Rektor ictimaiyyətə müraciət etdi

ADAU-nun rektoru İbrahim Cəfərov tələbələrə, təhsil ekspertlərinə, valideynlərə və KİV-nə müraciət etdi.

Əziz dostlar, tələbələr, hörmətli valideynlər, KİV nümayəndələri, sabah Azərbaycan Dövlət Aqrar Universitetində 2019-2020- ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayır, sessiya ilə əlaqədar universitetdə hazırlıq işləri lazımi səviyyədə aparılmış, müvafiq əmrlər verilmiş, ictimai nəzarət şurası yaradılmış və tərkibə KİV nümayəndələri ilə yanaşı ölkənin tanınmış təhsil ekspertləri daxil edilmiş, valideynlərin bütün proses boyu imtahanları izləmələri üçün şərait yaradılmışdır. İmtahanlar Boloniya təhsil prosesinin tələblərinə uyğun olaraq şifahi, yazılı və test üsulları ilə aparılacaqdır. Xüsusi çəki baxımından şifahi imtahanlara daha çox üstünlük verilmiş və tələbələr sessiyanın başlanmasına bir ay qalmış məlumatlandırılmışdır. Qeyd edim ki, bütün şifahi imtahanların gedişi əvvəldən sona qədər kompyuterə yazılacaqdır, bu həm müəllimin, həm də imtahan verənin məsuliyyətini yüksəltmək üçündür, istənilən şikayət dərhal lentə baxmaqla appelyasiya komissiyası tərəfindən araşdırılacaqdır.

Test imtahanları üçün 2 böyük auditoriya ayrılmış, 150 kompyuterlə təchiz edilmiş, proqram təminatı işlənmişdir. Bir sözlə, universitet bu məsuliyyətli prosesi uğurla aparmaq üçün bütün tədbirləri görmüşdür. Əlbəttə, ictimai nəzarətə də ehtiyacımız var, buna görə də bütün valideynləri, KİV nümayəndələrini, böyük şirkətlərin rəhbərlərini və əməkdaşlarını, DAİM sədrlərini, prosesə maraq göstərən bütün digər tərəfləri imtahan prosesini izləməyə dəvət edirəm. Bu bizim üçün böyük şərəf olmaqla yanaşı, Sizlərin də bu reallıqları görməsinə bir vasitə olacaq.

Tələbələrimə müraciət edərək, onları əmin olmağa çağırıram ki, dövlət, kənd təsərrüfatı nazirliyi və biz daim Sizlərin yanındayıq, imtahan sessiyasının təhsil qanunlarına uyğun keçirilməsi üçün lazım olan bütün tədbirlər görüləcəkdir. Hər birinizi bağrıma basıram, uğurlar arzulayıram. Yaşasın 100 yaşlı Azərbaycan Dövlət Aqrar Universiteti! 100 yaşlı universitetin imtahanlarında 100 ballar qazanaq!
Azərbaycanda ev sahibləri bir neçə gün sonra kütləvi şəkildə cərimələnəcək?
Paytaxt Bakıda və digər yaşayış məntəqələrində daşınmaz əmlaka sahib olanlar bir neçə gün sonra kütləvi şəkildə cərimələnə bilər. Virtualaz.org qeyd edir ki, buna əsas yaradan səbəb daşınmaz əmlakın icbari sığortası barədə qanuna edilən və yanvarın 1-dən qüvvəyə minən düzəlişdir.

Xatırladaq ki, daşınmaz əmlakın icbari sığortasına dair qanun hələ bir neçə il əvvəl qüvvəyə minib. Lakin bu qanun demək olar ki, işləməyib. Nəticədə daşınmaz əmlakın icbari sığortasından yayınmaya görə cərimə cəzalarının tətbiqi haqda düzəliş qəbul edilib. Beləliklə, qanuna görə 2020-ci il yanvarın 1-dən etibarən Bakı şəhərində daşınmaz əmlaka sahib olanlar 50 manat illik sığorta haqqı ödəyərək əmlaklarını sığorta etdirməlidir. Sığorta haqqı Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır.

