Gürcüstan azərbaycanlıları etiraza qalxdı - Deputat hökumətə müraciət etdiGürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Qaçağan kəndinin sakinləri yerli polis şöbəsinin qarşısında etiraz aksiyası keçiriblər.

Kənd sakinləri son zamanlar kənddə mal-qara oğurluğunun artmasına etiraz ediblər.

Kənddəki son durum haqqında Modern.az-a danışan Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov aksiyanın Gürcüstanın gündəminə çevrildiyini deyib: "Qaçağan kəndində son 4-5 ay ərzində əhalinin 100-ə yaxın mal-qarası oğurlanıb. Nə şikayətə baxan var, nə araşdıran. Yeganə dedikləri odur ki, kimdən şübhələnirsiniz, deyin, gedək tutaq. Axı insanlar kimin oğurladığını bilsələr, polisə heç ehtiyac qalmaz. İnsanların dövlətə qarşı da ümidi kəsildiyindən aksiya keçirir".

Azər Süleymanovun sözlərinə görə aksiya iştirakçıları polisə vaxt qoyub: "Əgər problemlər həll olunmasa daha geniş miqyaslı aksiya keçirəcəklər. Tək kənddə deyil, Marneulidə, Tiflisdə də aksiyalar ediləcək. Gürcüstan hökuməti azərbaycanlıların probleminə biganə yanaşmamalıdır"
Öldürülən Nərminin anası danışdı: Yalvardım ki... - VideoAnası və nənəsi Tovuzda yandırılmış halda meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın itkin düşməzdən qabaq sonuncu dəfə evdən çıxmasından danışıblar.

Report-un xəbərinə görə, Nərminin nənəsi Minayə İsmayılova bildirib ki, dərsdən qayıdıb evlərinə gəldikdən sonra atası onu əmisigilə göndərib. Əmisigildən qayıtdıqdan sonra isə Nərmin itkin düşüb.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Meyitin üzərində yanıq xəsarətləri olub.
Təhlükəli manyaka HÖKM OXUNDU: 200 kişini zorlayıbBöyük Britaniyada 195 kişini zorlayan İndoneziya vətəndaşı Reynhard Sinaq mühakimə olunub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Mançester şəhərində gecə klublarının qarşısında öz qurbanlarını pusan manyak adətən sərxoş kişiləri evinə dəvət edərək, onların içkisinə narkotik vasitələr qatıb, daha sonra isə döyərək, zorlayıb. 200-ə yaxın qurbanı olan manyak ömürlük azadlıqdan məhrum edilib.
Partiya sədrinin deputatlığa namizədliyi qeydə alınıbDemokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynovun 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən 9 fevral növbədənkənar parlament seçkilərinə namizədliyimiz qeydə alındı.

Bununla bağlı Ə.Hüseynov sosial şəbəkədə müraciət edib:

Dəyərli seçicilər, əziz DADP-çilər və qiymətli dostlarım!

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən 9 fevral növbədənkənar parlament seçkilərinə namizədliyimiz qeydə alındı. Rəsmən deputatlığa namizəd olduq. Beləliklə, daha bir mərhələni uğurla keçdik.

Bu mərhələlərin keçilməsində mənə mənəvi və təşkilati dəstək verən komanda üzvlərimə və namizədliyimin təsdiqlənməsi üçün imza verən seçicilərimizə - Zəngilan və Qubadlıdan olan məcburi köçkün soydaşlarımıza ürəkdən təşəkkür edirəm!

Həmçinin bütün bu proseslərdə bizə hörmətlə yanaşan, diqqət göstərən DSK sədri və üzvlərinə də ayrıca minnətdarlığımı bildirirəm!

Qarşıda bizi növbəti - həlledici mərhələni də uğurla başa vurmaq vəzifəsi gözləyir. İnşAllah təbliğat-təşviqat kampaniyamızı mükəmməl şəkildə təşkil edəcəyimizə əminəm.

