Putin 3 generalı işdən qovduPrezidentin fərmanı ilə Rusiya Daxili İşlər Nazirliyi Sibir Hüquq Universitetinin rəisi, polis general-mayoru İqor Medvedev, Çuvaş Respublikası daxili işlər naziri, polis general-mayoru Sergey Neyaskin və Cəzaların İcrası Federal Xidmətinin Təşkilati-Analitik Təminatının Planlaşdırılması İdarəsinin rəisi, daxili xidmət general-mayoru Nikolay Skopintsev vəzifələrindən azad edilib.

Bundan başqa, Rusiya DİN-in Miqrasiya məsələləri üzrə Baş İdarəsinin rəis müavini İqor Xrenkov işdən çıxarılıb. (Trend)
Rusiya Gürcüstanı yenidən cəzalandıracaqRauf Məmmədov
ekspert

Ermənistanda baş verən "məxməri" inqilabı və Gürcüstanda yaşanan hadisələr Ukrayna böhranından bu günə qədər davam edən proseslərin təzahürü kimi qiymətləndirə bilərik. Ukrayna böhranından sonra Qərb Rusiyanı sıxışdırmaq üçün alternativ olaraq Ermənistan hadisələrini təhrik etdi. Bu baxımdan Ermənistanda baş verən hadisələri bu şəkildə izləmək və meydana gələn hadisələrdə Amerikanın əlinin olduğunu ifadə etmək olar. Ermənistanda meydana gələn küçə nümayişlərinin nəticəsindəki iqtidar dəyişiminin altında Qərbin Ukrayna böhranı zamanı Rusiyaya qarşı yeni cəbhələr açma strategiyasının olduğu görülür. Fikrimcə, bu gün Gürcüstanda da baş verən hadisələrlə Ermənistandakı hadisələrə bənzərliyin olduğunu müşahidə etmək olar.

Gürcüstanda hökümətlə prezident arasında bəzi məsələlərdə anlaşılmazlıqların ortaya çıxması və rus millət vəkilinin iclası aparması baş verən böhranın mahiyyətcə görünən tərəfi olsa da əslində xalq tərəfindən Rusiyanın Gürcüstan siyasətinə qarşı etiraz əlaməti olaraq nümayişələrin başladıldığını qeyd edə bilərik. Gürcüstanda etirazlar davam edir. Parlament önündə etirazlarda dünən 1000 dən çox insan iştirak edib, onlar 3 tələb irəli sürüblər. Həbs edilmiş iğtişaşçıların azad edilməsi, DİN rəhbəri Gaxarianın istefa verməsi və növbədənkənar seçkilərin keçirilməsidir. Bununla yanaşı İvanasvili, Gürcü Arzusu partiyasının toplantısını keçirib. Toplantıda 2020 parlament seçkilərinin proporsional əsasda sıfır baryerlə keçirilməsinə qərar verilib. Bu sonuncu prezident seçkilərindən bəri müxalifətin əsas tələbi idi. Buna qədər 150 yerlik Gürcü parlamentində 77 yer proporsional, 73 yer majoritar əsasda olmaqla qarışıq sistemdə keçirilirdi. Lakin majoritar seçki sistemində dairələr üzrə daha çox yer qazanmaq çətin olurdu. İnfrastruktur və resursun da hakim partiyada cəmlənməsi müxalifət üçün çətin amillər idi. Gürcü müxalifəti üçün bu qərar böyük dividentdi.

Əgər bu son bir ildə müxalifət konsolidasiya oluna bilsə, yaxşı və aktiv çalışsa 2020-də dəyişim ola bilər. Ukraynada İvanisvilinin əsas rəqibi Saakaşvili də seçkilərə təsir göstərməyə çalışacaq. Rusiyaya qarşı toplumun sərt etirazı, seçkilərdə anti Rusiya abu havasını daha da genişləndirəcək. Qonşu dövlət yeni bir gərgin dövrə qədəm qoyur. Gürcüstanda gərginlik və Rusiya ilə uzaqlaşma bizim maraqlara uyğundur. Belə olan halda Tbilisinin, Bakıya ehtiyacı daha da artacaq.

Rusiya isə öz növbəsində Gürcüstanda baş verən hadisələrə müdaxilə etmək üçün hər yola əl atacaqdır. Gürcüstanda baş verən siyasi böhran uzanarsa və Rusiyaya qarşı çıxan müxalifət qüvvələrin qalib gəlməsi prosesi baş verərsə o zaman Rusiya əlindəki ən əsas kartları oynamaq məcburiyyətində qalacaqdır. Yəni Rusiya təsirinin güclü olduğu Cavaxetiya və Borçalı ərazilərində yeni münaqişə ocaqlarının yaranması ehtimalı çox yüksələcəkdir. Belə olan təqdirdə Gürcüstanın dövlət kimi varlığı təhlükə altına düşəcəkdir.

