Zirəddin: Nərmin qətlində polislərlə təmasda idim... – Sensasiya
Tanınmış ekstrasens Zirəddin Rzayev “İri Plan” Yutub kanalına maraqlı müsahibə verib.

Kult.az sözügedən müsahibəni ixtisarla təqdim edir:

- 2020-ci il o qədər də xoş gəlmədi. Necə davam edəcək?

- Əsl yeni il 21 martda başlayır, bizim Novruz bayramımızda. İl hələ təzələnməyib, ona görə baş verən qanlı hadisələri 2020-ci ilə aid edə bilmərik.

2020-ci il 2019-cu ildən elə də fərqlənməyəcək.

- Zirəddin falçılardan nə ilə fərqlənir?

- Fal – hər hansı əşyanın yardımı, köməyi ilə gələcəkdən xəbər verməkdir. Novruz bayramında belə qızların fala baxması... - onlar falçı deyil ki! İslamda fal haramdır. Öncəgörmə, bəsirət gözünün açıq olması isə fal deyil. Əgər ana yuxuda yatıb görürsə ki, Amerikada oxuyan övladı xəstələnib və səhər övladına zəng edəndə oğlu bunu təsdiqləyirsə, bu, faldırmı? Ona görə əgər Zirəddin yuxuda görürsə və bu baş verirsə, yaxud məndə öncəgörməlik varsa, kim istəyir buna fal desin, cadugərlik desin, baxıcılıq desin... Hərə öz səviyyəsində qiymətləndirir.

- Zirəddin 100 faiz bilirmi?

- Yox, Zirəddin yüz faiz bilə bilməz.

- Müsahibələrinizin birində belə bir söz işlətmişdiniz ki, mən ilk dəfə öz xalamın ölümünü görmüşdüm...

- Bəli.

- Pis xəbəri görmək sonradan qınaq obyekti olmağınıza səbəb olmadı ki?

- Uşaq vaxtı çox qəribə yuxular görürdüm. Bir gün yuxudan oyandım, bina evində idik, anama dedim ki, Ay quş oldu, yerə düşdü, qıza çevrildi, sonra quşa çevrildi, uçub getdi, bizim bu yerdə isə qara böcəklər yarandı. 10-11 yaşım vardı onda. Sonra anama dedim ki, ürəyim dəmir üzərində qızardılmış ət istəyir. Anam otağın qapısını örtdü, ora tüstü getməsin deyə, başladı dəmirin üstündə mənə ət qızartmağa. Bu zaman mətbəxdə qaz şlanqı çıxır və mətbəx alışır. Biz qapını açanda tüstü olduğu üçün heç nə görmürdük. Sonra birtəhər özümüz odu söndürdük. Haranı mən göstərmişdimsə, orda qara-qara kösövlər vardı. Bunu da anam dedi. Sonra da məni danladı ki, bir də yuxunu danışma, bayquş kimi yuxuda nə görürsən danışırsan, hamısı da başımıza gəlir...

Olub yəni, uşaq vaxtı yuxularımın çin çıxmağı anamın məni qınaq obyektinə çevirməsinə səbəb olurdu.

Zamanı gəldikcə anam dərk elədi məni.

- Niyə bəd hadisələri, bədbəxtlikləri Zirəddin daha tez görür?

- Bilirsiniz, həkim yalnız insanlardakı xəstəlikləri görə bilər. Həkimin vəzifəsi budur. Bizim vəzifəmiz də budur ki, insanların qarşılaşdığı bədbəxtlikləri görüb, onları xəbərdar edək.

Cadu insanı öldürə bilər

- Cadu insanı öldürə bilərmi?

- Bəli, cadunun gücü ilə, magiya ilə insanın ömrünə son qoymaq olar və bu, cinayətdir. Ola bilsin ki, nə zamansa Cinayət Məcəlləsinə cadu ilə insanı öldürmək də düşəcəkdir. Elm inkişaf etsə, bu olacaq. Çünki cadu ilə insanı öldürmək mümkündür.

