İncirlik bazasına İranın zərbə endirməsi mümkündürmü?
Politoloq: “NATO müharibə mövqeyindən çıxış etməyin tərəfdarı deyil, ona görə də...”

ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazasına və ölkənin qərbindəki Ayn əl-Əsəd hərbi-hava bazasına raket zərbələri endirilib. Raket zərbələrinə görə məsuliyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb. Bildirilir ki, raket zərbələri iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq həyata keçirilib.

Bir müddət sonra İran qüvvələri ABŞ-ın İraqdakı mövqelərinə yeni zərbələr endiriblər. Zərbələr raketlərlə həyata keçirilib. Yeni raket hücumunun dəqiq hədəfi barədə məlumat verilmir.

İranın İslam İnqilabı Keşikçiləri Korpusundan bəyan edilib ki, ərazisini İrana qarşı hücumlar üçün platforma kimi təqdim edən hər bir dövlət cavab atəşi üçün hədəf olacaq.

Qeyd edək ki, birbaşa ABŞ-ın olmasa da Amerikanın hegemonluq etdiyi NATO-nun Türkiyənin İncirlik ərazisində hərbi bazaları mövcuddur. Əslində hər kəsə məlumdur ki, illərdir ABŞ bu baza vasitəsilə bölgədə özünü möhkəmlədib.

ABŞ-İran müharibəsi başlayacağı və NATO-nun da avtomatik olaraq Amerikaya dəstək verəcəyi halda İncirlik bazasının İrana qarşı plastdarma çevrilməsi mümkünmü? Bu baş verərsə, İran Türkiyəyə zərbə endirə bilərmi?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, İncirlik bazasına zərbə endirilməsi ehtimalı kifayət qədər aşağıdır. İranın İraq ərazisindəki ABŞ bazasının yaxınlığına zərbə endirməsi sadəcə olaraq qorxutma, Amerikadan qorxmama təəssüratı yaratmaq məqsədi güdürdü. Amma hər iki tərəfdən müharibə ritorikasından istifadə artıq səngiyir: “Bu, Avropa Birliyinin vasitəçi sifətilə İran-ABŞ münasibətlərinin tənzimlənməsinə girişməsi ilə bağlıdır. Hətta Türkiyə də bu prosesə qoşulub. Prezident Ərdoğan da gərginliyin azaldılması üçün əlindən gələni edəcəyini bildirib. İranın özündə də ehtiraslar müəyyən qədər səngiməyə başlayıb. Reallıqları ayıq başla dəyərləndirməyə başlayıblar. Yəni tərəflər öz imkanlarını ölçüb-biçməyi bacarırlar. İran yaxşı bilir ki, Amerikaya hər hansı bir zərbə endirəcəyi təqdirdə sarsıdıcı cavab zərbəsi alacaq. Bu sarsıdıcı zərbə isə onsuz da iqtisadiyyatı çökməkdə olan İranı daha da ağır vəziyyətə sala bilər. Bax bu nöqteyi-nəzərdən İranın hərəkətlərində də kompromisə meyllilik açıq formada yox, bu və ya digər formada hiss edilməyə başlayıb. Məsələn, Avropa Birliyinin nümayəndə heyətinin Tehranda olduğu və müəyyən danışıqlar apardığını qeyd edirlər. Trampın özü də ritorikasını dəyişib. O, İranla danışıqlara hazır olduğunu bəyan etdi. İki-üç gün öncəki ritorika artıq xeyli yumşalıb”.

Politoloq hesab edir ki, bütün bunlar yaxın Şərqdə müharibə ehtimalının çox zəif və hətta yox dərəcəsində olduğunu söyləməyə əsas yaradır: “Amerika müharibə istəmir. Həm seçkilər ərəfəsindədir, həm Vaşinqton bilir ki, müharibə başlasa bu, çox böyük maddi və insan itkisinə gətirib çıxaracaq və bunun məsuliyyətini daşımağa heç bir siyasətçinin gücü çatmayacaq. İranın özü də vəziyyəti real qiymətləndirməyi bacarır. NATO-nun özü də müharibə mövqeyindən çıxış etməyin tərəfdarı deyil. Bütün bunlar İncirlik bazasına İranın zərbə endirməsi zərurətinin olmadığı mənzərəsini yaradır”.
Yanvarın 9-u İranda matəm elan olunub
Kerman şəhərində Qasim Süleymaninin dəfn mərasimində baş vermiş hadisədə və bu gün səhər Ukraynaya uçan sərnişin təyyarəsində onlarla insanın ölümü ilə əlaqədar yanvarın 9-u İranda matəm elan olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın dövlət sözçüsü Əli Rəbii bildirib.