Qazanacağımız uğur dövlətə, millətə xeyirli olsun!
Rəisin əməllərinə görə “Azərişıq”rəhbərinə müraciət olundu - FOTO - VİDEOİdarə rəisinin 145 minlik “generator əməliyyatı”, rəhbərlik etdiyi idarədə “ailə podaratı”, mənbəyi bilinməyən milyonlar və yüksəlmək iddiaları…

Yeni köçkün qəsəbəsindəki 144 min 904 manat dəyərində olan 750 KVA-lıq dizel genratoru idarə rəsinin göstərişi və bilavastə iştirakı ilə məlum olmayan səbəblərdən götürülüb.

Kanal32.az-ya müraciət edən məcburi köçkünlər bildirir ki, “Azərişıq” ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Saleh Abdullayev köçkünlərə qarşı qanunsuz hərəkətlər edib.

Belə ki,2019-cu ilin fevral ayında Mingəçevirdəki 594 mənzillik 11 ədəd 9 mərtəbəli binadan ibarət Yeni Köçkün qəsəbəsindəki fövqəladə vəziyyətlər üçün nəzərdə tutulan ehtiyat generatoru köçkünlərə üzərində tərtib olunma tarixi göstərilməyən “akt” təqdim etməklə ələ keçirib.Əldə etdiyimiz məlumata görə, həmin akt Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 3,”Azərişıq”ASC-nin isə 9 nəfər məsul şəxsinin iştirakı ilə tərtib edilib.Aktın məzmununda bildirilir ki,qiyməti 122 min 248 manat olan 600 KVA-lıq 1 ədəd,qiyməti 289 min 808 manat olan 2 ədəd 750 KVA-lıq dizel generatoru Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun balansından çıxarılaraq “Azərişıq” ASC-nin balansına verilsin. Ancaq bu generatorların “Azərişıq”ASC-nin balansına verilməsi idarə rəisi Saleh Abdullayevin həmin generatorları şəxsi maraqlarına uyğun istifadəsi anlamına gəlmir.Ən əsası Saleh Abdullayevin iştirakı ilə köçkünlərə guya “qanunu sənəd” kimi nümayiş etdirilən həmin aktın üzərində gün və ay göstərilməyib. Aktın fotosunu təqdim edirik:
Rəisin əməllərinə görə “Azərişıq”rəhbərinə müraciət olundu - FOTO - VİDEO
Rəisin əməllərinə görə “Azərişıq”rəhbərinə müraciət olundu - FOTO - VİDEO
Rəisin əməllərinə görə “Azərişıq”rəhbərinə müraciət olundu - FOTO - VİDEOMaraqlıdır, aktda 3 generatorun ümumi qiymətinin cəmi 556.960 manat etdiyi halda nədənsə cəmi 412.056 manat yazılıb. Biz isə redaksiya olaraq “Aradan çıxarılan”, yoxsa “yaddan çıxan” 144 min 904 manatdan danışmaq istəmirik.
Məcburi köçkünlərin verdiyi məlumata görə,generatorun naməlum səbəblərdən naməlum istiqamətdə aparılması ilə bağlı Saleh Abdullayevin ilk cəhdi noyabr 2018-ci il tarixdə, ikinci cəhdi isə 12 yanvar 2019-cu il tarxidə olub. Lakin həmin ərəfələrdə köçkünlərin ciddi etirazı və “generator elçiləri”nin əllərində “qanuni sənəd”lərin olmaması cəhdləri boşa çıxarıb. İşçilərinin “bacarıqsızlığı”nı görən RETSİ-nin rəisi Saleh Abdullayev üçüncü cəhddə özü şəxsən iştirak edib və “Qaçqınkom”un Mingəçevirdəki sabiq nümayəndəsi “Seyid Hüseyin”in “danılmaz xidmətləri” sayəsində,o cümlədən axtarıb tapdıqları “qanuni akt” əsasında köçkünləri yola gətirə bilib. Beləliklə,”generator əməliyyatı” uğurla başa çatıb.
Rəisin əməllərinə görə “Azərişıq”rəhbərinə müraciət olundu - FOTO - VİDEO
Məcburi köçkünlərdən biri generator aparılan günün lentə aldığı videogörüntünü redkasiyamıza təqdim edib:

