Deputatın oğlu məhkəməyə verilibMilli Məclisin deputatı Fəzail Ağamalının oğlu Elçin Ağamalı bank kreditlərinin qaytarılmamasına görə məhkəməyə verilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Solmaz Adilovanın sədrliyi ilə PAŞA Bank-ın Altus MMC-yə, habelə Elçin Ağamalı, Ülvi Bayramova və Suğra İmanovaya qarşı qaldırdığı iddiaya baxılır.

Fed.az-a müsahibəsində Elçin Ağamalı manatın devalvasiyasından sonra Altus şirkətinin maliyyə problemləri ilə üzləşdiyini qeyd edərək məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, borcun çox hissəsi artıq bankla ödənilib və tezliklə kredit borcu tam ödəniləcək.

Borcun məbləği və şirkətin fəaliyyət sferası açıqlanmır, ancaq məlumdur ki, o avrozonası ölkələri ilə ticarət əməliyyatları aparır.

Kredit manatla götürülüb, amma baş verən devalvasiya şirkətə onu qaytarmağa imkan verməyib.

Millət vəkilinin oğlu qeyd edib ki, şirkətin iqtisadi problemlərini həll etmək üçün 2019-cu ilin yanvar ayından etibarən o, müdir vəzifəsini icra edir.

Elçin Ağamalı bildirib ki, ötən müddət ərzində şirkətin fəaliyyətinin yaxşılaşdırılması, sağlamaşdırılması və yenidən gəlirlə işləyə biləcək səviyyəyə çıxması üçün çox işlər görüblər, problemlərin böyük əksəriyyətini həll ediblər. Nəticədə banka olan kredit borcunun bir qismi də ödənilib: “PAŞA Bank-ın məhkəməyə müraciətindən əvvəl də, sonra da borcların bir qismi ödənilib. Qalan borcla bağlı məbləğ dəqiqləşdirilir. Borc dəqiqləşdirildikdən sonra qalan məbləğ də tam ödəniləcək”.
Bakının ən kriminal rayonu - BinəqədiBinəqədi rayonunu Bakının ən kriminal rayonu hesab etmək olar.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, bu rayon daxili işlər orqanlarının paytaxt bölmələrinin əməkdaşları arasında aparılan sorğu və bir neçə qurumun statistik məlumatları əsasında hazırlanmış kriminogen reytinqinə başçılıq edir.

Qeyd edək ki, rayonların kriminogen göstəriciləri əhali sıxlığına görə artır.

Azərbaycan Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına əsasən, paytaxtın əhalisi 3 milyona yaxındır, lakin Bakıda yaşayanların real sayı bundan çoxdur. Burada qeydiyyatsız yaşayanlar da az deyil.

Eyni zamanda, kənd əhalisinin şəhər sakinlərinə çevrilməsinin öz neqativ nəticələri var. Hər şey DİN-in iddia etdiyi kimi nəzarət altında olsa da, bu, ilk növbədə, kriminogen vəziyyətin kəskinləşməsinə səbəb olur.

Bununla əlaqədar olaraq Daxili İşlər Nazirliyi bu ilin iyulunda əhaliyə xəbərdarlıq etmişdi ki, iki aydan çox qeydiyyatda olmadıqları yerdə yaşayanlar cərimə olunacaq. Vətəndaş öz yaşadığı yer barədə dövləti xəbərdar etməlidir. Bu, cinayət profilaktikasının və onunla mübarizənin gücləndirilməsi, eləcə də itkin düşənlərin və şübhəli şəxslərin axtarışının asanlaşması üçün lazımdır.

ASAN xidmət mərkəzlərində, DİN-in pasport, qeydiyyat və miqrasiya Baş idarəsində və ya onlayn şəkildə pulsuz qeydiyyatdan keçmək mümkündür.

2019-cu ilin iyul ayına olan göstəricilərə əsasən, Binəqədi rayonunda 266,6 min, Xətai rayonunda - 287,4 min, Yasamal – 248,1 min, Sabunçu – 245,4 min, Nəsimi - 221, 6 min, Suraxanı - 220,3 min, Nizami - 200,6 min, Nərimanov - 178,8 min, Xəzər - 167,1 min, Qaradağ - 126,2 min, Səbail - 102,1 min və Pirallahı rayonunda – 20,5 min nəfər rəsmi qeydiyyata alınıb.