Uzun illərdir ermənilər tərəfindən Cavexetiyaya qarşı torpaq iddiası irəli sürülməkdədir.Belə olan halda Rusiya bu amildən istifadə edərək buradakı böhranı yenidən qızışdırmaqla Gürcüstanı cəzalandırmaq istəyəcəkdir. Onsuzda orada kompakt şəkildə yaşayan ermənilər bu günü səbirsizliklə gözləməkdədirlər.
Bir sözlə, Rusiya Cavaxetiya böhranını yenidən qızışdırmaqla bir neçə qazanc əldə edə bilər. Birincisi, Rusiya siyasətinə qarşı çıxış etdiyinə görə bu formada Gürcüstanı cəzalandırmaq. İkincisi, Ermənistan ilə Gürcüstan arasında movcud olan münasibətlərə zərbə vurmaq. Üçüncüsü, Rusiyanın Ermənistanda zəifləyən imicini bərpa etmək mnəqsədilə Cavaxetiyada yaşayan ermənilərə dəstək vermək. Dördüncüsü, ərazidə qeyri-sabitlik yaratmaqla iri iqtisadi layihələrin, Cənubi Qafqazdan Avropaya hərəkət edən marşrutu üzərində nəzarət.

Heç şübhəsiz Borçalıda ki, vəziyyətlə Cavaxetiyadakı separatist tendesiyaları müqayisə etsək sonraki proseslərdə oxşar olmasa da vəziyyəti yerindən oynadacaq məqamlar movcuddur. Bölgədə mövcud olan sosial-iqtisadi problemlər, gürcü milliyətçiliyinin yenidən baş qaldırılması, erməni teroristə abidə ucadılması, Azərbaycan-Gürcüstan sərhədindəki ərazi iddiası məsələsi bunun üçün müxtəlif həssaslıqlar yaradır. Hersab edirəm ki, Rusiyanın Borçalı ərazisində baş verən proseslərə təsir etmək rıçaqları da kifayət qədərdir. Əvvəla onu qeyd edək ki, Azərbaycan ilə Gürcüstan arasında ortaya çıxan və yenidən qızışdırılmağa çalışılan bu gərginliyin arxasında ABŞ-ın İranı regiondan təcrid etmək siyasəti durduğunu unutmaq olmaz.

Beləliklə, Rusiya Borçalı böhranı ilə Gürcüstanı cəzalandırmaq, Bakı-Tbilisi əlaqələrinə zərbə vurmaq, son 30 ildə regionda Rusiya-İran-Ermənistan ittifaqına qarşı olaraq görülən və siyasi, iqtisadi uğurlar qazanan Azərbaycan-Gürcüstan-Türkiyə strateji ittifaqını parçalamaq, Borçalı azərbaycanlılarını dəstəkləməklə Azərbaycan ictimai rəyində müsbət rəy formalaşdırmaq, Bakıya da yeni etnik zəmində separatizm yarada biləcəyini dair mesajlar verəcəkdir.

Belə olan halda Azərbaycan və Türkiyə Gürcüstandakı hadisələrlə əlaqədar öz qətiyyətli mövqeyini nümayiş etdirməlidir. Əks halda baş verən hadisələrin gələcək Qafqazı daha böyük fəlakətlərə aparması deməkdir.
Gəncədə polis güllələndiGəncə sakininin yaralanması ilə bağlı hadisənin təfərrüatı məlum olub.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, güllə yarası almış şəxsin Gəncə Şəhər Baş Polis idarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin inspektoru, polis baş leytenantı, 36 yaşlı Vüqar Hüseynov olması müəyyənləşib.

Bildirilir ki, polis əməkdaşı odlu silahla ehtiyatsız davranıb, bu zaman qarın boşluğundan güllə yarası alıb. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanıb.
İranlılar Milli Məclisdə - Fotoİyulun 3-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun İran İslam Şurası Məclisinin nümayəndə heyəti ilə görüşü olub.

Axar.az xəbər verir ki, birinci vitse-spiker Azərbaycanın İranla münasibətlərə böyük önəm verdiyini bildirib. Qeyd edib ki, Azərbaycan və İran dost və qardaş ölkələrdir. Xalqlarımız arasında tarixi, mədəni və dini bağlılıq mövcuddur. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında etimadın yüksəlməsində ümummilli lider Heydər Əliyevin rolu böyükdür. Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri, keçirdikləri görüşlər əlaqələrimizin daha da möhkəmlənməsini sübut edir.

Vurğulanıb ki, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin hüquqi bazasını təşkil edir. Azərbaycan Cənubi Qafqazın ən inkişaf etmiş dövlətidir. Biz qonşu ölkələrlə mehriban münasibətlər qurmağa çalışırıq.