O, baş vermiş hadisə qrubanlarının yaxınlarına başsağılığı verib və bu qərarın Nazirlər Kabineti tərəfindən veridliyini qeyd edib.
Məlahət Qurbanova : Pozulan hüquqlarımın bərpası üçün məhkəməyə müraciətim ən sivil yol deyilmi?!
“Məlahət” MMC nin direktoru Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova Criminal.az saytının baş redaktoru Anar Məmmədov barəsində məhkəməyə müraciət etməsi ilə bağlı məsələyə münasibət bildirib.

OnlinePress.az Məlahət Qurbanovanın KİV nümayəndələrinə və ictimayyət nümayəndələrinə müraciətini olduğu kimi təqdim edir.

Mənim barəmdə baş redaktoru olduğu saytda təhqir və böhtan dolu materaillar yaydığı üçün hüquqlarımın müdafiəsi məqsədi ilə Criminal.az saytının baş redaktoru Anar Məmmədov barəsində məhkəməyə müraciət etmişəm. Çünki dəfələrlə bəyan etdiyim kimi mən “Məlahət MMC” şirkətinin direktoruyam və bu şirkətin daxilində bir sıra müəssisələr fəaliyyət göstərməkdədir. Lakin Anar Məmmədov məqsədli və sifarişli formada barəmdə yaydığı xəbərlərdə adımın qarşısında israrlı şəkildə “Lombard Məlahət” ifadəsini işlətməklə məni təhqir etmiş, işgüzar və ictimai nüfuzumu zədələmişdir. Məhkəməyə müraciət etmədən öncə dəfələrlə ona müraciət edərək, barəmdə yaydığı xəbərlərdə ad soyadımdam istifadə etməli olduğu diqqətinə çatdırılmışdır. Lakin, Anar Məmmədov bu müraciətlərimizə məhəl qoymadan, “Lombard Məlahət” ifadəsini işlətməklə məni təhqir etməyə, işgüzar və ictimai nüfuzumu zədələməyə davam etmişdir.

Bütün bunlardan sonra mən hüquqi dövlətin vətəndaşı olaraq, pozulmuş hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etmə məcburiyyətində qalmışam. Mən Anar Məmmədovla bağlı bəyanat yayan jurnalistlərin bir həmkar kimi dəstəklərini başa düşürəm. Amma eyni zamanda onlara bir sualla müraciət etmək istəyirəm: Mənim çoxsaylı xoşniyyətli müraciətlərimi nəzərə almayan, məni təhqir edib və böhtan atmaqda davam edən bir şəxsə münasibətdə necə addım atmalıydım? Pozulan hüquqlarımın bərpası üçün məhkəməyə, qanunun aliliyinə baş vurmağım ən sivil və demokratik yol deyilmi?!

Bütün məhkəmə prosesi dövründə Anar Məmmədov barəmdə yalan və həqiqətəuyğun olmayan ittihamlar səsləndirməkdə davam edib. Qeyd etmək istəyirəm ki, məm 3 dəfə Ağdam rayon Məhkəməsində keçirilən məhkəmə prosesində şəxsən iştirak etmişəm. Ancaq Anar Məmmədov müxtəlif səbəb və bəhanələrlə proseslərdə iştirakdan yayınıb.

Anar Məmmədov mənim qanunla qorunan hüquqlarımı müdafiə etmək üçün məhkəməyə etditim müraciəti qərəzli şəkildə hökumətin sifarişi və ya planı kimi təqdim etməyə çalışır. Birmənalı qaydada qeyd etmək istəyirəm ki, bu bir Azərbaycan vətəndaşı, qadını, iş adamı və ictimaiyyət nümayəndəsi olaraq mənim öz haqlarımı qorumaq üçün atdığım müstəqil addımdır. Anar Məmmədov və tərəfadlarının bu qəbildən olan açıqlamaları məhkəmənin obyektivliyinə olan təzyiqdən başqa bir şey deyil.

