Gültəkin Hacıbəyli nələr edib? - Keçmiş əri danışdıNəsimi Rayon Məhkəməsi sabiq deputat Gültəkin Hacıbəyli ilə keçmiş qayınanası Nəhayət Məmmədova arasında 6 ildir davam edən 50 min dollarlıq borc mübahisəsi ilə bağlı qərar verib. Qərara əsasən, Gültəkin Hacıbəyli keçmiş qayınanasına 85 min manat ödəməlidir. Həmçinin, Nəhayət Məmmədovanın şikayəti əsasında Gültəkin Hacıbəyliyə məxsus “Leksus LX 570” və “Toyota Avalon” markalı iki bahalı avtomobilinə, eləcə də deputatlığı müddətində ona verilən mənzilinə həbs qoyulub.

Bu məsələdə həm mənəvi, həm də maddi zərbə alan G.Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev Axar.az-a müsahibə verib. Sözügedən müsahibəni təqdim edirik:

- Mahmud bəy, Gültəkin Hacıbəyli ilə ananız Nəhayət Məmmədova arasında 6 ildir davam edən 50 min dollarlıq borc mübahisəsi ilə bağlı dünən qərar verildi. Bu barədə danışmağınızı istərdik...

- 50 min dolları bizə Gültəkinə deputat kimi hədiyyə verilən evin təmiri üçün anam vermişdi. Sonra da biz o pulu anama qaytaracaqdıq. Məhkəmədə evi təmir edən ustalar da gəlib izahat veriblər. O ustalar bizim evləri dəfələrlə təmir etmiş insanlar idi. Məhkəmədə onlar da gəlib təsdiqlədilər ki, onlara biz pul vermişik. Mən özüm ustalarla birgə gedib o pula təmir üçün lazım olan hər şeyi alıb, Gültəkinə evlilik müddətimizdə verilən evi təmir etmişik. Ustalar dəqiqliklə hansı materialdan nə qədər alınmalı olduğunu özləri deyirdi. Evin təmiri başa çatandan sonra Gültəkin oranı hansısa xarici şirkətin nümayəndəsinə kirayəyə verdi. Biz o evdə yaşamamışıq. Bilirəm ki, indi də Gültəkin o evdə yaşamır. Kimlərin orda kirayə qaldığını isə bilmirəm.

- Ananızın şikayəti əsasında Gültəkin Hacıbəyliyə məxsus "Leksus LX 570" və "Toyota Avalon" markalı iki bahalı avtomobilinə də həbs qoyulub. Bu əmlaklar onun sizinlə evlilik müddətində aldıqlarıdırmı?

- Biz evli olanda Gültəkinin başqa avtomobili var idi. Mənzil isə bizim birgə nikahda olduğumuz müddətdə ona deputat olduğu üçün verilən və mənim anamın verdiyi pulla təmir edilən evdir. Hazırda həbs qoyulan avtomobillər Gültəkinin sonradan əldə etdiyi maşınlardır. Ancaq onu da qeyd edim ki, o avtomobilləri deputat olduğu müddətdə almışdı.

- Gültəkin Hacıbəyli ilə uzun müddət oğlunuzla bağlı da problemlər yaşamışınız. Hər açıqlamasında bildirir ki, siz oğlunuzu görməkdə maraqlı olmamısınız.

