Həcc ziyarətinə getmək istəyənlərin sayı 500-ü keçibAzərbaycandan Həcc ziyarətinə getmək üçün 500-dən artıq insan müraciət edib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda sənəd qəbulu davam edir: "Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək istəyən hər kəs bu arzularını reallaşdıra biləcək".

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.
Fəhlə işlədiyi zavodda qətlə yetirildiSumqayıtda qətl hadisəsi törədilib.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə şüşə qab istehsal edən zavodlardan birində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Məmmədov Murad Mehdi oğlu zavodda iş yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisənin hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Əli Kərimlinin “təbliğat maşını” necə xarab oldu? – Prezident köməkçisinin bir yazı ilə qoyduğu nöqtəMüxalifətçilik demokratik dövlət idarəçiliyin çoxsaylı şərtlərindən biridir. Demokratik inkişaf yolunu tutan, bu yöndə ardıcıl və prinsipial siyasi islahatlar həyata keçirən Azərbaycan dövlətinin uğurları nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir.

Hətta rəsmi Bakıya qarşı qərəzini həmişə gizlətməyə müvəffəq olmayan bəzi beynəlxalq qurumlar belə Azərbaycanda demokratik təsisatların mövcudluğunu, ölkədə söz və ifadə azadlığının təmin olunmasını dana bilmir. Bu sırada bütün uğurları birmənalı şəkildə danan təəssüf ki, sapı özümüzdən olan baltalardır - hər şeyi qara görməyə vərdiş etmiş, bəzilərinin "radikal”, başqalarının "dağıdıcı” adlandırdığı konstuktiv qüvvələr.

Öz dövlətinə, üzərində gəzdiyi torpağa şər atmağı siyasi biznes növünə çevirməkdən çəkinməyənlər isə həmişə tətikdədir. Fürsət gözləyirlər tənqid etməyə, bəhanə axtarırlar vətəndaşlar arasında ruh füşkünlüyü yaratmağa. Əllərinə düşən ən kiçik bəhanədən belə "mitinqə çağırış” üçün istifadə etməyi özlərinə peşə seçənlərin nəyəsə nail olacağı mümkün deyil. Bu təfəkkür və düşüncəylə onlar "əbədi müxalifət” statusunu boylarına biçiblər. Varolma səbəblərinin heç bir daxili impulsu yoxdur, onları ayaqda saxlayan istədikləri vaxt dövriyyəyə buraxaraq Azərbaycan dövlətindən hansısa umacaqlarını reallaşdırmaq istəyən xarici güclərdir. Ayıq oxucu söhbətin hansı güclərdən getdiyinin fərqinə vardığına inandığımızdan bu mövzu üzərində çox dayanmayacağıq.

Bunlar öz yerində. Amma bir həqiqət də var ki, həmin destruktiv qüvvələrə tutarlı cavab verilmədikcə daha da azğınlaçırlar. Özlərini qismən rahat hiss etdikləri virtual aləmdə çoxsaylı saxta profillər sayəsində ictimai fikri bulandırmağa, həmin bulanıq ictimai fikir üzərində məqsədlərinə çatacaqlarını düşünürlər. Məhz bu baxımdan həmin qüvvələrə almalı olduqları cavab verilməliydi və verildi. Söhbət Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənovun qələmə aldığı sonuncu məqalədən gedir. Demək olar ki, ölkənin bütün aparıcı media orqanlarında dərc olunan və yüksək oxunma göstəricilərinə çatan həmin yazıda bu qüvvələrin iç üzü növbəti dəfə açılır və ictimaiyyətə göstərilirdi. Bu baxımdan həmin yazıdan bəzi seçmələrə göz ataq:

"Axı onlar iqtidarı nəyə görə tənqid edirlər? Məsələn, AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində iddia edir ki, bu günlərdə Bakıda növbəti dəfə start götürəcək Formula 1 yarışları "zülmdür”, kimlərinsə pul qazanması, hakimiyyətin təbliği üçün vasitədir. Sən demə, dünyada idman yarışları sırasında populyarlığına görə üçüncü sırada yerləşən Formula 1 səbəbindən avtomobillərin şəhərin mərkəzində hərəkətinin məhdudlaşdırılması insanların "əsəbini tarıma çəkir”.

Təbii ki, bu özünü siyasətçi adlandıran, partiya rəhbəri hesab edən birisinə yaraşmayan, olduqca qərəzli yanaşmadır. Çox təəssüf ki, bəziləri müxalifətçilik missiyasının əsl mahiyyətini başa düşmür və anlamırlar ki, cəmiyyətdəki prosesləri, hadisələri yaxından izləmək imkanına malik və siyasi cəhətdən kifayət qədər yetkin olan vətəndaşlarımız davamlı şəkildə bədbinlik aşılayan, hər şeyi qara rəngdə, öz siyasi maraqlarına uyğun təsvir edən insanların səmimiyyətinə inanmır”.

