Vilayət Eyvazovdan daha bir təyinatAzərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

Report-un xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Şahid Abdullayev Bərdə Rayon Polis Şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.

O, bu təyinatadək Zaqatala Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi olub.
2 balıqçı adadan xilas edildi - Bayıl qəsəbəsi ərazisindəBakıda iki balıqçı xilas edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 12-də saat 20.40 radələrində “102” Zəng Mərkəzi Xidmətinə Səbail rayonu Bayıl qəsəbəsi ərazisində dənizdə güclü küləyin əsməsi nəticəsində, qayığın aşması və 2 balıqçının adada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Təxirəsalınmaz tədbirlərlə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlib, S. Hənifəzadə və H. Hüseynov xilas edilərək sahilə çıxarılıblar.

Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır. ​
Rustavi-2-dən sonra ukraynalı jurnalist də Putini söydü - VideoUkraynanın "24-cü kanalı"nın jurnalisti Artyom Ovdiyenko Rustavi-2 televiziyasının aparıcısı Georgi Qabuniyaya dəstək məqsədiylə Rusiya Prezidenti Vladimir Putini təhqir edib.

Axar.az xəbər verir ki, Ovdiyenko özünün müraciət videosunu Feysbuk səhifəsində paylaşıb. Müraciətində Putini bir neçə dəfə təhqir edən jurnalist onun Gürcüstan, Ukrayna və Moldovadan uzaq olmasını istəyib. O, Putindən öz ölkəsiylə maraqlanmasını tələb edib.

Qeyd edək ki, Qabuniya bundan öncə Putini canlı efirdə müxtəlif söyüşlərlə təhqir etmişdi. Onun bu addımı etirazlara səbəb olmuş, daha sonra isə Qabuniya 2 aylıq efirdən uzaqlaşdırılmışdı. Rusiya isə Gürcüstana bunun qarşılığında sanksiyalar tətbiq etməkdən imtina etmişdi.
“Milli qurtuluşumuzun banisi”Tarixdə elə nadir simalar olur ki, onlar yalnız zamanın gərgin və təlatümlü məqamlarında meydana çıxır, bütöv bir millətin və ölkənin “ölüm ya olum” dilemması qarşısında qaldığı anlarda ölçüyəgəlməz bir məsuliyyəti öz üzərinə götürməkdən çəkinmirlər. Bu böyük missiyanı şərəflə yerinə yetirir və haqlı olaraq “xilaskar” adını qazanırlar. Belə nadir insanlar ümumdünya tarixində o qədər də çox deyil və Tanrının bizə bəxş etdiyi böyük xoşbəxtlikdir ki, onlardan biri XX əsrdə xalqımızın taleyinə yazılmış dahi şəxsiyyət, dünya şöhrətli fenomenal siyasətçi, bütün türk dünyasının lideri Heydər Əliyev olmuşdur.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının dilbər guşəsi olan Naxçıvan şəhərində dünyaya göz açıb. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.

Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.
1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin ( indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib. 1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.

Aparılan araşdırmalar onu demyə əsas verir ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə yekdilliklə səs alaraq seçilməsi Azərbaycanın ictimai siyasi həyatında yeni bir eranın açılmasının təməlini qoymuşdu. Hələ 1969-cu ildə zati-ailələri Heydər Əliyev birinci dəfə Azərbaycana rəhbər təyin ediləndə ölkə bərbad vəziyyətdə idi. Uzun illər boyu bütün sahələrə sirayət etmiş geriliklər xalqın güzəranına da mənfi təsir göstərmişdi. Qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bilməyən respublika gözdən düşdüyündən mərkəzdən və ittifaq büdcəsindən faydalana bilmirdi. Bitib tükənməz enerjisi, qeyri-adi təşkilatçılıq bacarığı və rəhbərlik məharəti ilə fəaliyyətə başlayan cənab H.Əliyev qısa müddətdə Azərbaycanı tikinti və quruculuq meydanına çevirdi, iqtisadi yüksəliş yoluna çıxardı. Şəxsi nüfuzu və inadkarlığı saysində ittifaq büdcəsindən respublikamıza xeyli vəsait yönəldilməsinə nail oldu. Yorulmaq və dincəlmək bilmədən çalışan, ölkəni kəndbəkənd, şəhərbəşəhər gəzərək yeni obyektlərin bünövrəsini qoyan, fabrik, zavod, istehsal müəssisələri tikdirən, yollar çəkdirib, körpülər, yeni qəsəbələr və yaşayış massivləri saldıran cənab Heydər Əliyev Azərbaycanın simasını büsbütün dəyişdi. Bu dəyişiklik və yeniləşmə təkcə ölkə həyatını və iqtiadiyyatı deyil, xalqın yaşayışını, elmi, mədəni səviyyəsini də əhatə edirdi.
1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən H.Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən H.Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib. H.Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qarbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.

