Lotu Qulinin adamı Moskvada sahibkarı güllələdi"Quli Zaur Əhmədovun biznesini ələ keçirmək istəyir"

“Qanuni oğru” Rövşən Caniyev (Rövşən Lənkəranski) öldürülüb, onun “həmkarı” Nadir Səlifov Türkiyədən Dubaya köçüb, lakin Rusiyada onların tərəfdarları arasında qarşıdurma səngimir.

Bu yaxınlarda Moskva vilayətinin Lenin rayonunda Azərbaycan vətəndaşının qətlə yetirilməsi ilə nəticələnən insidentin təfərrüatı məlum olub. Bu barədə Oxu.Az-a Moskvadakı Azərbaycan diasporunun nümayəndələri məlumat veriblər.

Qeyd edək ki, aprelin 14-də gecə naməlum şəxs azərbaycanlıların olduğu avtomobilə odlu silahdan atəş açıb. Nəticədə bir nəfər ölüb, digəri yaralanıb.

Məlum olub ki, qətlə yetirilən şəxs Ağsu rayon sakini, 1987-ci il təvəllüdlü Şəfi Məhəmmədovdur. O, qarın nahiyyəsindən aldığı xəsarət nəticəsində ölüb. Digər şəxs (1983-cü il təvəllüdlü) isə yaralanıb, o, ölənin dostu idi. Faktla bağlı Rusiya Federasiyası İstintaq Komitəsi tərəfindən müvafiq maddələrlə cinayət işi açılıb.

Rusiya KİV-i yazırdı ki, münaqişə “Food city” bazarından alınan xarab kartof üstündə olub. Müştərilər 300 min rubl məbləğində 18 ton kartof alsalar da, sonradan məshulun xarab olduğunu biliblər. Bazara qayıdıb pulu tələb etdikdə, satıcı məhsulun dediyi yerə gətiriləcəyi təqdirdə vəsaiti qaytaracağını bildirib. Təyin olunan yerdə görüş şənbə günü gecə saatlarında baş tutub. Yaranmış mübahisə atışma və qanla bitib.

Həmyerlilərimizin bildirdiyinə görə, Şəfi Məhəmmədov “Food city”də işləyirdi və Rövşən Lənkəranskinin qohumu olan Zaur Əhmədovun yaxın adamı idi. Rövşən Lənkəranskinin ölümündən sonra onun Moskva bazarlarındakı biznesinə nəzarət Z. Əhmədova keçib. Lakin Z. Əhmədovun harada olduğu bəlli deyil, onun biznesinə həmyerliləri nəzarət edir.

Ş. Məhəmmədova atəş açan isə əslən Gürcüstandan olan azərbaycanlıdır və Lotu Qulinin qruplaşmasının üzvüdür. Qətldə şübhəli bilinən şəxs hələlik saxlanılmayıb, bu istiqamətdə zəruri tədbirlər görülür.

Əldə olunan məlumata görə, əslində azərbaycanlılar arasındakı mübahisəyə səbəb kartof deyil, kriminal qruplaşmaların bazara nəzarət uğrunda mübarizəsi olub. Söhbət gəzir ki, Quli Z. Əhmədovun biznesini ələ keçirmək istəyir.
Fransada 10 minə yaxın insan küçələrə axışdıFransada “Sarı jiletlər” etiraz aksiyasının 23-cü aktı başlayıb. Hökumətin artıq neçə gündür milli debatın nəticələrini açıqlamamasına və “sarı jiletlər”in tələblərinə cavab verməməsinə görə bu aktın gərgin olması ilə bağlı xəbərlər yayılıb.

Azərtac xəbər verir ki, 23 həftədir davam edən etiraz nümayişləri səngimək bilmir.

“Sarı jiletlər”in fəallarından olan Erik Drue etiraz nümayişçilərini aprelin 20-də tam səfərbər olmağa səsləyib. O, Yutubda yaydığı müraciətində martın 16-da olduğu kimi, baş verəcək hadisələri “sarı jiletlər”in üzərinə atmaqdan çəkinməyə səsləyib. Tarixin və yerin bəlli olduğunu bildirərək, hədəf Parisdir deyib.

Sosial şəbəkələrdə “black blocs” (radikal anarxist qrup) internet səhifəsində “1 may sarı və qara” yazaraq çağırış ediblər. “Həlledici akt” Feysbuk hesabına 10 minə qədər müsbət cavab verilib.