Xətai rayonunda əhali sıxlığı rəsmi olaraq Binəqədi rayonunundakından yuxarı olsa da, bu rayonu ən kriminal adlandırmaq olmaz. Məsələ burasındadır ki, qanun keşikçilərinin müşahidələrinə əsasən, Bakı kənarlarında rayondan gəlmələrin və paytaxt qonaqlarının sayı daha çoxdur. Bu, evlərin qiymətlərinin bu ərazidə daha ucuz olmasıyla bağlıdır.

Binəqədi Rayon Polis İdarəsindən bildirildiyinə görə, bu rayonun ərazisində günü 2-3 manata icarəyə verilən yaşayış yerləri çoxdur. Bu, rayonlardan Bakıya əsasən iş dalıyca gələn aztəminatlı vətəndaşları cəlb edir. Mülk-məişət cinayətlərinin analizi göstərir ki, onların əksəriyyəti miqrasiya edənlər, yəni qeydiyyatları üzrə yaşamayan şəxslər tərəfindən törədilir. Bu baxımdan Xətai rayonu daha yaxşıdır, çünki buradakı evlərin qiyməti şəhərətrafı qəsəbələrə nisbətən daha bahadır.

10 il öncə paytaxtın mərkəzi rayonları - Yasamal, Nəsimi, Nərimanov - ən kriminal hesab edilirdisə, bu gün kənar rayonlar - Binəqədi, Suraxanı, Sabunçu önə keçib.

Kriminallığıyla ad çıxaran köhnə "Sovetski"də evlər söküldükdən sonra Yasamal rayonunda əhali sıxlığı əhəmiyyətli dərəcədə azalıb və eyni zamanda cinayət göstəriciləri də bir qədər aşağı düşüb.

Kənar rayonlar arasında əhalinin sayına görə (rəsmən qeydiyyatda olanlar və qeyri-rəsmi yaşayanlar) Bakıxanov, Qaraçuxur, Rəsulzadə, Biləcəri, Binə qəsəbələri liderlik edir.

Qeyd edək ki, uzun illər boyunca Nəsimi və Nərimanov rayonları kriminallığını qoruyur, çünki burada əyləncə yerləri, eləcə də gecə klubları çoxdur. Bu rayonlarda əhali sıxlığı Binəqədidən azdır, lakin insanların kütləvi şəkildə yığışdığı yerlərin və oğruları, fırıldaqçıları cəlb edən varlıların sayı çoxdur.

Paytaxt yenidən qurulur, Yasamal rayonundan sonra növbə Nəsimi rayonundadır (burada narkotik tacirlərinin yaşadığı "Kubinka" yerləşir). Binəqədi və Səbail rayonları da yenilənir. Beləliklə, Bakının mərkəzində əhali sıxlığı azalır, kənarlarında isə artır.

Daha öncə də dediyimiz kimi, DİN-in statistik məlumatlarına əsasən, cinayət göstəriciləri mülk cinayətləri şəxsi və bəzən dövlət əmlakının oğurlanması və dələduzluqlar hesabına artır.

Hər bir halda, axtarışda olan hər üç Azərbaycan vətəndaşından biri dələduzluqda ittiham olunur.

2019-cu ilin ilk yarımilliyi üzrə DİN-in statistik məlumatlarına əsasən, qeydə alınan cinayətlərdən haradasa yarısı 44,3% (5 496 fakt) - paytaxtın payına düşür. Bakıda baş verən cinayətlərin 87,4 faizi yüngül hesab olunur və böyük ictimai təhlükə yaradan cinayətlər deyil. 12,6% isə ağır və xüsusilə ağır cinayətlərdir. Bir sıra cinayətlər ötən ilə nisbətən azalıb.

Belə ki, 2019-cu ilin ilk yarısında cinayətlərin ümumi sayı 3,2% azalıb, mülklə bağlı cinayətlər 9,1% azalıb. Onlardan dələduzluqlar - 32,8%, avtomobil oğurluğu - 4,1%, xuliqanlıq - 23,1% azalıb.