- Zirəddin bəddua edibmi?

- O qədər! Bəddua etmişəm. Bilirsiniz, hər saat onu etmirəm. Amma ruhumu sızladan, incidən məqam olanda edirəm. Mənim bürcüm əqrəbdir – toxunmayın, toxunmayım. Amma məni sancan insana zəhərimin son damlasına qədər buraxacam. Bu xasiyyət məndə var.

- Ekstrasens olmaq Zirəddinə nə verdi, nə aldı?

- Həyatımın hüzurunu pozdu, sağlamlığımı əlimdən aldı, yuxularımı pozdu – normal yata bilmirəm mən. Digər tərəfdən də hörmət sahibi etdi, insanların sevgisini qazandırdı, mənə təbiəti – cansız və canlı aləmi duymağı öyrətdi. Bundan bəzən ləzzət alıram. Bəzən də həmin həzzlə bağlı işgəncə də alıram. Çünki təbiətə qarşı çox həssasam.

Nərminin qatilinin impotent olduğunu görürəm...

- Gündəmdə olan məsələlərdən biri 10 yaşlı Nərminin qətli və yandırılmasıdır. Bu, ictimaiyyətdə böyük rezonans doğurub. Qatil artıq bəllidir, ancaq bəziləri onun bu hadisəni törətdiyinə inanmır. Zirəddin necə düşünür?

- Nərmin hadisəsi ilə bağlı polislərlə sıx təmasda idim. Polislər məndən informasiya istəyirdilər, amma mənə heç bir informasiya vermirdilər. Görücü Allah deyil, onun gücündən istifadə etmək üçün ona kömək etmək lazımdır. Mənə şəkil verələr, ad deyələr, qohumdu, ya qonşudu şübhələndikləri... Məsələn, 10 nəfərdən şübhələnirsiniz, onları deməlisiniz ki, mən nəsə deyə bilim. Amma mən divarla öz-özümə danışa bilmərəm.

Hazırda şübhəli qismində saxlanan və cinayəti etiraf edən adama baxanda onda kişiliklə bağlı problem görürəm. Onun sağlamlığı yerində deyil – ya yarım vəziyyətdədir, ya da ümumiyyətlə onda kişilik potensialı yoxdur. Hələlik güc strukturları orda zorakılıq olub-olmaması barədə rəsmi açıqlama verməyiblər, ancaq mən nədənsə orda zorakılıq görürəm. Amma cinayətkara baxanda, onun impotent olma ehtimalının böyük olduğunu hiss edirəm və bu məni çaşdırır...

- Niyə bizdə baxıcıya, ekstrasensə getmək ayıb sayılır?

- Bu, sadəcə, insan psixologiyasıdır. Bizdə psixiatra gedənlər də gizlədir bunu və yaxud uroloqa gedən kişi bunun bilinməsindən utanır. Ekstrasensə də eləcə.

Alın yazısından çıxmaq olmaz

- Ekstrasens olmasaydınız, həyat yoldaşınızla necə tanış olacaqdınız?

- Qəribə sual verdiniz. Mən taleyə inanıram, fatalistəm. Əgər Allah yazıbsa, olacaq. İnsan alın yazısından kənara çıxa bilməz. Allah insana azadlıq da verib, ancaq alın yazısı da var, orda insan məhkumdur.

- Övladlarınızda bu vergi olsa, qarşısını ala bilər, yoxsa imkan yaradar ki, onlar da ekstrasens olsun?

- Qızımda da, oğlumda da var. Ancaq mən istəməzdim onlar bununla məşğul olsun. Çünki bu sahədə dəmir psixika, iradə lazımdır. Ən ağır sahə insanlara xidmətdir. Onların içində də ən çətini ekstrasensorikadır. Çünki insanların münasibəti birmənalı deyil bu sahəyə: inananı var, inanmayanı var. Ona görə də uşaqlarımın bu sahədə olmasını istəmirəm. Amma təəssüf ki, var onlarda.

- Nəyə görə ekstrasenslər onların qəbulunda olan məşhurları piar edirlər?

