DİN polis bölməsinə hücumun görüntüsünü yaydı - Xətaidə qalmaqal (VİDEO)Sosial şəbəkələrdə Xətai RPİ-nin 36-cı polis bölməsində şəhid ailəsinə guya təziq olunması ilə bağlı yayılan vieogörüntülərin dezinformasiya olduğu məlum olub.

Avrasiya.net xəbər verir ki, əslində Xətai rayonunda yaşayan Arzu Əliyevanın oğlunun əsassız olaraq bölməyə aparılması və ailə üzvlərinə qarşı təzyiq və xəsarət yetirilməsi ilə bağlı iddiaları, baş verənləri gizlətmək məqsədi daşıyır.

İyulun 6-da A. Əliyevanın oğlu Qorxmaz Cahangirov velosiped oğurluğunda şübhəli kimi polis bölməsinə gətirilib və üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman narkotik vasitə olan heroin də aşkar edilib.

Qeyd olunan tarixdə 36-cı bölməyə gəlmiş Q.Cahangirovun anası A. Əliyeva özünü şəhid ailəsi kimi təqdim edərək oğlunun sərbəst buraxılmasını tələb edib. Həmçinin polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr səsləndirib. Eləcə də bölmənin məsul növbətçisinin göz nahiyəsinə yumruq zərbələri endirməklə xəsarət yetirib. Bölmənin giriş qapısının şüşəsini sındırmaqla əl-üz nahiyələrinə qəsdən xəsarət yetirib.
Rusiya Azərbaycanlılar İttifaqı Rusiya ermənilərinin kabusuna çevrilirHeç kimə sirr deyil ki, Rusiyanın elmi və siyasi dairələrində ermənilər kifayət qədər dayağa malikdirlər. Rusiya mətbuatı erməni diasporunun əlində bir girova çevrilib. Şimal qonşuluğumuzda yerləşən ölkədə informasiya savaşında önə çıxan ermənilərin qarşısını niyə ala bilmirik? Nüfuzlu Rusiya və Qərb mətbuatında niyə iş qura bilmirik? Erməniləri bu qədər güclü edən nədir?

Əslində, zaman-zaman sübut olunub ki, “erməni mifi” həddən ziyadə şişirdilib. Azərbaycanı sevən, milli maraqları düşünən insanlarımız az deyil. Ermənilər öz içlərindən çıxan şəxsin ətrafında birləşə, ona yardım edə bilirlər. Biz isə önə çıxan ziyalılarımızı nəinki dəstəkləmir, əksinə, ona maneçilik edirik. Diaspor fəaliyyəti ilə bağlı fəaliyyət düzgün qurulduğu zaman bir çox hallarda erməni təbliğatı Azərbaycana məğlub olur.

Ermənilərin anti-türk təbliğatına bütün resursları səfərbər edilir, Azərbaycan isə azsaylı aydınları buna qarşı çıxırlar və az resursla erməniləri məğlub edə bilirlər. Sadəcə olaraq, işləməyə istək və bacarıq olmalıdır.

Azərbaycanın Qarabağ probleminin və digər məsələlərin həllini qarşısında məqsəd qoyan bir diaspor təşkilatının fəaliyyətinə diqqət edək. Bu ilin aprelin 27-də tanınmış iş adamı Fizuli Məmmədovun təşkilatçılığı ilə Rusiya Azərbaycanlıları İttifaqı yaradılıb. Rusiya Azərbaycanlıları İttifaqı yaradıldığı tədbirdə müşahidə olunan əsas müsbət cəhər o idi ki, Rusiyada yaşayan azərbaycanlılar bu dərəcədə birlik nümayiş etdirirdilər.

Fizuli Məmmədov təşkilatının uğurlarının səbəbinin çox sadə olduğunu deyir. Rusiya Azərbaycanlıları İttifaqı heç bir yerdə intriqalarla nəticələnən rəqabət atmosferi yaratmağa çalışmır. Təşkilatın seçdiyi prioritetlərdən biri də bütün ölkələrdə artıq mövcud olan diaspor təşkilalatları ilə münasibətləri yoluna qoymağa çalışmaqdır. Bu ittifaqa uzun illər müxtəlif təşkilatlarda diaspor işləri ilə məşğul olmuş və diasporla iş üzrə samballı təcrübəyə malik olan insanlar gəlir. Demək, Rusiya Azərbaycanlıları İttifaqı həm Azərbaycanın mənafeyi naminə çalışan diaspor fəliyyətlərini koordinasiya edir, eyni zamanda, nüfuzlu insanları öz sıralarına cəlb etməkdən çəkinmir.

Qeyd edək ki, soydaşlarımızın bu dərəcədə birlik nümayiş etdirməsi və ən əsası Rusiya siyasi elitasının tədbirdə iştirakı erməniləri o dərəcədə qıcıqlandırdı ki, onlar dərhal əks-hücuma keçmək istədilər və Rusiya Erməniləri İttifaqı Moskvada – "Prezident Hotel"də təşkilatın yaradılmasının 20 illiyi ilə bağlı toplantı keçirdi. Yığıncağa İttifaqın üzvləri, regionlardakı diaspor qurumlarının təmsilçiləri ilə yanaşı, Rusiya Dövlət Dumasının deputatları, fərqli millətlərdən olan ictimai fəallar dəvət edilib.