Təqvimdə ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəli idi. Tarixin təkəri azərbaycanın zərərinə fırlanırdı. Qanlı 20 Yanvar faciəsi günlərində Kremlin repressiya maşınından çəkinməyən Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinin qarşısında çıxış edərək bütöv bir millətin şərəf və ləyaqəti ilə oynamış, nahaq qana bais olmuş imperiya millitarizminə və şovinizminə qəzəb və nifrətini yağdırdı. Ali Sovetin 1991-ci il 29 avqust tarixli iclasında çıxış edən Heydər Əliyevin nitqi daha kəskin, prinsipial idi. Ölkədəki siyasi və iqtisadi böhrandan, dövlət hakimiyyətinin tənəzzülündən bəhs edən natiq kommunist diktaturasının süqutundan, 20 Yanvar faciəsinin günahkarlarının cəzalandırılmasının labüdlüyündən danışarkən konkret adlar göstərməkdən çəkinmədi.

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildi və ölkənin müsəqillik və demokratiya yolu ilə inkişafının əsası qoyuldu. Lakin ölkənin bu yolu da kifayət qədər əziyyətli və çətin olmuşdur. Qısa vaxt ərzində baş verən hərbi-siyasi böhran, anarxiya və hakimiyyətsizlik epidemiyası dövlətçiliyi tənəzzülə məhkum etmiş, Azərbaycanın məhv olma təhlükəsini reallaşdırmışdı.

1993-cü ildə Azərbaycanda ictimai-siyasi vəziyyət son dərəcə gərgin idi. Siyasi ehtiraslar səngimək bilmirdi. Qanunlar işləmirdi. Torpaqlarımızın böyük bir hissəsi düşmən tapdığı altında inləyirdi. Əhali aclıq və səfalət içində çabalayırdı. Ölkənin milli sərvətləri hakimiyyətdə təmsil olunmuş mafioz qruplaşmalar tərəfindən talanırdı. Belə bir taleyüklü məqamda insanların gözü Naxçıvana dikilmişdi və Heydər Əliyevin qayıdışı təkcə ölkəni deyi, bütövlükdə Azərbaycan xalqını məhv olmaq təhlükəsindən xilas etdi. Millətin yeganə ümid yeri, xilası və pənahı o idi, və o qayıtdı. Qayıtdı ki, Azərbaycanın oxundan çıxmış sahmanını özünə qaytarsın. Qayıtdı ki, ölkəni vətəndaş müharibəsinin quduz pəncəsindən, etnik separatçılıq meyillərinin fitnəkarlar tərəfindən körüklənməkdə olan ocaqlarından, vətən müharibəsinin şərəfsiz məğlubiyyətindən xilas etsin.

Müstəqilliyimizin və azadlığımızın əsas atributlarından sayılan üçrəngli bayrağımızı dünyanın hər yerində dalğalandırmaq və son nəticədə güclü Azərbaycan dövlətini qurmaq eşqi ilə yaşayan xalqımız özünün zəngin yeraltı, yerüstü sərvətlərinə, yüksək iqtisadi potensialına deyil, məhz dünya düşüncə, fikir tarixində bəşəriyyəti daima düşündürən və xoş arzuları gerçəkləşdirə bilən “həmişəyaşıl”, əbədi amilə- insan faktoruna, başqa sözlə desək, öz ilıq nəfəsilə daima Azərbaycanı günəşləndirən, ona mənəvi ruh, qida verən, müstəqilliyimizin şirinliyini dadmaqda və ona çatmaqda yeganə düzgün yolu göstərə biləcək böyük insan, millətin atası fateh Heydər Əliyevə üz tutdu.