- Mənə də sual edirlər ki, məşhurlardan kim olub sənin yanında? Mən məşhurlarla olan dostluğumu deyirəm. Kimlərlə münasibətim yaxşıdır, kimlərlə dostam... Mənim haqqımdır da, kimlərləsə dost ola bilərəm. İndi mən görücüyəm deyə, hansısa məşhurla dostluğumu gizlətməliyəmmi? Amma yanıma niyə gəldi, videolar paylaşım ki, filan məşhur mənə müraciət etdi, bu, özünüreklamdan başqa bir şey deyil.

- Niyə Zirəddin azərbaycanlı ekstrasensləri bəyənmir?

- Mənimçün sübutlar, faktlar ən gözəl göstəricidir. Mən, ümumiyyətlə, Rusiyanın özündə də ekstrasensləri bəyənmirəm, Rusiyada da ekstrasens tanımıram.

Yenilənir...
Azay Quliyevdən ilk -  Deputatla seçicilər arasında maneəsiz əlaqə imkanı yaradılıb - FOTOLAR
Bu gün "İslahatlara dəstək" seçicilərin təşəbbüs qrupunun 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədi Azay Quliyev məhələllərdə seçicilərlə görüşlərini davam etdirib.

Avrasiya.net xəbər verir ki, günün ilk görüşü Ağasadıq Gəraybəyli 41 və Koroğlu Rəhimov 53 a ünvanlarında keçirilib.
Azay Quliyevdən ilk -  Deputatla seçicilər arasında maneəsiz əlaqə imkanı yaradılıb - FOTOLAR
Azay Quliyev ona ünvanlanan bütün müraciətlərin araşdırılaraq müvafiq qaydada həlli üçün ötən 4 ildə var gücü ilə çalışdığını bildirib. Seçiciləri dinləyən Azay Quliyev, onların səsləndirdikləri problemlərin həlli ilə bağlı müvafiq icra qurumları qarşısında məsələ qaldıracağını bildirib.

Azay Quliyev seçicilərlə növbəti görüşü 8-ci mikrorayon, Azadlıq prospekti 188 saylı binanın qarşısında yerləşən mədəni-kütləvi tədbirlər evində ətraf çoxmərtəbəli bunlarda yaşayan sakinlərlə keçirib. Görüşdə çıxış edən seçicilər müraciətlərini daima diqqətdə saxladığı, problemləri ilə maraqlandığı və onların həlli üçün göstərdiyi köməkliyə görə Azay Quliyevə təşəkkürlərini bildiriblər.
Azay Quliyevdən ilk -  Deputatla seçicilər arasında maneəsiz əlaqə imkanı yaradılıb - FOTOLAR
Azay Quliyev Milli Məclisə keçirilən növbəti seçkilərinin mühüm əhəmiyyət daşıdığını deyərək 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərini 9 fevral günü yüksək fəallıq göstərməyə çağırıb. Azərbaycanda ilk dəfə olaraq 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri üçün e-kabinet xidməti yaratdığını vurğulayan Azay Quliyev bunun unikal imkan olduğunu bildirib: “E-kabinet deputatla seçicilər arasında maneəsiz, operativ və şəffaf əlaqənin qurulması, seçicilərin problemlərinin effektiv həlli, həmçinin qanunvericiliklə bağlı təkliflərin irəli sürülməsi prosesini asanlaşdırmaq məqsədilə yaradılan yeni və innovativ kommunikasiya modelidir. Bu xidmət artıq sizin ixtiyarınızdadır”.
YAP-ın Sumqayıtdan olan  namizədi seçicilərlə NƏRD oynadı
"Mən yaxşı nərd oynaya bilməsəm də, risk edib peşəkarla oynadım. Ağsaqqal siyasi gedişləri mənə göstərdi, mən də gənclərin enerjisini numayiş etiməyə çalışmaqla həm də öyrəndim".

Avrasiya.net xəbər verir ki, bunu 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd Tahir Mirkişilinin öz feysbuk səhifəsində yazıb.