Qeyd edək ki, hələ ötən həftə Fransanın daxili işlər naziri K. Kastaner aprelin 20-də vəziyyətin gərgin olacağını, dağıdıcıların yenidən Parisə toplaşacağını və 16 mart hadisələrinin təkrarlanacağını bildirmişdi. Polis Həmkarlar İttifaqının üzvü də televiziyada çıxışında vəziyyətin çox “mürəkkəb” olmasını xəbər vermişdi.

Bu gün bütün ölkə üzrə 60 min polis və jandarmın səfərbər olunduğu bildirilir ki, bundan 5 mini Parisdə olacaq.

Xatırladaq ki, Yelisey çölləri, Milli Assambleya, Senat və Məryəm ana kilsəsi ətrafında nümayiş qadağan olunub.

Parisdə “sarı jiletlər” etiraz aksiyasına görə nəqliyyatın hərəkətində problemlər yaranıb. Polis prefekturasının qərarı ilə metro stansiyalarının əksəriyyəti bağlanıb. Nümayiş qadağan olunan yerlər zirehli maşınlarla əhatəyə alınıb.

***

"Sarı jiletlilər"in bu gün keçirilən etiraz aksiyasında ümumilikdə 9600 nəfər iştirak edir.

Parisdə polisin saxladığı etiraz aksiyası iştirakçılarının sayı 126-nı keçib.

Baxçalının gizli hədəfi Ərdoğandır Dövlət Baxçalının gizli hədəfi Ərdoğandır.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli jurnalist Qədri Gürsəl şəxsi Tvitter səhifəsində yazıb. O, MHP sədri Dövlət Baxçalının Antalya şəhərindəki çıxışını xatırladıb:

“Baxçalı AKP-yə “33 faiz geriləmisiniz” deyir. Hesab bəsitdir, Cümhur İttifaqının 52 faiz səsindən Baxçalının 18.81 faizini çıxanda 33.19 faiz qalır. Baxçalının 18.81 fərziyyəsindən Atatürkün doğum ilinə uzanan numerologiyanın örtülü hədəfi Ərdoğandır. Çox maraqlıdır”.

Qeyd edək ki, bundan əvvəl Antalyada çıxış edən MHP sədri Dövlət Baxçalı 31 mart seçkilərindən danışarkən səsvemədə nəticələrinin 18.81 faiz olduğunu, bu rəqəmin 1881-lə eynilik təşkil etdiyini və Mustafa Kamal Atatürkün 1881-ci ildə doğulduğunu söyləyib.
Pirallahıda “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirilib
Aprelin 20-də V.Mustafazadə adına Mədəniyyət Mərkəzində “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Türkiyə və İran səfirliklərinin, o cümlədən Bakı Şəhər Mədəniyyət Baş idarəsinin təmsilçiləri, Rus İcmasının üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin müavini Anara Hacıbəyli bildirdi ki, 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədar bu əlamətdar gün təsis olunub. 1998-ci ildə “Mədəniyyətin Müdafiəsi Beynəlxalq Liqası” adlı ictimai təşkilat bu tarixin Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış etmiş və həmin vaxtdan dünyanın bir çox ölkələrində Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunmaqdadır. Azərbaycan UNESKO ilə mədəniyyət sahəsində sıx əməkdaşlıq edir.

Qeyd edildi ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən mədəniyyət siyasəti bu gün ölkəmizdəuğurla həyata keçirilir. Ölkəmizdə yeni mədəniyyət müəssisələri, muzeylər, kitabxanalar, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri inşa olunmuş və ya əsaslı təmir edilərək istifadəyə verimişdir. Mədəniyyət müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi sahəsində görülən işlər bu gün uğurla davam etdirilir. Natiq çıxışında bildirdi ki, Azərbaycanın I Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi şərəfli ada layiq görüldükdən sonra ölkəmizin bu qurumla əlaqələri yeni tarixi mərhələyə daxil olmuş, xalqımıza məxsus qədim əsərlərin irs səviyyəsində qorunub saxlanması sahəsində ciddi addımlar atılmış, muğam kimi incəsənət incimiz “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilmişdir.

Türkiyə və İran səfirliklərinin nümayəndələri İrfanÇifçi və Əskər Farsi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Rusiyadan Şərqi İzmayılova dairəsinin “YedinayaRossiya” partiyasının İcra komitəsinin sədri, deputatYekaterinaQorbaçyova, Rusiya Mədəniyyət Mərkəzinin direktoru Qalina Manafova hamını salamlayaraq ölkələr arasında münasibətlərin, o cümlədən iqtisadi və mədəni əlaqələrin vacibliyini tədbir iştirakçıların diqqətinə çatdırdılar.

