Qafqazlı deputat qız qaçırdıİnquşetiya parlamentinin deputatı qız qaçırıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “İnterfaks” agentliyi öz mənbələrinə istinadən yayıb. Məlumata görə, insident Malqobek rayonu ərazisində baş verib. Onun qadını evlənmək məqsədiylə qaçırdığı vurğulanıb.

Agentlik qadın qaçıran deputatın Vahid Rusiya Partiyasının üzvü olduğunu, qaçırılan qadının isə Malqobek Rayon Mərkəzi Xəstəxanasının baş həkimi kimi çalışdığını bildirib. Bununla belə şəxslərdən heç birinin adı agentlik tərəfindən yayımlanmayıb.

Artıq insidentə səbəb olan deputatın cəzalandırıldığı da vurğulanıb. Ona atdığı addıma görə 200 min rubl miqdarında cəza kəsilib.
Zurabişvili impiçmentlə təhdid edildiGünü-gündən Zurabişvilinin öz fəaliyyətini impiçmentlə bitirəcəyinə əmin oluram.

Axar.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Gürcüstanın Vahid Milli Hərəkat Partiyasından olan deputat Tinatin Bokuçava deyib.

“Bu qadın mütləq öz fəaliyyətini impiçmentlə bitirəcək. İndi vacib olan impiçmentə qədərki dönəmdə onun verdiyi bəyanatlarla ölkəyə düzəlməsi mümkün olmayan zərərlər vurmasına imkan verməməkdir”, – deyə o bildirib.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili ABŞ-ın Gürcüstanda baza yaratmasına qarşı çıxaraq, bunu səmərəsiz adlandırmışdı. O, bunun provokasiyaya səbəb yaradacağını da bildirmişdi.
Pakistanlı jurnalistlər Mətbuat Şurasında olublarBu gün Pakistan İslam Respublikasından olan jurnalist nümayəndə heyətinin üzvləri Azərbaycan Mətbuat Şurasında olublar. Bütün Pakistan Qəzetləri Cəmiyyətinin (All Pakistan Newspapers Society - APNS) İcrayyə Komitəsinin prezidenti, ölkənin «The DAWN Media Group» şirkətinin rəhbəri Həmid Harunun başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə «Nawa-i-Waqt Group»un marketinq direktoru Bilal Mahmud, “Daily The News International” qəzetinin redaktoru Amir Ğauri, “Diplomatic News Agency” xəbər agentliyinin və “Centreline” jurnalının baş redaktoru, APNS-in İdarə Heyətinin üzvü Ənsar Batti, “GEO Network” və “The Jang Group”un nümayəndəsi Məsrur Əhməd, APNS-in İdarə Heyətinin üzvü Tənvir Tahir, aparıcı foto-jurnalist, “Whitestar Photos” şirkətinin baş əməliyyat direktoru Arif Mahmud daxildir.

Qonaqları salamlayan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov onlara ölkəmizdə söz və ifadə azadlığı sahəsindəki vəziyyət, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.

Qarşılıqlı diskussiya şəraitində keçmiş görüşdə qonaqların Şuranın şikayətləri araşdırma təcrübəsi, həmçinin media qanunvericiliyi, jurnalist hüquqlarının qorunması, onların sosial müdafiəsinin təşkili məsələləri ilə bağlı sualları cavablandırılıb.
Pakistanlı jurnalistlər Mətbuat Şurasında olublar
Görüşdə eyni zamanda Pakistan və Azərbaycan arasındakı müxtəlif sahələrdəki əməkdaşlıq məsələlərinə də nəzər salınıb. Bildirib ki, yüksək səviyyəli bu əməkdaşlığın media sahəsində də olması mütləqdir. Mövcud xüsusda Azərbaycan Mətbuat Şurası ilə Bütün Pakistan Qəzetləri Cəmiyyəti arasında anlaşma memorandumunun işlənib hazırlanması barədə razılığa gəlinib. Belə bir sənədin qarşılıqlı jurnalist səfərlərinin həyata keçirilməsi, eləcə də Azərbaycanın və Pakistanın media orqanları arasında fərdi münasibətlərin yaranması, informasiya mübadilənin etibarlı mühitinin formalaşması baxımından əhəmiyyətli baza rolunu oynayacağına inam ifadə edilib.