Yeni Azərbaycan Partiyasının namizədi daha sonra qeyd edib ki, bu kiçik və səmimi otaqdan 14 səs qazanıb
Zorla Bakıya gətirilən qız ölkəsinə yola salındı
Rusiyadan anası tərəfindən zorla Bakıya gətirilən 18 yaşlı Sevgiya Sübhani İsmayılova vətəndaşı olduğu ölkəsinə yola salınıb.

Avrasiya.net Report-a istiandən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşlarının araşdırmaları nəticəsində müəyyən edilib, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilən gənc qızın əlindən alınan sənədləri özünə qaytarılıb.

BŞBPİ-nin əməkdaşları tərəfindən təhlükəsizliyi yüksək səviyyədə təmin edilən S.İsmayılova bu gün Rusiyadan gəlmiş qanuni nümayəndəsi ilə birlikdə Moskva şəhərinə göndərilib.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib.

Qeyd edək ki, Rusiya mətbuatının yazdığına görə, Krasnoyarsk sakini olan qadın cinsi orientasiyasını dəyişdiyini etiraf edən 18 yaşlı qızı Sevgiya Sübhani İsmayılovanı zorla Bakıya gətirərək, sənədlərini, telefonunu və antidepresantlarını əlindən alıb.

Milliyyətcə azərbaycanlı olan S.İsmayılova Rusiyanın Norilsk şəhərində dünyaya gəlib, ancaq Krasnoyarsk şəhərində yaşayıb. O, Krasnoyarsk Dövlət Tibbi Universitetində oxuyur. Ana ilə münaqişə qızın öz cinsi orientasiyasını elan etməsindən və sevgilisi barədə etiraflardan sonra başlayıb.
"Parlamentin özünü buraxmasına ironiya edənlər özlərini buraxmış adamlardır"
Avrasiya.net BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir:

- Qüdrət bəy, bəzi şəxslər belə bir iddia ilə çıxış edirlər ki, parlament özünü buraxdığından həmin qərara səs verən deputatların təkrar namizədliyini irəli sürməsi siyasi və mənəvi baxımdan düzgün deyil. Onlar nə dərəcədə haqlıdırlar?

- Parlamentin özünü buraxmasına ironiya edənlər özlərini buraxmış adamlardır. Məsələn, bu yaxınlarda Böyük Britaniyada növbədənkənar seçkilər təşəbbüsü ilə çıxış etmiş Mühafizəkarlar Partiyası seçkilərdə növbədənkənar seçkilər barədə qərar qəbil etmiş deputatlarla möhtəşəm qələbə çaldı. Biz isə parlamentdə müxalifətin mövqelərinin gücləndirilməsi üçün növbədənkənar seçkiləri dəstəkləmişik və həmin vaxt bu barədə bəyanatla çıxış etmişik.İqtidar bəyan etməsə də onu övbədənkənar seçkiləri stimullaşdıran əsas faktorlardan biri 19 oktyabrda özünü buraxmışların sifarişlə icazəsiz aksiya keçirməyə cəhd etməsi və bunun təkcə onların yox, həm də bütövlükdə müxalifətin nüfuzuna ciddi zərər vurması olubsa, ikinci səbəb onların xarici dairələrlə işbirliyinin təsirini azaltmaq üçün gözlənilməzlik faktorundan istifadə etmək olmuşdur. Ona görə də, əgər növbədənkənar seçkilərin keçirilməsində qəbahət varsa, onun əsas siyasi və mənəvi məsuliyyətini həmin adamlar daşıyırlar.

- Seçkilərdə bu qədər çox namizədin olmasını nə ilə izah edərdiniz?