Azərbaycanlıların tədbiri erməniləri o qədər təşvişə salıb ki, Rusiya Erməniləri İttifqının prezidenti, milyarder Ara Abramyan özünə aprelin 27-də Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovun dəyirmi masada əyləşdiyi kürsüdə yer seçib və az qala bütün dünyanı “erməniləşdirməyə” səsləyib.
Rusiya Azərbaycanlılar İttifaqı Rusiya ermənilərinin kabusuna çevrilir
Georgi Muradyan

Rusiya prezidentinin Krımdakı daimi nümayəndəsi Georgi Muradyan Krımı “Qaradəniz Ermənistanı” adlandırıb. Muradyanın çıxışını izlədikdə məlum olur ki, Rusiya və Ermənistan münasibətlərindəki indiki gərginlikdə azərbaycanlıların birləşməsi və Moskva elitası ilə elmi-mədəni əlaqələr qurması İrəvanı təşvişə salıb. Bütün bunlardan çıxan nəticə budur – Azərbaycan diasporu istəyəndə işləməyi və qalib gəlməyi bacarır. Yetər ki, işləyə bilən diaspor liderlərinə mane olmayaq.

Füzuli Məmmədovun nümunəsi də göstərdi ki, ermənilər Azərbaycan qarşısında acizdirlər. Cəmi bir iş adamının şəxsi təşəbbüsü ilə ermənilərin illər boyunca qurduğu təbliğat darmadağın oldu.

Təqdirəlayiq haldır ki, hazırda yaşadığı ölkədən asılı olmayaraq, soydaşlarımızın təşkilatlanması prosesi davam edir və genişlənir. Rusiyada yaşayan azərbaycanlıların və bir sıra diaspor təşkilatlarının yeni bir qurumda birləşməsi də soydaşlarımızın bu yöndə olan təşəbbüslərindən biri kimi qiymətləndirmək olar. Qarabağ probleminin həlli üçün Azərbaycan dövlətinin apardığı siyasətə dəstək vermək, ermənilərin işğalçılığının dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.

Əslində, Fizuli Məmmədovun Rusiyada yaşayan azərbaycanlıları diaspor fəaliyyəti ilə səfərbər etməsi bir nümunədir. Azərbaycan ictimai rəyi iqtidarlı, müxalifətli birləşməli və önə çıxan bir türk ziyalısına, iş adamına yardım etməli idi.

Adil Məhərrəmli
İvanişviliyə təhdid: Əsas rəqibi hərəkat yaradırGürcüstanın ikinci ən güclü adamı sayılan Mamuka Xazaradze ölkədə gərginliyin deeskalasiyası üçün ictimai hərəkat yaradılması bəyanatıyla çıxış edib.

Axar.az xəbər verir ki, Xazaradze bu fikirlərini öz Feysbuk səhifəsində paylaşıb.

“İctimaiyyətin cari proseslərdə aktiv iştirakı vacibdir və ona görə də fərqli sfera nümayəndələrini birləşdirəcək yeni ictimai hərəkatın əsasının qoyulmasını məqsədəuyğun hesab edirəm. Məhz bu gün sağlam, proqressiv və qərbyönlü ictimaiyyətin birləşməsi və konsolidasiyası mütləqdir. Aydındır ki, yalnız hökumət və ya siyasi partiyaların iştirakı ilə deeskalasiya əldə etmək mümkün olmur”, – deyə o bildirib.

Qeyd edək ki, Xazaradze “TBC Bank” və “TBC Holdinq”in rəhbəridir. Onun “TBC Holdinq”i həmçinin Anakliya limanının tikintisi ilə məşğul olur.

Xazaradze Bidzina İvanişvilidən sonra Gürcüstanın ikinci ən güclü şəxsi sayılır. Bir müddət əvvəl bu iki şəxs arasında münasibətlər gərginləşib. Münasibətlərin gərginləşməsinə səbəb hökumətin Xazaradzeyə təqiblərinin artmasıdır.
Türkiyə PKK-nı məhv edir – İngiltərə mediasıTürkiyənin PKK terror qruplaşmasına qarşı ölkə daxilində və xaricində apardığı uğurlu əməliyyatlar nəticəsində terror qruplaşması məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb.

Axar.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı yazıb.

İngilis mətbuatı PKK-nın hazırkı vəziyyəti ilə bağlı hesabat dərc edib. Hesabatda qruplaşmanın ardıcıl zərbələrdən sonra ağır vəziyyətə düşdüyü, getdikcə kiçildiyi və yox olmaq ehtimalının güclü olduğu qeyd edilib. PKK rəhbərliyinin bu vəziyyətdən yeganə çıxış yolu kimi YPG-ni gördüyü bildirilib.

