Qalmaqallı TikTok ulduzu Pakistandan Bakıya qaçdı
Pakistanlı TikTok ulduzu (TikTok-qısa videoların yayılması üçün sosial şəbəkə platformasıdır, son vaxtlar dünyada sürətlə populyarlaşır) Harem Şah ölkəsini tərk edərək Azərbaycana qaçıb. Və buradan Kanadaya getməyə hazırlaşır.

Virtualaz.org “Pakistan Today” nəşrinə istinadla xəbər verir ki, Harem Şah hazırda Bakıdadır və Kanada vətəndaşlığı üçün müraciət edib. “Mən Kanadaya uçacağam, çünki Kanada vətəndaşlığı üçün ərizə vermişəm və Pakistana geri qayıtmaqla bağlı heç bir planım yoxdur. Mən Bakıdan Kanadaya uçacağam”,-o sosial şəbəkələrdə bildirib.

Harem Şah Peşəvər şəhərinin kasıb rayonlarından birində anadan olub, o, universitet tələbəsi idi. Lakin təhsili yarımçıq qoyub və sosial şəbəkələrdə karyera qurmağa başlayıb. Yaraşıqlı olduğu üçün o, Facebook-da sürətlə populyarlaşıb. Habelə TikTok platforması üzərindən videolar paylaşmağa başlayıb.

Harem Şahın Pakistanın məşhur şəxsləri ilə bağlı videoları internetdə virus kimi yayılıb. Xüsusən də onun nazirlərlə və hökumət məmurları ilə, o cümlədən baş nazir İmran Xanla videoları böyük populyarlıq qazanıb. Bir neçə həftə əvvəl Harem Şah baş nazirin ofisindən video paylaşıb. Həmin videoda o, İmran Xanın kreslosunda oturur, hökumət binasının konfrans zalında görünür. Habelə bundan əvvəl Harem Şah Xarici İşlər Nazirliyinin binasından video paylaşıb və hökumət bu video ilə əlaqəli araşdırma başladıb. Paytaxtın ən mühüm hökumət binalarından birinə sosial şəbəkə ulduzunun kim tərəfindən buraxıldığını araşdırmaq üçün.

Harem Şahın baş nazirin ofisindən video paylaşması da qalmaqal yaradıb. Onun hökumət başçısının ofisinə necə keçdiyi, kimlərin belə şərait yaradığı məlum deyil.

Növbəti qalmaqal isə Pakistanın federal dəmiryolları naziri Şeyx Rəşidlə bağlı yaşanıb. Belə ki, Harem Şahın adından sosial şəbəkədə yayılan videoya əsasən o, nazirlə videozəng vasitsilə danışır. Söhbətin bir məqamında Harem Şah nazirin ona göndərdiyi intim videoları xatırladır və Şeyx Rəşid dərhal söhbəti kəsir, videoəlaqə dayanır.

İndi pakistanlı sosial şəbəkə ulduzunun Bakıdan bildirdiyinə görə, bəzi adamlar onun adından bir neçə saytlarda və sosial şəbəkələrdə saxta hesablar yaradaraq təbliğat aparırlar. “Həmin saxta hesablar üzərindən yayılan informasiyaların mənə dəxli yoxdur. Mənim təkcə bir hesabım var-“Hareem Shah Official”. İnternetdə iddia etdikləri kimi, mənim baş naziri təhdid etdiyim haqda deyilənlər də uydurmadır”,-o bildirir.



Dəmiryolları naziri ilə bağlı videoya gəldikdə isə Hareem Şah deyir ki, nazir iki gün əvvəl onunla əlaqə saxlayıb və həmin videonun yayılmasına görə qəzəblənib. O isə deyib ki, həmin videonu özü yaymayıb və kimlərin bunu internetə sızdırdığını bilmir.
YTB Başkanı Abdullah Eren azərbaycanlı jurnalistə özəl müsahibə verib -VİDEO
Qardaş Türkiyənin Yurtdışı Türkler ve Akraba Topluluklar (YTB) Başkanı Abdullah Eren Diasporpress.az-ın bir neçə suallarını cavablandırıb.