- Əsas səbəb güclü çoxpartiyalı sistemin olmamasıdır. Proporsional seçki sisteminin olmaması insanları siyasi partiyalara qoşulmağa həvəsləndirmir. Ona görə də çoxlu sayda siyasətdən uzaq, hətta qonşularının belə tanımadığı insanlar seçki marofonuna qatılıblar. Məsələn, bir həkim başa düşür ki ,onun peşəkar həkim olması üçün 15 il vaxt lazımdır, amma düşünür ki, siyasətlə peşəkar səviyyədə məşğul olmadan da parlamentar olmaq olar. Parlamentdə həyatımızın müxtəlif sahələrində ictimai münasibətləri tənzimləyən minlərlə qanun qəbul olunur, yaxud onlara dəyişiklik edilir. Hansısa sahə üzrə yaxşı mütəxəssis olmaq hələ o sahə üzrə dövlət siyasətindən baş çıxarmaq və ya onu müəyyənləşdirmək bacarığının olması demək deyil. Amma tutaq ki, elədir, bəs digər sahələr üzrə qanunlar, yaxud dövlət əhəmiyyətli qərarlar qəbul ediləndə həmin şəxs nə edəcək? Siyasətlə məşğul olmaq istəyən şəxs əvvəlcə ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etməli, siyasi təcrübə toplamalıdır. Bizdə xalqımızın siyasi inkişaf səviyyəsi onun sosial inkişaf indeksinə uyğun olduğundan Qərb standartlarına cavab vermir. Amma buna görə ruhdan düşmək lazım deyil, cəmiyyət və ona uyğun olaraq da demokratiya inkişaf etdikcə vəziyyət dəyişəcək. Biz tələsmədən və yorulmadan işləməliyik.

- Hər dəfə Milli Məclisə seçkilərdən öncə kimlərin seçiləcəyinə dair siyahılar açıqlanır və o təqribən 99 % doğru olur. Bu barədə nə deyə bilərsiniz?

- Bu bütün dünyada mojaritar seçki sistemləri üçün xarakterik cəhətdir. Seçkilər günündən öncə kimin hansı dairədə favorit olduğu bəlli olur və təsadüfi hallarda istisnalar baş verir.

- Bəzi namizədlərin seçki debatlarından imtina etməsini necə qiymətləndirirsiniz?

- Bu əsasən iki səbəbdən baş verir. Birincisi, namizədin özünə güvənməməsindən, ikinci isə siyasətdən uzaq zəif rəqiblərlə debata çıxıb özünü pis vəziyyətdə qoymaq istəməməsindən. Əgər bir peşəkar boksçu təzə başlayan həvəskar bir boksçu ilə döyüşə çıxarsa bu ona hörmət gətirməz və tamaşaçılar nəinki onun qələbəsini alqışlamaz, əksinə onu fitə basarlar. Debatı kimin təşkil etməsi və tamaşaçıların sayı da rol oynaya bilər.Ümumən TV-lərdə seçki debatlarının keçirilməməsi seçkilərin üzərinə kölgə salmaqla ölkənin imicinə də ziyan vurur. Mövcud vəziyyət iqtidarı narahat etməli və seçki islahatlarına sövq etməlidir. Bu islahatların nəticəsi kimi proporsional seçki sistemi bərpa olunmalı,seçkilərdə bitərəflərin müstəqil iştirakı qadağan edilməli, hər hansı bir partiyanın parlamentdə yerlərin üçdə ikisindən çoxuna sahib olması yasaqlanmalıdır.

- Seçkidə Sizin üçün əsas mövzu nədir?

