Bir ailənin iki üzvü dəm qazından boğuldu
Abşeron rayonunda bir ailənin iki üzvü dəm qazından boğulub.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Saray qəsəbəsində baş verib. Qəsəbənin H. Arif küçəsində yaşayan bir ailənin 2 üzvü hamamda dəm qazından zəhərlənərək ölüb. Ailə üzvləri ər və arvadın meyitini hamamda aşkarlayıb.

Faktla bağlı araşdırma aparılır.
“Qızım itən vaxt İlkinlə 3-4 dəfə rastlaşmışıq, soruşurdu ki...” - Nərminin atası - Video"Tovuzun Dondar Quşçu kəndindən qayıdıram. Həm Nərmingilin ailəsində oldum, həm də həbs edilən İlkin Süleymanovun bacısıyla görüşüb söhbət etdim".

Bu sözləri "Azadlıq" radiosunun reportyoru Ramin Deko Tovuzda baş vermiş məlum faciə ilə bağlı qeydində yazıb.

O, vurğulayıb: "Nərminin valideynləri açıqlama vermək istəmirdilər. Öncə mənə "bizə deyiblər, danışmayın, iş gedir”, - dedilər, amma durumu izah etdim, razı sala bildim. Atası Şərif Quliyev İlkinlə bir sinifdə oxuyub. İndiyə qədər onunla problemi olmadığını dedi. Onu da bildirdi ki, olay olana qədər İlkin haqqında pis heç nə eşitməyiblər. Nərminin ailəsinin bir tək istəyi var: qətli törədən layiqli cəza alsın. Hüquq-mühafizə orqanlarına inandıqlarını bildirdilər. İş prezident tərəfindən nəzarətə götürüldüyü üçün polis kimsəni yalandan həbs etməz deyə, hadisəni İlkinin törətdiyinə əmindirlər.

İlkinin bacısı İlhamə Süleymanova ittihamları rədd edir, qardaşının günahı olmadığını söyləyir. Deyir ki, bir insanı soyuq otaqda 40 gündən ac saxlamaq mümkün deyil. Üstəlik, dəfələrlə o otaqda olublar, məhsul götürüb bazara satmağa aparıblar və orada kimsəni görməyiblər".

İlhamə xanım deyir, qardaşı Nərmin itkin düşən gün bacısıgilə gedib:

"Adam oğurlayan bir uşağı otaqda qoyub harasa gedər? Mən üç aydı İlkinlə bir otaqda qalıram, onun heç bir şübhəli addımı olmayıb. Bu 40 gün içində biz niyə bir dəfə şübhələnmədik? Dəfələrlə yuxarıdakı evə qalxmışıq, qapılar da qıfıllı deyil. Necə oldu adamı görmədik?”

İlkingilin evinin qarşısında polis postu var. Gəlib-gedənlərə nəzarət edirlər. Ailə qorxu içindədir və təhdid olunduqlarını deyirlər. Məsələ çox böyükdür".


Yenisabah.az
Məşhur həkim: "Səhər yeməyi qadağan edilməlidir"Dünyaca məşhur həkim Mehmet Öz səhər yeməyinin günün ən vacib komponenti olması haqqında iddiaları rədd edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekspert səhər yeməyinin lazım olmadığını deyib, hətta qadağan edilməsi təklifi ilə də çıxış edib:

“Düşünürəm ki, 2020-ci ildə səhər yeməyi qadağan edilməlidir. Onun bu qədər məşhur olması əslində reklamın nəticəsidir. Təəssüf ki, on illərdir bu mövzuda irəli sürülən bir çox fikirlər həqiqətə əsaslanmır.

Səhər yeməyinin əvəzinə hər gün lanç etmək daha faydalıdır. Gecələr qızartma kimi yüksək karbohidratlı qidalar səhərlər aclıq hissinə təsir edir. Həmin yeməklər bədənin insulinə qarşı müqavimətini aşağı saldığı üçün ertəsi gün güclü aclıq hissi ilə oyanırsınız”.

