Xəyalə Əhmədova Qayalı kəndində seçicilər ilə görüşdü - VIDEO
Növbədənkənar parlament seçkiləri ilə bağlı namizədlərin təşviqat kampaniyası davam edir.

Xəyalə Əhmədova nümunəvi təşviqat kampaniyası, yüksək ruh yüksəkliyi ilə start götürərək uğurla aparılır.

Bərdə 93 saylı seçki dairəsindən namizəd Xəyalə Əhmədova bu gün Qayalı kəndindən olan seçiciləri ilə görüşdü, onların təklif və istəkləri ilə yaxından tanış oldu. Seçicilərdə olan yüksək əzm və etimad onların coşğusunda əks olunurdu. Həmin görüşdən olan görüntünü sizə təqdim ediik:
Bizim güclü siyasi dəstəyimiz var - İlham ƏliyevYeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən panel iclasında iştirakı zamanı moderatorun suallarını cavablandırarkən bildirib.

Prezident İlham Əliyev bildirib: "Hesab edirəm ki, əvvəllər biz əsasən infrastruktur layihələrinə sərmayə yatırmışıq. Buna görə yenə də Davos Forumuna əsasən Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir. Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir. Biz 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa etmişik. Lakin bunlar dövlət sərmayəsinin bir hissəsi idi. İndi bizə nə lazımdır? Bizdən yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşması üçün yeni yanaşma tələb olunur. Hesab edirəm ki, bu, mümkündür. Buna nail olmaq olar, çünki bizim güclü siyasi dəstəyimiz var. Yenə də mən Azərbaycan hökumətinin strateji baxışını 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını isə dünyada 11-ci yerə layiq görən Davos Forumunun qiymətləndirməsinə toxunmaq istəyirəm. Beləliklə, yeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək. Buna görə də bizim iqtisadi artımımız əhalinin artımına uyğun gəlməlidir. Müstəqillik illərində əhalimizin sayı 7 milyondan 10 milyona qədər artdı. Beləliklə, əhaliyə əlavə infrastruktur, əlavə ərzaq təminatı tələb olunur. Bizim əhalimiz hər il 100 mindən çox artır. Bu isə o deməkdir ki, bizə ən azından ildə 100 min iş yeri lazımdır. Bu, asan deyil. Buna görə də hökumət bu məsələ ilə məşğul olacaq. Biz yoxsulluğu bugünkü səviyyədə - 5 faizdən aşağı səviyyədə saxlamağa çalışacağıq. Həmçinin bizim birbaşa xarici borcun azaldılması ilə bağlı uzunmüddətli strategiyamız var. Bu gün bu borc çox aşağıdır, ümumi daxili məhsulun 17 faizini təşkil edir. Lakin bizim hədəfimiz onu ümumi daxili məhsulun 10 faizinə qədər endirməkdir. Əlbəttə ki, inflyasiyanın keçən il olduğu kimi 2,5 faiz səviyyəsində, aşağı səviyyədə saxlanılması məsələsi üzərində də işləyəcəyik. İnsanların gəliri həmişə inflyasiyanı üstələməlidir, habelə iş yerlərinin yaradılması da demoqrafik artımdan daha çox olmalıdır".
Professor Vüqar Məmmədov ziyalıların nəzərindəBu il fevralın 9-da keçiriləcək parlament seçkilərində 22 saylı Nəsimi İkinci seçki dairəsindən deputatlığa namizədlər arasında professor Vüqar Məmmədovun da adı var. Vüqar Məmmədovun zəngin və geniş tərcümeyi-halını ictimailəşdirməyə ehtiyac görmədik. Tanış olmaq, məlumat almaq istəyən Vikipediya sistemində adı axtarışa versə yetər. Bundan başqa, Vüqar Məmmədov haqqında, onunla bağlı şəxsi fikirlərimizi də ictimailəşdirmək istəmədik. Fikirləşməsinlər ki, sifarişli bir yazıdır, hansısa jurnalistin ona olan simpatiyasından doğan məhsuldur.