Yazıdan başqa bir sitat: "2016-cı ildə ilk Formula 1-in şərtləri açıqlananda müxalifət bu yarışmanın təşkilinə 50 milyon dollar sərf olunacağını ciddi tənqid etdi. Dərhal riyazi hesablamalar aparıldı: bu pula neçə qaçqının güzəranını yaxşılaşdırmaq, neçə müəllimin maaşını artırmaq, neçə aztəminatlı ailəyə əlavə yardım vermək olar və s. Təbii ki, istənilən siyasi qüvvə, siyasətçi xalqın güzəranı, ayrı-ayrı təbəqələrin ehtiyaclarının daha yaxşı ödənilməsinin yollarını axtarmalı və bu məsələdə öz mövqeyini bildirməlidir. Lakin öz siyasi maraqlarına uyğun yox, obyektiv, qərəzsiz, olduğu kimi.

"PricewaterhouseCoopers” (Pwc) beynəlxalq audit şirkətinin 2017-ci ilin sonlarında apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilmiş ilk iki Formula 1 yarışı ölkə iqtisadiyyatına ümumilikdə 277.3 milyon dollar gəlir gətirib. Yəni yarışların iki ilinə yatırılan 100 milyon dollar iki dəfədən çox qazanc verib. O da bəllidir ki, əsas xərcləri-müvafıq avadanlıqlar alınması, bu və ya digər infrastruktur qurğuların quraşdırılması yarışın ilk ili həyata keçirilir, sonrakı illər xərclər get-gedə azalır. Demək, bu və növbəti illərdə qalan qazanc daha da çox olacaq”.

Prezidentin köməkçisi bir məqalə ilə müxalifət düşərgəsinin Formula 1 yarışması ilə bağlı sosial şəbəkələrdə qurduğu təbliğat maşınını "sındırdı”, onların bütün arqumentlərini darmadağın etdi. Bu, həmin qüvvələrin ən güclü təbliğat arqumentlərinin daha birindən imtinası demək idi. Zatən, aktivlərində hətta arqumentləşdirəcəkləri bəhanə belə qalmayıb. Prezident İlham Əliyevin əhalinin sosial-iqtisadi rifahı naminə reallaşdırdığı böyük layihələr onları əliyalın və məzlum duruma salıb. Formula 1 yarışları ilə bağlı ümüd etdikləri anti-təbliğat kampaniyası isə Prezidentin köməkçisi Əli Həsənovun qələmi ilə sıradan çıxarıldı.
Gələcək isə daha aydın görünür. Prezident İlham Əliyevin rəhbərliyi altında yeni zirvələr fəth edəcək Azərbaycanımıza da məhz aydın gələcək yaraşır.

Nahid Canbaxışlı
Vətəninfo.az baş redaktoru
"Marneuli Avropa şəhərləri ilə eyni səviyyəyə gəlməli, inkişaf etməlidir"Zaur Darğallı: “Dövlətimizin başlıca prinsiplərindən biri əhali ilə birgə çalışmaq və onlar üçün əlçatan olmaqdır”

Mayın 19-da Gürcüstanın bir neçə bölgəsində, mer və icra hakimiyyəti başçısı, eləcə də parlamentdə boş qalmış deputat yerlərinə seçkilər keçiriləcək. Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda seçicilər yeni icra başçısını seçəcəklər. Bu vəzifə uğrunda mübarizə aparacaq namizədlərin sayı 15-ə çatıb. Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 15 iddiaçının namizədliyini təsdiqləyib. MSK-nın Marneuli dairə seçki komissiyasının rəhbəri Koba Asanidze bildirib ki, namizədlərin 14-ü siyasi partiya, 1-i təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 4-ü azərbaycanlı, 11-i gürcüdür. Azərbaycanlı namizədlər - hakim "Gürcü arzusu - demokratik Gürcüstan” Partiyasından Zaur Darğallı, "Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyev, əsas ana müxalifət "Vahid Milli Hərəkat” Partiyasından Aqil Mustafayev və gənclərdən ibarət təşəbbüs qrupundan Əli Bədirovdur.

