Bakıda erməni konfetləri satılır – Foto
Bakıda böyük supermarketlərin birində erməni konfetinin satıldığı üzə çıxıb.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı və fotonu tanınmış jurnalist Sənan Nəcəfov paylaşıb. O bildirib ki, “Xətai” metrosunun yaxınlığında, “Freshmart” supermarketində piştaxtada İrəvanda istehsal olunan şokoladlara rast gəldiyi haqda məlumat daxil olub.

Bununla bağlı mağazanın rəhbərliyinə irad tutulub. Onlar həmin şokoladları mağazadan yığışdıracaqlarını deyiblər. Amma bu gün yenidən həmin mağazada gedəndə İrəvan istehsallı şokoladların yerinə eyni firmanın Moskva istehsallı şokodlarının düzüldüyü müşahidə edilib. Hətta mağazada həmin şokoladların içində hələ də erməni mallarını tapmaq olur.

S.Nəcəfov bir önəmli fakta da diqqət çəkib. O qeyd edib ki, "mart" ermənicə "adam" deməkdir.

Sözügedən marketin adındakı (Freshmart) "mart" komponenti diqqəti çəkir...
İran vurulan tәyyarәyə görə 150 milyon dollar ödәyәcәk
İran hökümәti vurulan tәyyarә ilә әlaqәdar 100-150 milyon dollar ödәyәcәk.

Avrasiya.net "Trend"ə istinadən xəbər verir ki, bunu İranın Mәrkәzi Sığorta Tәşkilatının sәdr müavini Qulamәli Cahangiri ISNA-ya açıqlamasında deyib.

Q.Cahangirinin sözlәrinә görә, ödәniş İran vә Ukrayna dövlәtlәri arasında razılıq әsasında olacaq.


Cahangiri deyib ki, Ukraynaya mәxsus tәyyarә qәzaya uğrasaydı, sığorta şirkәtlәri onu ödәmәli olacaqdılar.

Cahangiri bildirib ki, lakin tәyyarә vurulduğuna görә, şәrait fәrqlidir.

Tәşkilat rәsmisi deyib ki, Boeing 737-800 model tәyyarәsinin yenisinin qiymәti 100 milyon dollardır. Lakin İranda vurulan tәyyarә tәxminәn 3 il işlәyib.

Cahangiri әlavә edib ki, nәticәdә tәyyarәyә dәyәn xәsarәtә görә, 70 milyon dollar ödәnilmәsi proqnoz edilir.

"Beynәlxalq sığortalara әsasәn hәr bir sәrnişinin yükü 1-1,5 min dollar civarında qiymәtlәndirilir" -deyә o qeyd edib.

İranlı rәsmi deyib ki, lakin bu rәqәm Ukrayna sığorta şirkәti tәrәfindәn müәyyәnlәşdirilmәlidir.
Cahangirinin sözlәrinә görә, ümumilikdә sәrnişin vә ekipaj heyәtinin sığortası 24 milyon dollar hesab olunur.

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı bu gün (11 yanvar) səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib
İranla sərhəddə qarşıdurma: 48 polis yaralandı
İraqın İranla sərhəddə yerləşən Vasit vilayətində polislə tələbələr arasında qarşıdurma baş verib.

Axar.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Olaylar zamanı 48-i polis olmaqla, 59 nəfər yaralanıb.

Qeyd edək ki, etirazçılar konstitusiya dəyişiklikləri və hökumətin dəyişdirilməsini tələb edirlər.
Azərbaycan cüdoçuları Avstriyada
Cüdo üzrə Azərbaycan milli komandaları geniş heyətlə hazırda Avstriyadadır.

Cüdoçularımız Mittersill şəhərində təlim-məşq toplanışı keçirlər.

Toplanışda əsas milli komanda, qadınlar və paralimpiya komandamız iştirak edir.

Qeyd edək ki, hər il ənənəvi baş tutan Avstriya toplanışında dünyanın ən güclü cüdo ölkələrinin milli komandaları iştirak edirlər.

Dünyanın 67 ölkəsindən 1500 cüdoçu bu il keçiriləcək beynəlxalq yarışlara və Tokio Yay Olimpiya Oyunlarına hazırlaşır.

Avstriya toplanışında Azərbaycan millisinin tanınmış cüdoçuları ilə yanaşı olimpiya çempionları - fransız Teddi Riner, çex Lukas Krpalek, rusiyalılar Xalmurzayev və Mudranov, kosovalı Kelmendi, sloveniyalı Tina Trstenyak, braziliyalı Sara Meneş və digər məşhur cüdoqi ustaları iştirak edirlər.