Biz sadəcə ölkənin bir qrup tanınmış ziyalısı arasında kiçik sorğu keçirərək, Vüqar Məmmədov haqqında fikirlərini ictimailəşdirməyi qərara aldıq. Oxucunun Vüqar Məmmədov haqında bizim dilimizdən, qələmimizdən yox, alimlərin, ziyalıların fikirlərindən kimliyi barədə məlumat almağını daha məqsədəuyğun hesab etdik.

Avrasiya.net həmin sorğunun nəticələrini təqdim edir:

Professor Qulu Məhərrəmli: Milli Məclisə namizədliyini irəli sürmüş çoxsaylı iddialı şəxslər içərisində adamın gözü, ilk növbədə intellektualları, tanınmış ziyalıları, elm xadimlərini, hüquqşünasları axtarır. Bu mənada namizədlər arasında həm səhiyyəni, həm də hüquq sahəsini təmsil edən müasir düşüncəli elm adamı, cəmiyyətin yaxşı tanıdığı, professor Vüqar Məmmədov kimi insanları görmək çox xoşdur. Professor V.Məmmədov nadir mütəxəssislərdəndir ki, iki elm sahəsində eyni dərəcədə uğur qazanıb. Təkcə ölkəmizdə deyil, xaricdə də onu hüquq və səhiyyə sahəsində nüfuzlu ekspert kimi qəbul edirlər. Deməli, ölkə səhiyyəsindəki problemləri parlamentdə dilə gətirmək, onların həlli yollarını göstərmək və bu sahədə qanunvericiliyi təkmilləşdirmək məhz professor Vüqar Məmmədov kimi öz işinin bilicisi olan peşəkarların missiyasıdır. Ona görə də biz parlamentə məhz bu cür peşəkar və layiqli mütəxəssisləri seçməliyik ki, xalqı və öz seçilərini layiqincə təmsil etsin. Hesab edirəm ki, Azərbaycan Milli Məclisinin bugünkü siması məhz professor Vüqar Məmmədov kimi ziyalılardan ibarət olmalıdır.

Yazıçı Səfər Alışarlı: Vüqar Məmmədovun Azərbaycan tibb və hüquq elmi qarşısında böyük xidmətləri var. O insanlara qarşı münasibətində də həssas və peşəsində təmənnasızligi ilə seçilən nadir ziyalılarımızdan biridir. V.Məmmədovun görkəmli tibb professoru, eləcə də xalqını, dövlətini sevən bir ziyalı olaraq, Milli Məclisdə öz seçicilərini ləyaqətlə təmsil edəcəyinə şübhəm yoxdur. Ona bu seçkilərdə uğurlar arzulayıram!

Filologiya üzrə fəlsəfə doktoru, şairə Adilə Nəzərova: Ölkəmizdə səhiyyə sahəsində xeyli problemlər var. Bu problemlərin qaynağı bəlkə də bizdə normal səhiyyə qanunvericiliyinin olmamasıdır. Bu qanunvericiliyin yenidən qurulması və təkmilləşdirilməsinə ehtiyac var. Hesab edirəm ki, professor Vüqar Məmmədov bu iş üçün lazımi bilik və təcrübələrə malikdir. O, bir tibb eksperti olaraq həm Azərbaycanda, həm də ölkə xaricində çalışır və tanınır. Milli Məclisdə bu sahədə bir təmsilçimizin olması çox faydalı olar.

Alman dili mütəxəssisi, şair Mikayıl Bozalqanlı: ATU-nun məhkəmə təbabəti kafedrasının professoru, tibb elmləri doktoru, azərbaycanlı alim, Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti Vüqar Məmmədovun namizədliyini dəstəkləyirəm. Siz səsinizi elmə, zəkaya xalqın işıqlı gələcəyiunə verməklə hər bir insanın rifah halının yaxşılaşmasına daha yeni münasibətə səs vermiş olursunuz. Vətən özünün daha azad, daha firavan vətəndaşları ilə böyüyür, inkişaf edir. Rifahınızın daha da yaxşılaşmasına, vətənimizin ümumdünya çapında daha da tanınmasına səs verin. Unutmayin ki, bu gün verdiyiniz hər bir səs, sabah sizin gündəlik qayğılarınızın həllinə, hüquqlarınızın müdafiəsinə xidmət edəcəkdir.