Rayon rəhbəri vəzifəsi uğrunda mübarizə aparacaq gürcü namizədlər - "Xalq üçün dövlət hərəkatı”ndan Yelene Qabinaşvili, "Xristian Demokrat Hərəkatı”ndan Beka Svanidze, "Azad Gürcüstan” partiyasından Nino Curxadze, "Sakartvelo” partiyasından Leila Xaraişvili, "Azad Gürcüstan uğrunda hərəkat”dan İrena Sturua, "Yeni Xristian Demokratlar” partiyasından Lisa Sixarulidze, "Yeni Gürcüstan siyasi platforması”ndan Niniko Çxetia, "Azadlıq - Zviad Qamsaxurdiya yolu” partiyasından Malxaz Qorqaslidze, "Gürcüstanın veteranlar və vətənpərvərlər siyasi hərəkatı”ndan Eliso Kartvelişvili, Milli Demokrat Partiyasından Cano Jvania, "Xristian Mühafizəkarlar” Partiyasından İlya Patarayadır. "Kaspi” qəzetinin müsahibi Gürcüstanın Marneuli rayonunda keçiriləcək mer seçkilərində "Gürcü arzusu"nun irəli sürdüyü namizəd Zaur Darğallıdır.

- Zaur bəy, oxucularımız Sizi daha yaxından tanısın deyə, əvvəlcə özünüz barəsində məlumat vermənizi istərdik.

- Mən 1988-ci ildə Marneuli şəhərində anadan olmuşam. Ali təhsilimi İlya Çavçavadze adına Dövlət Universitetində alaraq, həmin təhsil ocağını müvəffəqiyyətlə bitirmişəm. Tələbəliyimin ilk illərindən fəal ictimai fəaliyyət göstərərək bir sıra təşkilatlarda çalışmışam. Gənclərlə bağlı həyata keçirilən çoxsaylı regional və ölkə miqyaslı layihələrdə iştirak etmişəm. Bir sıra təşəbbüslərlə çıxış edib müxtəlif layihələr həyata keçirmişəm. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi də fəaliyyət göstərmişəm. 2010-2012-ci illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışmışam.

2014-2017-ci ilədək Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri olmuşam. 2017-ci ildən indiyə qədər isə Kvemo-Kartli bölgə qubernatorunun müavini vəzifəsində çalışıram. Çalışdığım müddət ərzində Gürcüstanda yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası, gənclərin inkişafı, sağlam həyat tərzinin təbliği, ekologiya, sosial, humanitar və digər sahələrdə çoxsaylı layihələrim olub. Ailəliyəm, 2 övladım var. Bütün fəaliyyətim boyu ölkəmin layiqli vətəndaşı olmaq, təmsil olunduğum cəmiyyətə fayda vermək əsas məqsədim olub. Bu, indi də belədir.

- Şəxsi məlumatlarınızdan da göründüyü kimi, Siz uzun müddət ictimai fəaliyyətlə məşğul olmuşsunuz. Bildiyim qədəri ilə həyata keçirdiyiniz layihələrin əksəriyyəti gənclərlə bağlı olub. Bu baxımdan ilk öncə belə bir sualla müraciət etmək istərdik: Gürcüstanda yaşayan azərbaycanlı gənclərin inkişafını necə qiymətləndirirsiniz?

- Gürcüstanda yaşayan azərbaycanlı gənclərin son illərdə keçdiyi inkişaf yolu göz önündədir. Bu gün gənclərimiz ölkənin ən prestijli dövlət universitetlərində gürcü dilində təhsil alır, ali məktəbi müvəffəqiyyətlə bitirir, ixtisasları üzrə işlə təmin olunurlar. Onlar rəqabətə dayanıqlıdılar və savad bacarıqlarına görə özlərinə layiqli karyera imkanları qurmağa qadirdirlər. Lakin illər öncə biz bu və digər təhsil problemləri ilə üzləşərdik, ali təhsil ocaqlarında təhsil alan gənclərimizin sayı olduqca az idi və sair. Bu və digər təhsil problemlərinin həlli istiqamətində dövlətin çoxsaylı proqramları, səyləri nəticəsində zamanla biz bu problemlərin həllinə nail ola bildik. Təbii ki, bu gün bir sıra başqa problemlər yenə var. Hazırda onların həlli istiqamətində də müvafiq iş aparılır.

- Dövlət məmuru kimi fəaliyyət göstərdiyiniz zaman ən çox işlədiyiniz sahə ölkədə yaşayan etnik azlıqlar və onların problemləri olub. Kvemo-Kartli bölgəsinə daxil olan rayonlarda yaşayan əhalinin əksər hissəsinin azərbaycanlılardan ibarət olduğunu nəzərə alaraq, məhz onların problemləri barədə danışmanız yaxşı olardı. Həmin azərbaycanlıların problemləri əsasən nədən ibarətdir və orada çalışdığınız illərdə bu problemlərin həlli üçün hansı işlər görülüb?

- Hər bir cəmiyyətdə və ölkədə problemlər olur. Həyat varsa təbii ki, problemlər də olmalıdır. Bizim də bölgələrdə, kəndlərdə bir sıra problemlər mövcuddur. Bunları müəyyən etmək məqsədilə biz müntəzəm şəkildə əhali ilə görüşlər keçirir, onları dinləyirik. Onların qaldırdıqları məsələləri üstün tutaraq, müxtəlif layihələr həyata keçirir, bir sıra işlər görürük. Qaldırılan problemlərin əksəriyyəti infrastrukturla, təhsil və sosial məsələlərlə əlaqəli olur. Bu istiqamətdə dövlətimiz son illər çoxsaylı işlər həyata keçirib.

