Şok: Fətullah Gülən ölüm ayağında...Türkiyənin tanınmış ictimai xadimi "Sisi" ləqəbli Seyhan Soylu FETÖ lideri Fətullah Gülənin ölüm ayağında olduğunu iddia edib.

Axar.az xəbər verir ki, bu barədə danışan Soylu hər 15 iyul günü Pensilvaniyada yerləşən Fətullah Gülənin malikanəsinin önünə gedərək etiraz aksiyası keçirdiyini bildirib.

Sonuncu dəfə malikanənin önünə getdiyi zaman qəribə durumla qarşılaşıb. Belə ki, o, Pensilvaniya Universitet Xəstəxanasının önündən keçərkən başı örtülü dua edərək ağlayan qadınları gördüyünü, ancaq buna elə də məhəl qoymadığını söyləyib. Daha sonra özü xəstəxanaya gedərək FETÖ başçısının yataq xəstəsi olduğunun şahidi olduğunu bildirib.

Qeyd edək ki, daha öncə də F.Gülənin öldüyü barədə xəbərlər yayılmışdı.
Cüdoçumuz Azərbaycana doqquzuncu qızılı qazandırdıBakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycan doqquzuncu qızıl medalını qazanıb.

Cüdoçu Turan Bayramov (-60 kq) finalda rusiyalı idmançını “qızıl xal”da məğlub edib. Bununla da Azərbaycan güləşdən sonra cüdoda da qızıl medal qazanıb.

Həmçinin Şükran Zamanlı (-55 kq) və Gülşən Bəşirova (-44 kq) bürünc medal uğrunda görüşlərdən qalib ayrılıblar.

Bu nəticə ilə Azərbaycan medal sıralamasında II yerdədir. 19 medal (doqquz qızıl, beş gümüş, beş bürünc) qazanmış Azərbaycan yalnız gümüş sayında Rusiyadan geri qalır. Belə ki, 27 medal (9 qızıl, 7 gümüş, 11 bürünc) əldə etmiş şimal qonşumuz siyahıda liderdir.
Rusiya Azərbaycanlıları Platformun Bakıda tanıtım tədbiri keçirilib - FOTOLARRusiya Azərbaycanlıları Platformun Bakıda tanıtım tədbiri keçirilib.

Tədbirdən öncə, Rusiya Azərbaycanlıları Platformun rəhbəri Ceyhun Əliyev, “DETEKTİV Lyuks” redaksiya heyəti və digər qonaqlar Şəhidlər Xiyabanını, sonra isə Ulu Öndər Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Tədbir dəyirmi masa ətrafına təşkil olunub. Tədbiri “DETEKTİV Lyuks” qəzeti və detektininfo.com saytının hüquqşunansı və redaktoru Gülbəniz Məhərrəmqızı açıq elan edib və günün müzakirə olunacaq məsələlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Tədbir Azərbaycan Respublikasının himni ilə açılıb. Tədbirdə Rusiya Azərbaycanlıları Platformun rəhbəri Ceyhun Əliyev, Respublikanın Xalq artisti Flora Kərimova, Vəkillər Kollegiyasının üzvü, Sosial Hüquqların Araşdırılması İçtimai Birliyin təsisçisi və sədr müavini Adəm Məmmədov, Azərbaycandakı Platformun sədri Mehriban Paşayeva və başqa ziyalılar, içtimai xadimlər, habelə Qarabağ qaziləri, ehtiyatda olan polkovniklər, bəstəkarlar, şairlər, jurnalistlər, müğənillər və idmançılar iştirak ediblər.
Rusiya Azərbaycanlıları Platformun Bakıda tanıtım tədbiri keçirilib - FOTOLAR
Ceyhun Əliyevin çıxışından sonra bütün iştirakçılar Platformun haqqında fikirlərini söyləyiblər. Onu da qeyd ediblər ki, Platformun yaradılması labüd bir faktordur.