Təəssüf ki, Yeni qəsəbədə yaşayan məcburi köçkünlər aldadıldıqlarını gec başa düşüblər.İndi onlar aidyyatı qurumların rəhbərlərindən,xüsüsən “Azərişıq”ASC-nin prezidenti səlahiyyətlərini icra edən Vüqar Əhmədovdan onun regional nümayəndəsinin atdığı addımın qanuna uyğun olub-olmamasının araşdırılmasını istəyirlər.Məcburi köçkünlər “Azərişıq”ASC-nin rəhbəri Vüqar Əhmədovdan xahiş və tələb edirlər ki,tabeliyində çalışan və “Azərenerji”ASC-nin prezidenti Balababa Rzayevin “sevimli” kadırı kimi ad çıxarmış,ondan başqa heç kimlə hesablaşmayan, hətta onunla fəxr edən,Baba Rzayevdən başqa rəhbər tanımayan Saleh Abdullayevin barəsində ölçü götürülsün.Əks halda onlar ölkə başçısı Cənab İlham Əliyevə videomüraciət edəcklərini deyirlər.

2014-2015-ci illərdə qəsəbənin tikintisində çalışmış işçilərin və məcburi köçkün Vəli Həsənovun bildirdiyinə görə,binaların inşaası layihısi çərçivəsində buraya qoyulmuş dizel generatorları ehtiyat enerji mənbəyi üçün nəzərdə tutulub.Məqsəd isə fövqəladə vəziyyət və təbii fəlakətlər,elektirik xətlərində baş vermiş uzunməddətli qəzalar zamanı hündür mərtəbəli binalarda ən azı liftlərin işləməsini və orada qalmış insanların xilas edilməsini təmin etməkdir.

Yuxarıdakı fotolar “rəhmətlik”generatorun varlığı zamanı çəkilib.Aşağıdakı fotolar isə “generator əməliyyatı”ndan sonrakı,yəni indiki fotolardır.

Rəisin əməllərinə görə “Azərişıq”rəhbərinə müraciət olundu - FOTO - VİDEO
Redaksiyanın əldə etdiyi məlumtalara görə,“Azərişıq”ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi Saleh Abdullayev uzun illərdir məmur kimi fəaliyyət göstərsə də,o təkcə Mingəçevirdə dəyəri milyonlara ölçülən biznes obyektlərinə və daşınmaz əmlaklara sahibdir. Onun idarə daxilində həyata keçirdiyi idarəetmə mexanizmləri və kadr təyinatları isə geniş bir araşdırma mövzusudur. Hətta,iş o yerə çatıb ki,mingəçevirlilər arasındfa belə bir deyim də var:”Saleh müəllimin(?) rəhbərlik etdiyi idarə Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsi (RETSİ) yox,”Abdullayev”MMC-dir”. Çünki adıçəkilən idarədə onun təxminən 17 nəfər yaxın qohumları və ailə üzvləri işləyir. Bu da “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinin kobud şəkildə pozulmasıdır.

Qeyd edək ki,növbəti yazımızda Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi Saleh Abdullayev tabeliyində çalışan qohumlarının adlı siyahısını dərc edəcəyik…

Görəsən,Saleh Abdullayev köçkün qəsəbəsindən apardığı qiyməti 144.904 manat olan 700 KVA-lıq dizel generatorunun yerləşdirildiyi yeri və ya obyekti rəsmi şəkildə məcburi köçkünlərə göstərə bilərmi???

Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Prezident “Azərişıq” ASC-nin yeni rəhbəri Vüqar Əhmədovu qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edib.

Avrasiya.net xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:

-Mən sizi “Azərişıq” Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifəyə məsuliyyətlə yanaşacaqsınız.

Bu, çox məsuliyyətli vəzifədir və enerji təminatı hər bir ölkə üçün strateji sahədir. Son illər ərzində ölkəmizdə bu sahədə çox böyük işlər görülübdür. Regionların sosial-iqtisadi inkişafına dair 2004-cü ildə qəbul edilmiş birinci Dövlət Proqramı çərçivəsində enerji güclərinin yaradılması nəzərdə tutulurdu. Artıq biz buna tam nail olduq. Bu gün bizim təqribən 1000 meqavatlıq əlavə enerji güclərimiz var ki, bu güclər həm ehtiyat təşkil edir, həm də ixrac potensialımızı genişləndirir. Keçən il ölkəmiz elektrik enerjisinin ixracından təqribən 60 milyon dollar civarında vəsait əldə edibdir.