O, Türkiyənin paytaxtı Ankarada səfərdə olan diasporpress.az-ın baş redaktoru Toğrul Allahverdiliyə verdiyi açıqlamasında Türkiyə-Azərbaycan münasibətlərinin bütün sahələrdə inkişaf etdiyini deyib. YTB rəhbəri Türkiyədə yaşayan azərbaycanlıların bütün problemlərinin daim diqqət mərkəzində olduğunu qeyd edib. Bildirib ki, azərbaycanlılar Türkiyədə öz Vətəni kimi yaşayırlar.

YTB Başkanı ilə geniş videomüsahibəni təqdim edirik :
Ermənilər Yeni ilin ilk günü Qarabağda itki verdi
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ torpaqlarında Ermənistan ordusunun 19 yaşlı əsgəri ölüb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə bu gün saat 11:30 radələrində baş verib.

2000-ci il təvəllüdlü Artyom Arturoviç Kazaryan xəstəlikdən keçinib.

Faktla bağlı araşdırma aparılır.
Xamenei hədələdi: Zərbə endirməyə hazırıq
ABŞ lideri Donald Trampın İraqda baş verən son olaylarda İranı təqsirləndirməsi absurd və məntiqəzidd fikirdir.

Axar.az xəbər verir ki, bu sözləri İranın dini lideri Əli Xamenei deyib

"Hamı bilir ki, İran İslam Respublikası müharibə tərəfdarı deyil. Lakin İran xalqının inkişaf və maraqlarını təhdid edən hər kəsin qarşısında durmağa və ona zərbə endirməyə hazırdır. İran hansısa bir ölkəyə qarşı mübarizə aparmaq istəsə, bunu açıq şəkildə edəcək. Biz millətimizin məraqlarının qorunub saxlanılmasına sadiqik və buna qarşı çıxan hər kəslə üz-üzə durmağa hazırıq”, - o bildirib.
Roma Papası qadına əl qaldırdığı üçün üzr istədi
Roma Papası I Fransisk 31 dekabr günü qadına əl qaldırıb.

Avrasiya.net xarici KİV-ə istinadən xəbər verir ki, o, Vatikanda ziyarətçilərlə görüş zamanı inadla Papanı özünə doğru çəkən qadının əlindən vurub.

“Səbr sevginin özüdür. Bəzən mən dünən olduğu kimi səbrimizi itirə bilərik. Və dünən göstərdiyim pis nümunə üçün hər kəsdən üzr istəyirəm”- deyə Papa üzrxahlıq edib.



Azərbaycanlı iş adamının maaş gözləyən işçiləri şirkətiə hücum ediblərRusiyanın Sankt-Peterburq şəhərində reteyler biznesi çökən sirli iş adamı Müşfiq Abdullayevdən maaşlarını tələb edən yüzlərlə işçi onun şirkətin ticarət mərkəzlərindən birinə hücum edib.

Mümkün iğtişaşları əngəlləmək üçün obyektin mühafizəsinə OMON cəlb edilib.

Xəbər verdiyimiz kimi, Müşfiq Əli oğlu Abdullayevin sahibi olduğu “İntertorq” Ticarət Evi şirkəti sürətlə artan borca görə yüzlərlə mağazalar, supermarketlər və hipermarketlərdən ibarət şəbəkəsini bağlayıb. Şirkət Peterburqda “Spar” və “SemYa” supermarketlər şəbəkəsinə malik idi. Fəaliyyətinin pik dövründə-2017-ci ildə obyektlərinin sayı 500-ə çatıb, illik dövriyyəsi isə milyardlarla dollarla ölçülüb.

Lakin 2018-ci ilin ortalarından etibarən şirkət bir-birinin ardınca borc iddiaları ilə üzləşib. 100-dən çox təchizatçı şirkət “İntertorq”a qarşı borc iddiası qaldırıb və borcları ödəyə bilməyən Müşfiz Abdullayev (o, özünü Mixail kimi təqdim edir, barəsində çox az məlumat var, publik biznesmen deyil) mağazalar şəbəkəsini bağlamaq qərarı verib. 2019-cu il dekabrın 20-də onun mağazalarının əksəriyyəti işini dayandırıb, 10-a qədər mağaza isə qalan malları yarı qiymətə satıb qurtarmaq üçün dekabrın 31-nədək fəaliyyətini davam etdirirdi.