Ağır və xüsusilə ağır cinayətlərin üstünün açılması artıb: şəxsiyyətə qarşı cinayətlər - 1,2%, həmçinin qəsdən törədilən qətllər - 12,2%, sağlamlığa qəsdən ağır zərər yetirmək - 4%, dələduzluqlar - 2,5%, soyğunlar - 6,5%.

61,4% gizli cinayətin üstü açılıb.

Belə ki, şəxsiyyətə qarşı 931 cinayətin 90,3 % üstü açılıb, (95% qətl, 92,1% sağlamlığa ağır xəsarət yetirmə). Xarici vətəndaşlara qarşı 52 cinayətdən 28 faktın (65,1%) üstü açılıb.

İctimai yerlərdə törədilən cinayətlərin sayı azalıb. Bu, yalnız profilaktik tədbirlərin gücləndirilməsiylə bağlı deyil, həm də çox sayda müşahidə kameralarının quraşdırılmasıyla bağlıdır. Rəqəmsal texnologiyalardan istifadə hüquq-mühafizə orqanlarına cinayətlərin üstünü açmaqda yardım edir.

Qeyd edək ki, hər gün Bakıda şəxsi və dövlət əmlakının oğurluğu üzrə 35-45 fakt qeydə alınır. Demək olar ki, bütün oğurluqlar xırdadır.

Ötən gün ərzində yalnız Binəqədi rayonunda 8 oğurluq, Nəsimi - 7, Qaradağ, Nərimanov, Suraxanı - hərəsində 5 oğurluq qeydə alınıb. Qaradağ rayonunu, "Sədərək" və "Binə" ticarət mərkəzlərinin yerləşdiyi əraziləri çıxmaqla, kriminal adlandırmaq olmaz.

Hər gün paytaxtda 70-80 cinayət qeydə alınır. Onlardan yarısı oğurluqdur, daha sonra sayına görə xuliqanlıq, dələduzluq və narkotiklərlə bağlı cinayətlər gəlir.

Xoşbəxtlikdən, Bakının heç bir rayonu Nyu-Yorkun ən təhlükəli və kriminal rayonu olan Harlemə çatmaz.

Ümumilikdə Qaradağ, Səbail və Pirallahı rayonlarını paytaxtın ən sakit rayonları adlandırmaq olar.
Rafael Ağayev Tokioda finalda: Rəqib yenə yapondurRafael Ağayev (-75 kq) Yaponiyanın paytaxtı Tokioda Karate1 Premyer Liqa turnirnin finalına yüksəlib.

Oxu.Az xəbər verir ki, bir-birinin ardınca Fransa, Özbəkistan və Mərakeşdən olan rəqiblərini məğlub edən R.Ağayev yarımfinalda ukraynalı idmançıdan üstün olub.

Bazar günü həlledici görüşdə rəqib həmin çəki dərəcəsinin favoritlərindən sayılan Ken Nishimura (Yaponiya) olacaq.

Yarışın ilk günü daha üç idmançımız mübarizəyə qatılıb. Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (-67 kq) ikinci görüşdə məğlub olaraq çıxışlarını başa vurub.

Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından nüfuzlu turnirinin 5-ci mərhələsi Olimpiadada karate yarışlarının keçiriləcəyi Nİppon Budokan idman zalında təşkil olunub.
"Azərbaycan mətbuatı Aslan İsmayılovun ümidinə qalsaydı, nələr baş verərdi!"Bir zamanlar Aslan İsmayılovun “Baku Printing Press” mətbəəsində çap edilən qəzetlərin baş redaktorları bu adamın mətbuata necə münasibət bəslədiyini yaxşı bilirlər

Deməli Aslan İsmayılov adında intellekti “0”-dan aşağı, iddiası isə bütün göstəricilərin ən üst cizgisində dayanan biri var. Bu canlı subyektın peşəsi hüquqşünas olsa da hüququn “H”-sından xəbəri yoxdur, ya da “hhhh” edib hüquqi məntiqsizliyin burnundan düşüb.

Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, politoloq Elçin Mirzəbəyli özünün Facebook səhifəsində yazıb.