Görüşdə Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkar İttifaqının sədri Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvləri – “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “ONA News Agency” rəhbəri Vüsalə Mahirqızı, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov, habelə “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan iştirak ediblər.
Salman Umudov Assosiasiya sədrinin müavini seçilibDünən keçirilən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağında təşkilatı məsələyə baxılıb.

Yığıncaqda idarə heyətinin təklifiylə Binəqədi Bələdiyyəsinin sədri Salman Umudov və Kəpəz Bələdiyyəsinin sədri Amin Əliyev assosiasiya sədrinin müavinləri, Səbail Bələdiyyəsinin sədri Səmədağa Aslanov idarə heyətinin üzvü seçilib.

Yığıncaq iştrakçıları yekdilliklə idarə heyətinin təklifini qəbul ediblər.
Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş seminar keçirilib - FotolarAzərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş ümumrespublika seminarı keçirilib.

Avrasiya.net xəbər verir ki, seminarın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək və yetişməkdə olan gənc nəsilə onun həyat və fəaliyyətini aşılamaq olmuşdur.

Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov mərhum prezidentimizin dövlətimiz və xalqımız üçün etdiklərindən danışıb. A. Acalov məhz onun siyasəti nəticəsində ölkəmizdə idmanın inkişaf etdiyini vurğulayaraq hazırda da onun layiqli davamçısı olan prezidentimiz İlham Əliyevin dəstəyi ilə bu sahənin daha da inkişaf etməkdə olduğunu deyib.
Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş seminar keçirilib - Fotolar
Daha sonra çıxış edən Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri, Braziliya Ciu-Citsu idman növünün ölkəmizə gətirilməsində müstəsna əməyi olmuş qara kəmər sahibi Taleh Həsənov da mərhum prezidentimizin həyat yolundan və onun idmana qayğısından danışıb.

Bundan sonra çıxış edən Taleh Həsənovun tələbəsi və Qarabağ İdman Klubunun prezidenti, Braziliya Ciu-Citsu üzrə qara kəmər sahibi Anar Səfərov da idmançılara öz tövsiyələrini verib.
Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş seminar keçirilib - Fotolar
Seminara Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov və onun tələbəsi Qarabağ İdman Klubunun prezidenti Anar Səfərov rəhbərlik edib.

Taleh Həsənov hər şeydən əvvəl idmançılara Braziliya Ciu-Citsu idman növünün yaranma tarixindən, sirlərindən bəhs edərək bir neçə əsas nüansı onların diqqətinə çatdırarıb, onlara yeni fəndlər və taktikalar göstərib. Daha sonra isə idmançılar öz texniki və fiziki bacarıqlarını göstəriblər. Bundan sonra isə attestasiyadan keçən idmançılar növbəti kəmərlərə yiyələniblər. Seminarda yetmişə yaxın idmançı iştirak etmişdir.
Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş seminar keçirilib - Fotolar
Artıq bir müddətdir ki, Ciu-Citsu məşqlərində mütəmadi olaraq iştirak edən Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov da attestasiyadan keçərək göy kəmərə yiyələnib.
Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş seminar keçirilib - Fotolar
Tanınmış diktor dünyasını dəyişdiAzərbaycan televiziyasının tanınmış diktoru, respublikanın əməkdar artsiti Natəvan Hacıyeva dünyasını dəyişib.

Bu barədə Modern.az-a N.Hacıyevanın yaxınları məlumat verib.