Bildirmək istəyirəm ki, A.Məmmədovun məhkəmə prosesindən sonra guya onunla barışıq üçün müraciət etdiyimlə bağlı iddiaları tamamilə cəfəngiyyatdır. O özü müxtəlif şəxsləri “elçi” salmaqla barışıq istəsə də, biz imtina etmişik. Hesab edirik ki, məsələyə hüquqi qiymət verilməlidir.

Bildirmək istəyirəm ki, mən bir iş qadını olmaqla yanaşı, aktiv ictimai fəaliyyətlə məşğulam. Azərbaycan-Kərkük Mədəniyyət və Həmrəylik Mərkəzinin sədri, Qazax Xeyriyyə Cəmiyyətinin İdarə heyətinin üzvü yəm. Ölkəmizdə və xaricdə Azərbaycan həqiqətlərinin təbliği, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyrqımının tanıdılması istiqamətində bir çox tədbirlərin təşkilatçısı və iştirakçısıyam. Bütün fəaliyyətim boyu media ilə yaxından əməkdaşlıq etmiş, jurnalistlərin əməyinə böyük hörmət və ehtiramla yanaşmışam.

Son olaraq qeyd etmək isləyirəm ki, Anar Məmmədovla bağlı məhkəməyə müraciətimin dəbəbi yuxarıda qeyd qetdiyim kimi, yalnız təhqir və böhtana məruz qaldığım üçündür. Mən öz hüquqlarımı qorumaq məqsədi ilə qanuni qaydada məhkəməyə müraciət etmişəm. Bir daha bütün dəyərli KİV nümayəndələrini bu mövzuda obyektiv olmağa dəvət edir mənimlə bağlı xəbərləri şəxsən özümlə dəqiqləşdirmələrini xahiş edirəm.

Hörmətlə
Məlahət Qurbanova
“Məlahət” MMC nin direktoru
Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri

OnlinePress.az
Donald Tramp: "ABŞ İranla sülhə hazırdır"
ABŞ İranla barışmağa hazırdır və ümid edir ki, Tehran dünyanın bütün digər ölkələri ilə ahəngdar münasibətlər quracaq.

Virtualaz.org bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp İranın bu ölkənin İraqdakı hərbi bazalarını raket atəşinə tutmasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

"İran xalqına və hökumətinə müraciət edirəm. Biz istəyirik ki, sizin layiq olduğunuz böyük gələcəyiniz olsun. Birləşmiş Ştatlar sülh istəyən bütün ölkələrlə sülhə hazırdır", - o qeyd edib.

D.Tramp deyib ki, ABŞ həmçinin NATO-nun bundan sonra Yaxın Şərqdə daha çox aktiv olmasını istəyir: "Bu gün mən NATO-dan Yaxın Şərq prosesində daha dərin iştirakın təmin edilməsini xahiş edəcəyəm".
Sumqayıtda yataqxanada 2 nəfərin meyiti aşkarlandı
Sumqayıt şəhərinin 18-ci məhəlləsində yataqxanaların birində mənzildən 2 meyit tapılıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, yataqxanada ətrafa üfunət iyi yayıldığını görən qonşular aidiyyəti qurumlara müraciət ediblər.

Müvafiq qurumlar mənzilin qapısını açaraq içəridə 2 nəfər kişinin meyitini aşkarlayıblar. Araşdırma nəticəsində onların içki məclisindən sonra öldüyü məlum olub. Ehtimal olunur ki, həmin şəxslər yeyib-içdikdən sonra ehtiyatsızlıqdan mənzildə yanğın törədiblər. Ölən şəxslərin məhz tüstüdən zəhərlənərək öldüyü məlum olub.

Meyitlərə keçirilən baxış zamanı onların çürüdüyü və hadisənin 5 gün bundan qabaq baş verdiyi istisna olunmur.