Bütün bu işlərin təməlində generasiya güclərinin yaradılması dayanır. Biz son 15 il ərzində təqribən 3000 meqavata yaxın yeni generasiya gücləri yaratdıq, bir çox elektrik stansiyaları inşa edildi və beləliklə, Azərbaycan bu istiqamətdə dünya miqyasında aparıcı ölkələrin birinə çevrilibdir. Eyni zamanda, paylayıcı xətlərin yenidən qurulmasına və çəkilməsinə də böyük diqqət göstərildi. Əlbəttə ki, paylayıcı şəbəkənin müasir standartlara cavab verməsi gündəlikdə duran əsas məsələlərdən biridir. Vaxt var idi ki, ölkəmizin enerji təminatı özəl qurumların əlində idi və bu praktika özünü doğrultmadı. Əksinə, bizim üçün böyük problemlər yaratmışdır. İndi bəziləri unudub, vaxtilə elektrik enerjisinin qıtlığına görə gecə saatlarında televiziya kanalları söndürülürdü. Bakının enerji təminatı tamamilə bərbad vəziyyətə düşmüşdü. Bakının enerji təminatını inhisara götürmüş “Barmek” şirkəti enerji təsərrüfatını tamamilə sıradan çıxarmışdı. İndi bir çoxları o dövrü unudub. Mən bunu yaxşı xatırlayıram ki, məhz mənim göstərişimlə və sərəncamımla xarici iş adamlarının yarıtmaz fəaliyyəti geniş təhlil edildi. Bakının enerji təminatı yenə dövlətə qaytarıldı və “Azərişıq” yaradıldı. “Azərişıq” Səhmdar Cəmiyyətinin adını da mən vermişdim. O gündən bu günə qədər dövlət bu sahəyə böyük vəsait ayıraraq ciddi dönüş yarada bildi. Bu gün Azərbaycanda enerji dayanıqlılığı tam təmin edilir.

Ancaq bütün bu müsbət məqamlara baxmayaraq, böyük çatışmazlıqlar da, böyük qüsurlar da olubdur. Əgər bunlar olmasaydı, 2018-ci ildə biz o qəza ilə üz-üzə qalmazdıq. Qəzadan sonra aparılan təhlil işləri göstərdi ki, bu, sırf səhlənkarlıq, məsuliyyətsizlik nəticəsində baş vermişdir. Mənə şəkillərlə, sübutlarla böyük məruzə edildi, bizim Mingəçevir İstilik Elektrik Stansiyası necə bərbad gündə idi. Adam o şəkillərə baxanda dəhşətə gəlirdi. Bu qədər səhlənkarlıq, bu qədər məsuliyyətsizlik olarmı? Ona görə “Azərenerji”nin rəhbərliyi tamamilə dəyişdirildi.

Mingəçevir İstilik Elektrik Stansiyasının 5 bloku əsaslı təmir edildi, demək olar ki, yenidən quruldu və itirilmiş güclər bərpa olundu. Biz təqribən 400 meqavatlıq itirilmiş gücləri bərpa etdik. Yəni, bizim mövcud elektrik stansiyaları məhz məsuliyyətsizlik və qeyri-peşəkar hərəkətlərə görə o gücləri itirmişdi. Biz yeni stansiya tikmədən təmir işləri nəticəsində 400 meqavat gücü bərpa etdik. Mingəçevir İstilik Elektrik Stansiyasının qalan 3 blokunda 2020-ci ildə yenidənqurma işləri aparılacaq və əlavə enerji, generasiya gücü əldə ediləcək.

Bununla paralel olaraq, 2019-cu ildə 400 meqavat gücündə “Şimal 2” elektrik stansiyası istifadəyə verilib. Bu da enerji potensialımızı böyük dərəcədə gücləndirən amildir. Eyni zamanda, biz indi bərpaolunan enerji növlərinin yaradılması ilə ciddi məşğuluq. Artıq 50 meqavatlıq külək elektrik stansiyası fəaliyyət göstərir. Hazırda özəl şirkətlər, xarici şirkətlər bu sahəyə böyük maraq göstərirlər, 100 milyonlarla dollar səviyyəsində investisiya yatırmaq istəyirlər və biz bunu yüksək qiymətləndiririk.