1942-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açmış Natəvan Hacıyeva orta məktəbi bitirdikdən sonra o vaxtkı M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. Ali məktəbdə oxuduğu illərdə müsabiqə yolu ilə Azərbaycan Televiziyasına diktor kimi işə qəbul edilib. Natəvan Hacıyevanı tamaşaçılara sevdirən aydın diksiyası, şirin danışığı, gülərüzlüyü və qəlbə yatan məlahətli səsi olub.

N.Hacıyeva ömrünün 56 ilini milli televiziyamıza həsr etsə də, “Aygün” filmindəki epizodik rolu sənətdə ilk debütü sayırdı. Onun 2000-ci ildə çapdan çıxmış “Mən o günləri yaşamışam” kitabında Azərbaycan televiziyasında çalışdığı illərlə bağlı unudulmaz xatirələri öz əksini tapıb.

Allah rəhmət eləsin!
"Azərbaycan bizim üçün məbəddir" - Füzuli MəmmədovAvrasiya.net Rusiya Azərbaycanlılar İttifaqının prezidenti Fizuli Məmmədovun musavat.com-a müsahibəsini təqdim edir.

– Fizuli müəllim, aprelin 27-də təsis toplantısı keçirilən Rusiya Azərbaycanlıları İttifaqı ideyası necə yarandı?

– Bilirsiniz ki, 30 ilə yaxındır diaspor fəaliyyəti ilə məşğulam – həm Dünya Azərbaycanlıları İttifaqına, həm Dünya Azərbaycanlıları Mədəniyyət Fonduna rəhbərlik edirəm. Rusiyada, Azərbaycanda, Avropada ötən 30 ildə böyük layihələr həyata keçirmişik. Ümumrusiya Azərbaycanlıları Konqresi ləğv ediləndən sonra Rusiyada nüfuzlu Azərbaycan diasporu qalmadı. Var olan təşkilatların rəhbərləri arasında uzun illərdir davam edən gərginliklər, ortaq qərarlar qəbul etməyə imkan vermirdi. Heç kimə sirr deyil ki, Rusiya Azərbaycan üçün həm geosiyasi, həm sosial yöndən önəmli ölkədir. 2 milyondan artıq soydaşımızın orada yaşaması Rusiyaya ən böyük diaspor potensialı olan ölkə statusu da qazandırır. Belə bir ölkədə Azərbaycan adına böyük, bütün federasiya subyektlərinin təmsil olunduğu diaspor qurumunun olmaması ümumi diaspor fəaliyyətimizdə böyük bir boşluq yaratmışdı. Rəhbərlik etdiyim DAİ və DAMF hər zaman regionlarla sıx işbirliyi içərisində olub. Əməkdaşlıq etdiyimiz təşkilatların rəhbərləri bizə yeni birlik modeli yaratmaq təşəbbüsümüzü üzərimizə götürməyi aylardır təklif edirdi. Nəhayət, bu ilin martında biz bir neçə diaspor qurumu ilə əməkdaşlıq haqqında niyyət protokolu imzaladıq. Ardınca bir çox regiondan analoji işbirliyi təklifləri gəldi və biz qərara gəldik ki, Moskvada Forum keçirək, arzu edən, böyük birlik yaradılmasını istəyənlər bir araya gəlsin, gələcək strategiyamız müəyyən olunsun. Forumda 89 federasiya subyektindən 56-sı təmsil olundu. Şəffaf, konstruktiv müzakirələr keçirdik, vahid təşkilat ətrafında birləşmək ideyasına istisnasız hər kəs dəstək verdi və biz Forumda Rusiya Azərbaycanlıları İttifaqının yaradılmasını elan etdik. Təsis toplantısında qurultaya hazırlıq üçün Təşkilat Komitəsi yaratdıq. Prosesi sürətlə aparmaqda qərarlıyıq. Vəkillərimiz sənədləşmə üzərində işləyir. Ümid edirəm, payızda qurultayımızı keçirə biləcəyik.

