ABŞ-da gəmi yanğını: 30 ölü
ABŞ-ın Kaliforniya ştatında gəmidə yanğın baş verməsi nəticəsində ən azı 30 nəfər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə CNN informasiya yayıb.

Məlumata görə, hadisə Kaliforniya sahillərində, Santa-Kruz adasından şimalda baş verib. Gəminin göyərtəsində 34 sərnişin olub.

Yanğının səbəbi barədə hələlik heç bir məlumat verilməyib. Hazırda gəmidə xilasetmə əməliyyatı aparılır.
Aşurada özünə xəsarət yetirənlərə cinayət işi açıla bilər
Sentyabrın 1-dən Azərbaycanda Məhərrəmlik ayı başlayıb. Məhrrəm ayının 10-cu günü, Aşura sentyabrın 10-a təsadüf edir.

Bu ay boyunca bəzi insanlar sinə, zəncir vurmağı, qan çıxarmağı vacib əməl kimi qiymətləndirirlər. Məscidlərdə zəncir vuran, özünə xəsarət yetirən insanların az-çox şahidi oluruq. Bu əməllər isə birmənalı qarşılanmır.

Bəs bədənə bu cür xəsarətlərin yetirilməsi nə dərəcədə doğrudur, ümumiyyətlə bu hərəkət ay üçün mütləq haldırmı? Hüquqi baxımdan özünə xəsarət yetirmək cinayət əməli sayıla bilərmi?

Mövzu ilə bağlı İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli Modern.az-a danışıb.

Din xadimi bildirir ki, artıq 10 ildir ki, Məhərrəmlikdə özünə xəsarət yetirməklə bağlı Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) qadağa qoyub:

“Bu qadağa da birbaşa olaraq inkişaf səviyyəsinin göstəricisidir. Bu gün qan çıxarmaq əvəzinə QMİ olaraq biz talassemiya, hemofiliya xəstəliyindən əziyyət çəkən qan azlığı olan uşaqlara qan veririrk. İmam Hüseynin şüarlarından da biri bu idi ki, bir insana qan, həyat vermək bəşəriyyətə can vermək, bir insanı öldürmək bütün bəşəriyyəti öldürmək kimidir. Bu anlamda biz məhz Aşura günü qanvermə keçiririk. Biz insanlar arasında da maarifləndirmə işləri apararaq, onları qanvermə aksiyasına çağırırıq. Bu aksiyada qan verən insanlar da artıq Azərbaycan əsgəri olur, millətə xidmət edirlər”.

Hacı Surxay deyir ki, qanvermə akiyası yalnız Bakıda yox, eyni zamanda bölgələrdə, rayonlarda da həyata keçirilir:

“Məhərrəmlik ayı boyunca qan çıxarmaq, özünə xəsarət yetirmək də artıq bu yolla aradan itir. Bütün dünya da görür ki, Azərbaycan tolerantdır və ənənə, dəyərlər hər zaman qorunur. Şeyx həzrətləri hər zaman Məhərrəmlik ayı öncəsi toplantı edir, Elmi-Dini Şura, Qazılər Şurası toplanır və bütün axundlara bu barədə göstərişlər verilir. Biz bir qayda olaraq bölgələrdəki din xadimləri ilə saxlayırıq. Onları da qanvermə akiyasına cəlb edir, özünə xəsarət yetirmədən qaçındırırıq”.

Konstitusiya Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev bildirir ki, özünə xəsarət yetirməyə görə faktla bağlı cinayət işi qaldırıla bilər.

“Cinayət işi açılsa belə, həmin şəxsə qarşı hər hansı bir cəza tətbiq edilmir və məsələyə xitam verilir. Çünki subyekt özü-özünə xəsarət yetirir. Dini baxımdan yanaşsaq, heç bir dində də özünə xəsarət düzgün hal hesab eilmir. Ümumiyyətlə, ictimai yerlərdə özünə ziyan yetirmək qadağan olunmalıdır. Çünki bu hal ətrafdakı insanlarda da həvəs yaradır və ümumi vəziyyəti gərginləşdirir. Gələcəkdə ictimai yerlərdə bu cür halların məhdudlaşdırılması kimi qanunun qəbul edilməsi gözlənilə bilər”.