Mehmet Öz “Səhər yeməyindən imtina etmək lazımdırmı” sualına isə belə cavab verib: “Səhərlər yemək lazımdır, ancaq vaxt baxımdan bir az sonraya salın”.

ATƏT-in Seçki Müşahidə Missiyasının təmsilçisi Mətbuat Şurasında olub  Bu gün ATƏT-in Azərbaycanda Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalinina Mətbuat Şurasında olub.

Avrasiya.net xəbər verir ki, qonağı salamlayan MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun missiyasından söz açıb. Şuranın seçki dövrlərindəki iş prinsipləri barədə məlumat verən Ə.Amaşov bir neçə istiqaməti fərqləndirib. Bunlardan birincisi, ölkənin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin seçki ilə bağlı materiallarının monitorinqidir. İkinci istiqamət seçki günü jurnalistlərin peşə vəzifələrini sərbəst yerinə yetirmələri üçün imkanın yaradılmasına çalışmaqdır. Bunun üçün fevralın 9-da Şurada «qaynar xətt» yaradılacaq və jurnalistlər hər hansı maneə ilə üzləşəcəkləri halda ora məlumat verə biləcəklər. Daha bir istiqamət isə MŞ-nin İdarə Heyətinin üzvlərinin müxtəlif dairə və məntəqələrdə apardıqları müşahidələrdir. Onlar da öz növbələrində yerlərdə jurnalistlərə yaradılmış şəraitlə tanış olacaqlar.

ATƏT-in Azərbaycanda Seçki Müşahidə Missiyasının təmsilçisi K.Kalinina missiyanın görəcəyi işlər barədə məlumat verib. Bununla bağlı MŞ ilə əməkdaşlığın əhəmiyyətindən söz açıb.

MŞ sədrinin müavinləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin də qatıldıqları görüşdə həmçinin Azərbaycanda söz və ifadə azadlığı ilə bağlı məsələlər, medianın durumu ətrafında müzakirə aparılıb.
ATƏT-in Seçki Müşahidə Missiyasının təmsilçisi Mətbuat Şurasında olub
Vilayət Eyvazov Bakı yol polisinə yeni rəis TƏYİN ETDİBakı Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.

BakuPost xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu posta Rəşad Piriyev gətirilib.

BDYP-nın rəisi Nuşirəvan Səfərov işdən azad olunandan sonra rəis vəzifəsini R.Piriyev icra edirdi. Bu gün isə onun vəzifəsi rəsmiləşdirilib.

Yeni rəis bu təyinata qədər İdarənin rəis müavini işləyib. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.

Rəşad Piriyev Qarabağ döyüşlərinin fəal iştirakçısı olub, qazidir.
Rusiya hökuməti istefaya getdiRusiya hökuməti tam tərkibdə istefaya gedib.

RİA Novosti xəbər verir ki, bu barədə Baş nazir Dmitri Medvedev deyib.

“Prezident Vladimir Putinin bu gün Federal Məclisə müraciətindən sonra hökumət tam tərkibdə istefaya gedir”, - Medvedev əlavə edib.

Prezident Vladimir Putin isə hər şeyin yolunda getməsinə baxmayaraq, birlikdə çalışdıqlarına görə hökumət üzvlərinə təşəkkür edib. Rusiya lideri yaxın vaxtlarda Nazirlər Kabinetinin hər bir üzvü ilə görüşəcəyini söyləyib. Hələlik isə onların hər birindən vəzifə səlahiyyətlərini tam şəkildə yerinə yetirmələrini xahiş edib.
YAP üzvünün namizədliyi qeydə alınmadıYeni Azərbaycan Partiyasının (YAP) üzvünün namizədliyi qeydə alınmayıb.

Report xəbər verir ki, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən namizədliyi qeydə alınmayan Topçuyev Azər Yusif oğlu MSK-ya müraciət edib.