– ÜAK Rusiya qanunvericiliyinə uyğun olmadığı üçün ləğv edilib. Bu haqda məhkəmə qərarında bildirilir ki, qurum Rusiya Federasiyası qanununun ictimai qurumlarla bağlı tələblərinə cavab vermir. Bu məsələnin arxasında siyasi çalarların varlığım da iddia edilir. Yaratdığınız qurumun rəsmiləşdirilməsi zamanı rəsmi Moskvanın analoji maneə yaradacağını ehtimal edirsinizmi?

– İdeya yaranandan biz Rusiyanın tanınan, bu sahə üzrə ən professional vəkilləri ilə müzakirələr aparırıq. Qurumun yaradılması üzrə ilk addımdan, yəni təsis konfransından başlayaraq qurultayın keçirilməsi, İdarə Heyətinin yaradılmasından qeydiyyat üçün sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsinə qədər bütün proses onların nəzarəti altında Rusiya qanunvericiliyinə uyğun davam edəcək. Yeni quruma Rusiya Azərbaycanlıları İttifaqı adının verilməsi də onların təşəbbüsüdür. Bildiyiniz kimi, Rusiya Ermənilərinin İttifaqı uzun illərdir fəaliyyətdədir. Bu qurumun varlığı həm də hüquqi president yaradır. Qanun ermənilərə oxşar adda, eyni strukturda qurum yaratmaq imkanı verirsə, nədən azərbaycanlılara şamil edilməsin? Ümid edirəm, bizim vəkillərimiz yüksək professionallıq göstərəcəklər və Rusiya Azərbaycanlıları İttifaqını Rusiya Federasiyasının ictimai qurumlar haqqında qanunvericiliyinə uyğun yaradaraq bu məsələyə birdəfəlik nöqtə qoya biləcəyik.

– Fizuli müəllim, erməni diasporundan danışdınız, hazırlıq prosesində onların təşkil etdiyi hər hansı neqativlə üzləşdinizmi?

– Aydındır ki, ermənilər böyük birlikdən narahatdırlar. Bütün güclərini təbliğata yönəldiblər və həm rəsmi, həm də qeyri-rəsmi instansiyalarda Rusiya Azərbaycanlıları İttifaqı haqqında mənfi imic formalaşdırmağa çalışırlar. Onların niyyəti aydındır. Bilirlər ki, sağlam bir diaspor qurumunun yaradılması azərbaycanlıların nüfuzunu xeyli artıracaq, bu səbəbdən qeydiyyata qədər prosesi pozmağa cəhd edirlər.

– Əsas iddiaları nədir?

– Əsas odur əllərində üzərimizə gəlmək üçün heç bir rəsmi tutarqa yoxdur. RAİ-nin yaradılması üzrə təşəbbüs qrupunun, qurultayın keçirilməsi üzə Təşkilat Komitəsinin bütün üzvləri Rusiya vətəndaşlarıdır. Qanun bizə yaşadığımız, fəaliyyət göstərdiyimiz ölkədə ictimai fəaliyyətlə rəsmi məşğul olmaq hüququ verir, biz də bu hüququmuzdan istifadə edirik. İddialarından biri də qurumun Azərbaycana yaxınlığı haqqındadır ki, bu da absurddur. Çünki hüququ anlamda belə bir nüans yoxdur. Mənəvi baxımdan isə bu dünyanın istənilən millətinə məxsus diaspor fəaliyyətinin kökündə dayanan fəlsəfədir. Ölkəsindən kənarda yaşayıb milli, mədəni icma yaradan azlığı birləşdirən amil vətəndir. Üstəlik vətən amilinə ən çox xidmət edən xalqlardan biri ermənilərdir. Elə azərbaycanlıların yaratdığı birliklərlə bağlı pozuculuq fəaliyyətinin kökündə də bu dayanır. Bizim vətən amalımıza gəlincə, Azərbaycan bizim üçün məbəddir. Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq vətən həssasiyyətimizi hər zaman qorumuşuq. Məni də, Rusiya Azərbaycanlıları İttifaqını bizimlə birgə yaradan şəxsləri də Azərbaycanla yalnız mənəvi tellər bağlayır. Digər xalqlarda olduğu kimi, bizim də dövlətimizin diaspor siyasəti bizim üçün prioritetdir. Ancaq fəaliyyətimiz Rusiya qanunvericiliyi çərçivəsindədir və belə də olmalıdır. İcmamızı daha gücləndirmək, milli, mədəni varlığımızı qorumaq, Rusiya cəmiyyətində haqq etdiyimiz mövqeni əldə etmək üçün bu istiqamətdə fəaliyyət göstərəcəyik. Düşünürəm ki, Rusiya Azərbaycanlılar İttifaqı çox münasib bir dönəmdə yaranır. Həm ölkələr, həm liderlər arasında münasibətlər yüksələn xətlə davam edir. Bu faktorun Rusiya-Azərbaycan yaxınlaşması kontekstində həm də diaspor fəaliyyətinə müsbət təsir edəcəyinə inamım böyükdür.

– Bütünlükdə Rusiya ictimaiyyətinin prosesə müraciətini necə dəyərləndirirsiniz?


– Çox müsbət. Həm iş dünyasından, həm ictimai sektordan olan dostlar, tanışlar ideyamızı həm bəyənir, həm də dəstək verirlər. 2018-ci il prezident seçkisində namizədlərdən biri olan Roman İvanoviç Xudyakovun Forumda səsləndirdiyi fikirlər bizim üçün çox qiymətlidir. Elə bir diaspor qurumumuz olmayıb ki, onun toplantısında Rusiya ictimaiyyəti prezidentliyə namizəd partiya sədri səviyyəsində təmsil olunsun. Roman İvanoviç azərbaycanlıları Rusiyanın sərvəti adlandırdı, bu ölkəni ən səmimi məhəbbətlə sevən, yüksəlişi üçün daim çalışan milli azlıqlar içərisində ən seçkin yerdə olduğumuzu dəfələrlə vurğuladı. O israrla söylədi ki, Rusiya üçün hər zaman böyük işlər görən azərbaycanlılar idarəetmədə də təmsil olunmalıdırlar, çünki Dövlət Dumasında, yerli idarəetmə orqanlarında təmsilçilik bizim böyük potensialımızın daha effektiv istifadə deməkdir. O, bu mənada bütün icma üzvlərini fəallığa dəvət etdi. Belə bir miqyaslı siyasətçinin millətimiz haqqında xoş sözlər söyləməsi, konkret hədəflər göstərməsi sevindirici olduğu qədər də ciddi stimuldur.

– Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılandan sonra Federasiyanın digər subyektlərindən də müraciətlər alırsınızmı?

