Tramp: İranın 15 obyektinə zərbə endirməyə hazırıq!
İran Mərkəzi Bankı sanksiya siyahısına salınıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlamasında deyib.

O, bunu bir ölkəyə qarşı tətbiq edilən ən böyük sanksiya adlandırıb.

Donald Tramp həmçinin əlavə edib ki, ABŞ İranın 15 obyektinə aviazərbə endirə bilər, lakin tələsmir:

“Hələ ki, burdasınızsa (jurnalistlər) ən asan şey “Başlayın uşaqlar!” deməyim olar. Bu, İran üçün pis gün olardı. Ən asanı o olardı ki, mən “İranın 15 obyektini məhv edin!” deyim. Mən bunu edə bilərəm və hazırdır. Lakin bunu etmək istəmirəm”.
"Hizbullah" lideri: İran Səudiyyə Ərəbistanını məhv edəcəkİran Səudiyyə Ərəbistanı ilə müharibə halında, bu ölkəni məhv edəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah bildirib.

Onun sözlərinə görə, İran bütün təhlükələrdən daha güclüdür, çünki İran xalqı vahiddir. O, ABŞ Prezidenti Donald Trampın təhdidlərinin uğursuz olduğunu və iranlı həmkarı Həsən Ruhani ilə görüşmək üçün “yalvardığını” vurğulayıb.

“Hizbullah” lideri öz nitqinin gedişatında Səudiyyə Ərəbistanı və BƏƏ-yə yeni hava hücumundan müdafiə sistemləri almaq əvəzinə Yəməndə müharibəyə son qoymağı tövsiyə edib.

“Səudiyyə Ərəbistanı və BƏƏ-yə məsləhət: öz mövqeyinizi təkrar gözdən keçirin, diqqətlə düşünün və İrana qarşı müharibəyə təşəbbüs etmək lazım deyil, çünki o sizi məhv edəcək... Siz artıq Yəmənə qarşı müharibənin qiymətini ödəməyə başladınız”, - Nəsrullah bildirib.

Onun sözlərinə görə, hər hər iki ölkənin iqtisadiyyatı, BƏƏ-dəki göydələnlər kimi “şüşədir”.
Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyürMillət vəkili Rəfael Cəbrayılov 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb.

R. Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.

Avrasiya.net xəbər verir ki, APA-nın araşdırması nəticəsində Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovun daha bir neçə nəfərə külli miqdarda borcu olduğu məlum olub. Həmin şəxslərin hamısı müxtəlif instansiya məhkəmələrinə müraciət edib. Onların bir çoxu məhkəmədə deputatı udub, digərlərinin işi isə hazırda məhkəmə icraatındadır. Belə ki, həkim-stomotoloq Sülhiyyə Məmmədova və oğlu Fərid Əliyev deputat və qardaşı ilə bağlı şikayət verən şəxslərdən biridir. Onlar Bakıda özlərinə iş qurmaq adı ilə “Dərhal” Məhdud Məsuliyyətli Cəmiyyətinin Novxanı yolu ilə Mehdiabad-Fatmeyi yolunun kəsişməsində yerləşən 5 mərtəbəli binadan 150 min manat dəyərində qeyri-yaşayış sahəsi üçün nəzərdə tutulan yer alıblar. Həmin şirkətin qeyri-rəsmi Rəfael Cəbrayılovun olduğu, rəsmi direktor kimi isə onun qardaşı Elşən Cəbrayılovun qeyd edildiyi bildirilir.

Zərərçəkənlərin nümayəndəsi bildirib ki, 2009-cu ildə rəsmi müqavilə ilə alqı-satqı olunub: “Həmçinin ödənilmiş pul vəsaitinə dair seriya kassa mədaxil orderinin qəbzi mənə təqdim edilib. Daha sonra müvəkkillərim ölkədən gedib. 2016-cı qohumların vəfatı ilə bağlı Bakıya gələndə özlərinə məxsus qeyri-yaşayış sahəsinin yanından keçəndə üzərində “satılır” yazısını görüblər. Bu məsələni araşdırmaq üçün “Dərhal” MTK-nın ofisinə müraciət ediblər. Aldadıldıqlarını başa düşüb məhkəməyə müraciət ediblər”.