Ölənlərdən birinin şəxsiyyəti də məlum olub. Bu 1964-cü il təvəllüdlü Şıxıyev Abil Murtuz oğludur. Digər şəxsin kimliyi hələlik məlum deyil.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
İrandakı zəlzələlərin səbəbkarı ABŞ-dır - Şok iddia
ABŞ və İran arasındakı gərginlik bir çox iddiaların da ortaya çıxmasına səbəb olub.

Avrasiya.net Qaynarinfo-ya istinadən xəbər verir ki, İranın gecə saatlarında ABŞ-ın İraqdakı 2 bazasını vurmasının ardından ölkədə ard-arda baş verən zəlzələlər sosial şəbəkələrdə Vaşinqtonun HAARP sistemini işə salması ilə bağlı iddiaların yenidən yayılmasına səbəb olub.

HAARP nədir?

Yüksəktezlikli Aktiv Avroral Tədqiqatlar Proqramı ya da qısa adı ilə HAARP ABŞ ordusu, ABŞ donanması və Alyaska Universiteti tərəfindən İonosfer təbəqəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə Alyaskada aparılan birgə araşdırma proqramıdır. Bu fikri ilk dəfə serbiya əsilli amerikalı alim Nikola Tesla irəli sürüb.

HAARP silahı süni şəkildə zəlzələ, sunami yaratmaq və havanın temperaturunun kəskin artırılması üçün istifadə edilən tektonik silah hesab edilir. Zəlzələdən silah kimi istifadə edilməsi fikri bəzi ölkələr tərəfindən qəbul edilməsə də bu fərziyyə hələ də müzakirə edilir.

Qeyd edək ki, gecə saatlarında İran ordusu ABŞ-ın İraqda yerləşən əl-Əsəd və Ərbil bazalarına raket zərbələri endirib. Bunlardan biri də ABŞ prezidenti Donald Trampın qoşunları İraqdan çəkmək qarşılığında rəsmi Bağdaddan pul istədiyi hava bazasıdır.
Deputatlıq uğrunda mübarizə aparan həkimlər - Ən məşhuru Vüqar Məmmədovdur
Vüqar Məmmədov

Fevralın 9-da keçiriləcək növbədənkənar VI çağırış parlament seçkilərinə kifayət qədər həkim, səhiyyə işçisi də namizədliyini verib.

Əvvəlki Milli Məclisdə təmsil olunan həkim-deputatlarımızla yanaşı, yeni həkim namizədlər də az deyil. Bu həkimlər təkcə həkim, cərrah kimi yox, daha çox ictimai-siyasi aktivliyi ilə gündəmdə olan şəxslərdir.

Avrasiya.net Medicina.az-a istinadən yeni parlament seçkilərində mübarizə aparan həkim namizədləri təqdim edir:

1. 48 saylı Yevlax Seçki Dairəsindən əvvəlki parlamentdə də deputat seçilmiş həkim İlham Məmmədov yenidən namizədliyini təqdim edib. O, Yevlax rayon Mərkəzi Xəstəxanasının baş həkimidir.

2. Tanınmış kardiocərrah, t.e.n, əməkdar həkim Rəşad Mahmudov iddialı deputatlardandır. 78 saylı Lerik seçki dairəsindən YAP-ın irəli sürdüyü namizəddir.

3. Ötən parlamentdə, səhiyyə komissiyasının aktiv üzvü kimi tanınan Musa Quliyev (Urud) 41 saylı Sumqayıt I seçki dairəsində mübarizə aparacaq. İxtisasca nevroloqdur.

4. Qocaman professor, cərrah-onkoloq, 72 yaşlı Əhliman Əmiraslanov da budəfəki parlamentdən kənar qalmaq istəmir. YAP-ın siyahısında 66 saylı Biləsuvar rayon seçki dairəsində qeydə alınıb.

5. 9 saylı ikinci Binəqədi dairəsindən yenə də namizəd Kəmaləddin Qafarovdur. O, Milli Onkologiya Mərkəzinin baş direktor müavinidir.

6. Həkim deputat Asim Mollazadə 1980-1992-ci illərdə Moskva (Rusiya) Seçenov adına Tibb Akademiyasında Nevrologiya ixtisası üzrə təhsil alıb, tibb elmləri doktorudur. 22 saylı Dairə Seçki Komissiyası tərəfindən qeydə alınıb.