– 56 federasiya subyektinin təsis toplantısında iştirakı buna qədər tərəddüddə olanların da prosesə cəlb edilməsinə səbəb olub. Daha 16 bölgədən müraciətlər var – baxacağıq, dəyərləndirəcəyik. İstəyimiz odur ki, RAİ uzun illər zəhmətini Rusiyanın iqtisadiyyatına, elminə, sosial həyatına yönəldən insanlarımızın heç biri kənarda qalmasın. Gerçəkdən də azərbaycanlılar Rusiya üçün ciddi faktordur – investor kimi, alim kimi, xidmət sektoruna yeni trendlər gətirən çalışqan zümrə kimi. Çox sevinirəm ki, birlik təklifimizə Rusiyada yaşayan intellektuallar ilk reaksiya verənlərdən oldular. Sıralarımızda nüfuzlu akademiklər, müxtəlif sahələr üzrə professorlar, ictimai xadimlər var. Bu həm də o deməkdir ki, Rusiya Azərbaycanlılarının İttifaqı milli məsələlərimizi intellektual müstəvidə müzakirə edəcək, qərarlar yalnız günlük hədəflərə deyil, strateji məqsədlərə yönələcək. Yanımızda olan hər kəsə təşəkkür edirəm, gəlmək istəyənlərə də milli düşüncə ətrafında birliyə dəvət edirəm. Yaratdığımız böyük birlik bizə gerçəkdən də geniş imkanlar açır. Güclü diaspor, həm də güclü Azərbaycan deməkdir. 200 illik erməni diasporunun bu gün Ermənistan üçün nələr etdiyi göz qabağındadır. Əminəm ki, 30 illik diaspor təcrübəmizlə, biznes, elm, mədəniyyət və ictimai sektorda olan insanlarımızın potensialı ilə biz yaxın 10-20 ildə böyük yol qət edə biləcəyik. Güclü Azərbaycan diasporu beynəlxalq məkanda güclü Azərbaycan dövləti deməkdir. Ona görə də mən ürəyində Azərbaycan sevgisi olan hər bir elm adamını, biznes sahibini, ölkədən kənarda yaşasa da milli dəyərlərimizi qoruyan hər bir kəsi Azərbaycan dövlətinin güclənməsi naminə bu böyük ideyaya dəstək verməyə çağırıram. Güclü diaspor bizim gələcək nəsillərə daha az problem qoymağımızın açarlarından biridir. Özünü azərbaycanlı sayan hər kəs üzərində belə bir mənəvi məsuliyyət olduğunu bir an belə unutmamalıdır.
Məktəblilər “İstefa!” şüarları ilə aksiya keçiriblər - BiləsuvardaBiləsuvar rayonundakı K. Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-liseydə bu günlərdə şagirdlər etiraz aksiyası keçiriblər. Şagirdlərin məktəbin həyətində keçirdikləri aksiyanın görüntüləri bu gün sosial şəbəkələrdə yayılıb. Görüntülərdən bəlli olur ki, şagirdlər məktəbin həyətində toplaşaraq yeni direktorun təyinatına etiraz edirlər, hətta “istefa” şüarları səsləndirilir. (Unikal.org)

Biləsuvar rayon təhsil şöbəsindən virtualaz.org-a bildiriblər ki, litsey birbaşa təhsil Nazirliyinin tabeliyindədir, buna görə də orada baş verənlərə görə cavabdehlik daşımırlar.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə bildirib ki, video görüntülərdəki hadisə aprelin 25-də baş verib.

“Daxil olmuş şikayətlərin araşdırılması məqsədilə nazirliyin müvafiq komissiyası mart-aprel aylarında məktəb-liseydə daxili araşdırma aparıb, məktəb-liseyin direktoru vəzifəsini müvəqqəti icra edən Natəvan Əzizovanın fəaliyyətində ciddi nöqsanlar aşkar edilib. Bununla bağlı komissiyanın rəyinə əsasən Natəvan Əzizova barədə müvafiq intizam tənbehinin tətbiq edilməsi və məktəb-liseyə yeni direktorun təyin olunması qərara alınıb”, -Valehov deyib.

Təhsil nazinin əmri ilə Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində coğrafiya müəllimi vəzifəsində çalışan, habelə Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi və monitorinqi qrupunun eksperti Mehman Əliyev həmin məktəb-liseyin direktoru vəzifəsinə təyin edilib. C.Valehov deyir ki, Mehman Əliyevin məktəb kollektivinə təqdim edilməsindən bir gün əvvəl məktəbin direktor əvəzi N.Əzizova şagirdlərin növbə dəyişməsi zamanı məktəb qarşısında toplaşmasından istifadə edərək bunu şagirdlərin etirazı kimi təqdim etməyə çalışıb.