Demək olar ki, hər bir şəhər və kəndin mərkəzi və daxili yolları asfaltlanıb, içməli su və suvarma sistemləri düzəlir, mərkəzi və daxili yolların işıqlandırılması, ekoloji layihələrin həyata keçirilmə prosesi sürətlə davam etdirilir. Bölgədə məktəb və uşaq bağçalarının əsaslı təmiri və yenilərinin tikilmə prosesi sürətlə davam etməkdədir. Bu və digər işlər təbii ki, əhalinin qarşımıza qoyduğu problem və təkliflərdən qaynaqlanır. Dövlətimizin də əsas prinsiplərindən biri əhali ilə birgə çalışmaq və onlar üçün əlçatan olmaqdır ki, daha keyfiyyətli işlər görə bilək.

- Hakim partiya Marneuliyə mer kimi Sizin namizədliyinizi irəli sürüb. Çox maraqlıdır, mer seçildiyiniz halda görəcəyiniz işlər hansılardır? Qarşınıza qoyduğunuz əsas prioritetlər nədən ibarətdir? Marneuli üçün nə kimi yeniliklər və işlər görəcəksiniz?

- Əsas məqsədimiz xalqa xidmətdir. Bizi seçən xalqdır və maksimum şəkildə çalışacam ki, hər bir Marneuli sakininin meri olum. Əsas prioritetlərimiz infrastruktur layihələrinin artırılması, kənd təsərrüfatının inkişafı, turizm imkanlarının yaradılması, təhsil ocaqlarının tikintisi və təmirə ehtiyacı olanlarının əsaslı təmiri və digər kimi istiqamətlərə bölünür. Sosial-inkişaf istiqamətində yeni layihələrin həyata keçirilməsi istiqamətində bir sıra yeniliklərin tətbiq edilməsi də əsas iş planlarımıza daxildir.

Bununla yanaşı, şəhərimizin abadlaşdırılması, yeni istirahət məkanlarının - uşaq meydançalarının, parkların salınması, ekoloji mühitin yaradılması və şəhərin abadlaşdırılması da görüləcək işlərə daxildir. Məqsədim təmiz Marneuli, sağlam mühitdir. Düşünürəm ki, Marneuli şəhər və kənd sakinləri də bizə bu və digər işləri həyata keçirməkdə dəstək olsalar, biz birlikdə daha yaxşı işlər görəcəyik. Bir daha xüsusi olaraq qeyd etmək istəyirəm ki, əsas məqsədim – təmiz şəhər, inkişaf etmiş infrastrukturdur. Mer seçiləcəyim təqdirdə heç bir məktəb və uşaq bağçası təmirsiz qalmayacaqdır. Hesab edirəm ki, kəndlərimiz şəhər inkişafından geridə qalmamalı və fərqlənməməli, gənclərimiz sağlam ruhda böyüyərək inkişaf etməli, Marneuli Avropa şəhərləri ilə eyni səviyyəyə gəlməli, inkişaf etməlidir.

- Əgər yanılmıramsa, Gürcüstan müstəqillik əldə etdikdən indiyə qədər əslən azərbaycanlı və Marneulili mer vəzifəsində çalışmayıb. Siz həm gənc, həm də Marneuli sakini olan azərbaycanlısınız. Sizcə, seçkilərdə bu amil rol oynayacaqmı?

- Ölkə rəhbərliyinin Marneuliyə məhz azərbaycanlı namizəd irəli sürməsi olduqca önəmli və uğurlu addımdır. İlk sualınıza cavabımda da vurğuladığım kimi, mən şəxsən özüm Marneuliliyəm, burada anadan olub burada yaşayıram. Marneuli mənim evimdir. Mənim keçmişim, bu günüm və gələcəyim Marneuli ilə bağlıdır. Marneuli sakinlərinin hər birini özümə doğmam və ailəm hesab edirəm. Ailənin problemlərini o ailənin içində yaşayanlar daha yaxşı bilir. Hər gün bu küçələrdən keçirəm, ictimai məkanlarda oluram, nəqliyyatdan istifadə edirəm, ailə üzvlərim də həmçinin. Hamı kimi mən də gündəlik həyatda müəyyən maneələr, problemlər, əskikliklərlə rastlaşıram.