Onun fikrincə, indi bu, ya zəlzələdən, ya da vəlvələdən şəxsiyyət vəsiqəsi daşıyan sosial-ictimai varlıq bir tərəfdən media eksperti, jurnalist hüquqlarının müdafiəçisi kimi çıxış edir, digər tərəfdən dövlətin kütləvi informasiya vasitələri və onların təmsilçiləri ilə bağlı həyata keçirdiyi bütün sosial layihələri şübhə altına alır, onlara özünə xas hikkə ilə şər atmaqdan belə çəkinmir:

"İndi təsəvvür edin, Azərbaycan mətbuatı Aslan İsmayılovun ümidinə qalsaydı, nələr baş verərdi...".

Politoloq xatırladıb ki, bir zamanlar Aslan İsmayılovun “Baku Printing Press” mətbəəsində çap edilən qəzetlərin baş redaktorları bu adamın mətbuata necə münasibət bəslədiyini yaxşı bilirlər:

"Vaxtilə Aslanın mətbəəsində çap olunan qəzetlərin cüzi borcu olanda belə “dahi hüquq müdafiəçisi” onları “məhkəmələrdə süründürməklə” hədələyirdi. Belə mətbu orqanlarından biri də “Neytral” qəzeti idi və bu qəzet yayımını həm də Aslan İsmayılovun hədələri ucbatından dayandırmaq məcburiyyətində qaldı...".

O, qeyd edib ki, indu qəpiyindən keçməyən, borca görə 5 gün səbr etməyən bu adam siyasi və ideoloji baxışlarından asılı olmayaraq bütün mətbu orqanlarına, jurnalistlərin sosial problemlərinin həllinə heç bir qarşılıq güdmədən dəstək verən Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin üzərinə kölgə salmağa çalışır, KİV nümayəndələrini “satılmaqda” ittiham edir... Sual olunur, kimə satılıblar? Azərbaycan dövlətinə?".

BAXCP-nin sədr müavini sonda kobud ifadə işlədəcəyini deyib:

"Hər halda dövlətə “satılmaq” jurnalistləri yazılarına görə məhkəməyə verib təzminat almaq, həbs etdirmək istəyən, mətbu orqanını 1 aylıq borca görə məhkəmə ilə hədələyən və borcun ödənilməsi üçün bir neçə gün gözləmək istəməyən Aslan İsmayılova satılmaqdan daha şərəflidir".
Şərəfli müəllim ömrüİnsanın müəllimləri haqda yazmağı həmişə çətindir. Təkcə ona görə yox ki, tələbə üçün ustadı barədə söz demək böyük məsuliyyət tələb edir. Həm də ona görə ki, müəlliminə qarşı duyduğun minnətdarlıq hissini ifadə etmək istədiyin kəlmələr həmişə yetərsiz görünür. Əslində, belə də olmalıdır. Çünki müəllim adı hər cür təşbehdən yüksəkdə dayanır. Mən də bu gün hər cür süni bənzətmələrdən uzaq sadə sözlərlə müəllimlərimdən biri haqqında danışacam. Bu günlərdə 60-cı ilini başa vurduğu ömrünün az qala 40 ilini müəllimliyə, 30 ilini elmə xərcləyən Vaqif müəllim haqda. Tədqiqatçı-alim, iqtisad elmləri üzrə fəlsəfə doktoru VaqifRüstəmov haqda.

Qısa arayış:
Vaqif Əli oğlu Rüstəmov 1959-cu il avqust ayının 28-də anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirərək riyaziyyatçı ixtisasına yiyələnib. 1981-1985-ci illər ərzində Laçın və Abşeron rayonlarında müxtəlif kənd orta məktəblərində riyaziyyat müəllimi vədirektor müavini vəzifələrində çalışıb. 1985-ci ilin dekabr ayındaAzərbaycanElmlər Akademiyasının Kibernetika İnstitutunun aspiranturasına daxil olub və“Struktur dəyişikliklərinin iqtisadi artıma təsirinin modelləşdirilməsi” mövzusunda dissertasiya işi müdafiə edərək “Ekonometriya” ixtisası üzrə iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1999-cu ildə “Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə baş elmi işçi elmi adına layiq görülüb.