Nümayəndə bildirib ki, Binəqədi Rayon Məhkəməsi onların iddiasını təmin edib: “Məhkəmə 150 000 (yüz əlli min) manat məbləğində pulun “Dərhal” MTK-dan alınaraq Əliyev Fərid Vaqif oğluna ödənilməsi barədə qərar çıxarıb. Qətnamənin icrası Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilib. Lakin dəymiş ziyan indiyə qədər ödənilməyib”.

Nümayəndənin bildirdiyinə görə, “Dərhal” MTK-nın yeganə qurbanı onun müvəkkili olmayıb: “Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılov “Lombard” müdiri olan Məlahət Qurbanova və Osman Hacıyevi eyni qaydada aldadaraq külli miqdarda pullarını mənimsəyiblər”. Vəkil qeyd edib ki, bütün bu məsələlərlə bağlı dəfələrlə Milli Məclisinin deputatı Rəfael Cəbrayılovla danışıq aparılsa da, zərərçəkənlərin pulu qaytarılmayıb: “Rəfael müəllimlə dəfələrlə telefon danışığımız olub, bir dəfə də görüş keçirilib. Özü bizə dedi ki, iki həftə ərzində məsələni həll edəcək. Sonra da dedi ki, Azərbaycanda deyil, 1 həftəyə gəlib məsələni öz yoluna qoyacaq. Sonra dedi ki, pulu hüquqşünasları mənimsəyib, ona ödətdirəcəklər. Min bir bəhanə gətirdilər, lakin sonradan telefonumuzu belə götürmədilər. Qardaşı isə tapılmır”.

Nümayəndə bildirib ki, hazırda iş Binəqədi rayon icra şöbəsindədir: “İcraatla bağlı Elşən Cəbrayılov tapılmadığına görə barəsində axtarış verilmişdi. O, məcburi qaydada məhkəməyə gətirildi, lakin həbs edilmədi. Məhkəmə inzibati həbslə bağlı qərarında qeyd elədi ki, müəssisənin əmlakı var. Həmin pul əmlakdan müsadirə edilməklə ödənilsin. Lakin hələ də bir nəticə yoxdur”.

Məlumatlara görə, deputat hazırda müflisləşib. Hətta bəzi əmlaklarını sataraq borc sahiblərinə verib. Lakin hazırda onun daha bir neçə nəfərə külli miqdarda borcu qalır.

Deputatın qardaşı, "Dərhal" MTK-nın rəhbəri Elşən Cəbrayılov telefon zənglərinə cavab verməyib. Onun hazırda ölkə xaricində olduğu bildirilir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rəfael Cəbrayılov haqqında yazılan xəbərlərə münasibət bildirib. Bununla bağlı APA-nın sorğusunu cavablandıran deputat bildirib ki, son dövrlərdə "ona qarşı iyrənc ləkələmə kampaniyası" gedir: “Təəssüf edirəm ki, bu iyrənc məqsədə nail olmaq üçün bir sıra jurnalistlərdən də istifadə olunur. Araşdırma aparmadan, məsələnin məğzini bilmədən yalnız bir tərəfin verdiyi informasiyanı yaymaq jurnalist fəaliyyətinə ziddir. Son dövrdə tikinti biznesi ilə məşğul olan qardaşlarım, habelə özümlə bağlı reallığa uyğun olmayan məlumatlar müxtəlif saytlarda yayılır. Bu da ondan irəli gəlir ki, bir sıra insanların "mülkiyyətində" olan saytlar var. Bu saytlar əslində heç bir jurnalist fəaliyyəti ilə məşğul olmur, yalnız "sahibinin" iyrənc niyyətlərini həyata keçirmək üçün "vasitə" rolunda çıxış edirlər. Həmin şəxslərin iyrənc məqsədlərinin üzə çıxarılmasına nail olacağam. Mənim və qardaşlarım haqqında yayılan məlumatlara görə təəssüflənirəm. Azərbaycan Respublikasının informasiya məkanında belə informasiya vasitələrinin olmasına təəssüf edirəm. O adamla isə mən dostam və başqa heç nə danışmaq istəmirəm”.

Deputat borclar, hazırkı məhkəmə çəkişmələri və deputat vəsiqəsinin girov qoyulması ilə bağlı suallara cavab verməkdən imtina edib.