Jurnalist Elçin Alıoğlu: Professoor Vüqar Məmmədov Azərbaycanın dəyərli ziyalılarından biri olmaqla yanaşı, çalışdığı sahənin əsl peşəkarlarından biridir.
Dünya Tibbi Hüquq Assosiasiyasının (ABŞ) birinci vitse-prezidenti, Avropa Səhiyyə Hüququ Assosiasiyasının (Norveç) vitse-prezidenti, YUNESKO-nun və Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin eksperti, bir sıra digər nüfuzlu beynəlxalq hüquq müdafiəsi təşkilatının üzvü, habelə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin və Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının professoru olan V.Məmmədovun millət vəkili seçilməsini istərdim. Nədən ki, mövcud qanunvericilikdə ciddi boşluqlar var ki, onların yaratdıqları problemlərin aradan qaldırılması üçün dünya praktikasına və beynəlxalq qanunvericilik təcrübəsinə istinadla asanlıqla aradan qaldırıla biləcək qanun layihələrinin hazırlanmasına ciddi zərurət duyulur.
Eyni zamanda, V.Məmmədovun millət vəkili mandatına yiyələnməsi Azərbaycan səhiyyəsində innovasiyaların, yeniliklərin və müasir metodologiyaların tətbiqinə təkan verəcyini, səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsi üçün lazımi bilik və təcrübə malik olduğundan məhsuldar fəaliyyət göstərəcəyini düşünürəm.
Unutmayaq ki, insan kapitalı dövlətimizin əsas sərvətidi, ölkənin gələcəyi isə sağlam və keyfiyyətli təhsil almış vətəndaşlardır.

Professor Çingiz Cərullayev: Vüqar Məmmədov Azərbaycanın sayılıb, seçilən alimlərindəndir. Alimin yeri isə həmişə yüksəkdə olur. Mən Vüqar müəllimin seçicilərinə demək istəyirəm ki, parlamentdə sizi layiqincə təmsil edəcək birinə, tanınmışa, ziyalıya səs verin. Əgər Vüqar müəllim parlamentə düşərsə, seçkicilərinin etimadını doğruldacaq, seçiciləri də ona səs verdiklərindən fəxr duyacaqlar.

Professor Mübariz Əliyev: Professor Vüqar Məmmədov elm adamıdır, yüksək intellekt sahibidir, elmin inkişafına xidmət edir. Elmli insan isə ölkənin varlığı, sərvətidir, onu qorumaq hər birimizin borcudur. Parlament qanunverici orqandır, ora təsadüfi adamların yeri olmamalıdır - ziyalı, elmli eyni zamanda hörmətli şəxsiyyətlər oturmalıdırlar ki, ölkəmizə, millətə xidmət etsinlər. Vüqar Məmmədov belə şəxsiyyətlərdəndir.

Professor Məmməd Kərimov: Ləyaqətli, vicdanlı alimdir, yeni formalaşacaq parlamentdə Vüqar Məmmədov kimi ziyalıların yeri görünür. Vüqar Məmmədov çalışdığı universitetlərdə həm kollektiv, həm də tələbələr arasında böyük hörmət sahibidir. Vüqar Məmmədov humanist olsa da, tələbkardır, yüksək təşkilatçılıq qabiliyyətinə malikdir, novator alimdir. Eyni zamanda dövlətinə, millətinə, xalqına bağlıdır. Heç vaxt şəxsi maraqlarının girdabına düşməyib, fəaliyyətini gənclərimizin maariflənməsinə, savadlanmasına, şəxsiyyət kimi formalaşmasına istiqamətləndirib.

Professor Nadir Hüseynov: Vüqar Məmmədov təkcə Azərbaycanda deyil, dünyada tanınmış ziyalılarımızdan biridir. Onun kimi dünya şöhrətli alimlərimizin qədrini bilməliyik. İnanıram ki, seçilərsə Vüqar Məmmədov parlamentdə millətini yüksək səviyyədə təmsil edəcək. Seçiciləri ondan razı qalacaq. Vüqar Məmmədov digər bəzi millət vəkillərindən fərqli olaraq deputat seçiləndən sonra da seçicilərinin yanında olacaq.

