Azərbaycan pasportu ilə bu ölkələrə vizasız getmək olar -TAM SİYAHI
"HenleyPartners" şirkəti müxtəlif ölkələrin vətəndaşları üçün hərəkət azadlığı dərəcəsini göstərən növbəti pasport reytinqini dərc edib.

Yeniavaz.com "HenleyPartners" şirkəti tərəfindən açıqlanan hesabata istinadən bildirir ki, Azərbaycan pasportu reytinq siyahısında də 76-cı yerdə qərarlaşıb.

Reytinq siyahısı vizasız ya da sərhəd qapısında viza alaraq ziyarət edə biləcəkləri ölkələrin sayına əsasən tərtib edilir. Reytinq siyahısında ilk sırda qərarlaşan Yaponiya pasportu ilə 191 ölkəyə vizasız səfər etmək mümkündür.
Siyahıda ilk onluqda yer alan ölkələr bunlar olub:

Ölkələr Vizasız gedə biləcəkləri ölkələrin sayına

1 Yaponiya 191
2 Sinqapur 190
3 Almaniya 189
4 Cənubi Koreya 189
5 Finlandiya 188
6 İtaliya 188
7 Danimarka 187
8 Lüksemburq 187
9 İspaniya 187
10 Fransa 186

Onu da qeyd edək ki, Azərbaycan pasportu region ölkələri arasında orta sıralarda qərarlaşıb. Region ölkələrinin reytinq sıralamasıdakı mövqeyi belə olub:

Ölkələr Vizasız gedə biləcəkləri ölkələrin sayına

43 Ukrayna 128
49 Moldova 120
51 Rusiya 118
53 Gürcüstan 116
55 Türkiyə 111
67 Qazaxıstan 76
68 Belarus 75
76 Azərbaycan 67
80 Qırğızıstan 63
81 Ermənistan 62
84 Tacikistan 58
90 Türkmənistan 52
98 İran 41

Siyahıda son sırda yer alan ölkələr isə bunlar olub:

Ölkələr Vizasız gedə biləcəkləri ölkələrin sayına

107 Əfqanıstan 26
106 İraq 28
105 Suriya 29
104 Somali 32
103 Pakistan 32
102 Yəmən 33

Qeyd etdiyimiz kimi, Azərbaycan pasportu dünyanın 67 ölkəsinə vizasız səfər etmək hüququ verir. Azərbaycan vətəndaşlarının vizasız ya da sərhəd qapısında viza alaraq səfər edəcəyi ölkələr bunlardı:

1. Cibuti
2. Nambiya
3. Seyşel adaları
4. Antiqua və Barbuda
5. Barbados
6. Dominikan
7. Ekvador
8. Somali
9. Toqo
10. Uqanda
11. Zimbabve
12. Tuvalu
13. Vanutu
14. Baham
15. Yamayka
16. Sent-Vinsent və Qrenadin
17. Boliviya
18. Haiti
19. Suriya
20. Qrenada
21. Malayziya
22. Maldiv adaları
23. Kuk adaları
24. Mikroneziya
25. Niue
26. Palau
27. Samoa
28. Benin
29. Kabo-Verde
30. Komor adaları
31. Qvineya-Bisau
32. Madaqaskar
33. Mavritaniya
34. Mavriki
35. Mozambik
36. Ruanda
37. Kolumbiya
38. Nikaraqua
39. Laos
40. Makao
41. Malaziya
42. Maldiv
43. Nepal
44. Şri-Lanka
45. Şərqi Timor
46. Qətər
47. Qazaxıstan
48. Qırğızıstan
49. Tacikistan
50. Özbəkistan
51. Belarus
52. Gürcüstan
53. Ukrayna
54. İran
55. Moldova
56. Rusiya
57. Türkiyə
58. Banqladeş
59. Kamboçya
60. İndoneziya
61. Albaniya
62. Bosniya və Herseqovina
63. Monteneqro
64. Şimali Makedoniya
65. Serbiya
66. İordaniya
67. Livan
Bakıya 7 milyonluq maşın gəldi: kimin üçün? - Foto
Təxminən 10 gün əvvəl - 2019-cu ilin dekabrın 30-da Bakıya yeni "Buqatti Çiron" (Bugatti Chiron) markalı avtomobil gətirilib.

