"Sevilya" "Qarabağ"ı məğlub etdiUEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində “Qarabağ” və “Sevilya” klubları arasında bu gün keçirilən görüş "Sevilya"nın qələbəsi ilə bitib.

62-ci dəqiqədə "Sevilya"nın oyunçusu J.Hernandez cərimə zərbəsindən hesabı açıb: 0 - 1

Rəqibin heyətində Munir 78-ci dəqiqədə qapıçı Asmir Beqoviçlə təkbətəkdən qalib ayrılıb: 2 - 0

85-ci dəqiqədə Oliver Torres 3-cü qolu qapımızdan keçirib: 0 -3
Britaniya rəsmilərindən İlham Əliyevə təbrik məktubuBöyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin Beynəlxalq Ticarət üzrə Dövlət katibi və Ticari Məsələlər İdarə Heyətinin sədri Yelizaveta Truss və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın Xarici və Birlik məsələləri ofisinin Avropa və Amerika üzrə nazir Kristofer Pinçer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

“Zati-aliləri,

1994-cü ildə Zati-aliləri Heydər Əliyev və Con Braun tərəfindən imzalanmış Əsrin Müqaviləsinin 25-ci ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını bu məktubla təbrik etməkdən olduqca məmnunuq.

Həmin əhəmiyyətli gün bu gün ölkələrimizin malik olduğu sıx siyasi və ticari münasibətlərin başlanması kimi yadda qaldı. Son iyirmi beş il ərzində, BP-nin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə tərəfdaşlığı çox böyük uğurla nəticələndi və digərlərinə nümunə olacaq, enerji sektorunda əməkdaşlığın məmnunluq doğuran misaldır. 2017-ci ildə müqavilənin uzadılması həmin tarixi tərəfdaşlığın gələn onilliklər ərzində çiçəklənəcəyini təmin edir.

Müqavilənin imzalanması bütün dünyaya göstərdi ki, Azərbaycan suveren və müstəqil dövlətdir və ölkənin təbii ehtiyatları tam hüquqlu şəkildə Azərbaycan xalqına məxsusdur. Cənub Qaz Dəhlizinin tamamlanması ilə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsini davam etdirəcək.

Biz daima güclənən davamlı əməkdaşlığımızı səmimiyyətlə arzulayırıq və bu cür tarixi məqamı mümkün etdiklərinə görə, Sizi, Azərbaycan hökumətini, Azərbaycan xalqını, ARDNŞ-i, BP-ni və Birləşmiş Krallığın işgüzar dairələrini bir daha təbrik edirik.

Ən xoş arzularla”.
"Çox mənəvi üzüntü yaşayıram"Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı qızı Selcan Yağmurun özünün və anası Zümrüd Yağmurun onun tərəfindən şiddətə məruz qalması barədə ittihamları haqqında növbəti dəfə açıqlama yayıb.

Avrasiya.net xəbər verir ki, Fuad Qəhrəmanlının sözlərinə görə, bu gün qızı Selcan açıqlama yayaraq ailələri haqda emosional gərginlik altında bəzi fikirlərini bildirib: "Çox təəssüf edirəm, hər birimizin ailəsi var və hər bir ailədə narazılıq olur. Mən həbs olunmamışdan öncə ailə daxilində müəyyən yanlış anlamalar üzündən gərginliklər olmuşdu. Ancaq həbsdə olduğum müddətdə həyat yoldaşım Zümrüd Yağmur mənim ən yaxın dəstəkçim olub. Biz artıq bu mərhələni adlatmışıq. Selcanın bu yazısına səbəb bu səhər onun qadın hüquqları ilə bağlı mövzuda yazdığı rəyi silməsini istəməyim olub və bu da onda emosional gərginlik yaradib. Bu üzdən də o keçmişlə bağlı xoşagəlməz bəzi nüansları dramatikləşdirərək təqdim edib. Övladım olmasına baxmayaraq, onun formalaşma dövründə həbsdə olduğum üçün yanında olmamışam və bu üzdən də feminizm və s. kimi məsələlərə münasibətdə kəskin fikir ayrılıqlarımız yaranmışdı. Bu üzdən Selcanın bu yazısında fikir ayrılığımizdan doğan ziddiyyətin də təsiri var. Tam məsuliyyətlə deyirəm ki, onun bu yazdıqları həqiqət deyil və sadəcə dramatikləşdirilmiş təqdimatdır. Buna görə çox mənəvi üzüntü yaşayıram".

