Səfirliyin Təhlükəsizlik Xidmətinin rəisi Tahir Kərimliyə rəqib oldu
87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə qeydə alınan deputatlığa namizədlərdən biri səfirlik əməkdaşıdır.

Oxu.Az-ın məlumatına görə, həmin şəxs Çingiz Məmmədovdur.

Ç.Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyində çalışır.

O, səfirliyin Təhlükəsizlik Xidmətinin rəisidir.

Ç.Məmmədov ixtisasca hüquqşünasdır. Eyni dairədən beşinci çağırış Milli Məclisin deputatı Tahir Kərimli də deputatlığa namizəddir.

Qeyd edək ki, bu ilin fevralın 9-da Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
Vanqanın 2020-ci ilə dair dəhşətli proqnozları: Putinə sui-qəsd ediləcək, Tramp ağır xəstəliyə tutulacaq...
1911-ci ildə Makedoniyada anadan olan və 16 yaşında ildırım vurması nəticəsində görmə qabiliyyətini itirən Vanqa dünyanın ən məşhur öncəgörücülərindən biri olub.

Tarixin ən böyük öncəgörücülərindən olan Vanqanın 2020-ci illə bağlı proqnozları qorxuncdur. Bu günə qədər verdiyi bir çox proqnozları doğru çıxan öncəgörücünün bu illə bağlı proqnozları da olduqca maraqlıdır.

Bu proqnozlara görə, Rusiya prezidenti Vladimir Putin sui-qəsdə məruz qalacaq. ABŞ lideri Tramp isə ağır xəstəliyə tutulacaq.

Məlumdur ki, Vanqa 11 sentyabr hücumları, İŞİD-in qurulması və Brexit prosesi kimi bir çox hadisələrdən öz proqnozlarında bəhs etmişdi.

Putinə sui-qəsd ediləcək, Tramp xəstəlikdən öləcək

Vanqanın proqnozlarına görə, Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdi olacaq. Üstəlik bu sui-qəsd Putinin təhlükəsizliyindən məsul olan şəxs tərəfindən həyata keçiriləcək. Vanqa sui-qəsdin uğurlu alınıb-alınmayacağı ilə bağlı heç bir fikir bildirməyib.

Vanqanın bir başqa proqnozuna görə isə ABŞ prezidenti Tramp bu günə qədər sirri bilinməyən bir xəstəliyə tutulacaq və eşitmə qabiliyyətini itirəcək. ABŞ prezidentinin beynində bəzi əsas funksiyalarla bağlı problemlər də yaranacaq.

2020-ci il Avropa Birliyinin dağıldığı il olacaq. Üstəlik, Avropa iqtisadiyyatı tamamilə çökəcək.

Qatarlar Günəş işığı ilə hərəkət etməyə başlayacaq. Neft dəyərdən düşəcək və dünya az da olsa, hüzura qovuşacaq.

Vanqanın proqnozlarının ilk dördlüyündə yer alan məlumatlara aşağıdakılar daxildir:

'Böyük və güclü bir əjdaha bəşəriyyətin başında öturacaq. Üç nəhəng ölkə birləşərək dünyanı idarə edəcək. Əllərində qırmızı sikkə olan insanlar olacaq. Bundan əlavə, çoxlu sayda sıfırlı ədədlər insanlığı idarə edəcək. '

Şərhçilər bu sətirləri “Çin yeni dünya nəhəngi olacaq”, - deyə şərh edirlər. Səbəb Çinin simvolunun əjdaha olmasıdır. Proqnozda adı keçən 3 nəhəng ölkə - Rusiya, Hindistan və Çindir. “Qırmızı sikkələr”in də mənası var. Belə ki, bu söz bizə Çinin 100 yuanındakı qırmızı əskinasları və Rusiyanın 5000 rublunu xatırladır.

III Dünya Müharibəsi ilə bağlı Vanqanın proqnozları nələrdir?

Ötən həftə Pentaqon, Bağdad Beynəlxalq Hava Limanında İran Qüds Qüvvələri komandiri Qasim Süleymaninin və Haşd əl-Şabi komandiri Əbu Mehdi əl-Mühəndisin öldürüldüyünü açıqlayıb.

Bununla da İran və Amerikanın yanvar ayının ilk günlərində qarşı-qarşıya gəlməsi sosial mediada Üçüncü Dünya Müharibəsi müzakirələrinə səbəb olub.