Hazırda internat-məktəbində təlim-tərbiyə prosesi öz axarı ilə davam edir.
“Yalvarıram, bizə kömək edin, evimizə getmək istəyirəm...” - İŞİD-in əlində olan azərbaycanlı uşaq“Reuters” agentliyinin əməkdaşı İraqın paytaxtı Bağdadda Rusafa qadın həbsxanasında olub. İslam Dövləti (İŞİD) terrorçu qruplaşmasına bağlı qadın və uşaqların taleyi müzakirə olunanda bu həbsxana diqqət mərkəzinə gəlir.

“Nə olar, evimizə getmək istəyirəm, bizə kömək edin. Burası bizim üçün yaxşı yer deyil”,– azərbaycanlı bir qız müxbirə dil töküb. Jurnalist qızın 100-dək uşağın əhatəsində danışdığını yazır.

Bu qruplaşma 2014-cü ildə Suriya və İraqda böyük ərazilər ələ keçirib, kütləvi qətllər, işgəncə, cinsi köləlik gerçəkləşdirib. Bu səbəbdən indi bu həbsxanada qalanların həm təhlükəsizlik riski yaratdığı, həm də özlərinin qisas hədəfi ola biləcəyi düşünülür.

“İlk vaxtlar aramızda inam yaratmaq çətin idi. Hətta çoxu özlərini və uşaqlarını öldürməyə çalışırdılar”, – həbsxananın adını çəkilməsini istəməyən direktoru deyib.

Bu həbsxanada şübhəli İŞİD döyüşçülərinin 1241 əcnəbi arvadı və uşağı saxlanır, onlar 12-dən artıq ölkəni təmsil edir. 774 nəfəri 9 aylıq-15 yaş arasındadır, direktor söyləyib.

Bağdadın imkanları məhdud olduğundan məhkəmə qarşısına çıxarılmayanların öz ölkələrinə göndərilməsini istəyir. Ancaq bu, hüququ baxımdan mürəkkəb, siyasi “zəhərli” məsələ sayıldığından bir çox ölkələr həmin şəxslərin qəbulundan imtina edib.

“Bizə paltar, dərman gətirmisən? Doğrudan, bizə dərman lazımdır”, – mavi hicablı azərbaycanlı qız deyib.

Həbsxana direktoru həmin qızın anasının ömürlük həbsə məhkum edildiyini deyir, o, İŞİD-ə üzv olub, İraqa qanunsuz gedib. Qız isə yaşı çatmadığından İraq qanunları ilə mühakimə oluna bilməz. Onun dəmir barmaqlılar arxasında nə qədər qalacağı bilinmir.

“Reuters” yazır ki, Azərbaycan İraqda ən çox vətəndaşı həbs olunmuş ölkələrdəndir, bu sırada Rusiya və Türkiyə də var. Ancaq agentlik Azərbaycanın Xarici İşlər Nazirliyindən İŞİD-ə bağlı uşaqların repatriasiya siyasətinə dair şərh ala bilmədiyini yazır.
"İnanıram ki, şərəfli yoldayıq"
Mehriban Sadıqova
şərqşünas


Çox çətin, lakin şərəfli bir yola çıxdıq. Şəhidlərimizi yaşatmaq, onların qəhrəmanlıqlarını gənc nəsilə çatdırmaq üçün idi bu yol. Ağrılı idi idi, göynərtili idi, amma çox şərəfli idi. Hər şəhid ailəsi ilə görüşdükdə, onların doğmaları və əzizləri ilə birgə yaşadıq keçmişləri... Sanki illərin yaxınları kimi doğma və əziz oldular bizə. Keçmişləri ilə yaşadıq, bu günləri ilə düşündük və gələsəkləri kimi fikirləşdik. Ən zərif hisslərini, içlərindəki istək və arzuları açdılar bizə. Qəhrəmanımızın həyatının bütün cizgilərini dinlədik. Və bəzən onun atası, bəzən anası, bəzən bacısı, bəzən qardaşı, bəzən həyat yoldaşı və bəzən övladı olmağa çalışdıq. Bacardıq ya bacarmadıq , bilmirəm. Amma bilirəm ki, onlar bizə çox doğma və əziz oldular.