Cüdoçularımızın Mittersill təlim-məşq toplanışına yanvarın 15-də yekun vurulacaq.
İrandan növbəti şok: Səfiri səhvən saxlamışıq
Böyük Britaniya səfiri Robert Makaire qanunsuz aksiyada iştirak edən naməlum əcnəbi vətəndaş kimi saxlanılıb. Onun şəxsiyyəti məlum olduqdan sonra dərhal buraxılıb.

Axar.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Abbas Araqçı bildirib.

“O, qanunsuz yığıncaqda iştirak edən naməlum əcnəbi kimi saxlanılmışdı. Polis mənə deyəndə ki, saxlanılan şəxs Britaniyanın səfiri olduğunu iddia edir, mən inanmadım. Yalnız onunla telefonla danışdıqdan sonra bildim ki, odur. 15 dəqiqə sonra o, azad edildi”, - Araqçı bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın Tehrandakı səfiri Rob Makaire polis tərəfindən saxlanılmışdı. Makairenin Tehrandakı tələbələrin etiraz aksiyasını təşkil etməkdə ittiham edildiyi vurğulanıb. Bu səbəbdən səfir polis idarəsində sorğu-sual edilib, daha sonra sərbəst buraxılıb. Onun yenidən polis idarəsinə gedəcəyi və ifadə verəcəyi bildirilib.
İsrail Qasım Süleymani haqda bilgiləri ABŞ kəşfiyyatına ötürüb
Əməliyyatdan xəbərdar olan yeganə ölkə lideri Binyamin Netanyahu olub

İsrail kəşfiyyatı Qasım Süleymaninin qətlində önəmli rol oynayıb. Bu xəbəri İsrailin “israelnationalnews” saytı yayıb.

Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) iranlı generalın təyyarəsinin İraqa nə vaxt yola düşəcəyini dəqiq bilirdi. İsrail kəşfiyyatı bütün təfərrüatları hava zərbəsi endirilən gecəsi Amerika kəşfiyyatına ötürmüşdü.

Məlumata görə, Qasım Süleymaninin qətli ilə nəticələnən əməliyyatdan əvvəl belə bir planın mövcudluğundan xəbərdar olan yeganə ölkə lideri İsrailin baş naziri Binyamin Netanyahu idi. O, əməliyyata saatlar qalmış bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə telefonla danışmışdı.

Elbəyi Həsənli, Sürix,
Musavat.com
MSK deputatın qardaşının səlahiyyətinə xitam verdi - SƏBƏB
Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən siyasi partiyalardan birinin nümayəndəsinin səlahiyyətinə xitam verilib.

Avrasiya.net trend-ə istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar verilib.

Belə ki, iclasda Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndəsinin birinin səlahiyyətinə xitam verilməsi ilə bağlı Vəhdət Partiyasının müraciətinə baxılıb. Vəhdət Partiyasının nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, səlahiyyətli nümayəndələrindən biri Kərimli Fəxrəddin Zayıdxan oğlunun səlahahiyyətli nümayəndə statusunun ləğv edilməsi onun həyat yoldaşı Kərimli Səadət Nazir qızının 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsinin üzvü olması ilə əlaqədardır.

Xatırladaq ki, Fəxrəddin Kərimli deputat Tahir Kərimlinin qardaşıdır.
Generalın arvadı və qızı Bakıda bir günün içərisində 12 mənzili hansı yollarla alıb?Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllənin sakinləri sabiq deputat, general Əliağa Hüseynovun onlara məxsus 12 mənzilə göz dikdiyini iddia edirlər.

Virtualaz.org xəbər verir ki, söhbət sözügedən ünvanda “İdeal -V” MMC tərəfindən inşa edilən çoxmərtəbəli binadan gedir. Hələ bina inşa edilən zaman şirkətin təsisçisi İsa Məmmədov və direktoru Çingiz Məmmədov eyni mənzili bir neçə nəfərə satıblar.

