Ana ilə iki qızı dəm qazından zəhərləndi
Gəncədə zəhərlənmə hadisəsi vaş verib.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib. Həmin ərazidə olan mənzillərin birində yaşayan bir ailənin üç üzvü mətbəxdə dəm qazından zəhərlənib.

Məlumata görə, mənzildə qazla işləyən su qızdırıcı mətbəxdə qurulduğu üçün orada oturan ana və 12 və 14 yaşlı qızları dəm qazından zəhərlənib. Onlar xəstəxanaya yerləşdiriliblər. Tibbi yardım göstərildikdən sonra vəziyyətləri normallaşıb.
Pakistandan İrana xəbərdarlıq: Ermənilər xəyanət edəcək
Pakistanın Baş naziri İmran Xan İran Prezidenti Həsən Ruhani ilə görüşdə xəyanətkarlar barəsində tədbir almağı məsləhət görüb.

Axar.az xəbər verir ki, bu barədə şəxsi Feysbuk səhifəsində erməni jurnalist Diana Arutunyan yazıb. Arutunyanın yazdığına əsasən, İmran Xan müharibənin baş verəcəyi təqdirdə İrana ilk xəyanət edəcək və ABŞ tərəfə qaçacaq şəxslərin ermənilər olacağını deyib.

“İran Pakistan kimi polietnik, çoxmillətli imperiyadır. Biz qonşumuzun aqibətinin keçmiş dövrlərin nəhəng imperiyaları olan Britaniya imperiyası və ya Sovet Rusiyası kimi olmasını istəmirik”, - deyə İmran Xan qeyd edib.

Xanın sözlərinə görə, İran xarici hədələrə sinə gərə bilir, lakin onu daxildən parçalaya bilərlər.

“Bunu kimin edəcəyini özünüz təxmin edin”, - deyə o, əlavə edib.

İmran Xan ehtiyac olacağı təqdirdə İranı öz nüvə zirehinin altına almağa da söz verib.

Yaxın Şərqin qüdrətli dövləti olan Pakistanın baş naziri İmran Xanın açıqlamaları İranda və onun hüdudlarından kənarda qızğın mübahisələrə səbəb olub. Belə ki, demokrat senator Elizabet Uorren hesab edir ki, Pakistan ABŞ ordusunun keçə bilmədiyi qırmızı bir zolaqdır və ABŞ-ın “dəlisov rəhbəri ilə Pakistanın ballistik raketləri artıq yanvarın 4-ü sübh tezdən Kaliforniya səmasında nüvə qışı yarada bilər”.

Bu arada, İran lideri Pakistanın təklifinə birmənalı yanaşmayıb.

Süleymaninin yerini ABŞ-a bu ölkə deyib
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının rəhbəri, general Qasım Süleymaninin öldürülməsinə səbəb olan kəşfiyyat məlumatlarını hansı ölkənin sızdırdığı bəlli olub.

Avrasiya.net Teleqraf.com-a istinadla xəbər verir ki, İraqdakı Haşdi Şabi milis dəstələri Süleymani və Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi ilə bağlı məlumatların ABŞ-a iraqlı tərəfdaşlarının verdiyini bildirib.

Haşdi-Şabi konkret hansı tərəfdaşlar sualına aydınlıq gətirməyib.

Məlumata görə, ölənlər arasında Süleymaninin kürəkəni də olub.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın birbaşa göstərişi ilə İraqın paytaxtı Bağddaddakı hava limanına 3 raket zərbəsi endirilib. Sui-qəsd nəticəsində Süleymani də daxil olmaqla 8 nəfər həlak olub.
Nikol Süleymaninin qətlinə görə ABŞ-ı təbrik etdi - İran şokda
Bu gün erməni jurnalist Diana Arutunyan öz Feysbuk səhifəsində şok məlumat yayıb.

Axar.az xəbər verir ki, jurnalistin yazdığına görə, Ermənistan Baş naziri Nikol Paşinyan əfsanəvi general, Qüds briqadasının komandanı Qasım Süleymaninin qətlə yetirilməsi münasibətilə ABŞ Prezidenti Donald Trampı təbrik edib.

Cümə axşamı ABŞ-ın İrəvandakı səfirliyi Ermənistanın Baş naziri Nikol Paşinyandan rəsmi təbrik qəbul edib. Paşinyan təbrikində terrorla bundan sonrakı mübarizədə uğurlar arzu edib.

“Ermənistan ABŞ-ın İraqda beynəlxalq terrora qarşı mübarizəsindəki nailiyyətləri alqışlayır”, - deyə Paşinyan bildirib.