Flora Kərimova çıxış edib və öz xeyir-duasını verib. Tədbirin iştirakşısı Əməkdar İncəsənət xadimi, dosent Nailə Mirməmmədli çıxış edib bu Platformun yaradılmasına sevindiyi bildirib və Platformun himnini birinci Qurultaya qədər bəstələməyi özünə borc bildiyini vurğulayıb.
Rusiya Azərbaycanlıları Platformun Bakıda tanıtım tədbiri keçirilib - FOTOLAR
Daha sonra Platformun Azərbaycandakı sədri Mehriban xanım Paşayeva çıxış etdərək görəcəyi işlərdən danışıb. Bu işlərin nə qədər ciddi və məsuliyyətli olduğunu atdığımız addımın mühüm olduğunu qeyd edib, çünki bu yol Ulu Öndər Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin yürütdüyü siyasətdir. Hər atdığımız addım dediyim söz, gördüyümüz işlərdə böyük məsuliyyət daşıdığımızı bildirib.
Rusiya Azərbaycanlıları Platformun Bakıda tanıtım tədbiri keçirilib - FOTOLAR
Növbəti çıxışı Filalogiya üzrə fəlsəfə doktoru, jurnalist Anar Vəziroğlu edib. O çıxışında bildirib ki, biz işlərimizi sözdə yox, əməldə göstərməliyik. Getdiyimiz yol çox müqəddəs bir yoldur, bu yolda büdrəməyə belə haqqımız yoxdur.
Rusiya Azərbaycanlıları Platformun Bakıda tanıtım tədbiri keçirilib - FOTOLAR
Növbəti çıxışı “DETEKTİV Lyuks” qəzeti və detektininfo.com saytının baş redaktoru Vüqar Qaziyev edib. O Platformun yaranmasını Azərbaycanı daha geniş dünya auditoriyasında tanınması üçün daha bir prioritet olduğunu vurğulayıb. Öz növbəsində Platformun Rusiya numayəndəsi olmaqla daha böyük məsuliyyət daşıdığını vurğulayıb.

Yekunda bütün iştirakçılar tək-tək ayrılıqda Platforma öz xeyir dualarını veriblər və Platformun işinin daha səmərəli fəaliyyəti üçün bütün səy və bacarıqlarını əsigəlməyəcəklərini bildiriblər.

Tədbir 4-saat davam edib məhsuldar və qənayətbəxşlə keçirilməklə Baba Vəziroğlunun sözlərinə yazılmış, bəstəsi Nayilə Mirməmmədliyə aid olan “APREL ŞƏHİDLƏRİ” mahnısı ilə bağlanıb.
Zərərçəkmişlər 1-ci vitse-prezidentə təşəkkür etdilərXəbər verdiyimiz kimi “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun qanunsuz əməllərindən zərəçəkən 15 ailə iki ilə yaxındır davam edən məhkəmə prosesi ərəfəsində-iyulun 21-i və iyulun 23-də Prezident İlham Əliyevə və 1-ci Vitse-prezident Mehriban xanım Əliyevaya onların işlərini nəzarətə götürməsi ilə bağlı müraciət ünvanlamışdırlar.

Ötən gün İsfəndiyar Axundovun Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən verdiyi şikayətə Ali Məhkəmənin hakimi Vəfaddin İbayev sədriliyi ilə baxılıb və əvvəlki instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Beləliklə,“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun bütün qanunsuz cəhdləri iflasa uğramış olub.

“Şərur” MTK-ya qarşı mükü hüquqları təmin olunan zərərçəkmiş ailələr Kanal32.info saytı vasitəsi ilə onların işlərini xüsusi nəzarətə götürdüyünə görə 1-ci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Müraciətdə deyilir:

Çox hörmətli Mehriban xanım Əliyeva!

İki ilə yaxın “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun özbaşına və qanun əməllərindən əziyyət çəkmişik. Uzünmüddətli məhkəmə çəkişmələrinindən sonra nəhayət ki, Sizin nəzarətiniz sayəsində Ali Məhkəmədə gedən son proses də bizim xeyrimizə nəticələndi. Baxmayaraq ki, cavabdeh tərəf kimi sahibkar İsfəndiyar Axundov müxtəlif yollara öz təzyiqlərinə ara vermirdi. Amma, 23 iyul 2019-cu il tarixdə keçirilən məhkəmə prosesində ədalətin zəfər çalması həm də onu göstərdi ki, Siz hər zaman haqqı tapdananların yanındasınız və məmur özbaşınalığına qarşı barışmaz mövqedəsiniz. Üzləşdiyimiz xeyli sayda qanun pozuntularına rəğmən biz hər zaman dövlətini, dövlətçiliyini və rəhbərini sevən insanlar olaraq hörmətli Prezidentimizə və Sizə inandıq. Bu inamın sayəsində də məhz sona kimi haqq mübarizəmizi apardıq.