Onun müraciəti haqqında Mərkəzi Seçki Komissiyasnının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Tofiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, A.Topçuyev müraciətində qeyd edib ki, dairə seçki komissiyasına inanmır və ona görə də sənədlərini təqdim etməyib:

“O bildirib ki, sənədlərini valideynlərinin iştiarkı ilə DSK-ya təqdim etmək istəyir. Lakin valideynləri gəlsə də yenə də sənədlərini təqdim etməyib. Belə olan halda isə onun namizədliyi qeydə alınmayıb. Amma o, sonradan MSK-ya namizədliyinin qeydə alınmaması barədə şikayət edib. MSK həmin şikayəti araşdırıb”.

Məsələ MSK-nın iclasında müzakirə olunub və DSK-nın qərarı qüvvədə saxlanılıb. Beləliklə, namizədliyi öz təşəbbüsü ilə irəli sürülən YAP üzvü Topçuyev Azər Yusif oğlu 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisə seçkilərdə namizədliyi qeydə alınmayıb.
“Kanal 32”dən “Azərişıq” ASC-nin açqılamasına TUTARLI CAVAB
“Azərişıq” ASC-nin yanvarın 10-da yaydığı rəsmi məlumat sadəcə bir şəxsin müdafiəsinə yönəlmiş addımdır.

“Azərişıq” ASC-nin rəhbəri hörmətli Vüqar Əhmədovun Mingəçevirdəki Yeni köçkün qəsəbəsindən aparılmış 750 KVA-lıq dizel genratoru ilə bağlı yaranmış qalmaqalı ədalətli və hüquqi müstəvidə araşdırması mövcud problemə aydılıq gətirə bilər.

7 yanvar 2020-ci il tarixdə saytımızda “Rəisin əməllərinə görə “Azərişıq”rəhbərinə müraciət olundu” başlıqlı yazı ictimaiyyətə təqdim olunub.Fakta söykənən fotoların və videonun yer aldığı yazıda qeyd olunub ki,Mingəçevir şəhərindəki Yeni köçkün qəsəbəsindəki 144 min 904 manat dəyərində olan 750 KVA-lıq dizel genratoru “Azərişıq”ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Saleh Abdullayev göstərişi və bilavastə iştirakı ilə məlum olmayan səbəblərdən götürülüb.Hətta yazıda bir sıra dövlət üçün əhəmiyyət kəsb edən məqamlara da toxunulub.

Lakin nə həmin gün,nə də sonrakı gündə “Azərişıq” ASC-dən,o cümlədən Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsindən hüeç bir açıqlama və reaksiya gəlməyib.Nədənsə Saleh Abdullayevin Bakı səfərindən sonra yanvarın 10-da “Azərişıq” ASC məlumat yaydı ki,bəs“Yeni Köçkün” qəsəbəsindəki generatoru ələ keçirməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil və qərəzli xarakter daşıyır.Əraziyə 110/35/6 kv-luq “Mingəçevir” yarımstansiyasından 2 dövrəli hava kabel xətti çəkildiyindən, habelə elektrik enerjisinin verilişində heç bir problem olmadığı üçün generatordan istifadəyə ehtiyac yaranmayıb və bu səbəbdən generatordan biri ərazidən götürülüb.Hətta,addıçəkilən qurum bir qədər də irəli gedərək bildirdi ki,guya bizim yaydığımız bu kimi xəbərlər “Azərişıq” ASC-nin işguzar nüfuzuna kölgə salır və xahiş olunur ki,müvafiq dəqiqləşmələr aparılsın.

Redaksiyası olaraq bəzi məqamlara aydınlıq gətirmək üçün “Azərişıq” ASC-nin rəhbərinə müraciət ünvanlamağı qərara aldıq:

Azərişıq” ASC-nin sədri hörmətli Vüqar Əhmədov!

