“Bank Standard”da bir müştərinin 44 milyon dolları batıb
2016-ci ilin sonunda lisenziyası dayandırılaraq ləğv edilən «Bank Standard»da bəzi şəxslərin böyük məbləğdə əmanəti batıb.

Bank dairələrindən Fed.az-a veridən məlumata görə, bəzi əmanətçilərin batan əmanətlərinin həcmi 10 milyon dollarla ölçülür.

Xatırladaq ki, «Bank Standard»ın lisenziyası 2016-cı ilin 30 sentyabr tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə ləğv edilmişdi. Həmin vaxt bildirilirdi ki, bankdakı əmanətlərin həcmi 520 milyon manat təşkil edir və onlardan 460 milyon manat həcmində əmanət sığortalanıb. Bankda əmanəti olanların sayı isə 43 min nəfər idi.

Ötən dövr ərzində bankda qorunan əmanətlər qaytarılıb, qaytarılmayan əmanətlərin isə bankın aktivləri satılaraq qaytarılması nəzərdə tutulur.

Bankın Kreditorlar Şurasından Fed.az-a veriən məlumata görə, hazırda «Bank Standard»ın əmanətçilərinin bankdan 147 milyon manat alacaqları var. Bir qədər əvvəl Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu banklarda, o cümlədən «Bank Standard»da 10 min ABŞ dollarına (17 min manata) qədər qorunmayan əmanəti olan əmanətçilərin əmanətlərini qaytarmaq barədə qərar qəbul edib. Nəticədə «Bank Standard»da 10 min dollara (17 min manat) qədər qorunmayan əmanəti olan 16 500 nəfərə konpensasiya verilib. Bu addım nəticəsində vətəndaşlara ümumilikdə 6 mln 550 min manat qaytarılıb.

Fed.az-ın əldə etdiyi məlumata görə, hazırda bankda batmış vəsaitlərin yarıdan çoxu iri məbləğli əmanətlərin payına düşür. Belə ki, bir əmanətçinin «Bank Standard»da 44 milyon dolları (74,8 milyon manat), digərinin isə 13 milyon dollar (22.1 milyon manat) əmanəti qalıb.

Hazırda həmin şəxslər də əmanətlərinin ya tam, ya da qismən qaytarılması üçün səylərini davam etdirirlər. Qeyd edək ki, «Bank Standard»da fiziki şəxslərlə yanaşı, hüquqi şəxslərin də böyük məbləğdə vəsaitləri itirilib.

"Corono club"  müştəriləri girov saxladıBakının mərkəzində, “Tarqovi” adlanan ərazidə yerləşən “Corona club” müştəriləri girov saxlayıb.

Bu barədə ictimai fəal Elçin Həsənzadə məlumat verib.

O bildirib ki, buna səbəb müştərilərə təqdim edilən şişirdilmiş hesabın ödənilməməsi olub: “Səhər saat 06:00 olardı. İş yoldaşım telefonu gətirərək “WhatsApp”dakı mesajı oxumağımı istədi. Sms digər iş yoldaşlarımın qrup halında “Tarqovi”da yerləşən “Mojo club”un yaxınlığındakı “Corona club”da girov saxlanmaları ilə bağlı idi. Bunun səbəbi isə hesabın astronomik - 245 AZN olması olub. İş vaxtım bitdikdən sonra iş yoldaşımla birlikdə həmin yerə getdim. Elə qapıda bir nəfərlə qarşılaşdım.

Özünü məkanın işlədəni kimi təqdim edən Elvin adlı şəxs bu hesabın niyə yaranmasını mənə guya izah edirdi. Saxta, heç bir VÖEN nömrəsi olmayan kağıza 245 AZN - 7 ədəd kokteyl istifadə edildiyi yazılmışdı. Əraziyə gəlməzdən öncə “102” xidmətinə hadisəni izah edib, hadisə yerinə polis göndərilməsini xahiş etmişdim. İş yoldaşlarım bildirirdilər ki, biz içəri keçəndən sonra klubdakı qızlar masamıza yaxınlaşdı. Qızlar əyləşdikdən sonra, hərəsi bir şey sifariş edirdi. Mən bunları eşidəndə məkan sahibi Elvin bəyə söylədim ki, bu qızlar haradadı? Gəlsin bir açıqlasın görək öz başına niyə sifariş verir?