Professor Yaqub Qurbanov: Səviyyəli intellekt sahibidir. Təmsil olduğu bütün beynəlxalq təşkilatlarda daim Azərbaycanın milli və dövlətçilik maraqlarını qoruyub. Eyni zamanda Azərbaycanı dünyaya tanıdıb. Vüqar Məmmədov sadə və səmimi bir alimdir, məşhurluğu onun başını dumanlandırmayıb, fəaliyyətində, işində təmiz, ləkələnməyən bir alimdir. Həmişə başını dik tutub, çünki, alnı açıq, üzü ağdır. Vüqar Məmmədov parlamentdə millətini təmsil edə biləcək layiqli şəxsdir.

Professor Mansur Bünyadov: Vüqar Məmmədov tanınmış nəslin nümayəndəsidir. Alimdir, ziyalıdır, saf təfəkkürə, istedada malikdir. Elm, təhsil və iş təcrübəsi zəngindir. Ölkəmizin sayılıb, seçilən məhkəmə tibb eksperti, hüquqşünaslarından biridir. Millət fəxr edər ki, onun belə bir vəkili olsun.

Sabiq millət vəkili, iqtisadçı, ekspert Nazim Məmmədov: Nə müsbət fikir var Vüqar Məmmədov hamısına layiqdir. Mən onu yaxşı tanıyıram, insanlığına, alimliyinə, bacarığına, xüsusən də insanlarla işləməyinə söz ola bilməz. Bunlar sözgəlişi, nəyinsə xatirinə deyilən sözlər deyil. Azərbaycanın elm sahəsində istənilən şəxsdən soruşsanız, Vüqar Məmmədov haqqında ancaq xoş sözlər, fikirlər söyləyəcək. Vüqar Məmmədovun tərcümeyi-halına nəzər yetirdikdə onun haqqında dolğun məlumat və kimliyi ilə bağlı nəticə əldə etmək olar.
Daxili İşlər Nazirliyində işləmək istəyənlərin - DiqqətinəAzərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN), nazirliyin müvafiq qurumlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vuran, əvvəllər özü və yaxın qohumları qəsdən törədilən ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunan qaydada yoxlanılacaqdı.

Ali təhsilli və kompyuter avadanlıqları ilə işləmək qabiliyyətinə malik vətəndaşlara üstünlük veriləcəkdi.

İştirak etmək istəyən şəxslər 2020-ci ilin yanvar ayının 21-dən fevral ayının 21-dək mia.gov.az./?/az/content/29779/ ünvanda yerləşdirilən elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına DİN-in Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

(012)-590-94-12; (012)-590-93-45.

(012)-590-92-37; (012)-590-97-52;
Niyaməddin Orduxanlının minlərlə seçki bukleti çap edildiBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlının deputatlığa namizəd olduği 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsi üzrə təblığat-təşviqat prosesi davam edir.

BAXCP-nin Seçki Qərargahından verilən məlumata görə, partiyanın namizədi olan Niyaməddin Orduxanlının artıq minlərlə bukleti çap olunub: ”Çox yüksək səviyədə hazırlanmış buklet yaxın günlərdə dairəni əhatə edəcək minlərlə evlərə paylanacaq. Bukletlər qapə-qapı seçicilərə təqdim olunacaq. Söhbət minlərlə evdən gedir. Namizədimiz haqqında məlumatla yanaşı partıyamızın vətəndaşlara seçki platformasını da təqdim edilir. Dövlət quruculuğu sahəsində, iqtisadi sahədə, inhisarçılığa son qoyulması və digər sahələrlə bağlı məlumatlar çatdırılır”.
Niyaməddin Orduxanlının minlərlə seçki bukleti çap edildi
Fransa prezidenti: İranın nüvə silahı ola bilməz“Fransanın İranın nüvə proqramı ilə bağlı mövqeyi birmənalıdır – Tehranın nüvə silahı ola bilməz”.

