Neftin qiyməti 150 dolları keçə bilərXəbər verdiyimiz kimi, İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-İran arasında baş verə biləcək müharibə ilə bağlı narahatlıqlar fonunda bu həftə neft qiymətləri yeddi ayda ilk dəfə 70 dolları keçib.

“İndependent” xəbər verir ki, iki ölkə arasındakı gərginliyin müharibəyə çevrilməsi halında neftin qiyməti 150 dolları keçəcək.

Nəşr iddia edir ki, neftin qiymətinin qalxması dünya iqtisadiyyatına zəncirvari təsir göstərəcək ki, bu da istehlakçılar üçün geniş çeşiddə malların qiymətinin qalxmasına səbəb olacaq.

Beynəlxalq ekspertlərə görə, Tehranın dünya neft daşımalarının beşdə birinin həyata keçirildiyi Hörmüz boğazını bağlaması, regiondakı bir sıra vacib qurğular və nəqliyyat xətlərinin hədəfə çevrilməsi dünyanın neft tədarükünə çox ciddi təsir göstərəcək.(“Report”)
“Qızım başından küt alətlə vurulub” - Nərminin atasıTovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın öldürülüb, sonra isə yandırılması ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Hazırda hüquq-mühafizə orqanlarına daxil olan qurumlar bu hadisə ilə bağlı araşdırmalar aparırlar.

Mərhum Nərmin Quliyevevanın atası Şərif Quliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, qızı başından vurularaq öldürülüb: "Respublika prokurorluğunun əməkdaşları, ekspertlər gəlmişdi. Onların rəhbəri Nadir müəllim özü də bizimlə danışdı, lazım olan hər şeyi edəcəklərini dedi. Meyiti xaricini ekspertizadan keçirdilər, üzərindən nümunələr götürüldü, dəqiq məlumatlar bir müddət sonra ekspertin rəyi əsasında bəlli olacaq. Amma indi ekspert dedi ki, Nərmin başından küt alətlə vurulub, onun izi qalıb. Qızım 3-4 gün öncəyə qədər sağ olub. Güman ki, hardasa gizli yerdə məcbur saxlanılıb. Bədəni demək olar ki, tam yanıb. Heç cənazəni yumaq üçün uyğun deyil. Qızımın meyitini bir saat əvvəl bizə veriblər, indi evə gətirmişik. Nərmini sabah kənd qəbiristanlığında dəfn edəcəyik".

Ş.Quliyev əlavə edib ki, qızı Nərmin noyabrın 21-i günorta saatlarında itkin düşüb, lakin axşam saat 21 radələrində polisə müraciət ediblər: "Əvvəl fikirləşdik ki, yəqin nənəsigilə gedib. Ona görə polisə gec dedik. Amma bu 47-48 gün ərzində polislər daim bizimlə olub, hər gün axtarış aparırdıq. Qonşu kəndlərdə də axtarışlar gedirdi. Dünən axşam saatlarında qızımın meyitini tapıb bizə verdilər. Kömək edən, əziyyəti olan hər kəsə təşəkkür edirik. Hazırda istintaq gedir, hələ ki hər yaxşı qaydasındadır. Tezliklə qızımın qatilinin tapılacağına inanırıq, hüquq-mühafizə orqanlarına minnətdarıq".

Ş.Quliyev deyib ki, qardaşı və qardaşı oğluna qarşı ittihamlar sadəcə şayiədən ibarətdir: "Bunlar hamısı yalandır. Mən Nərmini göndərdim ki, qardaşımgildən gödəkçəmi gətirsin. O gec gəldiyi üçün arxasıyca böyük bacısını göndərdim. Bacısı gedəndə yolda sarı rəngli maşın saxlayıb, ona deyib ki, gəl səni aparım. Böyük qızım isə maşına minməyib. Həmin maşının Nərminlə rastlaşıb-rastlaşmadığını isə heç kim görməyib. Böyük qızım o adamı tanımayıb, bizim kənddən deyilmiş. Nərmin isə mənim gödəkçəmi qardaşımgildən götürüb çıxıb, bundan sonra itkin düşüb və onu görən olmayıb.