Ziyafət Əsgərov parlamentlərarası əlaqələrdən söz açaraq, deputatlarımızın qarşılıqlı səfərlərini, beynəlxalq qurumlarda birgə fəaliyyətini təqdir edib. Bildirilib ki, qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsində hər iki ölkənin parlamentlərindəki dostluq qruplarının fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Milli Məclisin Sədri Oqtay Əsədovun və İran İslam Şurası Məclisinin Sədri Əli Laricaninin rəsmi səfərləri parlament diplomatiyasının bariz nümunəsidir.

Parlament Sədrinin birinci müavini diqqətə çatdırıb ki, bu gün bizi bir problem narahat edir: Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması. BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər mötəbər beynəlxalq qurumlarda münaqişənin həlli ilə bağlı müvafiq qərarlar qəbul edilib. Lakin Ermənistan bu qərarlara məhəl qoymur. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İranın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü ifadə edib.

İran İslam Şurası Məclisinin deputatı Qulamreza Tacgərdun qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, İran parlamentinin Sədri Əli Laricaninin salamlarını Milli Məclisin Sədri Oqtay Əsədova çatdırıb. İranlı deputat Azərbaycan parlamenti Sədrinin ötən il Tehrana və Urmiyaya səfərini xoş təəssüratlarla yada salıb. Qonaq Azərbaycanın İrana ən yaxın dost ölkə olduğunu vurğulayıb, ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

İranlı deputat əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd edərək, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təcrübə və informasiya mübadiləsi baxımından önəmli olduğunu deyib.

Qulamreza Tacgərdun ölkələrimizin iştirak etdiyi Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin vacibliyindən danışıb. Qeyd edib ki, bu və digər müştərək layihələrin həyata keçirilməsində parlament öz öhdəsinə düşən vəzifələri yerinə yetirir.

İran parlamentinin üzvü ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Söhbət zamanı siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi, parlamentlər səviyyəsində əlaqələrimizin bu günü və inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədr müavini Eldar İbrahimov, İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə və digər rəsmi şəxslər iştirak ediblər.
Onlara hansı Azərbaycan gərəkdir? - Əli HəsənovAzərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ötən il Gəncədə baş vermiş terror aktlarının ildönümü ilə bağlı KİV-lərə xüsusi açıqlama verib.

Avrasiya.net sözügedən açıqlamanı təqdim edir:

"Azərbaycan dövlətçiliyinə qarşı qəsd aktı kimi dəyərləndirilən Gəncə hadisələrindən bir il ötür. Ötən müddətdə aparılmış istintaq tədbirləri nəticəsində ortaya çıxan faktlar bir daha təsdiqlədi ki, Gəncə hadisələri bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyat keçirmək istəyən qrupların dövlətə və milli maraqlarımıza qarşı birgə məkrli təxribatı idi. Mediada, xüsusən sosial mediada geniş yayılmış məlumatlardan görünür ki, həmin qüvvələrin ötən il reallaşdırmağa çalışdıqları ssenarinin puç edildiyi, vətəndaşlarımızın dövlətçiliyin keşiyində durduğunu nümayiş etdirdiyi Gəncə hadisələrinin ildönümü ilə əlaqədar üzvlərinin əksəriyyətini Azərbaycanın keçmiş vətəndaşları təşkil edən, radikal islamçı qruplaşmalardan biri yenidən fəallaşıb. Qruplaşmanın sosial şəbəkələrdəki səhifə və profillərində, habelə bəzi dövlətlərin klerikal dairələri tərəfindən idarə olunan saytlarda fəallaşması birmənalı olaraq ifrat dini radikallığın, fundamentalizmin dəstəklənməsi kimi dəyərləndirilə bilər. Dini şüarlarla pərdələnən, təxribatçı, niyyəti dövlətlə xalq arasında inamsızlıq, mümkün olarsa düşmənçilik toxumları səpmək olan bəzi internet resurslarında Gəncədə törədilmiş terror aktının əsas personajı, Rusiya vətəndaşı Yunis Səfərovun Suriyada döyüşlərdə iştirakını təsdiqləyən kadrlar nümayiş etdirilir və onu əsl “qəhrəman” kimi populyarlaşdırmağa cəhdlər olunur, xanımının hadisədən dərhal sonra etdiyi müraciət təkrar-təkrar yayımlanır. Təəssüf doğuran odur ki, özlərinin demokrat və dünyəvi dövlət tərəfdarı olduqlarını iddia edən bəzi müxalifət liderləri və fəalları da terroru təşviq edən belə bir kampaniyaya dəstək verir, ifrat ekstremizmi özünə ideologiya seçmiş xarici qruplaşmaların istifadə etdiyi şüarları təkrarlayır, bu səpkidə çağırışlar səsləndirir, ölkəmizin çoxəsrlik dini dözümlülük mühitini, tolerant imicini şübhə altına alırlar. Bir sözlə, demokratiya dəyərlərinə sadiq olduğunu iddia edən bu tipli müxalifətin əslində həmin dəyərlərə qənim kəsilənləri, radikalizmi, ifrat dini fundamentalizmi dəstəklədiyi göz önündədir. Belə olan halda, həmin müxalifətə, görəsən, hansı Azərbaycan gərəkdir? Dünyanın inkişaf etmiş ölkələri sırasında yer alan, sabit, qüdrətli və demokratik Azərbaycan, yoxsa Sudan, Somali, Liviya, Suriya və s. ölkələr kimi amansız daxili savaşın, qanlı xaosun, faciəvi vətəndaş qarşıdurmasının və terror qruplaşmalarının tüğyan etdiyi poliqon? Bəlkə onlar Azərbaycanı orta əsrlərin qaranlıq dövrünə qaytarmaq, ölkəmizi şəriət qanunları ilə idarə olunan məkana çevirmək istəyirlər?...