Qeyd edək ki, F.Qəhrəmanlının həyat yoldaşı bu il avqustun 1-də boşanmaq üçün məhkəməyə müraciət edib.
Fuad Qəhrəmanlının qızı canlı yayımda hər şeyi açıqladı - VideoAXCP-nin sədr müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur Feysbuk səhifəsində canlı yayımla çıxış edib.

Avrasiya.net xəbər verir ki, S.Yağmur məlum statusla bağlı səsləndirilən iddialara cavab verib.

O bildirib ki, profili oğurlanmayıb, atası haqda paylaşdığı mətni də özü yazıb.

Həmçinin bu statusu hakimiyyətin təzyiqi nəticəsində də yazmadığını deyib.
"Bizim məqsəd və məramımız növbəti qələbəni əldə etməkdir"Müsazibimiz YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyovdur

- Mehdi müəllim, məlum olduğu kimi, bu günlərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında rayon və şəhər təşkilatlarının bələdiyyə seçkilərinə hazırlıq məsələlərinə həsr olunan müşavirə keçirilib. Partiyanın fəaliyyət istiqamətini seçki prizmasından necə dəyərləndirərdiniz?

- Bu gün Yeni Azərbaycan Partiyasının regionumuzda ən böyük siyasi partiya olması kimsəyə sirr deyil. Partiyamızın bu gücünü şərtləndirən bir sıra amillər də mövcuddur. Belə ki, YAP ölkədə fəaliyyət göstərən digər partiyalardan müqayisəolunmaz dərəcədə güclüdür və bunun başlıca səbəbi təşkilatın Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənməsidir. Həmçinin, partiyamızda Azərbaycan cəmiyyətinin ən yüksək intellektə malik olan təbəqələri toplaşıb ki, bu təbəqə artıq öz fəaliyyəti ilə sözünü deməkdədir. YAP-da birləşənlər həmçinin, vahid azərbaycançılıq və dövlətçilik ideologiyası ətrafında birləşiblər. Bu günlərdə bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun sədrliyi ilə şəhər və rayon təşkilat sədrlərinin iştirakı ilə keçirilən ümumrespublika müşavirəsində qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı tapşırıq və tövsiyələrini verdi. Qeyd etdi ki, bələdiyyə seçkiləri ilə əlaqədar olaraq ölkədə siyasi canlanma müşahidə olunur: "Təəssüflə qeyd etmək lazımdır ki, müxalifət, bütövlükdə, özlərinə zəruri olan sosial bazanı təmin edə bilmədiyi üçün siyasi proseslərə norma və dəyərlərdən fərqli məqamlar gətirməyə çalışır. Onların apardıqları siyasi kampaniya əslində siyasi müxalifət anlayışının mahiyyətinin ciddi şəkildə tənəzzülü ilə müşayiət olunmaqdadır. Xüsusi qeyd olunmalıdır ki, müxalifətin müəyyən kəsiminin apardığı siyasi kampaniya mənəvi terror, yalan məlumatlar yaymaq və böhtan atmaq üzərində qurulub".

Bəli, budur dağıdıcı, satqın və mənəviyyatsız müxalifətin iç üzü.

Müxalimfət bilməlidir ki, 750 mindən çox partiya üzvü olaraq Yeni Azərbaycan Partiyası ümummilli maraqları özündə əks etdirən, milli köklərə söykənən, milli maraqları beynəlxalq aləmdə müdafiə edən aparıcı siyasi partiyadır. Hər bir partiya üzvü olaraq bu işdə daha məsuliyyətli, daha fəal olmalı, Prezidentimiz ətrafında sıx birləşməli, yad ünsürlərə mövqeyimizi ortaya qoymalıyıq.