İyirmiyə yaxın mənzil sahiblərinin Baş Proluror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayətlərindən sonra onların hər ikisi həbs olunub. İsa və Çingiz Məmmədovların eyni mənzilləri ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min manat məbləği ələ keçirmələri müəyyən edilib. Törətdikləri cinayət əməlinə görə İ.Məmmədov 11 il, Ç.Məmmədov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Şirkətin təsisçisi və direktoru həbs olunduqdan sonra bina sakinləri tərəfindən “Nəsimi 19” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılıb. Sakinlər özləri şəxsi vəsaitləri hesabına binaya su, qaz, elektirik xətti çəkiblər, yarımçıq binanın təmirini başa çatdırıblar.

Virtualaz.org-a müraciət edən sakinlər deyiblər ki, təzəcə hər şey qaydasına düşübmüş, amma bu dəfə də iki yeni sakin “ortaya çıxıb” və həmin binadan birdən-birə 12 mənzilə sahib olduqlarını iddia edib. Yeni sakinlər mülkiyyət hüquqlarının tanınması ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət ediblər.

Sakinlərin dediyinə görə, onların mənzillərinə iddialı olanlar keçmiş baş hərbi komissar, ehtiyatda olan general-leytenant, Milli Məclisin 4-cü və 5-ci çağırış deputatı Əliağa Hüseynovun həyat yoldaşı Elmira Hüseynova və qızı Esmira Əliyevadır. E.Hüseynova və E.Əliyeva bu binada üç ayrı mərtəbədə yerləşən 12 mənzilin sahibi kimi binanın texniki-tikinti ekspertizası bəhanəsi ilə Nəsimi rayon Məhkəməsində mülki iddia qaldırıblar. Halbuki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən həmin mənzillərdə məhkəmənin hökmü ilə təsdiq olunmuş sakinlər yaşayır...

Ötən il sentyabrın 17-də Nəsimi rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə hər iki şəxsin mülkiyyət hüququnun tanınması ilə bağlı iddiaya baxılıb. Məhkəmə iddianı rədd edib və 12 nəfər sakinin xeyrinə qətnamə qəbul olunub.

“12 nəfərin evinə göz tikən millət vəkili, general Əliağa Hüseynov haqqında mətbuatda narazılıqlarımızı bildirmişdik. General bu məsələ ilə bağlı açıqlama verib dedi ki, mənzilləri “halal pulla” alıblar və hər şey məhkəmədə həll olunacaq. Necə olur ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi istintaq işi açır, bu istintaq işində bütün saxta sənədlər yoxlanılır, “İdeal –V” və “Alyans-Z” arasında üzləşmələr olur. Amma binanın həqiqi sakinləri və zərərçəkənlər istintaq, ekspertiza və məhkəmə əsasında aşkar olunduğu halda 12 ildən sonra bu deputat hardansa saxta sənədlərlə üzə çıxır və sadə xalqı yaşadıgı evdən köçürmək istəyir? Yəni, bu generalın Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin apardığı istintaq işinin nəticələrinə şübhəsi var? Niyə Koppupsiya İdarəsinin apardığı istintaq zamanı onun müqavilələri həqiqi çıxmayıb, əgər bu müqavilələr düzgündürsə niyə ona istintaq və məhkəmə tərəfindən həqiqi sakin kimi təsdiqləyici sənəd verilməyib? Niyə ikili mənzilinin həlli üçün yenidən istintaq işinin aparılmasını tələb etmir, binanın texniki-tikinti ekspertizası bəhanəsi ilə Nəsimi rayon məhkəməsinə mülki məsələ ilə bağlı müraciət edir? Guya, binanın suyu, işığı, barəsində məlumatlar əldə edir?”- sakinlər sual ediblər.

Bina sakinlərin deyiblər ki, istintaq və məhkəmə araşdırmaları zamanı zərərçəkən və həqiqi sakinlər müəyyən edilib. Bu qadınlar onlara məxsus müqavilə ilə üzə çıxmayıb, sakinlərin heç biri onları tanımayıb: “Bu 12 ildə harada olublar? İndi iddia edirlər ki, guya 2007-ci ildən bu binadan mənzil alıblar. Görəsən deputat bu 12 ildə 12 mənzilini niyə “unudubmuş?” Bəs Korrupsiya İdarəsində istintaq aparılan zaman harada idilər? Deməli, bu mənzillərlə bağlı yetərincə sübutu olmadığından mülki məsələni qaldıra bilməyiblər. Bəlkə general Əliağa Hüseynov tutduğu vəzifəyə arxalanıb məhkəməyə təzyiq etmək istəyir? Axı hansı pullarla, hansı maaşla deputat bir gündə 12 mənzili alıb?”.