Ötən il iyul ayının 3-də axşam Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı sui-qəsd törədən birinin cinayətinin terror xarakteri, cinayəti törədənin xarici vətəndaş olduğu, Azərbaycan dövləti tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyi məlumdur. Yerli və xarici mediada dərc olunmuş materiallarda Y.Səfərovun həyat yoldaşının bir neçə dəfə yayımlanmış videomüraciətlərində onun bu əməli şəxsi motivlərlə, qisas naminə və ya bəzilərinin iddia etdiyi kimi, "sosial zülmə" qarşı etiraz olaraq deyil, məhz xaricdə qanunsuz silahlı birləşmələrin tərkibində döyüşdüyü "ideallar" naminə, yəni, Azərbaycanda "şəriət dövləti yaratmaq" üçün törətdiyi də bəlli olub. Gəncədə terakt baş verəndən dərhal sonra radikal dini fundamentalizmi təbliğ edən Feysbuk səhifələri və saytlar, habelə Vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılarla bağlı kütləvi informasiya vasitələri Yunis Səfərovu yeni "Gəncəbasar qisasçısı", "qəhrəman" elan etməyə tələsdilər. Bu dəfə də onlara Avropadakı anti-Azərbaycan müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, orada yaşayan antimilli ünsürlərdən kömək gəldi. Rusiya və digər xarici ölkələrdə separatçı kimi “ad-san qazanmış" çevrələr də cinayətkarın müdafiə komitəsini yaradıb xarici dövlət rəsmilərinə müraciət etdilər. Xatırladım ki, bu teraktdan bir ay əvvəl, 2018-ci il mayın 28-də ABŞ-ın nüfuzlu "Foreign Policy " nəşri "Gəncə keçidi"nin Qərb üçün əhəmiyyəti haqında yazı dərc edərək baş verəcək təxribatlar haqqında xəbərdarlıq edirdi. Bu gün terroru təbliğ edən radikalların və onların havadarlarının yenidən fəallaşması, Azərbaycana təhdidlər ünvanlamaları isə Gəncə hadisələrinin ildönümü ilə yanaşı, TANAP-ın istifadəyə veriləcəyi vaxta təsadüf edir. Qəribə deyil ki, Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə son dövrlərdə Ermənistan, bəzi dövlətlərdəki klerikal dairələr, ekstremistlər, xarici ölkələrə qaçmış, sadəcə, pula və məişət rahatlığının təminatına can atan bəzi azərbaycanlılar tərəfindən aparılan təmərküzləşmiş, təhlükəli ideoloji təxribat bu günlərdə yenidən canlanıb. Demokrat və dünyəvi olduqlarını vurğulayanlar mövqe və demokrat prinsipiallığı nümayiş etdirərək bu tipli anti-Azərbaycan dairələrini və onların ölkəmizdəki uzantılarını qınamaq əvəzinə, terror aktlarına görə həbs olunmuş şəxsləri qəhrəmanlaşdırır, merkantil maraqların təminatı, yeni maliyyə imkanları əldə etmək naminə onları vicdan məhbusu elan edərək xüsusi siyahılara salır, azadlığa buraxılmalarına çalışırlar. Yaxın Şərq və Şimali Afrikada son illərdə baş verən proseslər göstərdi ki, hər hansı cəmiyyətdə özünü "müxalifət" adlandıran qrup və kəsimlər terrorçunu, yaxud terrorçuları qəhrəman kimi təqdim etməyə, terroru mifləşdirməyə başladıqda cəmiyyət və dövlət belə təhlükəli fəsada qanun çərçivəsində sərt reaksiya verməzsə, hadisələr təhlükəli məcraya yönəlir, ideoloji təxribat vətəndaş müharibəsi, terrorun tüğyan etməsi ilə nəticələnir.