7. Köhnə parlamentdən tanıdığınız millət Sədaqət Vəliyeva da vəkili da həkimdir. 2006-cı ildə Sabunçu rayon 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi təyin olunub. Budəfəki seçkidə 25 saylı Nizami ikinci seçki dairəsindən qeydə alınıb.
Deputatlıq uğrunda mübarizə aparan həkimlər - Ən məşhuru Vüqar Məmmədovdur
8. Əvvəlki parlamentin daha bir deputatı Fərəc Quliyev Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirsə də, fəaliyyətini siyasi müstəvidə davam etdirib.

Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi 31 saylı Suraxanı ikinci seçki dairəsindən irəli sürülüb.

Milli Məclisə seçilmək üçün namizədliyi qeydə alınmış və bu vaxta kimi deputat olmayan yeni simalar:

9. Zəlimxan Məmmədli – Borçalı Cəmiyyətinin rəhbəridir. Tibb Universitetinin "Stomatologiya” fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildən rəhbər vəzifələrdə çalışıb. Namizədliyi 33 saylı Xətai birinci seçki dairəsindən irəli sürülüb.

10. Vüqar Məmmədov - daha bir iddialı yeni namizəddir. O, ATU-nun Məhkəmə təbabəti kafedrasının professorudur, tibbi hüquq üzrə beynəlxalq səviyyəli ekspertdir. Məhkəmə-tibbi eksperti, hüquqşünas, tibb elmləri doktoru, professordur. Namizədliyi 22 saylı Nəsimi seçki dairəsindən verilib.

11. Vasif İsmayıl - Tanınmış uroloq-androloq cərrah, eyni zamanda televiziyada tibbi proqramların aparıcısı olmuş həkim kəskin mövqeyi ilə seçilir. 44 yaşlı həkimin namizədliyi 41 saylı Sumqayıt seçki dairəsindən qeydə alınıb.

12. Daha bir uroloq-androloq cərrah, "Azərbaycan-Fransa Məzunları” İctimai Birliyinin sədri Araz Bayramov ilk dəfə namizədliyini irəli sürənlərdəndir. Uroloq həkim 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində mübarizə aparacaq.
Gürcüstanda azərbaycanlılar etiraza qalxdı - Foto
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun icra hakimiyyətinin binası qarşısında Algeti Vinsovxoz kəndinin sakinləri etiraz aksiyası keçiriblər.

Report xəbər verir ki, aksiyaçılar kənddə içməli və suvarma suyunun olmamasına etirazlarını bildiriblər.

Etirazçıların sözlərinə görə, Algeti Vinsovxoz kəndi illərdir içməli və suvarma su ilə təchiz olunmur. Kənd sakinləri içməli suyu evlərə qonşu kəndlərdən gətirdiklərini və ya satın aldıqlarını bildiriblər.

Marneuli rayonunun icra başçısı Zaur Darğallı etirazçıları qəbul edib və kəndə su xəttinin çəkilməsi üçün vəsaitin ayrıldığını deyib.

O bildirib ki, yeni xəttin inşası ilə bağlı tender elan olunacaq və layihənin iyun ayına qədər həyata keçiriləcəyi planlaşdırılıb.

Rayon rəhbəri ilə görüşdən sonra etiraz aksiyası başa çatdırılıb.
Baş Prokurorluq Nərminlə bağlı KİV-ə müraciət etdi
Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri barədə yanvarın 7-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən ictimaiyyətə ətraflı məlumat verilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri, sosial şəbəkə istifadəçiləri, eləcə də ayrı-ayrı şəxslər tərəfindən dəqiqləşdirmə aparılmadan sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmasını davam etdirirlər.

Avrasiya.net xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Feysbuk səhifəsində məlumat paylaşıb.

"İstintaqın maraqlarına zidd olan, insanların heysiyyatına toxunan, uşaqların psixologiyasına mənfi təsir edə biləcək bu kimi halların təkrarlanmaması və həqiqətə uyğun olmayan məlumatların yayılmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün Baş Prokurorluğun Mətbuat Xidməti ilə dəqiqləşdirilməsini xahiş edirəm", - E.Sultanov qeyd edib.