İran ABŞ bazasına 15-ci dəfə hücum etdi – Rəsmi
ABŞ-ın İraqdakı bazalarına İran tərəfindən həyata keçirilən hücumların sayı son 4 ayda 15-ə çatıb.

Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Dövlət Departamenti yayıb.

Qeyd edək ki, bundan öncə İran ABŞ-ın İraqdakı iki bazasını raket atəşinə məruz qoyub. Hücum nəticəsində bir təyyarənin məhv edildiyi təsdiqlənib.
Sabah son vaxtdırDeputatlığa namizədlərin qeydə alınması üçün sənədlərin DSK-ya təqdim edilməsi müddəti sabah başa çatır

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Dairə Seçki Komissiyasına (DSK) təqdim edilməsi müddəti sabah başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 58.1 və 94.3.1-ci maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini DSK-ya təqdim etməlidir.

2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2019-cu il dekabrın 21-dən başlayıb, 2020-ci il yanvarın 10-u saat 18:00-dək olan dövrü əhatə edir.
Qəbristanlıqda kişi meyiti tapılıb - FotoSumqayıtın Corat qəsəbəsinin qəbiristanlığında kişi meyiti aşkarlanıb.

Araşdırma nəticəsində meyitin 1946-cı il təvəllüdlü Corat qəsəbə sakini Mürsəlov Hacıbala Hacıbaba oğlu olduğu məlum olub.

Qeyd edək ki, 74 yaşlı kişi ötən gün saat 12:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmadığından yaxınları hüquq-mühafizə orqanlarına onun itkin düşdüyü barədə məlumat vermişdilər.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. /APA



Axar.azAZRUENآذ
60-dan çox hərbi maşın ABŞ-ın Suriyadakı bazasına gəldi
Beynəlxalq koalisiyanın 60-dan çox hərbi maşını İraqdan Suriyanın şimal-şərqindəki Qamışlı bölgəsindəki Amerika hərbi bazasına gəlib.

Avrasiya.net-in Report-a istinadla məlumatına görə, bu barədə Suriyanın dövlət televiziyası mənbəyə istinadən xəbər verib.

Suriya dövlət agentliyi SANA isə ABŞ hərbçilərinin Suriyanın şimal-şərqində İraq istiqamətində yerləşən iki bazanı tərk etdiyini yazıb.

Mənbənin sözlərinə görə, zirehli maşınlar və maddi-texniki təchizat daşıyan 60-dan çox avtomobil Qamışlı bölgəsindəki Amerika hərbi bazasına gəlib.

Qeyd olunub ki, bir sıra hərbi maşınlar bazaya gəlmək üçün İraqla sərhəddəki “qanunsuz sərhəd keçidi”ndən istifadə ediblər.
Bakıda gənc bibisi oğlunu qətlə yetirib
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Hadisə Bülbülə qəsəbəsində baş verib.

1989-cu il təvəllüdlü Muxtarov Cavid Fərhad oğlu evdə dayısı oğlu ilə mübahisə edib. Nəticədə o ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
Türkiyə ordusu dörd şəhid verdi
Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində apardığı antiterror əməliyyatında iştirak edən hərbçilərdən dördü şəhid olub.

Avrasiya.net Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə “Sülh çeşməsi” antiterror əməliyyatı bölgəsində baş verib.

Məlumata görə, yol nəqliyyatı nəzarəti həyata keçirən hərbçilər bomba yüklü avtomobillə törədilən terrora məruz qalıblar.