Ermənilər Avropadan məcburi olaraq geri qaytarılırAvropa Birliyinə üzv olan ölkəkərindən Ermənistan vətəndaşlarının məcburi olaraq çıxarılması tempi getdikcə artmaqdadır. "168-JAM" gündəlik erməni qəzetinin məlumatına görə, artıq Almaniyadan iki dəfə çarter reysi ilə 80 erməni məcburi olaraq ölkədən çıxarılaraq Ermənistana yola salınıblar.

Qeyd edək ki, bu uçuşlar Avropa Birliyinin Xarici əməliyyatları idarəetmə Agentliyi tərəfindən təşkil edilır.

Ermənistan Miqrasiya Xidmətinin məlumatına görə bu ilin birinci yarısında 944 erməniyə qarşı Avropa Birliyi ölkələrindən 490 readmissiya iddiası daxil olub. Bu şəxslərin Ermənistan vətəndaşı olmaları təsdiq edilərək məcburi şəkildə öz ölkələrinə qaytarılıblar.

Məcburi qaytarılan Ermənistan vətəndaşlaşlarının əksəriyyəti Almaniyadandır - 576 nəfər, sonra Fransadır - 197 nəfər, İsveçrədən - 36 nəfər, Avstriyadan 35 nəfər və sair.

Bundan başqa, son vaxtlar Rusiyanın Krasnodar vilayətində və Soçidə az qala çoxluq təşkil edən ermənilərə qarşı yerli hakimiyyət orqanları tərəfindən mübarızə daha da güclənib. Belə ki, Aeroportlarda və dövlət əhəmiyyətli iri obyektlərdə ermənilərin işdən qovulmaları adi hala çevrilib.
Qiraətçi Məleykə Alıoğlunu Universitetdən niyə uzaqlaşdırdılar?! - ŞİKAYƏT - VİDEO“Mən dəstək üçün cənab Prezident İlham Əliyevə, vitse-prezident Mehriban xanıma və Təhsil nazirinə müraciət etmək istəyirəm. Çox susdum...”

Bunu Versus.Az-a Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə dokotu, qiraət ustası Məleykə Alıoğlu bildirib.

Mədəniyyət və İncəsənət Universitetinin dosenti, gözəl qiraətçi Məleykə Alıoğlu uzun illər işlədiyi universitetdən çıxarılıb. 2 ilə yaxındır ki, işinə bərpa olunacağını gözləyən sənətçi bildirib ki, o, Mədəniyyət və İncəsənət Universitetinin keçmiş rektoru, hazırda Prezident Aparatında humanitar şöbənin müdiri olan Fərəh xanımın və hazırki rektor Ceyran Mahmudovanın sözlərinə inanaraq gözləyib. Sonradan xanım rəhbərlərin onu get-gələ salmalarını, məsuliyyəti bir-birinin üzərinə atdıqlarını görərək bir oyun oynanıldığını anlayıb. Bir sözlə sənətçinin səbrini zorlayan rəhbərlər Məleykə xanımın səbr kasasının dolub daşmasına nədən olublar.

Məleykə vanım deyir ki, əslində bu qədər gözləməsinin səbəblərindən biri də bir sənətçi, bir xanım kimi öz evi hesab etdiyi təhsil müəssisəsinə mühafizəkar yanaşıb, neqativləri geniş ictimaiyyətə çatdırmaq istəməməyi olub. O, hesab edib ki, böyük iş və sənət təcrübəsinə malik olan pedaqoqların daxili neqativləri ictimailəşdirmək gəncləri həvəsdən sala bilər.

Məleykə Alıoğlu deyib ki, adını çəkdiyi rəhbərlər haqq-hüquq tanımadan, heç bir müraciətinə, telefon zənglərinə, mesajlarına belə cavab vermək istəməyiblər. Sənətçinin haqqı, əməyi heç bir qorxu, məsuliyyət yükü daşınmadan asanlıqla tapdalanıb.