“RİA Novosti” məlumat verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron İsrail Prezidenti Reuven Rivlinlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Xatırladaq ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin nüvə proqramı məsələsinin BMT Təhlükəsizlik Şurasında müzakirə olunacağı təqdirdə, rəsmi Tehranın Nüvə Silahının Yayılmaması Haqqında Müqavilədən çıxacağını bildirib.
BDU-nun ölən tələbəsinin atası Rusiya səfirliyinə müraciət etdi - ÖZƏLBDU-nun üç tələbəsinin zəhərlənməsi və onlardan birinin - Şəkər Faiq qızı Xasmətovanın ölümündən tam iki ay ötür. Kifayət qədər uzun müddət keçməsinə baxmayaraq, sözügedən faktla bağlı hələ də məhkəmə-tibbi ekspertizasının nəticələri hazır deyil.

Uzanan ekspertiza ilə əlaqədar Ş.Xasmətovanın yaxın qohumları Oxu.Az-a müraciət edib və sözügedən məsələ ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Onların sözlərinə görə, bu vəziyyət qızın cinayət qurbanı ola biləcəyinə dair şübhələri gücləndirir.

Xatırladaq ki, noyabrın 21-də universitetin Yasamal rayonu, Mətbuat prospektində yerləşən yataqxanasında tələbələr - 1999-cu il təvəllüdlü Ş.Xasmətova, 1998-ci il təvəllüdlü Dilrubə Quliyeva və Həmidə İbadova zəhərləniblər. Həkimlər Ş.Xasmətovanın yataqxanada öldüyünü, digər iki qızın isə kritik vəziyyətdə Bir Saylı Kliniki Tibbi Mərkəzə gətirildiyini bildiriblər.

Hüquq-mühafizə orqanları əvvəlcə tələbənin qida zəhərlənməsi nəticəsində öldüyünü ehtimal etdi. Lakin cəsədin patoloq anatomlar tərəfindən müayinəsindən sonra faktla bağlı yaradılan əməliyyat-istintaq qrupu qızların hansı maddə olduğu hələ də bilinməyən toksik maddə ilə zəhərləndiyi qənaətinə gəldi.

Dekabrın 4-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu barədə jurnalistlərə açıqlama verib.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan, zərərçəkmiş şəxsin ölümü və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Zəhərlənmənin səbəblərini və digər halları aydınlaşdırmaq üçün müvafiq ekspertizalar təyin edilib.

Bu müddət ərzində H.İbadova və D.Quliyeva sağalıb və hətta xəstəxanadan evə buraxılıb. Lakin Bakı Şəhər Prokurorluğu sirlə dolu bu qaranlıq işi aydınlaşdırmağa tələsmir.

Məhkəmə kimyəvi araşdırmasının niyə bu qədər uzun sürməsinin səbəbini öyrənmək üçün Oxu.Az-ın müxbiri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənova müraciət edib.

“Ölənin qan nümunələrində zəhərli kimyəvi maddələrin tərkibinin müəyyənləşdirilməsi işləri davam edir və buna görə istintaqın təfərrüatını hansısa şəkildə şərh edə bilmirik”, - Ə.Həsənov bildirib.

Ş.Xasmətovanın qan nümunələrinin müayinə üçün Rusiyaya göndərilməsinin doğru olub-olmadığını soruşduqda Ə.Həsənov bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanda bu cür ekspertizanın aparılması üçün hər cür imkan var.

Yeri gəlmişkən, məhkəmə toksikologiya mütəxəssisləri Oxu.Az-la söhbətində bəyan etdilər ki, kimyəvi ekspertiza üçün maksimum bir ay vaxt verilir. Kimyəvi ilə yanaşı, histoloji müayinə də aparılır. Ancaq hətta bu halda belə ekspertizanın aparılma müddəti bir ayı ötməməlidir. Bundan əlavə, qanun müayinə müddətinin əsassız uzadılmasına görə cəza nəzərdə tutur. Ən müstəsna hallarda, araşdırma üçün zəruri olan bəzi maddələrin çatışmazlığı halında müayinənin nəticəsini təxirə sala bilərlər.

İstintaq orqanları ictimaiyyəti bu məsələdən xəbərsiz saxlayır və ən azı bu fakt Ş.Xasmətovanın ölümündə hər şeyin göründüyü qədər sadə olmadığını göstərir.