Qeyd edək ki, Vanqa bundan öncə də Suriyadakı bəzi hadisələrdən sonra supergüclər arasında nüvə müharibəsi baş verəcəyini və nəticələrinin ABŞ prezidentinin məhvinə gətirib çıxaracağını proqnozlaşdırmışdı.

Bundan əlavə, Vanqa Şimali Koreyanın dünyaya təhdid olduğunu və gün keçdikcə daha da böyüyəcəyini də bildirmişdi.

Musavat.com

Vanqanın başqa bir proqozu isə bəzi Orta Şərq ölkələrinin 2040-cı illərə qədər Avropaya birbaşa nüvə hücumu edə biləcəyidir. Bir sözlə, öncəgörücü mümkün olan Üçüncü Dünya Müharibəsini gördüyünü açıq bir tərzdə öz proqnozlarında izah edib.

Toğrul İsmayıl,
Musavat.com
Cəlilabadda bir neçə nəfər qadını döydü
Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Qarazəncir kəndində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Cəfərova Günel Şahverən qızı döyülüb. Zərərçəkənə müvafiq tibbi yardım göstərilib.

Qadının dediyinə görə onu tanıdığı şəxslər döyüb.

Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda nişanlısından ayrılan gənc canlı yayımda özünü asdıÖtən gecə sosial şəbəkədə açılan canlı yayım zamanı gənc oğlan özünü asıb.

Publika.az xəbər verir ki, Xəyal adlı gənc nişanlısından ayrıldığı və bu ayrılığa dözə bilmədiyini bildirərək canlı efir zamanı intihar edib. Dostları sosial şəbəkə vasitəsilə onu bu əməldən çəkinməyə çağırsalar da 26 yaşlı Xəyal canlı efirdə həyatına qəsd edib. Onun sağ qalması və ya dünyasını dəyişməsi barədə, hadisənin konkret hansı ünvanda baş verməsi haqda dəqiq məlumat yoxdur.

Qeyd edək ki, bu gün səhər intihar videosu Xəyalın səhifəsindən silinib, dostları onun sağ qalmasını və videonu özünün sildiyini təxmin ediblər.
İrana bağlı Kərbala Briqadasının komandiri öldürüldüÖtən gün yanvarın 11-də İraqda İrana bağlı şiə qruplaşmalarından birinin lideri, görkəmli komandir Taleb Abbas Əli əl-Səidi öldürülüb.

Virtualaz.org “Daily Mail” nəşrinə istinadən bildirir ki, İraq şiələrinin Xalq Səfərbərlik Qüvvələrinin lideri olan Taleb Abbas Əli əl-Səidi Bağdaddan 90 kilometr məsafədəki Kərbala şəhərində naməlum silahlıların həyata keçiriyi əməliyyat nəticəsində öldürülüb, lakin əməliyyatın təfərrüatları barədə məlumat yoxdur.

Taleb Abbas Əli əl-Səidi Xalq Səfərbərlik Qüvvələrinə bağlı Kərbala Briqadasının komandiri idi. Bu silahlı qruplaşma İraqda ABŞ qüvvələrinə qarşı tez-te hücumlar təşkil edir.

Birləşmiş Ştatların Yaxın Şərqdə əməliyyatlara rəhbərlik edən Mərkəz komandanlığı Kərbala şəhərindəki silahlı əməliyyat barədə şərh verməyib.

Taleb Abbas Əli əl-Səidinin öldürülməsi ABŞ ordusu tərəfindən İranın İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandiri, general Qasım Süleymaninin və briqadanın biri general olmaqla daha 4 zabitinin, o cümlədən İraqdakı "Həşdi Şabi" qruplaşmasının komandir müavini Əbu Mehdi əl-Mühəndisin öldürülməsi əməliyyatından bir neçə gün sonraya təsadüf edir. Həmin əməliyyat yanvarın 3-də Bağdad aeroportu yaxınlığında keçirilib. İran yanvarın 8-də qisas olaraq ABŞ-ın İraqdakı aviabazalarına raket zərbələri endirib.



İraqdakı yaxşı silahlanmış "Xalq Səfərbərlik Qüvvələri" İranın "Əl-Qüds" qüvvələri tərəfindən dəstəklənir.
Vilayət Eyvazov "Bandotdel"in rəis müavinini işdən çıxardı
Daxili işlər orqanlarında kadr dəyişikliyi həyata keçirilib.

BakuPost-un məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Teyyub Müseyibovu tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.

Polkovnik yaş senzi ilə əlaqədar təqaüdə göndərilib.