Beləliklə, növbəti illərdə bizim artan tələbatımızı ödəmək üçün həm yeni stansiyalar qurulmalıdır, həm də elektrik enerjisini təmin edən mövcud qurğular təftiş edilməlidir, yeni yarımstansiyalar inşa olunmalıdır, təmir edilməlidir. Biz bütün bu işləri görürük və ardıcıl şəkildə görəcəyik. “Azərişıq” da öz işində ən müasir prinsipləri rəhbər tutmalıdır. Bizim bütün enerji təsərrüfatımız yüksək standartlara cavab verməlidir. Generasiyadan başlamış son nöqtəyə - vətəndaşların mənzilinə qədər elektrik enerjisi dayanıqlı şəkildə təmin edilməlidir.

Mən bölgələrə çoxsaylı səfərlərim çərçivəsində bir sıra elektrik stansiyalarının, yarımstansiyaların açılışında iştirak etmişəm. Hər zaman maraqlanıram ki, rayonlarda elektrik enerjisi ilə bağlı vəziyyət necədir. Son illər bu sahədə çox böyük dönüş var və bu proses davam etdiriləcək. Hələ ki, təmirə ehtiyacı olan enerji infrastrukturumuz var. Biz bu məsələləri ardıcıl şəkildə həll edəcəyik ki, bu sahədə heç bir problem olmasın.

Ölkəmizdə əhalinin və sənaye potensialının artımı diktə edir ki, bu sahə daim diqqət mərkəzində olsun. Odur ki, mən Prezident kimi fəaliyyətə başlayanda infrastruktur layihələri arasında, ilk növbədə, məhz bu sahəyə böyük diqqət göstərildi. Mənim göstərişimlə və nəzarətim altında bölgələrdə bir neçə elektrik stansiyası tikilmişdir. Biz “Xaçmaz”, “Şahdağ”, “Astara”, “Şəki”, “Bakı” stansiyalarını tikdik ki, hər bir bölgədə güclər mövcud olsun və artırılsın. Şirvan şəhərində 800 meqavata yaxın generasiya gücü olan “Cənub” elektrik stansiyası tikilmişdir. “Şimal-1”, “Şimal-2” elektrik stansiyaları istifadəyə verilmişdir. Bütün bunlar böyük zəhmət, uzaqgörənlik tələb edir. Biz vaxtilə idxaldan asılı idik. İndi isə biz özümüzü elektrik enerjisi ilə təmin edirik və ixrac da edirik. İxrac o təqdirdə edilə bilər ki, daxili tələbat tam ödənilsin. Biz indi buna nail ola bilmişik.

Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu bu sahədə görülmüş işlərə çox yüksək qiymət veribdir. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Forumu Azərbaycanı MDB məkanında birinci yerə layiq görüb, dünya miqyasında isə ikinci yerdəyik. Biz bu göstəriciyə görə ən inkişaf etmiş ölkələri qabaqlamışıq. Elektrik enerjisinin istehsalının və paylanmasının əsas məqsədi onun müəssisəyə və vətəndaşa çatdırılmasıdır. Əlçatanlıq bu deməkdir. Yəni ki, insanların, müəssisələrin enerjiyə əli çatır və bu əmsala görə biz dünyada ikinci yerdəyik. Bax, budur bizim gördüyümüz işlərin nəticəsi. Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənə bilmərik. Həm “Azərenerji”, həm də “Azərişıq” qarşısında çox böyük vəzifələr qoyulub. Əminəm ki, bu vəzifələr ardıcıllıqla icra ediləcək və beləliklə, elektrik enerjisi ilə təminat daim yüksək səviyyədə olacaqdır.

Vüqar Əhmədov : Cənab Prezident, mənə göstərdiyiniz bu yüksək etimada görə Sizə dərin təşəkkürümü bildirirəm. Çalışacağam bu yüksək etimadı öz işlərimlə doğruldum.