Dövlətin təhlükəsizliyi və milli mənafelər heç bir zaman, heç bir vəchlə və ya şərtlə müzakirə mövzularına çevrilməməlidir. Bəhs etdiyim dəyərlərə kiçik də olsa, təhdid yaranarsa, hər bir azərbaycanlı vətəndaş mövqeyi, milli iradə ortaya qoymalıdır. Mövcud həssas vəziyyətdə cəmiyyətimiz qətiyyət və sayıqlıq, vətəndaşlarımız milli dövlətçilik naminə sıx birlik nümayiş etdirməlidir. İctimai rəyə təsir imkanları olan ziyalılarımız daha düşünülmüş şəkildə və həssas davranaraq, konkret insanlara bəslənən münasibətlə Vətənin mənafeləri və dövlətin maraqlarını bir-birindən fərqləndirməlidir".
Risk hər zaman var...Qüdrət Həsənquliyev: “Hansısa böyük nəticələrə nail olmaq üçün istər şəxsi həyatda, istər böyük siyasətdə, istərsə də dövlətlərarası münasibətlərdə mütləq risklər olmalıdır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Redaktor.az-a müsahibəsini oxucularımıza təqdim edirik:

- Qüdrət bəy, Qarabağ istiqamətində son vəziyyəti və danışıqlar prosesini necə qiymətləndirirsiniz?

- Mən əvvəllər də söyləmişəm, yenə də təkrar edirəm: Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli yoxdur. Sülh yolu ilə o halda həll oluna bilər ki, Azərbaycan Qarabağdan imtina etsin. Bu da təbii ki, mümkün deyil... Ona görə də hər zaman xüsusi vurğulayıram ki, biz bu problemi həll etmək üçün ilk olaraq Rusiya ilə danışmalıyıq. Biz hamılıqla deyirik ki, Ermənistan müstəqil dövlət deyil, forpostdur və asılı dövlətdir. Asılı dövlətin başçısı müstəqil qərar qəbul edə bilməz. Buna görə də biz Rusiya ilə anlaşmalıyıq. Amma bunu etsək belə, bu problemi hazırda müharibəsiz həll etmək mümkünsüzdür. Çünki buna erməni xalqı imkan verməyəcək. Bu problemi ədalətli həll etmək istəyiriksə, mütləq müharibə yolu ilə ən azından Dağlıq Qarabağ ətrafındakı rayonları işğaldan azad etməliyik. Bununla erməni xalqını sülhə məcbur edə bilərik. Bundan sonra isə Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir. Azərbaycanın ərazi bütövlüyünü tanıyan ermənilərin də burada yaşaması mümkündür.

- Müharibə variantı gündəmə gələrsə, rəsmi Bakı beynəlxalq qüvvələrin təzyiqini neytrallaşdıra biləcəkmi?

- Əvvəla deyim ki, risk hər zaman var. Yəni hansısa böyük nəticələrə nail olmaq üçün istər şəxsi həyatda, istər böyük siyasətdə, istərsə də dövlətlərarası münasibətlərdə mütləq risklər olmalıdır. Risk olmadan böyük uğurlardan söhbət gedə bilməz. İkincisi, mən bu riskləri nəzərə alaraq, Rusiya ilə danışıqlar aparmalı olduğumuzu söyləyirəm. İndiki halda, hətta biz Rusiya ilə anlaşsaq belə, müharibə etməsək Dağlıq Qarabağ probleminin ədalətli həllinə nail ola bilməyəcəyik. Erməni xalqı heç bir hökumət və dövlət başçısına belə bir saziş imzalamağa icazə verməz.

- Bildiyim qədəri ilə sizin müəllifi olduğunuz “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi Milli Məclisin Aparatına təqdim edilib. Qanun layihəsi nə zaman müzakirəyə çıxarılacaq? Orada hansı vacib məqamlar qeyd edilib?

- Belə bir qanun Gürcüstanda, Ukraynada, Moldovada da qəbul olunub. Yəni işğal olunmuş ərazilərin hüquqi statusunu müəyyənləşdirmək lazımdır. Xaricilər işğal altında olan ərazilərə səfərlər edir, ayrı-ayrı dövlətlərin, hüquqi şəxslərin şirkətləri, firmaları, hüquqi şəxsləri həmin ərazilərdə fəaliyyət göstərirlər. Yəni bu ərazilərin hüquqi statusunu müəyyənləşdirməliyik ki, işğal altında olan ərazilərə daxil olanlar hansı məsuliyyət daşıdığını bilsinlər. Digər tərəfdən, Azərbaycan şirkətlərinin onlarla əlaqələr yarada bilib-bilməyəcəyi müəyyənləşdirilməlidir. Bütün bu məsələləri qanunvericiliklə tənzimləmək lazımdır. Keçmiş sovet respublikalarında torpaqları işğal olunmuş digər ölkələr bu qanun layihəsini qəbul ediblər. Bizim hazırladığımız layihədə baza kimi məhz Gürcüstanın qəbul etdiyi qanunu əsas götürmüşük. Qanun layihəsini bundan öncə Milli Məclisə təqdim edəndə təəssüflər olsun ki, bu məsələ hökumət tərəfindən birmənalı qarşılanmadı. Baxmayaraq ki, hətta bəzi iqtidar deputatları da bu qanunu dəstəkləmişdi. Amma parlamentdə iqtidar nümayəndələri çoxluq təşkil etdiyi üçün, onların iradəsi olmadan hər hansı qanun layihəsinin müzakirəyə çıxarılmasından, yaxud qəbul olunmasından söhbət gedə bilməz. Hakim partiyanın deputatları da belə bir qanunun müzakirəyə çıxarılmasını məqsədəuyğun hesab etmədilər. Ona görə də bu qanun komitədə ilişib qaldı.