Ş.Quliyev qızına təcavüz olunması ehtimalları ilə bağlı hazırda dəqiq bir söz deyə bilməyəcəyini bildirib: "Ekspertlər də bununla bağlı konkret bir söz demədilər. Bu məsələ istintaqın gedişatında bəlli olacaq"
Tanınmış güləşçi bıçaqlandı - AzərbaycandaAbşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə DİN-in Ekoloji Nəzarət Postunun ərazisində qeydə alınıb.

Qazax rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov Nurlan Nazim oğlu dostu tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, N.Məmmədov Yunan Roma güləşi üzrə Azərbaycanı 69 kq çəki dərəcəsində təmsil edir. /APA
 DTX-yə müraciət edilib - Məmmədov “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov qəzetə məxsus saytda (Hurriyyet.org) Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun adından gedən yazını təxribat adlandırıb.

Avrasiya.net xəbər verir ki, V.Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, sayt haker hücumuna məruz qalıb.

O bildirib ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilib: “Hazırda araşdırma aparılır. Sərdar Cəlaloğlunun adından saytda gedən yazı həqiqəti əks etdirmir, ADP sədri belə açıqlama verməyib. O yazı sayta bizim nəzarətimizdən kənar yerləşdirilib”.
Qubada itkin düşən azyaşlı qız tapılıbQuba rayonunda itkin düşən azyaşlı tapılıb.

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Quba rayon sakini Aslan İslamov gecə saatlarında rayon polis şöbəsinə müraciət edərək 2017-ci təvəllüdlü azyaşlı qızı Ayla İslamlının yaşadıqları evin həyətindən çıxaraq itkin düşməsi barədə məlumat verib.

Məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları dərhal rayon ərazisində axtarışlara başlayıblar. Nəticədə itkin düşən üç yaşlı qız qısa müddətdə tapılaraq ailəsinə təhvil verilib.
DİN və Prokurorluqdan Nərminin ölümü ilə bağlı - MəlumatDaxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Tovuzda azyaşlı qızın qətli ilə bağlı birgə məlumat yayıb.

Avrasiya.net xəbər verir ki, birgə məlumatda qeyd olunur ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın 2019-cu il noyabrın 21-də itkin düşməsi və bu il yanvarın 6-da yanmış meyitinin tapılması ilə əlaqədar sosial şəbəkələrdəki bəzi səhifələrdə həmin azyaşlının gec tapılmasında hüquq mühafizə orqanlarını məqsədli və qərəzli olaraq ittiham etməyə cəhdlər göstərilir.

"Bununla əlaqədar bildiririk ki, 2019-cu il noyabrın 21-də saat 23 radələrində vətəndaş Şərif Quliyev Daxili İşlər Nazirliyinin “102 – Xidməti”nə zəng edərək qızı Nərmin Quliyevanın evdən getməsi və geri qayıtmaması barədə məlumat verib, həmçinin eyni məzmunlu ərizə ilə Tovuz rayon Polis Şöbəsinə müraciət edib. Polisdə dərhal lazımi araşdırmalara başlanılaraq Şərif Quliyevin və aidiyyəti kənd sakinlərinin izahatı alınıb, yaşadığı evə baxış keçirilib, zəruri əməliyyat tapşırıqları verilib və toplanmış materiallar 2019-cu il noyabrın 28-də Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilib.

Aparılmış araşdırmalarla Nərmin Quliyevanın qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb ediliblər.

Yanvarın 6-da azyaşlının meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri və digər əməkdaşları, eləcə də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli mütəxəssisləri Tovuz rayonuna ezam olunublar.

Müəyyən edilib ki, Şərif Quliyev 2019-cu il noyabrın 21-də saat 14:00 radələrində özünə məxsus gödəkçəni gətirmək üçün qızı Nərmin Quliyevanı həmin kənddə yaşayan qardaşının evinə göndərib və Nərmin Quliyeva əmisinin evinə gedib oradan çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb.

2020-ci il yanvarın 6-da saat 19:30 radələrində isə kənd sakini İlkin Süleymanov evlərindən təxminən bir kilometr aralıda Nərmin Quliyevanın meyitini aşkar edib və bu barədə dərhal polisə məlumat verib.