Polis əməkdaşları yaxınlaşdı. Biri baş-leytenant, digəri isə serjant olan polislərə eyni hadisəni danışdım. Sağ olsunlar, onlar məkan sahibinə irad bildirdilər ki, bu nə biabırçı hesabdır? Sonra da mənə dedilər ki, iş yoldaşlarınız niyə belə yerlərə gəlirlər? Bilmirlər ki, belə yerlər çox təhlükəlidir. İş yoldaşarıma Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə yaxınlaşıb ərizə yazmağı təklif etdilər. Dostlarım isə razılaşmadılar. Sonda həmin məkan sahibinə 100 AZN ödəyərək həmin yeri tərk elədik.

Bunu yazmaqda məqsədim odur ki, heç kəs o məkana getməsin və ümumiyyətlə, diqqətli olsunlar. Belə fırıldaqçı, dələduz obyektlərə qarşı dövlət qurumları niyə araşdırma aparıb, onları bağlamır?”

Yenisabah.az
manİqtisadiyyatDünyaYazarXalqın səsiAvtoSağlamlıqBölgəRəqəmsalDinHaqqımızdaƏlaqə
Bizi izləyin


Noproblem.az - Web Studio
notification icon
Əhmədinejaddan şok: Mehdi bu il zühur edəcək
Bu il İsa Məsihin dəstək verdiyi İmam Mehdi gəlib insanlara kömək edəcək, ədalətsizliyi aradan qaldıracaq və arzularımızı reallaşdıracaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri İranın keçmiş prezidenti Mahmud Əhmədinejad deyib.

Keçmiş prezident insanları İsa peyğəmbərin təlimlərini yerinə yetirməyə çağırıb:

“Ümid edirəm ki, 2020-ci ildə İsa Məsihin təlimlərini yerinə yetirməyi öyrənəcəyik. İnşallah bu il İsa Məsihin dəstək verdiyi İmam Mehdi gəlib insanlara kömək edəcək, ədalətsizliyi aradan qaldıracaq və arzularımızı reallaşdıracaq. Allaha əmanət olun”.

Mahmud Əhmədinejad prezident olarkən Yeni İllə bağlı sosial şəbəkədəki paylaşımları müzakirələrə yol açmışdı.

Keçmiş prezident paylaşımlarından birində ABŞ-a xitabən “İsa peyğəmbər sağ olsaydı, kobud qüvvələrin qarşısını alardı” qeydini yazmışdı.
Prezident İlham Əliyevin 2019-cu ildə apardığı islahatlar "Lider"də müzakirə olunub - FOTO/VİDEO
"Lider" teleziyasında Niyaməddin Orduxanlının aparıcı olduğu siyasi verlişin- "Gələcəyə doğru"nunun bu dəfəki mövzusu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı köklü islahatlar olub.
Prezident İlham Əliyevin 2019-cu ildə apardığı islahatlar "Lider"də müzakirə olunub - FOTO/VİDEO

Orduxanlınının bu dəfəki qonaqları Milli Məclisin deputatı Qənirə Paşayeva ilə YAP Siyasi Şurasının üzvü, deputat Aydın Hüseynov olub.

Həmin verlişin videosunu təqdim edirik:
   Hillari Klinton rektor təyin olundu
Hillari Klinton Şimali İrlandiyadakı Kraliça Universitetinin rektoru təyin olunub.

Axar.az xəbər verir ki, Klinton Belfastda yerləşən 175 yaşındakı universitetə növbəti beş il ərzində rəhbərlik edəcək. O, bu universitetə təyin olunan ilk qadın rektordur.

42-ci ABŞ Prezidenti Bill Klintonun həyat yoldaşı, 44-cü ABŞ Prezidenti Barak Obama administrasiyasında Dövlət katibi olan Hillari Klinton universitetə rektor təyin edildiyi üçün məmnun olduğunu deyib.
Niderland hökuməti “Hollandiya” adından rəsmən imtina etdi
Niderland hökuməti 2020-ci il yanvarın 1-dən etibarən “Hollandiya” adının işlənməyəcəyini elan edib.