1989-cu ilin iyul ayında aspiranturanı bitirdikdən sonra Kibernetika İnstitutunun “Kibernetika” Xüsusi Konstruktor Bürosuna göndərilib, iqtisadçı-mühəndis vəzifəsinə təyin olunub. 1992-ci ilin mart ayından Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna (indiki İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu) köçürülüb. Həmin dövrdən 2007-ci ilin aprel ayına kimi İnstitutda böyük elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və direktor vəzifələrində çalışıb.

Sosial-iqtisadi yönümlü elmi-tədqiqat və siyasət təhlili sahəsində 30 ilə yaxın iş təcrübəsinə malik olan iqtisadçı alim Vaqif Rüstəmov elmi dairələrdə peşəkar tədqiqatçı kimi tanınır, onun bu sahədə fəaliyyəti həmişə yüksək qiymətləndirilir. Vaqif müəllim makroiqtisadiyyat, iqtisadi-riyazi modelləşdirmə, indikativ planlaşdırma, davamlı inkişaf, regional inkişaf, yoxsulluğun azaldılması, ölkə iqtisadiyyatının müqayisəli üstünlüklərinin müəyyənləşdirilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, qeyri-neft sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və s. bu kimi problemlərin nəzəri-metodoloji, metodiki və təcrübi məsələlərinin tədqiqi və aktual sosial-iqtisadi məsələlər üzrə siyasət təhlilləri ilə məşğul olub.
60-dan çox dərc olunmuş (ölkədə və xaricdə) elmi məqalə, tezis və elmi-tədqiqat işlərinin, 1 monoqrafik nəşr, 1 monoqrafiya (həmmüəlliflərlə), 2 kitabın (həmmüəlliflərlə), 1 kitabçanın müəllifidir. Azərbaycan dilində nəşr olunmuş beşcildlik Böyük İqtisadi Ensiklopediyanın müəlliflərindən və məsləhətçilərindən biridir.

Sosial-iqtisadi sahələrə aid qanunların və digər hüquqi-normativ aktların, konsepsiya, strategiya, proqram və tədbirlər planı kimi siyasət sənədlərinin, dövlət proqramları layihələrinin hazırlanması, ekspertizası və müzakirəsi proseslərinin fəal iştirakçısı olub.
Bunlarla bərabər, Vaqif müəllim uzun illərdir BMT, Dünya Bankı, Asiya İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq qurumların da məsləhətçisi qismində çalışır.

Vaqif müəllimin tədqiqatçı kimi əməyi dövlətimiz tərəfindən də layiqincə qiymətləndirilib. Belə ki, cənab Prezidentin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Girişdə qeyd etdiyim kimi, Vaqif Rüstəmov həm də müəllimdir. Doğulub boya-başa çatdığı torpaqda orta məktəbdən başladığı müəllimlik missiyasını ali təhsil ocaqlarında davam etdirib.1989-cu ildən etibarən ölkənin müxtəlif ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olub.İndiyə qədər onlarla magistrin, 20-yə yaxın aspirant və dissertantın, doktorantın elmi rəhbəri olub, elmi şuraların, elmi redaksiya heyətlərinin üzvüdür.
Vaqif müəllimlə yolumuz ali təhsil illərimdə kəsişib. Daha doğrusu, birləşib. Vaqif müəllim əvvəlcə mənim fənn müəllimim olub, sonra məni gənc tədqiqatçı kimi elmi-tədqiqat institutunda işə dəvət edib. Bununla da mənim tədqiqatçı karyeram üçün çox uğurlu başlanğıc kimi elmi-tədqiqat institutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başladım.