Avrasiya.net Azpolitika.info-ya istinadən xəbər verir ki, maşın "Buqatti"nin ən bahalı modellərindəndir.

Belə ki, 2016-cı ildən istehsalına başlanan "Buqatti Çiron” markalı avtomobilin qiyməti 2,5 milyon avrodan, yəni 5 milyon manatdan başlayır. Avtomobil alınarkən ödənilən vergiləri, daşınma və gömrük rüsumunu da (avtomobilin ən aşağı qiymətə alındığı qəbul olunsa, minimum 1,7 milyon manat rüsum ödənilməlidir) və digər kiçik xərcləri də nəzərə alsaq, bu maşının Bakya gəlib çıxması üçün sifarişçisinin ən azı 7-8 milyon arası vəsait ödədiyini söyləyə bilərik.

Qeyd edək ki, Fransanın “Buqatti” şirkəti tərəfindən istehsal olunan “Çiron” modeli dünyadakı ən sürətli hiper-avtomobil hesab olunur.

Mühərriki 1500 at gücündə olan avtomobilin sürəti saatda 420 kilometrdir. Ancaq 2018-ci ildən sonra istehsal olunan “Buqatti Çiron” modelində sürətin saatda 443 kilometrə qədər artırıldığı bildirilir. Avtomobil bu sürəti cəmi 9 saniyədə yığır.

Onu da qeyd edək ki, “Buqatti” şirkəti “Çiron” modelindən cəmi 500 ədəd buraxmağı planlaşdırıb.
Nərminin qətli ilə bağlı sensasion detal: polis də həbs edildi
Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra öldürülüb yandırılan 10 yaşlı Nərmin Quliyeva ilə bağlı sensasiya sayılacaq təfərrüat paylaşılıb.

Axar.az xəbər verir ki, TV Press informasiya agentliyi qətldə şübhəli bilinərək saxlanılan 1973-cü il təvəllüdlü, N.Quliyevanın qonşusu İlkin Süleymanovun bu müddətdə niyə ələ keçmədiyi və cinayətdən yayındığının istintaqla artıq müəyyən edildiyini paylaşıb.

Məlum olub ki, İ.Süleymanovun əmisi oğlu polis işçisidir və Nərminin axtarışı ilə bağlı yaradılan qrupa o da daxil edilib. İtən azyaşlı qızla bağlı kənddə axtarışlar aparılarkən və evlər yoxlanarkən sözügedən polis İ.Süleymanovun evinin yoxlanılmasına mane olub. Bildirib ki, əmisi və əmisi arvadı yaşlı adamlardır, oğlanları isə Moskva Dövlət Universitetini bitirən alim-ziyalıdır. Axtarış qrupunun rəhbəri də ona inanaraq, evdə axtarış aparılmasından imtina edib.

Qətlin üstünün açılmasına isə elə sözügedən polis səbəb olub. Belə ki, İ.Süleymanov yanğını ilk görməsini əmisi oğlu olan polisə danışıb. Deyib ki, “şübhəli iy” hiss etdiyi üçün yaxınlaşıb və Nərminin cəsədinin yandığını müşahidə edib. Meyitin yandırılmasını ilk görən şəxs kimi İ.Süleymanov istintaqa cəlb edilib və bəlli olub ki, onun evində bu vaxta qədər axtarış aparılmayıb. Sanksiya verilib və ev axtarılarkən çardaqda qan izləri, həmçinin digər çoxsaylı maddi sübutlar aşkarlanıb.

Bundan sonra İ.Süleymanov qətli etiraf etmək məcburiyyətində qalıb və detalları danışıb. Bildirdiyinə görə, N.Quliyevanı əmisinin evindən çıxarkən görüb, aldadıb aparıb və meyvə qurusu adı ilə çardağa çıxarıb, sonra “xlorofil”lə yatırıb və əl-qolunu, ağzını yapışqanla bağlayıb. Ancaq qızcığazın təcavüzə məruz qalmadığı da bildirilir.