- Qarabağın işğaldan azad olunması, dövlət quruculuğu və ölkəmizin sosial-iqtisadi inkişafı. Qarabağı azad etmək üçün güclü peşəkar ordumuz, çevik və cəsarətli xarici siyasətimiz olmalıdır. Sosial-iqtisadi inkişaf üçün isə əlverişli investisiya mühiti yaradılmalı, məhkəmələrin tam müstəqilliyinə nail olmaqla qanunun aliliyi təmin edilməlidir. Bunlara nail olmaq üçün isə yeni konstitusiya qəbul edib, parlament idarəçiliyinə keçməliyik. Proporsional seçki sisteminə və parlament iadərəçiliyinə keçid imkan verəcək ki, bir partiya uzun müddət hakimiyyətdə qala bilsin və bu beynəlxalq qıcıq doğurmasın. Dünyada parlament idarəçiliyinə məxsus ölkələrdə bir partiyanın 50 il hakimiyyətdə qaldığı nümunələr var. Yaponiya kimi. Parlament idarəçiliyi çoxpartiyalı sistemin inkişafına yol açacaq. O zaman hökumət parlamentin ciddi nəzarəti altında olacaq, korrupsiyaya qarşı daha effekli mübarizə aparmaq imkanları yaranacaqdır. Bu yolla biz çox da böyük olmayan zaman kəsiyində bu gün həlli mümkünsüz görünən ciddi problemlərimizi çözə və Qərbin inkişaf etmiş ölkələri sırasına qatıla, insanlarımızın firəvan həyatını təmin edə bilərik.

- Qüdrət bəy, sabiq müstəntiq və bir hüquqşünas siyasətçi kimi Nərminin böyük ictimai rezonans doğurmuş ölüm işinin istintaqı barədə nə deyə bilərsiniz?

- Azyaşlı uşağın öldürülməsi böyük faciədir və ona ictimai reaksiya da elə belə olmalıdır. Cinayətinin üstünün gec açılmasına görə hüquq-mühavizə orqanlarının tənqid olunması da çox ədalətlidir. Əsl cinayətkarın tutulub-tutulmaması və istintaqın obyektiv aparılması məsələsinə gəldikdə isə, cinayət işinin istintaqını prokurorluq aparır. Bundan sonra məhkəmə istintaqı olacaq. Mən özüm də çalışacam ki, imkan olsa mütləq məhkəmədə iştirak edim. Hazırda bir çox hakim ədalətli və müstəqil qərarlar qəbul edir. Tam əminəm ki, Prezidentin də nəzarətində olan bu iş üzrə heç kim saxtakarlıq edib o körpə uşağın qanını batıra bilməz.
Amma çox təəssüf ki, bəziləri bu hadisədən istifadə edib başqa məqsədlər naminə polisin gözdən salınması istiqamətində total bir kompaniya aparır.
Problemlərə baxmayaraq, biz kriminogen durumun sabitliyinə, ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasına görə polisə minnətdar olmalıyıq. Əgər ölkədə sabitlik olmasa nə inkişafdan, nə islahatlardan, nə də insan hüquqlarından söhbət belə gedə bilməz. İki gün öncə efirdən yersiz gülüşləri ilə diqqət çəkən birisi öz “YouTube” kanalında Nərminin ölümündən danışır və ABŞ-ı misal çəkirdi ki, bu ölkədə oxşar vəziyyətlərdə polis nə edir,cinayətkarlığa qarşı mübarizə belə təşkil olunub və s. Amma gözəl bir deyim var: Hər şey müqayisədə daha aydın görünür. Məsələn ABŞ-da orta hesabla hər il 113 min 108 adama odlu silahdan atəş açılır və onun 36 min 383 nəfəri ölür. Bunun 1488-i uşaq və yeniyetmədir. Kimsə deyə bilər ki, ABŞ-ın əhalisi çoxdur. Onda gəlin əhalisinin sayı təqribən Baki əhalisi (2,7 milyon )qədər olan Çikaqo şəhərinə diqqət yetirək. 2019-cu ildə bu şəhərdə 492 nəfər odlu silahla qətlə yetirilib. Məhz ABŞ-da mövcud olan siyasi korrupsiya,yəni ABŞ Milli Silah Assosasiyasının konqresmenlərin seçki hesabına ödədiyi pullar, silahlara nəzarət haqqında effektli qanunun qəbuluna imkan vermir. Bakıya gəldikdə isə, bu barədə ictimaiyyətə dəqiq statistik məlumat verilməsə də DİN-in internet səhifəsində Azərbaycan üzrə 2019-cu ilin birinci yarısının statistik məlumatları yerləşdirilib və qeyd olunur ki, həmin dövrdə 131 qəsdən adam öldürmə və ona cəhd qeydə alınıb. Onun da 46-sı ailə məişət zəminində baş verib. Düşünürəm ki, bu müqayisəyə diqqət yetirəndən sonra bizə yalnız öz polisimizə təşəkkür etmək qalır.