- 2013-cü ildə oğlumla görüşməklə bağlı məhkəmə qətnamə çıxardı və görüşməyimlə əlaqədar vaxtı uzatdı. 2007-ci ildə görüşlə bağlı qətnamə var idi. Ancaq Gültəkin oğlumla görüşümüzə imkan vermirdi. Bu səbəbdən 2013-cü ildə yenidən bununla bağlı məhkəməyə müraciət etdim və bu reallaşdı. Mən də əlavə görüş vaxtının artırılması ilə bağlı məhkəməyə iddia verdim və bununla da görüş vaxtı artırıldı. Çünki o vaxt oğlumla görüş həftədə bir dəfə təyin edilmişdi. Müraciətimdən sonra 3 dəfəyə qədər qaldırıldı. Ancaq bu görüşlərdə əvvəllər uşaq özünü normal aparırdı, münasibətimiz də normal idi. Sonradan anasının təsiri altında qeyri-adi rəftar etməyə başladı. Qışqırırdı, söyürdü, başını divara vururdu. “Səni istəmirəm”, “gəlmə”, “görüşmək istəmirəm səninlə” deyirdi. Mən bu görüşlərin uşağa xeyiri olmadığını görüb məcbur qalıb görüşmədim. Gültəkin də bunu əlində əsas tutaraq məlumat verdi ki, guya mən özüm ərizə yazaraq işim çox olduğu üçün uşaqla görüşlərdən imtina etmişəm. Hətta ərizənin şəklini də yaymışdı. Ancaq mən uşağın mənafeyindən çıxış edərək onu yazmağa məcbur olmuşdum. Çünki görüşlər zamanı görürdüm ki, uşaq ananın təsiri altında olduğu üçün heç bir səbəbsiz qışqırır, məni istəmir. Bunun ona daha da pis təsir edəcəyini düşünərək belə addım atmışdım. Mən yaza bilməzdim ki, uşağım ananın təsiri altında olduğuna görə özünü dəliliyə qoyub deyə, mən onunla görüşdən imtina edirəm.

- Oğlunuzla olan münasibətinizi yaxşılaşdırmaq üçün nə isə etmək fikriniz varmı? Qeyd etdiniz ki, anasının təsiri altında uşaq özünü qəribə aparır. Sizcə, uşağınız təhlükə altında ola bilər?

- 2015-ci ildə 10 yaşı var idi və ananın təsiri altında olurdu. Bu səbəbdən də məni dinləmək istəmirdi, dinləyə bilmirdi. Ancaq indi o, bir yetkin insandır. Onunla görüşüb hər şeyi izah edə bilsəm, düşünürəm ki, məni başa düşər. Dərslərin açılmasını gözləyirdim ki, onunla görüşə bilim. Mən bir dəfə oğlumla danışmağa cəhd göstərmişdim. Gültəkin bununla bağlı şikayət etmişdi ki, mən zəng edərək onu öldürməklə hədələyirəm. Onun şər-xəta, böhtançı biri olduğuna görə nə isə addım atmağa ehtiyat edirəm.

- Gültəkin Hacıbəyli hər açıqlamasında bildirir ki, uşaq balaca olduğu vaxtlarda da siz onu görmək istəməmisiniz. Belə açıqlamalara səbəb nədir?

- Bunlar hamısı onun uydurduğu yalanlardır. Mənim əlimdə bütün məhkəmə sənədləri var. Biz evli olduğumuz müddətlə uşağı evdən götürərək çıxıb gedən Gültəkin olub. Mən ailəmi tərk etməmişəm ki! Biz heç boşanmamışdıq, rəsmi nikahımız pozulmamışdı, amma o, evdən getdi və uşaqla görüşməyimə imkan vermədi. Səbail Rayonu İcra Hakimiyyətinin Qəyyumluq komissiyasının rəyi də olmuşdu ki, uşaq valideynlərindən birinin himayəsinə verilmədən hər hansısa valideynin həmin uşağı götürüb digəri ilə görüşdürməməsi tam qanunsuzdur. 2005-ci ildən mən bununla bağlı mübarizə aparıram. Ərizə vermədiyim yer, qurum qalmayıb. Lakin o, uzun müddət millət vəkili statusundan istifadə edərək mənim müraciət etdiyim qurumlara təsir edirdi. Qəyyumluq komissiyasına Milli Məclisin blankında məktub yazırdı ki, görüş vermək istəmirəm. Oğlumla həftədə bir dəfə 1 saat yarım görüş təyin etmişdi məhkəmə. Gültəkin bununla bağlı apellyasiya şikayəti vermişdi. Həftədə 1 dəfə, 1,5 saat görüşə də etiraz edirdi. Şikayət edəndə də bunu əsaslandıra bilmirdi. Sadəcə məhkəmələrə şikayət etməklə vaxt qazanırdı. Bu vaxt ərzində də uşağı məndən soyudurdu. Daha sonra uşaq mənlə görüşmək istəmədi.