Heydər Əliyev Azərbaycan xalqı naminə Tarix və Tanrı tərəfindən ona ərməğan edilmiş missiyaları yerinə yetirməyi bacardı. 1993-cü ilin iyunun 15-i Azərbaycan tarixinə Qurtuluş günü kimi daxil oldu. Həmin Qurtuluşu Azərbaycan xalqına bəxş edən isə Heydər Əliyev idi. Onun kortəbii ehtirasların tüğyan etdiyi məhşərli günlərdə Naxçıvandan Bakıya qayıdışı, əsl mahiyyətini onilliklər sonra qavraya və qiymətləndirə biləcəyimiz tarixi missiya idi. Uzaqgörən siyasətçi H.Əliyev üç ay ərzində dərinləşməkdə olan ictimai-siyasi böhranın qarşısını aldı. Heydər Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycan Respublikasının müstəqilliyi tarixi bir hadisədir. Bu, Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətdir və bu müstəqilliyin əldə olunmasında hər hansı qrupun, hərəkatın, qüvvənin müstəsna xidmətləri olduğunu heç vəchlə qəbul etmək olmaz. Bu səmimi sözlərin doğruluğunu qəbul etməklə bərabər, onu deməliyik ki, Azərbaycanın müstəqilliyi, onun qorunub saxlanılması onun əldə edilməsindən çox-çox çətindir. Ancaq Heydər Əliyev isə, müstəqilliyi həm yaradan, həm də qoruyub saxlamağı bacaran, onu əbədi edə bilən dövlət xadimidir. Bir sözlə, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin və müstəqil Azərbaycanın banisidir. Milli dövlətə, Azərbaycan dövlətçiliyinə xidmət H.Əliyevin bütün siyasi fəaliyyətinin əsas prinsipi və mahiyyətini təşkil edir. Onun siyasi fəaliyyətində bu məsələ ana xətt olmuşdur.

Ömür elə bir nemətdir ki, hamıya verilir - kiminə çox, kiminə az. İllər insanlara ömür vermir, insanın özü illərə ömür verir. Özünün bütün həyat və fəaliyyəti, varlığı ilə illərə işıqlı ömür verən, xalqın mənəviyyatını zənginləşdirən, onu dünyada layiqli səviyyədə tanıdan, milli mədəniyyətimizin hərtərəfli inkişafını ən ümdə vəzifəsi sayan xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev tabeçiliyində heç bir strukturun olmadığı, yalnız öz sözünə və bacarığına güvənən siyasi xadim kimi məhz özünün zəngin rəhbərlik təcrübəsinə əsaslanaraq dövlətin dağılmasının qarşısını aldı.

Xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” prinsipini əsas götürmüş və canından artıq sevdiyi vətəinin inkişafı, tərəqqisi üçün əlindən gələni əsirgəməmişdir. Heydər Əliyev zaman-zaman, mərhələ-mərhələ ölkədə ictimai-siyasi sabitliyə nail oldu, müharibə oyunlarına son qoydu, hüquqi, dünyəvi, demokratik dövlət, vətəndaş cəmiyyəti qurdu, Azərbaycan dövlətinin bütün dünyada nüfuz sahibi olması üçün əlindən gələni etdi, Ermənistanın təcavüzkar simasını beynəlxalq ictimaiyyətə göstərdi, ölkədə münbit investisiya mühiti yaratdı.

Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Prezident Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak edib. 1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan "Dövlət Gənclər Siyasəti haqqında" fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər. "Dövlət gənclər siyasəti haqqında" fərman çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumlarının icrasına yönəldilib. Fərmana müvafiq olaraq ''Gənclər siyasəti haqqında'' Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 9 aprel 2002-ci il tarixdə Heydər Əliyev tərəfindən imzalanıb. Gənclər siyasətinin həyata keçirilməsi əsas cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırılıb. Heydər Əliyev siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşır.
Heydər Əliyevin çoxşaxəli daxili və xarici siyasi fəaliyyəti istər SSRİ dövründə, istərsə də müstəqilliyimiz dövründə hər bir zaman yüksək səviyyədə qiymətləndirilmişdir. Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.