Sakinlər həmçinin bildiriblər ki, Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində 12 nəfərin müqavilələri təsdiq olunub, qarşı tərəfin müqavilələri və mədaxil orderlərinin isə saxta olması aşkarlanıb. Bu məqsədlə də generalın kürəkəni Elçin Əliyev adıçəkilən idarəyə çağırılıb. E.Əliyev “İdeal –V” və “Alyans-Z”-nin rəhbərliyi ilə üzləşdirilib. Üzləşmə nəticəsində məlum olub ki, generalın kürəkəni öz bacısının əri Rauf Kərimova (Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluqda və mənimsəmədə təqsirləndirilərək 13 il 11 ay müddətinə azadlıqdan məhrum edilib-red.) faiz qarşılığında 2005-2006-cı illərdə borc pul verib. Sonuncu da “İdeal –V”MMC ilə müştərək qaydada, D.Əliyeva küçəsində inşa olunan binanın 12 mənzilini aldığı borcun təminatı kimi qaynı Elçin Əliyevə verib.

İstintaq zamanı məlum olub ki, E.Əliyev əslində həmin mənzilləri almayıb, real olaraq “İdeal –V” MMC və “Alyans-Z”-MTK-nın kassasına nağd pul ödəməyib, mənzillər ona faiz qarşılığına R. Kərimova verdiyi borcun təminatı kimi verilib. Həmçinin E.Əliyeva və E.Hüseynova adlarına tərtib edilmiş saxta müqavilələr E.Əliyev tərəfindən imzalanıb, mənzil satışında səlahiyyəti olmayan şəxs, İ. Məmmədov tərəfindən imzalanaraq onlara verilib.

Hazırda E.Əliyeva və E.Hüseynova Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər. Apellyasiya şikayətinə yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.

Sakinlər baş verənlərlə bağlı prezident İlham Əliyevə və vitse prezident Mehriban Əliyeva müraciət edərək onlara köməklik göstərilməsini xahiş ediblər: “Sizdən xahiş edirik ki, xalqa qarşı dələduzluq edən sabiq deputatın qeyri qanuni əməllərinə qarşı tədbir görülməsi və bu iş üzrə Apellyasiya Məhkəməsini nəzarətə götürülməsini müvafiq orqanlara tapşırasınız”.
Sumqayıtda park zəbt olunub - Əhali narahatdırSumqayıt şəhər sakinləri sosial şəbəkədə həyacan təbili çalıblar. Onlar iddia edirlər ki, şəhərin park və xiyabanlar tikililər üçün hasarlanır, bu da yerli əhalinin narahat və narazılığına səbəb olub.
Sumqayıtda park zəbt olunub - Əhali narahatdır
Belə ki, Sumqayıt şəhərində H.Əliyev prospektində - 1,2,5-ci mikrorayan ərazisi, "Pioner" marketin yanında şəhər sakinləri üçun ayrılmış istirahət parkları tikililərlə zəbt olunur. Bir tikili də 2 gün əvvəl başlayıb. Ərazi hasarlanıb, güman ki, agaclar da kəsiləcək.


Nərminin qətli ilə bağlı tükürpədən YENİ DETALLAR: Qatil hadisəni kameraya çəkib
10 yaşlı Nərmini öldürməkdə təqsirli bilinən İlkin Süleymanov Bakıya gətirilib.

Onun işi Ağır Cinayətlərə Dair İşlər üzrə
İstintaq İdarəsinə verilib. Dindirilmə zamanı Nərmini necə saxladığını və ona nələr etdiyini açıqlayıb. Müəyyən edilib ki, Nərminin günlərdir saxlanıldığı yer natəmiz və soyuq olub. İstintaq zamanı Nərmini yandırdığı benzin qabı aşkar edilib. Məlum olub ki, benzinin hamısı istifadə edilməyib.
Ölüm səbəbi isə başının arxasından aldığı daş zərbəsi ilə olub. Sonda isə yandırılıb. Yandırılarkən də videoya çəkilib.

Hazırda faktla bağlı istintaq davam edir.

O da məlum olub ki, əlbir olduğu deyilən polis əmisi oğlu İlkinin divar qonşusudur.

Xatırladaq ki, hadisə noyabrın 21-i gecə saatlarında baş verib. Axşam saatlarında qonşuluqdakı toya hazırlıq gedib. Babası ondan evə gedib gödəkcəsini gətirməsini istəyib. Bundan sonra ondan heç bir xəbər alınmayıb.(news24.az)