Nəhayət, manyak ələ keçəcəyi qorxusundan 10 yaşlı qızcığazın başına küt alətlə (daşla) vura-vura qətlə yetirib. Sonra isə meyiti yandırmaqla izi itirmək qərarına gəlib.

İ.Süleymanovun istintaqda “professor kimi” davrandığı, izi itirmək üçün soyuqqanlı şəkildə ifadə verdiyi də iddialar arasındadır. Ancaq bu “soyuqqanlı”, mədəni və savadlı imicli manyak peşəkar istintaqçıları aldatmağa nail olmayıb.

O, niyə meyiti basdırmadığı, yandırmağa qərar verməsinə də aydınlıq gətirib. Bildirib ki, polis itlərinin meyiti tapacağından və dəlil-sübut əldə edəcəyindən ehtiyat etdiyi üçün basdırmayıb və yandırıb.

Qeyd edək ki, ata-anası həyətdəki xidməti evdə yaşayır, İ.Süleymanovun cinayəti törətdiyi ev isə boş olub. Ata-anası da istintaqa ifadələrində onun tez-tez çardağa çıxmasının meyvə qurutması ilə bağlı olduğunu düşündüklərini və heç nədən şübhələnmədiklərini bildiriblər.

Hazırda İ.Süleymanovun əmisi oğlu olan polisin də şübhəli qismində saxlanıldığı iddia edilir. Həmçinin axtarış qrupuna rəhbərlik edən polis zabiti istintaqa cəlb edilib. Onun səhlənkarlıq və məsuliyyətsizliyə görə suçlandığı iddialar arasındadır.

İstintaqı Bakıdan getmiş yüksək rütbəli peşəkarlar aparır.

Xatırladaq ki, 3 dil bilən, mədəni, ziyalı adam kimi tanınan İ.Süleymanovun qatil olmasını qəbul etməyənlər artıq istintaqa şübhə etdiklərindən peşman olduqlarını da sosial şəbəkələrdə qeyd edirlər.

Axar.az-a açıqlama verən N.Quliyevanın əmisi Lətif Quliyev isə hələ ötən gün İlkin Süleymanova başqalarının da kömək etdiyini və bu barədə istintaq orqanının daha təfsilatlı açıqlama yayacağını bildirmişdi.

Qeyd edək ki, N.Quliyeva 21 noyabr tarixində itkin düşüb. Bir neçə gün öncə isə onun yandırılmış meyiti tapılıb.

Bu qətl Azərbaycanda böyük səs-küyə səbəb olub.

11 yaşlı şagird müəllimini güllələdi
Meksikanın şimalında məktəbli qətl hadisəsi törədib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Koahuilya ştatının Torreon şəhərindəki kollecdə, səhər saatlarında baş verib.

Kollecin 11 yaşlı şagirdi atəş açaraq müəllimini qətlə yetirib. Hadisə zamanı daha 5 şagird və başqa müəllim də yaralanıblar. Hadisəni törədən yeniyetmə sonra intihar edib. Qeyd edilir ki, yaralılardan biri 7, digəri 8 yaşındadır.
ABŞ-ın iranlı generalı öldürmək planı baş tutmayıb - İKİNCİ ƏMƏLİYYAT
ABŞ-ın daha bir iranlı generalın öldürülməsi ilə bağlı planı baş tutmayıb.

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə “Washington Post” yazıb.

Məlumata görə, Qasım Süleymaninin raketlə vurulduğu gün – yanvarın 3-də ABŞ Yəməndəki daha bir yüksək rütbəli İran komandirini öldürməyi planlaşdırıbmış.
Belə ki ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aparıcı komandirlərindən olan Əbdül Rza Şəhlainin öldürülməsi məqsədilə xüsusi bir əməliyyat keçirib. Lakin əməliyyatın uğursuz alınması nəticəsində planın baş tutmadığı bildirilir.

İddiaya görə, hətta ABŞ rəsmiləri hər iki əməliyyatın uğurunu eyni anda elan etmək niyyətində olub.