"Silahlı fədai” Əli Kərimlinin adamı çıxdı - Şok faktlarF.Muradov AXC-Müsavat iqtidarı dövründə ölkədə müxtəlif silahlı dəstələrdən birinin rəhbəri olmuş “qazaxlı Alik” kimi tanınan Alik Muradovun oğudur

AXCP sədri Əli Kərimlinin özünü “fədai” kimi təqdim edən Fuad Muradov adlı şəxsin silahlı fotosunu hakimiyətə qarşı “silahlı dəstə” ittihamına çevirməsi, ardınca Prezidentin köməkçisi Əli Həsənovun bu ittihama cavabı bəzi sualları gündəmə gətirdi: Fuad Muradov adlı şəxs kimdir? Bu şəxs əslində kimə yaxındır: hakimiyyətə, yoxsa hakimiyyəti ittiham edən Əli Kərimliyə?

Əli Kərimli iddia edir ki, “Hökumətin əli silahlı yandaşı, Fuad Muradov adlı şəxs AXCP funksioneri Nicat Abdullazadəni ölümlə hədələyib, evinə basqın edəcəyini bildirib”.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu ittihama cavabında bəyan etdi ki, “...Silahlı dəstələr yaratmaq, insanları silahla hədələmək, onların evlərinə basqın etmək, itaət etməyənləri döyüb avtomobilin yük yerinə salmaq və digər bu kimi hüquqazidd əməllər Əli Kərimlinin dövlət müşaviri olduğu AXC-Müsavat hakimiyyətinin üsul-idarəsi üçün xarakterik hallar olub... Bugünkü Azərbaycan hüquqi dövlətdir, burada heç bir cinayətkar cəzasız qalmır, günahı olmayan da cəza almır. Dövlətin hansısa “fədailər qrupu”na və digər bu kimi qeyri-qanuni dəstələrə ehtiyacı yoxdur, onun asayişi yaradan, qanunlara əməl olunmasını təmin edən hüquq-mühafizə sistemi və ədaləti bərpa edən məhkəməsi var”.

AXC-Müsavat iqtidarı ilə mövcud iqtidarın fəaliyyəti arasında müqayisəli təhlil Əli Kərimlinin iddialarının sırf siyasi ambisiyalara hesablanmış olduğunu təsdiqləyir. Çünki məhz 1993-cü ildən sonra Azərbaycanda heç bir silahlı dəstə mövcud olmayıb, əksinə AXC-Müsavat dövrünün silahlı dəstələrinin ləğv edilməsi üçün dövlət kifayət qədər enerji sərf edib. Əli Kərimlinin hansısa profildəki silahlı fotonu hakimiyyətə qarşı kampaniyaya çevirmək cəhdi də “siyasi bloqerlik” faliyyətindən başqa bir şey deyil.

“Fuad Muradov adlı şəxs kimdir? Bu şəxs əslində kimə yaxındır: hakimiyyətə, yoxsa hakimiyyəti ittiham edən Əli Kərimliyə?” sualları üzərində apardığımız kiçik araşdırma isə maraqlı nüansları ortaya çıxardı.

Birincisi, özünü “Milli fədailər qrupu”nun rəhbəri kimi təqdim edən F.Muradov müraciət yaydı. Bildirdi ki, onun silahlı fotosu 2015-ci ilə aiddir və bu fotoya görə hüquq-mühafizə orqanlarına izahat verib. Bu bir daha təsdiqləyir ki, Əli Kərimli yenə də köhnə fotolara istinadən iddialar irəli sürür.

İkincisi, F.Muradov AXC-Müsavat iqtidarı dövründə ölkədə müxtəlif silahlı dəstələrdən birinin rəhbəri olmuş “qazaxlı Alik” kimi tanınan Alik Muradovun oğudur. “Qazaxlı Alik”in silahlı dəstəsi digər silahlı dəstlər kimi Əli Kərimlinin dövlət katibi olduğu və hər əlinə silah alanın dövləti idarə etmək iddiasına düşdüyü bir hakimiyyətdə fəaliyyət göstərib. Bu, silahlı adamın cəbhəçinin, hazırki dövrdə ən azından ideoloji olaraq AXCP-yə - Əli Kərimliyə yaxın birinin oğlu olduğunu təsdiqləyir. F.Muradov da sosial şəbəkə profilində atası “Qazaxlı Alik”in yolunu davam etdirdiyini açıq şəkildə ifadə edir.

O zaman sual yaranır: əslində “silahlı dəstə” ilə kim kim təhdid edir, hakimiyyət AXCP-ni, yoxsa AXCP hakimiyyəti?! Əli Kərimli bu məsələyə cavab verməlidir, həmçinin, burada hüquq-mühafizə orqanlarının da araşdırma aparmasına zərurət var.