Təxirəsalınmadan hadisə yerinə və meyitə mərhumun atasının və əmisinin iştirakı ilə baxış keçirilib, iş üzrə məhkəmə-tibbi, kriminalistik, bioloji, kimyəvi ekspertizalar təyin edilib, çoxsaylı şahidlər dindirilib, aidiyyəti orqanlara sorğular və əməliyyat tapşırıqları göndərilib.

Cinayətin qısa müddətdə açılması və onu törətmiş şəxsin yaxud şəxslərin müəyyənləşdirilməsi üçün intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri keçirilir. Nəticələri barədə əlavə məlumat veriləcəkdir".
Əli Həsənovun oğlu Xəzər TV-dən çıxarıldıPrezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Xəzər TV-dən çıxarılıb.

Avrasiya.net Baku.ws-ə istinadən məlumat verir ki, Şamxal Həsənli bu gün kollektivlə vidalaşıb.

Onun əvəzinə hələlik təyinat olmayıb.

Xatırladaq ki, Şamxal Həsənli “Xəzər TV” MMC-nin prezidenti vəzifəsini icra edirdi.
Azərbaycan Ordusunun əsgəri şəhid olduErmənistan silahlı qüvvələrinin bölmələri Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini kobud su­rətdə pozmaqla növbəti dəfə təxribat törədib.

DSX-dan Avrasiya.net-ə verilən məlumata görə, 2020-ci il yanvarın 7-də saat 14:56 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzəli Əli­mür­səl oğlu şəhid olub.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quli­yev və digər rəhbər vəzifəli zabitlər hazırda hadisə yerindədirlər, Hərbi Proku­rorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.
Gəncədə "Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi" adlı layihə keçiriləcəkGəncə şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının ev sahibliyi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Beynəlxalq Xəstəxanasının tərəfdaşlığı ilə "Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi" adlı layihə həyata keçiriləcək.

Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsinin rəhbəri, Odlar Yurdu Gənclər İctimai Birliyinin baş katibi Ruslan Vəliyev bildirib ki, layihənin keçirilməsində məqsəd region gənclərinin tibbi biliklərinin artırılması, layihənin ünvanlandığı gənclər qrupunun respublikamızda dövlətin tibbi sahəyə ayırdığı diqqətlə bağlı məlumatlandırılması, bu sahə üzrə kadr hazırlığının önəminin əyani yollarla çatdırılması, problemin həllində məhz gənclərin şəbəkələşməsinin zəruriliyini təmin etmək, onların bu problemlərin həllində təşəbbüslərinin artırılmasına nail olmaq və bu kimi məsələlərin həllində gənclərin rolunu artırmaqdan ibarətdir. Layihə tibb sahəsində dövlət sektorunun iştirakının tibb sənayəsinin inkişafı ilə bilavasitə şərtlənməsini ehtiva edəcək. Layihə çərçivəsində təlimlərin keçirilməsi, həmçinin, layihə iştirakçılarına praktiki təcrübə keçmək üçün şəraitin yaradılması layihənin əsas məqsədlərindəndir. Ölkəmizdə tibb sahəsinin beynəlxalq rəqabətə tab gətirməsi zərurətinin ortaya çıxdığı vaxtda, dövlətin bu sahədə rolunun əhəmiyyəti təlimlər vasitəsilə gənclərə çatdırılacaq. Cari layihə çərçivəsində tibbi sahəyə göstərilən dövlət qayğısı, səhiyyə sisteminin inkişafının səmərəliliyinin artırılması istiqamətində maarifləndirici təlimlər keçiriləcəkdir. Beş gün müddətində müxtəlif mövzularda təlimlər keçiriləcək, həmçinin, layihə iştirakçılarından ibarət gənc tibb işçiləri klubu yaradılacaq və onlar, Gəncə Beynəlxalq Xəstəxanasında təcrübə proqramında iştirak edəcəklər. Layihənin sonunda iştirakçılar sertifikatlarla təltif olunacaqdır.

Qeyd edək ki, layihə 25.12.2019 - 25.04.2020 tarixlərində Gəncə şəhərində həyata keçiriləcəkdir. Layihənin təqdim olunması məqsədilə Gəncə şəhərində təqdimatlar həyata keçiriləcək, təqdimatlardan sonra iştirak etmək istəyən gənclər qeydiyyatdan keçəcək, daha sonra isə müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsindən uğurla keçən 50 nəfər gənc layihədə iştirak etmək hüququ qazanacaqdır. Layihənin gedişatı haqqında mütəmadi olaraq mətbuat vasitəsilə ictimaiyyətə məlumat veriləcəkdir.