- Uşağın ana ilə birgə ölkə sərhədindən kənara çıxması ilə bağlı da müraciətiniz olmuşdu. O iş hazırda nə yerdədir?

- Gültəkin deputat olduğu vaxtlarda bir neçə dəfə uşaqla xaricə gedə bilmək üçün mənə müraciət etmişdi, mən özüm buna şəxsən icazə vermişdim. Ancaq sonradan mənim uşaqla görüşməyimə imkan vermədiyi üçün ona bildirdim ki, mənə bir də uşaqla görüşməyə icazə verməsən, mən də adekvat addımlar atacam. Ondan sonra da Sərhəd Xidmətinə gəldim və bildirdim ki, verdiyim ərizəni qüvvədən düşmüş hesab etsinlər və mənim icazəm olmadan övladımın anası ilə sərhədi keçməsinə imkan verməsinlər. Mən belə müraciət etdiyim vaxt o özü xaricdə səfərdə idi. Ölkəyə gəldiyi vaxt demişdilər bunu ona. Mən bildirmişdim ki, sən uşağı aparıb qaytarmayacaqsan ölkəyə. Ona görə belə addım atıram. O da bildirmişdi ki, mənim uşağım sərhədi keçəcək, o, heç səni ata kimi tanımır. Hətta bildirmişdi ki, uşağın ad, soyadını dəyişəcəm və o, istədiyi ölkəyə gedə biləcək.

- Gültəkin Hacıbəyli ilə ayrılma səbəbiniz barədə heç vaxt danışmamısınız. Bu ayrılığa səbəb nə olub?

- Bu barədə danışmaq istəmirəm, bu, ailə məsələsidir. Mən onunla bağlı nə şikayət etmişəmsə, o bizim evdən çıxıb gedəndən sonra mənə qarşı elədiklərinə görə olub. Ailəli olduğumuz müddət ərzində nə olubsa, mənim bu barədə danışmağım düzgün olmaz, heç danışmaram da. Bir onu deyirəm ki, ailəmi mən dağıtmamışam. Mən ancaq övladımla bağlı, boşandıqdan sonra mənə qarşı etdiklərinə əsasən şikayət etmişəm.

- Oğlunuzun sizin valideynlərinizlə münasibəti necədir?

- Oğlum 15 yaşına yaxınlaşsa da, anasının təsiri altındadır. Mən nə vaxt görüşə getmişəmsə, məni tanımadığını deyib. Övladım mənə deyir ki, sizin kimi qohumlarım yoxdur. O, ananın təsiri altındadır. Kim bilir, ona bizim haqqımızdan nələr deyilir ki, uşaq bizi görmək istəmir.
İran 18 təyyarə və 7 raketlə Səudiyyəyə hücum etdi - ŞOK İDDİA (FOTO)Ər-Riyad neft obyektlərinə hücumlarda İranın iştirakına dair sübutlara malikdir.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin nümayəndəsi Turki əl-Maliki bildirib.

O, mətbuat konfransında bildirib ki, "Saudi Aramco” neft şirkətinin obyektlərinə hücum şimaldan və İranın dəstəyi ilə həyata keçirilib. Turki əl-Maliki qeyd edib ki, krallıq agentləri vasitəsilə regionda sabotaj aktlarında İranın iştirakına dair sübutlara malikdir.

“Bizdə sübutları var ki, hücum Yəməndən edilməyib. İran faktları saxtalaşdırmağa çalışdı. “Saudi Aramco”nun obyektlərinə hücum şimaldan və İranın dəstəyi ilə edilib”, - o deyib.

Müdafiə Nazirliyinin nümayəndəsinin versiyasına görə, hücumlar zamanı 18 pilotsuz təyyarə və 7 yüksək dəqiqlikli qanadlı raketdən istifadə edilib.