Xəbərlərə görə, mağazalar şəbəkəsinin işçiləri iki aydır əmək haqqı almır və onlar dekabrın 30-da Dunay prospektindəki ticarət mərkəzinə toplaşaraq pullarını tələb ediblər. Şəhər Daxili İşlər İdarəsinin yaydığı məlumatda deyilir ki, toplaşanlar ticarət mərkəzinin işinə mane olublar, amma ictimai asayişi pozmayıblar. Obyektin mühafizəsinə OMON cəlb edilib, amma onlar işçilərə müdaxilə etməyiblər, kənardan mühafizəni təmin ediblər. Şahidlərdən biri deyib ki, “İntertorq”un bunt qaldıran işçiləri hipermarketin içərisinə daxil olublar, onların bir çoxu piştaxtalardan ərzaq və içkilər götürüblər, elə oradaca yeyiblər.

Əməkdaşlar deyirlər ki, onlara maaşların nə zaman veriləcəyini heç kim demir. Menecerlər isə telefonları söndürüblər, zənglərə cavab vermirlər.

Yerli KİV-lər xəbər verir ki, mağazalar şəbəkəsinin işçiləri ötən gün şirkətin Radişev küçəsindəki baş ofisinin qarşısına toplaşmışdı. İşçilərdən biri deyib ki, onları içəri buraxmırlar, heç kim maaşların nə zaman ödəniləcəyini demir.

Prokurorluq isə maaşların verilməməsi faktına görə təhqiqat başladıb. Bu arada Müşfiq Abdullayev özü Dubaya uçmaq istərkən dekabrın 31-nə keçən gecə Peterburqun Pulkovo aerportunda saxlanılıb və Moskva rayon prokurorluğuna aparılıb. Məlumata görə biznesmen Dubaya Yeni il tətilinə getdiyini deyib, amma onun borclara görə ölkədən qaçmaq istədiyi də istisna deyil.

Bəzi məlumatlara görə M.Abdullayev əvvəlki borclarını ödəməmək üçün yeni şirkət açacaq və biznesini yeni ad altında davam etdirəcək. Müflis olan “İntertorq” şirkətinin 99 faizi Müşfiq Abdullayevə, bir faizi isə onun qardaşı Allahverdi Abdullayevə məxsusdur. M.Abdullayev publik şəxs deyil və cəmi bir dəfə-ötən il mətbuata müsahibə verib, biznesinin çökməyə başladığı vaxtlarda RBC danışıb. Onun sərvətinin 26 milyard rubldan çox olduğu bildirilir.(virtualaz.org)
Ata evini yandıran oğlunu qətlə yetirdiGöygöl rayonunda ağır qətl hadisəsi qeydə alınıb.

Hadisə rayonun Nadel kəndində baş verib.

Ata 1950-ci il təvəllüdlü Bayramov Yaşar Qəmbər oğlu övaldı 1978-ci il təvəllüdlü Mahir Bayramovu qətlə yetirib.

İlkin məlumata əsasən, ata ilə oğul arasında uzun müddət ev problemi olub. Hadisə də 41 yaşlı oğulun mübahisəyə səbəb olan evi yandırmasından sonra baş verib.

Belə ki, övladının bu əməlinə əsəbləşən ata onu ov tüfəngi ilə qətlə yetirib.

Hadisə yerinə Göygöl rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları cəlb ollunub.

Qətli törədən Yaşar Bayramov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir. /Baku.ws
Silahlı insident törədən polis zabiti həbs edildi
Goranboy rayonunda silahlı insident törətməkdə təqsirli bilinən polis zabiti Vüsal Kərimov həbs edilib.