Çıxışlardan sonra YUNESCO-nun qeyri-maddi dəyərlər siyahısına daxil olan Dolma, Lavaş, Kələğayı və musiqi ələtlərimizin sərgisi nümayış olundu. Tədbirdə bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan dolma sərgilənib, həmçinin Türkiyə, İran və Rus ənənəsinə uyğun hazırlanan yeməklər də nümayiş olunub.

Tədbir konsert proqramı ilə davam etdirilib.
Pirallahıda “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirilib
Pirallahıda “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirilib
Pirallahıda “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirilib
Pirallahıda “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirilib
Keçmiş prezidentin intihar məktubu yayıldıPerunun keçmiş prezidenti Alan Qarsianın intihardan əvvəl məktub yazdığı xəbər verilib.

“Reuters” agentliyi bildirir ki, ailəsinin iddiasına görə Qarsia bu məktubda özünü siyasi düşmənlərinin qarşısında alçalmamaqdan ötrü öldürdüyünü yazıb.

Qarsia aprelin 17-də polis onu həbs etmək üçün evinə gələndə güllə ilə özünü vurub. O Braziliyanın “Odebrecht” tikinti şirkətindən rüşvət almaqda ittiham edilirdi və polis onu bu ittihamla bağlı həbs etməliydi.

“Odebrecht” şirkəti bütün Cənubi Amerika boyunca böyük korrupsiya qalmaqalına səbəb olub. Qarsiyadan başqa bu şirkətdən rüşvət almaqda daha üç keçmiş Peru prezidenti ittiham olunur.

Qarcia intihardan əvvəl ona qarşı ittihamların siyasi qisas olduğunu bəyan etmişdi.

“Reuters” bildirir ki, intihar məktubunun Qarsia tərəfindən yazılması müstəqil mənbə tərəfindən hələlik təsdiq edilməsə də, onun qızı Lusiana Qarsia bu məktubu atasının APRA partiyasının keçirdiyi xatirə mərasimində oxuyub: “Mən alçaldılmağıma yol verməyəcəyəm. Mən başqalarının qandallı şəkildə ortalıqda gəzdirilməsinin, miskin bir həyata düçar edildiyinin şahidi olmuşam. Lakin Alan Qarsianın bu ədalətsizliklərin iztirabını çəkməsinə ehtiyac yoxdur”.

Məktubda daha sonra deyilir:“Bu səbəbdən də övladlarıma qərarlarımın ləyaqətliyini qoyub gedirəm. Dostlarıma qürurumu, düşmənlərimə isə nifrətimin ifadəsi kimi cəsədimi qoyub gedirəm”.

“Reuters” yazır ki, bu məktub “Odebrecht” təhqiqatının Perunun və bütün Latın Amerikasının siyasi həyatında necə dərin bir parçalanma yarandığını nümayiş etdirir.

“Odebrecht” işini aparan Peru prokurorları bildiriblər ki, onlar Qarsianın həbsi üçün əsas verən kifayət qədər dəlil toplaya biliblər. Lakin Qarsia sağlığında ona qarşı ittihamların heç birini qəbul etməyib və istintaqın siyasi motivli olduğunu söyləyib.

Keçmiş prezidentin məktubunda daha sonra deyilir:“Əksəriyyətin inandığı bu şayiələr və niftrət zəmanəsində…mən bu istintaqlardan həqiqətin üzə çıxarılması üçün yox, adamların alçaldılması üçün istifadə edildiyini çox görmüşəm”.

Bu təhqiqatın aparılmasına sərəncam vermiş Peru prezidenti Martin Vizcarra mərhumun ailəsinə onun üçün keçmiş prezident kimi dövlət dəfninin keçirilməsini təklif edib.

Lakin Qarsia ailəsi Vizcarranın təklifini rədd edib və bildirib ki, keçmiş prezidentin dəfn mərasimində yalnız onun ailə üzvləri və ən yaxın dostları iştirak edəcəklər. Siyasi şərhçilər bildirirlər ki, Qarsianın intiharı Vizcarra hökuməti ilə əksəriyyətini sağ təmayüllü siyasilər təşkil edən parlament arasında qarşıdurmanı daha da gücləndirəcək.
Putinlə Paşinyan nələri müzakirə edəcək?Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında mayda baş tutması planlaşdırılan görüş Dağlıq Qarabağ probleminin həlli üçün mühim əhəmiyyət kəsb edir.