- YAP Şabran rayon təşkilatı seçki fəallığını artırmaq üçün fərqli təbliğat aparmağı nəzərdə tuturmu?

- Həm Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri, həm də rayon təşkilatının Seçki Qərargahının rəhbəri kimi qeyd etmək istərdim ki, bizim məqsəd və məramımız növbəti qələbəni əldə etməkdir. Əvvəlki seçkilərdə olduğu kimi, bu seçkinin də yüksək səviyyədə baş tutacağına, şəffaflığın, ədalətin təmin olunacağına və bələdiyyə seçkilərinin beynəlxalq standartlara uyğun keçiriləcəyinə inanırıq. Artıq bizim işlərimiz tam sürətlə aparılmaqdadır. Qeyd edim ki, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsi üzrə Şabran rayonunda 46 məntəqədə 30 min, 193 seçici qeydiyyatdadır ki, onların seçkilərdə iştiraklarının fəallığı üçün çalışırıq.

Seçki kampaniyasının keçirilməsi ilə bağlı rayon təşkilatının böyük seçki təcrübəsi var. Biz bu seçki təcrübəsindən maksimum yararlanaraq, uğurlarımızı davam etdirəcəyik.

Sia.az
"Atəşgah" Sığortanın maşını qəzaya düşdü: 2 nəfər öldüSumqayıtda "Atəşgah" Sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, "Mersedes" markalı avtomobil "Atəşgah" sığorta şirkətinə məxsus "Hunday-İX35" markalı avtomobillə toqquşan zaman aşaraq yanmağa başlayıb. Bu zaman avtomobilin içərisində yaralı olan və sıxılmış vəziyyətdə olduqları üçün çıxa bilməyən 2 nəfər yanıb.

Onlardan birinin Kamran Füzuli oğlu Atayev olduğu müəyyənlişdirilib. Digər ölən şəxsin meyiti tamamilə yandığı üçün müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Orxan ailəsini küçə pozğununa dəyişib - Meyxanaçının arvadıTanınmış meyxanaçı Orxan Lökbatanlının model Aysu Bədəlzadə ilə eşq yaşadığı xəbəri yayılıb.

Hazırda evli olan ifaçının həyat yoldaşı Kəmalə minval.info-ya açıqlama verib.

O bildirib ki, meyxanaçıdan boşanmaq üçün məhkəməyə müraciət edib:

“Orxanın daha öncə də bir qadınla münasibəti var idi. Həmin qadın mənə yazdı. Mən də ayrılmaq istədim, sonra oğluma görə barışdım. Oğlumun 5 yaşı var. 1 aydır ki, atasının ailəsindən xəbəri yoxdur. Oğlu nə yedi, nə içdi, dərsə getdi, ya getmədi, xəbərsizdir. Öz övladına belə münasibət bəsləyən insan mənə lazım deyil. Bir kişi ki, ailəsini, 5 yaşlı uşağını hansısa küçə pozğununa dəyişibsə, ondan nə ata, nə həyat yoldaşı olar. Biz Orxanı silmişik, bizim üçün öldü. Boşanmaq üçün məhkəməyə müraciət etmişəm, yaxın günlərdə proses başlayacaq. Onsuz da, onun üçün fərqi yoxdur ”.

Qeyd edək ki, model Aysu Bədəlzadə ATV telekanalında yayımlanan “Dəb Mənəm” verilişi ilə məşhurlaşıb.
Qızı Qəhrəmanlıdan imtina etdi: İcra başçısı olan babası danışdıFuad Qəhrəmanlının xanımı Zümrüd Yağmurun əmisi, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Selcan Yağmurun bu gün sosial şəbəkədə yazdıqlarına reaksiya verib.

Bu barədə Axar.az-a danışan Əhəd Abıyev bildirib ki, yalnız Selcan deyil, digər bacısı da Fuad Qəhrəmanlıdan imtina edib.