- Sizcə buna səbəb nə idi? Niyə bu qanun layihəsinin qəbul olunmasını məqsədəuyğun hesab etmədilər?

- Açığı mən bilmirəm. Hətta dediyim kimi, bu qanun layihəsini iqtidar deputatlardan da dəstəkləyənlər var idi. Yəni bunun kimə mane olması, niyə bu qanunu qəbul etmədikləri mənim üçün hələ də anlaşılmaz olaraq qalır.

- Hazırda regionda vəziyyət gərgindir. Gürcüstanda son baş verən prosesləri necə qiymətləndirisiniz? Bu proseslərin arxasında hansısa qüvvələrin durma ehtimalı nə qədərdir?

- Saakaşvili Gürcüstan üçün çox iş görmüşdü, korrupsiyaya qarşı mübarizədə böyük uğurlar qazanmışdı, rüşvətxorluğu yığışdırmışdı, əhalinin sosial vəziyyətini yaxşılaşdırmışdı. İvanişvili hakimiyyətə gələndən sonra bir çox sahələrdə inkişaf yox, geriləmə müşahidə olundu. Bu da sözsüz ki, əhalini narahat etməyə başladı. Sözsüz ki, Gürcüstanda marağı olan böyük güclər də oradakı prosesləri diqqətlə izləyir. İlk əlverişli şərait yaranan kimi orada sabitliyi pozmağa çalışırlar. Gürcüstanda sabitliyin pozulması Azərbaycan üçün də çox arzuolunmayan haldır. Okeanlara çıxış və qardaş Türkiyə ilə komnukasiya xəttlərimiz Gürcüstan üzərindən həyata keçirilir. Ona görə də Azərbaycan istəyir ki, Gürcüstanda sabitlik olsun. Təsadüfi deyil ki, Azərbaycan Gürcüstana ən çox investisiya yatıran iki ölkədən biridir.
Gürcüstanda olan təxribatçı qüvvələr həm Gürcüstanın özündə sabitliyi pozmağa, həm də Gürcüstanla Azərbaycanın münasibətlərini korlamağa çalışırlar. Amma ümid edirəm ki, gürcü iqtidarının və xalqının müdrikliyi çatacaq ki, oradakı proseslərin dağıdıcı yön almasına imkan verməsinlər. Bir fakt ortadadır ki, Gürcüstanda əhalinin sosial vəziyyəti pisləşib. Əhalinin sosial vəziyyəti ağır olanda bəzən ən kiçik hadisə də onlarda qıcıq yaratmağa bəs edir. Yəni insanlara bir çox hallarda səbəbdən çox bəhanə lazım olur.

- Bəs İran böhranının region üçün hansı təhlükələri var? Bu böhran fonunda rəsmi Moskva Qafqazı itirməmək üçün Azərbaycana təzyiqlərini gücləndirəcəkmi? Konkret olaraq, Bakı üçün hansı risklər mövcuddur?

- Gürcüstanda olduğu kimi Azərbaycan İranda da sabitliyin olmasında maraqlıdır. İranda dəyişikliklərin yalnız demokratik proseslər nəticəsində baş verməsi məqsədəuyğundur. Bu ölkədə hər hansı inqilabın olması Azərbaycan üçün arzuolunmazdır. Çünki İranda 30 milyona yaxın soydaşımız yaşayır. Yenə də ümid edirəm ki, İrandakı hakim molla rejiminin müdrikliyi çatacaq ki, aqressiv bəyanatlardan çəkinsin və prosesləri ABŞ-la müharibəyə aparmasınlar. İranda sosial gərginlik var. Bir çox hallarda da hökumətlər bu sosial gərginlikdən əhalinin diqqətini yayındırmaq üçün bəzən siyasi aventüralara əl atırlar, müharibələrə gedirlər. Bu müharibələr zamanı isə siyasi azadlıqlar məhdudlaşdırılır və bundan istifadə edərək represiyalar həyata keçirilir. Eyni zamanda siyasi rəqiblər düşmənə yardım etməkdə ittiham olunaraq, fiziki baxımdan məhv edilir.

İran üçün ABŞ-la toqquşma çox təhlükəlidir. İran regionda bizim kimi ölkələrlə müqayisədə güclü dövlət ola bilər, amma ABŞ-la müqayisədə çox kiçikdir. Yəni İran və ABŞ arasında müharibə olsa, kimin qalib gələcəyi ilə bağlı sual ümumiyyətlə, yoxdur. Hər şey bəllidir. Amma region bu müharibədən böyük ziyan görə bilər, o cümlədən Azərbaycan. Regionda çox böyük humanitar fəlakət yaşanar və çoxlu insanlar Azərbaycana qaçar. Hər halda ümid edək ki, ABŞ Adminstrasiyasındakı soyuq başlar müharibənin başlanmasına imkan verməyəcək.