Bu sözləri Axar.az-a Paşinyanla Putinin arasında mayın 29-u nəzərdə tutulan görüşü şərh edən politoloq Arzu Nağıyev deyib. O bildirib ki, görüşdə Ermənistan –Rusiya münasibətləri də müzakirə obyekti olacaq:

“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri, eyni zamanda, regional məsələlərdə nüfuz sahibi olduğuna görə Dağlıq Qarabağ problemi mütləq şəkildə müzakirə obyekti kimi həmin danışıqlarda olmalıdır. Çünki təhlükəsizlik təhdidlərinin qarşısı alınmadıqda sərmayə yatırımları və digər proseslər öz həllini tapmır. Bunun üçün də regiondakı münaqişələrə son verilməlidir. Regionda da əhəmiyyət kəsb edən və uzanan məslələrdən biri məhz Qarabağ münaqişənin həll edilməməsidir. Buna görə də Putin-Paşinyan görüşündə bu məsələyə mütləq şəkildə diqqət yetiriləcək. Elmar Məmədyarovla Zöhrab Mnatsakanyan arasında apreldə baş tutan görüşdən və bəzi anonslardan da məlumdur ki, növbəti görüş ABŞ-da keçiriləcəkdir. Buna da hazırlıq prosesi kimi müəyyən təlimatlar eyni zamanda Rusiya tərəfindən də verilməlidir”.

Politoloq bildirib ki, bu, mühim əhəmiyyət kəsb edən görüşdür və burada həm də mütləq şəkildə Ermənista- Rusiya münasibətləri, həmçinin Paşinyanın parlamentdə son çıxışından sonra Rusiya ilə bağlı müəyyən problemlərin çözülməsi öz həllini tapmalıdır.

Qeyd edək ki, mayın 29-da Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilməsi nəzərdə tutulur.
Rusiya Ukraynaya hücuma hazırlaşır - GeneralRusiya 2019-cu ildə Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlatmağa hazırdır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəis müavini İqor Romanenko danışıb.

Romanenkonun sözlərinə görə, hücuma keçmək üçün Rusiyaya 2-4 həftə vaxt tələb olunacaq. Hərbi əməliyyatlara Ukrayna sərhədləri yaxınlığında yerləşdirilmiş 80 minlik ordu cəlb olunacaq.

“Onlar sadəcə orada dayanıblar və mütəmadi olaraq təlimlər keçirirlər. Hərbi-nəqliyyat aviasiyası, dəmiryolu qoşunları və hava-desant qüvvələri hazırlanır”, - Romanenko bildirib.

Romanenko həmçinin hazırda Moskvanın hücum əməliyyatını məqsədəuyğun hesab etmədiyini qeyd edib.
Xristian dünyası bilir ki, Azərbaycan işğalla barışmayacaq - Qüdrət HəsənquliyevOnlara torpaqlarımızın xristian ermənilər tərəfindən məskunlaşdırılması, təbii sərvətlərərimizdən və nəqliyyat infrastrukturumuzdan istifadə lazımdır

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsi

- Qüdrət bəy, xarici işlər nazirlərinin Moskva görüşündən sonra Qarabağ problemini həlli istiqamətində hansısa irəliləyişlər ola bilər?

- Əgər Rusiya ilə bağlı qapılar arxasında hansısa razılığa gəlmişiksə, ola bilər. Əks halda biz əldə olunmuş razılaşmalarla Ermənistan üçün daha təhlükəsiz şərait yaradırıq ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətini daha uğurla və sürətlə həyata keçirsin. Elmar Məmmədyarovun 25 illik danışıqlardan sonra verdiyi bəyanata görə, o, nəhayət, "dərindən başa düşüb ki, hansı problemlər var və hansı problemlər aradan qaldırılmalıdır". Onun nəyi başa düşdüyünü bilmirəm, sözün doğrusu mən onun dediklərindən heç nə başa düşə bilmədim...

- İslahatların gedişi barədə nə düşünürsünüz?

- İnkişaf etmiş qərb-xristian dünyasının yaradacağı təhlükələrə əhəmiyyət vermədən Prezident islahatları dərinləşdirir. İri istehsal müəssiələri investisiya müsabiqəsinə çıxarılır, qanunun aliliyinin təmin olunması üçün məhkəmə-hüquq islahatlarına başlanılıb. Aqrar sektorun inkişafı üçün ciddi işlər görülür, ordunun döyüş qabiliyyəti artırılır.

- Nədir Qərbin Azərbaycandan istəyi?

- Türkmənistan kimi bir dövlət qurmaq, torpaqlarımızı işğaldan azad etmək üçün müharibə etmək barədə düşünməmək.

- Nəyin əsasında belə düşünürsünüz?