Doğrudur, 20 il əvvəl bir elmi-tədqiqat mərkəzinin işçisi olaraq çox cüzi məbləğdə maaş alırdıq, maddi sıxıntılar yaşayırdıq. Lakin bütün çətinliklərə baxmayaraq, məhz Vaqif müəllimin məsləhətləri və qayğısı ilə tutduğumuz elm yolu ilə usanmadan irəliləyirdik, onun elmi rəhbərliyi altında öz potensialımızı gücləndirirdik.Vaqif müəllim həmişə deyirdi ki, vicdanla, məsuliyyətlə, əzmlə, səbrlə, sapmadan tutduğunuz yolla irəliləyin, cəmiyyət üçün faydalı şəxs olun və dəyər yaradın, nəticədə mütləq hər şey uğurla nəticələnəcək. Çünki o hər zaman inanıb ki, uğura aparan yol zəhmətə qatlaşmaqdan və işinin peşəkarıolmaqdan keçir, həmişə də bizə bunu aşılamağa çalışıb. Özünün bir sevimli ifadəsi ilə desək, Vaqif müəllim ətrafındakılara balıq verməyə yox, balıq tutmağı öyrətməyə üstünlük verir. Onun müəllim kimi, elmi rəhbər kimi biz tələbələrindən bircə gözləntisi vardı: bacardıqca daha çox öyrənmək, öz üzərində daha çox işləmək və cəmiyyət üçün faydalı olmaq. İctimai mənafelər tələb edəndə təmənnasız olmaq, səlahiyyət əldə etməyə çalışmaq yox, məsuliyyət götürməyə hazır olmaq, istər kiçik, istər böyük iş olsun fərq etməz, həmişə peşəkarlıqla və yanımlılıqla işləmək, seçdiyin yolda sabit və davamlı olmaq – bütün bunlar Vaqif müəllimdən əxz etdiyimizdəyərlərdir.

Çox məmnunluqla deyə bilirəm ki, Vaqif müəllimin səmimi yanaşmasına və müdrikliyinə inanaraq onun gənclərə təlqin etdiyi yolda irəliləyənlər qısa müddətdə öz həyatlarının uğur hekayəsini yarada bildilər. İndi onun neçə-neçə tələbəsi, yetirməsi özü ilə çiyin-çiyinə ölkəmizin sosial-iqtisadi inkişafı və rifahı naminə yorulmadan çalışmaqdadırlar. Onun verdiyi biliklər, göstərdiyi yol sayəsində Azərbaycan iqtisad elmi neçə-neçə dəyərli mütəxəssis, peşəkar tədqiqatçı qazanıb.

Vaqif müəlliminbiz tələbələrinin uğurlarına sevindiyini gördükcə biz də həmişə arzuedirdik ki, gün o gün olsun öz övladlarının daha böyük uğurlarınınsevincini yaşasın, biz də onun sevincinə şərik olaq. Və belə də oldu. Vaqif müəllim hazırda həm Azərbaycanda, həm də Azərbaycandan kənarda ölkəmizin tərəqqisi naminə əllərindən gələni əsirgəməyən 3 istedadlı oğul atasıdır.

Böyük oğlu Əli Rüstəmov Azərbaycanda və xaricdə mükəmməl ali təhsil alıb, hazırda 26 yaşlı gənc mütəxəssis olaraq ölkəmizdə mühüm dövlət qurumunda makroiqtisadçı kimi çalışır, çox nüfuzlu universitetdə isə iqtisadiyyatdan ingilis dilində dərs deyir.
İkinci oğlu Akif Rüstəmov da xaricdə ali təhsil alıb, hazırda Avropa ölkələrində intellektual biznes fəaliyyəti ilə məşğul olan şirkətin qurucusudur.
Üçüncü oğlu Zaur Rüstəmov isə hazırda elektron texnologiyalar ixtisası üzrə ali təhsil alır.
Vaqif müəllimindi də var gücü ilə ölkəmizin iqtisadi inkişafı üçün çalışır, insanlarımızın rifahı naminə bilik və bacarığını əsirgəmir. Mən də bu yolda MÜƏLLİMİMƏ davamlı uğurlar arzulayıram.

Firdovsi Fikrətzadə
iqtisad elmləri üzrə fəlsəfə doktoru
“ABŞ üçüncü tərəf olaraq çoxdan Cənubi Qafqazda yerləşib”Son zamanlar Türkiyə ilə Rusiya arasında münasibətlər çox yaxşı vəziyyətdədir. Baxmayaraq ki, tarixən bu iki ölkə arasında dəhşətli müharibələr gedib, amma yeni dövrümüzdə proseslər müsbətə dəyişməkdədir. Hər halda görüntü bunu deməyə əsas verir. NATO-nun subyekti olmasına baxmayaraq türkiyənin Yaxın Şərqdə geopolitik prosesləri ABŞ-la deyil, məhz Rusiya ilə birlikdə idarə etmək istəməsi nə ilə bağlıdır? Bəziləri düşünür ki, bəzi xırda səbəblər üzündən Türkiyə, necə deyərlər, NATO-nun səddini aşaraq ABŞ-a xəyanət edir, bəziləri isə belə hesab edir ki, Ərdoğanın rəhbərliyi altında güclənmiş Türkiyə artıq özü qlobal siyasi-hərbi aktyor olmaq əzmindədir və proseslər də buradan qaynaqlanır.