Çox hörmətli Mehriban xanım Əliyeva!

Biz bütün ailə üzvlərimizlə birgə sevincimizi Sizinlə bölüşməklə yanaşı, hər birimizin adından Sizə xüsusi təşəkkürümüzü bildiririk. Həmçinin,hörmətli Prezidentimizin apardığı məqsədyönlü siyasət çərçivəsində Sizə xalqımızın gələcək rifahı yolundakı yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq. Tanrı Sizi qorusun!

Hörmətlə, zərəçəkən Bakı şəhər sakinləri:

Müzəffər Məmmədli

Mahir Abbasov

Alim Səfərov

İlqar Abbasov

Zəfər Əliyev

Maral Şirinbəyova

Seyranə Abbasova

Vidadi İsgəndərov

Nailə Aslanova

Mahir Abasov

Zibeydə Talıbova

Qulamhüseyn Əliyev

Anar Abıyev

Mafisəd Cəfərov

Kanal32.info
Gülnarənin Bakıda məşhur hoteldə ağlasığmaz intim oyunları – ŞOK FAKTLARBakıda oteldə qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Gülnarə Məmmədovanın (ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Avrasiya.net teleqraf.com-a istinadən xəbər verir ki, Gülnarə Məmmədova 2015-ci ilin avqustun əvvəllərində fahişəliklə məşğul olan Sevil Babayevanın Binəqədi rayonunda yerləşən “İron” otelində şəxsiyyəti istintaqa məlum olmayan Azər adlı müştəri ilə cinsi əlaqədə olmasını təşkil edib.

Bunun müqabilində o, Azərdən fahişəliklə məşğul olan qadına verilməsi üçün 200 ABŞ dolları, özünə gəlir olaraq 100 ABŞ dolları alıb.

Gülnarə Məmmədovanın “Hyundai IX35″ markalı avtomobilinə Səməd Qasımov servis xidməti göstərib.

Bunun müqabilində Gülnarə Məmmədova Səməd Qasımovu fahişəliklə məşğul olan Tamara Vəliyeva ilə sonuncunun kirayə yaşadığı Nərimanov rayonunda yerləşən mənzilində görüşdürüb.

İstintaq orqanı tərəfindən Gülnarə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Gülnarə Məmmədova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində heç kimi fahişəliyə məcbur etmədiyini deyib.

Zərərçəkmiş şəxs qismində ifadə verən Tamara Vəliyevanın sözlərinə görə, Gülnarə Məmmədovanın təhriki ilə 2016-cı ilin sentyabrın sonlarında Osman və Turqay adlı şəxslərlə “Hyatt Recensy” otelinə gedib, həmin şəxslərin hər ikisi ilə cinsi əlaqədə olmağa məcbur olub:

“Daha sonra isə 2017-ci il martın sonlarında Gülnarənin avtomobilini təmənnasız təmir etmiş və bir dəfə də avtomobilinin yağını dəyişmiş Səməd adlı şəxslə Gülnarənin təhriki ilə cinsi əlaqədə olmuşam. Gülnarə məni inandırdı ki, Səmədlə cinsi əlaqədə ol, bununla da Səməd mənim də maddi ehtiyaclarımı ödəyəcək, həm də özü Səmədin qarşısında borclu qalmaz”.

Tamara Vəliyeva ilə intim əlaqədə olan Səməd cinayət işi üzrə şahid qismində ifadə verib. O bildirib ki, Gülnarənin avtomobilinin təmir və yağdəyişmə xərclərini ödəyib:

“Gülnarənin avtomobilini təmir etdirdikdən sonra mənə bir yolla bunun əvəzini çıxacağını bildirdi. Tamara mənimlə cinsi əlaqədə olmaq üçün təşkil etdiyi ilk qadın idi. Gülnarənin Tamaraya hədə-qorxu gəlməsindən məlumatım yoxdur. Lakin onu bilirdim ki, Tamara intim əlaqədə olmağa əvvəlcə razılaşmırdı, sonradan isə mənimlə cinsi əlaqədə olmağa razılıq verdi.