Teleqraf.com xəbər verir ki, Vüsal Kərimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Vüsal Kərimovun barəsində olan cinayət işi ayrıca icraata götürülüb və baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

İttihama görə, Goranboy rayonunun Goran qəsəbəsində qarşıdurma zamanı Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Vüsal Kərimov, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Təbriz Əmrahov, onun qardaşı Lətif Əmrahov və Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Səfər Həsənov xəsarət alıblar.

Məlumata görə, hadisə Vüsal Kərimovla Təbriz Əmrahov arasında yaranan mübahisə zəminində baş verib.

Vüsal Kərimov polis leytenantı, hadisənin digər iştirakçısı Səfər Həsənov isə Goran qəsəbəsində mühafizə xidməti əməkdaşıdır.

Hadisə zamanı xəsarət alan Təbriz Əhmədov vəfat edib.

Qeyd edək ki, cinayət işində adı keçən Lətif Əmrahovun barəsində olan cinayət işi ayrıca icraatda araşdırılıb.

İstintaq orqanı tərəfindən Lətif Əmrahovun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 221.1-ci (xuliqanlıq) və 232.2.4-cü (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.

İttihama görə, ötən il iyulun 12-də gecə saat 23 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində xidmət aparan rayon polis şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb və onlara yaxınlaşıb.

Bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranıb və onlardan biri - Qarapirimli kənd sakini Lətif Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxıb.

Asayiş keçikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə Lətif Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəyib.

Bundan sonra Təbrizin qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alaraq küpü ilə onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirib.

Xəsarət almış polis əməkdaşı və vətəndaş Təbriz Əmrahov Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. T.Əhmədova xəstəxanada tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

İş üzrə zəruri ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilərək maddi sübutlar götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

İstintaq araşdırması zamanı hadisənin yaranmasında Lətif Əmrahov günahkar bilinib.

Lətif Əmrahovun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nural Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 9-na təyin olunub.
Eks-deputat qızının seçkilərdə iştirakına AYDINLIQ GƏTİRDİ
Beşinci çağırış Milli Məclisin depuatı olmuş Tahir Süleymanov 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Yeni Azərbaycan Partiyasının budəfəki yeni namizədlər siyahısında Tahir Süleymanovun adı yer almayıb.

O saytımıza açıqlamasında Yeni Azərbaycan Partiyasının qərarına hörmətlə yanaşdığını deyib:

“Partiyamızın və onun sədrinin qərarı müzakirə olunmazdır. Partiyanın hər bir qərarı mənim üçün əsasdır. Başqa söhbət ola bilməz”.

Tahir Süleymanov qızının müstəqil namizəd olaraq seçkilərə qatılacağı xəbərlərinə də münasibət bildirib:

“Qızımın deputatlığa namizədliyini verməsi xəbəri yalandır. Kimlərsə yalandan şaiyə buraxıblar. Həmin dairədən bir nəfərin namizədliyi irəli sürülüb. Kim seçiləcəksə, ona uğurlar arzulayıram”.

Qeyd edək ki, mətbuatda Tahir Süleymanovun yerinə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən onun yeganə övladı - Kəmalə Süleymanovanın iştirak edəcəyi barədə məlumatlar yayılmışdı. İxtisasca həkim olan eks-deputatın qızı uzun illər Şabran rayon xəstəxanasında baş həkimin müavini çalışır.

Tahir Süleymanov ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, Yeni Azərbaycan Partiyasının üzvü kimi parlamentdə 54 saylı Şabran-Siyəzən seçki dairəsini təmsil edirdi.
İki qardaş itkin düşdüPaytaxtın Yasamal rayonu, Ə.Əhmədov küçəsində yaşayan 1994-cü il təvəllüdlü R.N. və 1996-cı il təvəllüdlü M.N. evdən çıxıb və geri qayıtmayıblar.

Bu barədə hüquq-mühafizə orqanlarına onların anası məlumat verib.

Ana ərizəsində Kənan adlı şəxsin ona zəng edərək, 2000 manat pul borcunu ödəməsi təqdirdə oğlanlarını ona təhvil verəcəyini qeyd edib.
Oxu.az