Səddam Hüseynin edamına necə qərar verilib? - Şok detallarİraqın devrilmiş prezidentin Səddam Hüseynin edam olunmasından 13 ildən çox vaxt keçir.

Avropa.info xəbər verir ki, BBC kanalı Səddam Hüseynin edamına qərar verən iraqlı hakimlərdən birindən aldığı reportajda Səddamın son anlarına dair detalları paylaşıb. İraqlı hakim Munir Haddad qərarın necə verilməsi və icra olunması haqda danışıb.

- Nuri əl-Maliki hökuməti ilə məsləhətləşmə aparılırdı. Səddam Hüseynin edam qərarı necə verildi?

- Apellyasiya məhkəməsi kimi 9 üzvdən ibarət idik. Qərarın təsdiqi üçün 9 üzv arasında səsvermə aparılması lazım idi. 23.12.2006-cı il tarixində Nuri əl-Maliki Səddam Hüseynin edam olunacağını iraqlılara bəyan etdi. Nuri əl-Maliki ilə dost idik. Məndən qərar haqda soruşdu. Mən də işin başa çatması üçün 1 ay lazım olduğunu dedim. Apellyasiya məhkəməsi yığışdı və uzun iclaslardan sonra 3 gün içində edam qərarı verdik.

- 9 üzvün hamısı edam qərarını imzaladı?

- 9 üzvdən yeddisi edam qərarını imzaladı. Digər iki üzv isə yayındı.

- Amerikalıların edam qərarına təsiri oldumu?

- Qətiyyən. Təsirləri olmadı. Amerikalılar və ingilislər məhkəmədə konsultant kimi iştirak edirdilər. İraq Cinayət Məhkəməsi İraq Ali Məhkəməsindən ayrı qurumdur, başqa məhkəmədir.

- Amerikalı və ingilis konsultantlar məhkəmədə iştirak edirdilər?

- Bəli, var idilər.

- Bəs, onların vəzifəsi nə idi?

- Onlar sadəcə maaşlarını alırdılar. Bir çox məhkəmədə, Lahey məhkəməsində kurs keçdik. Beynəlxalq qanunlar haqda dərs aldıq. Beynəlxalq Cinayət Məhkəməsi İraq Cinayət Məhkəməsindən fərqlidir. Belə ki, Səddam Hüseyn İraq qanunlarına görə mühakimə olunsaydı, azad olunardı. Biz də onu beynəlxalq hüquq əsasında mühakimə etdik. Qanunları ingiliscədən ərəbcəyə tərcümə etdik. Bu məsələdə iraq əsilli ingilis vəkil Sami Şələbinin rolu böyükdür.

- Nuri Malikinin “sağ əli” İzzət Şehbandarın sözləri haqda nə deyəcəksiniz?

- Nuri Malikinin “sağ əli” İzzət Şehbandar “Səddam ABŞ hərbçilərinin nəzarətində idi, daha sonra iraqlılara verildi. Prezident Buş ilə görüşdüm. Körfəz ölkələri və ABŞ-ın təzyiqlərindən danışdım. Buş isə mənə “Onu bu gün edam edin” dedi və edam həyata keçirildi” demişdi. Bunlarln hamısı şişirdilib və düzgün deyil. Nə ABŞ, nə də Körfəz ölkələrinin təzyiqi olub.

- Səddamın edamı iraqlıların qərarı idimi?

- Tamamilə iraqlıların qərarı idi. Edam qərarını mən və iraqlı hakimlər verdi.

- Edamın həyata keçirildiyi gün siz də məhkəmədə idiniz. Nəyin şahidi oldunuz?

- Səddam Hüseyn cinayətkar idi və mən ailəmdən davamlı olaraq onun cinayətləri haqda eşidərdim. Səddam insanları şəxsən öldürürdü. Məhkəmə günü Səddamın üzündən qorxduğu görünürdü.

- Səddam Hüseyn bayram gecəsi edam edildi. Kədərlənmədinizmi? Və yaxud nələr hiss etdiniz?


- Səddamın edam olunması ilə bağlı heç bir narahatlığım yox idi və heç nə hiss etmədim. Biz bu qərarı verərkən ondan intiqam almaq üçün etmədik. Qərarımızın arxasında məzhəb düşüncəsi yox idi. Səddam özünün sünni olduğunu deyirdi, amma o, bir gün belə sünni olmadı. Əsl diktator idi.

- Məhkəmə salonunda kimlər var idi? Səddamın son sözləri nə idi?