Övladım dövlət təhsil müəssisəsinə gedir, təmirsiz bağçada təhsil alır. Ona görə də düşünürəm ki, bu və ya digər nüanslar problemləri daha dərindən araşdırıb aradan qaldırmamıza yardım edəcəkdir. Fikrimcə, gələcək işlərimizdə bu faktorun çox ciddi təsiri olacaqdır. Xalqın seçiminə gəlincə, hesab edirəm ki, sualınızda qeyd etdiyiniz faktor da müsbət rol oynaya bilər. Çünki ömrümün tamamını eyni şəhərdə yaşadığım seçicilərim məni və ailəmi çox yaxşı tanıyır. Marneuli şəhər sakinləri indiyə qədər gördüyüm işlərdən maksimum xəbərdardırlar. İnanıram ki, onlar bu günə qədər olan fəaliyyətimi müsbət qiymətləndirərək məni mer vəzifəsinə layiq görəcəklər.
Salyanda 35 yaşlı müəllimə özünü Akkuşa çayına atdıBu gün axşam saatlarında Salyan rayonunun Seyidsadıqlı kəndində intihar hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, kəndin 35 yaşlı sakini Aysel Vaqif qızı Dadaşova özünü evlərinin yaxınlığından keçən Akkuşa çayının körpüsündən suya ataraq intihar edib.

Aysel Dadaşovanın 3 azyaşlı oğlan uşağının anası və Seyidsadıqlı kənd orta məktəbinin ibtidai sinif müəlliməsi olduğu deyilir.

Hazırda özünü suda batırmış qadının cəsədinin tapılması üçün üçün FHN-in dalğıc-xilasediciləri tərəfindən axtarış işləri aparılır.Hadisə yerinə yerli icra və hüquq-mühafizə orqanlarının rəhbərləri də gəlib.
Özünü dənizə atmaq istədi, polis xilas etdi - BakıdaDaxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının peşəkarlığı və ictimai asayişin keşiyində ayıq-sayıq dayanması insan ölümü ilə nəticələnə biləcək faciənin qarşısını vaxtında ala bilib.

Polis İdarəsindən Axar.az-a verilən məlumata görə, ötən gün Bakı Dəniz Vağzalında bir nəfər naməlum şəxsin özünü şübhəli aparması və qeyri-adekvat hərəkətləri ərazidə xidmətdə olan su polislərinin diqqətini cəlb edib. Həmin şəxs intihar etmək məqsədi ilə özünü dənizə atmaq istəyən zaman onun bu cəhdinin qarşısı su polisləri tərəfindən alınıb. İntihara cəhd edən şəxslə su polisləri profilaktiki söhbətlər apararaq onu bu fikrindən daşındıra biliblər.

İdarəyə gətiriləndən sonra həyatına qəsd etmək istəyən şəxsin 1982-ci il təvəllüdlü Xəzər rayonu ərazisində yaşayan Dədəcanov Natiq İlham oğlu olduğu müəyyən edilib. Natiq Dədəcanovla Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının apardığı profilaktik söhbət zamanı o, törətdiyi ağır cinayət hadisəni də etiraf edib. Məlum olub ki, həmin şəxs bir neçə gün əvvəl Xəzər Rayonu Binə qəsəbəsində birlikdə yaşadığı evdə ailə münaqişəsi zəminində həyat yoldaşı 1982-ci il təvəllüdlü Vüsalə Dədəcanova ilə mübahisə edib. Bir neçə dəfə həyat yoldaşı ilə barışmağa cəhd göstərsə də buna nail ola bilməyib. Bakı Dəniz Vağzalı ərazisinə gəlməmişdən əvvəl isə o, Binə qəsəbəsində üzərində gəzdirdiyi bıçaqla həyat yoldaşına xəsarət yetirib. Arvadını qətlə yetirdiyini zənn edən Natiq Dədəcanov intihar etmək məqsədi ilə dəniz kənarına gəlib. Su polisləri söhbət zamanı həmin şəxsin diqqətinə həyat yoldaşının xəsarət aldığını amma dünyasını dəyişmədiyini bildiriblər. Natiq Dədəcanov həyatını xilas etdiklərini və onu intihar etmək fikrindən daşındırdıqları üçün su polislərinə təşəkkürünü bildirib. Titr: Natiq Dədəcanov, Saxlanılan şəxs, Sinxron: Video: Qeyd edək ki, sonra Natiq Dədəcanov törətdiyi bıçaqlanma hadisənin istintaqının aparılması üçün su polisləri tərəfindən ərazi üzrə Xəzər Rayon Polis idarəsinə təhvil verilib.
"Prezidentimiz bizə elə bir ideal şərait yaradıb ki...""Prezidentimiz bizə elə bir ideal şərait yaradıb ki, nə tələbənin pis oxumağa haqqı var, nə də bizim pis kadr hazırlamağa”.
Bu sözləri Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Plovdiv Aqrar Universitetinin rektoru, professor doktor Xristina Yançeva ilə görüşü zamanı deyib.