- Vaxtilə ABŞ səfiri Ramiz Mehdiyevə deyirdi ki, “insanları küçələrdən yığışdırın”. Müxalifətə isə həmin vaxt başqa sözlər deyirdi, başqa bəyanatlar verirdi. Bu yetərli deyilmi?! Qərbin ölkəmizdə demokratik dövlət quruculuğu prosesinə kömək etmək üçün çox böyük imkanları olduğu halda heç vaxt bunu etməyib. Etdikləri isə qarşılığında nələrisə öyrənmək və bu yolla proseslərə mane olmaq məqsədi daşıyıb.

İlham Əliyev fərqindədir ki, islahatlar sürətləndirilsə, Qərb Azərbaycanda sabitliyi pozaraq inqilab etməyə, ölkəni daha 50 il geri atmağa cəhd edəcək. Onlar bacardıqları qədər xristian ölkəsi ilə müharibə vəziyyətində olan müsəlman Azərbaycanın siyasi və iqtisadi baxımdan inkişaf etmiş, müasir, böyük beynəlxalq nüfuza malik güclü bir dövlətə çevrilməsinə imkan verməməyə çalışacaqlar. Bu məqsədlərinə çatmaq üçün çalışacaqlar ki, daxildə hakimiyyət uğrunda 1993-cü ildəkindən də qanlı savaşlar törətsinlər. Radikal müxalifət düşərgəsində, ortada heç nə olmaya-olmaya öncüllük üçün bir-birinə “qardaş” deyib, amma bir-birinə qarşı hər cür mənəviyyatsızlığa əl atanlar, görün xaricdən real hakimiyyət vədi alarlarsa nələr edərlər... Qardaş qırğınına belə gedərlər.
Xristian dünyası bilir ki, güclü, demokratik, inkişaf etmiş Azərbaycan, hansı ki, bu yalnız islahatlar yolu ilə mümkündür, təkcə sözdə yox, əməldə də işğalla barışmayacaq. Onlara isə müharibə lazım deyil. Torpaqlarımızın xristian ermənilər tərəfindən məskunlaşdırılması, təbii sərvətlərərimizdən və nəqliyyat infrastrukturumuzdan istifadə lazımdır. Amma zamanında bu siyasətlərinin nə dərəcədə yanlış olduğunu anlayacaqlar.

Qərbin istəklərinin nəzərə alınması və islahatların gecikdirilməsi isə sosial partlayışların baş verməsi ehtimalına görə daha təhlükəlidir.

Əgər İlham Əliyev və Mehriban Əliyeva, onların övladları müasir, modern dünyagörüşlü insanlar olmasaydı, Azərbaycan çoxdan Türkmənistana çevrilmişdi. Baxmayaraq ki, reallıq hissini itirmiş bəzi siyasətbazlar iddia edirlər ki, guya onların mübarizəsi Azərbaycanın Türkmənistan olmasına imkan verməyib. Amma “Türkmənistanlaşma” siyasəti aparılsaydı qərb də, totalitar cəmiyyətdə formalaşıb demokratik vərdişləri mənimsəməmiş xalqımız da həmin siyasəti alqışlayacaqdı. Ona görə də Prezident mövcud durumu nəzərə alıb tədrici və ardıcıl addımlarla cəmiyyəti inkişaf etdirmək, müasir təfəkkürlü Azərbaycan insanı formalaşdırıb bu reallığı xarici dairələrə qəbul elətdirmək istəyir.

Vaxtilə söyləmişdim ki, islahatlar dərinləşdikcə təxribatların miqyası genişlənəcək. Amma biz xalqımızla bizi gözləyən təhlükələr barədə açıq danışmalı, təxribatlardan qorxmamalıyıq.

- Xalqımız həmin təxribatlara uyarmı?

- Əvvəllər də demişəm ki, bütün xalqlar azadlığa və rifaha layiqdir. Amma hər xalq buna təminat verəcək dövlət qurmaq gücündə deyil. Hazırda xalqımızın sosial inkişaf səviyyəsi elədir ki, aparılan siyasətlə onu qürurlu və torpaqlarını işğaldan azad etmək üçün qəhrəmanlıq göstərməyə hazır olan millətə də çevirmək olar, yaxud hər şeylə barışan müti kütləyə də. İlham Əliyev müasir düşüncəli bir dövlət adamı kimi bunu görür və Qarabağın işğalı ilə çıxılması çox çətin olan "bataqlığa” düşmüş ölkəmizi təhlükəsiz yolla irəli aparmağa çalışır.

Xarici güclər Qarabağın işğalına və işğal altında saxlanılmasına kömək etməklə Azərbaycanda demokratik dövlət quruculuğu prosesinə böyük zərbə vurmaqdadırlar.