Cənab Prezident, Sizin digər sahələrdə olduğu kimi, elektroenergetika sahəsində gördüyünüz işlər də hər kəsin gözü önündədir. Qeyd etdiyiniz kimi, dörd il bundan əvvəl yaradılan “Azərişıq” Səhmdar Cəmiyyəti Sizin sayənizdə irimiqyaslı işlər görmüşdür. Bu gün “Azərişıq” Səhmdar Cəmiyyəti istehlakçıları fasiləsiz elektrik enerjisi ilə 100 faiz təmin edir. Bu günədək 70-dən artıq 110 kilovoltluq və təqribən 300-dən çox 35 kilovoltluq yarımstansiya tikilmiş və ya əsaslı təmir edilmişdir. İndiyədək 1 milyon 200 mindən çox yeni sayğac quraşdırılmışdır ki, bu da itkilərin qarşısının alınmasında mühüm rol oynayıb. Şəbəkənin qoyuluş gücü 9 min meqavatamperdən 13 min meqavatamperə çatdırılıb. Baş verən qəzaların aradan qaldırılması üçün məsafədən idarə olunan dörd avtomatik idarəetmə mərkəzi yaradılıb. Yığım 95 faizə çatdırılıb, “Azərenerji”yə ödənişlər 100 faiz təmin edilib.

Hazırda 56 rayonun paylayıcı elektrik şəbəkəsi üzrə 13 min 500-dən artıq transformator məntəqəsinin yenisi ilə əvəz olunması işləri davam etdirilir.

Prezident İlham Əliyev: Çox yaxşı. Bu sahədə doğrudan da çox işlər görülüb, o cümlədən vaxtilə böyük problemə çevrilən ödəməmələr məsələsi ilə bağlı. İndi bu problem mövcud deyil. Siz “Azərenerji”yə enerji pulunu 100 faiz ödəyirsiniz və yığım da 95 faizdir, bu da hesab edirəm ki, yaxşı nəticədir.

Əlbəttə ki, gələcəkdə, xüsusilə ucqar dağ kəndlərində enerji təsərrüfatına da böyük diqqət göstərilməlidir. Çünki biz demək olar ki, bütün şəhərlərdə artıq yeni yarımstansiyaların, transformatorların quraşdırılması nəticəsində problemi həll etmişik, ancaq bəzi kəndlərdə dirəklər köhnədən qalıbdır. Mən o kəndlərdə olarkən görürəm ki, hələ də taxta dirəklər qalmaqdadır. Onları müasir dirəklərə dəyişdirmək üçün əlavə tədbirlər görülməlidir. Paylayıcı xətlər indi tamamilə yenilənibdir. Ona görə enerji təminatını indiki səviyyədə saxlamaq üçün əlbəttə ki, biz daim fəal olmalıyıq və o cümlədən “Azərişıq” daim bu işlərə diqqət yetirməlidir. Çünki bizim tələbatımız artır. Baxın, 2019-cu ildə qeyri-neft sənayemiz 14 faiz artıbdır. Deməli, əlavə enerji gücü lazımdır. Hesab edirəm ki, şəbəkəyəqoşulma bizdə yüksək səviyyədə təmin olunur. Bəzi ölkələrdə bu, böyük problemə çevrilir və açılan müəssisələr ümumi şəbəkəyə qoşula bilmir. Bizdə bu problem yoxdur. Ancaq tələbat artır, əhali artır və artacaq. İndi əhali 10 milyona çatıbdır. İllər keçdikcə bu, 11 milyona, 12 milyona çatacaq. Ona görə bizim şəbəkəmiz buna hazır olmalıdır. Ona görə biz böyük vəsait ayırırıq ki, generasiya güclərini tamamilə təzələyək. Biz indi profisitlə çalışırıq. Ancaq biz gərək generasiya güclərini daim elə vəziyyətdə saxlayaq ki, Azərbaycanda heç vaxt qıtlıq olmasın. Əlbəttə ki, enerji təsərrüfatını normal vəziyyətdə saxlamaq üçün bütün istismar qaydaları gərək yüksək səviyyədə təmin edilsin. 2018-ci ildə baş vermiş qəza böyük dərs olmalıdır. Bu qəzadan sonra görülmüş tədbirlər öz nəticəsini verməkdədir. Biz yarımstansiyaların dairəvi qaydada birləşdirilməsi nəticəsində özümüzü qəzalardan, qəzaların fəsadlarından qoruyuruq. Qəza hər bir ölkədə baş verə bilər. Ancaq əsas məsələ ondadır ki, bu qəzanın fəsadları hansısa müddət ərzində aradan qaldırılır. Bu dairəvi sistemi biz ona görə yaratmışıq ki, enerji təminatını qısa müddət ərzində təşkil edə bilək. Sizə uğurlar arzulayıram. Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız.
Tovuzda 10 yaşlı qızın öldürülməsi ilə bağlı YENİ FAKTLARTovuz rayon Dondar Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının ötən ilin 21 noyabr tarixində yoxa çıxan və dünən yandırılmış meyiti tapılması barədə xəbər vermişdik.

Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, azyaşlı qız qətlə yetirildikdən sonra yandırılıb. Ekspertlərin ilkin rəyinə əsasən qız bir neçə gün əvvəl vəfat edib, onun bədəni üzərindəki yanıq xəsarətləri isə dünən yaranıb.

Nərminin nənəsi Minayə İsmayılova bildirib ki, dünən qonşu hasarın yaxınlığında yanğın olduğunu görüb və torpaqla yanğını söndürüb. Az sonra ərazidə Nərminin cansız bədəninin yandırıldığı üzə çıxıb.

Qeyd edək ki, qızın ailəsi televiziyada axtarış proqramına çıxandan sonra onun meyiti aşkarlanıb. Belə ki, Xoşqədəm Hidayətqızının verilişinə çıxan azyaşlının valideynləri çağırış ediblər və bundan az sonra Nərminin yandırılmış meyiti yaşadığı kənddə tapılıb. Onun kim tərəfindən öldürülməsi, yandırılması və meyitin ora necə gətirilməsi məlum olmasa da, cəsədin əraziyə sonradan gətirilib atıldığı dəqiqləşib.

Hadisədən dərhal sonra polisə müraciət edən Nərminin yaxınları onun qaçırılma ehtimalını bildiriblər. Belə ki, Nərminin böyük bacısı bildirib ki, hadisə baş verən gün ailə üzvləri ilə birgə qonşuluqdakı toy məclisində olublar. Axşam saatlarında Nərminin bacısı toydan çıxıb evə gedərkən ona sarı rəngli “VAZ” markalı avtomobil yaxınlaşaraq evlərinə aparmağı təklif edib. Lakin Nərminin bacısı maşına minməkdən imtina edib. Təxminən 1 saat sonra atası Şərif Quliyevin gödəkçəsini gətirmək üçün evə yollanan Nərmin yoxa çıxıb.

Qəddarcasına öldürülən qızın valideynləri konkret şübhələndikləri şəxsin olmadığını da bildiriblər.

Faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
Elza Seyidcahan deputatlığa namizəd oldu
“Mən parlament seçkilərində iştirak etməyə bilmərəm”.

Bu sözləri Modern.az-ın əməkdaşının “Parlament seçkilərinə qatılacaqsınızmı?” sualını cavablandırarkən müğənni Elza Seyidcahan deyib. O, açıqlamasını belə davam etdirib:

“Çünki Elza Seyidcahanı xalq sevir, Elza Seyidcahan da xalqı sevir. Kim xalqı sevirsə, o prezidenti sevir”.

Müğənni sənədlərini Dairə Seçki Komissiyasına təqdim edib-etmədiyi barədə sualı isə cavabsız qoyub:

“Tezliklə hər şeyi biləcəksiniz”.

Modern.az-ın əməkdaşı 54 saylı Şabran-Siyəzən seçki dairəsi ilə əlaqə yaradaraq Elza Seyidcahanın namizədliyini irəli sürüb-sürmədiyini aydınlaşdırıb.

Məsələ ilə bağlı Dairə Seçki Komissiyasının sədri Saleh Təhməzov bildirib ki, hazırda seçki dairəsində 27 nəfərin namizədliyi təsdiq olunub:



“Onlardan 11 nəfəri imza vərəqlərini qaytarıblar,1 nəfər isə qeydiyyata alınıb. Elza Nuru qızı Qasımova (Seyidcahan) da namizədliyini irəli sürüb. Elza xanım da imza vərəqələrini təqdim edib. Bu gün-sabah sənədlərinə baxıb namizədliyini qeydə alacağıq”.