AzTV-nin 3 əməkdaşı qəzaya düşdüBakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Parlament prospektində 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahid oğlu və daha iki xanım xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralanan şəxslər Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları olub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Şəmkirdə ana iki azyaşlı övladı ilə birgə itkin düşdüŞəmkirdə ana və iki azyaşlı övladı itkin düşüb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, rayonun R.Əliyev küçəsində yaşayan, 1991-ci il təvəllüdlü Nərminə Məmmədova və azyaşlı övladları - 2011-ci il təvəllüdlü Samir və 2014 -cü il təvəllüdlü Seymurla birlikdə evdən çıxaraq naməlum istiqamətə gediblər.

Faktla bağlı araşdırma aparılır.
SƏLİS-ə daxil olan e-məsləhət xidmətinə dair VİDEOÇARXAvrasiya.net Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaratdığı SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminə daxil olan e-məsləhət xidmətinə dair videoçarxı təqdim edir.

Onu da qeyd edək ki, 11 sentyabr, 2019-cu il, saat 15:00-da SƏLİS-in e-məsləhət xidmətinin tətbiqinə başlanılacaq.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qurumun rəsmi feysbuq səhifəsində canlı yayımda çıxış edəcək, həmçinin QHT-lərin suallarını cavablandıracaq.
Bakıda 18 yaşlı qızı oğurladılar - "Ekologiya postu"nda ələ keçdi"Ekologiya postu"nda adam oğurlayan şəxs saxlanılıb.

Saatlı rayon sakini O.Novruzov (ad-soyad şərtidir) hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qızı 2001-ci il təvəllüdlü T.Novruzovanı (şərtidir) zorla, yəni qızın razılığı olmadan həmyerlisi 1986-ci il təvəllüdlü Ruhid İslamov qaçırıb.

Hadisə Bakı şəhərində qeydə alınıb.

Dərhal aparılan əməliyyat-axtarış nəticəsində müəyyən olunub ki, R.İslamov idarə etdiyi "Hyundai" markalı avtomobillə qızı Bakıdan Sumqayıt istiqamətinə aparıb. R.İslamovun avtomobili "Ekologiya postu"nda saxlanılıb. Qız xilas edilərək ailəsinə təhvil verilib, R.İslamov isə Abşeron Rayon Polis İdarəsinə aparılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.(Report)
Deputat İcra başçısına təşəkkür etdiMillət vəkili Kamran Nəbizadə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkür edib.

Mediaxeberleri.az xəbər verir ki, təşəkkür məktubunda deyilir ki, respublikamızda qeyd olunan “Bilik günü” ərəfəsində dövlətimizin elmə, təhsilə olan qayğısının daha bir təcəssümü olaraq Heydər Əliyev Fondu tərəfindən Qazax rayonunun İkinci Şıxlı kəndində yerləşən, 1967-ci ildə inşa olunmuş Şahnabad Nəsibova adına İkinci Şıxlı kənd Sarıvəlli tam orta məktəbin yenidən qurulması üçün vəsaitin ayrılması və işlərinin başlanılması məni rayonun deputatı və bir azərbaycanlı kimi çox sevindirdi.

General Əliağa Şıxlinski, Xalq yazıçıları Mehdi Hüseyn, İsmayıl Şıxlı, Xalq şairi Osman Sarıvəlli və Şöhrət ordenli akademik Teymur Bünyadov kimi dahi şəxslər yetişdirmiş İkinci Şıxlı rayon mərkəzindən uzaq məsafədə, Gürcüstan və Ermənistan ilə sərhəddə yerləşir. Bu məktəbin yenidən qurulması zərurəti Qazax rayonu İcra Hakimiyyəti tərəfindən 2018-ci ildə ölkə rəhbərliyinə məruzə olunmuşdur və artıq məsələ öz həllini tapıb.

Ölkəmizdə təhsilin inkişafına göstərilən bu diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya və bu işdə əməyi keçən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürümü bildirirəm.
İki avtobus toqquşubHeydər Əliyev prospekti hava limanı avtomagistralında yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verilib.

M.Ağayevin sözlərinə görə , qəza nəticəsində minik avtomobili eləcə də, 131 və 198 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkətdə olan avtobuslar toqquşub. Qəza ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırma aparılır.