Trend-in məlumatına görə, yeni qərara əsasən, tədris müəssisələri, şirkətlər, eləcə mətbuat orqanları “Hollandiya” adından istifadə etməyəcək.

Niderland hökuməti bildirib ki, bu qərar ölkə ilə bağlı mənfi imicin aradan qalxması ilə əlaqədar qəbul edilib.

Bundan başqa, “Hollandiya” adının ləğv olunması ölkə üzrə turist axınını tənzimləyəcək. Belə ki, bu gün ölkəyə gələn turistlərin böyük əksəriyyəti tarixi Hollandiya ərazisinə, yəni Amsterdam, Haaqa və Harlem şəhərlərinə səfər edir.
Oğrulardan “Yeni il hədiyyəsi”: villadan 400 min apardılar
Yeni il gecəsi Abşeron rayonunda villadan oğurluq olub.

Report xəbər verir ki, hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.

Məlumata görə, A.Hüseynovaya məxsus villadan 31 dekabrdan 1 yanvara keçən gecə içərisində 200 min manatlıq qızıl və 120 min dollar pul (ümumilikdə 400 min manatdan çox) olan seyf oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.
 İranlı generaldan ABŞ-a: Bizimlə düzgün dildə danışın!
Ölkəni müharibəyə doğru aparmırıq, amma müharibədən də qorxmuruq.

Axar.az xəbər verir ki, bunu Əhvaz şəhərində çıxışı zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri general Hüseyn Səlami deyib. O, ABŞ-a İran xalqı ilə düzgün bir dillə danışması gərəkdiyini söyləyib.

Səlami ABŞ-ın İraqdakı hadisələrdə İranı ittiham etməsinə də münasibət bildirib:

“ABŞ uğursuz olduğu hər yerdə İranı günahkar sayır”, - deyə o söyləyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında keçirilən etirazlara münasibət bildirərək, İranı ittiham etmişdi. İran Prezidenti Həsən Ruhani isə xalqının mənafeyi üçün zərbə endirməyə hazır olduqlarını söyləmişdi. Daha sonra Tramp növbəti dəfə açıqlama verərək, müharibə istəmədiyini bildirmişdi
   79 yaşlı millət vəkili 6-cı dəfə namizədliyini irəli sürdü - YAP-a rəqibdir
Bitərəf deputatlardan daha biri-akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, sabiq birinci vitse-spiker və eks birinci vitse-premyer Ziyad Səmədzadə imza vərəqələrini namizədliyini yenidən irəli sürdüyü dairənin Seçki Komissiyasına təhvil verib.

Z. Səmədzadə hazırda parlamentdə təmsilçisi olduğu dairədən - 23 saylı Nəsimi-Səbail dairəsindən seçkilərə qatılıb.

Qeyd edək ki, Z. Səmədzadə 6-cı dəfədir seçkilərə qatılıb və 4 dəfə millət vəkili seçilib.

O, bir dəfə sovetlər dövründə deputat olub, son 3 çağırışda da Milli Məclisdə (MM) Bakını təmsil edib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə həmin dairədən Rəhimov Elnur Fidail oğlunun namizədliyini irəli sürüb. Z. Səmədzadənin namizədliyinin qeydə alınması məsələsinə sabah, yanvarın 3-də Dairə Seçki Komissiyası (DSK) tərəfindən qərar veriləcək. (Etikxeber)
Axar.azAZRUENآذ

125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2145 nəfər müraciət edib.

Avrasiya.net xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlərin 457 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: "15 nəfər təşəbbüs qrupları tərəfindən, 1673 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".

MSK sədri bildirib ki, müraciət edən şəxslərin 1954 nəfərinin namizədliyi artıq təsdiq olunub:

“Onlardan 1747 nəfəri isə imza vərəqələrini artıq götürüb, 381 nəfəri qaytarıb, 125-i isə qeydə alınıb”.a