Əli Kərimli isə iddia edir ki, F.Muradov AXCP funksioneri Nicat Abdullazadəni hədələyib və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət olunub. Əgər bu fakt doğrudursa, hüquq-mühafizə orqanları qanun çərçivəsində ölçü götürəcək. Lakin o da şübhəlidir ki, bu fakt həqiqəti əks etdirirmi? Axı bir cəbhəçinin oğlunun digər cəhbəçini hədələməsinin hakimiyyətə nə aidiyyəti var, yaxud da bu, Əli Kərimlinin hakimiyyəti “silahlı dəstə” yaratmaqda ittiham etməsi və özünü bəlli dairələr qarşısında “təzyiq altında saxlanılan əvəzolunmaz lider” kimi qəbul olunması üçün oynadığı oyunlarından biri deyilmi?! Onun məsələni bu qədər siyasiləşdirməsi belə ehtimalları önə çıxarır.

Bunun fonunda Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimovun bir müddət öncə “İŞİD heç də hər adamın başını kəsmir...İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların başını kəsir...İŞİD adın dindar qoyub, cindarlıqla məşğul olanların başını kəsir....İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib, çıxanların başını kəsir...Və düşünürəm ki, düz də edir...Azərbaycana XOŞ gəlirsən İŞİD...” sözləri ilə terror qruplaşmasının təbliğatını aparması və ölkədə hakimiyyətə qarşı terror çağırışı etməsi yada düşür. İnqilab Kərimov AXCP-nin üzvüdür və hazırda yaşadığı Fransada partiyasının əsas təmsilçisi hesab olunur.

Rəhbəri olduğu partiyasının əsas funksionerlərindən biri, eləcə də doğma əmisi oğlu terrora çağırış edir, AXC-Müsavat hakimiyyətində “silahlı dəstə”lərdən birinin rəhbəri olmuş cəbhəçinin oğlu “Milli fədai qrupu” yaradır və silahla foto çəkdirir, Əli Kərimli isə hakimiyyəti ittiham edir. Bu mənzərə Azərbaycanda silahlı dəstə və terrora hansı siyasi qüvvənin meylli olduğunu da ortaya çıxarır. (teleqraf.com)
Rövşən Məmmədov tanınmış jurnalistə vəzifə verdiAzTV- nin ABŞ və Mərkəzi Amerika ölkələri üzrə bürosuna yeni təyinatlar olub.

Bakıpost.az xəbər verir ki, bununla bağlı televiziyanın sədr əvəzi Rövşən Məmmədov əmr imzalayıb. Əmrə əsasən həmin büroya tanınmış jurnalist Şaiq Məmmədov rəhbər, Elgün İbrahimov isə operator təyin olunublar.

Xəbəri AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov təsdiqləyib.

Şaiq Məmmədov 2013-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək İctimai Televiziya və Radio Yayımları Şirkətində Baş direktorun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, R.Məmmədov AzTV rəhbər kimi çalışdıqdan sonra kanalın simasında xeyli dəyişikliklər edib, ciddi kadr islahatları aparıb, yeni layihələrə start verib.
İran üçüncü hücuma hazırlaşır - Zərifin Fransa səfərinin PƏRDƏARXASI İran Hərtərəfli Birgə Fəaliyyyət Planı çərçivəsindəki öhdəliklərini azaltmanın üçüncü mərhələsini tətbiq etməyə hazırdır.

Publika.az İRNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi deyib.

Musəvi bildirib ki, ABŞ və Avropa İttifaqı ilə İran arasındakı diplomatik danışıqlar nəticə verərsə, rəsmi Tehran bu addımlardan geri çəkilə bilər.

“İranın diplomatiyası əlaqələr, dialoq və qarşı tərəflərin nüvə razılaşması öhdəliklərini yerinə yetirmək istiqamətində verdiyi fürsətlə yanaşı razılaşmadakı öhdəliklərini azaltmanın üçüncü addımını planlaşdırıb və bunu tətbiq etməyə hazırdır” – Musəvi vurğulayıb.

İran və Fransa prezidentlərinin telefon danışıqları, Xarici İşlər nazirinin müavini Abbas İraqçının bu gün Parisə gerçəkləşdirəcəyi səfər və Xarici işlər naziri Məhəmməd Cavad Zərifin 3 gün içində Fransaya rəsmi səfərinə aydınlıq gətirən mətbuat katibi bildirib ki, bütün bu addımlar nüvə sazişinin xilası üçündür: “İranın bütün bu diplomatik cəhdlərinə qarşı nəticə əldə etməmək və Avropa İttifaqının lazımi iradəyə sahib olmaması və ya olduğu halda öhdəliklərini yerinə yetirmək gücünə sahib olmaması anlaşılan zaman üçüncü addımımızı atacağıq. Bu addım əvvəlkilərdən daha sərt olacaq”.