2003-cü il 12 dekabr tarixində xalqımızın böyük oğlu Heydər Əliyev əbədi olaraq bu dünyaya göz yumdu. Heydər Əliyevin həyat prinsipi həmişə ədalət, sülh, əmin-amanlıq və xalqın rifahı, dövlətin qüdrətinin və təhlükəsizliyinin möhkəmləndirilməsi olmuşdur. Bu kədərli xəbər sülhü və milli əmin-amanlığı həyatının amalı, ən yüksək mənəvi və insani hünər sayanların hamısının ürəyini ağrıtmışdır. Bu gün ulu öndər cismən olaraq bizlərin arasında deyil, ancaq o, ruhən hər bir zaman Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayır və yaşıyacqdır.

Ümummilli liderimiz Heydər Əliyevin daxili və xarici siyasət strategiyasının parametrləri onun siyasi varisi olan İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. 11 aprel 2018-ci il tarixində keçirilən növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı H.Əliyev ideyalarının layiqli davamçısı olan İlham Əliyevi seçməklə daimi müstəqilliyə, sabitliyə, tərəqqiyə və işıqlı gələcəyə səs verdilər.

Milli qurtuluşumuzun banisi olan, bizə Azərbaycanı, bizi Azərbaycana əmanət qoyub gedən Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi daim əbədi bir məhşəl kimi xalqın yoluna nurlu işıq saçacaq.

Yusif Cəfərbəyli
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi və universitetin İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri, gənc muğam ifaçısı
Elton Məmmədov qardaşının ibadətindən danışdıAvrasiya.net sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, eks-deputat, hazırda Azərbaycan Texniki Universitetinin Strateji inkişaf üzrə prorektoru Elton Məmmədovun Musavat.com-a müsahibəsini təqdim edir:

- Elton müəllim, prorektor postunda işləriniz necə gedir?

- Çox şükür, işlər öz qaydasında gedir. Təyinatdan dərhal sonra fəaliyyətimə başlamışam.

- Pedaqoji fəaliyyət sizin üçün yenidir?


- Təbii ki, yox. Mən 2007-ci ildən Azərbaycan Texniki Universitetində çalışıram. Hazırda 2018/2019 tədris ili başa çatıb. Hər il rəhbərlıik etdiyim sahələrlə yeni layihələrlə çıxış edirəm. Eyni zamanda dövlət proqramı, təhsilin strategiyası proqramı fonunda işlər həyata keçiririk. 2019-2023-cü illəri əhatə edən təhsilin inkişaf strategiyası proqramı var və bu istiqamətdə layihələr icra olunur.

- ATU-da nə qədər tələbə təhsil alır?

- Kollecləri də daxil eləsək, ümumi 12 mindən çox tələbə var.

- Mətbuatı izləyirsiniz?

- Əlbəttə izləyirəm. Gündəlik olaraq dünyada və Azərbaycanda gedən proseslər diqqət mərkəzimdədir.

- Prezidentin son təyinatları, yanvardan başladığı yeni siyasi kurs barədə nə deyə bilərsiniz?

- Mən təyinatlara münasibət bildirmək istəmirəm. Çünki prezidentin səlahiyyətində olan məsələdir. Biz qərarları şərh edə bilmərik. Dövlət başçısının addımlarına, təyinatları hörmətlə yanaşırıq.

- Parlament seçkilərinə bir il qalıb, yenidən deputatlığa namizəd olmağı fikirləşirsinizmi?

- Bunu zaman göstərər. Mən indidən deyə bilmərəm ki, seçkidə iştirak edəcəyəm yoxsa etməyəcəyəm.

- Elton müəllim, Ziya Məmmədovun müsahibəsində sizin babanızın şeyx olması barədə söz açılmışdı. Bu həqiqətdirmi?