Seçicilər Eldar Quliyevə etimad göstərmirlər - Namizədliyi qeydə alınmayan gənc
Bu gün 28 saylı Sabunçu III Seçki Dairəsindən namizədliyini irəli sürmək istəyən Nəzərbəy Hacıağayevin şikayətinə MSK-nın iclasında baxıldı. Bu barədə Nəzərbəy Hacıağayev özü açıqlama verdi. O qeyd edib ki, Məzahir Pənahov namizədliyin qeydə alınması üçün əlindən gələni əsirgəmədi. Ancaq DSK-nın saxtakar üzvlərinin təkidi ilə imza vərəqələrinə qeyd etdiyim 11.01.2020-ci il tarixi DSK-a tərəfinfən aktlaşdırılmışdı. Mən qanundan kənar bir tələb irəli sürmədim.

Qeyd edim ki, qanun tələbi nədirsə ona əməl etmək lazımdır. Ancaq fürsət istifadə edib DSK-nın namizədlərə yaratdığı əngəldən danışdım. Eldar Quliyev öz əməlinə görə peşman olmayacaq. Çünki bu prosesin baş verməsi üçün insanda daxili bir vicdan sistemi olmalıdır. Eldar Quliyevin belə etməsinin əsas səbəbi isə sadə idi. Onun "Gənclərə Maştağada uşaq gözü ilə baxılır" açıqlamasına mən yerindəcə cavab verdim. Şükür Allaha imza vərəqlərinin sürəti hələ də məndədir. Orda çox yaşlı insanların imzası olduğu kimi mənə verdikləri xeyir dualar Eldar müəllimin səhf etdyinin bariz nümunəsi idi. İnsanlar bu şəxsi millət vəkili kimi tanımadıqları qədər, etimad göstərmirdi.

Ancaq o ərazidə böyük xalq sevgisi olan məni uzaqlaşdırmaqla saxta qələbəsini bir qədər də inandırıcı göstərmək üçün idi. Vətən sağ olsun! Cənab Prezident İlham Əliyevin canı sağ olsun. Bizim dövlətimizə, vətənimizə və Prezidentimiz İlham Əliyevə sevgimiz qarşılıqsızdır. Bu sevginin qarşılığında heç bir maddi gözlənti yoxdur. Hazırki millət vəkili Eldar Quliyev kimi, Sabunçu Rayonu İcra Hakimiyyətinin başçısı Adil Vəliyev kimi, və onların sözü ilə oturub duran Hacıbala Babayev və Nürəddin Rəhimov kimi bürokratlar cənab Prezidentə olan inanımızın və sevgimizin itməsinə səbəb ola bilməz. Bu gün bu saxtakarların cənab Prezidentin islahatlarına zərbə vuraraq "kreslo"lara gəlməsi və ya orda qalması prosesi çox uzun sürməyəcək.

Bəylər, az qalıb islahatlar dönəmində hamınız tarixin unudulan yaddaşına qovuşacaqsız.
MSK DSK-nın qərarını ləğv edib
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 21 saylı Nəsimi birinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Həsənov Rəşid Cəmşid oğlunun müraciətinə baxılıb.

Avrasiya.net-in məlumatına görə, bu barədə MSK-nın üzvü İlkin Şahbazov məlumat verib.

İ.Şahbazov bildirib ki, H. Rəşid Cəmşid oğlunun namizədliyinin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyasının qərarı əsassızdır.

İ.Şahbazov deyib ki, araşdırma nəticəsində namizədliyini irəli sürmüş şəxsə məxsus olduğu iddia edilən avtomobilin sadəcə, onun istifadəsində olduğu sənədlərlə təsdiq olunub.

MSK DSK-nın qərarını ləğv edib və H. Rəşidin deputatlığa namizədliyi qeydə alınıb.
Azərbaycanlı jurnalist vəfat etdiAzərbaycanlı jurnalist Aynur Mirhəsən (Təhməzova) 44 yaşında vəfat edib.