Milli Məclisin İntizam Komissiyasının üzvü, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı isə deyib ki, həmkarı Rəfael Cəbrayılovun haqqında yayılan xəbərlərin doğruluğuna inana bilmir: “Deputat olmaq insanın həyatında ən şərəfli və məsuliyyətli anlardır. Çünki deputat mandatı 40 mindən çox seçicinin etimadı, xalqın adından danışmaq, xalqı təmsil etmək hüququ deməkdir. Milli Məclisin deputatı olmaq, ölkənin qanunvericilik orqanında təmsil olunmaq şərəfli hadisədir. Xalqın təmsilçisi olmaqdan şərəfli bir şey yoxdur. Ona görə də inanmıram ki, hansısa deputat elə bir hərəkətə yol versin. Mən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müaviniyəm və ona görə də əlimdə əsas olmadan danışa bilmərəm”. İntizam Komissiyasının üzvü qeyd edib ki, heç bir deputat törətdiyi qanuna zidd hərəkətlərə, qanun pozuntusuna görə immunitet daşımır: “Mənim deputat seçilməmdən bu yana - 2000-ci ildən bəri bir neçə dəfə belə bir hal olub ki, deputat hər hansı qanun pozuntusuna yol verib və ona adekvat cavab verilib. Hər bir deputat sıravi vətəndaşlar kimi hər hansı bir qanun pozuntusuna yol veribsə, qanunun aliliyi prinsipinə görə cavab verəcək. Əgər məhkəmədə belə bir iş varsa, Milli Məclisə müraciət etməlidir. Amma hələ ki, bu, sübut olunmayıb. Belə məsələlərdə ehtiyatlı olmalıyıq. Çünki deputat adına xələl gətirmək olmaz. Biz gəldi gedərik. Amma deputat adı hər zaman olacaq. Bu ada xələl gətirmək olmaz. Mən mətbuat vasitələrindən də xahiş edirəm ki, belə məsələlərə həsasslıqla yanaşsınlar”. M. İbrahimqızı bildirib ki, III və IV çağırış Milli Məclisin deputat vəsiqəsinin hüquqi bir statusu yoxdur: “Amma deputatın istənilən qanun pozuntusu Milli Məclisin İntizam Komissiyasında müzakirə edilir".
Fuad Qəhrəmanlı istefa verdiAXCP sədri müavinli Fuad Qəhrəmanlı vəzifəsindən istefa verib.

Avrasiya.net xəbər verir ki, o bu haqda məlumat paylaşaraq deyib:

“Mənimlə bağlı yaranmış vəziyyət bəhanə edərək ACXP- yə qarşı səlib yürüşünə keçiblər. Hər zaman AXCP və onun lideri Əli Kərimli mənim üçün siyasi fəaliyyətimin mənası, məhvəri olub. Ona görə də nə liderimə, nə də ki, AXCP yə bir ziyan dəyməməsi üçün hər zaman hər cür fədakarlığa hazır olmusam.

Barəmdə deyilən ittihamlar təhrif olunub və mən həbs olunmazdan öncə 4- 5 il öncə konfliktli situasiya zəminində qısa müddətli ailə daxil münaqişə yaşlşamışam Bu baş verənlərə görə də pesimanam. Bu zaman yaşanan gərginlik övladlarımda mənəvi travma yaradıb və Selcanın açıqlaması da bu travmadan doğan emosional reaksiya olub.

Ancaq bundan sonra Zümrüdlə 5 illik birgə həyat sürməklə, biz əslində o dönəmin yaralarını sarmışdıq. Selcanın statusunda qeyd etdiyi fikirlərlə bağlı polemikaya girməyi mənəvi baxımdan özümə uyğun görmədiyimdən , onunla bağlı gerçək motivləri də aydınlaşıdırmağı doğru saymıram.

Bütün bunlara rəğmən mən indiki halda öz haqlılığımı deyil, AXCP nin nüfuzunu və ona qara yaxmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını almağı əsas ğötürərək, AXCP sədrinin müavini postundan istefa verirəm.