- Əvvəla, mən tituluna, cəmiyyətdəki mövqeyinə, dövlətçiliyə xidmətinə görə hər bir insana yüksək qiymət verirəm. Gərək mətbuat bir insan haqda sağlam münasibət bildirsin. Ziya müəllimin ibadətlə məşğul olması haqda məlumat elə təqdim olunub ki, onu oxuyan sabah cəmiyyətə başqa cür ötürür. İlk növbədə təhqirə yol verilməməlidir. Azərbaycanda informasiya təhlükəsizliyi haqqında qanun var.

- Amma “Yeni Müsavat” Ziya müəllimin ibadət etməsini müsbət mənada təqdim edib və ictimai fiqur olduğu üçün bu qədər diqqət var...

- Təşəkkür edirəm. İbadət Allahın hər bir müsəlmana buyurduğudur. Biz sağlam cəmiyyət formalaşmasını istəyirik. Allah məscidləri namazın sütunu adlandırıb. Əlhəmdüllah, biz də müsəlmanıq, ibadətimizi edirik. Amma onu kimsəyə bəyan eləməyə ehtiyac görmürəm. Allahın buyurduğu qədər xalqımıza xidmət edirik. Bizim istəyimiz təhlükəsiz bir cəmiyyət olsun, ölkəmiz inkişaf eləsin, dəqiq elmin tərəfdarıyıq. Mətbuatın da bu məsələdə böyük rolu var.

- Amma babanızın şeyx olmasına aydınlıq gətirmədiniz...


- Bəli, biz əfəndi nəsliyik. Böyük dini ziyalılarımız olub. O insanlar islamın yayılmasının qadağan olunduğu sovet dövründə dini çatdırmaqla məşğul olublar.
Müstəqillik yolunun astanası - 14 iyul 1969-cu il1969-cu ildə Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını və dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi

Faktlar və reallıqlar təkzibolunmazdır. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi 14 iyul 1969-cu il xalqımızın tarixi taleyində misilsiz rola malikdir. Bu tarixi gün həmişə xatırlanır və heç vaxt da unudulmayacaq. Tarixçilər, tədqiqatçılar və siyasətçilər də təsdiq edir ki, Ulu Öndərimiz Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində, respublikamızı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcı idi. 1970-ci illərdən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, özünüdərk və milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə mühüm zəmin yaratdı.

1969-cu ildə Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində, qazandığı uğurlarla xalqını və dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq oldu. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi və milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin etdi. Faktlara istinadən demək olar ki, 50 il bundan əvvəl - 1969-cu ilin iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi dövrdə, Azərbaycan SSRİ-nin müttəfiq bir respublikası kimi, iqtisadi baxımdan ittifaq miqyasında digər respublikalardan geri qalırdı. Xüsusi ilə də, Azərbaycan iqtisadiyyatının ənənəvi sahəsi olan kənd təsərrüfatı böhran vəziyyətində olmaqla, ölkəmiz əsas göstəricilər üzrə müttəfiq respublikalar arasında sonuncu yerlərdən birini tuturdu. Belə ki, kənd təsərrüfatı sahəsində məhsuldarlıq aşağı idi, aqrar məsələlərin həllində elmi nailiyyətlərdən çox zəif istifadə edilirdi, bu sahədə demək olar ki, yüksək ixtisaslı kadrlar hazırlanmırdı. Ümummilli Liderin uzaqgörən və müdrik siyasəti nəticəsində, Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı, o cümlədən, pambıqçılıq və üzümçülük respublikasına çevrilmişdi. Respublikamızın hər yerində quruculuq, abadlıq işləri həyata keçirildi, rayonlarımıza gözəllik verən yüzlərlə yaşayış binası, mehmanxana, ölkə iqtisadiyyatında mühüm rol oynayan iri istehsal kompleksləri, su anbarları, yaşıllıq zonaları, istirahət ocaqları salınaraq, istifadəyə verildi. Bütün bu uğurlu islahatlar Dahi Öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi idi. Ümummilli Liderimiz Heydər Əliyev sonralar o illəri xatırlayarkən demişdir: "1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən, məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən, mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır".