Qeyd edək ki, İbrahim Cəfərov bir neçə gündür ki, Bolqarıstanda səfərdədir. Səfər çərçivəsində rektor müxtəlif tədbirlərdə iştirak etmiş, universitetlərarası əməkdaşlıq əlaqələrinin inkişafına dair müzakirələr aparmışdır.

Qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün real imkanları müzakirə edən rektorlar «Bakı-qədimliyin və müasirliyin harmoniyası” şəkil sərgisinin rəsmi açılışına da qatılıblar.

Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Xanım Qurbanovanın «Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlığın iqtisadi perspektivləri” mövzusunda məruzəsi də maraqla qarşılanmış və hər iki ölkə arasında hərtərəfli əlaqələrin mövcud olduğu diqqətə çatdırılmış, əməkdaşlığın bundan sonra da bütün vasitələrlə inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.

Rektor İbrahim Cəfərov Davamlı Təhsil Mərkəzinin direktoru, keçmiş rektor və ölkənin kənd təsərrüfatı naziri profesor Dimitar Grekov ilə də görüşmüşdür. Görüş zamanı bitkiçilik və bitki mühafizəsi sahəsində maraqlı fikir mübadiləsi aparılmışdır. Tələbələr üçün yeni tikilən praktiki təlim Mərkəzinə, bitki fiziologiyası tədqiqat laboratoriyasına, akkreditə olunan laboratoriya kompleksinə baxış olub və burada təhsil şəraiti, texniki imkanlar təqdim edilmişdir.

İ.Cəfərov Bitki Qoruma Məhsulları Şirkətləri, «Təhsili dəstəkləyən Aqrobiznes” Karyera İnkişaf Forumunun rəsmi açılışında da iştirak etmişdir. Şirkətlər öz fəaliyyətləri barədə məlumat vermiş, tələbələrə və məzunlara iş imkanlarını nümayiş etdirmiş, təcrübə proqramlarını təqdim etmişlər.

Plovdiv Aqrar Universitetində yerləşən Kənd Təsərrüfatı və digər məhsullar üzrə 16 + 1 Elektron-Ticarət Təqdimat Mərkəzinə səfər də maraqla qarşılanmışdır. Kənd Təsərrüfatı, Qida və Meşə Nazirliyi nəzdində Çin, Mərkəzi və Şərqi Avropa ölkələri arasında Kənd Təsərrüfatı sahəsi üzrə əməkdaşlığın İnkişafı assosiasiyasının direktoru Vasil Gelev ilə görüş, Brestnik kəndində təcrübə sahələrinə baxış, Şərabçılıq Universitetinə səfər, eləcə də və universitetin şərab məhsullarının dequstasiyasında iştirak yaddaqalan olmuşdur.
"Prezidentimiz bizə elə bir ideal şərait yaradıb ki..."
"Prezidentimiz bizə elə bir ideal şərait yaradıb ki..."
"Prezidentimiz bizə elə bir ideal şərait yaradıb ki..."
Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildiMətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib.

Şuradan verilən məlumata görə, toplantını açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

İclasda ilk olaraq Şuranın 2019-cu ilin yanvar-mart ayları ərzində gördüyü işlərlə bağlı məlumat dinlənilib. Bildirilib ki, Azərbaycan Mətbuat Şurasına hesabat müddətində 214 müraciət daxil olub. Onlardan 138-i media orqanlarından şikayətdir.

Şikayətlərin 124-ü Şuranın Katibliyində baxılib. 98 şikayət katiblikdə həllini tapıb, digər 26 şikayət isə baxılmaq üçün Şikayətlər üzrə Komissiyaya təqdim olunub. Həmin şikayətlərin əsasında qərarlar çıxarılıb. 1 qəzetin adının yenidən Şuranın “qara siyahı”sına əlavə olunması barədə rəyə gəlinib və bununla bağlı materiallar “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilib. Hesabat müddətində 10 media vasitəsinə xəbərdarlıq edilib («Press.info, «Emtv.az», «Open.az, «İstixeber.info» və s.), 15-nə isə müvafiq tövsiyyələr verilib. 14 şikayət hazırda araşdirma mərhələsindədir. Hesabat qənaətbəxş qiymətləndirilib.

İclasda KİV-lərin Bakıda yayımının vəziyyəti ilə bağlı Mətbuat Şurasının keçirdiyi monitorinqin nəticələri müzakirə edilib. Monitorinqin konkret məqsədi Bakı şəhərində, həmçinin, şəhərətrafı kəndlərdə və qəsəbələrdə qəzet satışının vəziyyətini, bu sahənin problemlərini və onların nədən qaynaqlandığını öyrənmək, qəzet satışı üçün nəzərdə tutulmuş köşklərin fəaliyyətini araşdırmaq, ölkədə qəzet satışının yaxşılaşdırması məqsədilə təkliflər paketi hazırlamaq olub.