Sığorta hadisəsi baş verdikdən sonra sığorta şirkəti əmlak sahibinə Bakı şəhərində maksimim 25 min manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində maksimim 20 min manat, digər yaşayış məntəqələri və bölgələrdə isə maksimim 15 min manat ödəyir. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimələrin tətbiqi isə "İnzibati Xətalar Məcəlləsi"nin 569-cu maddəsi ilə tənzimlənir.

İcbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub. 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmasa əmlak sahibi yenidən eyni məbləğdə cərimə edilir.

Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortasına nəzarət mexanizmi ilin əvvəlindən işə düşməliydi. Belə ki, İcbari Sığorta Bürosunun sistemində "kupça"sı olanlar görünəcək. Əgər mənzilin sığortası yoxdursa, həmin şəxsin e-mailinə və yaxud telefonuna mesaj göndəriləcək.

Lakin fiziki olaraq yanvarın 20-nə qədər bütün daşınmaz əmlak sahiblərinin öz əmlaklarını sığorta etdirməsi mümkün görünmür. Bunun üçün təxminən iki həftə ərzində bütün ölkə boyu əmlak sahibləri sığorta şirkətləri ilə kütləvi şəkildə müqavilələr bağlamalıdır. Əgər bu baş verməsə cərimə mexanizmi işə düşməlidir.
Trampdan İrana cavab: Heç vaxt nüvə silahınız olmayacaq!
İranın heç vaxt nüvə silahı olmayacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz Tvitter səhifəsində paylaşıb.

Qeyd edək ki, İran bu gün nüvə razılaşması çərçivəsində bütün öhdəliklərini dayandırdığını bəyan etmişdi. Tehran öhdəliklərini ölkə üzərindən sanksiyalar götürdükdən sonra icra etməyə başlayacağını bildirmişdi.
Tovuzda  itkin düşən 10 yaşlı qızın yandırılmış  meyiti tapıldı - 46 gün sonra - FOTO
Ötən il noyabrın 21-də Tovuz rayonunda itkin düşən 10 yaşlı Quliyeva Nərmin Şərif qızının yandırılmış meyiti tapılıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, azyaşlının meyiti bu gün axşam saatlarında rayonun Dondar Quşçu kəndində aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Tovuzda  itkin düşən 10 yaşlı qızın yandırılmış  meyiti tapıldı - 46 gün sonra - FOTO
Professor Ramazan Əliyevin anım günüdür
Bu gün Respublikamızın görkəmli alimi, biologiya elmləri doktoru, professor Əliyev Ramazan Alı oğlunun anım günüdür.

O, 1951-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Pedoqoji İnstitutunu bitirmişdir. 1984-cü ildə Ukrayna Elmlər Akademiyasında namizədlik dissertasiyasını müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

2003-cü ildə Azərbaycan Elmlər Akademiyasın doktorluq dissertasiyasını müdafiə edərək, professor elmi adını qazanmışdır. Professor uzun illər AMEA-nın Zoologiya İnstitutunda fəaliyyət göstərmişdir. 2004-cü ildə ömrünün sonuna qədər UNEC-də kafedra müdiri vəzifəsində çalışmışdır. Bu illər ərzində o, 20-yə yaxın alimin yetişdirilməsində böyük rol oynamışdır.

Professor uzun illər AMEA-nın Zoologiya İnstitunda fəaliyyət göstərmişdir.
Azərbaycanın şirinsu hövzələrinin amfipodları üzrə respuklikamızda müdafiə edən ilk alimdir.
Çoxsaylı elmi məqalənin, 7 kitabın (monoqrafiya, dərslik, dərs vəsaiti, praktikum), 110-a yaxın elmi əsərin, xaricdə çap olunmuş 3 kitabın, 15 monoqrafiyanın müəllifidir.
2016-cı ildə yanvarın 7-də Bakı şəhərində vəfat etmişdir.