Qeyd edək ki, ABŞ 8 may 2018-ci ildə Hərtərəfli Birgə Fəaliyyyət Planından təktərəfli qaydada çıxıb və İrana sanksiya tətbiq etməyə başlayıb. Bundan sonra nüvə sazişinin taleyi təhlükə altında qalıb.
Minsk qrupunun işi ilə bağlı nikbinəm - ATƏT-in sədri"Mən Minsk qrupu həmsədrlərinə tam dəstək göstərirəm"

Mən Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azaldılması istiqamətində vicdanlı cəhdlərin davam etdirməsini görmək istərdim.

Bunu özəl olaraq Trend-ə Slovakiyanın Xarici işlər naziri və ATƏT-in hazırki sədri Miroslav Layçak deyib.

M.Layçak qeyd edib: "ATƏT-in Minsk qrupunun işi ilə bağlı nikbinliyimi qoruyub saxlayıram, həmsədrlərin danışıqlar prosesində irəliləyiş əldə edilməsi ilə bağlı qiymətləndirmələrini öyrənmək məqsədilə onlarla daim fəal ünsiyyətdəyəm. Mən Minsk qrupu həmsədrlərinə tam dəstək göstərirəm və biz əvvəlki kimi bu prosesi, liderlərin atəşkəs rejiminin möhkəmləndirilməsinə sadiq qalmalarını, humanitar sahədə tədbirlər görülməsini pozitiv qiymətləndiririk.

Mən Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azaldılması, sülhə və danışıqlarda mövcud olan irəliləyişə müsbət təsir edəcək mühitin yaradılması istiqamətində vicdanlı cəhdlərinin davam etdirməsini görmək istərdim. Dialoq istənilən irəliləyiş üçün ən mühüm ön şərtdir".
Generalın qohumunu qətlə yetirən şəxs tutulubBakıda iki gün əvvəl baş verən qətlin üstü açılıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində 35 yaşlı Fərid Məmmədovun qətlə yetirilməsi faktı ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və Prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Həbib Babaverdiyev saxlanılıb.


İlkin məlumata görə, H. Babaverdiyev avtomobil ilə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü F. Məmmədovdan ona yol verməsini istəyib. Bunun üstündə tərəflər arasında mübahisə düşüb və nəticədə H. Babaverdiyev Fərid Məmmədovu ürək nahiyəsindən bıçaqlayıb.

Xatırladaq ki, F.Məmmədovun qətlə yetirilməsi ilə bağlı ilk xəbəri APA yayıb.

Qeyd edək ki, qətlə yetirilən F.Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğludur.
Vilayət Eyvazovdan yeni rəis - TəyinatıDaxili işlər orqanlarında növbəti təyinat olub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Ayxan Bağırov Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisi təyin edilib.

Sözügedən təyinatı Yasamal RPİ-nin 29-cu PŞ-dən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, bir ay öncə Yasamal RPİ-nin 29-cu PŞ-nin keçmiş rəisi, polis polkovnik-leytenantı Rahid Nağıyev işdən azad edilərək yeni yaradılan Xəzər RPİ-nin Binə Polis Bölməsinin rəisi təyin olunub./Unikal.org/
İran Avropaya vaxt verdiAvropa ölçü götürməsə, İran nüvə sazişinə dair öhdəliklərindən imtina edə bilər.

RİA Novosti xəbər verir ki, bunu İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

"Əgər avropalılar heç bir addım atmasalar, Tehran nüvə razılaşmasına dair öhdəliklərinin azaldılması ilə bağlı üçüncü addımı haqda xəbər verəcək", - deyə diplomat vurğulayıb.

Hələlik cavab addımlarının mahiyyəti haqda məlumat verilməyib. Bu, sentyabrın 5-də məlum olacaq.
Tibb fakültəsinin tələbəsindən DƏHŞƏTLİ ƏMƏL - Özünü güllələdi Türkiyədə tələbə oğlan özünü öldürüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Doğanyurtun Düzağac kəndində Qaradəniz Texniki Universitetinin Tibb fakültəsinin tələbəsi Sezer.S intihar edib. O, yaşadığı evdə ov tüfəngi ilə özünü güllələyib.

Faktla bağlı araşdırma aparılır.

Gənc oğlanın hadisəni depressiv vəziyyətdə törətdiyi bildirilir.