Tamaradan xoşum gəldiyi üçün sonuncuya əlavə olaraq 200 manat pul verəcəyimi bildirmişdim. Lakin həmin vaxt pulum olmadığına görə ona pul vermədən getdim”.

Cinayət işi üzrə ifadə verən digər zərərçəkmiş Sevil Babayeva bildirib ki, 2015-ci ilin avqustun əvvəllərində Gülnarə ilə Səbail rayonu “İçərişəhər” metrostansiyasının yaxınlığında görüşüb:

“Həmin vaxt biz birlikdə həmin ərazidə yerləşən restoranda Gülnarənin dostları Azər və Turalla birlikdə nahar etdik. Gülnarə təklikdə Azərin məni bəyəndiyini, mənimlə cinsi əlaqədə olmaq istədiyini və buna görə 300 ABŞ dolları verəcəyini bildirdi. Mən əvvəl razı olmadım. Lakin Gülnarə mənə özünün də Turalla cinsi əlaqədə olacağını dedi. Bundan sonra razılaşdım.

Həmin gecə Azər mənimlə cinsi əlaqədə oldu və masanın üzərinə 300 ABŞ dolları pul qoyaraq getdi. Gülnarə həmin pulu götürdü, 100 ABŞ dollarını özündə saxladı, 200 dollarını mənə verdi. Bildirdi ki, Azər onun tanışı olduğundan və Azərlə mənim cinsi əlaqədə olmağımı təşkil etdiyindən 100 ABŞ dollarını özünə götürür”.

Nərimanov rayon Məhkəməsinin hökmü ilə Gülnarə Məmmədova 1 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasının əvvəli 2018-ci il oktyabrın 30-dan hesablanması barədə hökm elan edilib.

Hökmdən narazı qalan Gülnarə Məmmədova apelyasiya şikayəti verib. O, günahsız olduğunu, zərərçəkmişlərə hədə-qorxu gəlmədiyini, onların özləri könüllü müştərilərlə cinsi əlaqədə olduqlarını göstərib.

Gülnarə Məmmədova barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Gülnarə Məmmədovanın şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Gülnarə Məmmədova kasasiya şikayəti verib. O, barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Gülnarə Məmmədovanın kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar açıqlanıb.

Gülnarə Məmmədovanın kasasiya şikayəti təmin olunmayıb.
Qafqazın ən güclü ordusu... – Yeni reytinq“Qlobal Atəş Gücü” dünya ordularının yeni reytinq cədvəlini tərtib edib.

Axar.az xəbər verir ki, yeni reytinq cədvəlində ilk pilləni ənənəvi olaraq ABŞ tutub. Ümumilikdə reytinq cədvəlinin ilk beşliyi dəyişməz olaraq qalıb. Bu pillələri Rusiya, Çin, Hindistan və Fransa bölüşüb.

İlk onluğa Yaponiya, Cənubi Koreya, Britaniya, Türkiyə və Almaniya düşüb.

Bu siyahıda Yaponiya reytinq cədvəlində mövqeyini yaxşılaşdırıb, Britaniya isə mövqe itkisinə məruz qalıb.

Azərbaycanın qonşusu İran siyahıda 14-cü pillədə özünə yer edib. Azərbaycanın strateji tərəfdaşlarından olan İsrail isə 17-ci pillədə qərarlaşıb.

Azərbaycan ordusu reytinq cədvəlində 52-ci pillədə yerini möhkəmləndirib. Bununla Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ilk pilləni tutub. Qafqazdakı qonşularımız olan Gürcüstan və Ermənistan isə müvafiq olaraq 85 və 96-ci yerdədirlər.
Aktyor etiraz etdi: Dərhal şəklimi çəkib, cərimələdilərTanınmış aktyor-şoumen Elcan Rəsulov Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən haqsız cərimə edildiyini iddia edərək, qurumun qərarına etirazını bildirib.

E.Rəsulov Feysbuk hesabında agentliyin kamerasının avtomobildən düşərkən onun şəkilini çəkdiyini qeyd edib:

"Maşından düşən yerdə BNA-nın kameraları şəklimi çəkib. İş orasıdır ki, sonra fikrimi dəyişib, yenidən oturmuşam maşına. Elə otura-otura gördüm mesaj gəldi ki, 20 AZN cərimə olundunuz".
Dənizdə 3 nəfərin meyiti axtarılırBu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 3 nəfərin batması barədə məlumat daxil olub.