“Ailədə olan problemlərdən xəbərim var, boşanma üçün Zümrüdün məhkəməyə müraciət etdiyini də bilirəm. Onu da deyim ki, Selcanla bacısı Sanay Fuad Qəhrəmanlıdan çoxdan imtina ediblər. Selcan xaricdə təhsil alır, onun təhsil məsələsində narahatlıq yaranıb. Ona görə Bakıya gələcəm. Hər şey barədə ətraflı danışacam”, - başçı bildirib.

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur bu gün sosial şəbəkədə atasının ailədə şiddət, zorakılıq tətbiq etdiyini, illərlə buna dözməyə məcbur olduqlarını, indi isə atasından imtina etdiyini, anası, tanınmış yazar Zümrüd Yağmurun isə boşanmaq üçün məhkəməyə müraciət etdiyini yazıb.
Bakıda gənc qızın maşınla vurulmasının dəhşətli görüntüsü – Videoİki gün əvvəl Bakıda gənc qızın ölümünə səbəb olan dəhşətli hadisənin görüntüləri üzə çıxıb.

Hadisə sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində baş verib. Ramal Məmmədovun idarə etdiyi "Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən 25 yaşlı Gülgün Əmiraslanlını vurub.

Criminal.az-ın yaydığı video görüntülərdən görünür ki, N.Əmirazlanlı işıqforun yaşıl işığıının yanmasını gözləyir və avtomobillərin hərəkəti dayandıqdan sonra yolu keçmək istəyir. Bu zaman işıqforun qırmızı işığına məhəl qoymayan və yüksək sürətlə hərəkət edən "Volkswagen Passat” G.Əmiraslanlını vurur. Zərbənin təsirindən G.Əmiraslanlı hadisə yerindən bir neçə metr kənara düşür. O, aldığı xəsarətlərdən dünyasını dəyişir.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. R.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Məlum olub ki, R.Məmmədov 10 GN 002 dövlət nömrə nişanını bir neçə avtomobilin üzərinə bağlayırmış. Bundan başqa onun avtomobillə etdiyi təhlükəli manevrlərin videogörüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik:
Azərbaycan mediasının 11 yaşlı SİA-sıBu gün Səs İnformasiya Agentliyinin (SİA) 11 yaşı tamam olur. Azərbaycanın müstəqil, özəl və beynəlxalq arenada tanınmış informasiya agentliklərindən biri - "Səs" Media Qrupuna daxil olan Səs İnformasiya Agentliyi 2008-ci il sentyabrın 19-da təsis edilib.Fasiləsiz olaraq Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən SİA-nın ölkəmizin bütün bölgələrində, eyni zamanda Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Şərqi Avropa ölkələri, Qazaxıstan və Orta Asiya ölkələrindəki büroları vasitəsilə onlayn xəbər xidməti göstərir və ictimai-siyasi, iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır.Agentlik abunəçilərinə gündəlik xəbərlərlə yanaşı, videogörüntülər, həftəlik və aylıq təhlillər, statistika, proqnozlar, xüsusi fotosessiyalar təqdim edir. Regionun etimad qazanmış media şirkətləri sırasında olan SİA-nın tanınmış politoloq və mütəxəssislərdən ibarət ekspertlər qrupu təhlillər hazırlayır, monitorinqlər keçirir. SİA foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır. Agentliyin multimedia və videoxəbər xidməti SƏS TV müxtəlif layihələr hazırlayır.Agentlik xarici ölkələrin xəbər resursları ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır. Müxtəlif tədbirlərin təşkilatçısı və informasiya dəstəkçisi rolunda çıxış edən SİA Azərbaycan mediasının yeni qolu sayılan internet medianın inkişafında xüsusi rol oynayır.SİA-nın 11 illik həyat yolunda İnformasiya Agentliyinin formalaşmasında, inkişafında əməyi olan yüzlərlə jurnalisi - ürəyi bu kollektivlə döyünən həmkarlarımızı əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!