- Axı zaman bizi Qarabağdan uzaqlaşdırır. Sonra onu geri qaytarmaq mümkünsüz olmayacaq ki?!

- Ona görə də mən bəzi riskləri göz önünə alıb daha cəsarətli və daha çevik siyasət yürüdülməsinə çağırıram. Qarabağın azadlığı üçün danışıqları hamımızın forpost adlandırdığı Ermənistanla deyil, bağlı qapılar arxasında Rusiya ilə aparmalıyıq. Müstəqil qərar qəbul etmək gücündə olmayan ölkə ilə danışıqlar aparılmasının nə mənası var. Rusiya ilə yaxınlaşmamızın dövlət suverenliyimizi təhdid edəcəyindən, yaxud buna görə Qərbin artacaq təzyiqlərindən qorxmaq lazım deyil. Bəziləri deyir ki, bir az da gözləyək Rusiya dağılacaq. Bu illüziyadır. Bütün dövlətlər kimi Rusiyanın da öz problemləri var. Amma Putin daxili siyasəti ilə imkan yaradıb ki, ölkəni narahat edən problemlər çoxfraksiyalı Dövlət Dumasında qızğın müzakirə olunsun. Problemlər barədə sadəcə inqilab etmək istəyənlər danışıb xalqda belə təsəvvür yarada bilməsinlər ki, yalnız onlar düz söz danışır və xalqın problemləri yalnız onları narahat edir. Televiziyalarda siyasi hakimiyyət üçün ən ağrılı problemlərin belə müzakirəsini təmin etməklə xalqı hər cür təxribat xarekterli məlumatların yayıldığı sosial şəbəkələrdən ayırıb canlı efirə baxmağa qaytarıblar. Məhz bu səbəbdən inqilabçılar milyonlarla insanı küçəyə çıxara bilmir. Narazı elektoratın 85 % -i parlamentdə təmsil olunan müxalifət partiyalarının ətrafında cəmləşib. O partiyalar xarici gücələrə bağlı deyil və hər hansı böhran anında dövlətçiliyə xəyanət etməyəcəklər. Bu mənada bizim böyük dövlətçilik təcrübəsi olan Rusiyadan öyrənəcəyimiz çox şey var. Ona görə də Rusiyanın dağılmasını və hansısa möcüzə nəticəsində Qərbin mövqeyinin dəyişəcəyini gözləmədən çalışıb münaqişədə əsas söz sahibi olan Rusiya ilə anlaşmaqla, bu alınmasa belə hər bir halda müharibə edib işğala son qoymalıyıq. İşğalın davam etməsi gələcəkdə vətəndaş qarşıdurmasına yol açmaqla hər birimizə və xalqımıza böyük faciələr yaşadacaq, dövlətçiliyimizi məhv olmaq təhlükəsi ilə üz-üzə qoyacaq.
Pərvanə Dostəliyeva adını dəyişdirdi - FOTOPərvanə 6 yaşında atası tərəfindən tacavüz edildiyini söyləyib

Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağaların qeyri-rəsmi nikahdan olan qızı Pərvanə Dostəliyeva şəxsiyyət vəsiqəsinin və diplomunun fotosunu yayıb.

AzNews.az-ın məlumatına görə, Pərvanə bildirib ki, sənədləri yaymaqda məqsədi ona savadsız deyənlərə və "bic" olduğunu söyləyənlərə gerçəkləri sübut etməkdir. Bundan başqa o, adını dəyişdirərərk Pərvin edib:

"Mənim haqqımda deyir, qeyri-qanuni bicəm. Bəs kimindir bu diplom? Dostəliyeva Pərvanə Ağalar qızı... Özləri 6-cı sinifdən ərə gediblər, mənə pozğun narkoman deyirlər".

Qeyd edək ki, Pərvanə 6 yaşında atası tərəfindən tacavüz edildiyini söyləyib.
Pərvanə Dostəliyeva adını dəyişdirdi - FOTO
Pərvanə Dostəliyeva adını dəyişdirdi - FOTO
Pərvanə Dostəliyeva adını dəyişdirdi - FOTO
Səhiyyə Nazirliyi və məhkəmə orqanlarının daha bir qurbanıÖlkədə vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər edilən qurumlar sırasında Səhiyyə Nazirliyi və məhkəmə orqanları ön sırada gəlir desək yanılmarıq. Birincinin səhiyyə sahəsini bərbad vəziyyətə çevirməsi, mərhkəmə orqanlarının isə ədalətsiz qərarlar çıxarması vətəndaşlar arasında ciddi narazılıq yaradıb.

