İran tarixində ilk: Süleymaninin qisası üçün qırmızı bayraq qaldırıldı
İran SEPAH generalı Qasım Süleymaninin öldürülməsinə görə intiqam üçün qırmızı bayraq qaldırdı.

“Haber Global” xəbər verir ki, İranın dini paytaxtı hesab olunan Qum yaxınlığındakı Cemkeranda “El Kaim” məscidinin qübbəsində qaldırılan bayraq yerli adətlərə görə, Süleymanini intiqamı alınana qədər asqıda qalacaq.

İran KİV vasitəsilə yayılan xəbərlərdə qırmızı bayraq belə açıqlanıb:

“Çətin bir intiqam alacağıq. Cihad və mübarizə həmişə vacibdir”.

Qeyd edək ki, qırmızı savaş bayrağının açılmasının İran tarixində bir ilk olduğu iddia edildi.
Göyçayda 92 yaşlı qadın yanaraq ölüb
Göyçayda qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Əli Kərim küçəsində özünə məxsus mənzildə yaşayan 1928-ci il təvəllüdlü Kərimova Şura Həzrətqulu qızı yaşadığı evdə qaz cihazının nasazlığı səbəbindən baş verən yanğın zamanı müxtəlif dərəcəli xəsarətlər alıb.

Bədənin 80 faiz hissəsi yanan yaşlı qadın Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, 92 yaşlı Şura Kərimova dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Abşeronda dəhşətli qəza: Bir ailənin 4 üzvü...Abşeronda bir ailənin 4 üzvünün xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Fatmayı qəsəbəsində qeydə alınıb.

“Daevo Neksia” markalı avtomobil yolu keçən 38 yaşlı Əliyev Zamin Əjdər oğlunu, onun həyat yoldaşı 36 yaşlı Əliyeva Şamama Heydər qızını, övladları - 12 yaşlı Əliyev Elcan Zamin oğlunu və 11 yaşlı Əliyeva Aytən Zamin qızını vurub. Nəticədə ailə üzvləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməyi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. A.Əliyevanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
İran ballistik raketlərini hazır vəziyyətə gətirdi: 3 ölkəyə hücum planlaşdırılırİran bütün ballistik raketlərini hazır vəziyyətdə saxlayıb, ABŞ isə Yaxın Şərqə “Patriot PAC-3” raket sistemlərini quraşdırıb.

Adı açıqlanmayan mənbələrdən ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) İordaniyadakı bazalarına hava hücumundan müdafiə sistemlərinin göndərildiyi xəbərləri gəlib.

Sistemlər İran İnqilab Keşikçilləri Korpusunun mümkün hücumlarından qorunmaq və onlara cavab vermək məqsədilə yerləşdirilir.

İran Hərbi Hava Qüvvələrinin mətbuat xidmətindən verilən məlumata görə, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanındakı ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələrinə ev sahibliyi edən müxtəlif bazalarına raket zərbələri endirməyə hazır olduqları bildirilib.

Yaxın Şərqdə araşdırma aparan jurnalist Babək Təqvi ABŞ-ın İordaniyaya 3 gəmi ilə müdafiə sistemləri yanaşı, ağır silah-sursat göndərdiyini iddia edib.

Publika.az
Generarın qızından Ruhaniyə: Atamın qisasını kim alacaq?İran Prezidenti Həsən Ruhani Bağdadda öldürülən general Qasım Süleymaninin evini ziyarət edib.

Axar.az xəbər verir ki, ziyarət zamanı Süleymaninin qızı Ruhaninin “Allah sizə səbir versin, bunu aradan qaldıracağıq” sözlərinə cavab olaraq “Atamın qisasını kim alacaq” soruşub.

Ruhani də qıza, “Alacağıq, hamısının qisasını alacağıq, heç narahat olmayın” cavabını verib.

Qeyd edək ki, general Qasım Süleymaninin iki qızı, üç oğlu var.
Rəsmi Bakı Qasım Süleymaninin qətlinə reaksiya verdiAzərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və İran İslam Respublikasının XİN rəhbəri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

Azərbaycan XİN-dən virtualaz.org-a verilən məlumata görə, telefon danışığı zamanı nazirlər bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər. Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırıb.

E.Məmmədyarov, həmçinin general Qasım Süleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına başsağlığı verib.
Fəxri konsul deputatlığa namizəd oldu Efiopiyanın Azərbaycandakı Fəxri Konsulu, Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Ceyhun Ələkbərov 122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizəd oldu.
Fəxri konsul deputatlığa namizəd oldu
Uğurlar olsun!
Ermənistanda kütləvi dava: yaralılar var
Ermənistanın Armavir rayonunun Zartonk kəndində kütləvi dava olub.

Trend-in məlumatına görə, dava nəticəsində 5 nəfər yaralanıb, 13 nəfər saxlanılıb.

Ermənistan polisi bildirib ki, dava avtomobili sürətlə idarə edən sürücü ilə digər avtomobildəkilər arasında baş verib. Qurbanlardan biri bıçaqlanıb, xuliqanlar "Mersedes-Benz Sprinter" markalı avtomobili daşa basıblar.
Azərbaycanda MMC rəhbəri yoxa çıxdı
Sumqayıtda Nəqliyyat MMC-nin rəhbəri yoxa çıxıb.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Nəqliyyat MMC-nin rəisi Xannı Rüstəmovdan bir müddətdir xəbər yoxdur.

Onun çalışdığı MMC-də səlahiyyətlərindən sui istifadə edərək, külli miqdarda vəsaiti ələ keçirdiyi bildirilir. Aparılan araşdırma zamanı məlum olub ki, X.Rüstəmov şəhər ərazisində fəaliyyət göstərən marşrut xəttlərində hər bir nəqliyyat vaistəsindən qanunsuz olaraq vergi toplayıb. Gündəlik sürücülərdən toplanan plan X.Rüstəmovun öz qaydalarına görə yığılıb. Bu proses onun fəaliyyəti dövründə, yəni bir neçə il davam edib. X.Rüstəmov topladığı pullarla aradan çıxıb.

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Nəqliyyat MMC-dən bildirilib ki, X.Rüstəmov işində verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.

Hazırda bununla bağlı araşdırma aparılır.