Deputat Qasım Süleymanini Rembo ilə müqayisə ETDİ
"Görürəm ki, burada çoxları iranlı generalın qətlinin guya Azərbaycan cəmiyyətini ikiyə parçaladığı haqda fikirlər bölüşürlər. Bir çoxları bunu qəsdən edirlər, burası aydındır. Amma yanılanların nəzərinə çatdırıram ki, bəzi satınalınmış, yaxud da məzhəb təəssübkeşliyi adı altında tovlanmışları çıxmaqla Qasım Süleymanini özlərinə kumir seçənlərin əksəriyyəti ona Remboya necə yanaşılırsa, o cür yanaşırlar. Qasım Süleymani onların nəzərində İran generalından çox, bütün dünyaya meydan oxuyan qəhrəmandı".

Bunu özünün feysbuk hesabında beşinci çağırış Milli Məclisin deputatı Sahıb Alıyev yazıb.

"Baxın, elələrindən biri buradan soydaşlarımıza səslənir ki, əgər ABŞ-da qohumlarınız və yaxınlarınız varsa, deyin tezliklə o ölkəni tərk etsinlər, çünki İran oranı yer üzündən siləcək. Yəni İranın ABŞ-ı yer üzündən silə biləcəyini düşünən adama kimi istəsən qəhrəman kimi sırımaq olar. Həmən adam o səviyyədə deyil ki, Qasım Süleymani mifinin Rembonunkundan çox da fərqlənmədiyini və onların heç birinin Azərbaycana, azərbaycanlılara dəxili olmadıqlarını anlasın.

Bəli, Qasım Süleymani heç də təqdim və təlqin edilən adam deyil, o da bir növ Rembo sayaq qəhrəmanlaşdırılırb. Qasım Süleymaniylə Rembonu fərqləndirən isə ancaq odur ki, birincinin qəhrəmanlaşdırılması İranın, ikincininki isə ABŞ-ın maraqlarına xidmət edir, birinci real adamıydı, ikinci isə kino qəhrəmanıdı, vəssalam.

Əlbəttə, Qasım Süleymaninin müəyyən igidlikləri olub. Amma onun şəxsiyyəti bilərəkdən şişirdilib ki, bunu da təkcə İran hakimiyyəti etməyib. Yaxın Şərq cəbhəsində artıq çoxdandır ki, İranla Qərbin qarşıdurması ideologiyadan daha çox güc tətbiqinə dayanır. O üzdən də qərbdəki bəlli çevrələr İranın personlaşmış obrazı kimi Xamneyini deyil də general Qasım Süleymaninin şəxsiyyətini qabardır və rəsmi Tehranın pislik kimi qiymətləndirdikləri addımlarının az qala hamısını onun adına yazırdılar.

Qasım Süleymaninin qəhrəmanlaşdırlması mollakratiyaya da lazım idi ki, böyük iqtisadi çətinliklərlə üzləşən İranın Suriya, İraq, Livan, Yəmən və digər ölkələrdə müxtəlif əməliyyatların aparılması üçün milyardlarla dollar vəsait ayırmasını xalqa nisbətən asan həzm etdirsin. Onda belə bir təəssürat yaranırdı ki, bu pullar adı çəkilən ölkələrə ayrılmır, onları gözü və könlü tox Qasım Süleymani İranın adını daha da ucalara qaldırmaq üçün qəhrəmanlıqlara sərf edir.

Qasim Süleymani mollakratiyaya, eyni zamanda ölkədəki narazılıqlar kontroldan çıxacağı halda lazım olacaqdı. Onun mifləşdirilməsi həm də bununla bağlı idi.

Təbii ki, burada iranlı generalın öldürülməsinə narazılığını bildirən və təəssüflənənlərin arasında ölkəsinin maraqlarından çıxış edən savadlı adamlar da az deyil. Amma onların narazılığı bu qətlin açıq şəkildə beynəlxalq normaların ayaq altına atılaraq törədilməsiylə bağlıdır. Baxmayaraq ki, o özü və onu çeşidli əməliyyatlar üçün göndərənlər də heç də həmişə beynəlxalq normalara uyğun hərəkət etmirdilər.