15 yaşımdan ömrümü ancaq rejimə qarşı mübarizəyə sərf etdiyinmdən, bu qərarı vermək heç də asan deyil. 30 illik bir siyasi prosesin yetisdirdiyi siyasətçinin getməsi, heç də demokratik mübarizənin xeyrinə deyil. Bizim üçün status deyil, mübarizə, prinsiplər önəmlidir”.
Azay Quliyev seçicilərini qəbul edibBu gün Milli Məclisin deputatı Azay Quliyev Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında seçicilərini qəbul edib.

Deputat seçicilərin məşğulluq, sosial, mənzil və əmlak məsələləri ilə əlaqədar müraciət və şikayətlərini dinləyib.

Binəqədi rayonu A.Gəraybəyli küçəsi 41 ünvanının sakinləri yaşadıqları binanın qəzalı vəziyyəti ilə bağlı müraciətlərini çatdırıblar.

Binəqədi rayonu Ə.Naxçıvani küçəsinda sakinlər asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə parkın salınmasında köməklik göstərilməsini xahiş ediblər.
Görüşdə qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Digər müraciətlərin həlli ilə bağlı isə müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, qəbulda Binəqədi rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri də iştirak edib.

Xatırladırıq ki, Azay Quliyevin rəsmi internet səhifəsində seçicilərin qəbulu üçün onlayn qeydiyyat sistemi (http://azayguliyev.az/qebul.php?cat=112&lang=az) fəaliyyət göstərir. 8 saylı Binəqədi birinci Seçki Dairəsinin seçiciləri elektron müraciət imkanından yararlanaraq deputatın qəbuluna yazıla bilərlər.
Azay Quliyev seçicilərini qəbul edib
Azay Quliyev seçicilərini qəbul edib
“Şərurlu İsfəndiyar”la bağlı qərarın icrasna başlandıMəhkəmənin “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun qanunsuz əməlli ilə bağlı “İcraya başlamaq haqqında”qərarı icraata verildi.

Xəbər verdiyimiz kimi “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun qanunsuz əməllərindən zərəçəkən 15 ailənin 3 ilə yaxındır ki, davam edən hüquqi mübarizəsi, nəhayət, 23 iyul 2019-cu il tarixdə başa çatdı və Ali məhkəmədə keçirilən proses zamanı Apellasiya məhkəməsinin qərarı qüvvədə saxlanıldı.

Zərəçəkmişlərdən biri olan Müzəffər Məmmədlinin Kanal32.az-a verdiyi məlumata görə, bu günlərdə Apellasiya məhkəməsinin çıxardığı qətnamənin icrarata götürülməsi ilə bağlı Bakı şəhəri,Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 13 sentyabr 2019-cu il tarixli “İcraya başlamaq haqqında”qərarı qüvvəyə minib. Qərarda göstərilir:

1.İcra sənədi üzrə icarata başlanılsın

2.Borcli Şərur MTK və Şaiq MTK,”Qlobal -azəri” MMC, Su-Tiknti və Universa Servis MMC-yə 10 gün müddətində icranı könüllü olaraq təmin etsin. İcra könüllü təmin edilmədikdə

a) Borclu barəsində məcburi icra tədbirləri görülsün, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişi borcludan tutulsun.
b) İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı siyahıya alınsın və həmin əmlakın üzərinə həbs qoyulsun.
3. Qərarın surəti onun qəbul edildiyi vaxtdan 1(bir) gün müddətində tərəflərə,habelə icra sənədi vermiş məhkəməyə və ya digər orqana göndərilsin.

4. Qərardan onun surətini aldıqdan sonra 10(on) gün müddətində məhkəməyə şikayət verə bilər.
“Şərurlu İsfəndiyar”la bağlı qərarın icrasna başlandı
“Şərurlu İsfəndiyar”la bağlı qərarın icrasna başlandı
Ancaq maraqlıdır ki, özbaşına və saymazyana hərkətləri ilə diqqət çəkən və gündəmdə olan cavabdeh İsfəndiyar Axundov “İcraya başlamaq haqqında”qərarı göstərilən vaxtda icra edəcəkmi? Bax bu sual bütün zərəçəkmişləri ciddi şəkildə narahat edir.