“Universitet rəhbərliyi köhnə kadrların hərəsini bir bəhanə ilə vurub”

Universitetdə belə özbaşınalıqların son illərdə çox baş verdiyini önə çəkən sənətçi deyib ki, universitet rəhbərliyi köhnə kadrların hərəsini bir bəhanə ilə vurub. Təqib olunduğunu görüb, önləyici tədbir olaraq daha yuxarıların zəngi ilə odra qalmağın çarəsini tapan müəllimlər var. Deyir ki, nədənsə Slavyan Universitetinin vurulmuş kadrları burda yüksək postlara qoyulurlar. Məleykə xanım bildirib ki, hazırda Universitetdə rus-dili ədəbiyyatı müəllimi, televiziya və kino rejissorluq fakültəsinin dekanıdır, onun müavini isə kompüyüter mühəndisidir. M.Alıoğlu bildirir ki, universitetdə bu cür “kadr islahatı” açıq şəkildə müşahidə olunur. Onun sözlərinə görə, keçmiş rektor Fərəh xanım universitetə gələn zaman ən təcrübəli və dəyərli müəllimləri yarımştata keçirdi və çoxu bunu özlərinə təhqir sayaraq işdən getdilər. Bir laborant isə Fərəhin onu işdən çıxarmaq istədiyinə görə internetdə görüntülü çıxış paylaşmışdı. Qız dövlət başçısına müraciət etmişdi. Fərəh xanım yalvarıb sildirmişdi o videonu və qızı işdə saxladı.

Məleykə xanım bildirib ki, dosent, professor adını almaq üçün teatra üz tutan bir çox sənət adamlarına rahatlıqla dərslər verirlər:

“Necə olur ki, pedaqoji təcrübəsi olmayan bu kimi titullu adamlara xüsusi yerlər ayrılır? Təbii ki, onların populyarlığı bunlara divident qazandırır. Halbu ki, onlar bir neçə yerdə işləyirlər. Düşünün, bizdəki sənət adamları həftələrlə, aylarla xaricdə olurlar. Tələbələr boş qalırlar. Dərs keçirilmir. Titullu adamların universitetdə olması tələbələr üçün də maraqlıdır. Amma biliyi pedaqoq verməlidir”.

Məleykə Alıoğlu uğradığı haqsızlıq və aldadılması ilə bağlı üzləşdiyi problemli məsələ ilə bağlı artıq Prezident İlham Əliyev, Brinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək onlardan dəstək istəməyə qərar verib.

Məleykə xanım eyir ki, səhhəti ilə bağlı öz hesabına məzuniyyət görtürmək istəyib. Lakin sabiq rektor Fərəh Əliyeva ona ərklə ərizəyə ehtiyac olmadığını deyib. Sonra işlə bağlı yeni müqavilənin vaxtının dekabr ayında bitdiyini xatırladaraq qalıb seçkidə iştirak etməyi və 3-4 ay işlədikdən sonra istədiyi qədər ona vaxt verəcəyini deyib. Məleykə xanım o zaman rektora auditoriayaya girəcək halda olmadığını xatırladıb. Həmin vaxt Fərəh xanım onun qarşısında belə bir şərt qoyub ki, ərizəni yaz işdən çıx, sentyabrda gələndə işinə bərpa etməyə çalışacam. Məlleykə xanım işdən çıxmaqla bağlı ərizə yazmağı doğru hesab etmədiyinə görə, bu şərtin icrasından imtina edib. Amma sağlıq durumu pisləşdiyi üçün bir neçə günlük işə gedə bilməyib. Elə bu da onun işdən çıxarılmasına bəhanə olub.

Deyir ki, yaranmış problemlə bağlı rektor və onun müavininin yanında olub. Xanım Fərəh xanımın bu işlə məşğul olub, yaranmış boşluğu aradan qaldıracağını deyib.

Məleykə xanım deyir ki, rektorun yanından çıxandan üç gün sonra qəzetə beş illik müqavilənin tamam olmasıyla bağlı seçki ilə bağlı elan verilib. Hansı ki, qəzetə verilən elanın müddəti bir aylıqdır və şəxs o müddətdə öz yerinə təsdiqlənmək üçün ərizə verməliydi. Amma elandan bir həftə keçməmiş Məleykə xanıma müqavilə müddətinin bitməsi əmrini veriblər. Bu barədə ona heç bir xəbərdarlıq verilmədən:

“Fərəhdən soruşanda ki, seçki vaxtını geri ata bilərdiz. Deyir mən qurtulmaq istədiyim müəllimlərə qarşı belə davranıram. Vaxtı uzadıb onda bir nöqsan axtarıb ordan vururam onu. Səndən razıyam, nədən geri atım ki.

Amma yalan danışdı. Əslində beş il bundan öncə mənim seçkim noyabrda olmuşdu. Yəni gəlan noyabrın 1-i elan verilmişdi və mən öz yerimə noyabrın 31 də təsdiqlənmişdim. Son seçkidə isə elan noyabrın 23-nə qədər uzadılıb, gecikdirilib. Bunu qəsədən ediblər ki, şikayət etmək haqqını itirim. Üstündın bir ay keçməliydi. Mənə xəbər göndərilməliydi ki, işə bərpa üçün öz yerimə ərizə verim. Qəsdən edilmədi və tez-tələsik əmrim verildi. Şəkər xəstəliyi tapdım. Elmi işimi işləyə bilmirəm. Her şeyden soyudum.

Ərizəmlə içdən çıxmaq təklifi bir oyun idi. Sonra əlində bayraq edəcəkdilər. Ceyran xanıma deyirəm mən insanam. Başıma hər şey gələ bilərdi. Mən olmadan yerimə işçi götürmək üçün necə elan verilə bilər. Deyir ki bu məsələdə yalnız kor bağırsaq əməliyyatı keçərlidir. Yəni qəflətən tutur və xəbərsiz xəstəxanaya düşürsən. Məntiqə baxın. Mənə deyir ki, sənin problemin Fərəhin vaxtında olub. Get onunla həll et. Deyirəm yanında olmuşam və sizin yanınıza gəlmişəm. Fərəh xanımın yanında olanda durub mənu qucaqlayıb. “Xətrini çox istıyirəm, haqqında Ceyran xanıma söz etmişəm get yanına”- deyib. Ceyran isə deyir ki, mənə heç kəs heç nə deməyib. Sonra Fərəh xanıma zəng etdim neçə dəfə açmadı. Sonra mesaj yazdım. Cavab vermədi”.

İl yarımdır ki, get-gələ salınan və bərpa ilə bağlı vədlər verilən Məleykə xanım deyir ki, boş qalan Ştata işçi götürməyiblər. Buna baxmayaraq ona “sənə saat yoxdur” deyiblər. “Çünki dönməmi istəmirlər”,- deyə M.Alıoğlu vurğulayıb.

1991-ci ildən Mədəniyyət və İncəsənət Universitetində işləyən və hazırda o müəssisənin doktorantı olan M.Alıoğlu özünü o universitetin övladı sayır. Deyir ki, heç vaxt işi ilə bağlı töhmət almayıb. İşini qanunla, vicdanla icra edib. Bu gün təhsil müəssisələrində tələbələrin yaxşı tanıdığı və sevdiyi “tapşırığa baxmayan, tələbənin əlinə baxmayan, ədalətə əsaslanan” bir müəllim kimi tanınır:

“Mən orada böyüdüm deyə bilərəm. Universiteti Fərqlənmə ilə bitirəndən sona AMEA nın aspiranturasını bitirdim. Müdafiə edib, laborantlıqdan başlayıb dosentliyə qədər yol gəldim. Bir neçə monoqrafiyaların, dərs vəsaitlərinin, metodiki vəsaitlərin, proqramların müəllifiyəm. İşlədiyim şöbədə teatr rejissorluğu ilə bağlı müdafiə edən yeganə kadrlardanam. Böyük ağrıdı. Mənim ixtisasım bir tək bu universitetdə var. Bu yaşımda gedəcəyim ikinci bir yer yoxdur. Axı öz hesabıma məzuniyyət haqqımdı. Mən niyə işdən gedim axı? Ciddi bir səbəbi olmalıdı axı? Bir həftə işə getməmişəm töhmət versin, xəbərdarlıq etsin, maaşımı kəssin, amma işdən çıxarmaq nədi? Heç vaxt məzuniyyətə çıxmamışdım. Ona görə də nəticəsinin nə olmasından asılı olmayaraq haqqımı tələb edəcəm sonuna qədər”.

Əslən Cəbrayıldan – Qarabağdan olan M.Alıoğlu böyük təəssüf hissi ilə deyir:

“Uşaqlıq və yeniyetməlik illərimi ermənilər qəsb etdi. Ömrümün 30 ilə yaxın xərclədiyim zəhmətimin bəhrəsini isə Fərəh və onun rəfiqəsi zəbt edib. Fərəh mənə deyirdi ki, niyə şeir deməklə məşğul olmursan. Axı bu mənim sənətimdi. Amma pedaqoqluq əsas peşəmdir.

Biz orda böyüdük, yetişdik. Gələn rəhbər işçilər bizlərə sayğı duymalı, ağrı-acılarımıza həssaslıqla yanaşmalıdır. Tam tərsinədir, gözümçıxdıya salınırıq.

Mən dəstək üçün Prezidentə, Mehriban xanıma və Təhsil Nazirinə müraciət etmək istəyirəm. Çox susdum…”
Qadınlar ərlərinə ən çox bu gün və bu bəhanə ilə xəyanət edirlər — ŞOK ARAŞDIRMATürkiyədə kişilərin təxminən 58 faizi, qadınların isə təxminən 40 faizi ömründə ən azı bir dəfə evlilikdən kənar intim əlaqədə olur.

Bu haqda Cinsi Sağlamlıq İnstitutu Dərnəyinin (CİSED) araşdırmasında deyilir.

CİSED sədri, psixoterapist Cem Keçe həyat yoldaşlarına xəyanətlə bağlı rəqəmlərin əslində daha yüksək olduğunu, lakin bunun araşdırmanın nəticələrində əks olunmadığını bildirir və səbəbini belə açıqlayır:
“Təəssüf edirəm ki, biz aldadan və aldadılan bir cəmiyyətə çevrilirik. Kişilərin bir hissəsi nikahdan kənar sadəcə bir intim əlaqəni xəyanət olaraq görmürlər. Bəzi qadınlar isə evlilikdən kənar cinsi olmayan əlaqəni xəyanət olaraq qəbul etmək istəmirlər”.

Araşdırmaya görə, həyat yoldaşına xəyanət ən çox “iş yoldaşlarımla bir şey içəcəyəm” bəhanəsi ilə edilir. Həyat yoldaşlarını aldadanlar evə gecə yarısından əvvəl gəlirlər. Araşdırmaya görə, cütlüklər xəyanət edərkən adətən cümə günü saat 18:45-i seçirlər.

olke.az
Əli Kərimli İlqar Məmmədovu niyə sevmir?Müxalifət cameəsində baş verən prosesləri izlədikdə açıq-aşkar hiss olunur ki, AXCP sədri Əli Kərimlinin ReAl sədri İlqar Məmmədova qarşı antipatiyası var. Ona görə də AXCP sədri bütün imkanlardan yararlanaraq, həm ReAl sədrini, həm də onun ətrafında olan, ictimai-siyasi sferada az-çox tanınan şəxsləri müxtəlif yolla gözdən salmağa çalışır. Ə.Kərimli xüsusilə sosial şəbəkədəki cəbhəçi trolları, söyüş ordusunu bu işə səfərbər edib. Ənənəvi metodlardan istifadə edən cəbhəçilərin iddialarına görə, ReAl-çılar parlamentdə təmsil olunmaq müqabilində hakimiyyətə satılıblar, müxalifətə xəyanət ediblər. Onların təbirincə desək, ReAl-çılar iqtidarın sifarişi ilə müxalifət daxilində parçalanma yaradırlar. Maraqlıdır, bu nifrətin, antipatiyanın, gözdənsalmanın kökündə nə dayanır? Bu barədə siyasi şərhçilərin mövqeyini öyrəndik.

Siyasi şərhçi Aydın Quliyev bildirdi ki, AXCP-ReAl qarşıdurması timsalında radikal müxalifət üçün ənənəvi olan mərəzlərdən daha biri nümayiş olunur. Həmsöhbətimin sözlərinə görə, bu mərəz ondan ibarətdir ki, bəziləri radikal düşərgədə özünü hakimi-mütləq hesab edir, onun yerinə azacıq iddialı olan hər bir kəsi, alternativ namizədi dərhal qaralamağa, gözdən salmağa çalışır: "Bununla həmin şəxs radikal düşərgənin alternativsiz lideri statusunu özündə saxlamağa çalışır. Tarixən biz radikal düşərgədə yaranan blokların, ittifaqların, sazişlərin çox qısa ömürlü olduğunu, az bir müddət sonra pozulduğunu görmüşük. Bu ittifaqlar pozulan kimi dünənə qədər müttəfiqlik görüntüsü yaradanlar bir-birlərinə qarşı kəskin ittihamlar irəli sürürlər. 1993-cü ildən indiyə qədər radikal düşərgədə yaranan blokları, birlikləri buna misal göstərmək olar. Dünən saziş imzalayıb özlərini müttəfiq elan edənlər sabah düşmənə çevrilirdilər. Təxminən iki il öncə İlqar Məmmədovun həbsdə olduğu zaman AXCP sədri Əli Kərimli onun azad olunması ilə bağlı var qüvvəsi ilə çalışırdı. O zaman onların hansı münasibətdə olduqlarını yada salmaq kifayətdir. Amma indi vəziyyət tamam başqadır”.

A.Quliyevin qənaətincə, Ə.Kərimli və tərəfdarlarının radikal müxalifəti şəxsi monopoliyaya çevirdiyi açıq-aşkar hiss edilir: "Onlar hesab edirlər ki, İlqar Məmmədovun bu sahəyə nüfuz etməsi yolverilməzdir. AXCP sədri və tərəfdarları İlqar Məmmədovun radikal düşərgədə nüfuz qazanıb liderə çevriləcəyindən ehtiyat edir, təlaş hissi keçirirlər. Məhz buna görə də İlqar Məmmədova qarşı AXCP tərəfindən gözdən salma kampaniyası aparılır. Əslində İlqar Məmmədovun özünün də radikal düşərgədə hər hansı perspektivi yoxdur. Sadəcə Əli Kərimli və ətrafında olanlar İlqar Məmmədovun xarici dil biliklərinin olmasını, beynəlxalq təşkilatlarla əlaqələrini, xaricə çıxmaq üçün üstün imkanlara sahib olmasını nəzərə alaraq, gələcəkdə onun AXCP sədri üçün real təhlükə yaradacağını düşünürlər. Buna görə də cəbhəçilər İlqar Məmmədovu sıradan çıxarmağa çalışırlar. Məsələnin kökü bundan ibarətdir”.

Siyasi şərhçi Azər Həsrət də bizimlə söhbətində bildirdi ki, Ə.Kərimli və ətrafındakıların qaraguruh olması heç kimə sirr deyil. Onun sözlərinə görə, bu şəxslər normal polemikanın nə olduğunu bilmir, əks fikrə, tutarlı arqumentə qarşı son dərəcə dözümsüz münasibət sərgiləyirlər: "Onlar istəmirlər ki, normal çərçivədə müzakirə və polemikalar keçsin. Adətən bu şəxslər ya söyüşə əl atır, ya da gözdən salmaq taktikasına üstünlük verirlər. ReAl-çılara gəlincə, pis-yaxşı, onlar özlərini müxalifət elan ediblər. Onların sırasında yer alan ayrı-ayrı şəxsləri tanıyıram. Normal adamlardır. Müxalif mövqedədirlər və bəzən əsassız fikirlər də ortaya qoyur, özlərinin iddialarını bir qədər yüksək səslə cəmiyyətə çatdırmağa çalışırlar. Lakin müqayisə etsək, radikallarla müqayisədə ReAl-çılar söyüşdən, təhqirdən uzaqdırlar, normal polemika aparılacaq insanlardırlar. Bu isə Əli Kərimlini qane etmir. O istəyir ki, hamı söyüş söysün, təhqirlərə yol versin. Bir sözlə, bu adam cəmiyyətdə normal polemikanın getməsində maraqlı deyil. Ona görə ki, Əli Kərimli və ətrafındakıların səviyyəsi budur. Söyüş və çamur içində olan bu adamlar hamını dartıb o çamurun, söyüşün içinə çəkmək istəyirlər. Cəbhəçilərin ReAl-çılara qarşı dava-dalaşının, ittihamlarının kökündə məhz bu amil dayanır”.(kaspi.az)
İmişlidə əhali etiraz aksiyası keçirdi – Videoİmişli rayonun Hacırüstəmli kənd sakinləri kommunal problemlərdən əziyyət çəkirlər.

Avrasiya.net Bizimyol.info xəbər verir ki, kənd sakinləri kommunal təsərrüfatları bağlı çox ciddi problemlərin olduğunu bildirirək etiraz aksiyası keçiriblər.

Rayonun inzibati ərazisi olan kənddə kommunal təsərrüfat təchizatında olan problemlərin həll olunmasını tələb ediblər.

Qeyd edək ki, yay mövsümü rəsmi olaraq başa çatmasa da, havalar artıq soyuyub, eləcə də paytaxta və rayonlara bir neçə dəfə güclü yağıntı düşüb. Kəskin dəyişən hava şəraiti kommunal sektordakı çatışmazlıqları da yenidən gündəmə gətirib. Ənənəvi olaraq bu dövrdə kommunal sahədə inhisarçı olan dövlət qurumları payız-qış mövsümünə hazırlıq işlərini sürətləndirirlər.


Xərçəng olduğunu bilən Neftçala sakini intihar etdiNeftçala rayonunun 1-ci Qaralı kəndində intihar hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, kənd sakini , 1951-ci ildə anadan olmuş Rahib Əjdər oğlu Cəfərov bu gün özünü yaşadıqları evin həyətindəki üzüm çardağından asaraq intihar edib.

İntiharın mərhumun xərçəng xəstəsi olduğunu bildikdən sonra baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.
Neftçala sakini Bakıda dişini çəkdirərkən dünysını dəyişdiNeftçala rayonu, Cəngən kəndinin 41 yaşlı sakini Bakı şəhərindəki stomatoloji kabinetlərdən birində dişini çəkdirərəkən dünyasını dəyişib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 1978-ci ildə anadan olmuş Abas Ələsgər oğlu Məlikov dişini çəkdirərkən vurulmuş keyidici iynədən şoka düşərək dünyasını dəyişib.

A.Məlikovun 3 azyaşlı uşaq atası olduğu və Bakı şəhərində müvəqqəti iş yeri tapdığı üçün ailəsi ilə birgə paytaxtda məskunlaşdığı deyilir.

Mərhumun yaxınlarının bildirdiyinə görə, ölümün əsl səbəbi Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydən sonra məlum olacaq.
Həmyerlimiz Rusiyada deputat seçildiHəmyerlimiz Elşən Həmzəyev Sankt-Peterburq Şəhər Dumasına deputat seçilib.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı millət vəkili Aydın Mirzəzadə qeyd edib.

“Sentyabrın 8-də Rusiya Federasiyasında keçirilən seçkilərdə Sankt-Peterburqun İvanov dairəsindən namizədliyini irəli sürən və Vahid Rusiya Partiyasının üzvü olan həmyerlimiz Elşən Həmzəyev Sankt-Peterburq Şəhər Dumasına deputat seçilib”, - A. Mirzəzadə bildirib.

Qeyd edək ki, 1972-ci ildə Astarada doğulan Elşən Həmzəyev orta məktəbi bitirdikdən sonra Rusiyaya gedib. Elşən Həmzəyev əvvəlcə M.A.Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunkasiya İnstitutun bitirib, daha sonra isə ikinci təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib. O, 1999-cu ildən tikinti və əmlak məsələləri ilə məşğul olan “Savalan” şirkətlər qrupunun rəhbəridir.
Putin Həbiblə görüşmək istəyirDağıstanda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin UFC çempionu Həbib Nurməhəmmədovla görüşmək niyyətindədir.

Axar.az xəbər verir ki, bunu Putin Dağıstanın Botlixa kəndində 1999-cu ildə çeçenlərə qarşı döyüşən müqavimət dəstələrinin üzvləri ilə görüşü zamanı deyib.