Beləliklə, bir daha vurğulayıram ki, iranlı generalın qətli bəzilərinin burada yazdıqları kimi Azərbaycanı iki yerə parçalamayıb və parçalaya da bilməz. Azərbaycan və azərbaycanlılar birləşməyə təşnədirlər, parçalanmağa yox. Tanrı Azərbaycanı, Ali Baş Komandanımız başda olmaqla azərbaycanlı əsgər, zabit və generallarımızı qorusun!", - deyə S.Alıyev bildirib.
Sadiq Qurbanovun da namizədliyi qeydə alındıAvrasiya.net xəbər verir ki, 54 saylı Şabran Siyəzən dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Sadiq Qurbanovun namizədliyi rəsmi olaraq qeydə alınıb. Namizədin seçki qərargahından verilən məlumatda qeyd edilir ki, bundan sonrakı mərhələ seçicilərlə görüşlərin keçirilməsidi və bu istiqamətdə ciddi hazırlıqlar aparılır.
Qudasına qoşulub qaçan qadın Tv-yə çıxdı
Ağdaşda qudaların bir-birinə qoşulub qaçması xəbəri bir anda bütün ölkəyə yayılmışdı.

Avrasiya.net xəbər verir ki, artıq bir neçə gündür gündəmi zəbt edən qoşulub qaçan qudalardan biri iki oğlu ilə bərabər ATV-də yayımlanan Zaur Baxşəliyevin "Bizimləsən" verilişinə gəlib. Qadının yaşca kiçik oğlu studiyada çıxışı zamanı hər iki tərəfdən söz-söhbət olduğu üçün anası ilə bərabər evdən getdiyini açıqlayıb:

"Mən Rizvan bəyə zəng etdim ki, bizi kənddən çıxar".

Daha sonra qaçdığı deyilən qadın getməsinə aydınlıq gətirib. Qadın onun haqqında deyilənləri təkzib edib:

"Oğlumla qudam Rizvan arasında söz-söhbət oldu. Gördüm ki, bunun axırı yaxşı qurtarmır. Telefonumun enerjisi bitdiyindən çıxan xəbərlərdən məlumatım olmayıb. Mən onunla bir yerdə olmamışam. Qoşulub qaçmamışam, Sumqayıta kimi getmişəm. Ondan sonra xəbərim olmayıb. Bizim şəklimiz onlar tərəfindən yayımlanıb. Nə məlumat varsa onlar tərəfindən yayılıb. Qız tərəfi hətta səksən yaşına çatan nənəmə kimi söz qoşublar".
Daha bir jurnalist rəsmi namizəd oldu
Avrasiya.net xəbər verir ki, 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən müstəqil namizəd, "Olaylar"İA-nin müxbiri Süleyman ismayılbəylinin də namizədliyi rəsmi olaraq qeydə alınıb.Bununla bağlı millət vəkilliyinə namizəd özü bu haqda sosial şəbəkədə məlumat paylaşıb.

"Bu müddət ərzində mənə dəstək olan hər kəsə, ilkin olaraq etimad göstərib imza verən bütün rayon sakinlərinə dərin təşəkkürümü bildirirəm. Qarşıda bizi daha çətin mərhələ gözləyir. Ümid edirəm ki, bundan sonra da uğur bizimlə olacaq. HƏR ŞEY YEVLAX ÜÇÜN, HƏR ŞEY YEVLAXLILAR ÜÇÜN".
Ledi Qaqa zorlanmasından danışıb: 19 yaşım olanda...Amerikalı müğənni Ledi Qaqa 19 yaşında dəfələrlə cinsi təcavüzə məruz qalması haqda məlumat verib.

“The İndependent” xəbər verir ki, bu haqda müğənni jurnalist Opre Uinfriyə verdiyi müsahibədə öz fikirlərini bölüşüb.

Aktrisa təcavüzdən sonrakı bir neçə il ərzində sözügedən anların sarsıntısından çıxa bilmədiyini söyləyib:

“19 yaşım olanda mənə dəfələrlə təcavüz ediblər, uzun müddət bu psixoloji zədədən qurtula bilməmişəm”.

O, məşhur olduğu zamandan sonra da bu sarsıntıdan yaxa qurtara bilməməyindən şikayətlənib.

Müğənni ona təcavüz edən adamın kimliyi haqqında danışmaqdan imtina edərək, yalnız onu qeyd edib ki, həmən şəxs tanışı olub.