Monitorinq zamanı müəyyənləşdirilib ki, Bakı şəhərində və ətraf kənd-qəsəbələrdə 250 köşk (176-ı Bakının özündə olmaqla) fəaliyyətdədir. Onlarda qəzet satışı istənilən səviyyədə təşkil olunmur. Köşklər məhsulla təmin edilsələr də, bir çox satıcılar qəzetləri vitrinə düzmür, oxucu tələbatını qarşılamır, qəzetləri bağlama şəklində kənar yerdə saxlayırlar.

Satıcıların işlərinə səhlənkar yanaşmalarının da səbəbləri var. Köşklərə qoyulan icarə haqqı həddən artıq çoxdur. Nəticədə icarədarlar icarə haqqını çıxarmaq və qazanc götürmək üçün qəzet satışından daha çox digər məhsulların, o cümlədən siqaret, alkoqollu, energetik içkilər və s. satırlar. Vəziyyətə görə məsuliyyəti isə Bakı Şəhər İcra Hakimiyyəti daşıyır. İH “Köşkpress”lərin qəzet satışı üçün nəzərdə tutulduğu barədə icarədarları müntəzəm məlumatlandırmalı və qaydalara əməl etməyənlər üçün cəza metodları hazırlamalıdır.

Köşk başına verilən qəzetlərin sayı məsələsi də önəmlidir. “Əks-səda” firması redaksiyalarla bağladığı müqaviləyə əsasən hər köşkə satılıb-satılmamasından asılı olmayaraq 1 nüsxə qəzeti pulsuz çatdırır. Əlavə nüsxələrin satılmayacağı təqdirdə isə daşınma xərci nəzərdə tutulur. Elə redaksiyalar var ki, qəzetlərinin satışının zəif olduğu halda hər köşkdə bir neçə nüsxə qəzetin olmasını tələb edir. Firma bunu özünə yük sayır. Belə hallar da olur ki, qəzet satışının zəifliyi əsas götürülərək bəzi köşklərə müəyyən qəzetlər ümumiyyətlə çatdırılmır.

“Əks-səda”dan başqa firmaların fəaliyyətində də çatışmazlıqlar var. Ən böyük problem Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Poçt Daşıma Mərkəzinin rayonlara qəzet daşınması ilə bağlıdır. PDM müəyyən haqq qarşılığında qəzetlərin və firmaların abunələrini Azərbaycanın rayonlarına çatdırılmasını üzərinə öhdəlik kimi götürsə də, məlum olmayan səbəblərdən qəzetlər ünvanına vaxtında çatdırılmır, bəzənsə ümumiyyətlə çatdırılmır. Bu, abunəçilərdə, redaksiyalarda narazılıq doğurur. Onlar ziyana düşürlər. Belə hallar da olur ki, satıcılar qəzetləri oxuculara satmır, müəyyən məbləğ qarşılığında oxumalarına və geri qaytarmalarına şərait yaradır.

Monitorinq qrupu mövcud durumdan çıxmaq üçün müəyyən təkliflər də irəli sürür. Həmin təkliflər sırasında qəzet yayımı işinin tam müstəqil olması üçün tədbirlərin həyata keçirilməsini, bu xüsusda Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının prosesdə hər hansı şəkildə iştirakının aradan qaldırılmasını, müstəqil yayım firmalarına şəraitin yaradılmasını, Bakı bulvarında, parklarda, şəhərin mərkəzi küçələrində, bazarlarda və s. yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Təkliflərə eyni zamanda Bakı Metropoliteninin stansiyalarında qəzet satışının bərpası üçün tədbirlərin görülməsi, Bakı Metropoliteninin stansiyalarının çıxışlarında qəzet köşklərinin sayının artırılması da daxildir. İclasda bu kimi məsələlər ətrafında müzakirə aparılıb və irəli sürülmüş təkliflərin ölkə rəhbərliyinə çatdırılmasına dair müvafiq tapşırıqlar verilib.

MŞ İdarə Heyətinin iclasında Şuraya yeni üvlərin qəbulu da həyata keçirilib. Müzakirələrdən sonra “Azedu.az”, “Yenixeber.org”, “Baku News” (baku.news), “42-ci paralel.az”, “Sozcu.info”, “Denizxeber.az” xəbər portalları, “Region mediası” qəzeti, “Ustad” dərgisi, “Loqos”, “Düyməcik”, “Elmi iş” jurnalları, “ONN media” (onn.az) və “Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.

İclasda Şikayətlər üzrə Komissiyanın qəbul etdiyi rəylər əsasında qərarlar da qəbul edilib. Bu baxımdan “Təzadlar” qəzetinin adının Şuranın “qara siyahı”sına qaytarılması, “Aztoday.az” saytının adının isə həmin siyahıya daxil edilməsi qərara alınıb. Komissiyanın digər rəyləri üzrə ümumilikdə 18 media orqanının “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın müxtəlif prinsiplərini pozmasına dair eyni sayda qərar qəbul edilib.
Füzuli Məmmədov Rusiyada Azərbaycan diasporunu birləşdirirAprelin 27-də Rusiyada Azərbaycanlıların Birinci Moskva Forumu keçiriləcək.

Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçiriləcək Forum paytaxt Moskvada, Prezident otelində baş tutacaq. Forumun Təşkilat Komitəsindən verilən məlumata görə, tədbir iki hissəli olacaq. İlk hissədə Rusiya-Azərbaycan əməkdaşlığı, strateji tərəfdaşlıq məsələləri müzakirə ediləcək. Tədbirdə ictimai siyasi xadimlər, eyni zamanda Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və çoxsaylı qonaqlar iştirak edəcəklər. Forumun ikinci hissəsində önəmli qərarlar qəbul ediləcək. Forum çərçivəsində Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) təsis konfransı keçiriləcək. Konfransda həmçinin RAİ prezidenti və İdarə Heyətinin üzvləri seçiləcək.

Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədov bildirib ki, Forum Azərbaycan diasporunun güclənməsi, daha təkmil və koordinasiyalı formada fəaliyyət göstərməsi üçün önəmli addımdır. Onun sözlərinə görə Rusiyadakı Azərbaycan diasporunun birliyi, daha effektiv fəaliyyət göstərməsi ilə bağlı müzakirələr aparılacaq, önəmli qərarlar qəbul ediləcək: “Atacağımız addımlar Azərbaycan diasporunun daha effektiv fəaliyyətini təmin etmək və dövlətimizin diaspor siyasətinə dəstək verməkdir”.

Füzuli Məmmədov Rusiyada fəaliyyət göstərən bütün diaspor təşkilatlarını Rusiya Azərbaycanlıları İttifaqının ətrafında sıx birləşməyə çağırıb: “Bir daha nəzərinizə çatdırıram ki, bu addım dövlətçiliyimizə, Azərbaycanın gələcəyinə, birliyinə, bütövlüyünə və daha da güclənməsinə xidmət edir. Bilirsiniz ki, Rusiyada Azərbaycan diasporunun daxilində olan arzuolunmaz hallara, birliyimizə, milli mənafelərimizə zərbə vuran intriqalara, lazımsız söz-söhbətlərə birdəfəlik son qoyulması vacib şərtdir. Bunun üçün isə bir ideya ətrafında birləşməyimiz olduqca önəmlidir və həlledici əhəmiyyət daşıyır. Bu baxımdan Rusiya Azərbaycanlıları İttifaqı önəmli platformadır. Rusiyada fəaliyyət göstərən hər bir diaspor təşkilatına səslənirəm ki, vahid ideya ətrafında birləşək. Əgər bir olarsaq, daha böyük işlər görə bilər, dövlətimizə və Rusiya-Azərbaycan münasibətlərinə daha ciddi töhfələr verə bilərik”.
Füzuli Məmmədov Rusiyada Azərbaycan diasporunu birləşdirir
Azərbaycanda sizi dost kimi tanıyırlar – İlham ƏliyevCənab Sədr, mənim ünvanıma söylədiyiniz və ölkəmiz haqqında dediyiniz xoş sözlərə görə Sizə təşəkkür edirəm. Mən Sizə, ilk növbədə, dəvətə görə təşəkkür etmək istərdim. Biz “Bir kəmər, bir yol” Forumunda iştirak etməyə dəvət olunmağımızı ölkəmizə xüsusi hörmət əlaməti, mənə münasibətdə dostluq əlaməti hesab edirik. Siz qeyd etdiniz ki, mən Sizin ölkənizin dostuyam, Azərbaycanda da Sizi Azərbaycanın xeyirxah dostu kimi tanıyırlar. Biz birgə səylərimizlə əməkdaşlığımızı irəlilədirik, bundan sonrakı qarşılıqlı fəaliyyətin yollarını müəyyən edirik.

Bunu Prezident İlham Əliyev Pekində Çin Xalq Respublikasının Sədri Si Szinpinlə görüşündə deyib.

“Bu Forumun keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Siz qeyd etdiyiniz kimi, Azərbaycan lap əvvəldən Sizin təşəbbüsünüzü dəstəkləyib və bu layihəni bizim irəli sürdüyümüz təşəbbüslər çərçivəsində fəal irəlilədir. 2015-ci ildə Sizin ölkənizə dövlət səfərimi və burada mənə göstərilən qonaqpərvərliyi xatırlamaq istərdim. O vaxt Sizinlə biz “İpək Yolu İqtisadi Kəməri” haqqında Anlaşma Memorandumunu imzaladıq. Bu gün bizim siyasi münasibətlərimiz yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq”, - İlham Əliyev bildirib.