İranda şok: tələbələr etiraza qalxdı, Süleymaninin şəklini cırdı
İranda yüzlərlə tələbənin iştirakı ilə etiraz aksiyası keçirilib.

Axar.az xəbər verir ki, Tehranın Əmir Kabir adına Universitetin binası önünə yığışan minə yaxın tələbə mitinqdə Ukrayna təyyarəsini vuranların cəzalandırılmasını və ədalət məhkəməsi qarşısına çıxarılmasını tələb ediblər.

Əvvəlcə sakit başlayan mitinq daha sonra radikal şüarların səslənməsi ilə davam edib. Aksiyaçılar nümayişkaranə surətdə 3 yanvarda ABŞ zərbələri nəticəsində ölən SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymaninin portretini cırıblar.

Polisin müdaxiləsi ilə aksiya dağıdılıb.
Ukrayna İrana qarşı cinayət işi açdı
Ukrayna Baş Prokurorluğu Tehranda raketlə vurulan sərnişin təyyarəsi ilə bağlı qaldırdığı cinayət işinin mahiyyətinin dəyişdirilməsinə qərar verib.

Axar.az xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun yaydığı məlumatda cinayət işinin bundan sonra “iki və daha çox şəxsin qəsdən öldürülməsi və təyyarənin məhv edilməsi” ittihamı ilə araşdırılacağı qeyd edilib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Baş Prokurorluğu sərnişin təyyarəsinin İranda qəzaya uğraması ilə bağlı “insanların ölümünə səbəb olan təhlükəsizlik qaydaları və hava nəqliyyatının fəaliyyətinin pozulması” maddəsi ilə cinayət işi qaldırmışdı.

Ötən gün isə İran səhvən təyyarəni vurduğunu etiraf edib.
Trampdan İrandakı etirazçılara farsca dəstək - Foto
ABŞ Prezidenti Donald Tramp İranda baş verən etiraz aksiyalarına münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, o, tvitter hesabında etirazçılara fars dilində dəstək verib.

“Uzun müddətdir əziyyət çəkən, amma cəsur iranlılar: Prezident olduğum gündən sizinləyəm və mənim administrasiyam sizinlə birlikdə olmağa davam edəcək. Etirazınızı çox diqqətlə izləyirik və cəsarətinizdən ilham alırıq”, - deyə, Tramp qeyd edib.



Trampın fikrincə, İran hakimiyyəti “insan haqları qruplarına ölkədəki etirazları yerində izləməyə və məlumatlar çatdırmağa imkan verməlidir”: “Nə internetin kəsilməsi, nə də dinc nümayişçilərə qarşı növbəti qırğın baş verə bilməz. Dünya seyr edir”.
Hövsanda Pakistan vətəndaşı azərbaycanlı arvadını bıçaqlayıb
Bakıda bıçaqlanma hadisəsi baş verib.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü İmran Fəxrəndə Şamil qızı Pakistan vətəndaşı olan həyat yoldaşı tərəfindən qısqanclıq zəminində bıçaqlanıb.

Yaralı hadisə yerinə gələn təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. 35 yaşlı qadın əməliyyat olunub, vəziyyəti ağırdır.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.