Newscenter.az xəbər verir ki, sözügedən qurumların qeyri-peşəkar və narazılıq yaradan əməllərinin qurbanlarından biri də vətəndaş Qabil Babayevdir.

Qabil Babayev redaksiyamıza ünvanladığı şikayət məktubunda qeyd edir ki, 2015-ci ildə 3 yaşlı övladımın əlindəki mobil telefon sağ gözümə dəyib və bununla əlaqədar olaraq, həmin vaxt Yevlax şəhərində işlədiyi və yaşadığı üçün Yevlax Rayon Mərkəzi Xəstəxanasında “göz həkim”i işləyən Məhəmməd İsrail oğlu Qorçiyevə müraciət edib:

Həkimin səhv diaqnozu xəstənin gözünü kor edib


"M.Qorçiyev gözümə diaqnoz təyin edib və 2 aylıq resept yazıb. Müalicə bitdikdən sonra yenidən yanına gəlməyi məsləhət görüb. Lakin bu hadisədən bir neçə gün sonra gözüm tutulub. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimlərinin məsləhəti ilə gözümü Türkiyədə əməliyyat etdirmişəm. Gözümün əməliyat olunmasına və bu günədək müalicənin aparılmasına baxmayaraq, gözümü normal hala qaytarmaq mümkün deyil. Təssüf ki, müvafiq qurumlar bu məsələyə obyektiv yanaşmır, məhkəmələr ədalətsiz qərarlar çıxarır".

Şikayət müəllifi qeyd edir ki, M.Qorçiyevin təyin etdiyi səhv diaqnozun nəticəsi olaraq gözünün tutulması ilə bağlı 2016-cı ildə Yevlax Rayon Məhkəməsinə müraciət edib:

"Yevlax Rayon Məhkəməsi tərəfindən iş Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinə ekspertizaya göndərilib. Təəssüf ki, ekspertiza tərəfindən iş üzrə həqiqətəuyğun olmayan saxta rəy verilib. Gözümün tutulması əsassız olaraq anadangəlmə problemlərlə əlaqələndirilib. Halbuki, bu hadisəyə kimi heç eynəkdən belə istifadə etməmişəm. Qeyd edim ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən rəyin verilməsi 2016-cı ilin sonundan 2018-ci ilin ortaları olmaqla, təxminən 1 il yarım çəkib. Buna səbəb isə Birliyin nümayəndəsi Ziyafəddin Məmmədovla həkim Qurban İsmayılovun bir-biri ilə anlaşa bilməmələri olub. Təsadüfi deyil ki, Birlikdən mənə bir neçə dəfə zəng edərək ekspertizaya çağırsalar da, Q.İsmayılov ekspertizanı keçirməkdən imtina edib. Q.İsmayılov hər dəfə bildirib ki, ekspertizaya bütün lazımi sənədlər və hadisə ilə bağlı həqiqəti üzə çıxaracaq suallar göndərilməyib. Bununla da, gözümün tutulması ilə bağlı M.Qorçiyevin əməllərini ört-basdır etmək istəyirlər. O, isə buna yol verməyəcək. Rəyi doğru suallar alandan sonra yazacaq və M.Qorçiyevin əməllərini üzə çıxaracaq. Birlikdən isə deyiblər ki, rəyin doğru və ya yalan tərtib olunması Q.İsmayılovdan asılıdır. Beləliklə, proses uzanırdı. Bu çərçivədə isə getdikcə Z.Məmmədovla Q.İsmayılovun bu məsələ ilə bağlı münasibətlərinin normallaşdığı hiss olunurdu. Buna baxmayaraq, sonuncu dəfə 2018-ci ilin yayında Q.İsmayılovun yanında olanda o, yenə deyib ki, rəyi yalnız doğru suallar alandan sonra yazacaq. Lakin bu hadisədən bir neçə gün sonra mənə Yevlax Rayon Məhkəməsindən prosesə çağırış gəlib".

Bir qətnamədə eyni şəxsin ad və soyadını bir neçə dəfə səhv yazan hakimlər

Qabil Babayev buna etiraz olaraq, ekspertizanın yalanlarını üzə çıxarmaqla, işə konkret suallar üzrə yenidən baxılması və təkrar ekspertizanın təşkili üçün Yevlax Rayon Məhkəməsində vəsatətlə çıxış edib:

"Təssüf ki, Yevlax Rayon Məhkəməsinin hakimi Vəzirxan Məlikov vəsatəti təmin etməyib və 06.08.2018-ci il tarixində həqiqətlə uyğunlaşmayan, ədalətsiz qətnamə çıxarıb. Daha sonra Yevlax Rayon Məhkəməsinin qərarından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti ilə müraciət etmişəm.