Zərərçəkmişlər adından saytımıza danışan Müzəffər Məmmədli bildirib ki,biz 15 ailə 2013-cü ildən bütün müvafiq orqanlara şikayətlər etmişik.Son üç ilə yaxındır ki,pozulmuş mülkiyyət hüquqlarımız bütün inistansiya məhkəmləri tərəfindən tanınıb.Bütün bunlara baxmayaraq,Ali məhkəminin qüvvədə saxladığı qətnamənin icrası ilə bağlı şübhə və narahatçılğımız var.Bu da səbəbsiz deyil.Çünki “məğlubedilməz” İsfəndiyar Axundov bu günə kimi bütün instansiyalarda və uduzduğu proseslərdən sonra özünəməxsus variantlarla hər dəfə zərərçəkmişləri məyus etmişdir.

Xatırladaq ki, bütün məhkəmə prosesləri ərəfəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məhkəminin ədaləti keçirləməsini nəzarətdə saxlamaq üçün edilən müraciətlərə xüsusi diqqət göstərilib. Hətta, Ali məhkəmənin qərarından sonra 24 iyul 2019-cu il tarxidə zərəçəkmişlər tərəfindən hörmətli Mehriban xanıma təşəkkür məktubu ünvanlanıb və bu mətbuatda yayılıb.

Zərəçəkən 15 ailə bir daha Birinci vitse-prezident Mehriban xanım Əliyevadan bu qərarın icrasını da öz nəzarətində saxlamağı xahiş edir.
İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - VİDEOSentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı tədbirdə nitq söylədi.

Prezident İlham Əliyev əlamətdar gün münasibətilə təbriklərini çatdırdı. Azərbaycanın dünyada sənaye üsulu ilə, həmçinin dənizdə neft hasil edən ilk ölkə olduğunu vurğulayan dövlətimizin başçısı o vaxtdan bəri neftçilərimizin ölkənin iqtisadi qüdrətinin artırılmasındakı rolunu yüksək qiymətləndirdi. Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində, ovaxtkı rəhbərliyin səriştəsizliyi nəticəsində yaranmış iqtisadi-siyasi böhranın ölkəni ağır vəziyyətə saldığını və belə bir zamanda xalqın tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və cəsarəti sayəsində Azərbaycanın xilas olması naminə göstərdiyi xidmətlərdən danışdı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasını tarixi hadisə adlandıran, o zaman qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün göstərilən səyləri xatırladan Prezident İlham Əliyev həmin dövrdə riskli bir dövlət kimi tanınan Azərbaycana xarici investorları cəlb etmək üçün Ulu Öndərin göstərdiyi sarsılmaz iradəni xüsusi qeyd etdi.

“Əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizin sonrakı inkişafındakı və Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasındakı həlledici rolundan danışan Prezident İlham Əliyev neftdən əldə edilən gəlirlərin, ilk növbədə, xalqın rifahının yaxşılaşmasına yönəltmək kimi əsas məqsədə nail olunduğunu vurğuladı. Azərbaycanın karbohidrogen ehtiyatlarını xarici bazarlara çıxarmaq üçün çəkilmiş neft-qaz kəmərləri vasitəsilə ixrac olunan sərvətimizin ölkəyə gətirdiyi faydalardan bəhs edən dövlətimizin başçısı “Əsrin müqaviləsi”nin uğurlu icrasının əhalinin məşğulluğunun təminində, yeni nəsil ixtisaslı neftçi kadrların hazırlanmasında, sosial infrastrukturun tamamilə yenilənməsində, məcburi köçkün, şəhid və aztəminatlı ailələrin sosial problemlərinin həllində, Azərbaycanın kosmik ölkəyə çevrilməsində və respublikamızın beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasındakı həlledici rolundan söz açdı. Neftdən əldə olunan gəlirlərin qeyri-neft sektorunun tərəqqisinə da təkan verdiyini deyən Prezident İlham Əliyev neft-qaz sektorunun inkişafının davamlılığının bundan sonra da prioritet olacağını bildirdi. Dövlətimizin başçısı neftçilərə yeni uğurlar arzuladı.

Sonra ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Birləşmiş Ştatların Dövlət katibi Maykl Pompeonun məktubunu oxudu.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin Beynəlxalq Ticarət üzrə Dövlət katibi Yelizaveta Trussun məktubunu oxudu.