"Əbədiyyət üfüqünün günəşi" filmimizin qəhrəmanı - şəhid baş gizir Füzuli Salahovun ömür yolunu, qəhrəmanlıq tarixini, döyüş yoldaşlarının və yaxınlarının onun haqqında xatirələrini işıqlandırmağa, şərəfli ömür yolunu, igidlik və rəşadətini verməyə çalışdıq. 25 illik hərbi xidmət keçmiş, müdavimlikdən kursant, taqım komandirinin müavini, tank əleyhinə Batereyanın baş çavuşuna qədər yüksələn, əvvəlcə gizir, sonra baş gizir olan, döyüşlərdə göstərdiyi şücaətə görə şəxsən Ali Baş komandan tərəfindən mükafatlandırılan bir qəhrəmanın..

Qəlbi Vətən eşqi ilə döyünən, Şəhadətə fəxarət hissi ilə hazır ola bilən bir insanın... Bu yolda bizə müqəddəs şəhid ruhu kömək oldu. Gözəgörünməz bir qüvvə ilə əlimizdən tutdu, yol göstərdi, istiqamətimizi müəyyənləşdirdi. Elə anlar oldu ki, ssenaridə nəzərdə tutduqlarımı deyil, onun haqqında yuxumda gördüklərimi canlandırdıq. Onun igidliyi müqabilində hazırladığımız film bir az sakitləşdirdi bizi. Heç bir maliyyə dəstəyi olmadan, filmin müəyyən kadrlarını çəkmək üçün bir neçə gün pul toplayıb, yola çıxdıqdığımız vaxtlar da oldu, aclıq hissinin yadımıza belə düşmədiyi zamanlar da. Rayondakı çəkilişdən gələrkən, gec olduğu üçün həyacan keçirdiymiz vaxtlar da... Lakin bu deyilənlər onun qəhrəmanlığının timsalında çox cılz və zəif idi. Filmin nümayişindən sonra, Şəhid anası - artıq mənim də anama çevrilmiş Sevda ananın, bu gün bacım deyərək fəxr etdiyim həyat yoldaşı Xəyalə xanımın, bacıları ( mənim də bacılrım) Vüsalə, İlahə və Ayselin üzlərindəki minətdarlıq hissi atasının qəhrəmanlıq yolunun davamçısı olan. "Salam Vətən, salam ana" - deyən Nihatımın fəxarətli baxışları haqq yolunda olduğumuzdan xəbər verdi.

Və beləcə bu vicdan borcumu verdiyimə görə bir az rahatlandım. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Şabran rayon İcra Hakimiyyətinə, Şabran hərbi komissarlığına, Şabran Tarix Dövlət Diyarşünaslıq muzeyinə, Gəndov kənd orta məktəbinin şagird və müəllim kollektivinə öz təşəkkürümü bildirmək istəyirəm. Filmdə ecazkar səsi ilə kadrlara bəzək qatan Müşfiqə Baləddinqızının, şeirləri səsləndirilən şairlər Müşfiqə Baləddinqızının, E.Məmmədovaun, E.Mətləbin adlarını xüsusi qeyd etmək istərdim.

Musiqi tərtibatçımız Orxan Elmanoğluna, səsləndirmələyə görə Fuad Sadıqova, texniki dəstəyə görə həmişə yanımızda olan Hacı Rövşən Əhmədliyə minnəttarlığım sonsuzdur. Və ən böyük təşəkkürüm gecə, gündüz bilmədən bu filmin ərsəyə gəlməsinə çalışan quruluşcu rejissor E.Ağamalıyevə təşəkkür edirəm. Bu E. Ağamalıyevlə mənim birgə layihəm idi və güman edirəm ki, çox uğurlu da alındı. Sonda isə filmimizə baxan və baxacaq bütün insanlara sonsuz təşəkkürlər..