T. Müseyibov bu vəzifəyə 2014-cü ildə təyin olunub.
Ona qədər isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məxfi şöbənin rəisi vəzifəsində çalışıb
Türk generaldan şok: İran təyyarəni səhvən vurmayıb!
Raketlə vurulan təyyarədə ola bilsin ki, İranın ölməsini istədiyi biriləri olub.

Axar.az xəbər verir ki, bu iddia ilə Türkiyənin ehtiyatda olan general-leytenantı Orxan Kösə çıxış edib.

İranın səhvən raket zərbəsi ilə sərnişin təyyarəsini vurması barədə bəyanatını şərh edən Kösə bunun inandırıcı olmadığını vurğulayıb:

"Səs sürətilə gələn bir raketlə yeni havaya qalxdığı üçün maksimum 200 millə hərəkət edən sərnişin təyyarəsini qarışdırmaq mümkün deyil. Görəsən, o təyyarədə İranın ölməsini istədiyi kimlərsə var idimi?.."

Qeyd edək ki, Ukraynaya məxsus sərnişin təyyarəsinin Tehran yaxınlığında 8 yanvarda raketlə vurulması nəticəsində 176 nəfər sərnişin və ekipaj üzvünün hamısı ölüb. İran Ukraynanın sərnişin təyyarəsini səhvən vurduğunu etiraf edib.
Tiflisdə atışma: yaralılar var
Gürcüstanın paytaxtı Tiflisdə "Basiani" gecə klubunda atışma olub.

Report xəbər verir ki, silahlı insidenti kluba buraxılmayan naməlum şəxs törədib. Baş verən atışma zamanı 3 nəfər yaralanıb.

Atəş açan şəxs artıq müəyyən olunaraq saxlanııb.

Yaralıların vəziyyəti barədə hələ məlumat verilmir.

Lotu Qulinin qarışdırdığı “oğru dünyası” və çeçen mafiyası...
Lotu Qulinin qarışdırdığı “oğru dünyası” və çeçen mafiyası...
Kriminal aləmdə çeçenlərin “oğru dünyası”nın öz dəsti-xətti var.

Rusiya mətbuatı bildirir ki, çeçen “oğru”ları öz ənənələri və qanunları ilə fərqlənir. Maraqlıdır ki, bu qanunlar Çeçenistan daxilində əsasən çeçen millətindən olanlara tətbiq edilir. Bir dəfə birbaşa yayında Çeçenistan rəhbəri Ramzan Kadırov bu barədə ona ünvanlana suala ““Oğru” qanunlarını tanımıram. Mən çeçen “oğru”ları topladım və dedim ki, öz “oğru” işlərini dayandırsınlar. Bizim qanunlarımız var və daha önəmlidir” cavabını vermişdi. Ancaq görünən odur ki, hətta Kadırov da çeçen “oğru”larının dünyasını alt-üst edə biməyib.

Vəziyyətlə tanış olan mənbə bildirib ki, bu tərbiyəvi söhbətdən sonra da heç nə dəyişməyib. Çeçenlər arasında qlobal hansısa hadisə baş verəndə onu ancaq 2 yolla aradan qaldırır və “kim haqlıdır, kim haqsız” sualına cavab tapırlar. Birinci yol islam qaydaları, ikinci yol isə yerli adətlərdir. Oppenentin özünü “qanuni oğru” olduğunu bəyan etməsi elə vəziyyəti dəyişə biməz. O, bu iki yoldan birini seçməlidir. Buna görə də belə söhbətlərdə“oğru anlayışı” keçmir. Həmişə belə olub və yəqin ki, belə də davam edəcək. Buna görə də çeçen mafiyası özünəməxsusluğu ilə bütün Rusiyada fərqlənir.