Daha sonra BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış etdilər.
ABŞ Dövlət katibi Mayk Pompeo İlham Əliyevə məktub göndərdi - "Sizi təbrik edirəm"Birləşmiş Ştatlar sözügedən bütün sahələrdə göstərdiyimiz fəaliyyətlərin davam etdirilməsi və dərinləşdirilməsi niyyətindədir

ABŞ Dövlət katibi Mayk Pompeo Əsrin Müqaviləsinin imzalanmasının 25-ci ildönümü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Amerika Birləşmiş Ştatları adından Sizi və Azərbaycan Respublikasının xalqını Əsrin Müqaviləsinin imzalanmasının iyirmi beş illik ildönümü münasibətilə təbrik etmək istəyirəm.

Bu il qeyd olunan iyirmi beş illik ildönümü Azərbaycanın öz enerji ehtiyatlarının dünya bazarlarına çatdırılmasına dair öhdəliyə sadiq olduğu zaman yer alacaq. Son iyirmi beş il ərzində Birləşmiş Ştatlar Azərbaycanın enerji ehtiyatlarının inkişafına, Avropa və qlobal enerji təhlükəsizliyinin qorunmasına və müstəqil dövlət kimi inkişafına dair göstərdikləri səylərdə sadiq tərəfdaşı olmuşdur. 1994-cü ildə sözügedən müqavilənin imzalanması və Bakı-Tiflis-Ceyhan neft kəmərinin inşası sayəsində Azərbaycan dünya neft bazarında vacib təchizatçiya çevrilmiş və Xəzər və Aralıq dənizləri arasında ilk enerji əlaqəsinin yaradılmasında vacib rol oynamışdır.

Avropanın enerji təhlükəsizliyində strateji rol oynayan Cənub Qaz Dəhlizinə təkan verən Azərbaycan yenidən aparıcı rol oynamağa davam edir. Prezident Tramp 26-ci Xəzər Neft və Qaz Sərgisi münasibətilə ünvanladığı məktubda qeyd etdiyi kimi, biz Sizin səylərinizi dəstəkləyir və Azərbaycanın iqtisadi uğurunun bölgədə sabitliyin və firavanlığın inkişafı üçün vacib olmasına inanırıq.

Enerji sahəsində olan uğurlu tərəfdaşlığımız bizim həmçinin iqtisadi, təhlükəsizlik, insan haqlarının irəliləməsi, fundamental azadlıqlar, və demokratik idarəçilik sahələrini əhatə edən strateji münasibətlərimizə də müsbət töhfə vermişdir.

Birləşmiş Ştatlar sözügedən bütün sahələrdə göstərdiyimiz fəaliyyətlərin davam etdirilməsi və dərinləşdirilməsi niyyətindədir. Yenidən bu mühüm ildönümü münasibətilə Sizi təbrik edirəm".
İlham Əliyev neft sənayesi işçilərini təbrik etdiPrezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Hörmətli neft sənayesi işçiləri!

Sizi ölkəmizin həyatında mühüm strateji rol oynamış “Əsrin müqaviləsi”nin 25 illiyi və peşə bayramınız olan “Neftçilər Günü” münasibətilə ürəkdən təbrik edirəm.

“Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü” haqqında 1994-cü il 20 sentyabr tarixli Saziş müstəqil Azərbaycanın gələcək inkişafının başlıca mənbəyinə çevrilmiş, onun dinamik templə sonrakı davamlı yüksəlişini təmin etmişdir.

Dövlət müstəqilliyimizin ilk illərindəki gərgin geosiyasi şəraitdə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində imzalanmış və yüksək dəyərləndirilərək “Əsrin müqaviləsi” adını qazanmış bu Saziş respublikamızın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft anlaşması idi. Müqavilə bütövlükdə regionun enerji xəritəsini köklü şəkildə dəyişərək Xəzər dənizi hövzəsində əməkdaşlığa əlverişli zəmin yaratmışdır. Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu enerji strategiyasının ölkəmizin qısa vaxtda dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq mövqelərinin güclənməsində müstəsna əhəmiyyəti vardır.