Avrasiya.net nazirliyə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.
Novxanı çimərliyində 12 yaşlı yeniyetmə boğuldu - VİDEOXəzər dənizində 12 yaşlı yeniyetmə batıb.

Avrasiya.net-in "Report"a istinadən məlumatına görə, hadisə Abşeron rayonundakı Novxanı çimərliyində qeydə alınıb.

Belə ki, valideyn nəzarətindən yayınan 2007-ci il təvəllüdlü Bayram Kərimli qadağan olunmuş ərazidə çimərkən boğulub.

Ətrafdakı insanlar onun meyitini sudan çıxarıb.

Faktla bağlı araşdırma aparılır.
Fəxrəddin Muxtarov Ukrayna parlamentinə deputat seçilməyib - AÇIQLAMAİyulun 21-də Ukraynada növbədənkənar parlament seçkiləri keçirilib.

Həmin ərəfədə azərbaycanlı Fəxrəddin Muxtarovun Ukrayna Ali Radasının deputatı seçilməsi barədə mətbuat səhifələrində xəbərlər də tirajlandı. Lakin azərbaycanlı deputatın Ali Radaya deputat seçilmədiyi bildirildi.

Maraqlıdır, əslində həmyerlimiz Fəxrəddin Muxtarovla bağlı reallıq nədən ibarətdir?

Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev Modern.az-a açıqlamasında Fəxrəddin Muxtarov barəsində yayılan xəbərlərə aydınlıq gətirib:

“İyulun 21-i Ali Radaya seçkilər keçirildi. Nəzərə alsaq ki, protokolların bir hissəsi sayılmışdı, ancaq iyulun 22-si səhər saat 12-yə qədər reytinqdə Fəxrəddin Muxtarovun səs faizləri daha çox idi. Həm Exit-pollar, həm də protokollar Muxtarovun 4 % səslə irəlidə olduğunu göstərirdi. Ancaq günortadan başlayaraq müəyyən dəyişikliklər baş verdi. Get-gedə Muxtarovun səs faizləri azlamağa başladı”.

Rövşən Tağıyev Muxtarova qarşı aparılan çirkin kampaniyanın mövcudluğundan da söz açıb:

“Onu da deyim ki, son vaxtlar Muxtarova qarşı çox çirkin kampaniya aparılırdı. Hətta ortada din söhbəti də edilirdi. Kilsənin üzərində plakatlarda Muxtarovun müsəlman olması ilə bağlı sözlər də yazmışdılar. Ən vacib məsələlərdən biri odur ki, guya kiçik kənddə Fəxrəddin Muxtarova 7 səs verilib. Hansı ki, on minlərlə insan çıxış edərək Muxtarova səs verdiklərini deyib. Real stuasiya verilən rəqəmlərdən fərqlidir.

Fəxrəddin Muxtarov 9 ilin içində 2 dəfə deputat olub. Bundan əvvəl Dnepr vilayəti və Poltova vilayətinin deputatı olub. Həm Azərbaycan diasporu, həm də əhali arasında böyük nüfuzu var. Real olaraq böyük işlər görüb. Hər bir kənddə, hər bir rayonda klublar, məktəblər, uşaq bağçaları, idman zallarının təmirində, tikintisində iştirak edib. Fəxrəddin Muxtarov hər bir insanın problemini tək-tək dinləyən insandır. Bunu hər adam bacarmır”.

Assambleya sədri azərbaycanlı namizədin deputat seçilməsi üçün çalışdıqlarını da qeyd edib:

“Hələ məsələ yekunlaşmayıb. Müəyyən sahələr var ki, orada səslər hesablanmayıb. Bu məsələ bizim nəzarətimizdədir. Dövlət orqanlarına müraciət etmişəm. Çalışacağıq ki, məhkəmə vasitəsilə həmin bölgədə yenidən parlament seçkiləri keçirilsin.


Yüz faiz əminik ki, Fəxrəddin Muxtarovun səsləri o bölgədə namizdəliyini verənlərdən daha çoxdur. Hesab edirəm ki, azərbaycanlı olaraq bu prosesdə fəal olmalıyıq”.