Tanınmış çeçen politoloq Saslanbek İsayevlə bu suallara cavab tapmağa çalışdıq. Buyurun, oxuyun:

- Mənə görə artıq dünyada sabit ittifaqlar yoxdur. ABŞ başda olmaqla böyük dövlətlər və arxalarınca gedən zəif ölkələr yoxdur. Yeni dünya qaydalarına əsasən, necə deyərlər, hər kəs ayağını yorğanına görə uzadır. Bu gün hər bir ölkənin öz milli maraqları var və siyasətini buna görə müəyyənləşdirir. Türkiyə xəyanət etmədiyi üçün bu tərz xarici siyasəti şərh eləmək də yanlışdır. Bu gün dünyamızda güclü və zəif dövlətlər var və onların ortaya qoyduqları özlərinə məxsus davranışları mövcuddur. Türkiyə güclü olmaq üçün çalışır. Məncə bunu çöx uğurla edir və məqsədinə çatacaq.

- Kimlərsə rus qırıcısının vurulmasından sonra soyuqlaşan Türkiyə- Rusiya əlaqələrini daha da pisləşdirmək üçün Rusiyanın Ankaradakı səfirinə sui-qəsd törətməklə müharibə vəziyyəti yaratmaq istədisə də, biz bunun əksini gördük. Hətta bu iki dövlət az qala müttəfiq səviyyəsinədək yaxınlaşdılar. Sizcə bu əlaqələr haradək inkişaf edə bilər, Ankara ruslarla birlikdə Yaxın Şərqdəki maraqlarını qoruya, Suriya, İraq məsələsində Moskvaya güvənə, PKK problemini çözməkdə, iqtisadiyyatını, müdafiə sənayesini gücləndirmək və digər sahələrdə Rusiyadan dəstək ala biləcəkmi?

- Hesab edirəm ki, türk siyasətçilər xarici siyasətdə kimlərəsə güvənmək kimi xəta edərsə, itirən tərəf olacaq. Xüsusilə son 12 il ərzində inam deyə bir şeyin olmadığını bizə Gürcüstan və Ukrayna misalları sübut edib. Türkiyə Rusiya ilə əlaqələrini planlaşdırdığı seviyyədə inkişaf etdirməliidr. PKK kimi terror problemlərini çözməkdə də qərarlı davranması lazım olduğu kimi, Rusiyanın bu cür məsələləri necə həll etməsindən örnək götürə bilər. Əlbəttə, zorakılıq müstəvisində Rusiyadan örnək götürməməlidir. Amma bu bir faktdır ki, terror problemlərinin həlli prosesində Rusiya çox yaxşı təcrübəyə malikdir. Yenə deyirəm, Türkiyə dövlət olaraq bütün hallarda özünə güvənməlidir. Əgər böyük güclərlə uğurlu siyasət qura bilsə, Türkiyə yaxın gələcəkdə digər qlobal siyasi aktyorlarla da istədiyi kimi əlaqə quracaq. Yaxın Şərqə gəlincə, Türkiyə burada gəlir götürməkdən daha çox humanitar siyasət yürüdür. Türkiyənin Yaxın Şərq siyasətinin məğzi terrorun birdəfəlik aradan qaldırılması, İraq və Suriyanın ərazi bütövlüyünün qorunması, sülh və sabitliyin bərqərar olmasından ibarətdir. Bu problemlər həll olunduğu təqdirdə Türkiyə razı qalacaq.

- ABŞ-ın Yaxın Şərqdə möhkəmlənməsinin qarşısını almaq, digər yandan da İran məsələsində fikirləri üst-üstə düşən Ankara ilə Moskvanın yaxınlaşması Azərbaycan torpaqlarının bir vaxtlar elə Rusiyadan dəstək alaraq işğal edən Ermənistanın əsarətindən qurtulmasına səbəb ola bilərmi? Rusiya Türkiyənin təsisi altında Ermənistanı Azərbaycan torpaqlarından çıxmağa məcbur edə bilərmi?