“Dörd qanadlı raketdən Xurays zavoduna hücum üçün istifadə edilib. Onlar 700 kilometr şimaldan cənuba buraxılıb. Daha üç raket öz hədəfinə çatmayıb. Hücum İranın iddia etdiyi kimi Yəməndən həyata keçirilə bilməzdi. Hücumların istiqaməti onu göstərir ki, o Yəməndən olmayıb. Hücuma məruz qalan yerlərdən aşkar edilən bütün fraqmentlər İranı göstərir”, - Turki əl-Maliki vurğulayıb.

O əlavə edib ki, araşdırmanın nəticələri müttəfiqlərlə paylaşılıb.
“Sona qədər mübarizə aparacağıq” - Qurban Qurbanov
"Belə bir komandanın Bakıya gəlməsi, bütün Azərbaycan futbolu üçün sevindiricidir. Azarkeşlər bir ilə yaxın idi ki, bu cür kluba qarşı canlı oyun izləmirdilər. Düşünürəm ki, sabah meydanda güclü kollektiv görəcəyik. Sona qədər mübarizə aparacağıq".

Avrasiya.net Qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ilk turunda sabah Bakıda "Sevilya" ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

- “Atletiko”dan sonra “Sevilya”dan da ən azı bir xal almaq mümkündürmü?

- “Sevilya” Çempionlar Liqasının qrupunda oynamağa layiq komandadır. Amma evdə oynayacağıq. Düşündüyümüz oyunu göstərə bilsək, yaxşı nəticə də əldə edə bilərik. Rəqiblə layiqli mübarizə aparmağa çalışacağıq.

- Zədəli futbolçunuz Mahir Əmrəlinin son durumu necədir?

- Yaxşı deyil. Böyük ehtimalla, oyunu buraxacaq.

- İspaniyalı futbolçularınızdan rəqib barədə hər hansı məlumat almısınızmı?

- Heç bir məlumat almamışam. Düşünürəm ki, buna ehtiyac da yoxdur. Rəqibi yaxşı tanıyırıq.

- Rəqibin baş məşqçisi Xulen Lopeteqini nə qədər tanıyırsınız və onun məşqçilik metodu barədə nə deyə bilərsiniz? "Sevilya"nın heyətində hansı futbolçuları fərqləndirə bilərsiniz?

- Xüsusi tanışlığım yoxdur. Ancaq “Real”da, İspaniya millisində işləməsi hər şeydən xəbər verir. Əsl ispan futbolu tələb edən məşqçidir. Mənim də İspaniya futboluna marağım böyükdür. Ən çox izlədiyim çempionat La Liqa, milli komanda isə İspaniyadır. Heyətlərini saysam, gərək hamısının adını çəkim. Bilmirəm hansını deyim. Sabah layiqli mübarizə aparacağıq və çalışacağıq ki, azarkeşlərimiz ən azı oyunumuzdan razı qalsın.

- “Sevilya” rəsmiləri və futbolçuları açıqlamalarında “Atletiko” ilə heç-heçələrinizi qabardırlar. "Sevilya" artıq sizə çətin rəqib gözü ilə baxır. Bu, sizin işinizi çətinləşdirməyəcək?

- Açıqlamalarından məlumdur ki, oyuna ciddi hazırlaşırlar. Ola bilər ki, həmin nəticə onları daha ciddi hazırlaşmağa vadar edib. İstənilən halda, inanmıram ki, hansısa komanda qrupda özünü rahat hiss etsin, ciddi hazırlaşmasın. Xüsusən də, İspaniya klubları. Futbolda son vaxtlar gözlənilməz nəticələr olur. Bu da iddialı klubları ciddi hazırlaşmağa məcbur edir. Rəqibin də sabah həddən artıq ciddi olacağını düşünürəm.
İqtisadçıdan şok: ABŞ-a verilən hər bir dollar PKK-ya gedir
ABŞ-a hərbi təchizat üçün verilən hər bir dollar PKK-nı ağır silahlarla təmin etmək üçün istifadə edilir.

Axar.az xəbər verir ki, bunu türkiyəli iqtisadçı ekspert Şövkət Apuxan bildirib.