- Son sözləri qızına baxmamı istədi və şəhadət gətirdi. İki dəfə şəhadət gətirdi. İkinci şəhadəti gətirdiyi əsnada edam həyata keçirildi. Edamdan sonra da cəsədini ailəsinə verdik.
"Leyla xanım Əliyeva ölkəmizə xarici diplomatiyada böyük uğurlar qazandırıb"Ölkəmizin dəyərli və nümunəvi gənc siyasi xadimi‚ Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Baku jurnalının təsisçisi və baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvü, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri‚ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük qızı hörmətli Leyla xanım Əliyevanı doğum günü münasibətilə təbrik edirik. İlk öncə onu deyə bilərəm ki‚ hörmətli Leyla xanım hələ ən gənclik vaxtlarından ölkəmizin milli maraqlarının qorunması istiqamətində əzmlə çalışmağa başlayıb və bu istiqamətdə əlindən gələni edərək ölkəmizə çox böyük uğurlar qazandırıb. Ölkəmizin hətta xarici siyasətdəki uğurlarında‚ diplomatiyada‚ lobbiçilikdə‚ diaspora işinin təşkilində‚ xaricdəki Azərbacanlı gənclərə qayğı göstərilməsində Leyla xanım Əliyevanın misilsiz xidməti var.

Azərbaycan həqiqətlərinin‚ xüsusən Qaravağ reallıqlarının dünya səviyyəsində tanınmasına və hüquqi qiymət verilməsi yönündə‚ habelə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında‚ beynəlxalq ictimaiyyətin‚ və xarici təşkilatların‚ dünya xalqlarının erməni vəhşiliyini və vandalizmini görməsi və hüquqi qiymət verməsi üçün hörmətli Leyla xanım Əliyeva əlindən gələni edərək Dövlətimizin xarici siyasətdə və diplomatiyadakı böyük uğurlarında misilsiz rolu vardır. Gənc olmasına baxmayaraq‚ bu qeyd etdiyim sahələrdə və xarici diplomatiyada böyük bacarıq və təcrübəyə malik olan Leyla xanım Əliyeva bu siyasi və diplomatik təcrübəni‚ xalqımızın Ümummilli Lideri‚ Ulu Öndər Heydər Əliyevdən miras alıb və babası Ulu Öndər kimi zəngin diplomatik bacarığa sahibdir. Ulu Öndər Heydər Əliyevin siyasi dəyərlərinin daşıyıcısı və icraçısı olan Leyla xanım Əliyeva‚ həmçinin Ulu Öndər Heydər Əliyevin siyasi ideyalarının layiqli davamçısı olan möhtərəm cənab İlham Əliyevin siyasi idarəçilik təcrübəsindən və möhtərəm cənab Prezidentin xarici diplomatiyadakı zəngin təcrübəsindən də yüksək şəkildə yararlanaraq xalqımızın və Dövlətimizin milli mənafeyi uğruna gecə-gündüz şücaətlə çalışmaqdadır. Bu səbəbdən ölkəmizin inkişafında Leyla xanımın böyük əməyi vardır. "Leyla xanım Əliyeva ölkəmizə xarici diplomatiyada böyük uğurlar qazandırıb"Ölkəmizin beynəlxalq imicinin yüksəlməsində‚ beynəlxalq əlaqələrin qurulmasında‚ xarici investisiya və sərmayənin ölkəmizə gətirilməsində hörmətli Leyla xanım Əliyevanın misilsiz əməyi mövcuddur.

Eyni zamanda Leyla xanım hər zaman xüsusən gənclərə böyük dəstək göstərir. Layiqli və nümunəvi gənclərin önə çəkilməsi məsələsində də Leyla xanım əlindən gələni edərək gənclərimizə hər zaman böyük qayğı göstərir. Leyla xanım hər zaman professional və numunəvi gənclərlə işləməyə üstünlük verib. Çox sayda gənc‚ yüzlərlə nümunəvi gənc‚ məhz Leyla xanımın sayəsində öz layiqli yerini tutub və tutmaqdadır. Leyla xanım hazırda vətənpərvərliyin aşılanması‚ dövlətçiliyimizin güclənməsi‚ ölkəmizdə daim əmin-amanlığın olması naminə çalışan bir nömrəlo gənc siyasi xadimdir və bu qeyd etdiyim sahələrdə çox mühüm əməli işlər həyata keçirib. Bu səbəbdən hörmətli Leyla xanım Əliyevanın ölkəmiz və xalqımız qarşısında çox mühüm xidmətlərə malik insandır. Leyla xanımın nümunəvi xidmətlərini saymaqla bitməz. Qeyd etdiklərim isə hörmətli xanım Əliyevanın yüksək və nümunəvi xidmətlərinin çox az qismi idi.

Fikirlərimin sonunda hörmətli Leyla xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir‚ uzun ömür‚ can sağlığı‚ yüksək ailə səadəti və işlərində‚ xidməti fəaliyyətində daha da yüksək uğurlar və daha da mühüm nailiyyətlər arzu edirəm.

Vüsal Məmmədov
Azgersu şirkətinin prezidenti