Sizin rəhbərlik etdiyiniz qurumun yaydığı informasiyaya cavab olaraq bildiririk ki,biz “Kanal32″İnformasiya Agentliyi (kanal32.az) kimi hər ay “Azərişıq” ASC-nin müsbət fəaliyyəti ilə bağlı yazılar dərc etmişik.Bir çox media qurumlarından fərqli olaraq biz bunu qarşılıqsız,təmənnasız etmişik və bir media qurumu olaraq özümüzün peşə borcumuz kimi qiymətləndiririk.Bundan sonrakı fəaliyyətimiz dönəmində də “Azərişıq” ASC-nin,eyni zamanda digər qurumların respublikamızın sürətli inkişafı naminə atdığı bütün addımları,gördüyü işləri cəmiyyətimizə təqdim edəcəyik.Ancaq hesab edirik ki,bizim 7 yanvar 2020-ci il tarixdə saytımızda “Rəisin əməllərinə görə “Azərişıq”rəhbərinə müraciət olundu” başlıqlı yazı sizin qurumun müvafiq əməkdaşları tərəfindən yaxşı oxunmayıb və düzgün təhlil edilməyib.Əgər yazı obyektiv şəkildə araşıdırılsaydı,yəqin ki,fərdin müdafiəsinə yönəlmiş,arqumentsiz və ümumi cümlələrdən ibarət açqlama yayılmazdı.

Diqqətinizə çatdıraq ki,həmin yazıda “Azərişıq” ASC-nin bir qurum olaraq fəaliyyətinə toxunulmayıb və qurumun işgüzar nüfuzuna toxunan bir cümlə belə işlədilməyib.O zaman sual yaranır:Balababa Rzayevin vəzifəyə təyin etdiyi və “özünəmxsus iş fəaliyyəti” ilə həqiqi mənada Mingəçevirdə ad çıxarmış RETSİ-nin rəisi Saleh Abdullayev fərd olaraq “Azərişıq” ASC-nin işgüzar nüfuzu üçün meyar ola bilərmi?

Hörmətli Vüqar müəllim!

İcazənizlə Sizə cavablandırılması və araşdırılması vacib olan bir neçə sual ünavanlamaq istəyirik.

-Niyə Sizin qurumun səlahiyyətli əməkdaşları yazıda təqdim olunan aktın saxta yox,həqiqi rəsmi sənəd olduğunu araşdırmayıb?

-Köçüknlərə təqdim olunan aktda əksini tapan fikirlər həmin genetarorun oradan götürülməsi üçün əsas hesab edilə bilərmi?

-Əgər həmin akt həqiqi rəsmi sənəd idisə,niyə onun orjinal versiyası etiraz edən məcburi köçkünlərə nümayiş olunmadı?

-Niyə yazıda yer almış videogörüntü əməkdaşlarınız tərəfindən incələnmədi?

-Generatorların aktda əks olnunan qiymətlərində niyə ziddiyyət var?

-Nəyə görə qəsəbədə yaşayan məcburi köçkünlərə dövlət əmlakı olan ehtiyat generatorun ərazidən götürülməsinə üç dəfə cəhd edilib və götürülməsinin vacibliyini təsdiq edən rəsmi açqlama verilməyib?

-“Azərişıq” ASC aktdakı imzaların düzgünlüyünü və ya skan versiya olduğunu araşdıracaqmı?

Hörmətli Vüqar müəllim!

Bir media qurumu olaraq təəssüflə bildirik ki,son bir ildə Sizin rəhbərliyiniz altında öz yüksək iş əmsalı ilə diqqət çəkən,Cənab prezidentin qarşıya qoyduğu vəzifələri layiqincə icra edən “Azərişıq” ASC-nin bəzi əməkdaşları tərəfindən yayılmış məlumat məqalədə əksini tapmış fikirlərlə uyğunluq təşkil etmir.Hesab edirik ki,yazı düzgün təhlil edilməyib,yer alan faktlar obyektiv araşıdırılmayıb,açqılanan məlumat fərdin müdafiəsinə yönəlmiş,arqumentsiz cümlələrdən ibarətdir və əslində Sizin peşəkarlıqla idarə etdiyiniz qurumun imicinə xələl gətirir.

Bütün bunlara baxmayaraq ki,dövlətimizin,dövlətçiliyimizin və respublikamızın inkişafı naminə atılan addımlara dəstək olmaq üçün gördüyünüz işləri və mövqeyinizi işqılandırmağa hazırıq.



“Kanal32” İnformasiya Agentliyi

Əlaqə vasitələri:+994-70-225-58-52 ; +994-70-232-78-32

Elektron poçt:[email protected]