"Təhlükəsizliklə bağlı xərclərin ABŞ-a getməməsi strateji bir həmlədir. Rusiya ilə birgə istehsal isə Türkiyənin bu sahədə gözəlliyini artıracaqdır. Ancaq Türkiyə öz təhlükəsizlik ehtiyacını təmin etdiyini düşündüyü bir vaxtda, əslində öz əli ilə özünə böyük təhlükə yaradır", - Apuxan qeyd edib.
Polisi təhqir edən sürücü həbs edildi
Sosial şəbəkələrdə sürücünün yol polisi inspektorunu təhqir etməsi ilə bağlı hərəkətlərinə hüquqi qiymət verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, sentyabrın 17-də günorta saatlarında 1967-ci il təvəllüdlü, Yasamal rayonuda müvəqqəti qeydiyyatda olan Fəxrəddin Nəsirov idarə etdiyi “KİA” markalı avtomaşınla Nərimanov rayonu, Xətai prospektində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə və qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğuna görə yol polisi tərəfindən saxlanılıb.

Yol polisi sürücü F.Nəsirovun barəsində inzibati xəta haqqında protokollar tərtib etdikdə sonuncu aqressiv formada polis əməkdaşının ünvana etik çərçivədən kənar ifadələr işlədərək ona əl hərəkəti ilə fiziki təzyiq göstərməklə həmin yerdən uzaqlaşıb. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sürücü Binəqədi rayonu ərazisində saxlanılaraq polisə gətirilib.

Vətəndaşla aparılan izahat və araşdırma zamanı o, şəkər və əsəb xəstəliyindən əziyyət çəkdiyini, əsəbi olduğu üçün bu addımı atdığını bildirməklə əməlindən peşman olduğunu və polis əməkdaşlarından üzr istəməklə anlaqsız halda olduğunu qeyd edib.

Faktla bağlı Nərimanov RPİ-də davam etdirilən araşdırma zamanı toplanmış material əsasında F.Nəsirov Nərimanov Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə məsuliyyətə cəlb olunmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Bakının mərkəzində dəhşətli anlar – Hamının gözü qarşısında qana boyadılar – VİDEOİctimai təhlükəli əməl şəxsi münasibətlər pozulması zəminində baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, 1992-ci təvəllüdlü Bakı şəhər sakini R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi RPİ Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində müəyyən olunaraq saxlanılaraq, müvafiq polis şöbəsinə təhvil verilib.

Faktla bağlı Nəsimi RPİ-də araşdırmalar aparılır, ictimai təhlükəli əməlin təfərrüatları öyrənilir, xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir, xəstəxanaya yerləşdirilib.
Elmira Axundova çayxanaları tənqid etdi: Oğlunun çayxanası üzə çıxdı - FOTOElmira Axundova Milli Məclisin Mədəniyyət komitəsinin iclasında gənclərin çayxanalara üz tutmasından gileylənib.

“Yerlərdə gənclərlə, cavanlarla bağlı məsələ düşündürücüdür. Çayxanalar bu gün onların “əsas” söhbət-müzakirə yeridir. Hesab edirəm ki, bu, düzgün deyil. Biz layiqli vətəndaşlar yetişdirməliyik. Dövlətimizin, xalqımızın, inkişafımızın gələcəyi üçün savadlı, daha dünyagörüşlü gənclər, cavanlar yetişdirilməlidir.

Ona görə yerlərdə mədəni səviyyənin yüksəldilməsi, mədəniyyət sahəsinin inkişafı çox vacibdir. Çayxanlarla uzağa getmək olmaz”,- deyə deputat bildirib.

Prinsipcə Elmira Axundovanın fikirlərində hər hansı qəbahət yoxdur. Əksinə, deputat doğrudan da aktual mövzuya toxunub. Lakin məsələ burasındadır ki, Bakıda ən iri çayxanalardan biri Elmira Axundovanın oğluna məxsusdur. Söhbət “Çardaq” çay evindən gedir.

Bir neçə mərtəbədən ibarət olan çayxana Nərimanov rayonu ərazisində fəaliyyət göstərir. Elmira Axundova bu faktı təkzib edə bilməz. Çünki sözügedən çayxana barədə deputatın oğlu Həbib Axundov da danışıb. O, mediaya açıqlamasında belə bir çayxanasının olduğunu bildirmişdi. Bu baxımdan sosial şəbəkə istifadəçiləri Elmira Axundovanın səmimi olmadığını qabardaraq onu tənqid atəşinə tutublar.
Elmira Axundova çayxanaları tənqid etdi: Oğlunun çayxanası üzə çıxdı - FOTO
Yenisabah.az
Azərbaycanlı plastik cərrah həbs edildi - FOTO38 yaşlı azərbaycanlı plastik cərrah Elnarə Məmmədova Türkiyədə polis tərəfindən saxlanılıb.

Oxu.Az xəbər verir ki, Hakkari Dövlət Xəstəxanasında işləyən E.Məmmədova rüşvət almaqda ittiham edilir.

Məlumatlara görə, 2017-ci ildən bu xəstəxanada plastik cərrahiyə ilə məşğul olan qadın səkkiz xəstəxandan müxtəlif məbləğlərdə pul tələb edib.

E.Məmmədova haqqında araşdırma başlanılıb.

Qeyd edilib ki, E.Məmmədova xəstələrin birindən 1500 türk lirəsi (təxminən 450 AZN - red.) alarkən ələ keçib.
Seksual mafiya lideri sevgilisinin yatağında öldü - FOTO“Antraks İmperatriçəsi” ləqəbli mafiya lideri Klaudiya Oçoa Feliksin meyiti sevgilisinin yatağında tapılıb. Klaudio ölümündən bir gün əvvəl gecə klubunda əyləndikdən sonra sevgilisinin evinə gedib. 35 yaşlı qadın Meksikanın şimal-qərbindəki Sinaloa vilayətinin Kulyakan şəhərindəki evdə ölüb.

Klaudiyanın ölümü ilə bağlı müxtəlif versiyalar səsləndirilib. Yerli mətbuat qadının yataqda olarkən nəfəs borusuna bir maddənin tıxandığını bildirir. Nəfəs ala bilməyən qadın ölüb.

Başqa bir versiyaya görə, Feliks yüksək miqdarda narkotik maddə qəbul etdiyi üçün həyatını itirib.

Sevgilisi səhər saatlarında onu oyatmağa çalışsa da, Feliks tərpənməyib. O, polisə xəbər verib.

Meksika mətbuatının məlumatına əsasən, məhkəmə tibbi ekspertizanın rəyindən sonra ölümün dəqiq səbəbi bilinəcək. Feliks XXI əsrin ən məşhur karteli El Çapo ABŞ-a təhvil verilənə qədər sui-qəsd dəstəsinin rəhbəri olub.

Xose Rodrigo ilə sevgili olduqdan sonra Sinaloa kartelinə qoşulub. Cütlük sonra evlənib və üç övladları olub. Qadının karteldəki ünvanı “El Chavo Feliks” idi. 2016-cı ildən sonra isə sosial şəbəkə fenomeninə çevrilib. Əri həbs edildikdən sonra isə “Anthrax” qrupunun lideri olur. Sinaloanın rəhbəri İsmail el Mayo Zambadanın sui-qəsdlə bağlı verdiyi əmrləri icra edib.
Güləşçimiz 2-ci dəfə dünya çempionu olduQazaxıstanın paytaxtı Nur-Sultan şəhərində güləş üzrə dünya çempionatı davam edir.

Avrasiya.net xəbər verir ki, bu gün qadın güləşçimiz Mariya Stadnik (50 kq) final görüşünə çıxıb.

İdmançımızın rəqibi rumıniyalı Emilia Alina Vuç olub. Görüş Mariyanın inamlı qələbəsi ilə başa çatıb - 13:0. Bununla da güləşçimiz ikinci dəfə dünya çempionu adını qazanıb.

Qeyd edək ki, Mariya Stadnik təsnifat mərhələsində Miessiney Mersi Genesisi (Nigeriya) 10:0, 1/8 finalda Sima Simanı (İndoneziya) 9:2, 1/4 finalda Yekaterina Poleşçuku (Rusiya) 11:0, 1/2 finalda isə Yanan Sunu (Çin) 6:4 hesabı ilə üstələyib.