Xasmətovlar ailəsinin vəkili Türkel Süleymanlı öz növbəsində Oxu.Az-a bəyan edib ki, o da hamı qədər məlumatlıdır.

“İstintaq deyir ki, ekspertizanın nəticəsini gözləyir. Yanvarın 22-də qızın atası Faiq Xasmətov Bakı Şəhər Prokurorluğuna çağırıldı və biz oraya getməyə hazırlaşırıq. Bundan əlavə, F.Xasmətov Rusiya vətəndaşı olduğu üçün RF-nın Azərbaycandakı səfirliyinə şikayətlə müraciət etdik. Hamımız həqiqəti bilmək istəyirik”, - deyə vəkil bəyan edib.

Bakı Şəhər Prokurorluğu Oxu.Az-a tələbələrin, xüsusən də Şəkər Xasmətovanın zəhərlənməsinə nəyin səbəb olduğu barədə sualına cavab verməyib. Ancaq qeyd etdilər ki, yaxın vaxtlarda istintaqın təfərrüatı açıqlanacaq.
“Pakistanlı Halk” onunla evlənmək istəyən 300 qadından İMTİNA EDİBPakistanda Halk ləqəbli kişi onunla evlənmək istəyən 300 qadından imtina edib.

''Ölkə.Az'' xəbər verir ki, Pakistanın şimalında Mardan kəndində yaşayan Arbab Kizer Həyat 198 santimetr boya və 444 kiloqram çəkiyə sahibdir. Halk ləqəbini daşıyan 27 yaşlı Arbab evlənmək üçün boyuna və çəkisinə uyğun qadın axtardığını bildirib. Lakin o deyib ki, onunla evlənmək istəyən qadın da ən azı onun kimi ağır çəkili olmalıdır. Bu günə kimi Arbabla evlənmək istəyən 300 qadın arıq olduğuna görə ondan rədd cavabı alıb. Arbab onunla evlənmək istəyən qadının 100 kilo çəkiyə və 192 santimetrdən hündür boya sahib olmasını istəyib. Əgər normal boya və çəkiyə sahib qadınla evlənərsə bir-birlərinə yaraşmayacaqlarını bildirib. Cizgi film qəhrəmanı Halkın adının verildiyi Arbab ölkəsində pəhləvan kimi tanınır və tək əli ilə maşınları, traktorları iplə çəkmək bacarığına sahibdir
Evdən 20 min manat və zinət əşyaları oğurlandı - Polis bir aydır axtarışdadırAbşeron rayon Məhəmmədi kənd sakini Sadıqov Əli Məhəmməd oğluna məxsus evdən 20 min manat pul, 6 min manat dəyərində zinət əşyaları oğurlanıb.

Avrasiya.net-ə verilən məlumata görə, hadisə ötən ilin ekabrın 28-də Ə.Sadıqovun qız nəvəsinin toy günü baş verib. Bütün ailə üzvlərinin toyda olduğundan istifadə edən oğrular pəncərədən evə daxil olublar. Hadisə ilə bağlı polisə müraciət edilib, mənzilə baxış keçirilib.

Hadisənin baş verməsindən bir ay vaxt keçib, amma hələ heç kim şübhəli şəxs qismində istintaqa cəlb olunmayıb.
İmpiçmentlə bağlı Trampa BÖYÜK ŞOK - QƏBUL EDİLDİABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmentinin əsas qaydalarını qəbul edib.

Publika.az xəbər verir ki, 13 saat davam edən iclasda respublikaçı Mitç Makkonnelin hazırladığı əsas qaydalar təklifi 53 səslə təsdiqlənib.

Bu çərçivədə hər bir tərəfə açılış müdafiələri üçün toplamda 24 saat olmaqla, 3 gün zaman veriləcək. Bu vaxt bu gün yerli vaxtla günortadan sonra başlanacaq.

Vaxt başa çatdıqdan sonra gələn həftə senatorlar sual vermək şansını əldə edəcək. Bunun üçün onlara 16 saat zaman tanınacaq.