Ermənistan baş nazirinin sözlərinə görə, onun ölkəsi qlobal terrorun təhlükələrilə üzləşən ilk ölkələrdən olub.

“İntiqam bütün terroçuları haqlayacaq. Bir daha təbrik edirəm”, - deyə Paşinyanın məktubunda qeyd olunub.

İraq Xarici İşlər Nazirliyi Ermənistan rəhbərinin təbrik məktubuna reaksiya verərək, “Paşinyanı Ermənistan xalqının seçdiyi və İranda heç kimin erməni xalqını təhqir etmək istəmədiyi” bildirilib.

“Erməni xalqının terrorla mübarizəyə dəstək istəyinə və bizi terror mənbəyi qismində görməsinə cavab olaraq, biz Azərbaycan və Türkiyə Respublikalarının ərazi bütövlüyünü dəstəkləyəcəyik”, - deyə İran XİN bəyan edib.

Qeyd edək ki, bu, Diana Arutunyanın yaydığı məlumatdır.
Nikol Süleymaninin qətlinə görə ABŞ-ı təbrik etdi - İran şokda
"Mehdi ordusu" ABŞ-a qarşı hərəkətə keçdi - Əmr verildi
“Mehdi ordusu” yenidən fəaliyyətə başladı.

Avrasiya.net Publika.az-a istinadla xəbər verir ki, bu məlumatı İraqın dini və siyasi liderlərindən hesab olunan Müqtəda əs-Sədr yayıb.

“İraq müqavimətinin lideri olaraq bütün mücahidlərə, xüsusilə “Mehdi ordusu”na və bütün vətənpərvər intizamlı qruplara İraqı qorumaq üçün hazır olmaq əmrini verirəm”.

Qeyd edək ki, “Mehdi ordusu” adlı hərəkat 2003-cü ildə ABŞ İraqa müdaxilə edəndən sonra qurulub. Hərəkat amerikalı hərbçilərə qarşı mübarizə aparıb. Lakin Müqtəda əs-Sədrin əmri ilə ordu 2008-ci ildə fəaliyyətini dayandırıb.

Ordunun yenidən fəaliyyətə başlaması İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsi ilə bağlıdır.
ABŞ-ın etdiyi vəhşi cinayətdir – Səfir
Qasım Süleymaninin şəhid olmasına səbəb olan vəhşi cinayət və terror aktı ABŞ-ın dünyanın ən böyük terror ölkəsi olduğunu göstərdi.

Bu sözləri İranın Rusiyadakı səfiri Kazım Cəlali rəsmi Tvitter səhifəsində paylaşıb.

“Artıq sülhsevər xaqların, beynəlxalq, regional və dünya təşkilatlarının ABŞ-ın müharibəyə yönəlik siyasəti və hərəkətlərinə son qoymalarının vaxtıdır”, - Cəlali bildirib.
“Bizi axtarmağa ehtiyac yoxdur” - Qoşulub qaçan qudalar
Ağdaş rayonunda qohum olmağa hazırlaşan qudalar qoşulub qaçıblar.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kükəl kəndində qeydə alınıb.

Belə ki, rayonun Ərəb kəndində məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 1975-ci il təvəllüdlü Rizvan Nizami oğlu Əliyev qızının nişanlısının anası, rayonun Kükəl kənd sakini, 1970-ci il təvəllüdlü Yaqut İsmət qızı Ömərova ilə birlikdə evlənmək məqsədi ilə qaçıblar.

Məlumata görə, R.Əliyevin arvadı qızı ilə bir ildir ki, nişanlı olan kürəkəninin anası Y.Ömərovadan onun ərinə sevgi mesajlarının gəldiyini görüb. Daha sonra ərini izləyib. Məlum olub ki, kürəkəninin anası R.Əliyev qudası Y.Ömərova ilə tez-tez görüşürlərmiş. Bu hadisədən sonra dekabrın 28-də qudalar arasında mübahisə yaranıb və mart ayında toyları planlaşdırılan nişanlı cütlük ayrılıb. Dekabrın 29-da isə qızın atası oğlanın anası ilə birlikdə qaçıb.

Rayonun Kükəl kənd bələdiyyəsinin sədri İttifaq Şərifov bildirib ki, qudaların əvvəllər bir-biri ilə əlaqələri olub: "Bütün kənd şokdadır, olan nişanlı gənclərə oldu. Onlar gərək belə bir addım atmayaydılar. Bildiyimə görə, hər iki tərəfin yaxınları Ağdaş Rayon Polis Şöbəsinə müraciət ediblər".