Azərbaycan aqrar ölkədən inkişaf edən sənaye ölkəsinə çevrildi

O zaman Dahi Öndərimiz Heydər Əliyevin həyata geçirdiyi məqsədyönlü tədbirlər nəticəsində, qısa zaman kəsiyində, Azərbaycan aqrar ölkədən gündən-günə inkişaf edən sənaye ölkəsinə çevrildi. Belə ki, 1980-ci ildə sənaye məhsulu istehsalının həcmi 1970-ci ilə nisbətən 2,9 dəfəyə qədər artdı. Maşınqayırma sənayesində istehsalın həcmi 5,3 dəfə, kimya və neft-kimya sənayesində 3 dəfədən çox, yeyinti sənayesində isə 4 dəfədən çox artmışdı. Sənayenin struktur quruluşunda maşınqayırma kompleksinin xüsusi çəkisi 1960-cı ildəki 5,1 faizdən 1982-ci ildə 16,4 faizə, kimya və neft-kimya, meşə sənayesi kompleksi, müvafiq olaraq, 4,1 faizdən 8,7 faizə, tikinti materialları sənaye kompleksi 2,7 faizdən 3,2 faizə, yeyinti sənayesi kompleksi 2 dəfədən çox artdı.

Sənaye ilə yanaşı, ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən kənd təsərrüfatı da inkişaf etdirilirdi. Əkinçiliyin ayrı-ayrı sahələri - pambıqçılıq, taxılçılıq, üzümçülük, tütünçülük, bağçılıq, bostan və tərəvəz, eləcə də, heyvandarlıq məhsullarının istehsalı 1982-ci ildə 1969-cu illə müqayisədə 2,5 dəfədən çox artmışdı. Ulu Öndər Heydər Əliyev ölkədə elmin və təhsilin yüksəlməsinə, yeni ali məktəblərin və ali məktəblərdə yeni ixtisasların açılmasına, Azərbaycan gəncinin mükəmməl bilik və ixtisas alaraq, cəmiyyətin fəal üzvünə çevrilməsinə hər cür şərait yaratdı. Çox təəssüflər olsun ki, Dahi Öndərimiz Heydər Əliyevin böyük zəhməti hesabına qurub-yaratdıqlarını, Azərbaycan müstəqillik əldə etdikdən sonra hakimiyyətə gələn AXC-Müsavat çütlüyü tamamilə dağıtdı. Bu baxımdan, demək olar ki, 1992-1993-cü illər Azərbaycan tarixinin ən ağır və geşməkeşli illəri olub. Amma yenə də, bu ağır günlərdə Dahi Öndər Heydər Əliyev xalqın yanında oldu, respublikamızı düşdüyü çətin vəziyyətdən çıxarmağa müvəffəq oldu. Əgər 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə Naxçıvandan Bakıya gəlməsəydi və ikinci dəfə Azərbaycana rəhbərlik etməyi öz üzərinə götürməsəydi, bu gün dünyanın siyasi xəritəsində Azərbaycan Respublikası adlı dövlətin mövcudluğu mümkün olmayacaqdı. Dahi Öndər Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Ulu Öndərin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq, "Əsrin müqaviləsi"nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş, həmçinin, Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Ulu Öndərin əsasını qoyduğu siyasət uğurla davam etdirilir

Tam qətiyyətlə və əminliklə qeyd etmək olar ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin fundamental prinsipini yaradıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Ulu Öndər Heydər Əliyev bizimlə deyil, ancaq Onun siyasəti yaşayır, Onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".

Azərbaycan dövlətinin söykəndiyi varislik prinsipi dövlət idarə modeli və iqtisadi modeldir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli siyasəti ilə bu modellər uğurla davam etdirilir. Ümummilli Liderin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır. Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev ölkəmizin sürətli inkişafı üçün çox ciddi addımlar atır. Cənab Prezident Azərbaycanın iqtisadi inkişaf modelini daha yüksək səviyyəyə qaldırmışdır. Bu gün dünyanı bürüyən qlobal iqtisadi böhran şəraitində Azərbaycanın əldə etdiyi uğur və inkişaf göz önündədir. Bu uğurlar isə davam etdiriləcək. Çünki Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətin prinsipi və önəmi bundan ibarətdir.
Müstəqillik yolunun astanası - 14 iyul 1969-cu il
Fərrux Haqverdiyev,
Yeni Azərbaycan Pariyası Xızı rayon təşkilatının sədri
Goranboyda silahlı insident - 1 ölü, 2 yaralıGoranboyda baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Goran qəsəbəsində olub.