“Həbiblə görüşsəm, onu təbrik edəcəyəm”, - Putin bildirib.
“Əli Kərimlinin bu tədbirə dəvət olunmaması düzgün seçim idi”“Yeni Azərbaycan Partiyasının da iştirakı ilə keçirilən həmin tədbiri iqtidar-müxalifət dialoqu adlandırmaq olar”.

Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, “Avrasiya” İA-nın baş redaktoru Cavid Şahverdiyev deyib. Onun sözlərinə görə, uzun sürən fasilədən sonra iqtidar və iqtidar yönümlü partiya rəsmiləri Azərbaycanın siyasi arenasının müxtəlif simalarını bir araya toplaya bildi: “Düzdür, dəvət olunmayan, dəvət olunsa da müxtəlif obyektiv səbəblərdən həmin tədbirdə iştirak edə bilməyən siyasilər də oldu. Amma bütünlükdə, bu tədbirin önəmi “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilə meyilləri” mövzusunun müzakirəsi olub. Bu səpkili mövzular həmişə aktual olub, zamanın reallığını özündə əks etdirib. Belə mövzuların müzakirəsində hamı iştirak etməli, öz fikir və təkliflərini səsləndirməlidirlər. Dəvət göndərilmələrinə baxmayaraq Müsavat və KXCP rəhbərlərinin həmin tədbirdə iştirak etməkdən boyun qaçırmaları isə aydındır – mövzu ilə bağlı nə danışacaqdılar?

AXCP, Müsavat başda olmaqla, hakimiyyətin siyasi kursunu pisləyən bir çox radikal qüvvələr iqtidar-müxalifət dialoqunun baş tutmamasından gileyləniblər. Həmişə iddia ediblər ki, hakimiyyət onlarla dialoqdan qaçır və s. Amma dünən “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilə meyilləri” mövzusunda keçirilən tədbirdə iştirakdan boyun qaçırmaq həmin iddiaların qərəzli və bilərəkdən yayıldığını sübut etdi. Müsavat və ya KXCP rəsmiləri həmin mövzu ilə bağlı nə deyə biləcəkdilər ki? Məgər həmin rəsmilər bilmirlər ki, radikal siyasi təşkilatlar elə xarici qüvvələrin sifarişi ilə Azərbaycandakı siyasi proseslərə müdaxilə edirlər? Məgər Müsavat və KXCP-nin AXCP, “Milli Şura”nın okeanın o tayındakı və Avropadakı bəzi donorların maliyyə dəstəyi ilə Azərbaycandakı siyasi proseslərə müdaxilələrindən xəbərləri yoxdur?

Başqa bir məqam isə Müsavat və KXCP-nin tədbirə dəvətdən boyun qaçırması onlarda siyasi mədəniyyətin olmamasından xəbər verir. Dəvəti rədd etməklə onlar bütövlükdə siyasi davranış, siyasi baxışları qiymətləndirmək qabiliyyətlərinin olmadığını göstərdilər. Müzakirə olunan mövzunun aktuallığını dəyərləndirmədilər, halbuki bu mövzunun müzakirəsinə qoşulmaq olduqca vacib idi. Belə mövzuların müzakirəsi ayrı-ayrı fərdlərin yox, dövlətimizin siyasi təhlükəsizliyi üçün vacibdir. Amma dəvətdən imtina edənlər bir daha göstərdilər ki, onlar üçün millət, dövlət anlayışı arxa plandadır. Əgər həmin tədbir Azərbaycan hakimiyyətinin pislənməsi mövzusuna həsr olunsaydı, dəvət olunmadan gələrdilər. AXCP sədri Əli Kərimlinin bu tədbirə dəvət olunmaması düzgün seçim idi. O da dəvətdən boyun qaçıracaqdı, bir də gəlsəydi nə deyəcəkdi? Xarici donorlardan aldığı sifarişlərin Azərbaycanda necə yerinə yetirdiyindən danışacaqdı? Azərbaycandakı siyasi proseslərə xarici müdaxilənin qarşısının necə alınması ilə bağlı hansı üzlə təkliflərlə çıxışlar edəcəkdilər? Bu kimi mövzuları keçmişi təmiz olan, milləti, xalqı, dövlətinin qorunmasıyla bağlı xidməti olan, xarici qüvvələr tərəfindən satın alınmayan simnalar müzakirə etməlidirlər”.