Kürəkəninin anasını qaçıran R.Əliyev bildirib ki, onlar bir-birilərini sevdiyi üçün qaçıblar: "Biz övladlarımızın ailə qurmasını istəmirdik. Çünki mən Yaqutu sevirəm, o da məni sevir. Bizi axtarmağa ehtiyac yoxdur. Bundan kimə nə?!"
İranın Azərbaycandakı səfirliyində bayraq endirildi
İranın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib.

Avrasiya.net bildirir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qasım Süleymaninin ölümü ilə əlaqədar səfirlikdə bayraq yarıya qədər endirilib.

Qeyd edək ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri, general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb. İranın Ali lideri ayətullah Seyid Əli Xamenei general Qasım Süleymaninin ölümü münasibətilə ölkədə 3 gün matəm elan edib.
Suriya xalqı Süleymaninin etdiklərini unutmayacaq – Əsəd
Suriya xalqı ölkəni terrordan qoruyan general Qasım Süleymaninin xatirəsini yad edəcək. Süleymani öz həyatını vətənə xidmət və müqavimət qüvvələrinin ədalətli fəaliyyətinə həsr edib. ABŞ-ın törətdiyi cinayət Suriyanın və İranın ABŞ-ın Yaxın Şərqdəki dağıdıcı siyasətinə qarşı mübarizə əzminini daha da gücləndirəcək.

Axar.az xəbər verir ki, bu sözlər Suriya Prezidenti Bəşər Əsədin İranın ali dini lideri Əli Xameneiyə ünvanladığı başsağlığı teleqramında qeyd edilib.

Suriya prezidenti dörd iranlı hərbçi və İraqın Həşdi-Şabi şiə qruplaşmasının komandiri Əbu Mehdi əl-Mühəndisin də qətli səbəbi ilə başsağlığını çatdırıb.

"Azərbaycan gəncliyi həm ölkə daxilində, həm  xaricində uğurla addımlayır" Ruslan Vəliyev: 2020-ci il Könüllülər ilinin elan edilməsi respublikamızda aparılan gənclər siyasətinə müsbət təsir göstərəcək!

Azərbaycan Respublikasında gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə yiyələnməsi, sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi cənab Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Bunu Odlar Yurdu Gənclər İctimai Birliyinin baş katibi Ruslan Vəliyev bildirib.

O, qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini cənab Prezident İlham Əliyevin uğurla davam etdirir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi həm ölkə daxilində, həm ölkə xaricində uğurla addımlayır. Ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil edir. Respublikamızda prioritet istiqamət olan dövlət gənclər siyasəti ölkədə könüllülük hərəkatının geniş və uğurlu vüsət almasına şərait yaratmışdır.

Ruslan Vəliyev qeyd edib ki, Azərbaycanda könüllülük hərəkatlarının yaranması dövlətimiz, cəmiyyətimiz üçün təcrübəli, bacarıqlı, müasir düşüncəli Azərbaycan gəncini qazandırdı. Bu isə birbaşa olaraq ölkəmizdə olan gənc kadr ehtiyatını inkişaf etdirdi. Könüllülük dövründə gənclər respublikamızda aparılan islahatların və inkişafın iştirakçısına çevrildilər, belə ki, könüllülərimiz “Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynadılar. Prezident İlham Əliyevin 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında iştirak etməsi, ölkədə könüllülük fəaliyyətini yüksək qiymətləndirməsi, dövlət qurumlarına və özəl təşkilatlara gəncləri könüllü kimi işə cəlb etməyi və onlara təcrübə qazanmaqları üçün fürsət yaratmağı tapşırığını verdi.

Azərbaycanda dövlətin ciddi dəstəyi və cəmiyyətin sosial sifarişi nəticəsində ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə Könüllülüləri, Aqrar İnkişaf Könüllüləri və digər könüllü hərəkatları yaranmış, onlar gəncliyin inam mərkəzinə çevirilmişlər. Bu il 5 dekabr Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə Könüllülük həftəsi keçirilmiş, ölkəmizdə olan könüllülük hərəkatının gücü və perspektivləri nümayiş etdirilmişdir. Cənab Prezidentimiz İlham Əliyevin 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi barədə sərəncamı gənclərdə müstəqil dövlətimiz üçün sosial məsuliyyət hissinin güclənməsinə, gəncliyin öz potensialına inamınının artmasına, həmçinin uğurla həyata keçirilən dövlət gənclər siyasətininin inkişafına müsbət təsir göstərəcəkdir.

Məlumat üçün qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib.