İmişlidə 16 yaşlı nişanlı qız intihar etdi
İmişlidə intihar hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, İmişli rayonunun Otuziki kənd sakini, 2003-cü il təvəllüdlü Səmədova Dünyaxanım Abid qızı hamamda özünü asaraq intihar edib.

İntihar edən qızın nişanlı olduğu bildirilir.

Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Parlament seçkiləri - 2020 ilə bağlı saytlarda keçirilən sosial sorğular saxtadır - VİDEONövbədənkənar parlament seçkiləri ilə bağlı namizədlərin təbliğat kampaniyasının ilk günündə sosial şəbəkələrdə hansısa şirkət tərəfindən namizədlərin reytinqini müəyyənləşdirən sorğu sistemi peyda oldu. Əvvəlcə bunun ciddi və inandırıcı olduğunu düşünənlər bəyəndikləri namizədə səs verməyə başladılar. Sonradan narazılıqlar yarandı və hətta sosial şəbəkə istifadəçiləri, bloggerlərin tənqidi ictimailəşdi. Sorğu sisteminin olduğu saytlardan biri BakuPost açıqlama verərək məsuliyyəti öz üzərindən atdı.

Bu günlərdə Yeni Azərbaycan Partiyası tərəfindən 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülən Aqil Məmmədova səs verən kəlbəcərli seçicilər də bu olayla üzləşiblər. Bir yerə toplaşan 25-30 kəlbəcərli Qaynar.info saytındakı sorğu sisteminə daxil olaraq namizədə səs veriblər. Amma sistemi yenilədikdə səs sayının artmadığını müşahidə ediblər. Səbəbini soruşmaq üçün adı çəkilən saytla əlaqə yaradan seçicilərə maraqlı təklif olunub - İP ünvanlarınızın surətini çəkib bizə göndərin biz aydınlaşdıraq...

Sorğu sistemində səslərin artmadığı səbəbini nasazlıq və saxtalaşma ilə əlaqədar olduğunu etiraf etməyən sayt bunun araşdırmadını İP ünvanlarını bağlayıb. Bütün bu oyunlar onu deməyə əsas verir ki, belə sorğu sistemləri müəyyən qüvvələr tərəfindən idarə olunur və qabaqcadan müəyyən olunan namizədlərin reytinqinin göstəricisi üçün qurulub. Kəlbəcərli seçicilərinin səslərinin oğurlanması bu sistemin saxta olduğunu bir daha təsdiqlədi.
Azay Quliyev qazilərlə birlikdə 20 yanvar şəhidlərini anıb - FOTOLAR
Bu gün Azay Quliyev Şuşa Dövlət Musiqili Dram teatrında 8 saylı Binəqədi birinci seçki dairəsinin sakini olan 20 yanvar və Qarabağ şəhidlərinin ailə üzvləri, Qarabağ və Əfqanıstan müharibəsi veteranları və Çernobıl əlilləri ilə görüşüb.

Avrasiya.net-in məlumatına görə, Azay Quliyev bildirib ki, 20 yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərin xatirəsini anmaq və əziz tutmaq hər bir vətəndaşımızn borcudur: “20 yanvar hüzn günü olmaqla yanaşı həm də xalqımızın qəhrəmanlıq salnaməsidir. Həmin gün biz bir daha bütün dünyaya qəhrəmanlığımızı göstərdik. Onlar müstəqil Azərbaycanın ilk azadlıq carçıları oldular. Burada iştirak edən şəhid anaları, bacıları, qazilərimiz, veteranlarımız qarşısında baş əyirəm”.

Azay Quliyev deyib ki, Azərbaycan prezidenti İlham Əliyev şəhid ailələri, qazilərimiz, müharibə veteranlarımızı daim diqqətdə saxlayır: “Şəhid ailələrinə birdəfəlik müavinətin ayrılması, onların sosial problemlərinin yüksək səviyyədə həlli bunun bariz nümunəsidir. Cənab prezidentin əsas hədəfi budur ki, bir nəfər də olsun şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzilsiz qalmasın. Biz deputatlar da ölkə başçısının bu siyasətinə dəstək olmaq üçün daim çalışırıq, əlimizdən gələni edirik”.

Görüş çərçivəsində Şuşa Dövlət Musiqili Dram teatrının aktyorlarının 20 yanvar hadisəsinə həsr olunmuş xüsusi kompozisiya-tamaşası nümayiş olunub. Daha sonra Azay Quliyev tədbir iştirakçılarının fikir və təkliflərini dinləyib.

