hissəsini yerli banklarda saxlamaqla sahibkarların ucuz kreditlərə çıxışının təmin edilməsini, inhisarçılığa son qoyulmasının vacibliyini seçicilərin diqqətinə çatdırıb.
BAXCP sədri seçicilərlə görüşdü
BAXCP sədri seçicilərlə görüşdü
Rəşad Mahmudov Səncərədi nümayəndəliyinin seçiciləri ilə görüş keçirib77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru, deputatlığa namizəd Rəşad Mahmudov bu gün Səncərədi nümayəndəliyinin seçiciləri ilə səmimi və aktiv görüş keçirib.

Cənab İlham Əliyevin sərəncamları ilə rayonda, o cümlədən nümayəndəlik ərazisində görülmüş möhtəşəm işlərdən razılıqla danışan seçicilər Vətənimizin çətin və ağrılı-acılı günlərini unutmadıqlarını söyləyiblər. Həmin günlərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələri bu stabilliyə, bu əmin-amanlığa və bu inkişafa hər zaman dəstək olacaqlarını əminliklə vurğulayılar.
Rəşad Mahmudov Səncərədi nümayəndəliyinin seçiciləri ilə görüş keçirib
R.Mahmudov bildirib ki, insanların yaşayış şəraitləri, eləcə də problemləri ilə maraqlanıb və regionun sosial-iqtisadi həyatının daha da yaxşılaşdırılması üçün bütün cəhdlər səfərbər edəcəyini bildirib: "2 saata yaxın baş tutan tədbirdə mənə mehribanlıq və səmimiyyət göstərən seçicilərimə və salonun dolu olmasına görə tədbirdə ayaq üstə iştirak edən hər kəsə təşəkkürümü bildirirəm".
Rəşad Mahmudov Səncərədi nümayəndəliyinin seçiciləri ilə görüş keçirib
Rəşad Mahmudov Səncərədi nümayəndəliyinin seçiciləri ilə görüş keçirib
Rəşad Mahmudov Səncərədi nümayəndəliyinin seçiciləri ilə görüş keçirib
Avrasiya.net