Ədalət prinsiplərini əldə əsas tutub ədalətsiz qərar çıxaran Yevlax Rayon Məhkəməsi

Təəssüf ki, Şəki Apellyasiya Məhkəməsinin hakimi İnşallah Quliyevin verdiyi 21.11.2018-ci il tarixli qərarla Yevlax Rayon Məhkəməsinin ədalətsiz qətnaməsi qüvvədə saxlanılıb. (Yeri gəlmişkən, 1 qətnamədə eyni şəxsin ad və soyadının yazılışında bir neçə dəfə səhv buraxan hakimlər tərəfindən qəbul olunan qətnamələrin obyektivliyinə nə dərəcədə inanmaq olar?)

Bu vaxtadək gözümü müayinə edən bütün həkimlər gözümün M.Qorçiyevin səhv diaqnoz qoyması səbəbindən tutulduğunu bildiriblər və onların bununla bağlı rəyləri var. Onlar bildiriblər ki, M.Qorçiyevin təyin etdiyi diaqnoz və yazdığı resept səhv olub. Əslində həmin vaxt gözüm əməliyyat edilməli olub. Həmçinin, Türkiyədə əməliyyat edildikdən sonra M.Qorçiyevin yanında olarkən o, gözümün özünün səhv diaqnoz qoyması səbəbindən tutulduğunu etiraf edib. Onu da bildirirəm ki, gözüm tutulandan və əməliyyat ediləndən indiyədək müalicə aparılır. Həkimlərin rəyinə əsasən, bu proses mütəmadi olaraq aparılmalıdır.
Həmçinin, bildirirəm ki, bu, M.Qorçiyevin birinci belə əməli deyil".

Xəstəyə şəfa vermək əvəzinə, onların sağlamlığına ciddi ziyan vuran həkimlər

Qabil Babayevin sözlərinə görə, xəstələrə şəfa vermək əvəzinə, onların sağlamlığına daha ciddi ziyan vuran, səhiyyə işçilərinin adına xələl gətirən və digər bu kimi əməllərə yol verən M.Qorçiyev barəsində heç bir tədbir görülmür, onun fəaliyyəti araşdırılaraq lazımi tədbirlər görülmür:

"Həmçinin, sual yaranır ki, insanların sağlamlığına daha ciddi zərər vuran, bu vaxtadək etdiyi hərəkətlərə görə cəza almayan M.Qorçiyevin bundan sonra da belə əməllərə yol verməyəcəyinə, insanları şikəst etməyəcəyinə, onları öldürməyəcəyinə kim zəmanət verir? Təəssüf ki, müvafiq qurumlar, xüsusilə də, Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyi bu suallara aydınlıq gətirmir və bu məsələnin üstündən keçməyə çalışır. Yekun qərarın isə növbəti həftə Ali Məhkəmədə elan olunacağı gözlənilir. Əlbəttə ki, bu qərardan müsbət gözləntim yoxdur. Bu vaxtadək verilən saxta qərarlar, şahidi olduğum proseslər mənə bunu deməyə əsas verir. Sadəcə məqsədim budur ki, bilməyənlər də bilsinlər ki, heç bir həkim yazdığı reseptə, təyin etdiyi diaqnoza görə, cavabdehlik daşımır. Vətəndaş (xəstə) həkimin qəsdən və ya bilməyərəkdən yazdığı dərmanlardan, təyin etdiyi diaqnoz əsasında aldığı müalicədən şikəst olsa və ya ölsə, buna görə həkimə heç nə deyilmir. Bunu şərtləndirən qanun da yoxdur. Təsadüfi deyil ki, bu gün ən peşəkar vəkillərə belə həkimin səhlənkarlığı, səriştəsizliyi, qəsdi və digər bu kimi amillərlə bağlı baş verən hallarla əlaqədar müraciət olunduqda, onlar belə məsələlərlə bağlı məhkəmələrə müraciət etməyin faydasız olduğunu deyirlər. Niyəsi isə ondan ibarətdir ki, haqlı olsan da, səni haqsız çıxaracaqlar. Vəssalam.

Fikrimcə, şəfa vermək əvəzinə xəstələri daha ağır bəlalara düçar edən, onları şikəst edən, öldürən adını “həkim” qoyanların (vicdanlı, peşəkar, işini sevən, xəstəyə pul kimi baxmayan və digər bu kimi yüksək keyfiyyətlərə malik əsl həkimlər nəzərdə tutulmur və onlara böyük hörmət bəsləyirəm) cəzasız qalması ilk baxışda bəziləri üçün sadə görünsə də, çox ciddi məsələdir"