Azərbaycan nefti və qazı bu gün dünyada sülhün, təhlükəsizliyin və tərəqqinin amillərindəndir. Ölkəmizin təşəbbüsü və liderliyi ilə Cənub Qaz Dəhlizi çərçivəsində gerçəkləşdirilən işlər Azərbaycanın potensialını nümayiş etdirir. Respublikamız, eyni zamanda, aparıcı xarici neft şirkətləri ilə ötən illərdə uğurlu əməkdaşlıq formatı reallaşdırmışdır. Tərəfdaşların təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin yenidən işlənməsi və sazişin müddətinin 2050-ci ilədək uzadılması bunun aydın təzahürüdür. Regional və qlobal əhəmiyyətli neft, qaz layihələrində ölkəmizi layiqincə təmsil edən və dünya enerji bazarında mövqelərini möhkəmləndirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin həyata keçirdiyi investisiya layihələri isə ölkəmizin iqtisadi qüdrətini təcəssüm etdirir.

“Əsrin müqaviləsi”nin misilsiz uğurları neftçilərimizin fədakar əməyinin bəhrəsidir. Məhz onların sayəsində Azərbaycan neft sənayesinin geniş infrastrukturuna malik olub, dünyada neft ölkəsi kimi tanınmışdır. Neftlə bağlı ən müxtəlif istiqamətlər üzrə görkəmli alim və mütəxəssislərimiz zəngin neft-qaz sərvətlərinin Vətənimizin yüksəlişi naminə istifadəsi üçün nəhəng işlər görmüş, ölkəmizin neft salnaməsinə parlaq səhifələr yazmışlar.

Azərbaycan neftçilərinin indiki nəsli olaraq siz onların yolunu böyük müvəffəqiyyətlə davam etdirirsiniz. Bu yolda hamınıza yeni nailiyyətlər arzulayıram".
“Lotu Quli” Qurana and içdi – Gürcü “qanuni oğru” ilə konflikt dərinləşirAzərbaycanlı “qanuni oğru” Nadir Səlifov (“Quli”) gürcü əsilli kriminal avtoritet Badri Koquaşvilini (“Badri Kutaisi”) cəzalandırmağı planlaşdırır.

Yenisabah.az Rusiya KİV-nə istinadən məlumat verir ki, Nadir Səlifovun Badri Koquaşviliyə qəzəbinin səbəbi ikincinin onu “qanuni oğru” statusundan məhrum etmək üçün “sxodka” təşkil etməyə səy göstərməsidir.

Badri Koquaşvilinin Nadir Səlifova “qanuni oğru” titulundan məhrum etmək cəhdi gürcü əsilli Quram Çixladzenin (“Kvejeoeviç”) vurulması ilə bağlıdır. Quram Çixladze Türkiyədə “Quli” ilə görüşdə vurulub. Ona əl qaldıran isə Nadir Səlifovun yaxın adamı, qazax əsilli Arman Cumagəldiyev (“Dikiy Arman”) olub. Lakin o sonradan Quram Çixladzenin “qanuni oğru” statusu daşımasından xəbərsiz olduğunu bildirib. Nadir Səlifov da silahdaşını müdafiəsiz qoymayıb.

Bu hadisədən sonra Badri Koquaşvili Nadir Səlifovun qanuni oğru titulundan məhrum edilməsi təşəbbüsü ilə çıxış edib. Lakin “Quli” və onu dəstəkləyən digər “qanuni oğru” Badri Koquaşvilinin özünü tituldan məhrum ediblər. Səbəb kimi isə onun başqa “qanuni oğrularla” konfliktdə olduğu göstərilib.

Lakin Badri Koquaşvili və əslində bütün bunların araxasında dayandığı iddia edilən Zaxari Kalaşov (“Şakro Molodoy”) Nadir Səlifova qarşı hücumlarını davam etdirib. Nadir Səlifovun Qazaxstan xüsusi xidmət orqanlarının agenti olması barədə mediada tirajlanan məlumatdan sonra yenidən “sxodka” çağırmağa cəhd göstəriblər. Hələ ki, buna nail ola bilməyiblər. Əksinə, Zaxari Kalaşovun özü Merab Suxumskinin ittihamları ilə üz-üzə qalıb.

Bildirilir ki, Nadir Səlifov hazırda Badri Koquaşvilini axtarır. Onun hətta gürcü “qanuni oğru”nu istənilən vasitə ilə, harda olsa tapacağına dair “Quran”a and içdiyi bildirilir.