Azay Quliyev bu gün həmçinin, seçki qərargahının gənc könüllüləri ilə görüşüb. Azay Quliyev 20 yanvar hadisəsinin yalnız hüzn günü yox, XX əsrdə qəhrəmanlıq tariximizin ən parlaq səhifələrindən biri olduğunu bildirib. Gənclərin vətənpərvərlik hissinin gücləndirilməsi üçün 20 yanvar hadisəsinin tükənməz qaynaq olduğunu deyən Azay Quliyev həmçinin, dövlət müstəqilliyimizin gücləndirilməsi üçün ulu öndər Heydər Əliyevin və cənab prezident İlham Əliyevin gördüyü işlər barədə məlumat verib. Toplantıda çıxış edən gənclər 20 yanvar hadisəsinin əhəmiyyətindən danışaraq Azərbaycanın müstəqilliyi uğrundan canından keçən şəhidləri heç zaman unutmayacaqlarını bildiriblər.
Azay Quliyev qazilərlə birlikdə 20 yanvar şəhidlərini anıb - FOTOLAR
Azay Quliyev qazilərlə birlikdə 20 yanvar şəhidlərini anıb - FOTOLAR
Azay Quliyev qazilərlə birlikdə 20 yanvar şəhidlərini anıb - FOTOLAR
Ələkbər Yasamallının bacısı oğlu niyə intihar edib? - TƏFƏRRÜAT
Ötən gün Bakıda intihar edən 21 yaşlı Niftəliyev Şamxal Təbriz oğlununun özünə qəsd etməsiylə bağlı bəzi təfərrüatlar məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hərbi xidmətdən yeni qayıdan gəncin sevdiyi qıza görə intihara əl atdığı bildirilir.

Belə ki, Şamxalın ailəsi onun sevdiyi qızla münasibətlərini rəsmiləşdirməsinə razı olmayıblar. Onun bu səbəbdən nənəsinə məxsus evin eyvanında intihar etdiyi qeyd olunur.

Qeyd edək ki, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri həyata keçirilir.

Onu da əlavə edək ki, Niftəliyev Şamxal məşhur meyxanaçı Ələkbər Yasamallının bacısı oğludur.
İrandan Avropaya nüvə xəbərdarlığıAvropa uyğunsuz davranışlarını davam etdirib nüvə sənədini BMT-yə göndərərsə, İran Nüvə silahının yayılmasının qarşısının alınması müqaviləsindən çıxacaq.

Publika.az xəbər verir ki, İranın Xarici İşlər naziri Cavad Zərif belə bəyanatla çıxış edib. O bildirib ki, nüvə sazişinin davam etdirilməsi üçün Avropa ölkələri vədlərinə əməl etməlidir.

Qeyd edək ki, Avropa ölkələri İranın Nüvə silahının yayılmasının qarşısının alınması müqaviləsininin şərtlərini pozduğunu irəli sürür. Bu səbəbə görə, İranla bağlı BMT-nin Təhlükəsizlik Şurasına hesabatın təqdim ediləcəyi gözlənilir.
Polisdən Zirəddinə cavab: Yəqin yuxuda görüb
Rusiyada yaşayan ekstrasens Zirəddin Rzayev "İri Plan" Yutub kanalına müsahibəsində Tovuz polisinin yandırılaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qatilini tapmaq üçün ondan kömək istədiyini iddia edib.

Avrasiya.net Sonxeber.az-a istinadən xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov iddiaları təkzib edib:

"Polislər baş verən hər hansı bir cinayətin açılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Həmin əməliyyat-axtarış tədbirləri nəticəsində də bu cinayətin üstü açıldı. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hazırda istintaq davam edir. Zirəddin yəqin bu dediklərini yuxuda görüb".