“YPG-nin Suriyadakı varlığını və statusunu qorumağa davam etməsi PKK-nın yaşamaq üçün yeganə şansıdır”, - İngiltərə mətbuatı yazıb.
Neftçalada 19 yaşlı gənc özünü tut ağacından asdıNeftçalada intihar hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Kənd sakini, 2000-ci il təvəllüdlü Məlikov Həsən Qulu oğlu yaşadığı evin həyətindəki tut ağacından özünü asaraq intihar edib.

İntihar hadisəsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Kadırov Putinə söyən jurnalist haqda - "O nə kişi, nə də Qafqaz oğlu sayılır"“Gürcüstanın Prezidenti, Baş Naziri jurnalist Georgi Qabuniyanın hərəkətinə görə Vladimir Putindən dərhal rəsmi və ictimai formada üzr istəməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikri Çeçenistan lideri Ramzan Kadırov “Rustavi 2” kanalının efirində jurnalistin Rusiya Prezidentini və valideynlərini təhqir etməsinə münasibət bildirərkən səsləndirib.

Kadırov hesab edir ki, hər şey kanalın düşündüyü kimi baş verib. Əks halda Qabuniyanın çıxışı elə ilk saniyədən dayandırılardı: “O nə kişi, nə də Qafqaz oğlu sayılır. Qafqazda kişilər heç qan davası olduğu şəxslərin ünvanına belə təhqiramiz sözlər işlətmirlər. Bu, Gürcüstan və gürcü xalqı üçün rüsvayçılıqdır. Jurnalistin kobud ifadələri rus xalqına, ayrı-ayrılıqda Rusiya vətəndaşlarına qarşı təhqirdir”.

Çeçenistan lideri onu da vurğulayıb ki, Rusiya vətəndaşı olan gürcülərə təsir etməyəcək formada Gürcüstana qarşı ciddi sanksiyalar tətbiq etmək lazımdır.

Virtualaz.org xatırladır ki, “Rustavi 2”də yayımlanan “P.S.” proqramının aparıcısı Georgi Qabuniya Rusiya Prezidenti Vladimir Putinin ünvanına müxtəlif təhqiramiz ifadələr səsləndirib.
Rusiya İrəvana satdığı qazı 200 dollara qaldırırErmənistan hakimiyyəti Rusiya ilə qaz qiymətləri mövzusunda apardığı danışıqların detallarını gizlədir.

Axar.az xəbər verir ki, bu məlumatı “Jamanak” qəzeti yayıb.

“Danışıqların detalları erməni tərəfi üçün elə də xoş deyil. Bizim məlumatımıza görə, Rusiya tərəfi 1 yanvar 2020-ci ildən etibarən qaz qiymətlərini 200 dollara qədər artırmaq niyyətindədir”, – deyə məqalədə bildirilib.

Qeyd edək ki, hazırda Rusiya Ermənistana qazı 165 dollara satır.
Maştağada qəribə yırtıcı peyda oldu? - FotoMaştağa sakini qəsəbənin Ləiş bağları ərazisində qeyri-adi heyvan tutduqlarını iddia edib.

Axar.az xəbər verir ki, bədən hissəsi yarasaya oxşayan tünd qəhvəyi rəngli heyvanı sakinlərin bir neçə gün izləyəndən sonra tutduğu qeyd edilib. İddiaya görə, qeyri-adi heyvanın çəkisi 40-45 kiloqrama qədərdir.

Onun sözlərinə görə, sakinlər bir neçə gün qəsəbədə qoyunların yoxa çıxmasından narahat olub. Əvvəlcə qoyunların oğurlandığını fikirləşən sakinlər daha sonra gecə boyunca yatmayaraq heyvanları izləyiblər. Nəticədə belə bir heyvanın qoyunları oğurladığının şahidi olublar.

Sakinlər bildirib ki, heyvan qəribə səslər çıxarıb, ona hücum edən itlərin üstünə ilan kimi fısıldayıb.

Həqiqət isə ondan ibarətdir ki, şəkli paylaşılan bu heyvan Azərbaycan təbiətinə xas deyil. Belə ki, ilk dəfə bu heyvanın fotosu 29 iyul 2018-ci ildə yayılıb. Lvov şəhər sakini olan Vasili Barabanenko ilk dəfə görülən bu heyvanın fotosunu paylaşaraq, elm adamlarından onun haqda məlumat istəyib.
Aydın Maruf Səlim böğlə naziri təyin olunubİraq Türkmən Cəbhəsinin üzvü, İraq Kürdüstanı parlamentinin millət vəkili olmuş Aydın Maruf Səlim böğlə naziri təyin olunub. O parlamentdəki milət vəkili yerini Himdad Sabaha təhvil verib.

Qeyd edək ki, Aydın Maruf Səlim daim İraqda yaşayan türkmənlərin hüquqlarının müdafiəsində mühüm rol oynayıb və bölgədə böyük nüfuz sahibidir.

Avrasiya İnformasiya Agentliyi Aydın bəyi təbrik edir və işində uğurlar arzulayır.
PENSİYALAR ARTIRILDI - Milli Məclis TƏSDİQLƏDİMilli Məclisin plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Avrasiya.net xəbər verir ki, dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul olunub.