Modern.az
2 min litrdən çox qan verildi - Nazirlik açıqladıSəhiyyə Nazirliyi Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyasına qoşulanların sayını açıqlayıb.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, saat 09.00-dək Bakı şəhəri üzrə 518 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 233 litr qan tədarük olunub.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə aksiyalar aşağıdakı ünvanlarda keçirilir:

Bakı şəhəri üzrə: İmam Əli məscidi (Binəqədi rayonu), 14 saylı Birləşmiş Şəhər xəstəxanası və Mir Mövsüm ağa Ziyarətgahı (Xəzər rayonu), Əjdər bəy məscidi (mərasim zalı) və 20 saylı şəhər poliklinikası Nəsimi rayonu, Şah Abbas məscidi (Nizami rayonu), Sahibəzzaman məscidi , “Rəhimə xanım ziyarətgahı” məscidi, İmam Rza məscidi (Sabunçu rayonu), Bibiheybət məscid ziyarətgahı və İçərişəhər Cümə məscidi (Səbail rayonu), Qaraçuxur məscidi (Suraxanı rayonu), Təzəpir məscidi, Hacı Soltanəli və Hacı Cavad məscidi (Yasamal rayonu).

Bölgələrdə: Gəncə şəhəri İmamzadə kompleksi, Lənkəran şəhər Böyük bazar Cümə məscidi, Mingəçevir şəhəri Heydər məscidi, Sumqayıt şəhər Cümə məscidi, Şəki şəhəri İmam Əli məscidi, Mərkəzi Qan bankının Şirvan bölməsi və Şirvan şəhər məscidi, Ağcabədi Mərkəzi Rayon Xəstəxanası, Beyləqan Mərkəzi Rayon Xəstəxanası, Bərdə rayonu Bərdə İmamzadəsi, Biləsuvar rayonu Cümə məscidi (mərasim zalı), Cəlilabad Mərkəzi Rayon Xəstəxanası, Göyçay şəhəri Əbülfəzl Abbas məscidi, Xaçmaz şəhər məscidi, Qan bankının Quba bölgəsi, Masallı şəhər Cümə məscidi, Salyan şəhəri Hacı Tağı məscidi.

***

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları davam edir.

Nazirlikdən bildirilib ki, saat 18:00-a olan məlumata əsasən, 5 min 809 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 min 614 litr qan tədarük olunub.
Dövlət satınalmalarında şəffaflığın artırılmasına yardım göstəriləcək“İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Dövlət satınalmalarında şəffaflığın artırılmasına yardım göstərilməsi” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi dövlət satınalmalarında şəffaflığın təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə mövcud problemlərin həllinə nail olunması üçün islahatlar gündəliyi formalaşdırılması. Layihə çərçivəsində “Dövlət satınalmaları haqqında” qanunun antikorrupsiya ekpertizası, dövlət satınalmalarının vahid internet portalının monitorinqi aparılacaq. Bundan başqa bir sıra dövlət qurumlarının satınalmaları monitorinq ediləcək.

Bu tədqiqatların nəticəsi kimi satınalmalarda şəffaflığın artırılması məqsədilə Təkliflər Paketi hazırlanacaq. Bütün maraqlı tərəflərin rəyinin alınması üçün dəyirmi masa müzakirələri keçiriləcək. Müzakirələrin yekunu kimi Təkliflər Paketi hökümətə təqdim olunacaq. “Dövlət satınalmalarında şəffaflığın artırılmasına yardim göstərilməsi” layihəsi Azərbaycan Açıq Hökümət Platforması ilə birgə icra olunacaq.
Bakıda polis vəfat etdiBakıda polis əməkdaşı ölüb.

Avrasiya.net “APA”ya istinadən xəbər verir ki, hadisə Respublika Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb. Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı 1986-cı il təvəllüdlü Mehdiyev Cavid Şükür oğlu beyninə qan sızma diaqnozu ilə xəstəxanaya daxil olub.

Həkimlərin müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Kərbəlada faciə: 31 ölü, 100-dən çox yaralıİraqın Kərbəla şəhərində Aşura günü münasibətilə keçirilən mərasimdə faciə baş verib.

Axar.az xəbər verir ki, insanların Kərbəla müsibətini anmaq üçün toplaşdığı ərazidə yol çöküb.

Yolun çökməsi nəticəsində 31 nəfərin həlak olduğu, 100-dən artıq insanın yaralandığı qeyd edilib.

Ölü və yaralı sayının artması ehtimal olunur.