Qeyd edək ki, daha öncə ekstrasens Zirəddin Rzayev Nərmin olayı ilə bağlı polislərin ondan məlumat aldığını bildirib.
20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidirBərdə 93 saylı seçki dairəsindən deputatlığa namizəd Xəyalə Əhmədova 20 Yanvar Şəhidlərinin xatirəsini əziz tutaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Şəhidlərimizin məzarı başında yaddaşımıza qanla yazılan bu faciənin acı xatirələri anıldı. Bu qəhrəmanlıq tariximizi yazan şəhidlərimizin məzarları yenə hər zamankı kimi qərənfil yağışına qərq olmuşdu.
20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir
Dqqətinizə çatdıraq ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 28 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ müdafiə naziri D.Yazovun rəhbərliyi altında qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdıb əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq şəhərə daxil oldular. Bakıda yanvarın 20-si saat 00:00-da fövqəladə vəziyyət tətbiq edilməsi üzrə imzalanmış fərman səhər saat 5.30-da radio ilə elan olunmuşdur. Həmin vaxtadək 100-dən çox dinc sakin artıq qətlə yetirilmişdi. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda həyata keçirdikləri qırğınlarda 131 nəfər öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.
O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 yanvar hadisələrinə siyasi qiymət verdi.
Yanvar faciəsində qətlə yetirilənlərin, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində böyük tədbirlər həyata keçirilir. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.
20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir
Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu. 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin açılışı oldu. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir.
20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir
Aqil Məmmədov Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət edibYeni Azərbaycan Partiyası tərəfindən 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülən Aqil Məmmədov 20 Yanvar faciəsinin 30-cu ildönümündə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət edib, torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidənin üzərinə əklil və gül dəstələri qoyub.
Aqil Məmmədov Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət edib
Daha sonra 20 yanvar faciəsinin qurbanı olan Kəlbəcər rayon sakini şəhid Cabbarov Firuz Vəli oğlunun ailəsi ilə görüşüb, torpaqlarımızını ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın ruhuna dualar oxunub. Şəhidin atası Cabbarov Vəli İsmayıl oğlu Aqil Məmmədovun onlarla görüşünü dövlətimizin və xalqımızın şəhidə və şəhid ailələrinə göstərdiyi yüksək qiymət kimi dəyərləndirib. Daha sonra çay süfrəsi arxasında fikir mübadiləsi aparılıb.
Aqil Məmmədov Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət edib
Aqil Məmmədov Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət edib
Aqil Məmmədov Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət edib
Şəkidə 26 yaşlı iki uşaq anası qızdırmadan öldüŞəkidə iki uşaq anası soyuqdəymədən ölüb.

Avrasiya.net qafqazinfo-ya istinadən xəbər verir ki,​ rayonun 1993-cü il təvəllüdlü İnçə kənd sakini İsayeva​ Xəyalə Qəhrəman qızı ötən gün axşam saatlarında​ yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

X.İsayeva xəstəxanaya çox ağır vəziyyətdə qəbul olunub. Qəbul olunduqdan bir qədər sonra isə dünyasını dəyişib.

Yaxınlarının dediyinə görə, X .İsayevanın səhhətində bir neçə göndür ki, yüksək hərarətlə müşahidə edilən soyuqdəymə olub.
Azərbaycanda ana və üç övladı itkin düşdü - FOTO
Xızı rayonu ərazisində ana və üç övladı itkin düşüb.

Bu barədə APA-ya Xızı Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Xızı rayonu, Qızıldərə ərazisində yerləşən fermada müvəqqəti yaşayan, əslən Qubanın Dalıqaya kəndindən olan İsayev Səxavət Şahabbas oğlu 18.01.2020-ci ildə tarixində Daxili İşlər Nazirliyinin (DİN) “102” xidməti zəng mərkəzi sisteminə müraciət edərək yoldaşı və üç övladının itkin düşdüyü barədə məlumat verib. O, 1993-cü il təvəllüdlü həyat yoldaşı İsayeva Əfsanə Cəmil qızının 17.01.2020-ci il tarixində günorta saatlarında 9 yaşlı qızı Nurcanı, 8 yaşlı oğlu Nurlanı və 1 yaşlı oğlu Sərxan İsayevi götürərək yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə getməsi və bir daha geri qayıtmaması barədə məlumat verib.

İsayeva Əfsanə Cəmil qızının əlamətləri: boyu – təxminən 160 sm, çəkisi – 55-60 kq, qaraşındır, arıq bədən quruluşludur. Gözlərinin rəngi qəhvəyi, saçları qara-şabalıdı rəngli olmaqla uzundur. Evdən çıxarkən əynində qara rəngli gödəkcə, qara rəngli ətək, ayağında alçaqdaban qız çəkməsi olub.

Nurcan İsayevanın əlamətləri: boyu – təxminən 1 metr, saçı qara şabalıdı rəngdədir. Evdən çıxarkən əynində ağ zolaqları olan qırmızı gödəkcə, ayağında tünd rəngli qış çəkməsi olub.

Nurlan İsayevin əlamətləri: boyu – təxminən 0,80 m, saçı qara şabalıdı rəngdədir. Evdən çıxarkən əynində qara rəngli gödəkcə, ayağında qara rəngdə qış çəkməsi olub.

Bu şəxsləri görənlərdən DİN-in “102” xidmətinə, Xızı RPŞ-nə (+994 23 315 01 31 və ya +994 55 366 33 54 nömrəsinə) məlumat vermələri xahiş olunur.