Hazırda Moskvada nüfuzlu çeçen Zaur yaşayır. Onun “iqamətgahı” “Prezident” hoteldədir. O, tanınmş “oğru”larla əlaqədədir, münasibətləri yaxşıdır və sözü keçir. Hətta 1 nömrəli “oğru” Zaxari Kalaşov da onu qəbul edir. Zaur həm də əlaqələndiricidir. Çenenistanın tanınmış “oğru”larla əlaqə yaratması onun boynundadir. Belə zərurət ortaya çıxanda Zaur müdaxilə edir. Bu, əks istiqamətdə də belədir. Zauru kriminal dairələrdə də hörmətlə qarşılayırlar. Amma əgər vəziyyət dalana dirənirsə, o zaman dövriyyə daha nüfuzlu adam daxil olur. Bu, hazırda “ağır artilleriya” hesab olunan Kazbek Dukuzovdur. O, 1990-cı illərdən bu sahədədir, hətta zaman-zaman onu “taclandırmaq” istəyənlər də olub. Ancaq nədənsə Kazbek “tac”dan imtina edir. Dukuzov ərəb həbsxanalarında yatanda onu ordan çıxartmaq üçün çeçenlər milyonlarından keçiblər. Əsas problem Dukuzovun beynəlxalq axtarışda olması idi. Onun adı amerikalı jurnalist Pol Xlebnikovun ölümündə hallandırılırdı. Mənbələr bildirir ki, hazırda Kazbek Çeçenistanda yaşayır, istisna hallarda Moskvaya gedir, bu, tez- tez olmur. Çünki ad hələ də axtarılanlar siyahısından çıxarılmayıb. Dukuzov da Kadırov kimi ABŞ sanksiyası altındadır.

Çeçenlər təbii ki, öz “kriminal general”larının olmasını çox istəyirlər. Əvvəlcə bu posta əsas namizəd kimi Əziz Batukayevin ad çəkilib. Onu Qırğızıstanda həbsdən çıxırmaq da mümkün olub. Hazırda bu işə görə sabiq Prezident Atambayev mühakimə olunur. Batukayev xüsusi təyyarə ilə Çeçenistana aparılıb. O zaman güman edilirdi ki, Çeçenistan üçün Batukayev önəmli fiqur olacaq. Ancaq gözlənti doğrulmadı, baxmayaraq ki, ona dərhal ikinci nüfuzlu şəxs- Hüseyn Əhmədov (Axsaq Hüseyn) də qoşuldu. Məlumata görə, bu birliyin nüfuzunun artmasına ilk növbədə azərbaycanlı “qanuni oğru” Lotu Qulu mane oldu. Çünki Əzizin Lotu Quli ilə konflikti vardı və ikincisinin nüfuzu daha ağır basdı. Hətta Quli onu tamamilə məhv edə bilərdi, əgər “qanuni oğru” Əhməd Dombayevin həbsxanadan zəngi olmasaydı. Dombayev Lotu Quliyə zəng etdi və Batukayevə dəyib-dolaşmamağı istədi. Xahiş yerinə yetirildi. Amma bu, Əzizin nüfuzuna ciddi ziyan vurdu. Hüseyn isə narkotiklə həbs olundu.

İndi Çeçenistanda Qilani Əliyev, Əziz Batukayev, İslam Edilgiyev daimi yaşayır. Onlara bu yaxınlarda Əhməd Dombayev də qatılıb. Dombayev hazırda üzərində ən çox hesab edilən adamdır. İdmanla məşğuldur, dindardır, narkotikdən heç vaxt istifadə etməyib. Gəncliyini müxtəlif həbsxanalarda keçirib. Sonuncu dəfə daha hay-kütlü işə görə tutulub. 2009-cu ildə Çin firması Moskvaya ayaqqabı gətirib. Ancaq mallar bir anda yolda yoxa çıxıb və qısa müddətdə bazarda görünüb. Məlum olub ki, malların ələ keçirilməsində polislə birlikdə Dombayevin də əli var.

Polis də, Dombayev də həbs olunub. Onu 9 il həbsə məhkum ediblər. Həbsinin sonunda isə həbsxanadan başında “tac”la çıxıb. /Cəbhə.info
İranda İngiltərə səfiri saxlanıldı
İngiltərənin Tehrandakı səfiri Rob Makaire polis tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə İranın Tasnim xəbər agentliyi məlumat yayıb.

Makairenin Tehrandakı tələbələrin etiraz aksiyasını təşkil etməkdə ittiham edildiyi vurğulanıb. Bu səbəbdən səfir polis idarəsində sorğu-sual edilib, daha sonra sərbəst buraxılıb. Onun yenidən polis idarəsinə gedəcəyi və ifadə verəcəyi bildirilib.

Qeyd edək ki, bir müddət öncə İranda tələbələrin etiraz aksiyası keçirilib. Etirazçılar Ukrayna təyyarəsini vuranların cəzalandırılmasını və ədalət məhkəməsi qarşısına çıxarılmasını tələb ediblər. Bundan əlavə, onlar 3 yanvarda ABŞ zərbələri nəticəsində ölən SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymaninin portretini cırıblar.