Layihəyə 18-29 yaş arasında olan, tibb sahəsini sevən və bu sahəyə maraqlı gənclər qoşula bilər.
Qeydiyyat linkini sizlər üçün təqdim edirik!
https://forms.gle/AsErjwsvpKTKn5J48
"Əli Kərimli İranla əməkdaşlığını ört-basdır etmək üçün Taleh Bağırzadənin əleyhinə danışır"“ABŞ-İran münasibətlərinin gərkin bir dövründə gözlənilmədən Əli Kərimli və Cəmil Həsənli öz siyasətlərini dəyişərək iki gündür uzun illərdi Milli Şuranın daxilində fəaliyyət göstərən Taleh Bağırzadənin əleydarı kimi çıxış etməyə başlayıblar, onun qatı əleydarı olduqlarını “sübut” etməyə başlayıblar. Bunlar kimə mesaj vermək istəyirlər?” –bu açıqlamanı mətbuata BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Ordyxanlı verib.

Onun sözlərini görə, Əli Kərimlinin bu günə qədər İranla ciddi əlaqələrinin olması açıq-aydın hər kəsə bəlli idi:” Nə baş verib ki, Əli Kərimli ilə Cəmil Həsənli Taleh Bağlrzadədən imtina etməyə başlayıblar?! Bütün günü Taleh bağırzadəyə açıq dəstək verən Əli Kərimli, Qənimət Zayidov indi siyasətlərini niyə dəyişiblər? Əlbəttə ki, uzun illərdi siyasətlə məşğul olan şəxslər çox yaxşı bilir ki, Əli Kərimli istənilən məqamda öz müttəfiqini ayaq altına atır, ona xəyanət edir. Bu gün onlar bu cür çıxışlar etməklə, Qərbə mesaj verirlər ki, o İranpərəst qüvvələrlə əməkdaşlığı dayandırmaq niyyətindədir. Bundan sonra onlarla əməkdaşlıq etmiyəcək. Ancaq elə həmin Qərb dairələri də çox yaxşı bilir ki, Əli Kərimli hansı səbəbdəndir ki, uzun illərdi Taleh Bağırzadəyə dəstək verir. Əlbəttə ki, əsas maliyə səbəbidir. Bir vaxtlar Əli Kərimli Qənimət Zayidovu İrana boş verə göndərməmişdi.”

Niyaməddin Orduxanlının sözlərinə görə, Qasım Süleymaninin öldürülməsi isə sözsüz ki, regionda vəziyyəti daha da gərginləşdirəcək:” Biz bir partiya olaraq düşünürük ki, İran rəsmilərinin müdrikliyi çatacaq ki, nəticəsi bəlli olan böyük müharibədən qaçmaq mümkün olsun. Müharibəni qəzəb və nifrət yox, güclü iqtisadiyyat və müasir silahlar həll edirlər. Qarabağın "göz çıxardan" işğalını İran görməli və nəticə çıxarmalı idi. Güclə hesablaşmamaq odla oynamaq deməkdir. Buna görə də, soyuq düşüncənin zəfər çalacağına, İranın dövlət adamlarının daha realist olacaqlarına ümid edirik. Günahsız insanları ölümənə səbəb olacaq addımların atılması yolverilməzdir. Rusiya, Çin və Avropa İttifaqı kimi böyük güclərin, o cümlədən, qonşu ölkə kimi Türkiyənin vasitəçiliyinə böyük ehtiyac var. Regionda müharibənin alovlanması Azərbaycanın milli maraqlarına cavab vermir. Çünki qonşu ölkə olmaqla yanaşı, İran həm də Azərbaycan türklərinin vətənidir. Ona görə də biz İranın inkişafını və tərəqqisini arzulayırıq. Müharibə itkilər və dağıntılar deməkdir ki, Azərbaycan türkləri də buna məruz qalacaqlar. Biz İran rəsmilərini böyük qarşıdurmadan yayınmaq üçün vəziyyəti gərginləşdirməməyə, heç bir şərt qoymadan ABŞ-la danışaqlara başlamağa çağırmışıq.Bizim partiyanın möveyi bu cür olub.”