- Türkiyə Qarabağ məsələsində qeyd-şərtsiz Azərbaycanın arxasında durur. Rusiya isə Ermənistanla bağladığı müqavilələrə sadiqdir. Şəxsən mən Qarabağ probleminin sülh yolu ilə həll olunacağına inanıram. Bu səbəbdən də burada güman səsləndirməyim mümkün deyil.

- Rusiyanın cənub sərhədlərində yerləşən müstəqil türk dövlətləri və Rusiya Federasiyası daxilində yerləşən türkdilli respublikaların gündən-günə böyüyərək güclənməsi, Moskvanı Türkiyə və digər türkdilli ölkələrlə daha mehriban davranmağa məcbur edə bilərmi? Bəlkə Putin bunları anladığı üçün türklərlə yaxından əlaqələr qurmağa məcbur olur?..

- İndiki məqamda Rusiya dövləti çox güclüdür. Putin isə hər zaman dövlət maraqlarını qoruduğunu açıq-aşkar dilə gətirir. Bu səbəbdən də Rusiya Federasiyası daxilindəki türkdilli respublikalardan hansısa məsələdə sui-istifadə edilməsi mümkün görünmür. Məncə Rusiya türkləri qalmaqallı məsələlər istisna olmaqla əlaqələrin inkişafında vacib rol oynaya bilərlər. Həm də bu əlaqələr nə qədər çox inkişaf edərsə, hər iki dövlət nə qədər çox problemi dilə gətirərsə, maraqların nə olduğunu açıq-aşkar ortaya qoyarsa və bütün bunları müzakirə edərsə, bir o qədər faydasından yararlanarlar.

- İndiki qarmaqarışıq siyasi münasibətlər prizmasından baxtdğımızda, məsələn, 2023-cü ildə - Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü olacaq – Rusiya – Türkiyə, Rusiya – Azərbaycan və bu ölkələrin əlaqələri fonunda ABŞ – Türkiyə və ABŞ – Azərbaycan münasibətlərini necə şərh etmək olar?

- Mənə görə, ABŞ üçüncü tərəf olaraq çoxdan Cənubi Qafqazda yerləşib. Bölgənin siyasi aktyorları bəyənsə də, bəyənməsə də, bu belədir. Fikrimcə daha 5-10 il ərzində ABŞ indiki şəkildə bölgəyə yerləşməyə davam edərsə, burada real gündəmi də Vaşinqton təyin edəcək. Qalan ölkələr isə gündəmə uyğun addım atacaqlar. Rusiya və Türkiyə artıq burada, necə deyərlər, ABŞ-la birlikdə yaşamağa alışmalıdır. Sizin sualınıza cavab olaraq da, bayaq dediyim kimi, hadisələr ABŞ-ın yaratdığı gündəmə görə dəyişəcək. Əgər ABŞ isətəsə ki, burada sabitlik olsun, olacaq, yox istəmədi, hətta Suriya və İranla münasibətlərinin bənzərinin yaranması da mümkündür. Ən vacibi odur ki, ABŞ bölgə ölkələrindən daha çox, Rusiya və digər böyük dövlətlərlə oynayacağı şahmatın gedişindən asılı olaraq burada siyasi gündəmi yaradacaq.

Vüsal Tağıbəyli
Rusiyada MSK sədrinə hücum edildiRusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın evinə hücum olub.

Axar.az xəbə verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, insident MSK sədrinin Moskva vilayətinin İstra şəhərindəki evində baş verib.

“Şübhəli şəxs pəncərədən evə daxil olaraq əlindəki elektroşokla ev sahibəsinə zərbə endirib və daha sonra yoxa çıxıb”, - məlumatda bildirilib.

Faktla bağlı araşdırma aparılır.
AŞPA prezidenti Azərbaycana gəlirAvropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskie Azərbaycana səfər edəcək.

Report xəbər verir ki, səfər sentyabrın 11-12-si tarixlərində baş tutacaq.

Səfərdə məqsəd Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçiriləcək “Bizim hüquqlarımız, bizim azadlığımız, bizim Avropa“ adlı konfransda iştirak etməkdir.