Report xəbər verir ki, o, Türkiyədə müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib.

Qeyd edək ki, Aynur Mirhəsən qan xərçəngi xəstəliyindən əziyyət çəkirdi. Son günlər isə səhhəti ağırlaşıb. Kimyaterapiyadan sonra ağciyərləri fəaliyyətini dayandırıb.

Mərhumun cənazəsi bu gecə Azərbaycana gətiriləcək və o, Bakıda dəfn olunacaq.

Qeyd edək ki, A.Mirhəsən 1976-cı ilin yanvarın 27-də Bakıda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərində, “Medifaorum”, “Ann.az” saytlarında işləyib. “Mediaforum” saytında layihə rəhbəri olub. Son illərdə Türkiyədə yaşayırdı.

Allah rəhmət eləsin!
Kəlbəcər rayon İcra Hakimiyyəti yazılanları təkzib etdi - RəsmiParlamentə növbədənkənar seçkilərin ilk təbliğat, təşviqat günündə bəzi dairələrin zəif namizədləri güclü namizədlərə qarşı qarayaxma kampaniyasına başlayıb. Bununla da onları seçicilərinin gözündən salmağı düşünsələr də, sosial şəbəkələr vasitəsilə yaydıqları məlumatların üstü açıldıqdan sonra rüsvay olublar.

Belə qarayaxma kampaniyalardan biri 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd olan Aqil Məmmədova qarşı aparılıb.

Belə ki, Dalidağ.az saytında kəlbəcərli məcburi köçkün Gülxanım Kərimovun Mingəçevirdə yataqxanada müvəqqəti məskunlaşdığı otağın yanmasından sonra edilən şikayət vəmüraciətlərə baxmayaraq Kəlbəcər rayon İcra Hakimiyyəti və hazırda məskunlaşdığı Mingəçevir şəhər İcra Hakimiyyətinə tərəfindən zərərçəkənə heç bir yardımın göstərilməməsi məlumatı ictimailəşdirilib.

O da vurğulanıb ki, 123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə deputatlığa namizəd Əziz Qənbərov baş vermiş hadisə ilə əlaqədar xanımı ziyarət edib. Qohumunun evində sığınacaq tapmış məcburi köçkün vəziyyətinin ağır olduğunu, küçələrdə qaldığını və şikayətinə baxılmadığını bildirib. Məsələ ilə yaxından tanış olan vəkil hadisəni ictimailəşdirib. Bundan sonra, G. Kərimovanın evi təmir olunub. Ancaq buna baxmayaraq o hələ də küçələrdədi. Ev heç bir əşya ilə təmin olunmayıb, yaşamaq üçün yararsızdı.

Lakin Kəlbəcər rayon İcra Hakimiyyətinin yaydığı rəsmi məlumatda yazılanların heç bir həqiqətə uyğun olmadığı və hadisə baş verəndən sonra İcra Hakimiyyətinin rəsmisinin zərərçəkən Gülxanım Kərimova ilə görüşdüyü, ona maddi yardımın göstərildiyi, eyniu zamanda "Qaçqınkom" qarşısında məsələ qaldırıldığı və tez bir zamanda mənzilin təmir olunduğu qeyd olunub.

Belə bir əsassız və dəqiqləşdirməmiş məlumatın yayılması heç də Əziz Qənbərovun zərərçəkənə humanistliyindən yox, həmin dairədən YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülən və kəlbəcərlilər tərəfindən dəstəklənən Aqil Məmmədovun nüfuzuna xələl gətirilməsi cəhdində işarədir.
O da vurğulanıb ki, bundan sonra dəqiqləşdirilmədən belə xəbərlər ictimailəşdirilərsə, o zaman hüquq mühafizə orqanlarına müraciət olunacaq.
Kəlbəcər rayon İcra Hakimiyyəti yazılanları təkzib etdi - Rəsmi