Hadisə nəticəsində Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Kərimov Vüsal Əlövsət oğlu, Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Səfər Nəsir oğlu xəsarət alıblar. Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Əmrahov Təbriz Xaliq oğlu isə xəstəxanada dünyasını dəyişib.

Hadisənin Vüsal Kərimovla Təbriz Əmrahov arasındakı mübahisə zəminində baş verdiyi bildirilir. Məlumata görə, V.Kərimov polis leytenantı, hadisənin digər iştirakçısı Səfər Həsənov isə Goran qəsəbəsində mühafizə xidməti əməkdaşıdır.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb.
Bakıda 12 yaşlı oğlan itkin düşdüBakıda azyaşlı oğlan itkin düşüb.

Modern.az-ın məlumatına görə, paytaxtın Xətai rayonu, 5-ci Rezervuar küçəsi ev 7-də yaşayan, 2007-ci il təvəllüdlü Kərimov Elnur Elman oğlu iyulun 11-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.
Arvadının boğazını kəsdiBakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Tufan Qurbanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin baxış iclası iyulun 19-na təyin edilib.

İttihama görə, bu ilin fevral ayında paytaxtın Binəqədi rayonunda 1970-ci il təvəllüdlü Tufan Baba oğlu Qurbanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Lalə Həsən qızı Qurbanovanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.

O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Bildirib ki, qətli qısqancliq zəminində törədib. Tufan Qurbanovun ifadəsinə görə, həyat yoldaşının başqa şəxslərlə münasibətinin olduğundan şübhələnib və əsəblərinə hakim ola bilməyərək onu öldürmək qərarına gəlib. O, evdə arvadına çoxsaylı bıçaq zərbələri endirib və onun öldüyünə əmin olmaq üçün boğazını kəsib.

Qeyd edək ki, onların birgə nikahdan 3 övladı var.

T.Qurbanova Cinayət Məcəlləsinin 120.2.11-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Tramp İrana hücum üçün Konqresdən razılıq aldı – müharibə başlayırKeçən ay İranın İnqilabçı Qvardiyası ABŞ-ın pilotsuz uçan aparatını Hormoz boğazında vurduqdan sonra bu gərginlik qalxdı

ABŞ Nümayəndələr Palatası bu gün Trampın İrana hər hansı hərbi müdaxiləyə qədər Konqresin razılığını almasını və Konqresdə hər iki partiyanın dəstəyini qazanmasını nəzərdə tutan qanunvericilik tənzimlənməsinə səs verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, qanun layihəsi 170 əleyhinə olmaqla 251 səslə qəbul edilib.

ABŞ-la İran arasındakı gərginlik Ağ Evin 2018-ci ilin mayında nüvə razılaşmasından birtərəfli qaydada çıxmasından sonra baş verir. Keçən ay İranın İnqilabçı Qvardiyası ABŞ-ın pilotsuz uçan aparatını Hormoz boğazında vurduqdan sonra bu gərginlik daha da qalxdı. ABŞ-ın təyyarənin "beynəlxalq hava məkanında güllələndiyini" düşündüyü halda, İran pilotsuz təyyarənin "hava məkanının pozulması səbəbindən vurulduğunu" iddia edir.

ABŞ prezidenti Donald Tramp İrana hava hücumunu təsdiqlədiyini izah etdi, ancaq 150 nəfər iranlının öləcəyini öyrəndikdən sonra hücumunu dayandırdı. Pilotsuz uçan aparatın vurulmasından sonra ABŞ administrasiyası İrana qarşı yeni sanksiyalar tətbiq edib. Bu siyahıda İranın Ali dini lideri Əli Xamneini də var.